Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1466/2024 01.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X8 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu Rezervuar 5 ünvanında yerləşən Azərsunun inzibati binasında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 4061,86 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı əldə edib, Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 ünvanında yerləşən “Azersunun inzibatı binası”nın yaxınlığına daşıyaraq orada hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini həmin ünvanda toplanmış avtomobil təkərlərinin içərisində gizlətməklə saxlamış, 25 avqust 2023-cü il tarixdə Xətai rayonu, Babək prospektində yerləşən “Maşın Bazarı” ərazisində təmiz çəkisi 17,96 qram olan narkotik vasitə qurudulmuş marixuananı 600 manat pul müqabilində tanışı X2, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 06 sentyabr 2023-cü il tarixdə saat 19:40-da o, Xətai rayonu, Rezervuar 5 ünvanında saxlanılıb ünvan 2 inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynindəki köynəyin altından bir ədəd bükümdə təmiz çəkisi 13,90 qram olan bitki mənşəli, kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 23:35-də Xətai rayonu, Rezervuar 5 ünvanının yaxınlığında videoçəkilişlə müdafiəçinin və onun iştirakı ilə avtomobil təkərlərinin toplusuna baxış keçirilərkən oradan bir ədəd polietilen torbada, külli miqdarda, təmiz çəkisi 4030 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin üzərində narkotik vasitə marixuananın izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o “Namiq” adlı oğlanla nəşə çəkmişlər. Namiqi polis əməkdaşları tutmuşlar və Namiq onu satmışdır. Bu səbəbdən də polislər onu yaşadığı evdən aparmışlar. Nizami rayon Polis İdarəsində 5-6 nəfər polis əməkdaşı onu döymüşlər. O iranlı “İbişi” tanımır. O polislər tərəfindən narkotik vasitə ilə yüklənmişdir. Belə ki, polislər nəşəni evin həyətinə qoymuşlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, təxminən 1993-cü ildən bəri yalnız nəşədən istifadə edir. Namiq adlı şəxs onun qohumu deyildir. Onlar Namiqlə birgə bir neçə dəfə birlikdə onun yaşadığı evin həyətində nəşə çəkmişlər. Belə ki, nəşə onda olmuş və o da Namiqi dəvət etmişdir. Namiqi polis əməkdaşları tutmuşlar. Polis əməkdaşları Namiqdən həmin maddələri kimdən aldğını soruşduqda, sonuncu onun adını çəkərək evini göstərmişdir. Namiqdən narkotik vasitə müqabilində heç vaxt pul almamışdır. Polislər onun çənəsinə yumruqla vurmuşlar. Onun bədən xəsarətləri olmamışdır. O,prokurora döyüldüyünü bildirmişdir. Bakı istintaq təcridxanasına daxil olarkən bədən xəsarətləri barədə məlumat verməmişdir. O, nəşəni ayda bir dəfə alırmış. Onun cibi olmamışdır. Belə ki, polislər narkotik vasitəni onun maykasının altına qoymuşlar. O polislər tərəfindən evinin həyətində tutulmuşdur. O, tutulan vaxt dərhal üzərinə baxış keçirilməmişdir. Polislər onu evə keçməyə imkan verməmiş və birbaşa həyətdən aparmışlar. Həmin vaxt ailə üzvləri evdə olmuş və onlar da onun həyətdən aparıldığının şahidi olmuşlar. Polis əməkdaşları eyni zamanda narkotik vasitəni təkərlərin yanına qoymuşlar. Həmin yer də onun həyətidir. Onun nə üstündə, nə də həyətində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə hesab edilən marixuandan istifadə edir, marixuananı müxtəlif şəxslərdən, son zamanlarda isə adını İbiş olaraq bildiyi şəxsdən alır. O, narkotik vasitələri həm öz istifadəsi üçün həm də bəzi tanışlarına satmaq məqsədi ilə əldə edir. Təqribən 15 gün bundan əvvəl İbiş kimi tanıdığı şəxsdən Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 Azərsunun binasının yaxınlığında bir ədəd bağlamada təqribən 5 kilo çəkidə narkotik vasitə marixuana almış, bunun müqabilində 500 manat verib pulun geriyə qalanını daha sonra verəcəyini bildirmişdir. O, həmin bükümü Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 Azərsunun binasının yaxınlığında üst-üstə qoyulmuş təkərlərin içərisində gizlətmişdir. Oradan narkotik vasitə götürüb arada bir istifadə edirmiş. Təqribən 25 avqust 2023-cü il tarixdə səhər saatlarında əvvəlcədən olan razılıqlarına əsasən tanışı Namiq Hacızadəyə satmaq üçün həmin bağlamadan bir kiçik bağlamada təqribən 30 qram ayırıb yola çıxmışdır. Saat 15 radələrində tanışı Namiq Hacızadə ilə Babək prospektində yerləşən “Maşın Bazarı”nın yaxınlığında görüşmüşlər. O, 600 manat qarşılığında ona bir bükümdə təqribən 30 qram miqdarında marixuana satmışdır. 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 Azərsunun binasının yaxınlığında təkərlərin içində gizlətdiyi narkotik vasitədə marixuanadan daha sonra istifadə etmək məqsədi ilə bir büküm ayıraraq əynində olan qısaqol köynəyin altında, yəni bədəni ilə köynəyin arasına qoymuşdur. Həmin gün, yəni 06 sentyabr 2023-cü il tarixdə saat 19:40-da Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 Azərsunun binasının yaxınlığında piyada hərəkətdə olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə Nizami Rayon Polis İdarəsinə getməli olduğunu bildirmişlər. O, üzərində saxladığı narkotik vasitə marixuandan dolayı ilk öncə getməkdə tərəddüd etsə də, daha sonra bunun mənasız olduğunu düşünüb onlarla getməyə razılıq vermişdir. O, fikirləşirmiş ki, Polis İdarəsinə çatanadək uyğun vaxt tapıb üzərində olan bir büküm marixuananı atar, beləcə də cinayət məsuliyyətindən azad olar. Lakin, yol boyu polislərin nəzəri onun üzərində olduğundan narkotik vasitəni üzərindən ata bilməmişdir. Nizami RPİ-nin İnzibati binasına çatdıqdan sonra onu təhqiqatçıya təhvil vermişlər, burada ona nə səbəbə polisə gətirildiyi bir daha izah edilmiş, ona öz xahişi ilə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə axtarış keçirilmiş, axtarış zamanı üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qısaqol köynəyin altında, yəni bədəni ilə köynəyi arasında saxladığı içərisində narkotik vasitə marixuana olan bükümü təqdim etmişdir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 Azərsunun binasının yaxınlığında da narkotik vasitə marixuana gizlətdiyini etiraf etmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 Azərsunun binasının yaxınlığına getmişlər. O, bu ərazidə üst-üstə qoyulmuş avtomobil təkərlərinin içərisində saxladığı sellofan torbanı göstərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisindən bir ədəd qara rəngli sellofan bağlama və bir ədəd ağ və yaşıl rənglərdən ibarət elektron tərəzi aşkar edilmişdir. Həmin bağlamanın içərisinə baxış keçirmiş və elektron tərəzinin işləkliyini yoxlamışlar. Həmin elektron tərəzi əvvəllər işləsə də sonuncu dəfə o, baxanda işləmədiyi üçün axtarış zamanı polislərə tərəzinin işlək vəziyyətdə olmadığını demişdir. Daha sonra elektron tərəzi və içərisində marixuana olan bağlama yenidən sellofana qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir. Dindirmə zamanı ona verilən “Siz üzərinizdə və qeyd etdiyiniz Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 Azərsunun binasının yaxınlığında gizlətdiyiniz narkotik vasitə marixuananı nə məqsədlə əldə etmişdiniz?” sualına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etmişdir. O, Namiq Hacızadəyə narkotik vasitə marixuana satmışdır. Narkotik vasitələri əldə etdiyi şəxslər barəsində başqa heçnə bilmir. Ona verilən “Siz həmin narkotik vasitələri əldə etdiyinizi bildirdiyiniz İbiş adlı şəxs barəsində başqa nə bilirsiniz, sizinlə onun arasında narkotik vasitələri digər şəxslərə çatdırmaq barədə razılıq olmuşdurmu?” sualına cavab olaraq bildirmişdir ki, onun haqqında başqa heçnə bilmir. Onların arasında ondan aldığı narkotik vasitələri üçüncü şəxslərə çatdırmaqla bağlı razılaşma olmamışdır. İbiş adlı şəxs elə bilirmiş ki, o, həmin narkotik vasitə marixuananı öz istifadəsi üçün alır. Ona verilən “Siz həmin narkotik vasitəni İbiş adlı şəxsdən 500 manat qarşılığında aldığınızı pulun geri qalanını ona daha sonra verəcəyinizi bildirmisiniz, siz onunla ümumilikdə nə qədər miqdara razılaşmışdınız və pulu verməmək üçün onu necə tapacaqdınız?” sualına cavab olaraq bildirmişdir ki, “Mən onunla ümumilikdə 3000 manat qarşılığında razılaşmışdım. Mən onu tapa bilməyəcəkdim, çünki onun haqqında heçnə bilmirəm. O, mənə demişdi ki, özü məni tapacaq” Dindirmə zamanı ona verilən digər suallara cavab olaraq bildirmişdir ki, onunla Namiq Hacızadə arasında ona satdığı narkotik vasitə marixuananı digər şəxslərə çatdırma barədə razılıq olmamışdır. O, Namiq Hacızadəni narkotik vasitə marixuananın istifadəçisi kimi tanıyır. Namiq bir aydan bir ondan 20-30 qram marixuana alırmış. Namiq bunları öz istifadəsi üçün aldığını deyirmiş. O, tutularkən və araşdırmanın digər mərhələlərində ona qarşı fiziki və ya digər növ təziqlər edilməmişdir, ifadəsini öz iradəsi ilə olduğu kimi vermişdir. (Cild 1, iş vərəqi 226-227, 257- 259) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nizami RPİ NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə şöbənin əməkdaşları tərəfindən Namiq adlı şəxs saxlanılmış və üzərindən narkotik vasitə aşkar edilmişdir. Suallara cavab olaraq Namiq narkotik vasitələri Eyvaz adдı şəxsdən aldığını bildirmişdir. Eyvaz barəsində əməliyyat tədbiri keçirilməsi məqsədilə o və əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Tədbirlərin davamı olaraq Bakı şəhəri, Xətai rayonu, Rezervuar küçəsi ərazisində Eyvaz adlı şəxsi saxlayaraq, Nizami RPİ-yə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən köynəyinin alt hissəsindən qurudulmuş marixuana aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin müəyyən hissəsinin də Azərsunun inzibati binasının həyətində olduğunu bildirmişdir. Qeyd olunan ünvana baxış keçirilən zaman işlənmiş maşın təkərlərinin arasından narkotik vasitə və tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suala cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupu 2-3 nəfərdən ibarət olmuşdur. Əməliyyat qrupu Şahid2, Şahid4 və ondan ibarət olmuşdur. Şəxs axşam saatlarında saxlanmış və saxlanılarkən tək olmuşdur. Şəxsi saxlayarkən ona qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Şəxsin üzərinə baxış keçirilərkən bir bükümdə marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi digər əraziyə baxış keçirilərkən böyük bükümdə - bir neçə kq-a yaxın narkotik vasitə və tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlamağa gedərkən Namiq adlı şəxs onların yanında olmamışdır. Namiq Hacızadənin üzərindən bir neçə büküm narkotik vasitə aşkar edilmişdir. O yalnız Namiq Hacızadənin üzərinə keçirilən şəxsi axtarışın videoçəkilişini etmiş, digər istintaq hərəkətlərində isə iştirak etməmişdir. O, Namiqin narkotik vasitəni Eyvazdan aldığını eşitmişdir. Azərsunun binasında aşkar edilmiş narkotik vasitənin olduğu yerin ətrafında gecəqondular olmuşdur. Tərəfindən şəxsə qarşı heç bir fiziki və psixi təsir və təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nizami RPİ NMB-nin əməliyyat müvəkkili Şahid1 Zabit oğlu göstərmişdir ki, ona Nizami rayonu ərazisində Namiq adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid2la birlikdə əməliyyat qrupu yaradılaraq Namiq adlı şəxs saxlanılaraq İdarəyə gətirilmişdir. Şəxsi axtarış zamanı Namiq Hacızadənin üzərindən bir büküm narkotik vasitə aşkar olunmuş, və o, həmin narkotik vasitəni Eyvaz adlı şəxsdən aldığını bildirmişdir. X11 evinə baxış keçirilən zaman bir büküm marixuana və tərəzi aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 Zabit oğlu bildirdi ki, Namiq Hacızadə ilə bağlı məlumat ona daxil olmuşdur. Eyvaz barədə əməliyyat tapşırığı olmuşdur. Təqsirləndirilən şəxslə bağlı əməliyyat tədbirlərində o iştirak etməmişdir. Namiq Hacızadənin marixuananı Təqsirləndirilən şəxs hansı qiymətə və hansı miqdarda aldığını xatırlamır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 göstərmişdir ki, Namiq adlı şəxs idarənin əməkdaşları tərəfindən saxlanılmış və onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Namiq Hacızadə narkotik vasitələri Eyvaz adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti tərəflərindən müəyyənləşdirilmiş və onun barəsində əməliyyat tədbiri keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Rezervuar küçəsi ərazisində saxlayaraq özlərini təqdim etmiş və Nizami RPİ-yə dəvət etmişlər. Eyvaz əvvəlcə tərəddüd etsə də, daha sonra onlarla razılaşmış və idarəyə gəlmişdir. İdarədə müdafiəçinin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş və üzərindən qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitələrin müəyyən hissəsinin də su anbarının yanında olduğunu bildirmişdir. Şəxsin bildirdiyi ünvana baxış keçirilən zaman maşın təkərlərinin arasından qara sellofan paketinin içində qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, Namiq Hacızadənin üzərindən bir neçə büküm narkotik vasitə aşkar edilmişdir. O birinci Namiq Hacızadənin tutulmasında iştirak etmişdir. O, eyni zamanda Namiq Hacızadənin mənzilinə keçirilən baxış istintaq hərəkətində iştirak etmişdir. Namiq Hacızadə narkotik vasitəni Eyvaz adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Rezervuar küçəsində saat təxminən 19-20:00 arası saxlamışlar. Təqsirləndirilən şəxs Şahid2, Şahid3 və onun tərəfindən saxlanılmışdır. Eyvazın narkotik vasitənin olduğunu bildirdiyi yer onun evinin yaxınlığında su anbarı olmuşdur. Təqsirləndirilən şəxs qeyd etdiyi su anbarının yaxınlığında sellofanın içində qurudulmuş marixuana və tərəzi aşkar edilmişdir. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir göstərilməmişdir. Şəxs onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirildikdən sonra birbaşa sonuncunun qeyd etdiyi su anbarının ərazisinə yollanmışlar. Təqsirləndirilən şəxs üzərinə və ya su anbarında yerləşən əraziyə narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması heç bir həqiqəti əks etdirmir. Namiq Hacızadənin narkotik vasitəni Təqsirləndirilən şəxs pul müqabilində alması, yaxud Namiqə pay verilməsini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin sabiq əməliyyat müvəkkili, hazırda Bakı şəhər BPİ ƏAŞ əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə Namiq adlı şəxs barədə narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin gün M.Şərifli 92 ünvanının qarşısında Namiq adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunu idarəyə dəvət etmişlər. Şəxsi axtarış zamanı Namiq Hacızadəyə üzərində qanunla qadağan edilmiş əşya və maddələr varsa, təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Namiq əynində olan şalvarın cibindən bir ədəd bükümdə marixuana və telefonu təqdim etmişdir. Növbəti gün Namiq Hacızadənin evinə baxış keçirilən zaman bir ədəd sellofan büküm aşkar edilmişdir. Sellofanın içərisində bir büküm marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, o Namiq Hacızadəyə münasibətdə yaradılmış əməliyyat qrupunda iştirak etmişdir. Namiq Hacızadənin üzərindən bir ədəd telefon və bir büküm marixuana aşkar edilmişdir. Namiq Hacızadənin narkotik vasitəni kimdən aldığını deməsini xatırlamır. O, Təqsirləndirilən şəxslə bağlı əməliyyat tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxs onu digər əməkdaşla səhv salır. Namiq Hacızadənin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını sonradan bilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X9 barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. (cild 1, iş vərəqə 13) xx.xx.2023-cü il tarixli “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və həmin tarixli, 3-13-52/Ə505/2023 saylı əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, “Namiq” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvan müəyyən edilərək yaxalanmasından ötrü DİN-nin Nizami Rayon Polis idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 16-18) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 13 radələrində X9 ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 21) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 23, 33) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X7 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra X9 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə yaşıl rəngli, bitki formasında, spesifik iyə malik olan narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı şəxsin əynində olan həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 162 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, digər iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd “Redmi” markalı mobil telefon götürülmüşdür. X9 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni və ya psixotrop maddəni Nizami rayonu ərazisində Eyvaz adlı tanışından 20 (iyirmi) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 41-43) xx.xx.2023-cü il tarixli “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və həmin tarixli, 3-13-52/Ə507/2023 saylı əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, “Eyvaz” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvan müəyyən edilərək yaxalanmasından ötrü DİN-nin Nizami Rayon Polis idarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 48-50) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 54, 62) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı Ənvər Məlikov tərəfindən Nizami RPİ-nin X3 əməkdaşları Şahid4, Şahid3, müdafiəçisi 06 saylı vəkil bürosunun vəkili Polad Mehdiyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdən sonra o, əynində olan qısa qol köynəyin arasından 01 (bir) ədəd şəffaf sellofan bükümdə yaşıl rəngli, bitki formasında, spesifik iyə malik olan narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 162 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni Xətai rayonu ərazisində İbiş adlı şəxsdən istifadə etmək və gələcəkdə Namiq adlı şəxsə satmaq məqsədi ilə 500 (beş yüz) manata əldə etdiyini, Namiq adlı şəxsə bir dəfə həmin maddədən 600 manata satdığını və başqa heç kimə satmadığını, bağışlamadığını bildirmişdir. Üzərindən başqa evinin yaxınlığında narkotik vasitə saxladığını, polislər tərəindən ona fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 69-71) Baxış keçirilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanında yerləşən Azərusunun inzibati binası adlanan sahəyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin ərazidə üst-üstə qoyulmuş təkərlərin ortasından bir ədəd sellofan paketi təqdim etmişdir. Həmin paketə baxış zamanı paketin içərisindən bir ədəd bağlama və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş bağlama qayçı vasitəsi ilə kəsilərək baxış keçirilmiş və içərisində narkotik vasitə marixuanaya bənzər maddə olduğu aşkar edilmişdir. Daha sonra skoç vasitəsi ilə yenidən bağlanmışdır. Aşkar edilmiş elektron tərəzinin işlək vəziyyətdə olması müəyyən edilmişdir. Həmin tərəzi və bağlama yenidən sellofan paketə qoyularaq qablaşdırılmışdır. Paketin üzərinə müvafiq qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə ona məxsusdur, başqa yerdə narkotik vasitə saxlamır. Baxış zamanı başqa dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, maddə və ya predmet aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 74-75) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürülmə barədə protokoldan görünür ki, X4 yaşadığı ünvan 8 ünvanında yerləşən evə baxış keçirilmişdir. Baxış zamanı Namiq Hacızadəyə evə daxil olaraq dəhlizin sağında yerləşən otağına daxil olub, həmin otağın ona məxsus olduğunu bildirmiş, sağ tərəfdə yerləşən divarın qırağına gedərək orada ağ sellofan torbanı çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin sellofan torbada narkotik vasitə vardır. Həmin selofan torbanın içərisindən bir ədəd elektron tərəzini çıxarıb masanın üstünə qoymuşdur. Daha sonra həmin sellofan torbanın içərisində sellofan bükümdə içərisində marixuana olmasını bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə 86-87) Məhkəmə-bioloji ekspertizasının 07 sentyabr 2023-cü il tarixli 3-16-16-2-7/1257 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş maddə və elektron tərəzi...” yazısı və imzalar olan 01 ədəd qəhvəyi rəngli polietilen bağlamadakı 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 4030 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...’’yazısı və imzalar olan kağız paketdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 13,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “X1 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 5,99 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin qəhvəyi rəngli polietilen bağlamada bir ədəd tərəzinin üzərində cuzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. QEYD: Marixuananın təmiz çəkisi 4030 qram, təmiz çəkisi 13,90 qram, təmiz çəkisi 5,99 qram, tədqqiqata istifadə olundu 0,4 qram, qalıq 4029,8 qram, 13,80 qram, 5,89 qram. (cild 1, iş vərəqə 93-97) Cinayət işi materiallarının tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2 və 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 104) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 115-116) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 133-134) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı X9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı X20 Haqverdiyevdən bir neçə dəfə narkotik vasitə marixuana aldığını, üzərindən və yaşadığı mənzildən aşkar olunan narkotik vasitə marixuananı da Eyvazdan aldığını, həmçinin 25 avqust 2023-cü il tarixdə “Babək” prospektində yerləşən “Maşın Bazarı” adlanan ərazidə görüşdüklərini, Eyvazdan 600 manat qarşılığında 30 qram çəkidə narkotik vasitə marixuana aldığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Həmçinin Təqsirləndirilən şəxs üzləşmə zamanı Namiq Hacızadəyə bir neçə dəfə narkotik vasitə satdığını, 25 avqust 2023-cü il tarixdə “Maşın Bazarı”nın yaxınlığında ona 600 manat qarşılığında 30 qram marixuana satdığını etiraf etmişdir. (cild 1, iş vərəqə 127-128) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X4 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 158-162) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 158-162) Məhkəmə-bioloji ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 3-16-16-2-7/1258 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində №Vətəndaş Hacızadə....evindən aşkar olunmuş narkotik vasitə və elektron tərəzi...” yazısı və imzalar olan ağ rəngli polietilen bağlamadakı 1 ədəd sellofan bükümdə təmiz çəkisi 11,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin ağ rəngli polietilen bağlamada 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. QEYD: Marixuananın təmiz çəkisi 11,97 qram, tədqiqata istifadə olundu 0,1 qram, qalıq 11,87 qram. (cild 1, iş vərəqə 168-172) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (Cild 1 iş vərəqə 178) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Oqtay Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (Cild 1 iş vərəqə 179) DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı Ənvər Məlikov tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşları Şahid1, Şahid2, X4 müdafiəçisi 06 saylı vəkil bürosunun vəkili X5 iştirakı ilə Namiq Hacızadənin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Namiq Hacızadəyə üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdən sonra o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilir və içərisində narkotik vasitə marixuanaya bənzər maddə olduğu müəyyən edilir. Namiq Hacızadə ona verilən suallara cavab olaraq bildirir ki, təqdim etdiyi bükümdə olan narkotik vasitə marixuanadır, onu tanışı Eyvazdan öz şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitəni satmır, yalnız şəxsi istifadəsi üçün əldə edir, 21 yaşından marixuana çəkir. Şəxsi axtarışın davamında Namiq Hacızadə əynində olan şalvarın sol yan cibindən bir ədəd Redmi markalı mobil telefonu təqdim edir və üzərində özünə məxsus ***- ***-**-** nömrəsinin olduğunu bildirir. Üzərinə keçirilən şəxsi axtarış zamanı qeyd edilənlərdən başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Namiq Hacızadədən aşkar edilmiş içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan büküm kağız zərfə qoyularaq möhürlənir. Kağız zərf iştirakçılar tərəfindən imzalanır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanarkən ona qarşı hər-hansı fiziki, psixi və ya digər təzyiqlər edilməmişdir. Diskdə olan digər videofayla baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı X21 RPİ-nin əməkdaşları Şahid1, Şahid4, Şahid2, şübhəli şəxs Namiq Hacızadənin ona təqdim edilmiş 18 saylı vəkil bürosunun vəkili Pərviz Hümbətovun iştirakı ilə qapının önündə istintaq hərəkətinin mahiyyətini izah edir. Daha sonra Namiq Hacızadənin yaşadığı ünvan 9 ünvanına daxil olunur. Namiq Hacızadə mənzilə daxil olduqdan sonra sağdan ikinci otağı göstərərək öz otağı olduğunu bildirir və həmin otağa girən kimi sağda divarın küncündə olan bir ədəd ağ rəngli üzərində “Mujde Parfume” yazısı olan sellofan paketin içərisindən bir ədəd ağ rəngli torbanı, həmin torbanın içərisindən bir ədəd sellofan bükümü təqdim edir. Həmin büküm içərisində narkotik vasitə marixuanaya bənzər maddə olduğu aşkar görünür. O, bildirir ki, təqdim etdiyi bükümdə olan maddə narkotik vasitə marixuanadır. Baxış zamanı həmin bükümü çıxardığı sellofan torbanın içərisindən bir ədəd elektron tərəzi və 01 ədəd qutuda tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağızlar aşkar edildi. Namiq Hacızadə bildirdi ki, həmin kağızlar marixuana istifadə etmək üçündür. Aşkar edilmiş içərisində marixuanaya bənzər maddə olan büküm və 01 ədəd elektron tərəzi sellofan paketə qoyularaq qablaşdırıldı. Namiq Hacızadə verilən suallara cavab olaraq bildirdi ki, aşkar edilən marixuana ona məxsusdur, həmin marixuananı istifadə etmək məqsədi ilə saxlayır, heç vaxt satışını həyata keçirməmişdir. (cild 1, iş vərəqə 180) DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı, polis leytenantı Ənvər Məlikov tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşları Şahid4, Şahid3, müdafiəçi 06 saylı vəkil bürosunun vəkili Polad Mehdiyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdən sonra o, əynində olan göy rəngli köynəyin altından geyindiyi ağ rəngli atlet ilə bədəni arasında saxladığı bir ədəd sellofan büküm təqdim edir. O, bildirir ki, təqdim etdiyi bükümdə olan maddə nəşədir. O, bildirir ki, üzərindən aşkar edilmiş narkotik vasitə marixuanadan başqa evinin yaxınlığında da marixuana gizlətmişdir və onları 500 manata əldə etmişdir. O, Namiq adlı tanışına da marixuana satmışdır. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən başqa əşya, maddə və ya predmet aşkar edilmədi. Onun üzərindən aşkar edilmiş büküm kağız zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Həmin zərf iştirakçılar tərəfindən imzalandı. O, bildirmişdir ki, ona qarşı psixi və ya fiziki təzyiqlər edilməmişdir. Xətai rayonu ərazisində gizlətdiyi narkotik vasitəni istintaqa təqdim edə bilər. Yaşayış sahəsinə baxış keçirilməsi istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı X21 RPİ-nin əməkdaşları Şahid4, Şahid3, 06 saylı vəkil bürosunun vəkili Polad Mehdiyev və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Xətai rayonu, 5-ci Rezervurar küçəsi Azersunun inzibati binasının həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs göstərməsi ilə həmin ərazidə üst-üstə qoyulmuş təkərlərin ortasından bir ədəd sellofan paketi təqdim edir. Həmin paketə baxış zamanı paketin içərisindən bir ədəd bağlama və bir ədəd elektron tərəzi aşkar edilir. Aşkar edilmiş bağlama qayçı vasitəsi ilə kəsilərək baxış keçirilir və içərisində narkotik vasitə marixuanaya bənzər maddə olduğu aşkar edilir. Daha sonra skoç vasitəsi ilə yenidən bağlanır. Aşkar edilmiş elektron tərəzinin işlək vəziyyətdə olması müəyyən edilir. Həmin tərəzi və bağlama yenidən sellofan paketə qoyularaq qablaşdırılır. Paketin üzərinə müvafiq qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs bildirir ki, aşkar edilmiş narkotik vasitə ona məxsusdur, başqa yerdə narkotik vasitə saxlamır. Baxış zamanı başqa dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, maddə və ya predmet aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 181) Məhkəmə-narkoloji ekspertizasının 06 oktyabr 2023-ci il tarixli 6349 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 212-213) Sübutların qiymətləndirilməsi, cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi barədə 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin X9 və ya qeyriləri ilə birgə törətməsi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmış və cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilməsi məsələsinə baxılması üçün Nizami rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ondan aşkar edilmiş 01 bükümdə 13,90 qram çəkidə olan narkotik vasitə marixuananın 0,1 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalan 13,80 qramı, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 küçəsində yerləşən Azersunun inzibati binasının ərazisində gizlətdiyi 01 ədəd bağlamada 4030 qram narkotik vasitə marixuananın 0,2 qramı tədqiqata sərf edildikdən sonra qalan 4029,8 qramı və 01 ədəd üzərində marixuana izləri olan elektron tərəzi onun barəsində olan cinayət işinə əlavə edilmişdir. (Cild 1, iş vərəqə 1-10) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 220-221) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 278) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X13 Şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 1940 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır.(Cild 1, iş vərəqə 279) Sübutların qiymətləndirilməsi haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və icraata qəbul edilmiş,Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə keçirilən zaman və ünvan 7 ünvanında yerləşən Azərsunun inzibati binası adlanan sahəyə baxış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra qalıq qalmış 13,80 qram narkotik vasitə qurudulmuş marixuana, Bakı şəhəri, Xətai rayonu Rezervuar 5 küçəsində yerləşən Azərsunun inzibati binasının ərazisindən aşkar olunaraq götürülmüş 01 ədəd bağlamada tədqiqatdan sonra qalıq qalmış 4029,8 qram narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-ə təhvil verilmişdir. (cild 1, iş vərəqə 281-291) Cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 1, iş vərəqə 293-294) Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən 3-cü qrup əlildir. Azərbaycan Respublikası Qarabağ X14 Birliyinin verdiyi 0042 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. İİİ qrup müharibə əlilidir. Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Gülşən və xx.xx.2009-cu il təvəllüdlü Xan adlı yetkinlik yaşına çatmayan iki nəfər uşağı vardır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən üzərindən və Xətai rayonu, Rezervuar 5 ünvanının yaxınlığında avtomobil təkərlərinin içindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, polislər tərəfindən qoyulduğunu, həmin yerin onun həyəti olduğunu, onun nə üstündə, nə də həyətində narkotik vasitə olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilərək döyüldüyünü, həmçinin, polis əməkdaşları tərəfindən psixoloji təsirlər olduğunu, Namiq Hacızadə və digər şəxslərə narkotik vasitə satmadığını, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Hacızadədən narkotik vasitə müqabilində heç vaxt pul almadığını, Namiq Hacızadə ilə birgə yalnız nəşə çəkdiyini, həmçinin polis əməkdaşlarının onu birbaşa evinin həyətindən apardıqlarını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-2527/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamış, qarın nahiyəsində keçirilmiş cərrahiyyə əməliyyatından sonrakı çapıq toxuma müşahidə olunmuşdur. Bakı şəhəri Xətai rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xətai rayon Polis İdarəsinin İŞ-də Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı zaman və həmçinin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiq və işgəncələrə məruz qalması barədə Xətai Rayon Prokurorluğuna müraciət daxil olmamış və bu barədə Prokurorluqda araşdırma aparılmamışdır. Bakı Şəhəri Nizami Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli, 296xid-24 saylı məktubdan, məktuba əlavə edilmiş Nizami RPİ-nin MSY tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən tərtib edilmiş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı bədən səthində hər hansı xəsarət aşkar olunmamış və sonuncunun heç bir şikayəti olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində üzərindən və Xətai rayonu, Rezervuar 5 ünvanının yaxınlığında avtomobil təkərlərinin içindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, polislər tərəfindən qoyulduğunu, həmin yerin onun həyəti olduğunu, onun nə üstündə, nə də həyətində narkotik vasitə olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilərək döyüldüyünü, həmçinin, polis əməkdaşları tərəfindən psixoloji təsirlər olduğunu, Namiq Hacızadə və digər şəxslərə narkotik vasitə satmadığını, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Namiq Hacızadədən narkotik vasitə müqabilində heç vaxt pul almadığını, Namiq Hacızadə ilə birgə yalnız nəşə çəkdiyini, həmçinin polis əməkdaşlarının onu birbaşa evinin həyətindən apardıqlarını söyləmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işi üzrə dindirilmiş şahidlər Şahid1 Zabit oğlu, Şahid2, Şahid3 və X12 ifadələrində 06 sentyabr 2023-cü il tarixdə şöbənin əməkdaşları tərəfindən Namiq adlı şəxsin saxlanıldığını və üzərindən narkotik vasitə aşkar edildiyini, Namiq Hacızadənin narkotik vasitələri Eyvaz adlı şəxsdən aldığını bildirdiyini, Eyvaz adlı şəxsin barəsində əməliyyat tədbiri keçirilməsi məqsədilə əməliyyat qrupu yaradıldığını, tədbirlərin davamı olaraq ünvan 7 ünvanında Eyvazı saxlayaraq, Nizami RPİ-yə dəvət etdiklərini, Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu, idarədə üzərinə baxış keçiriliərkən köynəyininin alt hissəsindən qurudulmuş marixuana aşkar edildiyini, həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin müəyyən hissəsinin də Azərsunun inzibati binasının həyətində olduğunu bildirdiyini, qeyd olunan ünvana baxış keçirilən zaman işlənmiş maşın təkərlərinin arasından narkotik vasitə marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürüldüyünü, şəxsə qarşı hər hansı fiziki və psixi təsir olmadığını bildirmişlər. Bundan başqa məhkəmə qeyd edir ki, X4 üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı Ənvər Məlikov tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşları Şahid1, Şahid2, X4 müdafiəçisi 06 saylı vəkil bürosunun vəkili X5 iştirakı ilə Namiq Hacızadənin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Namiq Hacızadəyə üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdən sonra o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edir. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilir və içərisində narkotik vasitə marixuanaya bənzər maddə olduğu müəyyən edilir. Namiq Hacızadə ona verilən suallara cavab olaraq bildirir ki, təqdim etdiyi bükümdə olan narkotik vasitə marixuanadır, həmin narkotik vasitəni Nizami rayonu ərazisində Eyvaz adlı tanışından 20 (iyirmi) manata əldə etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanarkən ona qarşı hər-hansı fiziki, psixi və ya digər təziqlər edilməmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntüsü olan DVD diskə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı Ənvər Məlikov tərəfindən Nizami RPİ-nin X3 əməkdaşları Şahid4, Şahid3, müdafiəçisi 06 saylı vəkil bürosunun vəkili Polad Mehdiyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdən sonra o, əynində olan qısa qol köynəyin arasından 01 (bir) ədəd şəffaf sellofan bükümdə yaşıl təngli, bitki formasında, spesifik iyə malik olan narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 162 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni Xətai rayonu ərazisində İbiş adlı şəxsdən öz istifadəsi və gələcəkdə Namiq adlı şəxsə satmaq məqsədi ilə 500 (beş yüz) manata əldə etdiyini, Namiq adlı şəxsə bir dəfə həmin maddədən 600 manata satdığını və başqa heç kimə satmadığını, bağışlamadığını bildirmişdir.Üzərindən başqa evinin yaxınlığında narkotik vasitə saxladığını, həmçinin, polislər tərəfindən ona fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (cild 1, iş vərəqə 70-71) Bundan başqa ünvan 7 ünvanında yerləşən Azərusunun inzibati binası adlanan sahəyə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı X21 RPİ-nin əməkdaşları Şahid4, Şahid3, 06 saylı vəkil bürosunun vəkili Polad Mehdiyev və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Xətai rayonu, 5-ci Rezervurar küçəsi Azersunun inzibati binasının həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs göstərməsi ilə həmin ərazidə üst-üstə qoyulmuş təkərlərin ortasından bir ədəd sellofan paketi təqdim edir. Həmin paketə baxış zamanı paketin içərisindən bir ədəd bağlama və bir ədəd elektron tərəzi aşkar edilir. Aşkar edilmiş bağlama qayçı vasitəsi ilə kəsilərək baxış keçirilir və içərisində narkotik vasitə marixuanaya bənzər maddə olduğu aşkar edilir. Daha sonra skoç vasitəsi ilə yenidən bağlanır. Aşkar edilmiş elektron tərəzinin işlək vəziyyətdə olması müəyyən edilir. Həmin tərəzi və bağlama yenidən sellofan paketə qoyularaq qablaşdırılır. Paketin üzərinə müvafiq qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs bildirir ki, aşkar edilmiş narkotik vasitə ona məxsusdur, başqa yerdə narkotik vasitə saxlamır. Baxış zamanı başqa dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, maddə və ya predmet aşkar edilməmişdir. (cild 1, iş vərəqə 74-75) Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı X9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı X20 Haqverdiyevdən bir neçə dəfə narkotik vasitə marixuana aldığını, üzərindən və yaşadığı mənzildən aşkar olunan narkotik vasitə marixuananı da Eyvazdan aldığını, həmçinin 25 avqust 2023-cü il tarixdə “Babək” prospektində yerləşən “Maşın Bazarı” adlanan ərazidə görüşdüklərini, Eyvazdan 600 manat qarşılığında 30 qram çəkidə narkotik vasitə marixuana aldığını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Həmçinin Təqsirləndirilən şəxs üzləşmə zamanı Namiq Hacızadəyə bir neçə dəfə narkotik vasitə satdığını, 25 avqust 2023-cü il tarixdə “Maşın Bazarı”nın yaxınlığında ona 600 manat qarşılığında 30 qram marixuana satdığını etiraf etmişdir. (cild 1, iş vərəqə 127-128) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun boynuna qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, Namiq Hacızadənin üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ünvan 7 ünvanında yerləşən Azərusunun inzibati binası adlanan sahəyə baxış keçirilməsi haqqında protokol, üzləşdirmə protokolu, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda yaşadığı ünvanın yaxınlığında olan əraziyə baxış keçirilməsi, ibtidai istintaq dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 13,90 qram narkotik vasitə qurudulmuş marixuana, eyni zamanda yaşadığı ünvanın yaxınlığında - Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 ünvanının yaxınlığında külli miqdarda təmiz çəkisi 4030 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə ilə yanaşı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, aşkar edilən narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni üzərində və yaşadığı ünvanın yaxınlığında saxlaması, ibtidai istintaq zamanı təqsirini etiraf etməsi və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs həm şəxsi axtarış keçirilməsi, həm də Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 ünvanının yaxınlığına baxış keçirilməsi istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində və Bakı şəhəri, Xətai rayonu, Rezervuar 5 ünvanında yerləşən “Azersunun inzibatı binası”nm yaxınlığına toplanmış avtomobil təkərlərinin içərisində saxlamasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüşlərdə iştirak etməsi, İİİ qrup əlil olması və himayəsində 02 (iki) nəfər yetkinik yaşına çatmayan uşaqları olması iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, X10 oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 06 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 156 (bir yüz əlli altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 13,80 qram narkotik vasitə qurudulmuş marixuana, Bakı şəhəri, Xətai rayonu Rezervuar 5 küçəsində yerləşən Azərsunun inzibati binasının ərazisindən aşkar olunaraq götürülmüş 01 ədəd bağlamada tədqiqatdan sonra qalıq qalmış 4029,8 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının, həmçinin «Baxış keçirilməsinin» görüntüsü olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, məhkəmə-narkoloji ekspertizasının 06 oktyabr 2023-ci il tarixli 6349 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə hesab edir ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 13,80 qram narkotik vasitə qurudulmuş marixuana, Bakı şəhəri, Xətai rayonu Rezervuar 5 küçəsində yerləşən Azərsunun inzibati binasının ərazisindən aşkar olunaraq götürülmüş 01 ədəd bağlamada tədqiqatdan sonra qalıq qalmış 4029,8 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının, həmçinin «Baxış keçirilməsinin» görüntüsü olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 156 (bir yüz əlli altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1466/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1466/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver