Məhkəmə qərarları › İş №1(101)-1469/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1469/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1469/2024 11.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X8 Vladislavovnanın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı ildə Astara rayonunun Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən “Cəmşid” adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və “Cəmşid” adlı şəxsin təyin etdiyi dəqiq məlum olmayan yerdən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, təmiz çəkisi 3165 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini «Cəmşid» adlı şəxsin ona sonradan deyəcəyi ünvana çatdırıb yerləşdirməklə istintaqa məlum olmayan digər şəxslərə satmaq niyyəti ilə əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilmiş, RPİ-də onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 95 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq xx.xx.2023-cü il tarixdə kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı evin həyətində döşəmədə daş piltələrin altında gizlətdiyi bir ədəd sellofan bükümdə təmiz çəkisi 3070 qram olmaqla külli miqdarda narkotik vasitə heroin və üzərində heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs (Azərbaycan dilində sərbəst ifadə verərək) ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, 08 may 2023-cü il tarixdə saat 10:30-da maşına yanacaq vurmaq üçün yanacaq doldurma məntəqəsində olarkən, iki maşın onun yanında saxlamış və ona Mişa deyə müraciət edirək, ona yaxınlaşmışlar. Sonra isə onu maşınla yaşadığı evə aparmışlar, həmin evdə isə axtarış aparsalar da, heç nə tapmamışlar. O, isə onlara bildirmişdir ki, əgər o, narkotik vasitə saxlasaydı gizli yerdə saxlayardı. Sonra isə təzədən onu bölməyə aparmışlar, növbəti gün onu yenidən həmin evə gətirib, onara əvvəlcədən göstərdiyi evin həyətindəki gizli yerdən bir paket mal çıxarmışlar və tərəzi də həmin paketin içərisində olmuşdur. Sonra onun telefonu ilə İranlıya zəng vuraraq ona İranlı ilə danışmasını, danışmayacağı təqdirdə isə bacını da ona qoşacaqlarını bildirmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2000-ci ildən, 2012ci ilədək Rusiyada yaşamış və maşın alveri ilə məşqul olmuşdur. Polis əməkdaşları ona bildirmişdir ki, sən Rövşən Lənkəranskinin adamısan və söhbətə gedirsən. O, kriminal aləmə heç vaxt qoşulmamışdır, lakin Rusiyada olanda yerlilərini qorumuş və onlara köməklik göstərmişdir. Əvvəllər narkotikə görə Rusiyada məhkum olunmuşdur. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, tək, kirayədə, Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən fərdi evdə yaşamış, əvvələr Rusiya Federasiyasında olarkən narkotik vasitələrdən istifadə etmiş, lakin uzun müddətdir ki, narkotik vasitə istifadə etmir. Xeyli müddət öncə İran İslam Respublikasında olarkən “Cəmşid” adlı şəxslə tanış olmuş, əlaqə saxlamaları üçün mobil nömrələrini götürmüşlər. O, azərbaycanda olarkən “Cəmşid” adlı şəxs “WhatsApp” proqramı vasitəsi ilə onunla bir neçə dəfə mesajlaşmışdır. xx.xx.2023-cü il tarixdə Cəmşid onunla “WhatsApp” vasitəsi ilə əlaqə saxlayaraq Bakı şəhəri, “Lökbatan" dairəsi adlanan ərazidə yolun kənarından içərisində narkotik vasitə olan sellofan bağlamanı götürməsini və həmin narkotik vasitələri Cəmşidin ona deyəcəyi ərazilərə qoymasını təklif etmiş və bunun müqabilində ona xərclik verəcəyini bildirmişdir. O, Cəmşidlə razılaşaraq yaşadığı ünvan 1 ünvanda ev kirayə edib həmin evdə yaşamışdır. Bakı şəhərində olarkən Cəmşidin onun telefonuna göndərdiyi şəkillər əsasında "Lökbatan” dairəsi ətrafında yolun kənarından, təxminən 3-4 kiloqramlıq, yanında 1 ədəd tərəzidə olan qara rəngli sellofan torbanı tapıb götürmüşdür. Həmin torbadakı bağlamaları kirayə yaşadığı evin həyətində yer qazaraq gizlətmişdir. Cəmşid bildirmişdir ki, ilk öncə torbanın içərisində olan üzərində çəkiləri yazılmış nisbətən kiçik bağlamaları deyəcəyi ünvanlara qoysün. O, Cəmşidin ona göndərdiyi ünvanlara bağlamaları qoyaraq şəkillərini çəkib “WhatsApp” vasitəsi ilə Cəmşidə göndərmiş, bunun müqabilində Cəmşid onun kart hesabına 1000 manat pul köçürmüşdür. xx.xx.2023-cü il tarixdə Cəmşid ona Sabunçu rayonunda yol kənarında yol nişanının şəkilini göndərərək xx.xx.2023-cü il tarixdə həmin yerə bağlama qoymasını istəmişdir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində üzərində 100 rəqəmi yazılmış bağlamanı şalvarının sağ yan cibinə qoyub Cəmşidin göndərdiyi ünvana apararkən mülki geyimli şəxslər ona yaxınlaşaraq Abşeron rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Polis əməkdaşları onu, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra Xırdalan şəhərində yerləşən Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, o dövlət hesabına vəkillə təmin olunmasını istəmişdir. Dəvət olunmuş vəkil Munis Abuzərli ona təqdim edilmiş, o, həmin vəkilə etiraz etməmişdir. Bundan sonra onun razılığı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanılarkən polis əməkdaşları ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməsini istəmişlər. O, şalvarının sağ yan cibindən üzərində 100 rəqəmi yazılmış 1 ədəd sellofan bağlamanı, digər cibindən isə ***-***-**-** nömrə ilə istifadə etdiyi “İphone" markalı mobil telefonunu və kirayə yaşadığı evin açarlarını təqdim etmiş, üzərində başqa heç bir əşyanın olmadığını qeyd etmişdir. Bundan sonra polis əməkdaşları üzərini axtararkən üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Təqdim etdiyi sellofan polis əməkdaşları tərəfindən açıldıqda içərisindən yaş halda qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı bağlamanın içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, pul müqabilində İran İslam Respublikası vətəndaşı Cəmşidin tapşırığı ilə müxtəlif ünvanlara yerləşdirməsi üçün əldə etdiyini bildirmişdir. Bağlama içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, həmin zərf iştirakçılar və onun tərəfindən imzalanmışdır. Cəmşidlə əlaqə saxladığı “İphone” markalı mobil telefonuda götürülmüşdür. Bunlar barəsində protokol tərtib edilmiş, protokolu oxuyaraq doğruluğunu imzası ilə təsdiqləmişdir. Polis əməkdaşları tərəfindən ondan Cəmşidin göndərdiyi bağlamaları harada gizlətməsi soruşulmuş, o, səmimi olaraq kirayə yaşadığı evin həyətində gizlətdiyini bildirmiş və könüllü olaraq yaşadığı evdə axtarış aparılmasına etiraz etməməsi barədə ərizə yazmışdır. Müdafiəçinin iştirakı ilə kirayə yaşadığı ünvan 4 ünvanda yerləşən evdə videoçəkilişdən istifadə edilməklə axtarış aparılmışdır. Axtarış başlamadan öncə ona gizlətdiyi narkotik vasitəni təqdim etməsi təklif edilmiş, o, evin həyətinin döşəməsindəki daş plitələrin altında gizlətdiyi içərisində narkotik vasitə olan sellofan bağlamanı və elektron tərəzini gizlətdiyi yerdən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sellofan bağlama açıldıqda içərisində toz şəkilli, qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi sellofan bağlamanın içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, iran İslam Respublikası vətəndaşı Cəmşidin tapşırığı ilə müxtəlif ünvanlara yerləşdirməsi üçün əldə etdiyim bildirmişdir. Bağlama və elektron tərəzi sellofan torbada qablaşdırılmış, torbanın üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Axtarış zamanı evdən başqa hər hansı narkotik vasitə aşkar edilməmişdir. Hazırda törətdiyi əməldən çox peşmandır. İbtidai araşdırmanın sonrakı mərhələsində isə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsindən çıxarkən 5-6 şəxs onu saxlayaraq öz avtomobillərində kirayə yaşadığı Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən evinə aparmışlar. Evində aparılan axtarış zamanı polis əməkdaşlarına həyətində olan metlağı göstərərək narkotiki olsaydı həmin yerdə gizlədərdi sözlərini demişdir. Polis əməkdaşları onu Abşeron RPİ-yə aparmış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində 5-6 nəfər polis əməkdaşı onu təkrarən kirayə qaldığı evinə gətirmiş, həyətində 1 gün əvvəl polis əməkdaşlarına göstərdiyi metlağın yerini axtarmışlar. O, həmin metlağı qaldırmış, altında olan qara rəngli bükümü polis əməkdaşları götürmüşlər. Polis əməkdaşları onu yenidən Abşeron RPİ-yə gətirmiş, 1 ədəd bükümü ona verərək bildirmişlər ki, həmin bükümü cibinə qoysun, dediklərini etməsə bacılarını polis idarəsinə gətirəcəklər, bacılarına qarşı hörmətsizlik edəcəklər. Həmin vaxt çəkiliş başlanmış, üstünü yoxlayarkən bağlamanı, evinin və avtomobilinin açarlarını üstündən çıxarmışlar. Polis əməkdaşları ona bu kimi psixoloji təsir göstərdikdən sonra məcbur olub videoçəkiliş zamanı demişdir ki, guya üzərindən aşkar edilmiş narkotik ona məxsusdur. Əslində onun həmin narkotikdən heç bir məlumatı olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Məhrrəm Nəhmətovla bağlı narkotik vasitələrin daşınması ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra şəxsin yeri müəyyən edilərək, o, idarəyə dəvət edilmişdir. Xidməti otaqların birində onun üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə aşkar olunmuşdur. Özü də etiraf etmişdir ki, həmin maddəni İnstaqram sosial şəbəkədə tanış olduğu İran vətəndaşından alıb və sonra bildirmişdir ki, evdə də narkotik vasitə var. Bundan sonra evinə də baxış keçirilmiş və həyətyani sahədə, yerə düzülmüş daş piltənin altından narkotik vasitə və elektron tərəzi aşkar olunmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Məhrrəm Nəhmətov saxlanıldığı günün növbəti günü evinə baxış keçirilməsində də iştirak etmişdir. Təhqiqatçı şəxsin ərizəsini aldıqdan sonra evinə baxış keçirmişdir. Evə baxış keçirilməzdən əvvəl onlar həmin evə getməmişlər. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən fərdi evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun və CAŞ-ın baş əməliyyat müvəkkili, Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən kirayə yaşadığı fərdi evin yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs yaxınlaşmış, yerində şəxsiyyətini dəqiqləşdirərək özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və Təqsirləndirilən şəxs Abşeron RPİ-nin inzibati binasına gətirilmişdir. Bu barədə müvafiq araşdırmanın aparılması təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Xəyyam Rüstəmova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs öz istəyinə uyğun şəkildə hüquqlarının Dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra, rayon vəkil bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, həmçinin həmin prosessual hərəkət videoçəkilişlə müşayiət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlini əynindəki qara rəngli idman şalvarının sağ yan cibinə salib 1 ədəd üzərində 100 rəqəmi yazılmış sellofana bükülmüş bağlamanı, digər cibindən isə “İphone-11" markalı mobil telefonunu və açarlarını təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən hər hansı qeyriqanuni əşya aşkar edilməmişdir. Sonra narkotik vasitəyə bənzər kütlə içərisi boş olan ağ zərfə qoyulmuş, DİN-nin 56 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, açar isə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olumuş narkotik vasitəni İran islam Respublikası vətəndaşı “Cəmşid” adlı şəxsin vasitəsi ilə əldə etmiş, saxlanılarkən hər-hansı bir qanuna zidd davranışlara məruz qalmamışdır. Bunlar barəsində protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru tərtib edildiyi üçün hər bir iştirakçı imzası ilə təsdiq etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitə saxlaması müəyyən edildiyindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ərizəsi əsasında kirayə yaşadığı Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən fərdi evdə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış və götürmə keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitəni təqdim etməsi təklif edilmiş, sonuncu könüllü olaraq evin həyətinə döşənmiş daş plitələrin birini qaldıraraq plitənin altına yerləşdirilmiş dəmir gümüşü rəngli qabın içərisindən qara rəngli sellofan bağlamanı və 1 ədəd elektron tərəzini təqdim etmiş, bağlamanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqdim etdiyi bağlamaya baxış keçirilərkən içərisindən böyük ölçüdə təxminən 3 kiloqram çəkidə narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Həmin büküm elektron tərəzi ilə birlikdə qablaşdırılmış, DİN-nin 56 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmin ünvanda keçirilmiş baxış zamanı evdən iş üzrə əhəmiyyət kəsb edən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evin həyətindən aşkar edilmiş narkotik vasitəni İran islam Respublikasının vətəndaşı “Cəmşid” adlı şəxs göndərmiş, həmin narkotik vasitəni “Cəmşid” adlı şəxsin “WhatsApp” vasitəsi ilə göndərdiyi yerlərə qoyması müqabilində pul qazanırmış. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, narkotik vasitələrin daşıvnması və saxlanılması ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat tədbirləri keçirilərək şəxs saxlanılıb, idarəyə gətirilərək müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilib və üzərindən narkotik vasitə aşkar olunub. Sonra isə o, bildirmişdir ki, qalan hissəsi Sabunçu rayonunda kirayədə qaldığı evdədir. Verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Şəxs Sabunçu rayonunda, küçədə yaşadığı ünvanın yaxınlığında saxlanılmış və üzərinə şəxsi axtarış idarədə keçirilmişdir. Evində keçirilən axtarışdı iştirak etmiş, piltənin altında dəmir qabdan elektron tərəzi və narkotik vasitə aşkar olunmuşdur. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd üzərində 100 rəqəmi yazılmış sellofan bağlamanı, İphone markalı mobil telefonu, 2 ədəd açarları çıxardıb təqdim etmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “axtarış aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ərizəsi əsasında Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən fərdi evdə videoçəkilişlə keçirilmiş baxış və götürmə zamanı evin həyətinə döşənmiş daş plitələrdən birini qaldıraraq orada yerləşdirilmiş boru formalı yerdə sellofan bağlamanı və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Evə-mənzilə axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə yeni məzmunda ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd, üzərində ***-***-**-** nömrəsi olan «İphone» markalı mobil telefon aparatına baxış keçirilərkən, telefonun “WhatsApp” proqramında “Rasad Sumqayıt” adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrəsi ilə danışıqların aparılaraq silinməsi, avtomobil yolunun kənarındakı nişanların və səkidəki beton daşın yaşıl zolaqlarla işarələnməsi və 100 manat pulun köçürülməsi barədə şəkillər aşkar edilmişdir. Təqsirləndirilən şəxs mobil telefonundan aşkar edilmiş həmin şəkillərdə konkret olaraq yol nişanının və səkidəki daşın istiqamətverici zolaqlarla yaşıl rəngdə işarələnməsi “Cəmşid” adlı İİR vətəndaşından əldə etdiyi narkotik vasitəni pul qarşılığında sonuncunun göstərişi ilə müxtəlif vaxtlarda müxtəlif yerlərə qoymasını təsdiq etdiyindən baxış zamanı mobil telefondan istintaq əhəmiyyətli 5 fotoşəkil çıxarılaraq protokola əlavə edilmişdir. Məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/708 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd senson ekran və “İOS 16.2” əməliyyat sistemi ilə təhciz olunmuş “İphone 11 Pro” markalı “A2215” modelli “**********92055, **********21411” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “İphone 11 Pro” markalı “A2215” modelli mobil smartfonun yaddaşından “UFED TOUCH 2" markalı qurğu vasitəsilə əldə edilməsi mümkün ola biləcək məlumatlar (zəng jurnalı, kontaktlar, veb 1-ci cild səhifələrə baxış tarixçəsi, elektron poçta dair məlumatlar, “WhatsApp” program təminatında və “instagram” sosial şəbəkəsində aparılmış məlumat mübadiləsi və s.) müəyyən olunmuş. Təqdim edilmiş “iphone 11 Pro” markalı “A2215” modelli mobil smartfonun yaddaşından “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə edilmiş məlumatlara dair hesabatda (Report- Hesabat) pozulmuş məlumatlar müəyyən olunmayıb. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2682 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bağlamada təmiz çəkisi 95 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2707 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “6/2782...9 may 2023-cü il..." sözləri soyad və imzalar qeyd edilmiş MEM-ə məxsus bir ədəd kağız paketdə olan bir ədəd bağlamada təmiz çəkisi 94,95 qram heroin ilə üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd göy rəngli sellofan bağlamada olan bir ədəd qara rəngli bağlamada təmiz çəkisi 3070 qram heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqsirləndirilən şəxs (evdən-mənzildən) aşkar olunaraq götürülmüş qalıq çəkisi 3069,95 qram və 94,9 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4507 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən etmə halları olub, Təqsirləndirilən şəxs müayinə zamanı - narkomaniyə xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığını, üzərinə qoyulduğunu, narkotik vasitəni satmadığını, satmaq fikri (məqsədi) olmadığını, satmaq barədə tapşırıq almadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (evə-mənzilə baxış) keçirilmişdir. Şəxsi axtarışın (evə-mənzilə baxışın) nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq Təcridxanasından və X3 tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına və X9 daxil olarkən müayinəsi zamanı üzərində hər hansı bir xəsarət aşkar olunmadığı müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd, üzərində ***-***-**-** nömrəsi olan «İphone» markalı mobil telefon aparatına baxış keçirilərkən, telefonun “WhatsApp” proqramında “Rasad Sumqayıt” adı ilə qeyd olunmuş +98-***-***-**-** nömrəsi ilə danışıqların aparılaraq silinməsi, avtomobil yolunun kənarındakı nişanların və səkidəki beton daşın yaşıl zolaqlarla işarələnməsi və 100 manat pulun köçürülməsi barədə şəkillər aşkar edilmişdir. Baxış zamanı mobil telefondan istintaq əhəmiyyətli 5 fotoşəkil çıxarılaraq protokola əlavə edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə (evə-mənzilə) qoyulduğu, narkotik vasitəni satmadığı, satmaq fikri (məqsədi) olmadığı, satmaq barədə tapşırıq almadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, elektron tərəzinin aşkar edilməsini, həmçinin təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsində qeyd etdiyi halları, bundan əlavə təqsirləndirilən şəxsin mobil telefondan aşkar olunmuş məlumatları və digər sübutları da nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəni) ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər (Azərbaycan Respublikası ərazisində) məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Sabunçu RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3069,95 qram və 94,9 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ‘‘İphone 11 Pro" markalı bir ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılmalı (verilməli), təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), evəmənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə olunmuş (mobil telefona aid) 01 ədəd optik disk (DVD-R) və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş məlumatları özündə əks etdirən 01 ədəd optik disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabunçu RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 3069,95 qram və 94,9 qram olan narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, ‘‘İphone 11 Pro" markalı bir ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılsın (verilsin), təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), evə-mənzilə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD), məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə olunmuş (mobil telefona aid) 01 ədəd optik disk (DVD-R) və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş məlumatları özündə əks etdirən 01 ədəd optik disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 354 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar