Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1465/2022 04.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi: Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Xəzər rayonu, 149 nömrəli orta məktəbin 10-cu sinf şagirdi, məhkum olunmayan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 112 saylı yataqxanada yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə valideyinin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə bağlı qərəzli hərəkətlərlə silah qismində istifadə olunan əşyadan istifadə etməklə təkrarən xuliqanlıq etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun evinə gəlmiş qonağın ünvanına nalayiq sözlər işlədib təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisənin davamı olaraq Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 112 nömrəli yataqxananın yaxınlığında olan «narlıq» adlanan əraziyə söhbət etməyə çağırmış, həmin gün, təxminən saat 15 radələrində qeyd olanan əraziyə gələrək orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə söyüb təhqir etmiş, daha sonra onun üzərində zor tətbiq etməklə istintaqa məlum olmayan mənbədən əldə edib üstündə gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək sonuncunu qəsdən bir dəfə vuraraq ona sağ budun qırmızı rəngli çapıq toxuması yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə silah qismində bıçaq istifadə etməklə qərəzli xuliqanlıq etmişdir. Təkrarən, o, tanışı Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında söyüşlə olan zarafatın ciddi məcraya keçməsi və bunun nəticəsində şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisəni davam etdirib sona çatdırmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 112 nömrəli yataqxananın qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə söyüb təhqir etmiş, daha sonra onun üzərində zor tətbiq etməklə üstündə gəzdirdiyi, istintaqa məlum olmayan mənbədən əldə etdiyi bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə qəsdən bir dəfə vuraraq ona yetirildiyi anda həyat üçün təhlükəli olan ağır hemorragik şok, sağ bazu kələfinin və bazu arteriyasının kəsilməsi ilə nəticələnmiş sağ bazunun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, sonuncu ondan 1 yaş böyükdür. Hər ikisi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 112 saylı yataqxanada yaşamaqla qonşu və dost olmuşlar. 9-cu sinifə kimi Amidlə bir yerdə oxumuş, münasibətləri yaxşı olmuşdur. Əvvəllər bir-biri ilə söyüşlə zarafat etmişlər, İakin qərara gəlmişlər ki, artıq belə zarafatlar etməsinlər. Buna baxmayaraq bu ilin fevral ayında Amid xalasının nişanında olarkən yenə ona nalayiq ifadə işlətmişdir. Həmin gün təxminən saat 20 radələrində Amidlə danışıb görüşmək üçün evdən çıxanda, balaca qardaşı Etibar atasına xəbər vermişdir ki, Əhməd kiminləsə dalaşmağa gedir. O Amidlə “narlıq” deyilən meşəllik ərazidə görüşən kimi atası gəlib onların hər ikisini yataqxanaya aparmış, orada Amidin anasını çağırıb məsələni ona izah etmiş, valideynləri onları barışdırmışdır. Həmin vaxt o Amidə bıçaqla xəsarət yetirməmişdir. Ümumiyyətlə Amidlə dava-dalaşı olmamışdır. xx.xx.2022ci il tarixdə o evdə olduğu zaman Amid ona telefonla zəng edən zamanı yenə ünvanıa söyüş söymüşdür. O Amidin bu hərkətinə acıqlanaraq, ona görüşüb söhbət etməyi təklif etmişdir. Həmin gün axşam əvvəllər maraq üçün əldə etdiyi bıçaqı götürüb həyətə düşmüş və görmüşdür ki, Amid əlində dəstəyi qara rəngli olan söyüş söyə-söyə üzərinə gəlir. Amidi qabaqlayaraq bıçaqla qolundan bir dəfə vurmuş, bundan sonra Amid bıçaqı yerə atıb, atasını çağıraraq qaçmışdır. O isə qorxaraq “narlıq” deyilən meşəli əraziyə gedib orada gizlənmiş, bıçaqı isə orada olan zibillik əraziyə atmışdır. Bundan sonra evinə getmiş, oradan isə dayısı onu götürərək polisə aparıb təhvil vermişdir. Etdiyi əməldən peşmandır Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Zərərçəkmiş şəxs isə Əhmədin həmyaşıdı olmaqla yaşadıqları yataqxanada qonşuları olmuşdur. Əhməd və Amid bir yerdə oxumuş və münasibətləri yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam oğlu Etibar ona demişdir ki, Əhməd whatsapp vasitəsi ilə Amidlə nəsə yazışmış, sonrada hirsli vəziyyətdə evdən çıxıb onunla görüşməyə getmişdir. Bunu eşidən kimi tez həyətə düşmüş və görmüşdür ki, oğlu ilə Amid yaşadıqları yataqxananın qarşısında «narlıq» adlanan yerdədirlər. O zaman Əhmədin əlində bıçaq olmamış, ağaca bənzər taxta var idi. O, Əhmədlə Amidi mübahisəyə başlamamış tutmuş və Amidin atası evdə olmadığına görə anasını çağırmışdır ki, gəlib oğlunu aparsın və onu sakitləşdirsin. Amidin anası gəlmiş, hər ikisini danlamış və o, hər ikisini barışdırmışdır. Ondan sonra hər şey normal olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində evdə yatarkən səs-küyə ayılmışdır. Ayılan kimi böyük qızı ona demişdir ki, Əhmədi bıçaqlayıblar. Ayağa durub bayıra çıxarkən, dəhlizdə Amidin atası Səyavuş və Səyavuşun qaynı onun üzərinə gələrək, Əhmədin harada olduğunu soruşmuş, onu öldürəcəklərini demişlər. Əhməd evdə olmadığından onlarla birlikdə bayıra çıxmış, bayırda ürəyi getmiş halda yerdə uzanan Amidi gördükdən sonra Amidin Əhməd tərəfindən bıçaqla vurulduğunu anlamışdır. Amidi qucağına alaraq Səyavuşun qaynanasının qohumunun avtomobilinə qoyaraq xəstəxanaya göndərmişdir. Yaşadığı ünvana polislər gəlmiş, onu bölməyə aparmışlar. Sonradan ora qaynı gəlmiş, qaynından Əhmədi tapmağını istəmişdir. Qaynı Əhmədi taparaq onu polisə gətirmişdir. Köhnə qonşu olamalarına baxmayaraq dəfələrlə Amidin ailəsi ilə barışıq əldə etməyə çalışmış, Amidin səhətinə vurulmuş ziyanı valideynlərinə ödəməyi təklif etmiş, lakin sonuncular barışıq etməkdən imtina etmişlər. Məhkəmədən oğlunun uşaq olduğunu, etdiyi əməldən peşman olduğunu nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla eyni yataqxanada yaşamaqla, eyni məktəbdə oxumuşdur. Əhmədlə münasibətləri əvvəllər yaxşı olmuşdur. Aralarında olan şit zarafat etməyə son qoymağa razılaşmışlar. Buna baxmayaraq, Təqsirləndirilən şəxs onun telefonuna “whatsapp” vasitəsi ilə yazılar göndərməklə atası Qanuni nümayəndə1 “Şrek” kimi təqdim etmiş, başqa təhqiedici sözlər yazırdı. xx.xx.2022-ci il tarixdə onlarla qonşuluqda yaşayan nənəsinin evinə Nihad adlı qohumu qonaq gəlmişdir. Həmin vaxt o, həyətlərinə yaxın olan “narlıq” deyilən ağaclıqda olmuş və Əhməd də onun yanında olmuşdur. Əhməd də bilirdi ki, Nihad onun qohumudur. Əhməd ona demişdir ki, «Nihad üzdən irağ»a oxşayır, onu çağır onunla bir az məzələnək». O da Əhmədə demişdir ki, «o uşaq nənəmin evinə qonaq gəlib, mən də sənin evinə gələn qonağa elə desəm sənin xoşuna gələr?». Bu söhbətə görə aralarında mübahisə yaranmış, Mübahisə zamanı Əhmədin əlində bıçaq olmuş və həmin bıçaqla onun sağ bud nahiyyəsinə vurmuşdur. Bu hadisəni görən qardaşı Etibar atası Zülfüqarı çağırmış, Zülfüqar gələrək Əhmədi ondan aralamışdır.Bundan sonra o qorxub evə getmişdir. Əvvəl elə bilmişdir ki, bıçaq onun sağ bud nahiyyəsini deşməmişdir, lakin evə gedib evdəkilərə demədən tualetə girib baxıb görmüşdür ki, həqiqətən Əhmədin onun sağ bud nahiyyəsinə bıçaqla vurduğu yer deşilmiş və qan axır. Həmin hadisədən sonra onlar bir-biri ilə danışmamışlar. Bir neçə gün sonra isə necə oldusa onlar barışmışlar.Həmin gün aldığı xəsarətlə bağlı nə evdəkilərə, nə də həkimə müraciət etməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Əhməd onunla yazışanda ona qarşı nalayiq söyüşlər yazmış və onu bayıra çıxmağa məcbur etmişdir. Əhməd ona, anasına və bacısına qarşı elə nalayiq sözlər yazmışdır ki, o, məcbur olub həyətə çıxmışdır. O, həyətə çıxmış və görmüşdür ki, Əhməd əlində bıçaq onu gözləyir. Əhməd onu görən kimi ona yaxınlaşmış və əlindəki bıçaqla onu vurmuş, o, bıçağın harasına dəydiyini bilməmiş, bu zaman Əhməd ikinci dəfə onu bıçaqla vurmaq istəyəndə o, geri dönüb yaşadığı blokun içərisinə daxil olub pilləkənlə qalxaraq qışqıraraq atasını köməyə çağırmışdır. Əhməd isə bu zaman bıçaq əlində onun ardınca gəlirdi, yalnız atasını gördükdən sonra Əhməd qaçmışdır. Bu zaman onun halı pisləşmiş və özündən getmişdir. Hadisə vaxtı onun üzərində bıçaq olmamış, bıçaq yalnız Əhməddə olmuşdur. Əhmədi bağışlamır, Əhmədin yetirdiyi xəsarətlə bağlı sağ qolu işləmir, yəni şikəst olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadıqları yataqxanada qonşusudur. Əhməd və Əhmədin ailəsi ilə münasibətləri qonşu kimi yaxşı olmuşdur. Əhməd oğlu Amid kimi yetkinlik yaşına çatmayandır. İkisidə bir məktəbdə oxumuş, dost olmuşlar. Lakin, son zamanlar münasibətləri Əhmədin kobud davranışına görə pozulmuşdur. xx.xx.2022-ci il tarixdə, təxminən saat 23 radələrində oğlu Amid evdən bayıra çıxmış, o isə yatmağa hazırlaşırdı. Birdən bayırdan oğlu Amidin qışqırıq səsini eşitmişdir. Tez bayıra çıxıb görmüşdür ki, Amid «ata məni vurdular» deyərək qışqıra-qışqıra həyətə girmişdir. O tez küçəyə çıxmış və görmüşdür ki, Əhməd bıçaq əlində Amidi təqib edir, lakin o Əhmədin qarşısına keçdiyini görüb, qaçıb getmişdir. O görmüşdür ki, oğlu Amidin bədənindən qan axır, sağ qolunun altı isə kəsilmişdir. O, qanı görüb əvvəlcə özünü itirmiş, həyat yoldaşı Elnaz Amidi qucağına götürmüş, bu vaxt Amid özündən getmişdir. O, həmin vaxt avtomobilini idarə edə bilməyəcəyinə görə qaynının evinə gələn qonağın avtomobilinə mindirib təcili Mərdəkan qəsəbəsində yerləşən, 26 saylı xəstəxanaya aparmışlar. Orada xəstəni qəbul etməmişlər və onlara bildirmişlər ki, onu X9 aparmaq lazımdır. Onlar oradan da təcili olaraq X9 getmişlər və tibb mərkəzinə daxil olan kimi əməliyyata götürmüşlər. Təxminən bir neçə saat əməliyyat davam etmiş və oğlu Amidi əməliyyat otağından reanimasiya otağına keçirmişlər. Orada müalicə davam etmiş, dörd gün oğlu müalicə almışdır. Ondan sonra yenidən əməliyyat olunmasına ehtiyac olduğuna görə o, oğlunu Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Loğman» Tibb Mərkəzinə aparmışdır. Orada oğlu yenidən əmliyyat olunmuşdur. «Loğman» Tibb Mərkəzində də dörd gün müalicəsini davam etdirmiş və daha sonra evə buraxılmışdır. Oğlu hal-hazırda ev şəraitində müalicəsini davam etdirir. Oğlu xəstəxanada müalicə olunduğu zaman onun sağ ayağının bud nahiyyəsinə xəsarət izini görmüşdür. Amiddən bunun nə olduğunu soruşduqda sonuncu bildirmişdir ki, bu hadisədən 1 ay əvvəl Əhmədlə evlərinə gələn qonaq barəsində nalayiq sözlər işlətdiyinə görə həyətin yanındakı “narlıq” deyilən yerdə Əhməd həmin xəsarəti bıçaqla ona yetirmiş, lakin Əhmədin atası həmin mübahisəyə müdaxilə edərək Əhmədin hərəkətlərin dayandırmışdır. Onuda qeyd etmək istəyir ki, oğluna mart ayında, hadisə baş verən gün Binə qəsəbəsində yaşayan Fuad, Adəm və Nuran adlı uşaqlar Amidə zəng edərək «Fərid» şadlıq sarayının qarşısına çağırmışlar və orada onunla dalaşaraq ona xəsarət yetirmişlər. Onun və ailə üzvlərinin Əhməd və onun ailəsi ilə heç bir ədavəti olmamışdır. Sadəcə uşaqların bir-biri ilə aralarında anlaşılmazlıqları olmuş və valideynlər də bu səbəblərdən aralarında narazılıqlar olmuşdur. Hadisə zamanı xəsarət almış oğlunun əməliyyatına və müalicəsinə ümumilikdə 18.000 (on səkkiz min) manat vəsait xərcləmiş və ona 18.000 manat maddi ziyan dəymiş, həmin ziyan Əhmədin valideynləri tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşuluqdan tanıyır. X13 uşaqlıqdan dostluq etmişlər, lakin son vaxtlar Əhmədin kobud davranışına görə münasibətləri soyumuşdur. 2022-ci ilin fevral ayının axırlarında bacısının elçiliyi ilə bağlı qonşuluqda yaşayan anasıgilə qonaqlar gəlmişdir. Əhməd qonaqlardan birini görüb oğlu Amidə “üzdən irağa oxşuyur” demiş, həmin adamı gətirib onunla məzələnməsini Amidə təklif etmişdir. Amid isə Əhmədə irad tutmuşdur ki, Əhmədgilə qonaq gəldiyi təqdirdə o onun qonağına belə sözlər desə xoşuna gələrmi. Bu məsələ ilə əlaqədar Əhmədlə Amid arasında mübahisələri olmuşdur. Lakin, mübahisə zamanı Əhmədin atası onları aralamış və ona bu məsələ ilə bağlı məlumat vermişdir. Həmin hadisə zamanı Əhməd oğlu Amidə bıçaqla qılçasına xəsarət yetirmişdir. Amid bu məsələni ona və ərinə deməmiş və bu məsələni gizlətmişdir.Onlar bu məsələni artıq ikinci hadisədən sonra oğlu Amid reanimasiyada olan zaman bilmişlər. xx.xx.2022-ci il tarixdə, saat təxminən 23 radələrində evdə yatmağa hazırlaşmışlar. Birdən bayırdan səs-küy gəlmiş, oğlu Amidin səsini eşitmişdir. Tez o və həyat yoldaşı bayıra çıxıb görmüşlər ki, Amid qışqıra-qışqıra həyətə girmiş, onun arxasınca qaçan Əhməd isə Amidə «beynim çönüb səni vuracam» deyirdi. X5rşısını kəsmiş və sonuncu Səyavuşu gördükdə qaçıb getmişdir. O oğlunun bədənindən qan axdığını görüb onu qucağına almışdır. Amidi qardaşının evinə gələn qonağın avtomobilinə mindirməklə təclili xəstəxanaya aparmışlar, əvvəlcə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya getmişlər. Amidin xəsarəti ağır olduğuna görə oradan da o X9 göndərilmişdir. X9 daxil olan kimi Amid əməliyyata götürülmüş, əməliyyatdan sonra Amidi reanimasiya şöbəsinə yerləşdirmişlər. Amid dörd gün X3qdan sonra yenidən əməliyyat olunmasına ehtiyac olduğuna görə onlar Amidi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Loğman» Tibb Mərkəzinə aparmışlar və Amid orada yenidən əmliyyat olunmuşdur. Həmin əməliyyatdan sonra oğlu Amid evə buraxılmış və hal-hazırda ev şəraitində müalicəsini davam etdirir. Qeyd etmək istəyir ki, oğluna bu ilin mart ayında, hadisə baş verən gün Binə qəsəbəsində yaşayan Fuad, Adəm və Nuran adlı uşaqlar Amidə zəng edərək «Fərid» şadlıq sarayının qarşısına çağırmışlar və orada onunla dalaşaraq ona xəsarət yetirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşı, Zərərçəkmiş şəxs isə qonşularıdır. Əhmədlə Amid həmyaşıd olmaqla bir məktəbdə oxumuşlar, aralarında dostluq münasibətləri olmuşdur. Amidlə Əhməd arasında xx.xx.2022-ci il tarixdə baş vermiş hadisədən təxminən bir ay əvvəl günorta saatlarında Əhmədlə Amid whatsapp vasitəsi ilə yazışmışlar. O, sonradan hiss etmişdir ki, onların arasında normal söhbət getmir. Ona görə o, yaxınlaşıb onların yazışmalarına baxmış və görmüşdür ki, onlar bir-birinə nalayiq ifadələrlə söyüşlər yazmışlar. Bundan sonra Əhməd birdən əsəbləşərək hirsli formada evdən çıxmışdır. O Əhmədin Amidlə dalaşmağa getdiyini başa düşərək bu haqda atası Zülfüqara xəbər vermiş, atası dərhal bayıra çıxaraq mübahisə edən Əhmədlə Amidi aralaşdırmış, Amidin anası Elnaza hadisə haqqında xəbər vermiş, nəticədə Əhmədlə Amid barışmışlar. xx.xx.2022-ci il tarixədək Əhmədlə Amidin arasında nə baş verdiyini bilməmişdir. xx.xx.2022-ci il tarixdə gecə təxminən saat 23 radələrində o evində yatmışdır. Əhmədin evdən çıxmasını, Amidlə dalaşmasını, Amidə bıçaqla xəsarət yetirməsini görməmişdir. O, səs-küyə oyanmış və görmüşdür ki, həyətdə çoxlu adamlar yığılmışdır. Onda bilmişdir ki, Əhməd Amidi bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq ifadəsindən müəyyən olunmuşdur ki, o, hazırda Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yeni yaşayış massivində, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Əhməd onunla 10-cu sinifə kimi Bakı şəhəri, 149 nömrəli orta məktəbdə bir sinifdə oxumuşlar. 10-cu sinifə başlayandan sonra bir-iki aydan sonra atası onu məktəbdən xaric etmiş və o, hal-hazırda kollecə daxil olmaq üçün hazırlaşır. Əhmədlə münasibəti sinif yoldaşı kimi normal olmuşdur. Əhmədlə Amid arasında baş vermiş hadisədən iki-üç gün əvvəl ona Əhməd danışmışdır ki, «Amidlə aramızda mübahisə olmuşdur, mən onun dərsini verəcəm». O Əhməddən nə baş verdiyini soruşanda Əhməd ona bildirmişdir ki, «əvvəllər aramızda ata zarafatı edirdik, sonra da öz razılığımızla həmin zarafatları bitirdik və söyüş qoyduq ki, bir də belə zarafat etməyək. Buna baxmayaraq Amid yenə də mənimlə həmin zarafatları edir və buna görə aramızda mübahisə yaranıb». O da demişdir ki, «bir yerdə oxumusuz həm də bir məhəllədə qonşusuz, sizə yaraşmır». Əhməd ona demişdir ki, «məndən asılı deyil, əgər o, yenə də mənimlə elə zarafatları etsə mən onun cavabını verərəm». Qeyd etmişdir ki, onun Amidlə də münasibəti yaxşı olmuşdur və 5-ci sinifə kimi bir yerdə oxumuşlar. Arada görüşüb salamlaşmışlar. O, da Əhmədlə aralarında olan mübahisədən əvvəllər danışmışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında ona votsap vasitəsilə səs göndərmişdir ki, «Əhməd öz tanışlarını mənim üstümə dalaşmağa göndərib, biz bu gün dalaşmışıq». O nəyə görə dalaşdıqlarını soruşmuş, Amid ona yazmışdır ki, «əvvəl sənə dediyim söhbətə görə özü gəlməyib əvəzinə tanışlarını göndərib». Həmin gün axşam saatlarında Əhməd ona yazmışdır ki, «Nicat bilirsən nə olub?, bu gün Fuadgil Amidin üstünə gedib onunla dalaşıblar». O, Əhməddən nəyə görə dalaşdıqlarını soruşanda Əhməd ona yazmışdır ki, «təxminən bir ay bundan əvvəl Fuadın qardaşı Əlimurada demişdim ki, Amidlə aramızda mübahisə var, vaxtın varsa mənimlə gedək onunla söhbət edək. Həmin gün Əlimuradın vaxtı olmadığına görə gələ bilmədi və səhəri gün Türkiyə Respublikasına getdi. Ondan sonra da Amidlə aramızda barışıq oldu və atam bizi barışdırdı. Ola bilsin ki, həmin söhbəti Əlimurad qardaşı Fuada deyib Fuad da bu gün onunla həmin məsələyə görə Amidlə görüşüb və nəticədə dalaşıblar». O, Əhmədə demişdir ki, «sən Amidlə barışmağını Əlimurada demişdin?», Əhməd yazmışdır ki, «yox deməmişdim, heç ağlıma da gəlmədi ki, Əlimurada deyim ki, biz artıq barışmışıq, həm də mən bilməzdim ki, Əlimurad qardaşına Amidlə söhbət etməyi deyəcək». O Əhmədə yenə də təkrar yazmışdır ki, «lazım deyildi, axı siz bir yerdə oxumusuz, dostsunuz, həm də qonşusunuz, barışın getsin». Bir neçə dəqiqə yazışıb sağollaşmışlar. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Amid ona votsap vasitəsilə görüntülü zəng vurmuş və o görmüşdür ki, Amid xəstəxanadadır. O, Amiddən nə baş verdiyini soruşanda cavab vermişdir ki, «dünən gecə Əhməd məni bıçaqla vurdu və mən xəsarət almışam». O, Amiddən hadisənin necə baş verdiyini soruşmuş, Amid ona bildirmişdir ki, «aramızda yenə də əvvəlki söhbətlər oldu və getdikcə mübahisəyə çevrildi. Sonra Əhməd məni həyətə çağırdı və mən həyətə çıxan kimi məni bıçaqla vurdu və qaçdı». Ondan sonra özünü necə hiss etməsi barədə və necə xəstəxanaya aparılması barədə danışmışlar. Əhmədin dediyinə görə dostu Əlimurad Türkiyəyə getməmişdən əvvəl Amidlə aralarında olan mübahisəni demiş, Əlimurad da burada olmadığına görə qardaşı Fuada bu barədə demişdir ki, onlar da Amidlə görüşüb nəticədə aralarında dava olmuşdur. Əhmədin ona dediyinə görə hadisə belə olmuşdur. Onun dalaşma barədə məlumatı olmamışdır. Həmişə bu barədə söhbət düşəndə o ikisinə də sakitləşməyi və mübahisə etməmələrni məsləhət görmüşdür. Onun hər ikisi ilə münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər PRİ-nin 3-cü PŞ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 23:28 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 112 nömrəli yataqxanada yaşayan X4 DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək həmin tarixdə, təxminən saat 23:00 radələrində yetkinlik yaşına çatmayan, xx.xx.2005-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs qonşuluqda yaşayan, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq xəsarət yetirilməsini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində, 112 nömrəli yataqxananın qarşısında, Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında baş vermişdir. Baxış zamanı hadisə yerindən qan izləri və bir ədəd dəstəyi qara rəngli metaldan olan bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» xx.xx.2022-cı il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərardan müəyyən oluqnur ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində valideynin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli «şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs tutularaq Bakı şəhəri Xəzər RPİ-nin MSY-nə yerləşdirilmiş, lakin Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə zalından həbsdən azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, cəmi 05 gün həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 299 saylı rəyindən müəyyən olunur ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-ağır hemorragik şok, sağ bazu kələfinin və bazu arteriyasının kəsilməsi ilə nəticələnmiş sağ bazunun deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddətləri onun “X11” X12 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 847 saylı rəyindən müyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ünsiyyətcillik, emosionallıq, söz götürməmək, adaptivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual inkişafına görə öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı yaddasaxlama və yadasalma funksiyalarında çətinlik müəyyən edilmədi. Müayinə zamanı Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyllilik aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 03-ə/299 saylı rəyindən müəyyən olunur ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ budun qırmızı rəngli çapıq toxuması deşilmiş-kəsilmiş yara izi olub deşici-kəsici təsirə malik əşya (alət (ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1,5-2 ay əvvələ uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 203/2022-MTBŞ saylı rəyindən müəyyən olunur ki, 1) Zərərçəkmiş şəxs qan qrupu şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə A beta (İİ). 2) Ekspertizaya təqdim edilmiş trusik, şalvar, gödəkcə üzərində olan ləkələrdə A beta (İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmdə elan edilib araşdırılmış məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 166-MTKŞ/2022-ci il saylı rəyindən müəyyən olunur ki, 1) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthində sağda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. 2) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthində sağda bir ədəd deşilmiş-kəsilmiş zədə, sağ bazu kələfinin və bazu arteriyasının kəsilməsi ilə nəticələnmiş sağ bazunun deşilmiş-kəsilmiş yarası ilə nisbi olaraq üst-üstə düşürlər. 3) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, alt tumanı üzərində zədə və zədə izləri aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 173-MTKŞ/2022-ci il saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 saylı idman şalvarının ön səthində sağda 1ədəd, idman şalvarının ön səthində sağda 1 ədəd və alt tumanın ön səthində sağda 1 ədəd deşilmişkəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpu, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Məhkəmədə elan edilib araşdırılmış «mobil telefon yazışmalarına baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş 077 588-51-68 mobil telefon nömrəsi ilə aparılmış sms-lərə baxış keçirilmiş, baxış zamanı sms mətnləri - Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında qarşılıqlı olaraq wotsap mobil tətbiqi vasitəsilə aparılmış və yazılmış sms-lərin məzmununda nalayiq söyüşlərdən ibarət çoxsaylı mətnlər vardır. Məhkəmədə elan edilib araşdırılmış «mobil telefon məlumatına baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Qanuni nümayəndə1 istintaqa təqdim etdiyi mobil telefon məlumatına baxış keçirilmiş, baxış 26 saniyədən ibarət videofaylı əks etdirən fotoda ayaq nahiyəsi üzərində xəsarət izinin olmasını əks etdirən görüntü vardır və həmin görüntünün 24 fevral tarixində qeydə alınması müəyyən olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «CD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Qanuni nümayəndə1 istintaqa təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs sağ ayağında xəsarət izini əks etdirən yaranın olması müəyyən olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış digər sənədlərdən müəyyən olunur ki, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs Bakı şəhəri 149 saylı tam orta məktəbin şagirdidir, dərslərini zəif mənimsəsədə dərsə davamiyyəti normal olmuş, sinif yoldaşları və müəllimləri ilə xoş münasibəti olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, xuliqanlıq motivi ilə qəsdən sağlamlığa ağır zərər vurma (CMnin 126.2.4-cü maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoymaqla onlara qarşı laqeyidcəsinə hörmətsizlik göstərməklə ictimai qaydaları və əxlaq normalarını pozmaq və yaxud heç bir səbəb olmadan, yaxud cüzi bəhanə ilə törədilən cinayət əməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə bağlı qərəzli hərəkətlərlə silah qismində istifadə olunan əşyadan istifadə etməklə təkrarən xuliqanlıq etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurması üçün hər hansı əsas və səbəblər müəyyən edilməmişdir. Belə ki, məhkəmə baxışı zamanı tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə tanışı Zərərçəkmiş şəxs ilə sonuncunun evinə gəlmiş qonağın ünvanına nalayiq sözlər işlədib təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisənin davamı olaraq Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 112 nömrəli yataqxananın yaxınlığında olan «narlıq» adlanan əraziyə söhbət etməyə çağırmış, həmin gün, təxminən saat 15 radələrində qeyd olanan əraziyə gələrək orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə söyüb təhqir etmiş, daha sonra onun üzərində zor tətbiq etməklə istintaqa məlum olmayan mənbədən əldə edib üstündə gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək sonuncunu qəsdən bir dəfə vuraraq ona sağ budun qırmızı rəngli çapıq toxuması yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərər vurmuş, bundan başqa təkrarən, tanışı Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarında söyüşlə olan zarafatın ciddi məcraya keçməsi və bunun nəticəsində şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisəni davam etdirib sona çatdırmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 112 nömrəli yataqxananın qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə söyüb təhqir etmiş, daha sonra onun üzərində zor tətbiq etməklə üstündə gəzdirdiyi, istintaqa məlum olmayan mənbədən əldə etdiyi bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə qəsdən bir dəfə vuraraq ona yetirildiyi anda həyat üçün təhlükəli olan ağır hemorragik şok, sağ bazu kələfinin və bazu arteriyasının kəsilməsi ilə nəticələnmiş sağ bazunun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmənin gəldiyi bu nəticələr, Təqsirləndirilən şəxs özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, istintaq hərəkətləri protokolları, məhkəmə ekspertiza rəyləri və məhkəmədə tədqiq edilmiş işin digər sənədləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 86-cı maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən, məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən olunmuş hallardan başqa, həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx xxx 2006-cı il təvəllüdlü olmaqla, hadisə törətdiyi xx.xx.2022-ci il tarixə yetkinlik yaşına çatmamış, hal hazırda də yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə CM-nin 85.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onu həbsdə saxlama müddətinə daxildir. Həmin məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən isə şəxsin həbsdə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun28 iyun 2002-ci il tarixlə 2 saylı qərarının 12-ci bəndinə əsasən hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-nin 55.1-ci maddəsi), məhkəmə CMnin 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Belə olan halda CM-nin 85.5-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideyin nəzarət altına vermə növündə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib məhkəmə iclasından həbsə alınmalı, cəza çəkməsinin başlanğıcı həbsə alındığı gündən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən 126.2.4 və 221.3-cü oğlunun 05 gün ərzində, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkcə, 02 ədəd şalvar və 01 ədəd alt tuman, maddi sübut olan 01 ədəd turist bıçağı məhv edilməlidir. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci vardır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs müstəqil gəlir mənbəyinin olmaması səbəbindən həmin məbləği ödəməyə imkanının olmadığını nəzərə alıb Azərbaycan Respublikası CPM-nin 198.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilməli, məhkəmə xərci dövlət büdcəsi hesabına həyata keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 hesabına 120 AZN (yüz iyirm imanat) pul Bakı şəhər 8 saylı Vəkil Bürosunun nəfinə nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı-05 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “valideyin nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkcə, 02 ədəd şalvar və 01 ədəd alt tuman və maddi sübut olan 01 ədəd turist bıçağı məhv edilsin. 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h **********9328518204 ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün və Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilsin və dövlət büdcəsi hesabına ödənilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1465/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1465/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver