Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1465/2023 12.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1987-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi ev 174 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,828 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 29 mart 2023-cü il tarixdə saat 20:15 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,828 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə saat 16:30 radələrində işlədiyi “Neftayırma” zavodundan işdən çıxıb uşaqları məktəbdən götürmək üçün Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsinin yaxınlığına getmişdir. Saat 18 radələrində öz övladı və qardaşının övladı ilə birlikdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsinin girişindəki mağazaya çatan zaman öz övladını evə çörək alması üçün pul verib mağazaya göndərmiş, qardaşının övladı ilə küçədə dayanmışdır. Bu vaxt tanımadığı şəxs ona yaxınlaşıb bu ərazidə kirayə ev olub-olmadığını soruşmuşdur. Həmin anda sonradan adının Ramil olduğunu bildiyi polis əməkdaşı və adını bilmədiyi polis əməkdaşı ona arxadan yaxınlaşıb “Təqsirləndirilən şəxs sənsən” demiş, o da həmin şəxslərə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu saxlayıb Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına gətirmişlər. O, polislərə uşaqları evə apardıqdan sonra onlarla birlikdə polis bölməsinə getməyini xahiş etsə də, onlar uşaqları küçənin ortasında qoyaraq onu polis bölməsinə gətirmişlər. Sonra da onu inzibati binanın 2-ci mərtəbəsindəki otaqlardan birinə aparmışlar. Həmin otaqda divarda saat olmuş və saatın 18:20 radələri olduğunu görmüşdür. Otaqda onunla birlikdə Ramil Vəliyev də oturmuşdur. Təxminən yarım saat sonra onu başqa otağa apararaq orada ayrı-ayrı şəxslər ondan harada işlədiyini, nə zaman Məşhəd şəhərinə ziyarətə getdiyini soruşmuşlar. Sonra da onu yenidən həmin otağa gətirmişlər. Saat 23:00 radələrində Ramil Vəliyev onu yenidən rəisin otağına aparmış, orada o və Ramil Vəliyevdən başqa bömənin rəisi də olmuşdur. Bu vaxt rəis həbsə getməli olduğunu, bunun üçün də onun üzərinə narkotik vasitə qoyulacağını bildirmişdir. O isə rəisə etiraz edərək belə bir şeyin necə ola biləcəyini dedikdə, rəis yerindən qalxıb yaxınlaşaraq onu silkələyib razılaşmayacağı halda yaşadığı evdən kiloqramla narkotik vasitə çıxarılacağını, həmçinin ailə üzvlərinin də polisə gətiriləcəyini bildirmişdir. Sonra onu Ramil adlı polis əməkdaşı başqa otağa aparmış və orada o, həmin şəxsə narkotik vasitələrlə ittiham olunmağı qəbul etməyəcəyini bildirdikdə, ona dəmir dəyənək göstərərək qeyri-insani hərəkətlər edəcəyini demişdir. O da məcbur olub şəxsi axtarış zamanı polis əməkdaşlarının bildirdikləri kimi izahat verərək oxumadan sənədlərə imza etmişdir. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Saxlanılarkən uşaqlar yolun kənarında təkbaşına qalmışlar. Saxlanılan ərazidən yaşadığı evə 200 metr məsafə olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, “Akapen” dairəsi adlanan ərazidə saxlanılmışdır. Onu 5-6 nəfər polis əməkdaşı polis bölməsinə aparmışlar. Polis əməkdaşları saxlanılmağının səbəbini deməmişlər. Polis bölməsi ilə saxlanıldığı küçə arasında 5-6 dəqiqəlik məsafə olmuşdur. Onu polis bölməsinə gətirərək 2-ci mərtəbədə otaqların birində saxlamışlar. Otaqda olarkən əlləri bağlı olmamışdır. Polis bölməsində olarkən dəstamaz alıb namaz qılmışdır. Arabir polis əməkdaşları saxlanıldığı otağa daxil olub ona nəzarət etmişlər. Ona bir neçə sual verərək evə buraxacaqlarını bildirmişlər. Hüquq və vəzifələri izah olunmamış, ona psixoloji təsir göstərdiklərindən polis əməkdaşlarına etiraz edə bilməmişdir. Polis əməkdaşları onu tələsdirdiklərindən sənədlər toplusuna şəxsi axtarışdan sonra oxumadan imza etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclasında polis əməkdaşları tərəfindən psixoloji təsirə məruz qaldığını bildirmişdir. Şəxsi axtarış keçirildikdən sonra bütün sənədlərə imza etmişdir. 6 günlük iş rejimində işləmişdir. Saxlanıldıqdan 3-4 gün sonra uşaqları ilə telefon əlaqəsi saxlamışdır. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Şahid2 onun saxlanılmağında iştirak etməmişdir. Şahid2 onun günahsız olduğunu və həbs edilməyəcəyini bildirmişdir. Onu saat 18:00 radələrində 6-7 nəfər polis əməkdaşı saxlayıb polis bölməsinə gətirmiş, həmin gün gecə saat 00:00 radələrində üzərinə baxış keçirilmişdir. Polis bölməsində sərbəst olmuşdur. Şahid1 onun saxlanılmağında iştirak etmiş, onunla polis bölməsində bir neçə saat söhbət etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etməmiş, lakin son zamanlarda onda maraq yarandığı üçün narkotik vasitə əldə edib istifadə etmək qərarına gəlmişdir. 29 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində olan zaman xarici görünüşündən narkotik istifadəçisinə oxşayan, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslə təsadüfən qarşılaşıb söhbət edərkən həmin şəxs üzərində narkotik vasitə heroin (kakos) olduğunu bildirərək istəyərsə ona sata biləcəyini demiş, o da həmin şəxsin bu təklifi ilə razılaşmış və 50 manat ödəməklə içində qəhvəyi rəngli maddə olan 1 ədəd sellofan bükümü həmin tanımadığı şəxsdən alaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoyub gizlədərək sonradan istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 29 mart 2023-cü il tarixdə saat 20:15 radələrində cibindəki narkotik maddə ilə birlikdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi 174 saylı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitə istifadəçisi olduğundan şübhələndiklərini bildirmiş və onu Səbail RPİ-nin 8-ci PB-nə dəvət etmişlər və sonra birlikdə bölmənin inzibati binasına gəlmişlər. Orada üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçiriləcəyi, dövlət hesabına ona Səyyarə Əliyeva adlı vəkilin müdafiəçi təyin edildiyi barədə məlumat verilmiş, o da heç bir etiraz etməmişdir. Polis idarəsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilmişdir. Baxış keçirilən zaman özü əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içində narkotik maddə heroin olan 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı içərisində narkotik maddə heroin olan 1 ədəd şəffaf sellofan bükümü 29 mart 2023-cü il tarixdə axşam saat 16 radələrində günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əvvəlcədən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını və üzərində saxladığını bildirmişdir. Sonra təqdim etdiyi narkotik maddə heroin zərfə qablaşdırılmış və zərfin üzərinə o da imza etmişdir (cild 1, iş vərəqə 61-62). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə daxil olmuş məlumat əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu, “20-ci sahə” adlanan ərazidə saxlayıb Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına gətirmişlər. Bundan sonra inzibati binaya vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olmasını deyib videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirildikdə, o, etiraz etməmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki qəhvəyi rəngli kütlənin “kakos” olduğunu bildirmişdir. Əməliyyat məlumatının nə vaxt daxil olduğunu xatırlamır. Təqsirləndirilən şəxs “20-ci sahə” adlanan ərazidə saxlamışlar. Lakin dəqiq olaraq hansı küçədə saxladıqlarını xatırlamır. Təqsirləndirilən şəxs axşam saat 20:00 radələrində o və Şahid1 saxlamışdır. Onu küçədə tək olaraq piyada hərəkət edərkən saxlamışlar. Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PB-nə kimin avtomobili ilə gətirdiklərini xatırlamır. Səbail RPİ-nin 8-ci PB-nin inzibati binası 2 mərtəbəlidir. Təqsirləndirilən şəxs polis bölməsinə daxil olduqdan təxminən 10 dəqiqə sonra üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bölməyə gətirilərkən və bölmədə olarkən onun əllərinə qandal vurulmamışdır. Təqsirləndirilən şəxs dini mövqeyi ilə bağlı onda məlumat olmamışdır. Təqsirləndirilən şəxs saxlayarkən mobil telefonunun üzərində ***-***-**-** saylı sim nömrə olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 29 mart 2023-cü il tarixdə axşam saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və görürmə aparılması haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Aşkar olunmuş həmin 1 ədəd büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisindən xüsusi görünüşlü və quruluşlu olan ağ rəngli narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 31-32). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 30 mart 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd şəfaf rəngli bükümü çıxarıb təqdim edir. Sorğu zamanı 1 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, 29 mart 2023-cü ildə tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanımadığı şəxsdən 50 manata aldığın bildirir. Daha sonra həmin bükülü kağız zərfdə qablaşdırılır (cild 1, iş vərəqə 48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 mart 2023-cü il tarixli 6/1830 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-in zərflər üçün № 52” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan” zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,828 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 3,828 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 3,728 qram, cild 1, iş vərəqə 40-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 20 may 2023-cü il tarixli 3075 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 112-113). Cinayət işinin materiallarında olan 4 noyabr 2023-cü il tarixli "xxxx" MMC və 25 oktyabr 2023-cü il tarixli "xxxx" MMC-dən məhkəməyə göndərilmiş CD disklərdən olan mətnlərdən görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi 29 mart 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, “Bayıl Plaza” ərazisini göstərmiş, şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsi 29 mart 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, akademik Ə.Yaqubov küçəsi 6 küçəsinin ərazisini göstərmişdir (cild 2). Məhkəmə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları həmin anten dairəsi barədə olan məlumatlarla müqayisəli şəkildə təhlil edərək mötəbər hesab edir. Cinayət işinin materiallarında olan 28 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 3,728 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 130-136). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 92). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 105-107). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 70-72). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 3,728 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Səbail RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 3,728 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1465/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1465/2023
12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver