Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1466/2022 15.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X7, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi-mütəxəssis X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1958-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan (Təqsirləndirilən şəxs adı ilə), Rusiya Federasiyasının Dağıstan Respublikası, Dərbənd şəhəri, Şahbazova küçəsi, ev 36-da qeydiyyatda olan, həbs edilənədək faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 19:30 radələrində tanışı Zərərçəkmiş şəxs ilə ünvan 1 ünvanında yerləşən «N.Nərimanov» adına istirahət parkındakı «Dursun» kafesində yüngül dərəcəli sərxoşluq vəziyyətində olarkən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini cuzi səbəb kimi bəhanə edib mübahisəyə başlamış və kafedən çıxandan sonra parkın ərazisində mübahisəni davam etdirərək özünü qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, yəni xuliqanlıq niyyəti ilə özündə olan silah qismində istifadə olunan əşyadan, yəni bıçaqdan istifadə etməklə ictimai qaydanı insanlar arasında bərqərar olmuş davranış qaydalarını və etik normalarını kobud surətdə pozub, ətrafda istirahət edən şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, insanların mənafeyinə toxunan hərəkətlər edib cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib döş qəfəsi və sifət nahiyəsindən ümumilikdə 2 (iki) dəfə bıçaqla, həmçinin bıçağın dəstəyi ilə boyun nahiyəsindən vuraraq sonuncuya sifətin sol yarısının sol çənə bucağında 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, boyunun hematoması kimi sağlamlığa yüngül və döş qəfəsinin sağ yarısının İV-V qabırğa arası nahiyəsindən daxilə nüfuz edərək pnevmotoraksiya ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuş və qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Qeyd edilən cinayət işi üzrə ilk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. X4 barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs qismində çıxış edən X8 anket məlumatlarını mübahisələndirərək soyadının Hüseynov, adının Əlimiran, atasının adının Rəfi olduğunu, Rusiya Federasiyasının Dağıstan Respublikası, Dərbənd şəhərində anadan olduğunu, habelə Azərbaycan Respublikasının vətəndaşı deyil, Rusiya Federasiyasının vətəndaşı olduğunu iddia etmişdir. Təqsirləndirilən şəxs qismində çıxış edən X8 anket məlumatlarını mübahisələndirdiyindən və mübahisə predmeti ciddi əhəmiyyətə malik olduğundan məhkəmə tərəfindən müxtəlif səlahiyyətli dövlət orqanlarına və Rusiya Federasiyasının Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi səfirliyinə sorğular göndərilərək təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin məhkəmədə iddia etdiyi hallar araşdırılmışdır. Məhkəməyə daxil olmuş cavablar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs qismində çıxış edən X4 anket məlumatları ilə bağlı məhkəmədə iddia etdiyi hallar həqiqət olmuşdur. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmışdır. Daha sonra cinayət işi üzrə əlavə ibtidai istintaq aparılmış və ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, cinayət işi üzrə X8 qismində çıxış edən şəxs əslində Təqsirləndirilən şəxsdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə tərəfindən cinayət işinin materialları öyrənilərkən məlum olmuşdur ki, cinayət işi üzrə əlavə ibtidai istintaq aparılan zaman Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda göstərilmiş və aradan qaldırılması mütləq olan bütün hüquqi məsələlər həll edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda əlavə ibtidai istintaq zamanı həll edilməsi və mütləq qaydada aradan qaldırılması zəruri olan 2 (iki) məsələ göstərilmişdir. Bunlardan biri - təqsirləndirilən şəxsin anket məlumatları ilə bağlı olan məsələ olmuşdur. Bu məsələ isə əlavə ibtidai istintaq zamanı öz həllini tapmışdır. İkinci məsələ isə cinayət işinə əlavə edilmiş və qanuni qüvvəsini almış məhkəmə hökmü ilə bağlı olmuşdur. Belə ki, cinayət işinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-563/2014 saylı hökmündən (cild 1, vərəqə 109-115) görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu səbəbdən də xx.xx.2022-ci il tarixli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda göstərilmişdir ki, təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin X8 adlı şəxs deyil, başqa adda olan şəxs olduğu halda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-563/2014 saylı hökmündə məhkumun anket məlumatları ilə bağlı məsələ də qanunla müəyyən edilmiş qaydada həll edilməlidir. Lakin cinayət işi üzrə əlavə ibtidai istintaq aparılan zaman məhkəmə qərarında göstərilmiş bu kimi vacib və ciddi hüquqi əhəmiyyətə malik olan məsələyə ümumiyyətlə baxılmamış, göstərilən xüsusatla bağlı qeyri-müəyyənlik aradan qaldırılmamışdır. Belə olduğu halda isə cinayət işinə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi mümkün deyil. Cinayət işinə belə vəziyyətdə məhkəmədə baxılması səhv nəticəyə gətirib çıxara bilər, bu isə bir tərəfdən təqsirləndirilən şəxsin müdafiə hüququnun ciddi şəkildə pozulmasına, digər tərəfdən isə çıxarılacaq məhkəmə hökmünün qanunsuz olmasına gətirib çıxaracaq. Məsələ ondan ibarətdir ki, hazırki cinayət işinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qanuni və əsaslı olması, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təsdiq edilərsə cəza təyini məsələsinin həll edilməsi səhv nəticəyə səbəb olacaq. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırda Təqsirləndirilən şəxs qismində çıxış edən şəxs əvvəllər X8 adlı şəxs kimi çıxış etmiş, məhz X3 cinayət məsuliyyətinə cəlb edilmiş və qanunla müəyyən edilmiş qaydada cəzalandırılmış, lakin məhkumluğu ödənilmədiyi müddət ərzində yenidən qəsdən cinayət törətmişdir. Cinayət işinin materialları ilə X4 Təqsirləndirilən şəxs olması, əvvəllər Təqsirləndirilən şəxs Əli Mehdiyev kimi çıxış etməsi, Əli Mehdiyevin əvvəllər cinayət törətməsi və onun üzərində ödənilməmiş məhkumluğunun olması təsdiq olunur. Lakin cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tələbnaməsindən (cild 2, vərəqə 65) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmişdir. Göstərilən hüquqi qeyri-müəyyənlik həll edilmədiyi halda cəza təyini məsələsinin bu və ya digər şəkildə həll edilməsi kobud qanun pozuntusuna və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olacaq. Yəni residiv (bir əmələ nisbətdə sadə resdidiv, digər əmələ nisbətdə təhlükəli residiv) olduğu halda residivin nəzərə alınmaması halında cəzanın təyin edilməsi məhkəmə hökmünün qanuniliyinə şübhə yaradacaq, residivin nəzərə alınması isə təqsirləndirilən şəxsin müdafiə hüququnu ciddi şəkildə pozacaq (Təqsirləndirilən şəxs adı ilə cinayət məsuliyyətinə cəlb edilmədiyi halda X8 qismində məsuliyyətə cəlb edilməsi ilə bağlı residivin nəzərə alınması). Göründüyü kimi hər bir halda cəza təyini ilə bağlı məsələ qanuna zidd şəkildə həll ediləcək. Əlavə ibtidai istintaq zamanı ibtidai istintaqı həyata keçirən müstəntiq, polis mayoru X9 xx.xx.2022-ci il tarixdə sübutların qiymətləndirilməsi barədə qəbul etdiyi qərarda yuxarıda göstərilmiş məsələni həll edilmiş məsələ kimi qəbul etsə də (qərarın nəticə hissəsi: iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməsi nəzərə alınsın), məhkəmə bu hissədə ibtidai istintaq orqanının gəldiyi nəticəyə tənqidi yanaşır və qeyd edir ki, ibtidai istintaqı həyata keçirən müstəntiq göstərilən məsələni təkbaşına həll etməyə dair heç bir səlahiyyətə malik deyil. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə bağlı olan hüquqi məsələ, yəni məhkəmə hökmündə məhkumun anket məlumatlarına (məhkumun şəxsiyyəti və digər məlumatlar) dair məsələ Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə qanunla müəyyən edilmiş qaydada həll edilməlidir. Əks halda cinayət işinə obyektiv hüquqi qiymət verilməsi mümkün olmayacaq. Bunu isə məhkəmə araşdırması zamanı həll etmək ağlabatan və mümkün deyil. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr vasitəsilə yuxarıda göstərilən halları təhlil edib məhkəmə belə qənaətə gəlir ki, hazırki vəziyyətdə cinayət işi üzrə təqsirləndirilən şəxsin məhkəməyə verilməsi, eləcə də göstərilən halların məhkəmə qaydasında aradan qaldırılması mümkün deyil. Odur ki, cinayət işinin baxılmasına xitam verilməklə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilən prokurora qaytarılmalı, davam etdiriləcək əlavə ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünün qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi məsələsi (məhkumun şəxsiyyətinə və digər anket məlumatlarına aid hissədə) həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntuları hesab edilirlər və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə də baxmışdır. Hazırkı cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul olunduğundan və təqsirləndirilən şəxsin həbsdə saxlanılması üçün əsaslar aradan qalxmadığından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin həbsdə saxlama müddəti uzadılmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Smirnova Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli qərarında insan hüquq və azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci maddəsini rəhbər tutaraq göstərir ki, Konvensiya üzrə presedent hüququna əsasən şəxsin yaşayış məntəqəsini tərk etməmək barədə iltizam verməklə azad edilməsi üçün dörd məqbul şərt hazırlanmışdır: barəsində ittiham irəli sürülən şəxsin məhkəməyə gəlməməsi riski, barəsində ittiham irəli sürülən şəxsin azad ediləcəyi halda ədalət mühakiməsinə mane olmaq üçün addımlar atması riski, şəxsin ictimai qaydanı pozması riski və şəxsin növbəti hüquq pozuntuları törətməsi riski. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159-cu maddəsinin müddəalarına görə ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətləri müstəsna hallarda 13 ayadək məhkəmə tərəfindən uzadıla bilər. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün müəyyən müddət tələb olunur. Ona görə də məhkəmə cinayət işinin mürəkkəbliyini, təqsirləndirilən şəxslərin ağır cinayət törətməkdə təqsirləndirilməsini, onun azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 avqust 2022-ci il tarixdən 1 (bir) ay müddətinə, yəni 15 sentyabr 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 298-300, 303.3.6, 159 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 avqust 2022-ci il tarixdən 1 (bir) ay müddətinə, yəni 15 sentyabr 2022-ci il tarixədək uzadılsın.
4. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.