Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-147/2022 28.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə 1982-ci il fevralın 22-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 və 1984-cü il iyunun 24-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs2 və qohumu Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olduqları bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan Mehdi adlı İran İslam Respublikasının vətəndaşından külli miqdarda kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən açıq qəhvəyi rəngli spesifik iyə malik ümumilikdə 291,312 qram təmiz çəkidə narkotik vasitə heroin, ağ rəngli kristallardan ibarət 48,114 qram təmiz çəkidə psixotrop maddə metamfetamin və təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram olan dörd ədəd konvalyutda 40 ədəd qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli dərman preparatını əldə edib həmin narkotik vasitə heroinin 47,307 qramını və 48,114 qram psixotrop maddə metamfetamini yaşadığı, ünvan 1 ünvanından saxlanc yeri kimi istifadə etməklə saxlamış, həmçinin narkotik vasitə heroinin 47,236 qramını satış məqsədi ilə Təqsirləndirilən şəxs1 vermiş, qalan 196,769 qram narkotik vasitə heroini və dörd ədəd konvalyutda 40 ədəd metadon tərkibli dərman preparatını üzərində saxlayaraq daşımış, 2021-ci il martın 30-da saat 03:45-də Bakı-Quba avtomagistralının 34-cü kilometrliyindəki yol kənarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlandıqda gətirildikləri Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında üzərlərində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs2 əynində olan uzunqol qış gödəkcəsinin iç sağ cibindən eynilik təşkil edən bir ədəd bükümdə təmiz çəkisi 196,769 qram narkotik vasitə heroin, dörd ədəd konvalyutda təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə üstündə «F/M40» yazısı həkk olunmuş 40 həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən metadon tərkibli dərman preparatı, Təqsirləndirilən şəxs1 əynində olan uzunqol qış gödəkcəsinin iç sol cibindən bir bükümdə təmiz çəkisi 47,236 qram narkotik vasitə heroin, eləcə də Təqsirləndirilən şəxs2 yaşadığı qeyd olunan ünvandakı evə keçirilən baxış və götürmə vaxtı divanın saxlanc yerindən bir ədəd bükümdə 47,307 qram təmiz çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 48,114 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç zaman göstərilən maddələrin satışı ilə məşğul olmamışdır. Saxlanarkən üzərində narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin olmamışdır. İfadələrini təzyiq altında vermiş, lakin bu haqda heç yerə şikayətlə müraciət etməmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkomaniya xəstəliyinə düçar olsa da heç vaxt həmin maddələrin satışı ilə məşğul olmamışdır. Yaxalanarkən üzərində narkotik vasitə heroin yaxud psixotrop maddə metamfetamin olmamışdır. Ona qarşı tok tətbiq edilib fiziki ağrı verilmişdir. Məruz qaldığı zor barədə heç kimə şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il martın 29da Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin Sumqayıt şəhəri ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün onun rəhbərliyi ilə, baş əməliyyat müvəkkili Şahid2 və xüsusilə mühüm işlər üzrə baş əməliyyət müvəkkili Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır, 2021-ci il martın 30-da saat 03:45-də Bakı-Quba avtomagistralının 34-cü kilometrliyində yerləşən yol nişanı tərəfdə Təqsirləndirilən şəxs2 oxşayan şəxsə yaxınlaşanda sonuncunun yanında bir nəfər başqa şəxs də olmuşdur, onlar özlərini təqdim edib bu vətəndaşların Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqlarını müəyyənləşdirdikdən və sonuncuları əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı ilə tanış etdikdən sonra Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə Təqsirləndirilən şəxs1 ilə birgə idarəyə dəvət etmişlər. Orada xidməti otaqların birində üzərlərində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs2 əynində olan uzunqol qış gödəkcəsinin iç sağ cibindən açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, dörd ədəd konvalyutda üstündə «F/M40» yazısı həkk olunmuş 40 həbdən ibarət qəhvəyi rəngli dairəvi formalı təsiredici maddə olan metadon tərkibli dərmana oxşar preparat, Təqsirləndirilən şəxs1 əynində olan uzunqol qış gödəkcəsinin iç sol cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər maddə, habelə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında keçirilən baxış və götürmə vaxtı divanın saxlanc yerindən bir ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindəki bir ədəd bükümdə narkotik vasitə heroin, konvalyutlarda metadon tərkibli dərman preparatı, evindən aşkarlanan kütlələrdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, bunları onun «Facebook» sosial şəbəkəsində tanış olduğu Mehdi adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə saxlanmamışdan bir neçə saat öncə Sumqayıt şəhəri ərazisində əvvəlcədən qoyulmuş, danışdıqları yerdən götürdüyünü, metadon tərkibli dərman preparatlarını özü qəbul etməkdən ötrü, narkotik vasitə heroini isə həm öz şəxsi istifadəsi, həm də qramını bundan 10 gün əvvəlki qiymətə, yəni 20 manatdan satışını həyata keçirməsi üçün əldə edib üzərində və evində saxladığını, narkotik vasitə heroinin bir hissəsini pay qismində Təqsirləndirilən şəxs1 verməsinə görə sonuncu ilə bərabər qeyd olunan yerə getdiyini söyləmiş, Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. Həmçinin axtarışın davamı olmaqla sonuncunun əynindəki cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon, sağ yan cibindən isə içərisində siqaret dənələri olan bir ədəd siqaret qutusu və bir ədəd alışqan, Təqsirləndirilən şəxs1 əynindəki cins şalvarın sağ cibindən bir ədəd «Samsung» və bir ədəd «Nokia» markalı mobil telefonlar, sağ arxa cibindən isə içərisində siqaret dənələri olan bir ədəd siqaret qutusu və bir ədəd alışqan aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıb idarəyə gətirilərkən və sonradan sonunculara qarşı hər hansı bir formada fiziki və ya psixi təsir göstərilməmişdir. Hadisələr ilə bağlı tərtib edilən protokolların düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. İş üzrə şahid qismində dindirilən hadisələr ərəfəsində polis polkovnik-leytenantları olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında ifadələri elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdikləri ilkin izahatlarda, habelə şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ittiham edildiyi əməlləri tam etiraf etsə, fiziki və mənəvi zorakılığa məruz qalmadıqlarını bildirsələr də sonuncu Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün götürdüyünü, 2021-ci il iyulun 05-də təqsirləndirilən şəxs qismindəki ifadələrində verilən ittihamda onlar özlərini qismən təqsirli bildiklərini, Təqsirləndirilən şəxs2 onun üzərindən və evindən aşkarlanan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, bunların satışı ilə məşğul olmadığını, ona təzyiq tətbiq olunduğunu, Təqsirləndirilən şəxs1 isə Mehdi adlı iranlının Təqsirləndirilən şəxs2 satacağı narkotik vasitə heroindən ona da pay göndərəcəyini göstərmişlər (1-ci cild, iş vərəqi 64-65-67, 80-82, 93-94, 96-98 və 109-110, 2-ci cild, iş vərəqi 11-13 və 23-25). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 29 mart və 2021-ci il 30 mart tarixli raportlardan, 2021-ci il 29 mart tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarından, eyni tarixli Ə87-008-21 №-li əmrindən və 2021-ci il 30 mart tarixli 008-2435- 1221 №-li məktubundan, habelə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 01 aprel tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il martın 30-da saat 03:45-də Bakı-Quba avtomagistralının 34-cü kilometrliyində yol kənarında Təqsirləndirilən şəxs1la birlikdə saxlanıb idarənin binasına gətirilmiş, orada şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 196,769 qram narkotik vasitə heroin və 40 ədəd metadon həbi, Təqsirləndirilən şəxs1 üzərindən 48,114 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən 47,307 qram narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 48,114 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkarlanıb götürülmüş, həmin qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 3-6, 9-10 və 137-138). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 30 mart tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 05:00-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 saat 05:30-da Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 22 və 40). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 30 mart tarixli protokoldan görünür ki, müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə etməklə barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində qanunsuz hər hansı əşyanın olduğu halda təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs2 əynindəki uzunqol qış gödəkcəsinin iç sağ cibindən 40 ədəd metadon həbinə bənzər kütlə olan dərmanı və bir bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, sonuncunun əynində olan cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon, sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkarlanıb götürülmüş, Təqsirləndirilən şəxs1 əynindəki uzunqol qış gödəkcəsinin iç sol cibindən bir bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, sonuncunun əynində olan cins şalvarın qabaq sağ cibindən bir ədəd «Samsung» və bir ədəd «Nokia» markalı mobil telefonlar, arxa sağ cibindən içərisində siqaret dənələri olan siqaret qutusu aşkar edilərək götürülmüş, mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, siqaret qutuları və alışqan müvafiq qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaytarılmış, Təqsirləndirilən şəxs2 40 ədəd metadon həbinin və narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin maddələri «Facebook» sosial şəbəkəsində tanış olduğu Mehdi adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə tutulmamışdan bir neçə saat əvvəl Sumqayıt şəhəri ərazisində əvvəlcədən qoyulmuş yerdən götürdüyünü, metadon həbini öz şəxsi istifadəsi üçün, narkotik vasitə heroini isə həm şəxsi istifadəsi, həm də satış məqsədi ilə aldığını, yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanan narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin maddələri tanışı Təqsirləndirilən şəxs2 əldə etdiyini bildirmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 50-54). İş materiallarındakı 2021-ci il 30 mart tarixli ərizədən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 razılığı ilə videoçəkilişdən istifadə etməklə sonuncunun yaşadığı ünvan 1 ünvanına baxış vaxtı yataq otağının qapısı ilə üzbəüz yerləşən divanın sol hissəsinin altından bir bükümdə psixotrop maddə metamfetaminə və bir bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkarlanmış, sonuncu həmin maddələri «Facebook» sosial şəbəkəsində tanış olduğu Mehdi adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə 10 gün əvvəl Sumqayıt şəhəri ərazisində əvvəlcədən qoyulmuş yerdən götürdüyünü, metadon həbini öz şəxsi istifadəsi üçün, narkotik vasitə heroini isə həm şəxsi istifadəsi, həm də satış məqsədi ilə aldığını, narkotik vasitə aludəçisi olduğunu, polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 55 və 57-58). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 30 mart tarixli 6/1252 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı təqdim etdiyi 40 ədəd «Metadon 40» həbinə bənzər, 1 büküm narkotik vasitə heroinə bənzər və digər şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi 1 büküm heroinə bənzər kütlə» yazısı olan paketdəki iki ədəd bükümdə təmiz çəkisi 196,769 qram və 47,236 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində «Methadone 40» qeyd olunmuş dörd ədəd konvalyutdakı ümumi 40 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatı olmaqla metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edir (konvalyutun üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), üzərində «Mənzilə baxış zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 büküm narkotik vasitə heroinə bənzər və 1 büküm psixotrop maddə metamfetaminə bənzər kütlələr» yazısı olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 47,307 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 48,114 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, Təqsirləndirilən şəxs2 üzərindən və mənzildən aşkar edilərək götürülməklə ümumi təmiz çəkisi 244,076 qram təşkil edən narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş təmiz çəkisi 47,236 qram olan narkotik vasitə heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş metadon tərkibli həblər təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidir, Təqsirləndirilən şəxs2 aşkarlanan narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadonun təqdiqatdan sonrakı qalıqları müvafiq qaydada 243,876 qram, 48,014 qram və 36 həb, Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə heroinin təqdiqatdan sonrakı qalığı 47,136 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 71-75). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 31 mart tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 83-84 və 99-100). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 31 mart tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əvvəli 2021-ci il martın 30-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 123-128). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi tərtib etdiyi 2021-ci il 01 aprel tarixli protokollardan görünür ki, müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə görüntülərini əks etdirən bir ədəd DVD-R diskinə baxış zamanı sonunculara üzərlərində qanunsuz hər hansı əşyanın olduğu halda təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs2 əynindəki uzunqol qış gödəkcəsinin iç sağ cibindən 40 ədəd metadon həbinə bənzər kütlə olan dərmanı və bir bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etməsi, sonuncunun əynində olan cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonun, sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusunun və bir ədəd alışqanın aşkarlanıb götürülməsi, Təqsirləndirilən şəxs1 əynindəki uzunqol qış gödəkcəsinin iç sol cibindən bir bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etməsi, sonuncunun əynində olan cins şalvarın qabaq sağ cibindən bir ədəd «Samsung» və bir ədəd «Nokia» markalı mobil telefonların, arxa sağ cibindən içərisində siqaret dənələri olan siqaret qutusunun aşkar edilərək götürülməsi, mobil telefonların iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülməklə siqaret qutuları və alışqan müvafiq qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaytarılması, Təqsirləndirilən şəxs2 40 ədəd metadon həbinin və narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin maddələri «Facebook» sosial şəbəkəsində tanış olduğu Mehdi adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə tutulmamışdan bir neçə saat əvvəl Sumqayıt şəhəri ərazisində əvvəlcədən qoyulmuş yerdən götürdüyünü, metadon həbini öz şəxsi istifadəsi üçün, narkotik vasitə heroini isə həm şəxsi istifadəsi, həm də satış məqsədi ilə aldığını, yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanan narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin maddəni tanışı Təqsirləndirilən şəxs2 əldə etdiyini bildirmələri müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 147-148). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi tərtib etdiyi 2021-ci il 01 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 razılığı ilə videoçəkilişdən istifadə etməklə sonuncunun yaşadığı ünvan 1 ünvanına baxış görüntülərini əks etdirən DVD-R diskinə baxış zamanı yataq otağının qapısı ilə üzbəüz yerləşən divanın sol hissəsinin altından bir bükümdə psixotrop maddə metamfetaminə və bir bükümdə narkotik vasitə heroinə bənzər kütlələrin aşkarlanması, sonuncunun həmin maddələri «Facebook» sosial şəbəkəsində tanış olduğu Mehdi adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə 10 gün əvvəl Sumqayıt şəhəri ərazisində əvvəlcədən qoyulmuş yerdən götürdüyünü, metadon həbini öz şəxsi istifadəsi üçün, narkotik vasitə heroini isə həm şəxsi istifadəsi, həm də 20 manatdan satış məqsədi ilə aldığını, narkotik vasitə aludəçisi olduğunu bildirməsi müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 149). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi tərtib etdiyi 2021-ci il 01 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «Samsung» markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamaqla cihazda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edilməsi müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 150). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi tərtib etdiyi 2021-ci il 01 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Samsung» və bir ədəd «Nokia» markalı mobil telefonlara iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamaqla «Samsung» markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrədən istifadə edilməsi müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 151). İş materiallarındakı Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərtib etdiyi 2021-ci il 13 aprel tarixli 21 №-li və eyni tarixli 22 №-li xasiyyətnamələrdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 və ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 161-162). İş materiallarında olan AZE seriyalı AA0028015 №-li və AZE seriyalı AA0096687 №li şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 2014-cü il 21 yanvar təvəllüdlü Ümid və 2016-cı il 03 oktyabr təvəllüdlü Lalə adlı övladları vardır (1-ci cild, iş vərəqi 163-164). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il aprelin 15-də tərtib etdiyi tələbnamələrdən, habelə Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin 2021-ci il 07 iyun tarixli 21-1- 3-4074-11 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2014-cü il 29 dekabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 178.1.-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum olunmuş, «28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il 20 may tarixli Qərarına əsasən 2016-cı il iyunun 25-də cəzadan azad edilmişdir, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə X7 Azərbaycan Respublikasının Məhkəməsinin 2001-ci il 20 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 181.2.1.-ci, 181.2.3.-cü, 181.2.5.-ci və 228.4.-cü maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2010-cu il fevralın 20də cəzasının sonu ilə azad edilmişdir (1-ci cild, iş vərəqi 165-168 və 208). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 2021-ci il 03 may tarixli 1/813 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 son 10 il ərzində xəstəxanaya müraciət etməmişdir (1-ci cild, iş vərəqi 176). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi tərtib etdiyi 2021-ci il 11 may tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 19 aprel tarixli BKC/LGL-4487/21 №-li və eyni tarixli BKC/LGL-4488/21 №-li, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 05 may tarixli AZF/LGL-11291/21 №-li məktubları ilə daxil olan üç ədəd CD diskinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 177- 179 və 181). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 11 may tarixli 4060 №-li və 2021-ci il 16 may tarixli 4123 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 2013cü il iyulun 03-dən 2013-cü il iyulun 11-dək «Nevrozabənzər vəziyyət. Anamnezində PSM qəbulu» diaqnozu ilə müalicədə olmuşdur, Təqsirləndirilən şəxs1 dəfələrlə xəstəxanada müalicə almış, sonuncu dəfə 2018-ci il dekabrın 24-də müalicədə olsa da 2019-cu il yanvarın 08-də xəstəxananı özbaşına tərk etmişdir (1-ci cild, iş vərəqi 180 və 194). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 22 aprel tarixli 1215 №-li və 2021-ci il 17 iyun tarixli 1931 №-li rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, Təqsirləndirilən şəxs1 isə tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla sonuncuların məcburi müalicəyə ehtiyacları vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür (1-ci cild, iş vərəqi 209-211 və 216-217). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X3» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 04 iyun tarixli 1181 saylı və eyni tarixli 1182 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə birincisində xasiyyətin psixopatik cizgiləri, sonuncuda isə emosional davamsız şəxsiyyət pozuntusu müəyyən olunmuş, onlar ittiham edildikləri əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidirlər, məcburi müalicəyə ehtiyacları yoxdur (1-ci cild, iş vərəqi 212-215). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 03 iyul tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə, habelə 2021-ci il 05 iyul tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddələrdə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmiş, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı mənzildən aşkarlanan narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon tərkiblik həbin tədqiqatdan sonrakı müvafiq qaydada 243,876 qram, 48,014 qram və 36 həb qalıqları, Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə heroinin təqdiqatdan sonrakı 47,136 qram çəkidə qalığı idarənin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və metadon tərkibli həbi, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini əldə etdiyi Mehdi adlı şəxsin şəxsiyyətini müəyyənləşdirmək üçün hazırkı cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır (1-ci cild, iş vərəqi 224-235 və 238-239, 2-ci cild, iş vərəqi 2-3 və 14-15). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası DSMF-nin Suraxanı Rayon Şöbəsinin 2019-cu il 31 oktyabr tarixli 027266 №-li vəsiqəsinin notariat qaydasında təsdiq edilən kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 atası X5 müddətsiz İ qrup əlildir. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə verilən ittiham üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməmələrinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə bu ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 fiziki və ya psixi zorakılıq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ifadələrini təzyiq altında verməsi və Təqsirləndirilən şəxs1 sonuncuya qarşı tok tətbiq edilib fiziki ağrı verilməsi barədə ifadələrinə qiymət verməklə hesab edir ki, bunlar məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxslərin öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına nail olmalarına çalışmalarından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun göstərilən maddəsinin mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırmada yazdıqları izahatlar, şübhəli və təqsirləndirilən şəxslər qismində verdikləri tam və qismən etirafedici ifadələr, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla Təqsirləndirilən şəxs1 ailə vəziyyətini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, sonuncular ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı mənzildən aşkarlanan narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon tərkiblik həbin tədqiqatdan sonrakı müvafiq qaydada 243,876 qram, 48,014 qram və 36 həb qalıqları, Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə heroinin təqdiqatdan sonrakı 47,136 qram çəkidə qalığı məhv edilməli; iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 57 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər biri tərəfindən 80 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 480 manat və 480 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulduqları gündən, yəni 2021-ci il martın 30-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il martın 30-dan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il martın 30-dan hesablansın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və onlar ərazi narkoloji dispanserdə qeydiyyata götürülsünlər. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 57 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 480 manat və 480 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı mənzildən aşkarlanan narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon tərkiblik həbin tədqiqatdan sonrakı müvafiq qaydada 243,876 qram, 48,014 qram və 36 həb qalıqları, Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə heroinin təqdiqatdan sonrakı 47,136 qram çəkidə qalığı məhv edilsin, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-147/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-147/2022
28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver