Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1468/2022 31.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Əkbərovun sədrliyi ilə, hakimlər Faiq Əsəd oğlu Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsinin nümayəndəsi Nümayəndə, Müdafiəçilər- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1968-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə və 25 noyabr1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “DOST” Agentliyinin 2 saylı Bakı “DOST” Mərkəzinin Monitorinq şöbəsinin müdiri vəzifəsində işləyən, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 26B, mənzil 12-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi ev 20, mənzil 91-də faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin 12 sentyabr 2008-ci il tarixli 651/K saylı əmri ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin Pensiya təyinatı sektorunun müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən həmin dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondunun sədrinin 28 yanvar 2004-cü il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinin nümunəvi strukturu və onların işçilərinin əmək funksiyaları”na əsasən, sektor müdiri kimi vəzifə təlimatına əsasən, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, yəni Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdirinin 10 yanvar 2004-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyən Təqsirləndirilən şəxs1 Fond üzrə 28 yanvar 2004-cü il tarixli 25 nömrəli əmrlə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinin nümunəvi strukturu və onların işçilərinin əmək funksiyaları”na əsasən, inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xx.xx.1996-cı il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Bakı şəhəri Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yaşa görə pensiya təyin edilərək Fondun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən pensiya məbləği xx.xx.2009-cu il tarixədək ödənilmiş, pensiya məbləğinin artırılması üçün müraciət etmiş 03 avqust 1939-cu il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, xx.xx.2001ci il tarixdən "X27 Şirkəti"-ndə geoloq vəzifəsində işləyən, Bakı şəhəri, Atatürk prospekti, ev 23/25, mənzil 70-də qeydiyyatda olmaqla yaşamış, xx.xx.2020-ci il tarixdə ölmüş X6 pensiya ödəniş məbləğinin qanuna zidd əsaslarla artırılmasına nail olmaq niyyətilə xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək X14 Binəqədi rayon şöbəsindən əmək pensiyasının ödənişini almaq hüququnun olmadığı, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 23/25, mənzil 70-də qeydiyyatda olduğu və yaşadığı halda guya X11 rayon sakini kimi sonradan yaşayış yerini dəyişməsi ilə əlaqədar əmək pensiyasının ödənişinin Fondun keçmiş Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən davam etdirilməsi məqsədilə Gülarə Bayramovanın əvəzindən şəxsən Təqsirləndirilən şəxs1 özü pensiyanın guya ailə başçısını itirməyə görə növündən yaşa görə növə keçirilməsi məzmunlu xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İ.Həşimov küçəsi 6 ünvanında yerləşən Fondun Binəqədi rayon şöbəsinin inzibati binasında ərizə yazaraq həmin ərizəni xx.xx.2009-cu il tarixdə Fondun Binəqədi rayon şöbəsində qeydiyyata aldırdıqdan və Gülarə Bayramovanın 063521 saylı “Pensiyaçının uçot vərəqi” Fondun Nərimanov rayon şöbəsindən tələb edilərək Fondun Binəqədi rayon şöbəsinə göndərildikdən sonra Təqsirləndirilən şəxs1 rəsmi sənəd olan “Pensiyaçının uçot vərəqi”-nə guya Gülarə Bayramovanın ailə başçısını itirməyə görə əmək pensiyası aldığı barədə bilə-bilə yalan məlumatları tamah və şəxsi niyyətlə daxil edərək sonuncunun ailə başçısını itirməyə görə pensiya alması görüntüsü yaradaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə zidd olaraq pensiyanın G.Bayramovanın işlədiyi "X27 Şirkəti"nin 2004-2005-ci illərə dair təqdim etdiyi əməkhaqqına əsasən xx.xx.2009-cu il tarixdə ünvan 3 ünvanda yerləşən Fondun Binəqədi rayon şöbəsinin inzibati binasında, xx.xx.2006-cı ildən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə müvafiq olaraq pensiyanın növünü guya ailə başçısını itirməyə görə növündən yaşa görə növə dəyişdirilməklə yenidən hesablayaraq xx.xx.2009-cu il tarixdən ömürlük aylıq 2.012,05 manata çatdırılmasına nail olub, pensiya payı ayrılması barədə Fondun Binəqədi rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2009-cu il tarixli 2065 saylı qərarını və həmin tarixli “Pensiya miqdarının dəyişdirilməsi haqqında” şöbənin sərəncamını Təqsirləndirilən şəxs1 tərtib edib imzası ilə təsdiq edərək vəzifə saxtakarlığı törətməsindən sonra Təqsirləndirilən şəxs1 həmin cinayətkar əməllərindən məlumatı olmadan, Fondun sədrinin 28 yanvar 2004-cü il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinin nümunəvi strukturu və onların işçilərinin əmək funksiyaları”na əsasən, pensiya ilə bağlı sənədlərin əlavə araşdırılmasını təmin etməyərək, pensiya işini mühafizə olunduğu Dövlət Sosial Müdafiə Fondunun arxivindən tələb etməyərək, həmin yalan məlumatları aşkar etməklə pul vəsaitinin qanunsuz olaraq köçürülməsinin qarşısını almayaraq, qərarın və sərəncamın düzgünlüyünü lazımi diqqət və ehtiyatlılıq göstərərək müdir kimi yoxlamayıb, düzgün olmayan sənədləri və hesablamanı aşkara çıxara biləcəyi halda üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməyib, həmin hərəkətinin dövlətə ziyan vurmaqla ictimai təhlükəli nəticəyə səbəb olacağını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, həmin nəticəni görmədən, yəni cinayətkarcasına etinasızlıq göstərməklə Təqsirləndirilən şəxs1 məsləhətçi kimi xx.xx.2009-cu il tarixdə qeyd edilən qərarı və sərəncamı komissiyaya təqdim edərək komissiyanın sədri kimi özünü və cinayətdən xəbərsiz həmin şöbənin mühasibat uçotu sektorunun baş mühasibi Şahid3 qərar və sərəncamın düzgün olduğuna inandırmasına şərait yaradıb xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İ.Həşimov küçəsi 6 ünvanında yerləşən Fondun Binəqədi rayon şöbəsinin inzibati binasında imzası və şöbənin möhürü ilə təsdiq edərək Gülarə Bayramovaya qanunsuz olaraq xx.xx.2009-cu il tarixdən ömürlük aylıq 2.012,05 manat pensiya məbləği verilməsi barədə xx.xx.2009-cu il tarixli qərar verildikdən sonra həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə pensiya üzrə ödənişlərin davam etdirilərək, ona xx.xx.2009xx.xx.2010-cu il dövr aralığında 4 ay ərzində aylıq 146,72 manat olmaqla cəmi 586,88 manat, xx.xx.2010-xx.xx.2010-cu il dövr aralığında 8 ay ərzində aylıq 147,80 manat olmaqla cəmi 1.182,40 manat, xx.xx.2010-xx.xx.2011-ci il dövr aralığında 4 ay ərzində aylıq 157,80 manat olmaqla cəmi 631,20 manat, xx.xx.2011-xx.xx.2011-ci il dövr aralığında 6 ay 04 gün ərzində aylıq 161,95 manat olmaqla cəmi 992,60 manat, xx.xx.2011-xx.xx.2012-ci il dövr aralığında 5 ay 27 gün ərzində aylıq 281,95 manat olmaqla cəmi 1.655,32 manat, xx.xx.2012-xx.xx.2013-cü il dövr aralığında 12 ay ərzində aylıq 288,03 manat olmaqla cəmi 3.456,36 manat, xx.xx.2013-xx.xx.2013-cü il dövr aralığında 8 ay ərzində aylıq 288,94 manat olmaqla cəmi 2.311,52 manat, xx.xx.2013xx.xx.2014-cü il 4 ay ərzində aylıq 303,94 manat olmaqla cəmi 1.215,76 manat, xx.xx.2014-xx.xx.2015-ci il dövr aralığında 12 ay ərzində aylıq 305,95 manat olmaqla cəmi 3.671,40 manat, xx.xx.2015-xx.xx.2016-cı il dövr aralığında 12 ay ərzində aylıq 307,15 manat olmaqla cəmi 3.685,80 manat, xx.xx.2016-xx.xx.2016-cı il dövr aralığında 1 ay ərzində aylıq 310,64 manat olmaqla cəmi 310,64 manat, xx.xx.2016-xx.xx.2017-ci il dövr aralığında 11 ay ərzində aylıq 320,64 manat olmaqla cəmi 3.527,04 manat, xx.xx.2017xx.xx.2018-ci il dövr aralığında 12 ay ərzində aylıq 331,88 manat olmaqla cəmi 3.982,56 manat, xx.xx.2018-xx.xx.2019-cu il dövr aralığında 12 ay ərzində aylıq 343,96 manat olmaqla cəmi 4.127,52 manat, xx.xx.2019-xx.xx.2020-ci il dövr aralığında 12 ay ərzində aylıq 350,68 manat olmaqla cəmi 4.208,16 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövr aralığında 9 ay ərzində aylıq 388,97 manat olmaqla cəmi 3.500,73 manat, cəmi 39.045,89 manat (otuz doqquz min qırx beş manat səksən doqquz qəpik) pul vəsaiti qanuni əsaslarla ödənilməli olduğu halda Təqsirləndirilən şəxs1 qanuna zidd şəkildə pensiya növünün dəyişdirilməsi yolu ilə artırılmasına nail olduğu pensiya üzrə Gülarə Bayramovaya faktiki olaraq, xx.xx.2009-xx.xx.2010-cu il dövr aralığında 4 ay 4 gün ərzində aylıq 2.012,05 manat olmaqla cəmi 8.288,89 manat, xx.xx.2010-xx.xx.2010-cu il dövr aralığında 8 ay ərzində aylıq 2.041,11 manat olmaqla cəmi 16.328,88 manat, xx.xx.2010xx.xx.2011-ci il dövr aralığında 4 ay ərzində aylıq 2.051,11 manat olmaqla cəmi 8.204,44 manat, xx.xx.2011-xx.xx.2011-ci il dövr aralığında 6 ay 04 gün ərzində aylıq 2.163,18 manat olmaqla cəmi 13.258,20 manat, xx.xx.2011-xx.xx.2012-ci il dövr aralığında 5 ay 27 gün ərzində aylıq 2.283,18 manat olmaqla cəmi 13.404,48 manat, xx.xx.2012-xx.xx.2013cü il dövr aralığında 12 ay ərzində aylıq 2.447,36 manat olmaqla cəmi 29.368,32 manat, xx.xx.2013-xx.xx.2013-cü il dövr aralığında 8 ay ərzində aylıq 2.472,02 manat olmaqla cəmi 19.776,16 manat, xx.xx.2013-xx.xx.2014-cü il 4 ay ərzində aylıq 2.487,02 manat olmaqla cəmi 9.948,08 manat, xx.xx.2014-xx.xx.2015-ci il dövr aralığında 12 ay ərzində aylıq 2.541,43 manat olmaqla cəmi 30.497,16 manat, xx.xx.2015-xx.xx.2016-cı il dövr aralığında 12 ay ərzində aylıq 2.573,93 manat olmaqla cəmi 30.887,16 manat, xx.xx.2016xx.xx.2016-cı il dövr aralığında 1 ay ərzində aylıq 2.668,09 manat olmaqla cəmi 2.668,09 manat, xx.xx.2016-xx.xx.2017-ci il dövr aralığında 11 ay ərzində aylıq 2.678,09 manat olmaqla cəmi 29.458,99 manat, xx.xx.2017-xx.xx.2018-ci il dövr aralığında 12 ay ərzində aylıq 2.981,65 manat olmaqla cəmi 35.779,80 manat, xx.xx.2018-xx.xx.2019-cu il dövr aralığında 12 ay ərzində aylıq 3.144,77 manat olmaqla cəmi 37.737,24 manat, xx.xx.2019xx.xx.2020-ci il dövr aralığında 12 ay ərzində aylıq 3.239,11 manat olmaqla cəmi 38.869,32 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövr aralığında 9 ay ərzində aylıq 3.776,80 manat olmaqla cəmi 33.991,20 manat, ümumilikdə 358.466,41 manatın (üç yüz əlli səkkiz min dörd yüz altmış altı manat qırx bir qəpiyin) ödənilməsinə, bununla da qanuna zidd əsaslarla cəmi 319.420,52 manat (üç yüz on doqquz min dörd yüz iyirmi manat əlli iki qəpik) məbləğində pul vəsaitinin Gülarə Bayramovanın adına "xxxx" ASC tərəfindən verilmiş 4127********6400 və 6762********0609 nömrəli pensiya kartları üzrə hesaba köçürülüb sonuncu və yaxınları tərəfindən həmin kartlardan istifadə edilməklə Bakı şəhərində yerləşən müxtəlif bankomatlarda nağdlaşdırılıb sonuncunun şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, pensiya təyinatı və ödənişlərində obyektivlik və şəffaflığa riayət edilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdirinin 15 yanvar 2005-ci il tarixli 12 nömrəli əmri ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən həmin dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondunun sədrinin 28 yanvar 2004-cü il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinin nümunəvi strukturu və onların işçilərinin əmək funksiyaları”na əsasən məsləhətçi kimi vəzifə təlimatına əsasən, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, xx.xx.1996-cı il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Bakı şəhəri Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yaşa görə pensiya təyin edilərək Fondun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən pensiya məbləği xx.xx.2009-cu il tarixədək ödənilmiş, pensiya məbləğinin artırılması üçün müraciət etmiş 03 avqust 1939-cu il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, xx.xx.2001-ci il tarixdən "X27 Şirkəti"-ndə geoloq vəzifəsində işləyən, Bakı şəhəri, Atatürk prospekti, ev 23/25, mənzil 70-də qeydiyyatda olmaqla yaşamış, xx.xx.2020-ci il tarixdə ölmüş X6 pensiya ödəniş məbləğinin qanuna zidd əsaslarla artırılmasına nail olmaq niyyətilə sonuncunun Fondun Binəqədi rayon şöbəsindən əmək pensiyasının ödənişini almaq hüququnun olmadığı, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 23/25, mənzil 70-də qeydiyyatda olduğu və yaşadığı halda guya X11 rayon sakini kimi sonradan yaşayış yerini dəyişməsi ilə əlaqədar əmək pensiyasının ödənişinin Fondun keçmiş Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən davam etdirilməsi məqsədilə Gülarə Bayramovanın əvəzindən şəxsən özü pensiyanın guya ailə başçısını itirməyə görə növündən yaşa görə növə keçirilməsi məzmunlu xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İ.Həşimov küçəsi 6 ünvanında yerləşən Fondun Binəqədi rayon şöbəsinin inzibati binasında ərizə yazaraq həmin ərizəni xx.xx.2009-cu il tarixdə Fondun Binəqədi rayon şöbəsində qeydiyyata aldırdıqdan və Gülarə Bayramovanın 063521 saylı “Pensiyaçının uçot vərəqi” Fondun Nərimanov rayon şöbəsindən tələb edilərək Fondun Binəqədi rayon şöbəsinə göndərildikdən sonra rəsmi sənəd olan “Pensiyaçının uçot vərəqi”-nə guya Gülarə Bayramovanın ailə başçısını itirməyə görə əmək pensiyası aldığı barədə bilə-bilə yalan məlumatları tamah və şəxsi niyyətlə daxil edərək sonuncunun ailə başçısını itirməyə görə pensiya alması görüntüsü yaradaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə zidd olaraq pensiyanın G.Bayramovanın işlədiyi "X27 Şirkəti"nin 2004-2005-ci illərə dair təqdim etdiyi əməkhaqqına əsasən yenidən hesablayaraq xx.xx.2009-cu il tarixdən ömürlük aylıq 2.012,05 manata çatdırılmasına nail olub, pensiya payı ayrılması barədə Fondun Binəqədi rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2009-cu il tarixli 2065 saylı qərarını və həmin tarixli “Pensiya miqdarının dəyişdirilməsi haqqında” şöbənin sərəncamını tərtib edib öz imzası ilə təsdiq edərək Fondun sədrinin 28 yanvar 2004-cü il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinin nümunəvi strukturu və onların işçilərinin əmək funksiyaları”na əsasən, qeyd edilən qərarı və sərəncamı yoxlamaq səlahiyyətinə malik xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Fondun Binəqədi rayon şöbəsinin pensiya təyinatı sektorunun müdiri vəzifəsində işləmiş X17 vəzifəli şəxs qismində işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib pensiya ilə bağlı sənədlərin əlavə araşdırılmasını, qərarın və sərəncamın düzgünlüyünü yoxlamayaraq, pensiya işini mühafizə olunduğu Dövlət Sosial Müdafiə Fondunun arxivindən tələb etməyərək, qəsdən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa X20 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, xx.xx.1996-cı il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Bakı şəhəri Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yaşa görə pensiya təyin edilərək Fondun Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən pensiya məbləği xx.xx.2009-cu il tarixədək ödənilmiş, pensiya məbləğinin artırılması üçün müraciət etmiş 03 avqust 1939-cu il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, xx.xx.2001-ci il tarixdən "X27 Şirkəti"-ndə geoloq vəzifəsində işləyən, Bakı şəhəri, Atatürk prospekti, ev 23/25, mənzil 70-də qeydiyyatda olmaqla yaşamış, xx.xx.2020-ci il tarixdə ölmüş X6 pensiya ödəniş məbləğinin qanuna zidd əsaslarla artırılmasına nail olmaq niyyətilə sonuncunun Fondun Binəqədi rayon şöbəsindən əmək pensiyasının ödənişini almaq hüququnun olmadığı, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 23/25, mənzil 70-də qeydiyyatda olduğu və yaşadığı halda guya X11 rayon sakini kimi sonradan yaşayış yerini dəyişməsi ilə əlaqədar əmək pensiyasının ödənişinin Fondun keçmiş Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən davam etdirilməsi məqsədilə Gülarə Bayramovanın əvəzindən şəxsən özü pensiyanın guya ailə başçısını itirməyə görə növündən yaşa görə növə keçirilməsi məzmunlu xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İ.Həşimov küçəsi 6 ünvanında yerləşən Fondun Binəqədi rayon şöbəsinin inzibati binasında ərizə yazaraq həmin ərizəni xx.xx.2009-cu il tarixdə Fondun Binəqədi rayon şöbəsində qeydiyyata aldırdıqdan və Gülarə Bayramovanın 063521 saylı “Pensiyaçının uçot vərəqi” Fondun Nərimanov rayon şöbəsindən tələb edilərək Fondun Binəqədi rayon şöbəsinə göndərildikdən sonra rəsmi sənəd olan “Pensiyaçının uçot vərəqi”-nə guya Gülarə Bayramovanın ailə başçısını itirməyə görə əmək pensiyası aldığı barədə bilə-bilə yalan məlumatları tamah və şəxsi niyyətlə daxil edərək sonuncunun ailə başçısını itirməyə görə pensiya alması görüntüsü yaradaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə zidd olaraq pensiyanın G.Bayramovanın işlədiyi "X27 Şirkəti"nin 2004-2005-ci illərə dair təqdim etdiyi əməkhaqqına əsasən xx.xx.2009-cu il tarixdə ünvan 3 ünvanda yerləşən Fondun Binəqədi rayon şöbəsinin inzibati binasında, xx.xx.2006-cı ildən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə müvafiq olaraq pensiyanın növünü guya ailə başçısını itirməyə görə növündən yaşa görə növə dəyişdirilməklə yenidən hesablayaraq xx.xx.2009-cu il tarixdən ömürlük aylıq 2.012,05 manata çatdırılmasına nail olub, pensiya payı ayrılması barədə Fondun Binəqədi rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2009-cu il tarixli 2065 saylı qərarını və həmin tarixli “Pensiya miqdarının dəyişdirilməsi haqqında” şöbənin sərəncamını tərtib edib təsdiq edərək Fondun sədrinin 28 yanvar 2004-cü il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinin nümunəvi strukturu və onların işçilərinin əmək funksiyaları”na əsasən, qeyd edilən qərarı və sərəncamı yoxlamaq səlahiyyətinə malik xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Fondun Binəqədi rayon şöbəsinin pensiya təyinatı sektorunun müdiri vəzifəsində işləmiş X17 vəzifəli şəxs qismində işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib pensiya ilə bağlı sənədlərin əlavə araşdırılmasını, qərarın və sərəncamın düzgünlüyünü yoxlamayaraq, pensiya işini mühafizə olunduğu Dövlət Sosial Müdafiə Fondunun arxivindən tələb etməyərək, həmin yalan məlumatları aşkar etməklə pul vəsaitinin qanunsuz olaraq köçürülməsinin qarşısını almayaraq səhlənkarlıq etməsindən istifadə edib, sonuncunun, özünün və cinayətdən xəbərsiz həmin şöbənin mühasibat uçotu sektorunun baş mühasibi Şahid3 imzaları və şöbənin möhürü ilə təsdiq edilməsinə nail olub vəzifə saxtakarlığı törətməklə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla ona etibar edilmiş əmlakı qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaq məqsədilə, Gülarə Bayramovaya xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə pensiya üzrə ödənişlərin davam etdirilərək, ona xx.xx.2009-xx.xx.2010-cu il dövr aralığında 4 ay ərzində aylıq 146,72 manat olmaqla cəmi 586,88 manat, xx.xx.2010-xx.xx.2010-cu il dövr aralığında 8 ay ərzində aylıq 147,80 manat olmaqla cəmi 1.182,40 manat, xx.xx.2010-xx.xx.2011-ci il dövr aralığında 4 ay ərzində aylıq 157,80 manat olmaqla cəmi 631,20 manat, xx.xx.2011-xx.xx.2011-ci il dövr aralığında 6 ay 04 gün ərzində aylıq 161,95 manat olmaqla cəmi 992,60 manat, xx.xx.2011-xx.xx.2012-ci il dövr aralığında 5 ay 27 gün ərzində aylıq 281,95 manat olmaqla cəmi 1.655,32 manat, xx.xx.2012-xx.xx.2013-cü il dövr aralığında 12 ay ərzində aylıq 288,03 manat olmaqla cəmi 3.456,36 manat, xx.xx.2013-xx.xx.2013-cü il dövr aralığında 8 ay ərzində aylıq 288,94 manat olmaqla cəmi 2.311,52 manat, xx.xx.2013xx.xx.2014-cü il 4 ay ərzində aylıq 303,94 manat olmaqla cəmi 1.215,76 manat, xx.xx.2014-xx.xx.2015-ci il dövr aralığında 12 ay ərzində aylıq 305,95 manat olmaqla cəmi 3.671,40 manat, xx.xx.2015-xx.xx.2016-cı il dövr aralığında 12 ay ərzində aylıq 307,15 manat olmaqla cəmi 3.685,80 manat, xx.xx.2016-xx.xx.2016-cı il dövr aralığında 1 ay ərzində aylıq 310,64 manat olmaqla cəmi 310,64 manat, xx.xx.2016-xx.xx.2017-ci il dövr aralığında 11 ay ərzində aylıq 320,64 manat olmaqla cəmi 3.527,04 manat, xx.xx.2017xx.xx.2018-ci il dövr aralığında 12 ay ərzində aylıq 331,88 manat olmaqla cəmi 3.982,56 manat, xx.xx.2018-xx.xx.2019-cu il dövr aralığında 12 ay ərzində aylıq 343,96 manat olmaqla cəmi 4.127,52 manat, xx.xx.2019-xx.xx.2020-ci il dövr aralığında 12 ay ərzində aylıq 350,68 manat olmaqla cəmi 4.208,16 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövr aralığında 9 ay ərzində aylıq 388,97 manat olmaqla cəmi 3.500,73 manat, cəmi 39.045,89 manat (otuz doqquz min qırx beş manat səksən doqquz qəpik) pul vəsaiti qanuni əsaslarla ödənilməli olduğu halda özünün qanuna zidd şəkildə pensiya növünün dəyişdirilməsi yolu ilə artılmasına nail olduğu pensiya üzrə Gülarə Bayramovaya faktiki olaraq, xx.xx.2009-xx.xx.2010-cu il dövr aralığında 4 ay 4 gün ərzində aylıq 2.012,05 manat olmaqla cəmi 8.288,89 manat, xx.xx.2010-xx.xx.2010-cu il dövr aralığında 8 ay ərzində aylıq 2.041,11 manat olmaqla cəmi 16.328,88 manat, xx.xx.2010-xx.xx.2011-ci il dövr aralığında 4 ay ərzində aylıq 2.051,11 manat olmaqla cəmi 8.204,44 manat, xx.xx.2011-xx.xx.2011-ci il dövr aralığında 6 ay 04 gün ərzində aylıq 2.163,18 manat olmaqla cəmi 13.258,20 manat, xx.xx.2011-xx.xx.2012-ci il dövr aralığında 5 ay 27 gün ərzində aylıq 2.283,18 manat olmaqla cəmi 13.404,48 manat, xx.xx.2012-xx.xx.2013-cü il dövr aralığında 12 ay ərzində aylıq 2.447,36 manat olmaqla cəmi 29.368,32 manat, xx.xx.2013-xx.xx.2013-cü il dövr aralığında 8 ay ərzində aylıq 2.472,02 manat olmaqla cəmi 19.776,16 manat, xx.xx.2013-xx.xx.2014-cü il 4 ay ərzində aylıq 2.487,02 manat olmaqla cəmi 9.948,08 manat, xx.xx.2014-xx.xx.2015-ci il dövr aralığında 12 ay ərzində aylıq 2.541,43 manat olmaqla cəmi 30.497,16 manat, xx.xx.2015-xx.xx.2016-cı il dövr aralığında 12 ay ərzində aylıq 2.573,93 manat olmaqla cəmi 30.887,16 manat, xx.xx.2016xx.xx.2016-cı il dövr aralığında 1 ay ərzində aylıq 2.668,09 manat olmaqla cəmi 2.668,09 manat, xx.xx.2016-xx.xx.2017-ci il dövr aralığında 11 ay ərzində aylıq 2.678,09 manat olmaqla cəmi 29.458,99 manat, xx.xx.2017-xx.xx.2018-ci il dövr aralığında 12 ay ərzində aylıq 2.981,65 manat olmaqla cəmi 35.779,80 manat, xx.xx.2018-xx.xx.2019-cu il dövr aralığında 12 ay ərzində aylıq 3.144,77 manat olmaqla cəmi 37.737,24 manat, xx.xx.2019xx.xx.2020-ci il dövr aralığında 12 ay ərzində aylıq 3.239,11 manat olmaqla cəmi 38.869,32 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövr aralığında 9 ay ərzində aylıq 3.776,80 manat olmaqla cəmi 33.991,20 manat, ümumilikdə 358.466,41 manatın (üç yüz əlli səkkiz min dörd yüz altmış altı manat qırx bir qəpiyin) ödənilməsinə, bununla da qanuna zidd əsaslarla cəmi 319.420,52 manat (üç yüz on doqquz min dörd yüz iyirmi manat əlli iki qəpik) məbləğində pul vəsaitinin Gülarə Bayramovanın adına "xxxx" ASC tərəfindən verilmiş 4127********6400 və 6762********0609 nömrəli pensiya kartları üzrə hesaba köçürülüb sonuncu və yaxınları tərəfindən həmin kartlardan istifadə edilməklə Bakı şəhərində yerləşən müxtəlif bankomatlarda nağdlaşdırılıb sonuncunun şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla ona etibar edilmiş cəmi 319.420,52 manat (üç yüz on doqquz min dörd yüz iyirmi manat əlli iki qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla israf edərək talama yolu ilə talayıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna maddi ziyan vurmuşdur. Lakin cinayət işinin məhkəmə baxışı zamanı işdə olan sübutların məhkəmədə tədqiqi nəticəsində Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını israf etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 yanvar 2005-ci il tarixli 12 nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin avqust ayında struktur dəyişikliyi edilmiş və Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi ləğv edilərək onun əvəzinə Dövlət Sosial Müdafiə X29 Şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyi yaradılmışdır. O, 2020-ci ilin avqust ayında həmin nümayəndəliyin pensiya təyinatı sektorunda məsləhətçi təyin edilmiş və 2020-ci ilin oktyabr ayında tutduğu vəzifədən azad edilmişdir. Hal-hazırda səhhəti ilə əlaqədar heç bir yerdə işləmir. Birinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla ona aldığı xəsarətlərlə əlaqədar 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 2018-ci ilədək əsas vəzifələri dövlətin sosial sığorta siyasətinin həyata keçirilməsində iştirak etməklə rayon ərazisində bütün fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsləri uçota almaq, həmçinin sığortaolunanlardan məcburi dövlət sosial sığorta haqqlarının toplanmasını təşkil etmək, əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, sosial ödənişləri bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirməkdən və sairdən ibarət olmuşdur. Pensiya təyinatı sektorunun məsləhətçisi kimi vəzifə təlimatına əsasən təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yeniden hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılması, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinin və baxılmasının təmin edilməsi, pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında iştirak etməklə zəruri tədbirlərin yerinə yetirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edilmesi, xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi, təhkim olunduğu sahə üzrə pensiyaçıların sayı və pensiya məbləği barədə məlumatların tərtib edilməsi, müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işinin aparılması, vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlər görülməsi və s. vəzifələri yerinə yetirməkdən ibarət olmuşdur. Uzun müddət keçdiyinə görə Gülarə Bayramovanı halhazırda xatırlamasa da, sonuncunun 2009-cu ildə ailə başçısını itirməyə görə pensiya növündən yaşa görə pensiya növünə keçirilməsi ilə bağlı müraciət etməsini xatırlayır. Belə ki, Gülarə Bayramova 2009-cu ildə həmin vaxt məsləhətçi vəzifəsində işlədiyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə pensiya uçot vərəqəsi, əmək haqqı arayışı və hazırda dəqiqliyi ilə xatırlamadığı digər sənədləri təqdim edərək pensiya növünün dəyişdirilməsi məzmununda xahişlə müraciət etmişdir. 2006-cı ildə bütün pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun arxivinə verildiyinə görə, pensiya işinin əslinin əvəzinə pensiya uçotu vərəqəsi tərtib edilmiş və formalaşmış təcrübəyə əsasən vətəndaşın müraciəti əsasında pensiya təminatının həyata keçirilməsi zamanı həmin pensiya uçot vərəqlərindən istifadə olunması yetərli hesab olunmuşdur. Gülarə Bayramova müraciət etdiyi zaman sonuncuya aid pensiya uçot vərəqəsində onun ailə başçısını itirməyə görə pensiya aldığı qeyd olunmuşdur. Bundan başqa mərkəzi elektron bazada da Gülarə Bayramovanın ailə başçısını itirməsinə görə müavinət aldığı göründüyünə görə o, həmin rəsmi sənədlərə əsaslanaraq Gülarə Bayramovadan ərizə almışdır. Həmin vaxt Gülarə Bayramovanın adından tərtib olunmuş ərizənin onun və ya Gülarə Bayramova tərəfindən tərtib olunmasını dəqiq xatırlamır, lakin müxtəlif dövlət orqanlarında həmin orqanlara müraciət etmiş şəxslərə vətəndaş məmnunluğu prinsipinə əsasən tərtib edilməli olan sadə və formal məzmunlu ərizələr daha düzgün və mövcud qaydalara uyğun olması üçün həmin orqanların əməkdaşları tərəfindən doldurulması təcrübəsi olduğuna görə, həmin vaxt ərizənin onun tərəfindən yazıldığını istisna etmir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu sədrinin əmri ilə təsdiq edilmiş Pensiyaların təyin olunması ilə əlaqədar təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4-cü maddəsinə əsasən Pensiya təyin olunması, pensiyaların yenidən hesablanması, bir pensiya növündən digər pensiya növünə keçirilməsi barədə müraciətlərə şöbə müdirinin əmri əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbəsinin müdiri (sədr), pensiya sektorunun müdiri (sədr müavini), şöbənin baş mühasibi (üzv) və baş müfəttişdən (məsul katib) ibarət tərkibdə yaradılan pensiya təyin edən komissiya tərəfindən baxılır. Göstərilən qaydalara əsasən o, Gülarə Bayramova tərəfindən təqdim olunmuş rəsmi sənədlərə və mərkəzi elekron baza məlumatlarına əsaslanıb müvafiq sənədləşmə işlərini apardıqdan sonra bütün lazımi sənədləri həmin məsələnin araşdırılaraq rəsmiləşdirilməsi üçün komissiyaya vermişdir. Komissiyada işə baxılmış, sektor müdiri Təqsirləndirilən şəxs2, Mühasibatlıq şöbəsinin müdiri və şöbə müdirinin imzaları ilə qərar təsdiq olunmuş və Gülarə Bayramovaya 2012 manat pensiya təyin edilmişdir. Belə hesab edir ki, Gülarə Bayramovanın müraciəti əsasında sonuncuya penisya təyinatı məsələsinə baxıldığı zaman tərəfindən heçbir qanun pozuntusuna yol verilməmişdir. Gülarə Bayramovanın pensiya uçot vərəqəsində səhvən ABİ (ailə başçısını itirməyə görə) sözlərinin yazılması həmin uçot vərəqəsini tərtib etmiş Dövlət Sosial Müdafiə Fondunun əməkdaşının səhvidir. Bir daha bildirir ki, Gülarə Bayramova pensiya təyinatı ilə bağlı müraciət etdiyi zaman həmin vaxt formalaşmış təcrübəyə əsasən pensiya təyinatı və sair məsələlərə baxılması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən tərtib olunaraq rəsmi sənəd hesab olunan pensiya uçot vərəqlərinin mövcudluğu yetərli hesab olunmuş və həmin müraciətlərlə bağlı 2006-cı ildən arxivə verilmiş pensiya işlərinin tələb olunaraq araşdırılmasına dair birbaşa göstəriş və ya qayda heç bir qanunvericilik aktında və ya daxili təlimatda olmamışdır. Onun, uzun müddət həmin sahədə müxtəlif səlahiyyətli vəzifələrdə işləyən biri olaraq, yetərli qədər təcrübəyə və biliyə malik olan bir şəxs kimi ibtidai istintaq orqanı tərəfindən ona elan olunmuş ittihamda göstərilən qanunsuz hərəkətlərə ehtiyatsızlıqdan belə yol verməsi mümkün deyil. Gülarə Bayramovanın pensiya təyinatı ilə bağlı icra etdiyi hərəkətlər tam qanuni olmuşdur. Hazırki ittihamla razı deyil. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “DOST” Agentliyinin 2 saylı Bakı “DOST” Mərkəzinin Monitorinq şöbəsinin müdiri vəzifəsində işləyir. xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək o, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin pensiya təyinatı sektorunun müdiri işləmişdir. Təqsirləndirilən şəxs1 müdiri olduğu pensiya təyinatı sektorunun məsləhətçisi olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 2009-cu ildə əsas vəzifələri dövlətin sosial sığorta siyasətinin həyata keçirilməsində iştirak etməklə rayon ərazisində bütün fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsləri uçota almaq, həmçinin sığortaolunanlardan məcburi dövlət sosial sığorta haqlarının toplanmasını təşkil etmək, əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, sosial ödənişləri bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirməkdən və sairdən ibarət olmuşdur. Pensiya təyinatı sektorunun müdiri kimi qulluq funksiyalarını bilmişdir. O, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin pensiya təyinatı sektorunun müdiri vəzifəsində işlədıyı vaxtda onun vətəndaşlarla ümumiyyətlə ünsiyyəti olmadığına görə o, X8 tanımır. Həmin vaxt qüvvədə olmuş qanunvericilik aktına əsasən vətəndaşların pensiya təminatı ilə bağlı müraciətlərinin yaşadıqları ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun müvafiq şöbəsində baxılması nəzərdə tutulmuşdur. Gülarə Bayramovanın pensiya işindən göründüyü kimi sonuncuya 1996-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov rayon şöbəsində yaşa görə ömürlük pensiya təyin edilmiş, 1997-ci ildə Gülarə ərizə təqdim edərək ailə başçısını itirən kimi pensiya almaq üçün mərhum həyat yoldaşına məxsus sənədləri Nərimanov rayon şöbəsinə təqdim etmiş və ailə başçısını itirməsinə görə əlavə müavinət hesablama aparılmışdır. Bundan sonra Gülarə Bayramova 2009-cu ilin avqust ayında yaşayış yeri üzrə Binəqədi rayon şöbəsinə pensiya işini köçürdərkən vətəndaşın Nərimanovdan göndərilmiş pensiya uçotu vərəqəsində vətəndaşın ailə başçısını itirməyə görə, böyük vətən müharibəsi iştirakçısının dul arvadı kimi pensiya aldığı qeyd olunmuşdur. Buna əsasən vətəndaşın müraciəti əsasında həmin dövrün qanunvericiliyinə uyğun olaraq 2009-cu ilin avqust ayında vətəndaş ailə başçısını itirməyə görə pensiya növündən yaşa görə pensiya növünə 2004-2005-ci illərin əmək haqqısı nəzərə alınmaqla keçirilmişdir. xx.xx.2010-cu il tarixdən Əmək Pensiyaları haqqında qanuna dəyişiliklərə əsasən həmin tarixdən əmək haqqı üzrə pensiyaların hesablanması dayandırılmışdır. Bu tarixə qədər isə vətəndaşın Əmək Pensiyaları haqqında qanuna əsasən pensiyasının növünü dəyişmək hüququ var idi. Bundan başqa pensiya növünün dəyişdirilməsi zamanı vətəndaşın ilk pensiya təyinatından sonra xx.xx.2006-cı ilədək işlədiyi son 2 ilin və yaxud hər-hansı ardıcıl 5 ilin əmək haqqısına görə yenidən hesablanması tam qanunidir. Vətəndaşın həmin dövr üçün ailə başçısını itirməyə görə və ya yaşa görə pensiya almasından asılı olmayaraq, vətəndaşın mərhum ərinin böyük vətən müharibəsi iştirakçısı olduğuna görə hər il bir dəfə olmaq şərtilə böyük vətən müharibəsi iştirakçısının dul arvadı kimi müavinət almaq hüququ olduğu üçün həmin ödənişi almışdır. Həmin şəxsin hansı pensiya növünü almasından asılı olmayaraq o, həmin müavinəti almalıdır. Həmin dövrdə qərar qəbul olunarkən komissiyanın üzvü olmuş və sənədlərə görə vətəndaşın müraciətinin qanuni olduğuna qərar verib qərar blankını yəni sənədi imzalamışdır. Ona və Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihamla bağlı Gülarə Bayramovaya təyin olunmuş pensiya təyinatı ilə əlaqədar ki, 2006-cı ildə bütün pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun arxivinə təhvil verildiyinə görə, pensiya işinin əslinin əvəzinə pensiya uçotu vərəqəsi tərtib edilərək, pensiya təyinatı ilə bağlı müraciətlərə baxılması həmin uçot vərəqəsinə əsaslanaraq həyata keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu sədrinin əmri ilə təsdiq edilmiş Pensiyaların təyin olunması ilə əlaqədar təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4-cü maddəsinə əsasən Pensiya təyin olunması, pensiyaların yenidən hesablanması, bir pensiya növündən digər pensiya növünə keçirilməsi barədə müraciətlərə şöbə müdirinin əmri əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbəsinin müdiri (sədr), pensiya sektorunun müdiri (sədr müavini), şöbənin baş mühasibi (üzv) və baş müfəttişdən (məsul katib) ibarət tərkibdə yaradılan pensiya təyin edən komissiya tərəfindən baxılır. Hesab edir ki, komissiya tərəfindən qəbul olunmuş qərar düzgün və qanuni olmaqla, onun və Təqsirləndirilən şəxs1 tərəfindən Gülarə Bayramovaya təyin olunmuş pensiya məbləği düzgün hesablanmış və heç bir qanun pozuntusuna yol verilməmişdir. Hazırki ittihamla razı deyil. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1993-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında müxtəlif vəzifələrdə işləmişdir. 2021-ci ilin iyun ayından hal-hazıradək o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və X22 Audit sektorunun müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun tabe qurumları üzrə son illərdə aylıq məbləği yüksək olan əmək pensiyalarının təyin olunmasına (və ya yenidən hesablanmasına) və həmin işlər üzrə ötən dövrlər üçün fərq məbləğlərinin ödənilməsinə nail olunmuş müvafiq pensiya işlərinin qanunauyğunluğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən seçmə üsulla araşdırılarkən Bakı şəhəri Binəqədi rayon sakinləri X6 və X7 əmək pensiyasının pensiya təminatı sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olaraq yenidən hesablanaraq ödənildiyi müəyyən edilmişdir. X9 xx.xx.1996-cı il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Bakı şəhəri Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yaşa görə pensiya təyin edilmiş və xx.xx.2009-cu il tarixədək ödənilmişdir. Gülarə Bayramova sonradan guya yaşayış yerini dəyişməsi ilə əlaqədar əmək pensiyasının ödənişinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən davam etdirilməsi üçün müraciət edərkən pensiyanın ailə başçısını itirməyə görə növündən yaşa görə növünə keçirilməsinə dair xx.xx.2009-cu il tarixdə yazılmış ərizəsi cəmi bir gün sonra xx.xx.2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsində qeydiyyata alınmış və həmin gün sahə mütəxəsisi Təqsirləndirilən şəxs1 tərəfindən qərar layihəsi hazırlanmış və həmin gün komissiyanın 2065 saylı qərarı ilə 2012,05 manat məbləğində yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilmişdir. Gülarə Bayramovanın pensiya işindən görünür ki, ona heç vaxt ailə başçısını itirməyə göbrə pensiya təyin edilməmişdir. Belə ki, yalnız o, xx.xx.1997-ci il tarixli ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə müraciət edərək mərhum həyat yoldaşının böyük vətən müharibəsi iştirakçısı olmasını bildirmiş və bu barədə Nərimanov rayon hərbi komissarlığının xx.xx.1997-ci il tarixli 3/368 nömrəli arayışını təqdim etmişdir. Buna əsasən onun yaşa görə pensiyasının üzərinə müharibə iştirakçısının dul arvadı kimi əlavə vəsait hesablanmışdır. Bundan sonra aparılan bütün hesablamalar yaşa görə olmuşdur və o, yaşa görə pensiya almışdır. Onun 2003, 2004 və 2005-ci illərə aid olan sənədlərində də onun yaşa görə pensiya aldığı görünür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq pensiyanın “X27 Şirkəti”nin 2004-2005-ci illərə dair təqdim etdiyi əməkhaqqına əsasən pensiyanın yenidən hesablanması həyata keçirilmiş, nəticədə xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 319.420,52 manat artıq vəsait ödənildiyi müəyyən edilmişdir. 1993-2006-cı illərdə qüvvədə olmuş Vətəndaşların pensiya təyinatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən yaşa görə pensiya alan şəxslərin növbəti 24 ayın gəliri əsasında pensiyanın yenidən hesablanması qaydası 1997-ci ilin avqust ayında ləğv olunmuşdur. Yəni 1997-ci ilin avqust ayından sonra heç bir şəxsin pensiyası pensiya təyinatından sonra 24 ayın əməkhaqqına əsasən yenidən hesablana bilməz. Burada isə görünür ki, Gülarə Bayramovaya 1996-cı ildə yaşa görə pensiya təyin olunmuş və onun pensiyası Qanunun tələblərinə zidd olaraq “X27 Şirkəti”-nin 2004-2005-ci illərə dair təqdim etdiyi əməkhaqqına əsasən 2009-cu ildə yenidən hesablanmışdır. İlk dəfə yaşa görə pensiyaya çıxmış şəxs yalnız minimum 6 il işlədikdən sonra topladığı sığorta kapitalı əsasında pensiyasını yenidən hesablada bilər. Pensiya uçot vərəqindən görünür ki, işin nömrəsi və rayonun adı ağardılaraq dəyişdirilmişdir. Əslində işin nömrəsi və rayonun adı qalmalı idi və üstündən xətt çəkilərək yeni işin nömrəsi və rayonun adı qeyd olunmalı idi. Gülarə həmişə yaşa görə pensiya almış, lakin xx.xx.2009-cu il tarixdə Gülarə Bayramovanın pensiya işindəki sənədlərdən görünür ki, o guya ailə başçısını itirməyə görə pensiya alırmış və ərizə ilə müraciət edərək yenidən yaşa görə pensiya növünə keçirilərək əlavə 2 il əmək haqqı cədvəli üzrə hesablanma aparılaraq onun pensiyasına əlavə hesablanma tətbiq edilmişdir. X5 pensiya işi yoxlanılarkən müəyyən edilmişdir ki, pensiyanın yenidən hesablanması zamanı pensiyanın məbləği kəskin şəkildə yüksək məbləğdə artmış və bu fakt şübhə doğurduğundan pensiya işini Dövlət Sosial Müdafiə Fondunun arxivindən tələb edərək araşdırmışlar. Araşdırma zamanı pensiyaçının əvvəldən başlayaraq yaşa görə pensiya aldığı müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, əgər Gülarə Bayramova ailə başçısını itirməyə görə pensiya alsa belə o, yaşa görə pensiya növünə keçdikdə əvvəlki yaşa görə pensiya məbləğini almalı idi. Onun 2004-2005-ci il əmək haqqısı hesablanmamalı idi və bu qanunaziddir, onun əvvəlki yaşa görə pensiya məbləği ilə ödənişi davam etdirilməli idi. 2009-2016-cı illər ərzində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsində keçirilmiş audit yoxlamalarından məlumatsızdır və sözügedən illər ərzində hansı səbəbdən yoxlama keçirilməməsinin səbələri haqqında münasibət bildirməyə çətinlik çəkir. 1993-cü ildən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında müxtəlif vəzifələrdə işləsə də, 2009-cu ildə Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının elektron baza məlumatları əsasında işlədiklərini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dosent vəzifəsində çalışır. X3 07 avqust 2020-ci il tarixdə və atası X19 1993-cü ildə vəfat etmişlər. X2 pensiya təyinatı ilk dəfə xx.xx.1996-cı ildə yaşa görə təyin olunmuşdur. Ona pensiyası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən təyin edilmiş və pensiya almışdır. Qeyd etmişdir ki, anası 2001-2009-cu illər ərzində "xxxx" Əməliyyat Şirkətində aparıcı geoloq işləmişdir. Bundan başqa anası Gülarə Azərbaycan Respublikasında ilk qadın əməkdar mühəndis neftçi olmuşdur. Gülarə Bayramova çox sakit və işgüzar biri olduğundan işlərini özü həll etmiş və heç kim ilə bu barədə fikir paylaşmamışdır. Bundan başqa anası Elmlər namizədi dosent olmuşdur. Qeyd etmişdir ki, anasının pensiya kartı həmişə birinci pensiya təyin edilən gündən onun özündə olmuşdur və pensiya kartından da özü şəxsən və yaxud ancaq onun iştirakı ilə tanışları pul çıxartmışdır. Anası Gülarə nə əmək haqqı kartını nə də ki, pensiya kartını heç kimə verməmiş, yalnız özündə saxlamış, pul çıxarılan zaman kartı ona vermiş və bankomatdan pulu çıxarıb anasına təqdim etmişdir. X25 həmişə yaşa görə pensiya almışdır. Gülarə Bayramova hər zaman Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ev 23/25, mənzil 70-də onun qonşuluğumda yaşamışdır. O heç vaxt Binəqədi rayonu ərazisində yaşamamışdır. Hansı səbəbdən onun pensiya uçot vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şəbəsinə gətirilməsi və şöbədə tərəfindən əlavə hesablanması barədə heç bir fikri yoxdur. Gülarə Bayramova həqiqətən də "xxxx" Əməliyyat Şirkətində işləmiş və yüksək əməkhaqqı almışdır. Həmçinin, onun əmək haqqısı DSMF tərəfindən yoxlanılmış və düzgünlüyü təsdiq edilmişdir. Gülarə Bayramova pensiyasının yenidən hesablanması ilə bağlı heç kimə rüşvət verməmiş, bu barədə eşitməmiş və o, pensiya kartını kiməsə verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2000-ci ildən 2008-ci ilin iyun ayınadək Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsində baş mühasib və maliyyə uçot sektorunun müdiri vəzifələrində, xx.xx.2008-ci il tarixdən 2020-ci ilin aprel ayınadək Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin Maliyyə Uçot sektorunun müdiri, baş mühasib vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsə, Binəqədi rayon şöbəsi isə publik huquqi şəxsin nümayəndəliyinə çevrilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi publik huquqi şəxsin nümayəndəliyinə çevrildikdən sonra Mühasibat Uçotu sektoru ləğv olunmuşdur. Həmin vaxtı vəzifəsi nümayəndəlikdə mütəxəssis olmuşdur və 2020-ci ilin oktyabr ayınadək həmin vəzifədə işləmişdir. Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri işləmiş Nizami Məhərrəmov bir neçə ildir ki, dünyasını dəyişmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu sədrinin 80 saylı “15” mart 2004-cü il tarixli əmri ilə təsdiq edilmiş Pensiyaların təyin olunması ilə əlaqədar təqdim olunan sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4-cü maddəsinə əsasən Pensiya təyin olunması, pensiyaların yenidən hesablanması, bir pensiya növündən digər pensiya növünə keçirilməsi barədə müraciətlərə şöbə müdirinin əmri əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbəsinin müdiri (sədr), pensiya sektorunun müdiri (sədr müavini), şöbənin baş mühasibi (üzv) və baş müfəttişdən (məsul katib) ibarət tərkibdə yaradılan pensiya təyin edən komissiya tərəfindən baxılır. Komissiya pensiya təyin olunması, yenidən hesablanması və bir pensiya növündən digər pensiya növünə keçirilmə haqqında müraciətləri müzakirə olunaraq komissiya tərəfindən yekun qərar qəbul olunur.X8 şəxsən tanımamışdır. Onun pensiya işi ilə tanışdır. Gülarə Bayramovanın pensiya işindən göründüyü kimi vətəndaş yaşadığı ünvana uyğun olaraq şöbənin Pensiya təyinatı sektorunun məsləhətçilərinə müraciət edərək sənədlərini təqdim etdikdən sonra məsləhətçi sənədləri yoxladıqdan sonra Pensiya təyinatı sektorunun müdirinə təqdim edir. Pensiya təyinatı sektorunun müdiri həmin sənədlərin düzgünlüyünü yoxlamalıdır və yoxladıqdan sonra sənədləri şöbə müdirinə təsdiq olunması üçün təqdim edir. Sənədlər təsdiq olunduqdan sonra sahə mühasiblərinə təqdim olunur və şəxsi hesablar açıldıqdan sonra vətəndaşa təyin olunmuş pensiya məbləği mühasib tərəfindən sistemə vurulur. Bundan sonra sənədlər imza üçün baş mühasibə təqdim olunur və sistemdə məbləğ yoxlandıqdan sonra ödənişə göndərilir. Onun vəzifəsi yalnız ödənişlərə nəzarət edilməsi, ödəniş aparıldıqdan sonra adlı siyahı çıxarılaraq mühasibə təqdim olunması olmuş və mühasiblər tərəfindən yoxlanılmışdır. O, vətəndaşlarla ümumiyyətlə ünsiyyətdə olmamışdır. 2006-cı ildə bütün pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun arxivinə verilmişdir. Pensiya işinin əslinin əvəzinə pensiya uçotu vərəqəsi tərtib edilmişdir. Bundan əlavə bildirmişdir ki, Gülarə Bayramovanın pensiya işi Nərimanov rayon şöbəsi tərəfindən arxivə təqdim edilmişdir. Gülarə Bayramovaya 1996-cı ildə ƏƏSMN-nin Nərimanov rayon şöbəsində yaşa görə ömürlük pensiya təyin edilmişdir. xx.xx.1997-ci ildə Gülarə ərizə təqdim edərək ailə başçısını itirən kimi pensiya almaq üçün əri mərhum X1 Nərimov rayon şöbəsinə təqdim etmişdir və ailə başçısını itirməsinə görə əlavə müavinət hesablama aparılmışdır. Vətəndaş 2009-cu ilin avqust ayında Binəqədi rayon şöbəsinə pensiya işini köçürdərkən vətəndaşın Nərimanovdan göndərilmiş pensiya uçotu vərəqəsində vətəndaşın ailə başçısını itirməyə görə, böyük vətən müharibəsi iştirakçısının dul arvadı kimi pensiya aldığı qeyd olunmuşdur. Baş mühasibin vətəndaşın sənədlərinin düzgünlüyünü yəni sənədin saxta olub-olmamasını yoxlamaq kimi vəzifəsi yoxdur və bu mümkünsüzdür. O, ayda 35.000 vətəndaşa pensiya ödənişlərinin həyata keçirilməsi vəzifəsini yerinə yetirmişdir. Bütün sənədlərin həqiqiliyinin mühasib tərəfindən yoxlanması mümkünsüzdür və hər kəs öz sahəsinə nəzarət etmişdir. Bundan başqa bildirmişdir ki, pensiyaçılara pensiyaların təyin edilməsi və ödənilməsi 2005-ci ilin iyun ayında yaradılmış «Foks Pro» pensiya proqramı vasitəsilə həyata keçirilmişdir. Həmin proqramın adı 2018-ci ilin noyabr ayında dəyişərək və təkmilləşərək «Pensiyanın alt sistemi» proqramı adlanmışdır. Vətəndaş qəbul etmədiyindən və əməkdaşların vətəndaş qəbulunda iştirak etmədiyi üçün Gülarə Bayramovanın adından yazlmış ərizənin hansı səbəbdən Təqsirləndirilən şəxs1 tərəfindən tərtib olunması barədə heç nə deyə bilmir. Bildirmişdir ki, ildə bir dəfədən az olmayaraq şöbə müdirinin əmri əsasında şöbədə pensiya işləri pensiyaçının uçot vərəqələri və şəxsi hesabların inventarizasiyası aparılır, inventarizasiyanın aparılması üçün əmrlə şöbə müdiri (komissiyanın sədri), Maliyyə-uçot sektorunun müdiri baş mühasib, pensiya təyinatı sektorunun müdiri, məsləhətçi-nəzarətçi mühasibdən ibarət komissiya yaradılır və komissiyanın işinə sahələr üzrə məsləhətçilər və məsləhətçi mühasiblər cəlb olunur. İnventarizasiyanın nəticələri haqqında akt tərtib olunur və inventarizasiya komissiyanın üzvləri tərəfindən imzalanır. Pensiya uçot vərəqələrinin saxlanmasına Pensiya təyinatı sektorunun məsləhətçiləri məsuliyyət daşıyır. İşdə olan Azərbaycan Respublikası Nərimanov rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qərarının surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə X9 yaşa görə ömürlük pensiya təyin olunması qərara alınmışdır (cild 01, iş vər. 28-29). İşdə olan Azərbaycan Azərbaycan Respublikası Nərimanov rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Binəqədi rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2009-cu il tarixli qərarından görünür ki, xx.xx.2009-cu il tarixdə X9 yaşa görə ömürlük pensiya təyin olunması qərara alınmışdır (cild 01, iş vər. 50-52). İşdə olan X6 Azərbaycan Respublikası Binəqədi rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Binəqədi rayon şöbəsinin müdiri N.Məhərrəmovun adına yazılmış xx.xx.2009-cu il tarixli ərizədən görünür ki, Gülarə Bayramova həmin tarixdə yazılı qaydada pensiyanın ailə başçısını itirməyə görə növündən yaşa görə növünə keçirilməsini xahiş etmişdir (cild 01, iş vər. 70). İşdə olan X28 Company şirkətinin 10 avqust 2009-cu il tarixli arayışından görünür ki, X12 01 may 2001-ci il tarixdən 06 fevral 2009-cu il tarixədək “X27 Şirkəti”-ndə Aparıcı Geolog vəzifəsində çalışmışdır (cild 01, iş vər. 71). «X18 Limited» şirkətinin 11 oktyabr 2021-ci il tarixli 011/21 saylı məktubuna əlavə edilmiş sənədlərdən və əmək müqaviləsindən görünür ki, X12 07 may 2001-ci il tarixdən 06 fevral 2009-cu il tarixədək “X27 Şirkəti”-də geoloq vəzifəsində işləmişdir (cild 01, iş vər. 118-150). Azərbaycan Respublikası Bakı İnzibati məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(81)- 2801/2017 saylı məktubundan görünür ki, Bakı İnzibati məhkəməsinin, həmçinin ləğv olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin və 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin icraatında X6 hər hansı iddiası ilə bağlı inzibati iş mövcud olmamışdır (cild 01, iş vər. 152). Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2021-ci il tarixli 41-15729 saylı məktubuna və xx.xx.2022-ci il tarixli 41-8719/2022 saylı məktubuna əlavə edilmiş çıxarışlara əsasən xx.xx.2009-xx.xx.2010-cu il dövr aralığında 4 ay 4 gün ərzində aylıq 2.012,05 manat olmaqla cəmi 8.288,89 manat, xx.xx.2010-xx.xx.2010-cu il dövr aralığında 8 ay ərzində aylıq 2.041,11 manat olmaqla cəmi 16.328,88 manat, xx.xx.2010-xx.xx.2011ci il dövr aralığında 4 ay ərzində aylıq 2.051,11 manat olmaqla cəmi 8.204,44 manat, xx.xx.2011-xx.xx.2011-ci il dövr aralığında 6 ay 04 gün ərzində aylıq 2.163,18 manat olmaqla cəmi 13.258,20 manat, xx.xx.2011-xx.xx.2012-ci il dövr aralığında 5 ay 27 gün ərzində aylıq 2.283,18 manat olmaqla cəmi 13.404,48 manat, xx.xx.2012-xx.xx.2013-cü il dövr aralığında 12 ay ərzində aylıq 2.447,36 manat olmaqla cəmi 29.368,32 manat, xx.xx.2013-xx.xx.2013-cü il dövr aralığında 8 ay ərzində aylıq 2.472,02 manat olmaqla cəmi 19.776,16 manat, xx.xx.2013-xx.xx.2014-cü il 4 ay ərzində aylıq 2.487,02 manat olmaqla cəmi 9.948,08 manat, xx.xx.2014-xx.xx.2015-ci il dövr aralığında 12 ay ərzində aylıq 2.541,43 manat olmaqla cəmi 30.497,16 manat, xx.xx.2015-xx.xx.2016-cı il dövr aralığında 12 ay ərzində aylıq 2.573,93 manat olmaqla cəmi 30.887,16 manat, xx.xx.2016xx.xx.2016-cı il dövr aralığında 1 ay ərzində aylıq 2.668,09 manat olmaqla cəmi 2.668,09 manat, xx.xx.2016-xx.xx.2017-ci il dövr aralığında 11 ay ərzində aylıq 2.678,09 manat olmaqla cəmi 29.458,99 manat, xx.xx.2017-xx.xx.2018-ci il dövr aralığında 12 ay ərzində aylıq 2.981,65 manat olmaqla cəmi 35.779,80 manat, xx.xx.2018-xx.xx.2019-cu il dövr aralığında 12 ay ərzində aylıq 3.144,77 manat olmaqla cəmi 37.737,24 manat, xx.xx.2019xx.xx.2020-ci il dövr aralığında 12 ay ərzində aylıq 3.239,11 manat olmaqla cəmi 38.869,32 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövr aralığında 9 ay ərzində aylıq 3.776,80 manat olmaqla cəmi 33.991,20 manat, ümumilikdə 358.466,41 manat (üç yüz əlli səkkiz min dörd yüz altmış altı manat qırx bir qəpik) məbləğində pul vəsaiti köçürülərək çıxarılmışdır (cild 01, iş vər. 162-176). İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə X9 məxsus 6762-6111-0052-06-09 saylı pensiya kartı ilə "xxxx" ASC-yə məxsus bankomatlardan aparılan nağdlaşdırma əməliyyatları zamanı qeydə alınmış və "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli 41-15729 saylı məktuba əlavə edilmiş içərisində plastik kartla əməliyyatlar aparmış şəxslərin fotoşəkilləri olan 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Gülarə Bayramova” adlı qovluğa daxil olduqda içərisində 8 ədəd qovluq aşkar olundu. Bankomat 16-11.06.20- 527 AZN adlı qovluğa daxil olduqda 9 ədəd fotoşəkil müəyyən olundu. Həmin fotoşəkillər 11 iyun 2020-ci il tarixində qeydə alınmışdır. Həmin fotoşəkillərdə bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus xarici görünüşcə X4 Rauf İzzət oğluna oxşar 1 nəfər şəxsin fotoşəkillərinin olması müəyyən edildi. Bundan sonra Bankomat 52-09.04.20- 2000 AZN adlı qovluğa daxil olduqda 16 ədəd fotoşəkil müəyyən olundu. Həmin fotoşəkillər 09 aprel 2020-ci il tarixində qeydə alınmışdır. Həmin fotoşəkillərdə bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus xarici görünüşcə X4 Rauf İzzət oğluna oxşar 1 nəfər şəxsin fotoşəkillərinin olması müəyyən edildi. Bundan sonra Bankomat 205 adlı qovluğa daxil olduqda içərisində 2 ədəd “12.09.19- 1239 AZN” və “12.10.19- 1239 AZN” adlı qovluqlar aşkar edildi. “12.09.19- 1239 AZN” adlı qovluğa daxil olduqda içərisində 17 ədəd fotoşəkil müəyyən olundu. Həmin fotoşəkillər 12 sentyabr 2020-ci il tarixində qeydə alınmışdır. Həmin fotoşəkillərdə bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus xarici görünüşcə X4 Rauf İzzət oğluna oxşar 1 nəfər şəxsin fotoşəkillərinin olması müəyyən edildi. “12.10.19- 1239 AZN” adlı qovluğa daxil olduqda içərisində 17 ədəd fotoşəkil müəyyən olundu. Həmin fotoşəkillər 12 oktyabr 2019-cu il tarixində qeydə alınmışdır. Həmin fotoşəkillərdə bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus xarici görünüşcə X4 Rauf İzzət oğluna oxşar 1 nəfər şəxsin fotoşəkillərinin olması müəyyən edildi. Bundan sonra Bankomat 237-08.xx.xx-1777 AZN adlı qovluğa daxil olduqda içərisində 12 ədəd fotoşəkil müəyyən olundu. Həmin fotoşəkillər 08 mart 2020-ci il tarixində qeydə alınmışdır. Həmin fotoşəkillərdə bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus xarici görünüşcə X4 Rauf İzzət oğluna oxşar 1 nəfər şəxsin fotoşəkillərinin olması müəyyən edildi. Bundan sonra Bankomat 637- 11.10.19- 2000 AZN adlı qovluğa daxil olduqda içərisində 12 ədəd fotoşəkil müəyyən olundu. Həmin fotoşəkillər 11 oktyabr 2019-cu il tarixində qeydə alınmışdır. Həmin fotoşəkillərdə bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus xarici görünüşcə X4 Rauf İzzət oğluna oxşar 1 nəfər şəxsin fotoşəkillərinin olması müəyyən edildi. Bundan sonra Bankomat 730 adlı qovluğa daxil olduqda içərisində 7 ədəd “1)10.11.19- 300 AZN”, 2)11.11.19- 1000 AZN 3)07.12.19- 2000 AZN 4)08.12.19- 1239 AZN 5)15.01.20- 2000 AZN 6)09.02.20- 2000 AZN 7)07.03.20- 2000 AZN adlı qovluqlar aşkar edildi. Həmin qovluqlarda olan fotoşəkillərdə bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus xarici görünüşcə X4 Rauf İzzət oğluna oxşar 1 nəfər şəxsin fotoşəkillərinin olması müəyyən edildi. Bundan sonra Bankomat 1841 adlı qovluğa daxil olduqda içərisində 2 ədəd “1)11.08.20- 3777 AZN” və “2)10.09.20- 3777 AZN” adlı qovluqlar aşkar edildi. “11.08.20- 3777 AZN” adlı qovluğa daxil olduqda içərisində 45 ədəd fotoşəkil müəyyən olundu. Həmin fotoşəkillər 11 avqust 2020-ci il tarixində qeydə alınmışdır. Həmin fotoşəkillərdə bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus xarici görünüşcə X4 Rauf İzzət oğluna oxşar 1 nəfər şəxsin fotoşəkillərinin olması müəyyən edildi. “10.09.20- 3777 AZN” adlı qovluğa daxil olduqda içərisində 38 ədəd fotoşəkil müəyyən olundu. Həmin fotoşəkillər 10 sentyabr 2020-ci il tarixində qeydə alınmışdır. Həmin fotoşəkillərdə bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus xarici görünüşcə X4 Rauf İzzət oğluna oxşar 1 nəfər şəxsin fotoşəkillərinin olması müəyyən edildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa bir məlumat müəyyən edilməmişdir (cild 01, iş vər. 192-194). Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsindən daxil olmuş 24 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 01, iş vər. 206). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 fevral 2022-ci il tarixli **********1 nömrəli məktubu ilə istintaqa təqdim edilmiş X9 məxsus 09/477 saylı Pensiya işinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X12 xx.xx.1996-cı il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Bakı şəhəri Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yaşa görə pensiya təyin edilmiş və xx.xx.2009-cu il tarixədək ödənilmişdir. Pensiya işinə baxış zamanı sənədlərdən məlum olmuşdur ki, Gülarə Bayramovaya heç vaxt ailə başçısını itirməyə görə pensiya təyin edilməmişdir. Gülarə Bayramova yalnız xx.xx.1997-ci il tarixli ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə müraciət edərək mərhum həyat yoldaşının böyük vətən müharibəsi iştirakçısı olmasını bildirmiş və bu barədə Nərimanov rayon hərbi komissarlığının xx.xx.1997-ci il tarixli 3/368 nömrəli arayışını təqdim etmişdir. Buna əsasən onun yaşa görə pensiyasının üzərinə müharibə iştirakçısının dul arvadı kimi əlavə vəsait hesablanmışdır. Bundan sonra aparılan bütün hesablaşmalar yaşa görə olmuşdur və o hər zaman yaşa görə pensiya almışdır. Pensiya işində olan 2003, 2004 və 2005-ci illərə aid olan sənədlərdən görünür ki, ona yaşa görə pensiya ödənilmişdir. Gülarə Bayramovanın adından Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri N.Məhərrəmovun adına yazılmış xx.xx.2009-cu il tarixli Ərizədən görünür ki, pensiyanın ailə başçısını itirməyə görə pensiya növündən yaşa görə növünə keçirilməsi xahiş edilmişdir. Ərizə xx.xx.2009-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsində qeydiyyata alınmaqla şöbə müdiri Təqsirləndirilən şəxs2 adına «baxın» dərkənarı qoyulmuşdur. Həmin gün sahə mütəxəsisi Təqsirləndirilən şəxs1 tərəfindən qərar layihəsi hazırlanmış və həmin gün komissiya üzvləri yəni şöbə müdiri, Pensiya və müavinətlərin təyinatı sektorunun müdiri və Maliyyə-uçot sektorunun müdirinin imzaları ilə təsdiq olunmuş 2065 saylı qərar və sərəncam ilə “X27 Şirkəti”nin 2004-2005-ci illərə dair təqdim etdiyi əməkhaqqına əsasən Gülarə Bayramovaya pensiya məbləği yenidən hesablanmaqla sonuncuya 2012,05 manat məbləğində yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilmişdir. Pensiya işində olan əmək haqqı məbləğinin düzgünlüyünün yoxlanması ilə bağlı xx.xx.2009-cu il tarixli Aktdan görünür ki, X6 adına verilmiş əmək haqqı arayışının qarşılıqlı yoxlanması zamanı heç bir kənarlaşma aşkar edilməmişdir. Pensiya işində olan 063524 saylı X15 baxış zamanı X6 pensiyasının ilkin təyinat tarixi 1996-cı il olduğu yəni yaşa görə əmək pensiyası təyin olunduğu, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 23/25, mənzil 70-də qeydiyyatda olduğu, yaşa görə və ailə başçısını itirməyə görə əmək pensiyası növü qrafasının altından xətt çəkildiyi müəyyən edilmişdir. Baxış zamanı pensiya işində olan bütün sənədlərin surətləri cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 244-245). Təqsirləndirilən şəxs1 barəsində Binəqədi RİHB-nın M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 1122 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayır, yaşayış yeri üzrə barəsində verilmiş xasiyyətnamədə sonuncu müsbət səciyyələndirilir (cild 01, iş vər. 256-258). İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında internet portalından çıxarılmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir (cild 01, iş vər. 259). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 iyun 2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Fondun keçmiş Binəqədi rayon şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 barədə əmək kitabçasından əldə olunan məlumatlara əsasən bildirilir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2003-cü il tarixli 13/Ş nömrəli əmrlə Fondun Binəqədi rayon şöbəsində mühasib, xx.xx.2004-cü il tarixli 12/Ş nömrəli əmrlə həmin şöbənin Pensiya və müavinətlərin təyinatı sektorunda müfəttiş, xx.xx.2005-ci il tarixli 12/üm nömrəli əmrlə həmin sektorda məsləhətçi vəzifəsinə təyin edilmişdir. Nazirliyin xx.xx.2016-cı il tarixli 09/11-443 nömrəli əmri ilə Fondun Binəqədi rayon şöbəsinin Pensiya sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin 12 sentyabr 2008-ci il tarixli 651/K saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin Pensiya təyinatı sektorunun müdiri vəzifəsinə təyin edilmişdir (cild 02, iş vər. 43- 47). Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin 28 yanvar 2004-cü il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinin nümunəvi strukturu və onların işçilərinin əmək funksiyaları”na əsasən, məsləhətçinin vəzifə təlimatına uyğun qulluq funksiyaları təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasını, pensiyaçıların işlərinin və digər sənədlərin hazırlanması və saxlanılmasının həyata keçirilməsi, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinin və baxılmasının təmin edilməsi, pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında iştirak etməklə zəruri tədbirlərin yerinə yetirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi, xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi, təhkim olunduğu sahə üzrə pensiyaçıların sayı ve pensiya məbləği barədə məlumatların tərtib edilməsi, müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işinin aparılması, vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və s. ibarət olmuşdur (cild 01, iş vər. 55-57). Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin 28 yanvar 2004-cü il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinin nümunəvi strukturu və onların işçilərinin əmək funksiyaları”na əsasən sektor müdirinin vəzifə təlimatına uyğun qulluq funksiyaları pensiyaya dair qanunvericilik aktlarının yerinə yetirilməsi sahəsində sektorun işinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiyaların təyin olunması və yenidən hesablanması üçün sektorun məsləhətçiləri tərəfindən ərizələrə, zəruri olan digər sənədlərə baxılmasına, pensiyaçıların işlərinin və digər sənədlərinin hazırlanması və saxlanılmasına nəzarətin yerinə yetirilməsi, sektorun məsləhətçiləri tərəfindən vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsinə və baxılmasına nəzarətin təmin edilməsi, pensiyaların kütləvi qaydada yenidən hesablanması prosesində zəruri tədbirlərin həyata keçirilməsi, pensiya işlərinin və şəxsi hesabların inventarizasiyasının aparılmasında bilavasitə iştirak etməklə bu sahədə nəzarətin həyata keçirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Maliyyə-uçot sektoruna təqdim olunmasının təmin edilməsi, pensiya işləri və şəxsi hesabların üzləşdirilməsində bilavasitə iştirak etməklə bu prosesə nəzarətin həyata keçirilməsi, pensiya təyin edən komissiyanın işində iştirak edilməsi, sənədlərin vaxtında və düzgün rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında kütləvi informasiya vasitələrindən istifadə edərək pensiya sahəsində qanunvericiliyə dair izahat işinin aparılması, vətəndaşların ərizə, şikayət, təkliflərinə baxılması və onların hərtərəfli təhlil edilərək, əsaslı şikayətlərin aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi və s. ibarət olmuşdur (cild 02, iş vər. 55-57). Təqsirləndirilən şəxs2 barəsində Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən verilmiş xx.xx.2022-ci il tarixli 31/0468 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 26B, mənzil 12-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi ev 20, mənzil 91-də yaşayır, yaşayış yeri üzrə barəsində verilmiş xasiyyətnamədə sonuncu müsbət səciyyələndirilir (cild 02, iş vər. 186-192). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər və şahidlərin ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs1 cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə hesab edir ki, mənimsəmə cinayətinin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi sübuta yetirilməmiş, həmin pulların ələ keçirilib mənimsənilməsində bu şəxsin iştirakına və həmin cinayətə aidiyyatı olması barədə birbaşa sübutlar yoxdur. Buna görə də mərhum Gülarə Bayramova tərəfindən istifadə olunmuş pul vəsaitinin mənimsənilməsinə Təqsirləndirilən şəxs1 heç bir aidiyyatı yoxdur. Təqsirləndirilən şəxs1 pensiya təyinatına birbaşa cavabdeh olan müfəttiş kimi yol verdiyi səhlənkarlıq xarakterli davranışı onun mənimsəmə cinayətinə hər hansı aidiyyatını təsdiq etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsindən aydın görünür ki, şərh edilən cinayətin obyekti mülki münasibətlər olmaqla, özgənin əmlakını talamanın iki müstəqil forması nəzərdə tutulur: mənimsəmə və israf etmə. Özgənin əmlakını talamanın bu iki müstəqil formasının hər birinin özünəməxsus obyektiv xüsussiyətləri var və bu obyektiv xüsusiyyətlər özgənin əmlakını ələ keçirmənin üsulunda özünün göstərir. İsraf etmə dedikdə, təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakın sərf edilməsi, satılması, istehlak edilməsi, müxtəlif formalarda özgəninkiləşdirilməsi (başqa şəxslərə bağışlama, vermə) başa düşülür. Şərh edilən cinayətin subekti xüsusidir: bu, maddi dəyərlərin bilavasitə etibar edildiyi maddi məsul şəxslərdir. Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərinə görə həmin əməlin subyekti sayıla bilsə də, onun ümumiyyətlə həmin israf etmə cinayətinə aidiyyatı, o cümlədən mənimsəmə cinayət əməlini törədilməsində hansısa şəkildə iştirakı müəyyən edilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, mənimsəmə və israf etmənin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Təqsirkar özgənin ona etibar edilmiş əmlakını qanunsuz və əvəzsiz olaraq götürdüyünü və ya həmin əmlak barəsində sərəncam verdiyini dərk edir və bu əməli törətməyi arzu edir. İşə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs1 əməllərində onun ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin heç bir tərkib əlaməti müəyyən olunmadı. Xüsusən vurğulamaq lazımdır ki, bu əməl subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilməlidir. Birbaşa qəsdlə bağlı olmayan hər hansı digər üsulla törədilməsi həmin cinayətin tərkibini yarada bilməz. Təqsirləndirilən şəxs1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmək üçün hər hansı birbaşa qəsdi müəyyən edilməmişdir. Məhkəmə onun əməlinə yekun hüquqi qiymət verərkən bu məsələni də nəzrdə saxlayır. Amma ibtidai istintaq orqanı cinayət tərkibinin zəruri elementi olan birbaşa qəsdi təsdiq edən hər hansı sübut əldə etmədən şəxsə qarşı ağır ittiham irəli sürmüşdür. Əgər mənimsəmə və israf etmə əməlinə Təqsirləndirilən şəxs1 hər hansı aidiyyatı olsa idi, bu məntiqlə ibtidai istintaq orqanı həmin vaxt Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbənin müdirinə də eyni ittihamı irəli sürə bilərdi. Bütün göstərilənlər onu sübut edir ki, əslində ibtidai istintaq orqanının əlində heç bir sübut olmadığı halda pul vəsaitinin xərclənməsinə görə Təqsirləndirilən şəxs1 qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə əsassız ittiham irəli sürülmüşdür. Buna görə də ədalət və qanunçuluq prinsipləri rəhbər tutulularaq Təqsirləndirilən şəxs1 ittiham olunuğu Azəraycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə hər hansı aidiyyatı olmaması əsası ilə bəraət verilməlidir. Digər tərəfdən məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə aidiyyatının olmamasını qeyd etməklə bərabər onu da nəzərə çatdırır ki, həmin hərəkətin edildiyi vaxtdan artıq 12 ildən çox müddət keçmişdir və keçən müddət ərzində hər ilin yekununda büdcə təşkilatlarında yoxlamalar keçirilərək müvafiq akt tərtib edilir. Əgər hər hansı qanun pozuntusu mövcud olsa idi ötən 12 il ərzində bu cinayət də aşkar edilərdi. Bütün sadalananlar və ətraflı şərh olunan çoxsaylı hallar məhkəməyə Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə mübahisə doğurmayan, çoxsaylı sübutlara əsaslanan, qanuni və əsaslı nəticəyə gəlməyə imkan verir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektllərindən biri hüququi müəyyənlilik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik məhkəmənin qanunu və öz daxili inamını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: a) hakim qanunu və daxili inamını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b)formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən, Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Yuxarıda təsvir edilən hallarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirliliyinin müəyyən edilməsi üçün mötəbər sübutlar yoxdur və belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsi ilə AR CM-nin 179.3.2-ci maddəsi ilə bağlı elan edilmiş ittiham üzrə təqsirli olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Göründüyü kimi, məhkəmə baxışı zamanı baxılan iş üzrə ittiham tərəfi AR CM-nin 179.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Yuxarıda qeyd olunan işin halları və qanunvericilik normalarından görünür ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cinayətin törədilməsinə aidiyyəti olmaması əsası ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən: 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidirlər. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanksiyası üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyası min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyası isə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri ittiham üzrə onlar, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirildilkəri cinayət əməllərini 2009-cu ildə törətmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 313 və 314.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələri ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdddətləri, yəni iki və yeddi il artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirildiyi epizodlar üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladının olmasını, daimi yaşayış yerində müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmadığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 2-ci dərəcəli əlil olmasını, dogma qardaşının 1-ci Qarabağ Müharibəsində şəhid olmasını və daimi yaşayış yerində müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsdən təqdim edilmiş Gülarə Bayramovaya məxsus 063521 saylı “Pensiyaçının uçot vərəqi”, xx.xx.2009-cu il tarixli Fondun Binəqədi rayon şöbəsinə Gülarə Bayramovanın adından yazılmış ərizə, xx.xx.2009-cu il tarixli 2065 saylı pensiya təyin edən komissiyanın qərarı və həmin tarixli “Pensiya miqdarının dəyişdirilməsi haqqında” şöbənin sərəncamı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, məhkəmə məsrəfləri və xüsusi müsadirənin tətbiq edilməsi üçün əsas yoxdur. İş materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, iş üzrə zərəçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxs 319,450,52 manat ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsin xeyrinə tutulması barədə mülki iddiaçı kimi çıxış edir. Məhkəmə qeyd edir ki, əvvəla qanunvericiliklə ümumi iddia müddəti 10 il müəyyənləşdirilmışdır. Həmin müddət bu əməllərə münasibətdə xeyli əvvəl başa çatmışdır. Məhkəmə yekun qərara gələrkən həm də humanizm prinsipini rəhbər tutaraq hesab edir ki, şəxsin pensiya təminatı kimi bir məqamı da xüsusilə diqqətdə saxlayır ki, mərhum Gülarə Bayramova hər bir halda pensiya almaq hüququna malik idi və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsində ona kifayət qədər ciddi məbləğdə pensiya təyin olunmuşdur. Bu hal ittiham tərəfindən də mübahisələndirilmir, əlavə sübuta da ehtiyac yoxdur. Sonradan “ailə başçısını itirməyə görə” pensiya kimi göstərilmiş həmin ödəniş növü Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsində hesablanıb təyin olunandan sonra da Gülarə Bayramova pensiya almağa davam etmişdir. Belə olan halda mülki iddia tələbi şəklində bütün ödənişlərin hamısının geri tələb edilməsi mülki-prosessual qanunvericiliyinin tələbləri baxımından da yolverilməzdir. Maddi və prosessual qanunvericiliyin tələblərinə əsasən bu şəkildə cinayət prosesi zamanı mümkün olmayan əsassız iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsin tələb etdiyi 319,450,52 manat ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 şəxsin xeyrinə tutulması barədə mülki iddiası əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42.1, 42.1.4, 42.2.4, 346-347, 349-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələri ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından ona bəraət verilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə verilmiş mülki iddia tələbi təmin edilməsin. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1468/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1468/2022
31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver