Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1468/2025 25.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X6 (sədrlik edən), X5 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X2, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1996-cı ildə Bakı şəhərində anadan evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 15 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-125/2025 saylı, 17 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(001)-261/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış massivinin yaxınlığında Binəqədi-Mehdiabad avtomobil yolunun qeyri-yaşayış tikililəri olan ərazidən keçən hissəsində tanışı Zərərçəkmiş şəxs bir müddət əvvəl mobil telefon danışıqları zamanı onu təhqir etməsini bəhanə edib həmin ünvana gələrək üzərinə hücum etməsi nəticəsində aralarında yaranmış qarşılıqlı mübahisə zamanı üzərində olan istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik olan alətlə Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə 2 dəfə qəsdən vuraraq ona döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən 1 ədəd deşilmişkəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid və döş boşluğuna nüfuz edərək pnevmotoraksla müşayiət olunan döş qəfəsinin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 14 fevral 2025-ci il tarixdə axşam saatlarında, təxminən 19:00 radələrində idarə etdiyi “Man” markalı avtomobil ilə Binəqədi qəsəbəsində “Gənclər şəhərciyi” məhəlləsinə gəlmişdir. Orada avtomobili yoldan kənarda parklamış və onun kimi sürücü işləyən Aydınla birlikdə avtomobildə yemək getmiş, araq və pivə içmişdir. İçki içmələrinə baxmayaraq nə mən, nə də Aydın sərxoş olmamışdır. Bunu həmin gün onları görənlər də təsdiq edə bilər. Yeməkdən sonra avtomobildən düşmüşlər, həmin yerdə rastlaşdıqları tanışları Şahid3 və Şahid2la söhbət etmişlər. Aydın öz işi ilə bağlı kənara çəkildikdən sonra o, Elşən və Taleh sonuncunun minik avtomobilinə oturmuşlar. Saat 21:30 radələrində Talehin avtomobilində olarkən, onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan WhatsApp proqramı ilə tanışı Yusifə videozəng edərək danışmış, hal-əhval soruşmuşdur. Aralarında həmişə söyüşlü zarafatlar olmuş, ona görə danışanda bir-birinin ünvanına söyüş söymüşlər. Maşında olan tanışları Taleh və Elşən də bu söyüşlü zarafatları bilmiş, ona görə də buna təəccüblənməmişdilər. Yusiflə danışarkən Elşən telefonla Zərərçəkmiş şəxsla danışmağa başlamışdır. Bir az sonra Elşən Neymətə “yox, yox, səninlə nə işi var, tanışı ilə danışır, onlar həmişə söyüşlə danışırlar.” demişdir. Elşənin danışığından anlamışdır ki, Elşən Neymətlə onun söyüşlə danışması barədə söhbət edir. Elşən çalışmışdır ki, Neyməti başa salsın ki, o sonuncunu söyməyib, lakin Neymət təkid etmişdir ki, telefonu ona versin. O, telefonu Elşəndən alıb salamlaşmış və “eşidirəm, nə demək istəyirdin?” demişdir. Neymət təhqir və hədə ilə “səni bel-belə edərəm, sən məni söyürsən, məni söyəni...” demişdir. O, bir daha çalışmışdır ki, Neymətin səhv etdiyini başa salsın, amma sonuncu onun dediklərini qəbul etməyib harada olduğunu soruşmuşdur. O, Binəqədi qəsəbəsində, ot bazarı dairəsində olduğunu demişdir. Bundan sonra Neymət nalayiq söyüşlərlə “gözlə orada gəlirəm, gözləməyən, qaçıb gedən beləbelə olsun.” demişdir. O, sonuncuya “heç yerə qaçmaq fikrim yoxdur, qaçmağıma səbəb də görmürəm, gəlmək istəyirsə gözləyəcəyəm” demişdir. Neymət bir daha gəlməyəni və gözləməyəni söymüş, o da söyüşləri təsdiq etmişdir. Neyməti gözləməklə dalaşmaq məqsədi, dalaşmaq üçün heç bir hazırlığı da olmamışdır. Sadəcə düşünmüşdür ki, gələndən sonra üzbəüz danışsalar, Neyməti söymədiyinə inandıra bilər. Bu məqsədlə tanışlarından aralarınmış və bir az aralıda yolun kənarında Neyməti gözləmişdir. Təxminən 22:30 radələrində Neymət idarə etdiyi yük avtomobili ilə tək gəlmiş, avtomobili saxlayıb düşmüşdür. Onu görüb davakar şəkildə üstünə gəlmiş, çatan kimi nalayiq söyüş söymüş, ayağı ilə aralıq nahiyəsinə təpik zərbəsi və sifətinə yumruq atmışdır. O, müvazinətini itirərək yerə yıxılmışdır. Yıxılanda Neymət üstünə oturub yumruqla sinəndən vurmağa başlamışdır. O, nə isə izah etməyə imkan tapmamış, Neymətin altından çıxmağa çalışmış, amma çıxmaq mümkün olmamışdır. Ucadan çağırıb kömək istəmiş və həmin vəziyyətdə maşında olan dəmir parçası ilə Neyməti özündən uzaqlaşdırmaq üçün əli çatan qədər belinə, qarnına zərbə vurmuşdur. Zərbələrin çoxu Neymətə dəyməmiş, bir-iki zərbənin Neymətin bədəninə batdığını hiss etmişdir. Dalaşmaqlarını görən tanışları Taleh, Aydın və Elşən onları aralamış və avtomobilinə tərəf aparmışlar. Neymət avtomobilinə oturub özü idarə edərək getmişdir. Neymət ona vurduğu zaman əynindəki paltarlar palçığa bulaşmışdı, ona görə evə gedib paltarını dəymiş və sonra yenidən həmin yerə qayıtmışdır. Hadisə yerində demişdir ki, Neyməti dəmir parçası ilə vurub, amma harasına və necə dəydiyini dəqiq bilmir. Neyməti vuranda istifadə etdiyi dəmir parçasını evə gedərkən yolda atmış və sonra görməmişdir. Onların mübahisəsi 4-5 dəqiqə davam etmişdir. Həmin vaxt yaxınlıqda tanışlarından başqa heç kim olmamışdır. Tanışları hadisənin onun dediyi kimi olduğunu təsdiq edə bilərlər, elə Neymət özü də təsdiq edir. Dalaşmadan sonra həyəcanlı və əsəbi olduğuna görə Elşənin xahişi ilə işlədiyi “Man” markalı avtomobili idarə edib parklamaya qoymuşdur. Həmin gecə Neymət aldığı xəsarətlər ilə X7 aparılmışdər. Hadisədən sonra növbəti gün könüllü olaraq Binəqədi rayon polis idarəsinə gəlib özünü təqdim etmiş və Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə məlumat vermişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, məqsədi Neməti vurmaq yox, qorxutmaq olub. Üzərində bıçaq olmayıb. Törətdiyi əməldən peşmandır, zərər çəkmiş şəxs ilə aralarında barışıq əldə edilib. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə aralarında barışıq əldə etdiklərini, zərər çəkmiş şəxsin heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, peşəsi sürücüdür, yük avtomobillərində sürücü kimi işləməklə dolanışıq üçün qazanır. Son vaxtlar idarə etdiyi “MAN” markalı TİR icazəsi olan yük avtomobilində işləyir, avtomobili etibarnamə əsasında idarə edir. 14 fevral 2025-ci il tarixdə saat 22 radələrində Binəqədi rayonu ərazisində olduğu zaman istifadəsində olan ***-***-**-** mobil nömrədən sürücülükllə məşğul olan tanışı Şahid2 ***-***-**-** mobil nömrəsinə zəng vurmuşdur. Telefonla danışdıqları zaman ona məlum olmuşdur ki, Elşən tək deyil, tanışlardan Nicat və daha kimsə yanındadırlar. Təqsirləndirilən şəxs uşaqlığından tanıyır, Nicat ondan kiçikdir, aralarında on yaş fərq vardır. Əvvəllər Nicatla aralarında heç bir ədavət, narazılıq, düşmənçilik olmamış, münasibətləri normal olmuşdur. Nicat da sürüdüklə məşğul olur, “Man” markalı yük avtomobilində işləyir. O, Elşənlə telefonla danışan zaman birdən Nicatın nalayiq söyüşlər söydüyünü eşitmişdir. Nicatın səsinin eşidəndə Elşənlə danışığının elə bir məqamında söyüş söymüşdür ki, söyüşü ona aid etdiyini başa düşmüşdür. Nicatın onu söyməsindən əsəsləşmiş, Elşənə “Nicat kimi söyür, ver telefonu ona, görüm məni niyə söyür” demişdir. Elşən əvvəl telefonu vermədən ona demişdir ki, Nicat başqa tanışı ilə danışır, bir biri ilə zarafatlaşıb söyürlər. O isə elə bilmişdir ki, bu vəziyyətdə Nicat onun Elşənlə danışığını eidib onu söyür, ona görə də təkid etmişdir ki, telefonu “sən nə üçün məni söyürsən, bu nə deməkdir?” demişdir. Nicat ona cavabında kobud şəkildə “mənim kiminlə nə danışdığımın sənə aidiyyəti yoxdur, heç kimə aidiyyəti yoxdur, özüm bilərəm kimi söyərəm, kiminlə necə danışaram”. O isə “sənin kiminlə nə danışmağın mənə heç maraqlı deyil, amma sən məni niyə söyürsən, buna görə cavab verməlisən” demişdir. Nicatın danışığından sərxoş olduğunu hiss etmiş, onun hərəkətlərindən çox bərk əsəbləşmiş, həmin vəziyyətdə məndən on il kiçik olan Nicatın onunla birlikdə olan başqa şəxslərin yanından onu nalayiq ifadələrlə söyməsinə dözə bilməzdi. Ona görə də Nicatdan harada olduğunu soruşmuş, Nicat Binəqədi qəsəbəsində ot bazarı dairəsi yaxınlığında olduğunu deyəndə, tələb etmişdir ki, orada gözləsin və gözləməyənin ünvanına nalayiq söyüb demişdir “gözlə məni, gəlirəm görüm nə demək istəyirsən” demişdir. Nicat da gözləməyəni də, gəlməyəni də söyüb “gəl görüm nə istəyirsən, nə etmişəm sənə” demişdir. O, idarə etdiyi MAN markalı yüklü avtomobilini sürüb “Gənclər şəhərciyi” məhəlləsinə getmiş, saat 22:30 radələrində ot bazarı dairəsinə yaxınlaşmış, avtomobilini yolun kənarında parklayıb düşmüş və həmin yerdə olan avtotəmir sexinin yanında Nicatı görüb əsəbi halda yaxınlaşmışdır. Həmin vaxt Nicatdan aralıda iki-üç nəfər qalmışdır. O, Nicata yaxınlaşan kimi əsəblərini saxlaya bilməyib söymüş və sifətinə yumruq zərbəsi atmış, amma zərbə Nicatı tutmamışdır. Nicat da üstünə gəlib vurmaq istəyəndə təpiklə qabağını almış və onlar tutaşmışlar. O, Nicatı üstələyib yerə yıxmış, yıxıldıqları vəziyyətdə Nicatın əlində bıçaq olduğunu görmüş və həmin bıçaqla onun bel nahiyəsinə zərbə vurmuşdur. O, Nicatın sinə nahiyəsinə bir-iki yumruq zərbəsi vurub bıçağı almaq istəmiş, amma ala bilməmişdir. Bundan sonra Nicatın üstündən qalxanda kənarda dayanmış təkər ustası işləyən Şahid3, arvadının dayısı oğlu olan Şahid1, bir müddət əvvəl telefonla mənimlə danışmış Şahid2 yaxınlaşmış və onları ayırmışlar. Tanışlar onları ayıran zaman nə o, nə Nicat müqavimət göstərməmişlər, etiraz etməmişlər, ancaq bir birinə narazılıqlarını demişlər. Onun Nicatdan narazılığı onu nalayiq söyməsinə görə olmuş, Nicat isə telefonda dediyi kimi, dalaşdıqları yerdə də axıra kimi onu söymədiyini, hansısa dostu ilə danışıb zarafat etdiyini,danışığının ona aid olmadığını demiş, o isə Nicata inana bilməmişdir. Onları ayıran Elşən də Nicatın dediyini təsdiq etmiş, amma fikirləşmişdir ki, dalaşmanın olmaması üçün Elşən belə deyir. O, Nicata yaxınlaşandan sonra dalaşma bir neçə dəqiqə davam etmiş, yəni 4-5 dəqiqədən artıq olmamışdır. O, avtomobilinə oturub oradan uzaqlaşmış, avtomobilə oturana qədər ciddi xəsarət almasını fikirləşməmiş, çünki xəsarəti hələ ona çox təsir etməmişdir. Yükü boşaldıb evə getmək istəmiş, həmin vəziyyətdə yolunun üstündəki birinci svetofora çatanda hiss etmişdir ki, halı pisləşir, nəfəs almaq çətinləşir və gedə bilmir. Məcbur olub avtomobili yolun kənarında saxlayıb sürücü yoldaşı Yusifə zəng vurmuşdur ki, yanma köməyə gəlsin. Bundan sonra Yusif gəlib onu evə aparmış, evdə paltarını dəyişəndə görmüşdür ki, bədənindən qan axır, oradan təcili tibbi yardıma məlumat vermiş və onu Bakı şəhəri KTM-ə gətirmişlər. Həkimlər onu müayinə edəndən sonra bədəninə batmış iki bıçaq xəsarəti olduğunu bildirmişlər, dərhal cərrahiyyə əməliyyatına götürmüşlər. Sonradan məlum olmuşdur ki, bıçaq zərbələrindən biri qarın boşluğuna keçib bağırsaqlarını zədələmiş, vaxtında xəstəxanaya çatmasaydı həyatına təhlükə yaranacaqdı. 14 fevral 2025-ci il tarixdə aralarında baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs ona bıçaqla yetirdiyi xəsarətlərlə əlaqədar X7 tibbi yardım üçün müraciət etmiş, xəstəxanada olan zaman Nicatın valideynləri onun halı, müalicəsi və ehtiyacları ilə maraqlanmaq üçün oraya gəlmişlər. Nicat valideynləri vasitəsilə onunla əlaqə saxlamış, hadisədə xəsarət aldığına görə peşmançılıq bildirmişlər. Daha sonra Nicat özü də onunla görüşüb üzrxahlıq etmiş və barışıq təklif etmişdir. O, Nicatla barışmış, sonuncuya qarşı kin saxlamır, heab edir ki, hər ikisi tərəfdən baş verənlərə səbəb olan hərəkətlərə yol verilmişdir, qonşudurlar, bir birini yaxından tanıyır və həmişə yaxşı münasibətlərdə olmuşlar, ona görə də ziddiyyəti davam etdirməyə lüzum yoxdur. Nicatla barışığını təsdiq etmək üçün şikayətinin və tələbinin olmaması barədə yazılı ərizəsini notariat qaydasında təsdiq etdirmiş və ərizəni istintaqa təqdim etmişdir. Odur ki, barışığının və bu barədə ərizəsinin nəzərə alınmasını xahiş edir. Hadisə yerində Təqsirləndirilən şəxs yaxınlaşan zaman əlində bıçağı əvvəldən görməmiş, hər halda görsəydi özünü daha yaxşı müdafiə edərdi, bədəninə bıçaqla xəsarət yetirilməsinə imkan verməzdi. Onlar əvvəl qısa mübahisə edib tutaşmışlar və dərhal yerə yıxılmışlar, yıxılanda Nicat onun altında qalmış və həmin qarışıqlıqda Nicat onu bıçaqla vurmuşdur. Artıq Nicatdan ayrılandan sonra bədənində qan olduğunu görəndə bıçaqla yaralandığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə yaşıddır, uşaqlıq dostlarıdırlar. Eyni zamanda Neymət onun arvadı Sevinc Ağayevanın dayısı oğlu kimi qohumudur, normal münasibətləri vardır. Təqsirləndirilən şəxs ilə bir məhəllədə yaşayırlar, bir-birini tanıyırlar, aralarında səmimi münasibətlər, ailəvi gediş-gəliş vardır, eyni zamanda hər ikisi yük avtomobillərində sürücü işləyir. Qohumu Zərərçəkmiş şəxs və qonşusu Təqsirləndirilən şəxs öz aralarında da normal münasibətlərdə olmuşlar, son hadisəyədək onların arasında hər hansı narazılığın şahidi olmamış və belə hallar barədə eşitməmişdir. Belə ki, 14 fevral 2025-ci il tarixdə saat 18:00 radələrində Binəqədi qəsəbəsində “Gənclər şəhərciyi”ndə ot bazarı yolu üstündəki dairənin yaxınlığında Nicat idarə etdiyi “Man” markalı avtomobili parklayandan sonra avtomobildə iki nəfər yemək yemiş, araq və pivə içmişlər. Yeməyi yekunlaşdırandan sonra avtomobildən düşmüşlər. Saat 21:30 radələrində Nicat həmin ərazidə tanışları Şahid3 minik avtomobilinə əyləşib çıxıb getmişlər, bir müddət sonra yenidən həmin əraziyə gəlib dayanmışlar, Şahid2 da onlarla avtomobildə oturmuşdur. Bir qədər sonra isə Təqsirləndirilən şəxs avtomobildən düşüb yoldakı dairəyə tərəf gedib orada dayanmışdır. Elşən və Taleh isə aralanıb ona tərəf gəlmişlər. Saat 22:30 radələrində qohumu Zərərçəkmiş şəxs idarə etdiyi “Man” markalı yük avtomobilində həmin əraziyə gələrək, avtomobili yolun kənarında saxlayıb düşəndən sonra orada tək dayanmış Təqsirləndirilən şəxs yaxınlaşmışdır. O vaxta qədər sonuncular arasında narazılıq yaranması barədə məlumatı olmamış, artıq sonradan tanışlarından eşitmişdir ki, onlar Talehin avtomobilində olduqları zaman Nicat ***-***-**-** nömrəli mobil telefonundan WhatsApp proqramı ilə görüntülü olaraq tanışı Yusifə zəng etmiş və aralarında olan zarafatcıl münasibətlərlə söhbət əsnasında bir birinin ünvanına söyüşlər söyməklə danışmışlar. Təsadüfən həmin vaxt Neymət də avtomobildə olan Şahid2 zəng vurmuş, onlar öz aralarında danışan zaman Neymət avtomobildə danışan Nicatın səsini eşidib sonuncunun onu söydüyünü hesab etmiş, bu səbəbdən Elşəndən tələb etmişdir ki, telefonunu Nicata verib onları danışdırsın. Elşən telefonu Nicata verəndən sonra Neymət ilə Nicat arasında söyüşlü mübahisə olmuş, Neymət görüşdən qaçan barəsində söyüş qoyaraq Nicatdan tələb etmişdir ki, olduğu yeri desin və onu gözləsin, Nicat da şərti qəbul edərək Biləcəri qəsəbəsində “Gənclər şəhərciyi” məhəlləsində ot bazarı dairəsində gözləyəcəyini bildirmişdir. Beləliklə, hadisə yerində bu narazılığı bilmədiyinə görə Neymətin gəlib Nicata yaxınlaşmasına əhəmiyyət verməmişdir. Həmin vaxt başı telefona qarışmış, birdən yaxınlıqdakı Taleh və Elşənin narahat şəkildə “Nicat, Neymət” adlarını çəkmələrini eşitmiş və başını qaldıranda görmüşdür ki, yolun kənarında Neymət və Nicat dalaşırlar. O, Elşən və Taleh demək olar ki, eyni vaxtda, özü sonuncu olmaqla dalaşanların yanma çatmışlar. O, görmüşdür ki, Nicat yerə yıxılmış vəziyyətdə, Neymət isə üstündə olaraq əlbəyaxa olub dalaşırlar. Hamıdan tez çatan Taleh Neməti qaldırıb aralamaq istəmiş, amma bacarmamış, o da müdaxilə edib Neymətin yaxasından möhkəm tutub özünü də məzəmmət edərək ayrılmasını, sakitləşməsini tələb etmişdir. Neymət əsəbi və aqressiv vəziyyətdə olsa da, onların müdaxiləsindən sonra qalxıb aralanmışdır. O, Neyməti tez avtomobilinin yanına aparıb demişdir ki, çıxıb getsin. Neymət avtomobilə oturub işə salaraq sürüb getmişdir. Bundan sonra Nicatı da dalaşmaya görə danlamışdır. Nicat əynində olan paltarlar palçığa bulaşdığı üçün yaşadığı evə getmiş və üstünü dəyişəndən sonra gəlib Şahid2 köməyi ilə avtomobilini saxladığı yerdən aparmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Nicatda bıçaq olmasını bilməyib. Nemətin xəsarət almasını bir gün sonra anasından öyrənib. Nemətdə qan izləri görməyib. Nicatın üzərində bıçaq görməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, hər ikisi ilə səmimi münasibətləri vardır. Onlar böyük tonnajlı yük avtomobillərində sürücü işləyirlər. Özü də sürücülüklə məşğul olur, ona görə Neymət və Nicatla ünsiyyəti alınır. Tanıdığı müddətdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs də öz aralarında da normal münasibətlərdə olmuşlar, əvvəllər onların arasında hər hansı narazılığın olması barədə eşitməmiş, münaqişələrinin şahidi olmamışdır. Hadisənin mahiyyəti üzrə bildirir ki, 14 fevral 2025-ci il tarixdə axşam saatlarında Binəqədi qəsəbəsində “Gənclər şəhərciyi” adlanan məhəllədə ot bazarı yolu üstündəki dairənin yaxınlığında rastlaşdığı tanışları Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3la oradan-buradan danışmışlar. Nicat və Aydın daha əvvəl yemək yeyib içki içmişlər, amma özlərini tam idarə edə biləcək halda olmuşlar. Nicatın idarə etdiyi yük avtomobili də kənarda parklanıb saxlanılmışdır. Təxminən saat 21:30-22:00 arasında tanışı Yusif ilə telefon əlaqəsi yaradıb WhatsApp proqramı ilə görüntülü danışmışdır. Nicat və Yusifin arasında kobud söyüşlü zarafatlar olduğunu bilirlər, bu dəfə də danışıqda bir birini söymüşlər. Nicat tanışı ilə danışan vaxtda Neymət ona zəng vurmuş və onlar danışmağa başlamışlar. Həmin vaxt o da, Nicat da eyni avtomobildə olduqlarına görə onlarla telefonda danışanlar səsləri eşitmişlər. Taleh də avtomobilində oturduğu sürücü yerindən baş verənləri görmüş və eşitmişdir. Onlar danışan zaman Neymət telefonda Nicatın söyüşlərini eşidib birdən əsəbi halda ondan soruşmuşdur ki, - “o kimdir, məni niyə söyür, ver telefonu ona, görüm nə istəyir?” və Nicatın ünvanına nalayiq söymüşdür. O, demişdir ki, Nicat tanışı ilə telefonla danışır, onların söyüş zarafatları vardır. Neymət isə onun sözünə inanmamış, elə hesab etmişdir ki, Nicat doğurdan da onu söyür, o isə Nicatın hərəkətini gizlətmək üçün belə deyir. Neymət ondan qəti şəkildə tələb etmişdir ki, telefonu Nicata versin. Nicat özü də danışıqdan hiss etmişdir ki, onunla bağlı danışırlar. O, telefonu Nicata vermiş, Neymət dərhal təhqirlə Nicatdan soruşmuşdur ki, nə üçün söyür, Nicat isə Neyməti söymədiyini başa salmaq istəmiş, bundan sonra onlar anlaşa bilməmişlər və qarşılıqlı olaraq bir birini söymüşlər. Telefon danışığı zamanı Neymət harada olduqlarını soruşmuş, Nicat olduqları yeri demiş və Neymət söyərək Nicata demişdir ki, gəlişini gözləsin, Nicat da eyni tərzdə cavab verib demişdir ki, gözləyəcək, gəlsin. Bundan sonra Nicat avtomobildən düşüb onlardan aralanaraq yolun kənarında gözləmişdir. O, Talehlə avtomobildən düşüb kənarda olan Şahid1 tərəf getmişlər. Saat 22:30 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “Man” markalı yük avtomobilində həmin əraziyə gələrək avtomobili yolun kənarında saxlayıb düşəndən sonra orada tək dayanmış Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Həmin vaxt dalaşacaqlarını gözləməmiş, hesab etmişdir ki, danışıb bir birini anlayacaqlar və mübahisə bitər. Amma gözlənilmədən Neymət və Nicat arasında dalaşma başlanmışdır. Belə ki, Neymət yaxınlaşan kimi söyüşlə Nicata hücum edib təpik zərbəsi vurmuş, onlar tutaşmışlar və Nicat yerə yıxılmış, Neymət isə onun üstünə oturub vurmağa başlamışdır. Onlar vəziyyəti belə görüb ayırmaq üçün dalaşanların yanına qaçmışlar. Birinci yaxınlaşan Taleh olmuş və Neyməti Nicatın üstündən çəkməyə başlamış, amma öhdəsindən gələ bilməmişdir. Sonra o və Aydın yaxınlaşmışlar, Aydın Neymətin yaxasından tutub kənara çəkmiş və Nicatın üstündən aralamışdır. Sonra Neymət narazı şəkildə Nicatı söyə-söyə avtomobilinə oturub işə salmış və sürüb getmişdir. Bundan sonra Nicat əynində olan paltarlar palçığa bulaşdığı üçün yaşadığı evə getmiş və üstünü dəyişəndən sonra həmin yerə gəldi və orada parkladığı avtomobili dayanacağadək idarə etməyi ondan xahiş etmişdir, o da avtomobilə oturub sürərək Nicatla birlikdə sonuncunun dediyi yerdə saxlamışdır. Həmin gecə xəbər almışlar ki, Neymət aldığı bıçaq yaraları ilə Bakı şəhər X7 aparılmışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Nemət ilə Nicatın arasında həmişə zarafatlaşmalar olub. Nemət içkili olmayıb. Sonuncu təxminən 1 saat sonra gəlib. Nicatın maşınında bıçaq saxlamasından xəbəri yoxdur. Sonuncunun üzərində bıçaq olmasını bilmir. Nemətin üzərində qan izləri görməyib. Nicatın Neməti bıçaq ilə vurmasını görməyib. Nemətin sürdüyü maşının sahibi ona zəng edərək sonuncunun bıçaq ilə vurulduğunu deyib. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onların hər biri ilə münasibəti yaxşıdır. Nicat da, Neymət də yük avtomobillərində sürücü kimi işləməklə dolanırlar. Özü də sürücüdür, eyni zamanda təmir işləri ilə məşğul olur. Ona məlum olan odur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs öz aralarında da normal münasibətlər olmuş, onların arasında hər hansı narazılığın olması barədə eşitməmiş, münaqişələrini görməmişdir. Hadisənin mahiyyəti üzrə bildirir ki, 14 fevral 2025-ci il tarixdə axşam saatlarında Binəqədi qəsəbəsində “Gənclər şəhərciyi” adlanan məhəllədə ot bazarı yolu üstündəki dairənin yaxınlığında olduğu zaman tanışları Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 rastlaşdım, onların üçü də yük avtomobillərində sürücülüklə məşğul olurlar. Nicat oraya özünün idarə etdiyi “Man” markalı yük avtomobili ilə gəlmiş, avtomobili yoldan kənarda parklayıb saxlamışdır.Təxminən saat 21:30 radələrində Nicat və Elşən onun avtomobilinə oturmuşlar, Aydın isə onlarda aralıda olmuşdur. Avtomobilində olduğu zaman Nicat WhatsApp proqramında tanışı Yusif ilə əlaqə yaradıb görüntülü danışmağa başlamış, danışıqlar zamanı Nicat və Yusif öz aralarında nalayiq söyüşlər söymüş və zarafatlaşmışlar. Onların arasında kobud söyüşlü zarafatlar olduğunu bilir, bu dəfə də həmişəki kimi söyüşlə elə zarafatlaşmışlar ki, kənardan müşahidə edən tanımayan şəxsə ciddi münaqişə kimi görünə bilərdi. Nicat tanışı ilə danışan vaxtda avtomobildə onların yanında olan Elşənin telefonuna Neymət zəng vurmuş və danışmağa başlamışlar.Neymət zəng vurduğu Elşənlə danışan zaman telefonda Nicatın söyüşlərini eşidib sonuncunun öz ünvanına söydüyünü zənn etmiş və əsəbləşmişdir. O, bir də görmüşdür ki, Elşən danışdığı Neymətə izah etməyə çalışır ki, Nicat telefonda başqa bir şəxslə danışır və danışdığı şəxsi söyür. Amma Nicat nə qədər çalışmışsa Neyməti inandıra bilməmişdir ki, Nicatın söyüşü başqasına ünvanlanıb, bundan sonra Neymətin təkidi ilə telefonu Nicata vermişdir. Neymət və Nicat bir biri ilə danışanda Nicat da demişdir ki, tanışı ilə danışmış, sözlərinin Neymətə aidiyyəti olmayıb, amma Neymət dediklərini qəbul etməmiş və harada olduğunu soruşmuşdur. Nicat olduqları yeri demiş və Neymət gözləməyəni söyərək Nicata demişdir ki, onun gəlişini gözləsin. Nicat etiraz etməmiş, eyni söyüşlə cavab verib demişdir ki, gözləyəcək, Neymətdəıı qaçmasına səbəb yoxdur. Bundan sonra Nicat onun avtomobilindən düşüb bir az aralanmış və yolun kənarında gözləməyə başlamışdır.Ondan sonra o da Elşənlə avtomobildən düşmüş,bir qədər aralıda olan Şahid1 tərəf getmişlər. Saat 22:30 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “Man” markalı yük avtomobilini idarə edərək həmin əraziyə gəlmiş və avtomobili yolun kənarında saxlayıb düşəndən sonra orada tək dayanmış Təqsirləndirilən şəxs yaxmlaşmışdır.Neymət yaxınlaşan kimi söyüşlə Nicatın üstünə gedib təpiklə qarnına tərəf zərbə vurmuş, onlar tutaşmışlar və Nicat yerə yıxılmışdır.Neymət yıxılmış Nicatın üstünə oturub yumruqlamağa başlamışdır. Onlar vəziyyəti belə görüb ayırmaq üçün qaçmışlar, birinci yaxınlaşan özü olmuş və Neyməti Nicatın üstündən çəkməyə başlamış, amma öhdəsindən gələ bilməmiş, sonra yaxınlaşan Aydın kömək etmiş və Neymətin yaxasında tutub kənara çəkmiş, Nicatın üstündən aralamışdır.Neyməti aralayandan sonra sonuncunu orada saxladığı avtomobilinə aparmışdır. Nicatı narazı şəkildə deyinə-deyinə avtomobilinə oturmuş və sürüb getmişdir. Neymət aralanıb gedəndə Nicat demişdir ki,dalaşma zamanı Neymətin altından çıxmaq istəyəndə cibindəki bıçaqla Neymətin bədəninə bir neçə zərbə vurmuşdur, Neymətin necə yaralandığından narahat olduğunu bildirmişdir.Neymət bulaşmış paltarlarını dəyişərək, yenidən həmin yerə gəlmişdir. Nicatın xahişi ilə Elşən avtomobilini sürərək oradan getmişlər. Bir müddət sonra xəbər gəlmişdir ki, Neymət aldığı bıçaq yaraları ilə Bakı şəhər X7 aparılmışdır. Hadisə yerində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs dalaşmasında iştirak etməmiş, heç kimi müdafiə etməmiş, heç kimə hücum etməmiş, sadəcə ayırmaqda iştirak etmişdir. Dalaşanlar tərəfindən ona müqavimət və ya hər hansı fiziki təsir göstərilməmiş, xəsarət almamışdır. Təqsirləndirilən şəxs dalaşmada Zərərçəkmiş şəxs dalaşması hava qaranlıq olduğundan və dalaşmaya başlayanda aralıda olduqlarına görə onların hərəkətlərini dəqiqliklə görə bilməmiş, yaxmalaşanda artıq Nicat yerə yıxılmış və Neymət onun üstünə çöküb vurmuş, Nicat isə yıxıldığı vəziyyətdə müqavimət göstərmişdir. Nicatın əlində bıçağı görmədim, onun Neyməti bıçaqla vurdu məqamı da görə bilməmişəm. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan 5 dəqiqə ərzində davam edərək başa çatmış, hadisə vaxtı orada o, Aydın və Elşən olmuşlar. Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 14 aprel 2025-ci il tarixli 495№-li rəyinə əsasən, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-döş boşluğuna nüfuz edərək pnevmotoraksla müşaiyət olunan döş qəfəsinin arxa səthinin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən döş boşluğuna nüfuz edərək pnevmotoraksla müşayiət olunan döş qəfəsinin arxa səthinin 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi-kriminalistik ekspertizasının 19 mart 2025- ci il tarixli 63/2025-MTKŞ №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə və maykanın arxa hissəsində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilərdi. Gödəkçənin arxa hissəsində solda 01 (bir) ədəd kəsilmiş zədə aşkar edildi. Bu zədə iti kəsici kənarı olan əşyanın (predmetin) təsirindən əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının 19 mart 2025-ci il tarixli 107/2025-TBŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1) / şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka və papaqlı uzunqol gödəkçə üzərində qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan Məhkəmə-psixatrik və psixoloji kompleks ambulator ekspertizasının 24 aprel 2025-ci il tarixli 1271№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altıma düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli-imkanlarında dəyişiklik yaranmamış, öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosionallıq, kobudluq, mübahisəyə meyillilik kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixo-emosional vəziyyətdə olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs üzərində bıçaq olmadığını, həmçinin şahidlər Şahid1 və Şahid2 təqsirləndirilən şəxsin üzərində bıçaq görmədiklərini bildirsələr də, cinayət işinin materiallarında olan müvafiq ekspert rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, həmçinin təqsirləndirilən şəxs özünün məhkəmə iclasında verdiyi ifadəsində zərər çəkmiş şəxsə bir ədəd dəmir predmetlə zərbələr endirdiyini və həmin predmetin sonuncunun bədəninə batdığını hiss etdiyi bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 01 mart 2025-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını, polis orqanlarına könüllü gedib təqsirini boynuna almasını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59cü maddəsinə əsasən sonuncunun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinə gedərək hadisə barədə məlumat vermişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi cinayəti etiraf edərək səmimi peşman olmasını, polis orqanlarına könüllü gedib təqsirini boynuna almasını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq olunaraq, azadlıqdan məhrum etmə növündə təyin olunan cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-125/2025 saylı, 17 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(001)-261/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdən hazırki hökmün elan olunduğu tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndində qeyd edilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə müsadirə edilməli hər hansı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, cinayət işi üzrə üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus üzırində bıçaq zədələri olan 01 (bir) ədəd boz rəngli kişi maykası və 01 (bir) ədəd qara rəngli kişi gödəkçəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Fides» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İşi üzrə üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus üzırində bıçaq zədələri olan 01 (bir) ədəd boz rəngli kişi maykası və 01 (bir) ədəd qara rəngli kişi gödəkçəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 18 (on səkkiz) iş saatı üçün 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Fides» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1468/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1468/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver