Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1467/2023 24.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1 və Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs-in, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və urdu-azərbaycan dilləri üzrə tərcüməçi X2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1976-cı il tarixdə Pakistan Respublikası, Rawalpindi şəhərində anadan olmuş, Pakistan Respublikasının vətəndaşı, pakistanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Pakistan Respublikası, Rawalpindi şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 dekabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs-nin Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla və həyatı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Pakistan Respublikası vətəndaşı Pakistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə 09 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində tanışı Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvana qonaq qismində dəvət edib sonuncu ilə evdə olduğu zaman əvvəlcədən mətbəxdən götürdüyü istiotu hücuma məruz qalmış Zərərçəkmiş şəxs üzünə ataraq sonuncunun sağlamlığı üçün təhlükəli zorakılıqla və mətbəxdən götürdüyü silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını nümayiş etdirib həyatı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib Zərərçəkmiş şəxs üzərində olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə altında istifadə etdiyi 250 manat dəyərində “Pocco” markalı “M2007J20CG” modelli mobil telefon aparatını, həmin günün məzənnəsi ilə 1530 manat təşkil edən 900 ABŞ dolları və 220 manat pulu ələ keçirməklə hadisə yerindən qaçaraq Zərərçəkmiş şəxs ümumilikdə 2005 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Pakistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla və həyatı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etməsi, yəni Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsindən fərqli olaraq özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, son 4 ildə Azərbaycanda yaşamış və müxtəlif işlərdə işləmişdir. Hadisə ərəfəsində o, zərərçəkmişgilin restoranında işləmişdir. Restoranın əvvəlki sahibi, yəni zərər çəkmiş Kamran Salemin şəriki olan həmin şəxslə 4 ay işləmiş, şərik olduqlarına görə onun Kamran Salemlə münasibəti yaranmışdır. Lakin onlar ona çatası 2400 manat pulu vermədiklərinə görə o, onlardan ayrılmış və işlədiyi restoranın qarşısında olan başqa bir restoranı götürüb oranı işlətməyə başlamışdır. İki şərik arasında mübahisə yarandığı üçün o, onlardan ayrılmaq istəmiş, zərərçəkmiş şəxs Kamran Salem isə onun pulunu özünün verəcəyinə söz vermişdir. Onlar hər ikisi pakistanlı olduğundan öz adlarını batırmamaq üçün xırda məslələrə görə gedib polisə şikayət etməmişdir. O, əvvəlki restorandan ayrıldıqdan sonra da, Kamran Salemlə münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs Chaudhary Shahzad ifadəsinin davamında göstərdi ki, ona qarşı ittiham aktında yazılanlar doğru deyildir. Zərər çəkmiş şəxs ondan sonra Azərbaycana gəlmiş, onun zərər çəkmiş şəxslə heç bir pis münasibəti olmamışdır. Yaşadığı 4 il ərzində Azərbaycanın qanunlarına qarşı çıxmamışdır. Zərər çəkmiş Kamran Salemlə onun arasında olan mübahisə onun evində baş vermişdir. Kamran Salem onun evinə gəlmiş, lakin o, Kamranın evinə getməmişdir. Belə ki, hadisə günü onlar hər ikisi "Cümə namazı»nın getməli olduqnlarından və onun evindən məscidə az məsafə olduğundan namazın vaxtına az qalmış o, Kamranı yaşadığı evə dəvət etmiş və onlar birlikdə söhbət edə-edə onun evinə getmişlər. Evə gələn zaman yol boyu pul barəsində deyil, tamam başqa mövzularda danışmışlar. Evdə də onunla ciddi problemi olmamışdır. Mübahisə evə girdəndən sonra başlamışdır. Belə ki, qeyd etdiyi borc məsələsi 4 ay davam etmiş, Kamran pulu verməyi fikirləşmədiyindən bu söhbət ətrafında mübahisə başlamışdır. O, Kamrandan pulunu istəmiş, sonuncu pulu vermək istəmədikdə o, Kamranın telefonunu götürmüş, pulu verib telefonunu götürə biləcəyini ona demişdir. Həmin gün Kamran narkotik qəbul etmiş, lakin o, qəbul etməmişdir. Kamran narkotikin təsiri altında onun azərbaycanlı nişanlısı barədə mənfi danışan zaman, o, Kamrana belə danışmamağı demiş, lakin Karan davam etdikdə o, stolun üstündə olan istiotu Kamrana tərəf atmışdır. Lakin Kamran ondan uzaqda dayandığından istiot ona çatmamışdır. Belə ki, onun azərbaycanlı nişanlısı olmuş, lakin hadisədən sonra ayrılmışlar. Onun nişanlısı hadisədən sonra evə gəlmiş, Kamrangil ona guya onun Kamrana bıçaqla hücum etməsini və oğurluq etməsini danışmış, nişanlısı isə onun barəsində səhv düşünmüş və ona görə də onlar ayrılmışlar. Bu barədə o, müstəntiqə də məlumat vermişdir. Bundan sonra, yəni o, Kamrana tərəf istiot atdıqdan sonra Kamran mənzildə böyük taxtalar götürüb onu vurmuş, xəsarət yetirmiş, lakin o, saxlanılanadək izləri itmişdir. O, Kamranın evdə ona hücum etdiyini görüb evdən çıxıb getmiş, telefonu da özü ilə aparmışdır. Kamran isə onun evində qalmışdır. Onun növbəti gün Pakistana gedəcəyi Kamrana da məlum olmuşdur. Təqsirləndirilən şəxs Chaudhary Shahzad ifadəsinin davamında daha sonra göstərdi ki, hadisənin növbəti günü Pakistana getməsi üçün onun təyyarə bileti olduğundan o, səfərinin alınmayacağını fikirləşib polisə getməmiş, şikayət etməmişdir. Həmin gecə evinə qayıtmaq istəmiş, lakin xatırlamadığı birindən Kamranın ondan polisə şikayət etdiyini, guya onun Kamranı vurduğunu və qanının axdığını eşitmiş və ona görə də qorxusundan evə getməmişdir. Eşitdiyinə görə Kamran polis idarəsinə getdikdən sonra birlikdə onun evinə gedilmiş, ona məxsus zəruri sənədlər bir balaca çantada götürülmüşdür. Kamran mənzilin açarın götürüb getdiyinə görə o, evi kirayə verən şəxslə əlaqə saxlaya bilməmiş, evin açarını təhvil verə bilməmişdir. Daha sonra o, yaşadığı evə getmiş, lakin evin qapısı bağlı olmuşdur. Kamran polis idarəsinə getdiyi üçün o, açarı ondan istəyə bilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Chaudhary Shahzad ifadəsinin davamında göstərdi ki, o, 09 dekabr 2022-ci il tarixdə Pakistana getmək istərkən Hava Limanında tutulmuşdur. Zərər çəkmiş şəxsin iddiasına görə o, onun 900 ABŞ dolları pulunu ələ keçirmişdir. Lakin o, tutulan və üzərində axtarış aparılan zaman onun üzərində cəmi 60 manat pul aşkar olunmuşdur. O, zərər çəkmiş şəxsin pul qabını götürməmiş, onun 900 ABŞ dolları pulunu ələ keçirməmişdir. Gözünə istiot tökülən adam 1 saat sonra Polis idarəsinə deyil həkimə getməli idi. O, zərər çəkmiş şəxsi bıçaqla hədələməmiş və ya ona xəsarət yetirməmiş, onun əmlakını ələ keçirməmiş, ona heç bir zərər vurmamışdır. Zərər çəkmiş Kamran Salem hər şeyi paxıllıqdan etmişdir. Belə ki, o, Kamrangildən ayrılıb üzbəüzdə restoran açmış və növbəti gün Pakistana uçuşu olmuşdur. Ən nəhayət, təqsirləndirilən şəxs Chaudhary Shahzad ifadəsinin yekununda göstərdi ki, o, faktiki ifadə verməmiş, sorğu-sual edilməmiş, quldurluq cinayətini etiraf etməmişdir. O, sutkalarla polis idarəsində çöldə saxlanılmış, zərər çəkmiş isə içəridə olmuşdur. Yekunda içəri çağrılmış və bir neçə sənədə imza etdirilmişdir. Onunla zərər çəkmiş şəxs arasında üzləşmə keçirilməmiş, o, üzləşmədə dindirilməmiş, sorğu-sual onunla deyil, zərər çəkmiş şəxslə aparılmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan oluniaqla tədqiq edildi. Təqsirləndirilən şəxs Chaudhary Shahzad tədqiq olunan həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O Bakı şəhərinə 20 fevral 2022-ci il tarixdə biznes üçün gəlmiş, gəldiyi vaxtdan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 134 saylı mənzildə kirayədə yaşamışdır. O Bakı şəhərinə gəldikdən bir müddət sonra Nəsimi rayonunun Vidadi küçəsində yerləşən “Əli” kafesini icarə əsasında işlətmişdir. O, Zərərçəkmiş şəxs tanışı və həmyerlisi Hacının vasitəsi ilə tanımışdır. Saleem ona Azərbaycana biznes üçün gəldiyini bildirmişdir. O, əvvəllər tanışı Hacının işlətdiyi restoranda aşbaz işləmiş, Saleem həmin restorana gəlib-getmişdir. Saleem həm də Hacının tanışı olmuşdur. Saleemlə onun münasibəti sonuncunun restorana gəlibgetdiyi vaxtda yaranmışdır. Sonuncu dəfə Saleem 09 dekabr 2022-ci il tarixdə onun icarə əsasında işlətdiyi “Əli” kafesinə gəlmiş, Saleem kafedə ona kirayə yaşadığı mənzilə getmələrini və orada yemək yemələrini təklif etmişdir. O, Saleemlə razılaşmış və piyada olaraq onun kirayədə yaşadığı mənzilə getmiş və mənzilə birlikdə daxil olmuşlar. Onun kirayədə yaşadığı mənzil bir otaqdan ibarət olmuşdur. Saleem mənzilə daxil olan zaman qara rəngli mobil telefonunu və qara rəngli pul kisəsini stolun üzərinə qoymuşdur. Onlar mənzilə daxil olduqları vaxtdan Saleem qızlar haqqında danışmağa başlamış, ona mənzilə qız gətirmək istədiyini bildirmiş, lakin o, buna etiraz etmişdir. Həmin vaxt Saleem onun azərbaycanlı nişanlısı haqqında xoşagəlməz ifadələr danışmağa başlamış və onu əli ilə itələmişdir. O, Saleemin bu cür danışığına və hərəkətinə əsəbləşmiş, dolabın üstündə olan istiotu götürüb Saleemin üzünə atmış, sonuncu isə gözlərini tutmuşdur. O, bunu görüb Saleemə gözlərini təmizləməsi üçün su vermişdir. Bundan sonra Saleem onu təhqir etməyə başladıqda o, bunu görüb dolabın üzərində olan yaşıl tutacaqlı bıçağı götürüb onu təhqir etməməsi üçün Saleemi qorxutmağa başlamışdır. O, Saleemi bıçaqla qorxudan vaxt sonuncunun bir az əvvəl stolun üzərinə qoyduğu mobil telefonunu və pul kisəsini götürmüşdür. O, pul kisəsini götürdükdən sonra içərisində olan 50 manat pulu və sayını xatırlamadığı iran pullarını götürüb cibinə qoymuş, pul kisəsini yenidən stolun üzərinə qoymuş və mənzili tərk edib getmiş, Saleem isə mənzildə qalmışdır. O, mənzildən çıxdıqdan sonra küçələrdə qalmış, mənzilə geri qayıtmamışdır. Səhər açıldıqdan sonra o, işlətdiyi kafeyə gedib əl çantasını götürmüşdür. Belə ki, onun 09 dekabr 2022-ci il tarixdə, saat 16:00 üçün Pakistan Respublikasına getmək üçün bileti olmuşdur. O kafedən çıxıb hava limanına getmiş, orada olan zaman onu polis əməkdaşları saxlamış və Nəsimi rayon Polis İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs Shahzad Ali tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, törətdiyi əməlin cinayət olduğunu bilməmiş, bu cinayəti özü tək törətmişdir. Törətdiyi cinayət barədə heç kimə məulmat verməmişdir. Qeyd etdiyi bıçaqla Saleemi qorxutduqdan sonra bıçağı yenidən mətbəxdəki dolabın üzərinə qoymuşdur. O, Saleemi bıçaqla və ya bədən üzvü ilə vurmamışdır. Sadəcə olaraq bıçağı nümayiş etdirərək qorxutmuşdur (iş vərəqə: 217-218). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirərək göstərdi ki, o, hal-hazırda oxunan və tədqiq olunan ifadəni polisdə olarkən vermiş, üzləşmə zamanı da eyni ifadəni vermişdir. Belə ki, hadisədən əvvəl evdə oturan zaman o, Saleemdən pulunu istəmiş, sonuncu pul kisəsini açıb ona göstərmiş və pulu olmadığını bildirmişdir. Saleem ona 60 manat və müxtəlif İran pulları vermişdir. O, Saleemin mobil telefonundan və 60 manatından başqa heç nəyini götürməmiş, ona qarşı bıçaq tətbiq etməmişdir. Həmin əşyaları da saxlanılarkən polisə təqdim etmişdir. Özünə aid məlumatları, o cümlədən azərbaycanlı nişanlısı barədə məlumatları müstəntiqə o özü vermiş, bəzi məlumatları isə zərər çəkmiş şəxs bildirmişdir. Hər dəfə o, polis idarəsinə gedən zaman polis ona hansısa sənədlərə imza çəkdirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Pakistan Respublikası vətəndaşıdır, ailəlidir, ailəsi Pakistanda yaşayır. O, 2022-ci ilin mart ayından Azərbaycanda düyü biznesi ilə məşğul olmaq fikrinə düşmüş, bu məqsədlə 16 mart 2022-ci il tarixdə ünvan 3 ünvanda kirayədə yaşamağa başlamış, Pakistan Respublikasından sifariş verdiyi düyüləri Azərbaycana gətirtmiş və öz biznesi ilə məşğul olmağa başlamışdır. Düyü ticarəti ilə bağlı onun pakistanlı şəriyi olmuş, sonuncu həm də Bakıda restoran işlətmişdir. Restoran işində onun həmyerlisi ilə heç bir şərikliyi, onun həmin restorana aidiyyatı olmamışdır. O, onunla düyü işində şərik olan şəxsin restoranında oturub yemək yemişdir. O, ilk dəfə gəldiyi vaxt Azərbaycan Respublikasında müvəqqəti oturum ala bilməmiş və buna görə də müxtəlif vaxtlarda Pakistan Respublikasına gedib-gəlmişdir. 2022-ci ilin iyun ayında Bakı şəhərinə gəldiyi vaxt kirayədə yaşadığı mənzilin yaxınlığında yerləşən düyü işində onun şəriyi olan şəxsin işlətdiyi restoranda Pakistan Respublikasının vətəndaşı, baxılan iş üzrə təqsirlənedirilən şəxs Təqsirləndirilən şəxs tanımışdır. Shahzad Ali onun həmyerlisi olduğu üçün onunla münasibət saxlamış, münasibətləri yaxşı olmuşdur. O, Shahzad Alini tanımasına baxmayaraq onunla ortaq heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərdi ki, o, yenidən Pakistan Respublikasına geri qayıtmış və sonuncu dəfə 06 dekabr 2022-ci il tarixdə işlə bağlı Bakı şəhərinə gəlmişdir. 09 dekabr 2022-ci il tarixdə yemək üçün Shahzad Ali ilə tanış olduğu kafeyə getmiş, o, orada olduğu vaxt Shahzad da təsadüfən ora gəlmişdir. Shahzad onu özünün kirayədə yaşadığı evə dəvət etmiş, yaşadığı mənzildə işlə bağlı danışa biləcəklərini ona demişdir. O da Shahzad Ali ilə razılaşaraq həmin gün saat 15 radələrində Shahzadın kirayədə yaşadığı Nəsimi rayonu, S.Əsgərova küçəsi 134 saylı mənzilə getmişlər. O, Shahzad ilə birlikdə mənzilə daxil olmuşdur. Həmin mənzil bir otaqdan ibarət mənzil olmuşdur. Mənzilə daxil olduqdan sonra o, Shahzadın təklifi ilə divanda oturmuşdur. Sonra Shahzad ona su gətirmək adı ilə mətbəxə keçmiş, suyu gətirib ona vermiş və yenidən mətbəxə qayıtmışdır. O suyu içən zaman Shahzad əlində istiot və tutacağı açıq yaşıl rəngli bıçaqla onun yanına qayıtmışdır. Shahzad qəflətən əlində olan istiotu onun gözünə atmış, həmin vaxt onun gözlərində möhkəm ağrı yarandığı üçün əli ilə gözlərini tutmuşdur. O gözlərini əli ilə ovuşdurduqdan sonra görməsi nisbətən yaxşılaşmışdır. Bundan sonra Shahzad əlində tutduğu həmin bıçağı ona göstərərək üzərində olan pulları ondan istəməyə başlamışdır. Shahzad bıçağı əlində hərəkət etdirərək “pulları vermədiyin halda, səni bıçaqla vuracağam” sözlərini demişdir. O, Shahzada “məni vurma, pulu verirəm” demişdir. Hadisə vaxtı orada onun özünün üzərində qara rəngli gödəkçə olmuşdur. O, əvvəlcə Shahzadın tələbi ilə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən dəyəri 250 manat təşkil edən bir ədəd qara rəngli, üzərində ***-***-**-** saylı mobil nömrə olan “Pocco” markalı mobil telefonunu çıxardaraq Shahzada vermişdir. Sonra həmin şalvarının arxa sağ cibindən içərisində 70 manat olan pul kisəsini çıxarıb ona vermişdir. Shahzad pul kisəsini əlinə götürdükdən sonra içərisində olan 70 manat pulu götürüb pul kisəsini yerə atmış və götürdüyü pulu öz cibinə qoymuşdur. Shahzad sonra ondan ciblərini boşaltmağı tələb etmiş, üzərində başqa nələr qaldığını soruşmuşdur. O, əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən 900 ABŞ dolları və 150 Azərbaycan manatı çıxarıb Shahzada vermişdir. Shahzad pulları ondan alaraq öz cibinə qoymuşdur. Shahzad pulları ondan aldıqdan sonra mənzildən qaçaraq çıxıb getmişdir. Shahzad qaçıb getdikdən sonra onun gözlərində ağrı olduğu üçün gözlərinə su vurmuş, sonra isə gedib Nəsimi rayon polis idarəsinə şikayət ərizəsi vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Shahzad Ali əməlini qismən etiraı etmiş, bunu həmçinin üzləşmə keçirilərkən də boynuna almışdır. Lakin 900 ABŞ dolları və 150 Azərbaycan manatı pullarını ələ keçirməsini boynuna almamış və vurduğu ziyanı ödəməmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərdi ki, Shahzad Ali onu nə bıçaqla, nə də ki əli ilə vurmamış, ona xəsarət yetirməmiş, sadəcə əlindəki bıçağı nümayiş etdirərək onu qorxutmuşdur. Shahzad Ali ilə onun heç bir ədavət və düşmənçiliyi olmamışdır. Hadisə təxminən 30 dəqiqə çəkmiş, hadisə baş verən zaman orada ikisindən başqa heç kim olmamışdır. Hadisə vaxtı o, Shahzad Alini vurmamış, qorxduğu üçün ona müqavimət göstərməmişdir. Hadisə nəticəsində ona ümumilikdə 2.005 manat maddi ziyan dəymişdir. Ona məxsus 01 ədəd “Pocco” markalı “M2007J20CG” modelli **********21403 və **********21411 İMEİ kodlu mobil telefon onun özünə qaytarılmış, talanmış başqa əşyaları və pulları hələ də onun özünə qaytarılmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə prosesində Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi işin halları ilə bağlı xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı bir daha bildirmiş, sonuncu isə üzünə qarşı deyilənləri qismən qəbul edərək məhkəməyədək icraat mərhələsində vermiş olduğu və məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsinə uyğun ifadə vermişdir (iş vərəqə: 229- 231). Məhkəmə baxışı zamanı tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 2 ünvanda yerləşən mənzildir (iş vərəqə: 6-10). Məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə saxlanılaraq istintaq orqanına təqdim edilmiş, istintaq orqanının eyni tarixli qərarına əsasən təqsirləndirilən şəxs Chaudhary Shahzadın könüllü olaraq təqdim etdiyi zərərçəkmiş şəxs, Paksitan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs məxsus bir ədəd “Pocco” markalı “M2007J20CG” modelli mobil telefon 10 dekabr 2022-ci il tarixli protokol əsasında götürülmüşdür (iş vərəqə: 24, 32, 34). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməəmtəəşünaslıq ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 9/9472 nömrəli rəyindən görünür ki, 01 ədəd “Pocco” markalı, “M2007J20CG” modelli mobil telefonun satışı üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 250,0 manat müəyyən olunur (iş vərəqə: 156-158). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-ballistik ekspertizasının 27 fevral 2023-cü il tarixli, 3/374 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (iş vərəqə: 182- 184). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 17 mart 2023-cü il tarixli, 756 nömrəli rəyindən görünür ki, Pakistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müarciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan həmin rəydən görünür ki, Pakistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur (iş vərəqə 185-187). Cinayət işinə məhkəmə baxışı zamanı müəyən edildi ki, ibtidai istintaq orqanının 27 dekabr 2022-ci il tarixli qərarına əsasən iş üzrə zərərçəkmiş şəxs, Paksitan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs məxsus bir ədəd “Pocco” markalı “M2007J20CG” modelli mobil telefon maddi sübut kimi tanınmış və məhkəməyədək icraat mərhələsində zərərçəkmiş şəxsin özünə qaytarılmışdır (iş vərəqə: 152-155). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müəyən edildi ki, ibtidai istintaq orqanının 19 may 2023-cü il tarixli qərarına əsasən cinayətin aləti hesab olunan, hadisə yerindən götürülmüş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı 01 (bir) ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir (iş vərəqə: 232-242). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla və həyatı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən, ona istinad olunan həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 7ci bəndində məhkəmələrə tövsiyə edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Ali Məhkəmə Plenumunun həmin Qərarının 23-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 170-171). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş Zərərçəkmiş şəxs yetirilmiş maddi zərər, sonuncuya məxsus “Pocco” markalı “M2007J20CG” modelli mobil telefon istisna olmaqla, ödənilmədiyindən təqsirləndirilən şəxs Chaudhary Shahzad ilə zərər çəkmiş Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddədinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən şəxsin özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulan sanksiyanın aşağı həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd olunanlardan başqa, məhkəmə Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğunu, həmçinin onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını istisna edən Azərbaycan Respublikası CM-nin 52.2.1 - 52.2.7-ci maddəsində nəzərdə tutulan konkret halların müəyyən edilmədiyini nəzərə alaraq, belə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardıqdan sonra onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs - Pakistan Respublikasının vətəndaşıdır, orada doğulmuşdur, Azərbaycan Respublikasının ərazisində daimi deyil, müvəqqəti olaraq, qeydiyyatsız yaşamışdır. Barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olmamış, onun valideynlərindən heç biri Azərbaycan Respublikasının vətəndaşı olmamış, özü qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxs deyil, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ qrup əlili olan şəxs deyil, məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal olunmur və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxs deyildir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məhkəmə hökmünün elan olunduğu 24 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 12 dekabr 2022-ci il tarixədək 2 (iki) gün həbsdə saxlanılmış, 12 dekabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müvafiq vəsatət və təqdimatla müraciət olunmuş, lakin məhkəmənin 12 dekabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxsinin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və ibtidai istintaq orqanı tərəfindən onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün onun barəsində xx.xx.2022-cü il tarixdə axtarış elan edilmiş, o, axtarış nəticəsində xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022-ci il tarixədək 2 (iki) gün müddətində həbsdə saxlanılmış, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müvafiq vəsatət və təqdimatla məhkəməyə müraciət olunmuş, lakin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən sonuncunun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunduğundan ibtidai istintaq orqanı tərəfindən onun haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 20 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 12 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün və 19 dekabr 2022-ci il tarixdə tutularaq 21 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı daha 2 (iki) gün – cəmi 4 (dörd) gün ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün Təqsirləndirilən şəxs üzərində azadlıqdan məhrum etmə növündə qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, sonuncu dərhal məhkəmə iclas zalından həbsə alınmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - bir ədəd “Pocco” markalı “M2007J20CG” modelli mobil telefonun sahibi – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı; - Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssində saxlanılan cinayətin aləti olan 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 12 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün və 19 dekabr 2022-ci il tarixdə tutularaq 21 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün – cəmi 4 (dörd) gün ona təyin olunan 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün Təqsirləndirilən şəxs üzərində 7 (yeddi) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məhkəmə hökmünün elan olunduğu 24 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkdikdən sonra barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - bir ədəd “Pocco” markalı “M2007J20CG” modelli mobil telefonun sahibi – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın; - Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssində saxlanılan cinayətin aləti olan 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1467/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1467/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver