Məhkəmə qərarları › İş №1(101)-1467/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1467/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1467/2024 16.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: «FİDES» Vəkil Bürosunun vəkilləri- X7 və Müdafiəçi1 iştirakları ilə açıq məhkəmə iclasında

1. xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 və 9 yaşında iki az yaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, mənzil 31də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə

2. 14.08.1971-ci ildə Ağdam Gülablı kəndinə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, İİ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 17B-də qüydiyyatda olmaqla yaşamış, arəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib sataraq mənfəət əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan, özünü “İranlı” kimi təqdim edən “Mahan” adlı digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, ərazisində sonuncunun yerləşdirdiyi istintaqa məlum olmayan mənbədən 250 (iki yüz əlli ) manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,722 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,045 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə edib qabqcadan aralarında olan razılaşmaya əsasən həmin heroini satış məqsədi ilə Təqsirləndirilən şəxs2lə öz aralarında böldükdən sonra 3,836 qram narkotik vasitə heroini və 3,045 qram psixotrop maddə metamfetamini bilavasitə satmaq üçün öz üzərində saxlayıb daşıyarkən 12 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən bir ədəd qutunun içərisində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,836 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,045 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib sataraq mənfəət əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan, özünü “iranlı” kimi təqdim edən “Mahan” adlı digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində sonuncunun yerləşdirdiyi istintaqa məlum olmayan mənbədən 250 (iki yüz əlli) manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,722 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,045 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə edib qabaqcadan aralarında olan razılaşmaya əsasən həmin heroini satış məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə öz aralarında böldükdən sonra iki ədəd şəffaf sellofan bükümdə 0,433 qram və 0,453 qram olmaqla ümumilikdə 0,886 qram narkotik vasitə heroini bilavasitə satmaq üçün öz üzərində saxlayıb daşıyarkən 12 oktyabr 2023-cü il tarixdə saat 12:10 radələrində Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,433 qram və 0,453 qram olmaqla ümumi təmiz çəkisi 0,886 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə eyni olan kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 tanıyır, lakin onunla yaxınlığı olmamışdır. Sadəcə Təqsirləndirilən şəxs1 onun kirayəşin yaşadığı evdə qonşu otaqda yaşamışdır. Təqsirləndirilən şəxs1 onunla Emin adlı tanışı tanış etmiş və ondan xahiş etmişdir ki, Tamilla onun yaşadığı ünvanda yaşasın. Tamillanın narkotik vasitələrinin aludəçisi olduğunu bilirdi. Onun özü də narkomandır. Lakin Tamillanın əlaqəsi olan iranlını tanımır. Hadisə haqqında onu bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Tamillanın xahişi ilə taksi sifariş verərək onunla birlikdə Binəqədiyə bir mağazanın qarşısına getmişlər. Tamilla ona bildirmişdir ki, həmin yerdən iranlının göndərdiyi narkotiki götürməlidir. Binəqədidə mağazanın qarşısında Tamilla maşından düşərək harasa getmiş, o isə maşında qalmışdır. Tamilla narkotik maddələri götürüb qayıtmış və bundan sonra onlar həmin taksi ilə yaşadıqları ünvana qayıtmışlar. Tamilla əldə etdiyi narkotik maddədən bir qram olmaqla 2 ədəd bükümü istifadə etmək üçün ona vermiş, qalanını da özündə saxlamışdır. 12 oktyabr 2023-cü il tarixində saat 12 radələrində yaşadığı ünvana polis əməkdaşları gəlmiş, otaqda masanın üzərində olan həmin bükümləri o, polislərə təqdim etmişdir. Həmçinin qonşu otaqda yaşayan Təqsirləndirilən şəxs1 da onunla bərabər Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar. 32-ci polis bölməsində həmin bükümlər ondan protokol tərtib olunmaqla videoçəkilişlə götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 da üzərindən bildiyi qədər həm narkotik, həm də metamfetamin aşkar edilərək götürülmüşdür. Tamilla ona heroini evində yaşadığına görə pay vermişdir. O, ona həmin narkotikə görə pul verməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 yaxın münasibətdə olduğu Emin adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, onun əri narkotik cinayət əməlinə görə məhkum olunmuş, o, iki azyaşlı uşaqları ilə tək qalmışdır. Ərinin telefonunda iranlı Mahanın nömrəsi var idi. Mahan ərinə narkotik gətizdirən şəxs olmuşdur. Mahan həmin telefona zəng elədiyi zaman onunla danışmış, o, ağır maddi vəziyyəti barədə Mahana məlumat vermişdir. Sonuncu da ona bildirişdir ki, Emin adlı şəxsin vasitəsi ilə ona narkotik vasitələri göndərəcək ki, o da həmin vasitələri müəyyən yerlərə qoyub şəkillərin ona göndərsin. İranlı buna görə ona pul ödəyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs2 düzgün ifadə vermir, o, Vüqarın evində kirayə qalmamışdır. Vüqarın evində Emin kirayə qalırdı, o isə Vüqargilin yanına gedib onlarla birlikdə narkotik qəbul edirdi. Öz evində anası və körpə uşaqları olduğu üçün narkotik qəbul etmir, narkotik qəbul edənləri də evinə aparmırdı. Emin və Vüqarla birlikdə narkotik qəbul etdiyi üçün o da Vüqarın evində ayrı otaqda qalmağa başlamışdır. Tanımadığı şəxs Eminə 16 qram narkotik maddə heroin satacağını bildirərək onun pulunu almış və Emini aldatmışdır. Eminin pulu qurtardığı üçün narkotik maddəni İranlıdan alarkən pulunu o, verməyə başlamışdır. Narkotik maddəni alarkən pulu özü versə də Eminin onu aldatmaması üçün narkotik maddəni Eminlə bir yerdə götürməyə getmişdir. Emin və Vüqar həmin ərazidə hamını tanıdığı üçün aldığı narkotik maddələri satması üçün onlara vermişdir. Vüqarla Emin həmin narkotik maddələri sataraq pulunu ona vermişlər. O da qarşılığında onlara narkotik maddə vermiş, evin ərzaqlarını almışdır. Təxminən 01 həftə əvvəl Emin onun “Samsung A4” markalı mobil telefonunu oğurlayaraq qaçmışdır. Təxminən 4-5 dəfə Eminlə narkotik maddə almağa getmişdir. Sonuncu dəfə İranlı ilə onlayn yolla əlaqə saxlayaraq 3.5 qram narkotik vasitə heroin və 3.5 qram psixotrop maddə metamfetamin almaq barədə razılaşmışdır. Həmin narkotik maddə üçün İranlıya 250 manat pul göndərmiş, həmin pulun 100 manatını Vüqar 150 manatını da özü qoymuşdur. Həmin narkotik maddəni Vüqar satmalı və pulu isə bölməli idilər. 11 oktyabr 2023-cü il tarixdə axşam saat 21 radələrində Vüqarla birlikdə İranlının Vatsapa göndərdiyi yerin konumu əsasında Vüqarın tutduğu taksi ilə Binəqədi qəsəbəsinə gedib orada bir mağazanın yanındakı reklam lövhəsinin altından narkotik maddəni götürmüş və ikisi də həmin taksi ilə yaşadıqları evə qayıtmışlar. Həmin narkotikdən 2 büküm heroini Vüqarın verdiyi pulun müqabilində sonuncuya vermişdir. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Vüqarın yaşadığı evdəki otağında olduğu zaman polis əməkdaşları gəlib onu və Vüqarı 32-ci polis bölməsinə aparmışlar. Həmin vaxt gətirdiyi heroin və patı bükümləri Vüqarın otağındakı masanın üzərində olmuşdur. Polis bölməsində o, özünə məxsus heroin və patı, yəni metamfetamin bükümlərini təhvil vermişdir. Etdiyi əməldən peşmandır. Narkotiki iranlıdan onun özü alırdı. Belə ki, günəmuzd olaraq xəstəyə baxır, gününə 30 manat pul alırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır, Tamilla saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs2 də bölmədə görmüşdür. Lakin Təqsirləndirilən şəxs2lə bağlı keçirilmiş tədbirlərdə iştirak etməmişdir. Belə ki, ona 12 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan Tamilla adlı qadının qanunsuz olaraq narkotik vasitə əldə etməklə və satmaqla məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı raportla bölmə rəhbərliyinə məruzə etmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, Tamillla adlı qadının ətrafında əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, qrupun üzvü isə əməliyyat müvəkkili Şahid2 olmuşdur. İkisi birlikdə 12 oktyabr 2023-cü il tarixdə saat 12.30-da Tamillanın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ev 17B-nin qarşısında olduğunu müəyyən edərək həmin ünvana gedib zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs1 oxşar qadına yaxınlaşaraq özlərini təqdim etmiş, Tamilla da özünü Təqsirləndirilən şəxs1 kimi onlara təqdim etmişdir. Orada Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin inzibati binasına dəvət etmiş, sonuncu heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə getmişdir. Orada Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunaraq hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 özü könüllü olaraq üzərində qara rəngli qısaqol gödəkçəsinin cibindən 2 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, digər cibindən isə «Samsunq » markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs1 bükümlərdə nə olduğunu soruşduqda sonuncu bildirmişdir ki, bükümlərin birində metamfetamin, digərində isə heroin vardır, onları Təqsirləndirilən şəxs2lə birlikdə İİR-sı vətəndaşının qoydurduğu yerdən şəxsi istifadəsi və satışı üçün əldə etmişdir. Həmin bükümlər açıldıqda birinin içərisində şüşəyəbənzər maddənin, digərində isə qəhvəyi rəngli , tozşəkilli maddənin olması müəyyən edilmişdir. Hər iki büküm qablaşdırılmış, möhürlənmiş, baxışın bütün iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin baxışa dair tərtib olunmuş protokol təhqiqatçı tərəfindən ucadan oxunaraq imzalarla təsdiq edilmişdir. Təhqiqatçının qərarı əsasında həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsindəki evinə də baxış keçirilmiş, lakin orada qanunsuz heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təhqiqatçıya təqdim edənədək üzərinə baxış keçirməmişlər, Təqsirləndirilən şəxs1 qarşı hər hansı bir təzyiq və ya zor edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci polis bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, həmkarı Şahid1 Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan Tamilla adlı qadının qanunsuz olaraq narkotik vasitə əldə etməklə və satmaqla məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Tamillla adlı qadının ətrafında əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri olaraq Şahid1 və qrupun üzvü olaraq o, ikisi birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ev 17B-nin yaxınlığına gedərək orada piyada hərəkət edən Təqsirləndirilən şəxs1 yaxınlaşıb ona özlərini təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin inzibati binasına dəvət etmişlər. Həmin vaxt Tamilla tək olmuşdur. Sonuncu heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə getmişdir. Orada Təqsirləndirilən şəxs1 təhqiqatçıya təqdim etmiş, sonuncu Tamillanın üzərində video çəkilişlə şəxsi axtarış apamış, bu zaman müdafiəçinin olub-olmamasını dəqiq xatırlamır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 könüllü olaraq üzərində qara rəngli qısaqol gödəkçəsinin cibindən 2 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, digər cibindən isə «Samsunq » markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Qeyd etmək istəyir ki, Tamillanı Təqsirləndirilən şəxs2 evində tutmamışlar və onu saxlayan zaman Tamilla tək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci polis bölməsinin Cinayət Axtarışı üzrə kiçik əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, hal-hazırda vəzifəsində xidmət edir, polis baş serjantıdır. 12 oktyabr 2023cü il tarixdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan Vüqar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra ondan və digər əməkdaşlardan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu Vüqarın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ev 19-un yaxınlığında olmasını müəyyən edərək həmin ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs2 həmin ünvanın qarşısında görüb yaxınlaşaraq ona özlərini təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs2 həmin vaxt tək olmuş və heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə getmişdir. Orada təhqiqatçı Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişlə şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü və 1 ədəd mobil telefonu çıxararaq təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş və həmin narkotik vasitəni tanımadığı İran vətəndaşından öz istifadəsi üçün etdiyini demişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən olaraq öz ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 təqsirliliyini sübuta yetirən dəlillər: Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, 12 oktyabr 2023-cü il tarixdə ona daxil olmuş əməliyyat məlumatından müəyyən olunur ki, “Tamilla” adlı şəxs narkotik vasitələrin saxlanılması və istifadəsi ilə məşğuldur. Eyni zamanda “Tamilla” adlı şəxs gündüz saatlarında ünvan 6 ünvanının qarşısında olacağı, üzərində mütəmadi narkotik vasitə saxlaması, onun geyimi və xüsusi əlamətləri bildirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 12 oktyabr 2023-cü il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan müəyyən olunur ki, “Tamilla” adlı şəxsin şəxsiyyəti, ünvanı müəyyən olunması, onun saxlanılması üçün müvafiq tədbirlər həyata keçirilməsi qərara alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli əmrdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin rəisinin əmri ilə “Tamilla” adlı qadının barəsində əməliyyat-axtarış tədbirlərin keçirilməsi üçün bölmənin əməkdaşları polis kapitanı Şahid1 və polis baş leytenantı Yaşar Rzayevdən ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1 müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 12 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 12:30-da narkotik vasitələrin əldə olunması və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanın qarşısında saxlanılaraq 32-ci PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 12 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə” aparılması protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən, əvvəlcə ona Azərbaycan Respublikası CPM-nin 19-cu, 26-cı, 90-cı və 20-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 özü könüllü olaraq əynində olan qara rəngli qısa qol gödəkçəsinin sağ yan cibindən içərisində 2 ədəd şəffaf sellofana bükülmüş büküm olan 1 ədəd qutu və sol yan cibindən 2 ədəd Samsung markalı mobil telefonları təqdim edərək 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik vasitə heroin olduğunu, digər sellofan bükümdə isə psixotrop maddə şüşə olduğunu, onlara xx.xx.2023-cü il tarixdə İran Respublikasının vətəndaşının kart hesabına 250 manat pul göndərdikdən sonra Binəqədi qəsəbəsindən götürdüyünü, şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini və dolanmaq üçün satışı ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd şəffaf sellofana bükülmüş bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb AR DİN-nin “Zərflər üçün” 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər sənədlər və əşyalar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 12 oktyabr 2023-cü il tarixli “Baxış keçirilməsi” haqqında protokoldan müəyyən olunur ki, ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 8 ünvanına baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı maddə-əşya aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə -kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli, 3-16-16/2-6/5341 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №195” dairəvi möhür əksi olan, “vət. Şübhəli şəxs Təqsirləndirilən şəxs1” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd qabda bir ədəd bükümdə təmiz çəkisi 3,836 qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 3,045 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş maddələr kimyəvi tərkibinə görə fərqli olduğundan onlar arasında tədqiqat aparılmır. Heroinin təmiz çəkisi -3,836 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-3,786 qram Metamfetaminin təmiz çəkisi -3,045 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 2,995 qram. Məhkəmədə elan edilib araşdırılmış müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs1 təhqiqatçıya verdiyi xx.xx.2023-cü il tarixli izahat, həmin iş üzrə müstəntiqə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsindən və təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2023-cü il tarixli ifadəsindən müəyyən olunur ki, o 5 ildir narkotik vasitə aludəçisidir, sosial şəbəkələrdə tanış olduğu İİR vətəndaşı Mahandan 2,5 qrm heroin istəmiş, Mahanda ona Emin adlı şəxsin telefon nömrəsini verərək narkotik vasitənin həmin şəxsdə olduğunu bildirmişdir. O da Emindən ona yönəltdiyi Vüqardan 2,5 qram heroin əldə etmiş, pulu isə Mahanın bildirdiyi bank kartına göndərmişdir. Həmin vaxtdan Emin və Vüqarla bir evdə qalmağa başlamış, o Mahanın bildirdiyi yerlərdən narkotik vasitə və psixotrop maddələri Eminlə birlikdə əldə edib satmaq üçün Eminlə Vüqara vermişdir. Sonuncular narkotiklərin satışından əldə etdikləri pulları ona verir, o isə onları ərzaqla təmin edirdi. Emin onun telefonunu oğurlayıb qaçdığı üçün tutulmamışdan 1 həftə əvvəl Mahanla danışıb özü və Vüqar üçün 3,5 qram heroin və 3,5 qram metamfetamin sifariş vermiş, bu maddələrin ödənişini 100 manat verməklə Vüqar, 150 manat verməklə o özü, cəmi 250 manat pulu bank kartı vasitəsilə Mahana göndərmiş, xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Vüqarla Binəqədi qəsəbəsinə gedib iranlının göndərdiyi narkotikləri götürdü və üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə isə saat 12:30 radələrində Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 17 B ünvanından çölə çıxıb bir neçə metr aralandığı zaman polis əməkdaşları onu saxlamış, 32-ci PB-nə gətirmiş və o orada üzərində olan heroin və metamfetamini təhvil vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 12 oktyabr 2023-cü il tarixli qərarı qanuni sayılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 598 saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan müəyyən olunur ki, təhqiqatçı şəxsi axtarış keçirildiyini bildirirərək iştirakçıları təqdim edir. Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah edir. Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 01 ədəd üzəri göy, kənarları yaşıl rəngli pul kisəsini çıxararaq stolun üstünə qoyur. X4 həmin pul kisəsini stolun üstündən götürərək açır. İçərisində iki ədəd şəffaf sellofan büküm olduğu görünür. Rəşad Həsənzadə həmin sellofan bükümləri açdıqda birinin içərisində qəhvəyi rəngli, digərinin içərisində ağ rəngli maddə olduğu müəyyən olunur. Təhqiqatçı Təqsirləndirilən şəxs1 həmin bükümlərdə nə olması barədə sual verir. Təqsirləndirilən şəxs1 həmin bükümlərdə kakos və şüşə olduğunu bildrir. Rəşad Həsənzadə ona üzərində başqa hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklf edir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən iki ədəd telefonu çıxararaq stolun üstünə qoyur. Təhqiqatçı həmin bükümləri haradan və nə məqsədlə əldə etməsi barədə soruşur. Təqsirləndirilən şəxs1 İran islam Respublikası vətəndaşının kartına 250 pul köçürdüyünü, həmin şəxsin narkotik maddəni Binəqədi qəsəbəsi ərazisinə atdığını onun da xx.xx.2023-cü il tarixdə gedib Binəqədi qəsəbəsi ərazisindən götürdüyünü, bir hissəsini istifadə etmək, digər hissəsini sataraq pul əldə etmək niyyəti ilə əldə edərək üzərində saxlayaraq gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs1 ümumilikdə 03 qram kakos və 03 qram şüşə aldığını bildirir. Təqsirləndirilən şəxs1 əynindəki şalvarın cib həssini və digər hissələrini göstərərək üzərində başqa hər hansı əşya və ya predmet olmadığını bildirir. Üzərindən aşkar edilərək götürülmüş içərisində iki ədəd şəffaf sellofan büküm olan pul kisəsi bir ədəd boş zərfə digər iki ədəd mobil telefon isə digər zərfə qoyularaq qablaşdırılır. Üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 227 saylı 31 yanvar 2024-cü il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik aşkar edilmir.Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 qızı oğlunun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan onun əməlıi Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2 və 9 yaşında olan iki azyaşlı uşağı var, evlidir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 ona məxsus olduğunu bildirdirdiyi ***-***-**-** mobil nömrəli abonentdən çıxan zənglərdən çıxarışların, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının, daxil olan və göndərilən “SMS” mətnlərinin, həmçinin ötürücü antenalar cədvəlinin "xxxx" MMC-dən ələ keçirilməsi barədə "xxxx" MMC-dən BKC/LGL-1561/24 saylı, xx.xx.2024-ci il tarixli məktubla daxil olmuş bir ədəd DVD diskə 04 fevral 2024-cü il tarixdə baxış keçirilmişdir. Həmin diskə baxış keçirilən zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə aşağıdakı məzmunda ismarıclar daxil olmuşdur: 1)xx-xx-2023 tarixdə saat 23:20:37 dəqiqədə ********** mobil nömrəsindən ********** mobil nömrəsinə “15 ver 0.3 verim” məzmunlu mesaj göndərilmişdir. 2) xx-xx-2023 tarixdə 19:05:55 dəqiqədə ********** mobil nömrəsindən ********** mobil nömrəsinə “Emin brat menem Samir Babayev” məzmunlu mesaj göndərilmişdir. 2)xx-xx-2023 tarixdə 02:52:14 dəqiqədə ********** mobil nömrəsindən ********** mobil nömrəsinə “Cavid axşamun xeyr brat olmaz ki indi gəlim 15 man pati goturum der” məzmunlu mesaj göndərilmişdir. 3) xx-xx-2023 tarixdə 10:02:37 dəqiqədə ********** mobil nömrəsindən ********** mobil nömrəsinə “Brat sabahin xeyr necasan Samirdi.Gagas biraz tema lazim olacag ve” məzmunlu mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd Samsung A14 markalı mobil telefonuna 04 fevral 2024-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-də baxış keçirilməsi ilə bağlı protokoldan Təqsirləndirilən şəxs1 məxsus mobil telefonda şəkillər bölməsinə daxil olduqda **********889114 nömrəli kart şəkli olduğu görünür. Digər şəkildə isə xx.xx.2023-cü il tarixdə saat 00:22 dəqiqədə 50 manat pulun Xətai rayonu, Zığ yolu 31A ünvanında yerləşən Araz marketdən göndərildiyi müəyyən olunur. Digər fotoşəkildən ödəmə terminalından 120 manat pul göndərilməsi müəyyən olunur. Digər fotoşəkildən xx.xx.2023-cü il tarixdə 120 manat pulun Xətai rayonu, Zığ yolu 42 ünvanında yerləşən Hamlet marketdən göndərildiyi müəyyən olunur. Digər fotoşəkildəki çekdən görünür ki, 150 manat pul Xətai rayonu, Zığ şosesi 32 saylı binanın yanından göndərilmişdir. Digər fotoşəkildən bir ədəd üzərində iran əlifbası ilə yazılmış vərəqin üzərində yerləşən elektron tərəzinin olduğu tərəzinin üzərində isə bir ədəd şəffaf sellofan bükümün açıq şəkildə olduğu içərisində 2,66 qram qəhvəyi rəngli maddə olduğu görünür.Digər fotoşəkildən də bir ədəd üzərində İran yazısı olan vərəqin üstündə 01 ədəd elektron tərəzi olduğu, tərəzinin üstündə isə 2,25 qram qəhvəyi rəngli maddə olduğu görünür. Digər şəkildə 01 ədəd tərəzinin üstündə 01 ədəd kağız bükümün üzərinə 3 kip yazıldığı həmin bükümün çəkisinin 4,37 qram olduğu görünür. Digər fotoşəkildən 01 ədəd elektron tərəzi üzərində isə 01 ədəd açıq şəkildə şəffaf sellofan büküm və içərisində 2,36 qram qəhvəyi rəngli maddə olduğu görünür. Digər fotoşəkildən bir ədəd elektron tərəzinin üzərində 2,04 qram qəhvəyi rəngli maddə olduğu görünür. Digər fotoşəkildən 01 ədəd elektron tərəzinin və tərəzinin üstündə 01 ədəd şəffaf sellofan bükümdə 0,29 qram qəhvəyi rəngli maddə olduğu görünür. Digər fotoşəkildən 01 ədəd tərəzi və tərəzinin üzərində şəffaf sellofan büküm və içərisində 1 qram ağ rəgli kristallik maddə olduğu görünür. Digər fotoşəkildən 01 ədəd elektron tərəzi və üzərində 6 rəqəmi yazılmış çəkisi 5,93 qram olan büküm olduğu görünür. Digər fotoşəkildə 01 ədəd elektron tərəzi və üzərində şəffaf sellofan bükümdə çəkisi 5,11 qram olan qəhvəyi rəngli maddə olduğu görünür. Digər fotoşəkildən 80 manat pulun göndərilməsi ilə bağlı çekin olduğu görünür. Digər fotoşəkildən 100 manat pulun göndərilməsi ilə bağlı çekin olduğu, digər fotoşəkildən xx.xx.2023-cü il tarixdə saat 23:10 dəqiqədə 225 manat pulun göndərilməsi ilə bağlı çekin olduğu görünür. Digər fotoşəkildən 01 ədəd elektron tərəzi və üzərində 23,15 qram ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən olunur. Digər fotoşəkildə 01 ədəd elektron tərəzinin üstündə 01 ədəd yaşıl rəngli açıq sellofan büküm və içərisində 75 qram yaşıl otşəkilli maddənin olduğu müəyyən olunur. Digər fotoşəkildən görünür ki, 10 oktyabr 2023cü il tarixdə Bakı Sumqayıt yolunun üzərində Bazarstore mağazasının yanında çəkilmişdir. Şəkildən sarı rəngli ox işarəsi ilə üzərinə Bazar Store yazılmış sütunun göstərildiyi görünür. Mobil telefonun sms bölməsinə baxış keçirdikdə ********** mobil nömrəsindən “Toma 10 manat var mənə cavab ver yekə qızsan ağrıdayam sən balavın canı aç” məzmunlu mesaj göndərilmişdir. Sosial şəbəkələrə və digər qovluqlara baxış keçirildi. İş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqsirliyini sübut edən dəlillər: Məhkəmədə elan edilib araşdırılmış 12 oktyabr 2023-cü il tarixdə saat 12:45-dən saat 13:00-dək tərtib olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri saxlama və üzərində daşımada şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 12 oktyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması” protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən, əvvəlcə ona Azərbaycan Respublikası CPM-nin 19-cu, 26-cı, 90-cı və 20-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 özü, könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellfan bükümü təqdim edərək həmin bükümdə kakos kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən “Alcatel” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı İran vətəndaşından 30 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm bir ədəd boş zərfə, “Alcatel” markalı mobil telefon isə digər boş zərfə qablaşdırılaraq üzəri AR DİNnin “Zərflər üçün” 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında süni işıqlandırma şəraitində aparılmış, şəxsi axtarış zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5341 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,433 qram, 0,453 qram ümumi təmiz çəkisi 0,886 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 0,886 qram, tədqiqata sərf edildi-0,08 qram, qalıq 0,806 qram. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 503 saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 274 saylı 03 fevral 2024-cü il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış istintaq zamanı Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan müəyyən olunur ki, təhqiqatçı Şahid5 şəxsi axtarışda iştirak edən şəxsləri təqdim edir. Şahid5 Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah edir. Üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs2 bu təklifdən sonra əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim edir. Görüntüyə baxarkən həmin bükümün içərisində qəhvəyi rəngli maddə olduğu görünür. Şahid4 Təqsirləndirilən şəxs2 paltarlarını əlləri ilə yoxlamağa başlayır. Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sensor mobil telfon aşkar edilir. Şahid5 həmin bükümdə nə olması haradan və nə məqsədlə əldə etməsi barədə soruşur. Təqsirləndirilən şəxs2 həmin bükümdə kakos olduğunu, həmin narkotik maddəni İran vətəndaşından 30 manata öz şəxsi istehlakı üçün aldığını bildirir. Həmin 01 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan büküm bir ədəd boş zərfə, mobil telefon isə digər boş zərfə qoyularaq qablaşdırılır. Zərflərin üzəri təhqiqatçı tərəfindən möhürlənir. İştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil nömrəli abonentdən çıxan zənglərdən çıxarışların, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının, daxil olan və göndərilən “SMS” mətnlərinin, həmçinin ötürücü antenalar cədvəlinin "xxxx" MMC-dən ələ keçirilməsi barədə "xxxx" MMC-dən BKC/LGL-1562/24 saylı, xx.xx.2024-ci il tarixli məktubla daxil olmuş bir ədəd DVD diskə 04 fevral 2024-cü il tarixdə baxış keçirilməsinə dair protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil telefon nömrəsinə aşağıdakı məzmunda ismarıclar daxil olmuşdur: 1)xx.xx.2023-cü il tarixdə saat 13:53 dəqiqədə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** mobil nömrəsinə “dəqiq 7 azn di?” məzmunlu ismarıc göndərilmişdir. 2) xx.xx.2023-cü il tarixdə saat 11:46 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “Mənəm oruc vuqar emi dedin saat 12de zeng ele gel zeng edirem acmirssn telefonu. Bele alinmir canin saolsun aciqi mende deyirdimki saat 12 olsub vuqar emi ” məzmunlu ismarıc göndərildiyi göstərilmişdir. 2) xx.xx.2023-cü il tarixdə saat 11:56 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “Vuqar emi telefonu qaytarıram əmi oğluya men ***-***-**-** intiqamnan bir yerdəyəm intiqamın nömrəsidi bu nömryə zəng elə görüşəksən mənim canım sənnən zəng gözdüyürəm parkdayam sənnən xəbər gözləyirəm sənin kəlmən kəlmədi vüqar əmi sənnən zəng gösləyirəm ” məzmunlu ismarıc göndərildiyi göstərilmişdir. 3) xx.xx.2023-cü il tarixdə saat 01:58 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “yoxdu məndə” məzmunlu ismarıc göndərilmişdir. 4) xx.xx.2023-ci il tarixdə saat 14:49 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***-***- **-** mobil nömrəsinə “Mənəm Oruc qaqam 5 lik kola təşkil eləmək olar? Bir dənə cavab ver” məzmunlu ismarıc göndərilmişdir. 5) xx.xx.2023-cü il tarixdə saat 19:51 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “Zaur patı yoxdu kola verə bilərsən” məzmunlu ismarıc göndərilmişdir. 6) xx.xx.2023-cü il tarixdə saat 04:34 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “Zaur 7 manat pul var kola alınar götürmək vəziyyət pisdi deyə yığdım” məzmunlu ismarıc göndərilmişdir. 7) xx.xx.2023-cü il tarixdə saat 02:21 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “qaqam qapıdayam 8 manat pul var 2 deənə çet alınar? Çıx da qapıya” məzmunlu ismarıc göndərilmişdir. 8) xx.xx.2023-cü il tarixdə saat 02:28 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “Zaur 10luq kola alınar götürmək?” məzmunlu ismarıc göndərilmişdir. 9) xx.xx.2023-cü il tarixdə saat 02:33 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “qardaşım 4-cə manat pulum var imkan var 5 lik bidənə çet kola əl tuta bilərsən qadan alaramolanım budu mənəm Oruc” məzmunlu ismarıc göndərilmişdir. 10) xx.xx.2023-cü il tarixdə saat 05:59 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “ yetim saat 08-də məhkəməyə gedirəm əl çatan varsa mənə kömək elə bir beşlik götürək ağrıda getmiyim” məzmunlu ismarıc göndərilmişdir. 11) xx.xx.2023-cü il tarixdə saat 20:21 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “ Ağrıyıram emin dünən etdiyimdi bəs belə idisə qırmazdın mən tapardım tema psəm mən indiyə kimi axı candı bu” məzmunlu ismarıc göndərilmişdir. 12) xx.xx.2023-cü il tarixdə saat 10:16 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “ Varsa azca nənə özümə daş verdə lap azca” məzmunlu ismarıc göndərilmişdir. 13) xx.xx.2023-cü il tarixdə saat 01:15 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “ pəpiş sən öl verdiyin kola çıxartmadı lomkadan qadan alaram sən öl” məzmunlu ismarıc göndərilmişdir. 14) xx.xx.2023-cü il tarixdə saat 01:57 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “ Mənəm Oruc rzanın nömrəsini at da gözdəyirəm” məzmunlu ismarıc göndərilmişdir. 14) xx.xx.2023-cü il tarixdə saat 23:50 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə “ Alişka Vüqardı daş var istiyirsənsə torpaqla dəyişək” məzmunlu ismarıc göndərilmişdir. Diskə baxışın məxsusluq tarixçəsi bölməsinə baxış keçirdikdə ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs2 aid olduğu müəyyən olunur. 12 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd “Alcatel” markalı mobil telefona Suraxanı RPİ-nin İŞ-də 04 fevral 2024-cü il tarixdə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokoldan müəyyən olunur ki, şəkillər bölməsinə daxil olduqda 22 may 2023-cü il tarixdə saat 16:08 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsinə 150 manat pulun göndərilməsi ilə bağlı çek olduğu müəyyən olunur. Digər şəkildə yolun kənarı olduğu qaz borularının olduğu hissənin yaşıl rəngli oxla göstərildiyi müəyyən olunur. Mobil telefonun digər qovluqlarına baxış keçirdikdə iş üçün əhəmiyyət kəsib edən hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid3 “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 12 oktyabr 2023-cü il tarixli qərarı qanuni sayılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2023-cü il tarixli ifadəsindən onun narkoman olması, narkoman olan Emin və Tamilla adlı şəxslərlə bir ünvanda yaşaması, onların narkotik vasitələri satması, həmin narkotikdən ona da istifadə üçün vermələri müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə -kimyəvi ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/156 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Şübhəli şəxs Paşayeva T” sözləri olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,786 qram olan heroin ilə “Təqsirləndirilən şəxs2” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,806 qram heroinlər bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Suraxanı rayonu məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 228.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 28261-21-1/3-4141-18 saylı arayışından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası CM-nin 228.1, 69.3cü maddələri ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 il 06 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması barədə hökm və onun icrası barədə xx.xx.2023-cü il tarixli göstəriş xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 il 06 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə nəzərə alır ki, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya təmamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə cəza təyin edilərkən bu iş üzrə ona azadlıqdan məhrum etmə cəzası təyin edilərsə əvvəlki hökm üzrə ona təyin edilmiş və çəkilməmiş 2 il 06 ay 12 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 03 (üç) ay 06 (altı) gün azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla yeni hökmlə təyin edilmiş cəzaya təmamilə və ya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs2 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o İİ qrup əlildir, evlidir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərin işi üzrə məhkəmə baxışı zamanı tədqiq edilmiş sübut növlərinin qiymətləndirilməsi: Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edib saxlama və daşımaları qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində digər Təqsirləndirilən şəxs2 yaxın münasibətdə olduğu Emin vasitəsilə tanımış, üçü bir ünvanda yaşamaqla İİR vətəndaşı Mahanın ona Bakı şəhərində müəyyən yerlərə qoymaqla göndərdiyi narkotik vasitə və psixotrop maddələri Eminlə birlikdə gedib götürdüyünü, həmin vasitələri Emin və Vüqar vasitəsilə satışını təşkil etdiyini, pulu isə özünə götürdüyünü, əvəzində onlara istifadə etmək üçün narkotik və ərzaq alıb verdiyini, sonuncu dəfə iranlı Mahanın bildirdiyi kart hesabına 3,5 qram heroin və 3,5 qram metamfetamin əldə etməsi üçün 250 manat köçürdüyünü, bu pulun 150 manatını özü, 100 manatını isə Təqsirləndirilən şəxs2 verdiyini, 11 mart 2023-cü il tarixdə axşam saat 21 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə Binəqədi rayonunun ərazisindən İranlı Mahanın göndərdiyi konum əsasında sifariş verdiyi vasitə və maddələri götürdüklərini, Təqsirləndirilən şəxs2 həmin vasitədən 2 büküm heroin verdiyini, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrind Vüqarla birgə yaşadığı evdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və onu və Təqsirləndirilən şəxs2 32-ci PB-nə apardıqlarını, orada özünə məxsus heroin və metamfetamini təhvil verdiyini göstərmişdir. Digər Təqsirləndirilən şəxs2 isə məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə kirayədə birgə yaşamış, o və Tamilla narkoman olmuş, 11 oktyabr 2023-cü il tarixdə Binəqədi rayonu ərazisindən Təqsirləndirilən şəxs1 bildiyi yerdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürmüşlər.Həmin vasitələri Tamillaya sonuncunun tanışı olan iranlı göndərmişdir. Həmin vasitələrdən Tamilla ona istifadə etmək üçün hər biri 1 qram olmaqla 2 büküm heroin pay kimi vermiş, qalan vasitə və maddələri özündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı ünvandan onu və Tamillanı polis əməkdaşları aparmış, həmin bükümləri o polis əməkdaşlarına təhvil vermişdir. Həmçinin hər iki təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdikləri ifadələrindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 iranlı Mahandan konum əsasında göndərdiyi qanunsuz əşyaları o və Təqsirləndirilən şəxs2 birlikdə götürmüş, Vüqar Tamillanın tapşırığı ilə həmin əşyaların satışını həyata keçirmiş, əvəzində isə şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs1 heroin almışdır. Məhkəmədə ifadə vermiş polis əməkdaşlarının ifadələrindən, polis əməkdaşı Şahid1 12 mart 2023-cü il tarixli raportu və polis əməkdaşları Şahid3 və Şahid4 12 mart 2023-cü il tarixli raportundan müəyyən olunur ki, hər iki təqsirləndirilən şəxsin barəsində narkotik vasitələrin istifadə və saxlamaları barədə məlumat daxil olmuş və həmin məlumat əsasında bu şəxslər narkotik vasitələrin əldə etmə, saxlama, daşıma və satışında şübhəli şəxs qismində saxlanılmışlar. Məhkəmədə tədqiq edilmiş hər iki təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrələrinə daxil olmuş SMS-lərdən də müəyyən olunur ki, narkotik vasitə və psixotrop maddələrin əldə olunması üçün bu təqsirləndirilən şəxslərə çoxsaylı mesajlar göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs1 məxsus telefona baxış keçirildikdə telefonun şəkillər bölməsində Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə ayrıayrı pul məbləqlərinin köçürülməsi müəyyən olunur, həmçinin bir fotoşəkildə iran əlifbası ilə yazılmış vərəqin üzərində yerləşən elektron tərəzinin üzərində bir ədəd açıq olan şəffaf sellofan bükümün içərisində 2,66 qram qəhvəyi rəngli maddə olduğu müəyyən olunur, eyni xarakterli daha bir neçə fotoşəkilin olması müəyyən olunur, daha bir fotoşəkildə xx.xx.2023-cü il tarixdə telefona daxil olmuş bir ərazinin fotoşəkili var, şəkildə sarı rəngli ox işarəsi var, hansı ki, həmin ox “Bazarstore” yazılmış sütunu göstərir. Mobil telefonun SMS bölməsində isə ********** mobil nömrəsindən “Toma 10 manat var mənə cavab ver yekə qızsan ağrıdayam sən balavın canı aç” məzmunlu mesaj da yuxarıda qeyd olunan sms, fotoşəkillər də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə əlbir olaraq narkotik vasitə və psxitrop maddələri əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olmasını tam sübuta yetirir, həmçinin Təqsirləndirilən şəxs2 “Alcatel” markalı mobil telefonuna baxış keçirilən zaman telefonun şəkillər bölməsində 22 may 2023-cü il tarixdə saat 16:08 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsinə 150 manat pulun göndərilməsi ilə bağlı çek şəkli var, digər fotoşəkildə yolun kənarı olduğu qaz borularının olduğu hissənin yaşıl rəngli oxla işarə göstərildiyi müəyyən olunur. Bu sübutlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satışı ilə məşğul olmaları tam sübuta yetirir. Həmçinin xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş bir bükümdə olan 3,786 qram heroin və Təqsirləndirilən şəxs2 aşkar edilmiş iki ədəd bükümdə olan 0,806 qram heroin bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Bu hal da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlama və daşımalarını bir daha sübuta yetirir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması iləəlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmişşəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki az yaşlı uşağının olmasını və etdiyi əməlləri səmimi etiraf etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 İİ qrup əlil olmasını və etdiyi əməlləri səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları 12 oktyabr 2023-cü il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar– Bakı şəhəri Suraxanı RPİ-nin saxlanc otağına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış Təqsirləndirilən şəxs1 məxsus 3,786 qram narkotik vasitə heroin, 2,995 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış Təqsirləndirilən şəxs2 götürülmüş 0,806 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə baxış və götürməni əks etdirən bir DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 195 (yüz doxsan beş) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla “Fides” Vəkil Bürosunun vəkilləri X7 və Müdafiəçi1 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X7 və Müdafiəçi1 üçün hər birinə ayrı-ayrılıqda 300 (üç yüz) manat “Fides” Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 oktaybr 2023-cü tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 69.3-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş, 02 (iki) il 06 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla 01 (bir) il 03 (üç) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 İİ qrup əlil olduğu üçün barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsin, o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 3,786 qram narkotik vasitə heroin, 2,995 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,806 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd DVD disk cinayət işinin materialına əlavə olunmuşdur. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 195 (yüz doxsan beş ) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X7 və Müdafiəçi1 üçün hər birinə ayrı-ayrılıqda 300 AZN (üç yüz manat) pul Bakı şəhəri “Fides” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar