Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-147/2025 24.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X6 və X7, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Velədi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 bükümdə ümumi təmiz çəkisi 1304,552 (1 kq 304,552 qram) qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşımaqla kirayədə yaşadığı ünvanda saxlamış, 26 iyul 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvan üçün aylıq 130 manat kirayə haqqı əvəzində həmin narkotik vasitə heroindən 01 ədəd bükümdə təmiz çəkisi 1,352 qramını ev sahibi Şahid1 satmış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 26 iyul 2023-cü il tarixdə saat 16:25-də Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində kirayə yaşadığı ünvan 1 ünvanda həyətdəki dolabın üzərindən narkotik vasitənin qalan hissəsi külli miqdarda 01 ədəd qara və şəffaf sellofana bükümdə təmiz çəkisi 1303,2 (1 kq 303,2 qram) qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 51 nömrəli avtobusda sürücü kimi işləmişdir. Ona kirayə ev lazım olmuş, iş yoldaşı Ceyhunun evi olduğundan sonuncuya bu barədə demiş, Ceyhun da gəlib baxmasını, xoşun gəlsə, qala biləcəyini bildirmişdir. Axşam saat 11-də o, Keşlədə olarkən, Ceyhun onun yanına gəlmiş, evə baxması üçün birlikdə getməyi təklif etmişdir. O, yanında olan qızla gedib evə baxan zaman evdə suyun gəlmədiyini görüb bu evdə qala bilməyəcəyini demişdir. Ceyhun gec olduğu üçün indi qalmasını, sabah kirvəsinin evinin olduğunu, ora baxacaqlarını söyləmiş, o da razılaşaraq qızla həmin evdə qalmışdır. Səhər saat 7-də bir nəfər gələrək gedib evə baxmasını demiş, onlar da gedib evə baxmış, ev xoşlarına gəlmişdir. Evin kirayə qiyməti 250 manat olmuşdur. Ceyhun getmiş, Rasim həyətdə olarkən 15 dəqiqədən sonra 6 nəfər həyətə girmiş və Rasimi saxlayıb, onu soruşmuşlar. Sonra evə girib əlinə qandal vurmuşlar və onu dizüstə yerə oturtmuş, qızı da gətirmişlər. Onu döyməyə başlamışlar ki, mal haradadır. O da onda mal olmadığını bildirmişdir. Polis əməkdaşlarından biri yanlarında qalmış, digəri maşından qara sellofan gətirib içinə malı yığmış, o da malı onun boynuna qoya bilməyəcəyini demişdir. Onu idarəyə, rəisin yanına gətirmişlər. O, həmin malın onun olmadığını demiş, rəis də ona “necə yəni sənin deyil, sənindir” demişdir. Daha sonra rəis əməkdaşlara qızı da, Rasimi də, onu da rəsmiləşdirmələrini tapşırmış, o, rəisə qızı bədbəxt etməyin kişilikdən olmadığını bildirmişdir. Daha sonra Nicat adlı əməkdaş ona rəislə danışdığını, öz üstünə götürəcəyi halda qızı buraxacaqlarını demiş, o da çəkilişdə onların dediyi kimi bildirmişdir. Səhərisi gün müstəntiq gəlmiş, o isə sənədlərə qol çəkməmişdir. Onu hamama aparıb, orada döymüşlər, dişlərini sındırmışlar. Aldığı xəsarətlər istintaq təcridxanasında qeydə alınmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrdən yalnız toyda, bayramda istifadə etdiyini, tutulanda Rasimi tanımadığını, onu həmin evə Ceyhunun apardığını, Rasimin Ceyhunun kirvəsi olduğunu, Rasimin narkotik vasitələrdən istifadə edib-etmədiyini bilmədiyini, polis əməkdaşlarının torpağı bağçadan götürüb sellofona tökdüklərini, torbaya tökülən torpağın qəhvəyi rəngli olduğunu, onun üzərinə Rasimin evində baxış keçirdiklərini, Rəqsanəylə 10 ildir ki, birlikdə olduğunu, Rəqsanənin narkotik vasitələrdən istifadə etmədiyini bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitələrin müxtəlif növlərinin istifadəçisidir. Bədənində ağrılar olduğundan müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə əldə edib çəkmə üsulu ilə qəbul etmişdir. 25 iyul 2023-cü il tarixdə şəxsi istifadəsi üçün "Zakladka” üsulu ilə, yəni “İnstaqram” sosial şəbəkəsində tanış olduğu, əvvəllər bir neçə dəfə də narkotik vasitə aldığı, adını və heç bir anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb ondan heroin almaq istədiyini bildirmiş, o, təxminən 1,5 kiloqram narkotik vasitə verməyə və pulunu sonradan ödəməyə razılaşdıqdan sonra həmin şəxsin gödndərdiyi ünvandan, yəni Dərnəgül yolunda “Şeş-beş” kafesinin yaxınlığından həmin tarixdə saat 22 radələrində narkotik vasitəni götürmüş və özündə saxlamışdır. 26 iyul 2023-cü il tarixdə saat 10 radələrində Xətai rayonu, Naximov adlanan ərazidə kirayə ev elanı görüb mənzilə daxil olmuşdur. Evin sahibi özünü təqdim etmiş, adının Rasim olduğunu demişdir. Rasim ona özünün də həmin evdə yaşadığını və evi 130 manata kirayə verdiyini bildirmişdir. Rasimlə razılaşmış və evə daxil olub əşyalarını yerləşdirmişdir. Həmin gün ev sahibi Rasimə onda narkotik vasitə olduğunu demiş, Rasim ondan narkotik vasitə istəmiş və pulu olmadığı üçün ev kirayəsindən çıxacağını bildirmişdir. Rasimə narkotik vasitə heroin vermiş, Rasim narkotik vasitə heroinin bir qismini qəbul etdikdən sonra qalan qismini cibinə qoyaraq evdən çıxmışdır. Həmin tarixdə saat 16 radələrində evdə olduğu vaxt ev sahibi Rasim ilə birlikdə polis əməkdaşları evə gəlmiş, ondan kim olduğunu və narkotik vasitə olubolmadığını soruşmuşlar. O da evin həyətində olan dolabın üzərində saxladığı narkotik vasitəni təqdim etmiş, narkotik vasitənin özünə məxsus olduğunu və haradan əldə etdiyini demişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq götürülmüş, polis əməkdaşları tərəfindən dəvət edilərək polis bölməsinə aparılmışdır (cild 1, iş vərəqi 60- 62). İfadəsi elan olunduqdan sonra verilmiş müvafiq suallara cavab olaraq Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olmadığını, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, onlar təqsirləndirilən şəxsi saxlamamışdan qabaq başqa bir nəfər saxlamış, həmin şəxsi bölməyə gətirəndə ondan narkotik vasitəni kimdən götürdüyünü soruşmuşlar. Həmin şəxs öz evini Təqsirləndirilən şəxs kirayəyə verdiyini, narkotiki həmin şəxsdən aldığını bildirmişdir. Əməliyyat qrupu birinci saxlanılmış şəxsin evinə gəlmiş, həmin zaman təqsirləndirilən şəxs İgid evdə yatmışdır. İgid qalxmış, özü könüllü narkotiki çöldə olan qaz pilitəsinin arxasında gizlətdiyi yerdən götürüb polis bölməsinə gətirmişlər. Şəxsin gizlətdiyi maddə bükümdə, təxminən 2 kq çəkidə “kakos” olmuşdur. Narkotik vasitə qara sellofanda, bağlı vəziyyətdə olmuşdur. Sonra şəxsi bölmədə təhqiqata vermişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, şəxsə qarşı heç bir fiziki, psixi təzyiq göstərilmədiyini, şəxsin özünün könüllü ifadə verdiyini, narkotik vasitənin şəxsin üzərindən aşkarlanmadığını, evin həyətində olan qaz plitəsinin arxasında gizlətdiyi yerdən çıxarıb gətirdiyini, bu evdə kirayə qaldığı üçün kirayə pulu əvəzinə ev yiyəsinə də narkotik verdiyini bildirdiyini, şəxsin evinə baxış keçirilməsində təhqiqatçının iştirak etdiyini, digər iştirak edən şəxsləri xatırlamadığını, şəxsin evinə getdikləri zaman müdafiəçinin iştirak edib-etmədiyini xatırlamadığını bildirdi. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Şahid2 göstərmişdir ki, 26 iyul 2023-cü il tarixdə Bakı şəhər sakini Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra o və Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlamışlar. 26 iyul 2023-cü il tarixdə saat 14 radələrində Şahid1 Xətai rayonu, Zığ şossesi dairəsinin yaxınlığında olduğunu öyrənib onu həmin dairənin yaxınlığında saxlamışlar. Şahid1 yaxınlaşıb özlərini təqdim etmiş və sonuncuun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Xətai rayon 35-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gətirildikdən sonra Şahid1 şübhəli şəxs qismində saxlanılmış, hüquq və vəzifələri izah edilmiş və öz istəyi ilə hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X14 müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra videoçəkilişlə Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şahid1 üzərində narkotik vasitə, o cümlədən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü təqdim etməsi təklif edilmiş, Şahid1 bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümdə olan spesifik iyli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Şahid1 həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş və həmin narkotik vasitəni 26 iyul 2023-cü il tarixdə eyni evdə onunla birlikdə kirayədə yaşayan İgid adlı şəxsdən kirayə pulunun əvəzində aldığını demişdir. Şahid1 üzərində şəxsi axtarış zamanı başqa hər hansı narkotik vasitə, o cümlədən digər qadağan olunmuş predmet aşkar edilməmişdir. Şahid1 həmçinin İgid adlı şəxsin hazırda onun yaşadığı evdə olduğunu və yaşadığı evdə axtarış aparılmasına etiraz etmədiyini bildirmiş və evdə axtarış aparılmasına etirazının olmaması ilə bağlı ərizə vermişdir. Bundan sonra Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlənin olduğu büküm elektron tərəzidə çəkilmiş, kütləsi 1,62 qram olmuşdur. Şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış qurtardıqdan sonra o, digər polis əməkdaşı Şahid3, Şahid1 və müdafiəçisi X5 Məmmədovun yaşadığı ünvana - ünvan 2ra isə evə daxil olduqda adının sonradan Təqsirləndirilən şəxs Oqtay oğlu olduğunu bildikləri şəxslə qarşılaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra o, Rasimlə eyni evdə kirayədə yaşadığını bildirmişdir. Onlar İgiddən evdə narkotik vasitə olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs evin həyətində olan qara və şəffaf sellofana bükülmüş heroini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olduğunu və Dərnəgül şossesinin yaxınlığında olan “Şeş-beş” restoranının yaxınlığından tapdığını demişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1460 qram olmuşdur. Axtarışa dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 133-135). İfadəsi elan olunduqdan sonra verilmiş müvafiq suallara cavab olaraq Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş digər polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadəsi ilə Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ildə narkotik vasitə istifadə etmiş və buna görə 1 il 2 ay cəza çəkmişdir. Çıxdıqdan sonra narkotikə əl vurmamış, ondan istifadə etməmişdir. Onların məhəlləsində yaşayan Ceyhun adlı şəxs iş yoldaşı olan bir nəfərin ailəsi ilə kirayə ev axtardıqlarını demiş, onun da evi boş olmuş, pula ehtiyacı olduğundan, evi kirayəyə vermək istədiyini demişdir. Ceyhun və İgid gəlib evə baxmışlar, bəyənmişlər, 250 manat evə kirayə pulu verib evə keçmişlər. 15- 20 dəqiqə keçdikdən sonra qapı döyülmüş, qapını açıb görmüşdür ki, gələn polislərdir. Onlar bayaq evinə gələnləri axtardıqlarını demiş, o da içəridə olduqlarını demiş, polislər içəri keçmişlər, 2 dəqiqə qışqırıq, bağırış olmuşdur. Ona qədər atası, qonşular gəlmişlər. Sonra onu içəri salmışlar. İgidi tutmuşlar, malın yerini soruşmuşlar, İgid də malın olmadığını demişdir. Polislər əvvəl İgidi, sonra İgidin yanındakı qadını vurmağa başlamışlar. İgid də qadını vurmamağı, nə desələr, boynuna götürəcəyini demişdir. Polislər 10-15 nəfərin yanında onun da cibinə baxmışlar. Cibində 280 manat pul, siqaret və alışqanı olmuşdur, onları da götürmüşlər. Atası bunun nə günahı olduğunu soruşmuş, polis də ev yiyəsi kimi bölməyə getməli olduğunu, orada izahat yazmalı olduğunu demişdir. Onlar da evdən çıxanda polis qapını bərk bağlamış, atasına da tapşırmışdır ki, həyətə heç kim girməsin. Axşam tərəfi saat 4-5 radələrində yenidən məhəlləyə gətirmişlər və onda çəkiliş olmuşdur. Həyətdə qaz peçinin üzərinə qara sellofana bükülmüş malı qoymuşlar. O, malın nə olduğuna baxmamışdır. Malı qara sellofanda bağlı şəkildə maşına qoymuşlar, sonra yenidən bölməyə aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 İgidi tanımadığını, İgidi niyə tutduqlarını bilmədiyini, onların evə gəlməsindən heç 20 dəqiqə çəkməmiş polislərin gəldiyini, onların həyətdə hasarın qırağında gül yeri olduğunu, qadının onların sellofana torpaq yığdığını dediyini eşitdiyini, torpağın sellofana yığılıb-yığılmadığını görmədiyini bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Şahid1 göstərmişdir ki, maddi imkanı zəif olduğu üçün yaşadığı evin həyətində tikdirdiyi evləri kirayə verməklə dolanmışdır. Belə ki, evlərini kirayə vermək üçün həyətin giriş qapısının üzərində kirayə verməsi ilə bağlı reklam xarakterli elan yazmış və 26 iyul 2023-cü il tarixdə saat təxminən 10 radələrində əvvəllər tanımadığı İgid adlı şəxs ünvana gələrək kirayə qalmaq istədiyini bildirmiş və ona qalacağı evi gösətərərək aylığı 130 manata qalmağa razılaşmış və həyat yoldaşı ilə qalacağını söyləmişdir. Həmin günü saat təxminən 12 radələrində İgid ona özü ilə narkotik vasitə gətirdiyini demiş və narkotik istifadəçisi olduğu üçün ondan narkotik verməsini və aylıq ödənişdən həmin məbləği çıxmasını xahiş etmişdir. Bununla da İgid ona şəxsi istifadəsi üçün 01 ədəd qara sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini vermişdir. O, həmin narkotiki İgiddən aldıqdan dərhal sonra bir qismini çəkmə üsulu ilə qəbul etmiş, qalan hissəsini cibinə qoyaraq işinin arxasınca getmək üçün evdən çıxmışdır. 26 iyul 2023-cü il tarixdə saat təxminən 14 radələrində Naxçıvanski dairəsi yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını ona deyib polis bölməsinə getməyini bildirmişlər və o, polis əməkdaşları ilə birlikdə Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinə gəlmiş və orada xidməti otaqların birində dövlət hesabına təyin edilmiş vəkilinin iştirakı ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələrim izah edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuş, tutulduqdan sonra təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olduğu halda könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu zaman o, videoyazı ilə qeydə alan kamera qarşısında əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofanın içərisində olan narkotik vasitə hesab edilən heroini çıxararaq masanın üzərinə qoymuş və həmin bükülünün içərisində nə olduğu təhqiqatçı tərəfindən ondan soruşulduqda bildirmişdir ki, həmin bükülünün içərisində olan maddə narkotik vasitə heroindir və həmin heroini şəxsi istifadəsi üçün evində kirayədə yaşayan İgid adlı şəxsdən almışdır. Bundan sonra bu barədə müvafiq protokol tərtib edilərək üzərindən aşkar edilərək götürülmüş narkotik sənədləşdirilmiş və protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra o, könüllü olaraq İgid adlı şəxsin onun evində yaşamasını və evində axtarış aparılmasına heç bir etirazının olmamasını ərizə ilə müraciət edərək bildirmiş və ərizəsi əsasında qərar qəbul edilərək onun yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı evində kirayədə yaşayan İgid adlı şəxsdən polis əməkdaşları özünü təqdim etməsini bildirmişlər və İgid özünü təqdim etdikdən sonra narkotik vasitəni ona satıb- satmaması barədə sual verildikdən sonra İgid həqiqətən də ona narkotik vasitə heroin verdiyini etiraf edərək və özünə məxsus həyətdə dolabın üstündə gizlətdiyi qara rəngli sellofanın içərisində olan narkotiki çıxararaq polis əməkdaşlarına təqdim etmişdir (cild 1, iş vərəqi 77a-77c). Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, İgid rayona, qardaşı qızının toyuna getmiş, təxminən 5-6 gün orada qalmışdır. Axşam saat 9 radələrində İgid ona zəng edib Keşləyə gəlməsini demiş, oradan Ceyhun onları evə baxmağa aparmışdır. Gedib evə baxmış, ev xoşlarına gəlməmişdir. Ceyhun gec olduğunu, bu gecə orada qalmalarını demiş, onlar da həmin gecə Ceyhunun bacısının evində qalmışlar. Səhər saat 8-in yarısında Ceyhun İgidə zəng etib bacısıgilin gəldiyini deyib, onları aparmağa adam gələcəyini, gedib onlarda qalmalarını, onun işinin olduğunu, sonra gələcəyini bildirmişdir. Səhər saat 8-in yarısında Ceyhun deyən şəxs gəlib onları götürmüşdür. O, İgidə saat 9-da işdə olmalı olduğunu, 9-un yarısına kimi yatacağını, 9-da oyatmasını, daha sonra işə gedəcəyini bildirmişdir. Yarım saat keçmiş, bir də durub görmüşdür ki, 5-6 nəfər adam başının üstündə dayanmışlar. Ona bir şillə vurub İgidgilin yanına gətirmişlər. Ona şillə vuran İgidi tutmağa gələn polis olmuşdur. O, İgidin də, ev yiyəsinin də əlinin qandallı olduğunu görmüşdür. İgidə demişlər ki, ya boynuna almalıdır, ya da bu qızın bir 6-7 ili vardır. İgid demişdir ki, onun elə şeydən xəbəri yoxdur, səhər gedib, axşam gəlir. Heç onun özü də İgiddə bu 14 ildə elə bir şey görməmişdir. Polislər onları qırağa çıxaranda gülün dibindən torpağı sellofana doldurub telefonla çəkiliş etmişlər. Onu, İgidi və ev yiyəsini götürüb 35-ci Polis bölməsinə gətirmişlər. Ora gətirəndən sonra o, həyətdə dayanmış, onu içəri buraxmamışlar. Sonra onu aparıb katibənin yanında otuzdurmuşlar. Saat 4 tamamda İgidi aparmışlar, həmin torpağı orada təzədən çəkib, sonra onu sərbəst buraxmışlar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin təhqiqatçısı vəzifəsində işləyən X17 ifadəsində göstərdi ki, 2023-cü ilin iyul ayında 35-ci Polis bölməsinin təhqiqatçısı vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs və digər başqa şəxs narkotik vasitələrin dövriyyəsi ilə bağlı bölmənin əməkdaşları tərəfindən saxlanılmışlar. Şəxsi axtarış və götürmə zamanı həmin şəxs bildirmişdir ki, kirayə yaşadıqları ərazidə də narkotik vasitə vardır. Həmin şəxsin razılığı ilə ünvana getmişlər, Təqsirləndirilən şəxs də həmin ünvanda olmuşdur. Onunla birlikdə əməliyyat müvəkkilləri də gəlmişdir. Təqsirləndirilən şəxs qapıda olan narkotik vasitəni göstərmişdir. Həmin narkotik vasitə qapının arxasında böyük bükümdə olmuşdur. İgid bildirmişdir ki, narkotik ona məxsusdur, heroindir. Narkotik vasitəni sənədləşdirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X17 evdə qadın görmədiyini, evə daxil olanda İgidin evdə tək olduğunu, təqribi saat yadında olmadığını, bölmədən şəxsin evinə 10-15 dəqiqə ola biləcəyini, İgidin vəkilinin də baxış keçirilərkən orada olduğunu, digər şəxsin vəkilinin də orada olduğunu, İgidin göstərdiyi yerə baxış keçirdiklərini, orada 2 vəkil də iştirak etdiyini, şəxsin təzyiqə məruz qalmasını görmədiyini, evə daxil olarkən Rasimdən ərizə aldıqlarını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, məxfi əmkdaşdan əldə olunmuş məlumatda xx xxxx 1984-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, Goranboy rayonu, Dəyirmanlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şahid1 rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 6). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx xxxx 1984-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, Goranboy rayonu, Dəyirmanlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şahid1 Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 14:45 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi dairəsinin yaxınlığında saxlanılaraq polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 12). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, ona paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş spesifik iyli, tünd yaşıl rəngli narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü çıxarıb təqdim edərək həmin maddənin “kola” – heroin olduğunu, onu həmin gün, yəni xx.xx.2023cü il tarixdə onunla eyni evdə kirayə yaşayan İgid adlı şəxsdən kirayə haqqının əvəzində almasını, təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, lakin hazırda İgid adlı şəxsin onun ünvanında olmasını, evdə İgidə məxsus narkotik vasitənin olmasını güman etdiyini, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini, saxlanılan zaman ona hər hansı formada təzyiq olunmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Şahid1 üzərindən aşkar olunan maddə elektron tərəzidə çəkilmiş və onun çəkisinin 1,62 qram olması müəyyən edilmiş, həmin maddə bir ədəd kağız zərfdə qablaşdırılıb DİN-in 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 25-27). - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şahid1 yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə razı olduğunu və buna heç bir etirazının olmadığını bildirmişdir (cild 1, iş vərəqi 34). - ərizə əsasında yaşayış yerində axtarış keçirilməsi və götürmə haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, həmin gün Şahid1 yaşadığı ünvan 1 ünvanında baxış keçirilmiş, polis əməkdaşları ünvana daxil olan zaman Təqsirləndirilən şəxs evdə olması aşkar olunmuş, sonuncu, həmin ünvanda kirayədə yaşadığını bildirmiş, ondan narkotik vasitəni harada gizlətməsi soruşulduqda o, evin həyətində dolabın üzərində saxladığı qara və şəffaf sellofana bükülmüş heroini çıxarıb təqdim edərək özünə məxsus olduğunu, onu Dərnəgül şossesinin yaxınlığında olan “Şeş-beş” restoranının yaxınlığından götürdüyünü bildirmişdir. Həmin maddə olan büküm elektron tərəzidə çəkilmiş, onun çəkisinin 1460 qram olması müəyyən edilmişdir. Qeyd olunan büküm kağız zərfdə qablaşdırılıb DİN-in 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 37-39). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şahid1 yaşadığı ünvan 1 ünvanında baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir büküm aşkar olunduğu üçün saxlanılaraq 35-ci Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 40). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4043 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N 154 nömrəli dairəvi möhür əksi (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 1303,2 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin, Şahid1 aşkar edilmiş heroinlə (27 iyul 2023-cü il tarixli 3-16- 16/2-6/4044 saylı ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Heroin 28 İyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 68-72). - videoyazıya baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 26 iyul 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən Şahid1 yaşadığı evdə axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkilişin əks olunduğu 01 ədəd CD diskə “HP” markalı kompyuterdə baxış keçirilmiş, müəyyən edilmişdir ki, təhqiqatçı Rəşad Nurinin sağ tərəfində ayaq üstə dayanmış şəxs müdafiəçi Sənan Əsədov, onunla üzbəüz ayaq üstündə dayanmış sağdan birinci mülki geyimdəki əməliyyat müvəkkili Şahid2, ortada dayanmış şübhəli şəxs Şahid1 və soldan birinci dayanmış mülki geyimli şəxs əməliyyat müvəkkili Şahid3dir. Videoçəkilişin davamında təhqiqatçı Rəşad Nuri Şahid1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, yaşadığı evdə hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Şahid1 ev istiqamətində hərəkət edir, evin həyətinin giriş qapısını açıb həyətə daxil olur. Polis əməkdaşları, Şahid1 və onun müdafiəçisi Sənan Əsədov həyətə keçib evə daxil olurlar. Öndə təhqiqatçı Rəşad Nuri gedir və ilk olaraq evə o daxil olur. Bu vaxt içəri otaqdan bir nəfər çıxır və təhqiqatçı Rəşad Nuri ondan özünü təqdim etməsini istəyir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. X24 Həsənova Şahid1 şübhəli şəxs qismində saxlanılaraq üzərində şəxsi axtarış aparılan vaxt üzərindən narkotik vasitə heroin aşkar edildiyini və Şahid1 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirdiyini deyir. Təqsirləndirilən şəxs da öz növbəsində Şahid1 narkotik vasitə verdiyini etiraf edir. Daha sonra evin həyətində dolabın üzərində saxladığı narkotik vasitə heroinə bənzər kütləni təqdim edir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Dərnəgüldən əldə etdiyini bildirir. Bundan sonra təhqiqatçı Rəşad Nuri tərəfindən həmin narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzi ilə ölçülən zaman kütlənin miqdarının 1460 qram olması göstərilir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmaqla iştirakçılar tərəfindən imzalanır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 152 saylı möhürü ilə möhürlənir. Eyni zamanda iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs görüntüdən göründüyü kimi üzərindən aşkar edilmiş 01 büküm bükülünün içərisində olan maddə heroinin ona məxsus olmasını və şəxsi istifadəsi üçün əldə etdiyini səmimi olaraq videogörüntüdə etiraf etdiyi öz təsdiqini tapmışdır. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 80). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxslər Şahid1 ilə Təqsirləndirilən şəxs arasından üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Şahid1 qarşısında oturan şəxsin xx.xx.2023-cü il tarixdə evində kirayədə yaşamaq üçün gəlmiş və həmin tarixdə ona narkotik vasitə olan heroin satmış şəxs Təqsirləndirilən şəxs olduğunu, əvvəllər İgidi tanımadığını, heç bir münasibətinin olmadığını bildirmişdir. O, istintaqa verdiyi ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, İgid xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvan 1 ünvanında yerləşən evinə gələrək qapının üzərində yazdığı elana əsasən evində kirayədə yaşamaq istədiyini bildirmiş və onu həyətə buraxaraq qalacağı evi bəyəndikdən sonra hər ayı 130 manat ödəməklə razılaşmışlar. Bundan sonra saat təxminən 12 radələrində İgidlə söhbət zamanı sonuncu ona bildirmişdir ki, üzərində narkotik vasitə var və söhbət əsasında o, İgiddən şəxsi istifadəsi üçün narkotik vasitə heroin istəmiş və hazırda pulu olmadığını, evin kirayə haqqını ödəyəndə narkotikin pulunu ödəyəcəyini və onunla razılaşaraq ona 01 bükümdə qara rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini nisyə olaraq satmışdır. Bundan sonra həmin narkotikin bir qismini çəkmə yolu ilə istifadə edərək qalanını cibinə qoyaraq çıxıb getmişdir. Bundan sonra həmin günü polis əməkdaşları tərəfindən tutularaq üzərindən İgiddən aldığı narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və həmin narkotiki almağı barədə ona sual verildikdə üzərindən aşkar edilərək götürülmüş narkotiki İgiddən aldığını demişdir. Digər şübhəli şəxs Təqsirləndirilən şəxs qarşısında oturan şəxs evində kirayədə qaldığı və ona narkotik vasitə olan heroin satdığı Şahid1dur. Aralarında heç bir ədavət və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs müstəntiqin verdiyi suallara cavab verməkdən imtina etmişdir (cild 1, iş vərəqi 81-82). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 83-84). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5530 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 120-121). - Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı təqsirləndirilən şəxs Şahid1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə etmək mümkün olmamış, eləcə də onun üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin tanışı Təqsirləndirilən şəxs 130 manatın müqabilində alması müəyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman aşkar edilmiş ümumi təmiz çəkisi 1303,2 qram olan narkotik vasitə heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilsə də, onun kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 132). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış mobil nömrələrin siyahısı VMAS sistemindən yoxlanılaraq adına heç bir mobil nömrənin qeydiyyata alınmaması aşkar edilmişdir (cild 1, iş vərəqi 139). - toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 aşkar edilmiş 1,352 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs aşkar edilmiş 1303,2 qram narkotik vasitə heroin, habelə Şahid1 üzərinə şəxsi axtarış və evinə baxışın görüntülərini özündə əks etdirən 2 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,302 qram narkotik vasitə heroin və 1303 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai rayon Polis İdarəsinin saxlancına verilmiş, 2 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 151-160). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 evindən aşkar edilərək götürülmüş 1303,2 qram narkotik narkotik vasitə heroinin əldə etmə mənbəyini müəyyən etmək məqsədilə həmin cinayət işinin materiallarından ********** saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 162-164). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ********** saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 166-168). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5425 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 N59” dairəvi möhür əksi olan bir ədəd paketin içərisində üzərində "...(imza) Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bağlamada bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 1275 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat təşkil edir (cild 1, iş vərəqi 173-177). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunmaması, polislərin narkotik əvəzinə saxlandıldığı evin həyətindən torbaya torpaq dolduraraq həmin torpağı narkotik vasitə kimi qələmə verməsi, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və xəsarətlər alması, bu səbəbdən narkotiki boynuna götürməsi, narkotiklərin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, o, müdafiəçinin iştirakı ilə tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə o, ilkin izahat verərək yaşadığı evdən aşkar olunmuş narkotikin ona məxsus olmasını, narkotiki bir gün əvvəl Dərnəgül adlanan ərazidən əldə etdiyini, həmin narkotikin bir hissəsini kirayə pulu əvəzinə kirayədə qaldığı mənzilin sahibi Şahid1 verdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı, o cümlədən fiziki təzyiq olunmadığını göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Şahid1 məxsus evdə sonuncunun vəkilinin iştirakı ilə keçirilən axtarış zamanı özü qanunsuz əldə edib saxladığı narkotiki polis əməkdaşlarına təqdim etmiş və narkotiki əldə etməsi hallarına dair izah vermişdir. Lakin istintaqın sonrakı mərhələsində və məhkəmə zamanı Təqsirləndirilən şəxs narkotikin ona məxsus olmadığını və döyülmə nəticəsində narkotiki boynuna götürdüyünü bildirmişdir. Döyülmə məsələsinə aydınlıq gətirilməsi məqsədilə məhkəmə istintaqı zamanı məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun 29 iyul 2023-cü ildə təcridxanaya daxil olarkən tibbi müayinəsinin keçirildiyi zaman hər iki gözətrafı nahiyədə 2- 3 sm ölçüdə sarımtıl rəngli qançır, sol dirsək nahiyəsində və sol saidin bayır səthində 3-4 sm ölçüdə sıyrılmış, üzəri qərtməkli yara aşkar olunması barədə qeydlərin olduğu müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğusuna Xətai rayon prokurorluğundan verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı zaman polis əməkdaşları tərəfindən təzyiq və işgəncələrə məruz qalması, döyülməsi barədə həmin prokurorluğa müraciət daxil olmamış və araşdırma aparılmamışdır. Qeyd edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi, eləcə də bədənində aşkar edilmiş xəsarətlərlə bağlı araşdırma aparılması məqsədilə məhkəmə tərəfindən Respublika Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə müraciət ünvanlanmışdır. Həmin idarədən məhkəməyə daxil olmuş 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, məhkəmənin müraciəti əsasında araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs, polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması, polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması müəyyən edilmiş, material üzrə cinayət işi başlanması hissəvi rədd edilmiş, Təqsirləndirilən şəxs yüngül dərəcəli bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsiinə göndərilməsi qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin törənmə müddəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, prokurorluğun yuxarıda şərh olunan qərarında araşdırma zamanı məhkəmə-tibb ekspertizasının keçirildiyi göstərilmişdir. Həmin ekspertiza ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər onun istintaq təcridxanasında müayinəsindən 9-11 gün əvvəl əmələ gəlmişdir. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 26 iyul 2023-cü il tarixdə saxlanılmış, İstintaq təcridxanasında isə onun müayinəsi 29 iyul 2023-cü ildə aparılmışdır. Buradan aydın olur ki, həmin xəsarətlərin törənmə müddəti Təqsirləndirilən şəxs saxlanılmasından xeyli əvvəlki tarixlərə təsadüf edir. Təqsirləndirilən şəxsin iş üzrə götürülmüş maddənin narkotik vasitə deyil, torpaq olması barədə iddiaları ilə bağlı məhkəmə aşağıdakıları bildirir. Belə ki, götürülmüş həmin maddə üzrə ibtidai istintaq zamanı iki dəfə məhkəmə-kimyəvi ekspertizası keçirilmiş və müvafiq rəylər alınmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli rəylə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş bağlamadakı qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Daha sonra Təqsirləndirilən şəxs qeyd edilən iddiaları nəzərə alınaraq təkrar məhkəmə-kimyəvi ekspertizası keçirilmiş və alınmış xx.xx.2023-cü il tarixli rəylə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş bağlamadakı qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyi barədə müdafiə mövqeyinin yoxlanılması məqsədilə onun müdafiəçisinin vəsatətləri əsasında təqsirləndirilən şəxsin istifadə etdiyi mobil telefonun anten məlumatlarının əldə edilməsinə dair "xxxx" MMC-yə, saxlandığı ünvan üzrə müşahidə kameralarında görüntülərin əldə edilməsi məqsədilə DİN-in Növbətçi hissələrin idarəetmə xidmətinə, Xətai RPİ-nin 35-ci Polis bölməsinin inzibati binasında quraşdırılmış videomüşahidə kameralarının qeyd alındığı görüntülərin əldə ediləməsi məqsədilə həmin bölməyə müvafiq sorğular göndərilərək cavablar əldə edilmiş, lakin həmin cavablarla Təqsirləndirilən şəxs təqsirsizliyinə dair hər hansı sübut əldə edilməmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və X4 təqsirləndirilən şəxsin xeyrinə verdiyi ifadələri iş üzrə toplanmış bütün sübutlarla müqayisə edərək, həmin ifadələrə tənqidi yanaşır, hesab edir ki, həmin şahidlər təqsirləndirilən şəxslə aralarında olan yaxın münasibətlər səbəbindən (Rəqsanə Hüseynova təqsirləndirilən şəxslə uzun müddətdir ki, birlikdə yaşayır, Şahid1 isə təqsirləndirilən şəxsin iş yoldaşı olan Ceyhunun qohumudur) onun cinayət məsuliyyətindən kənar qalması üçün belə ifadə vermişlər. Bu nöqteyi-nəzərdən məhkəmə Şahid1 ibtidai istintaq vaxtı həm sərbəst şəkildə, həm də Təqsirləndirilən şəxsla üzləşdirmə zamanı verdiyi ifadələrini, eyni zamanda təqsirləndirilən şəxsin ilkin izahatını daha düzgün hesab etməklə onları sübut kimi qəbul edir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşı tərəfindən döyülməsi, aşkar edilmiş maddənin narkotik olmaması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halları həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, ondan narkotik alması barədə şahid ifadəsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıması, saxlaması və satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 124-125). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən bir ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 28 iyul 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 52, 105-110). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 26 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra bu iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1274,8 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 259 (iki yüz əlli doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinin 28 qramı aydın olmayan şəraitdə yoxa çıxmışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4043 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N154 N-li dairəvi möhür əksi (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 1303,2 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatı zamanı həmin heroinin 0,2 qramı istifadə edilmiş, qalan 1303 qramı ibtidai istintaq orqanına geri qaytarılmışdır. Daha sonra keçirilmiş təkrar məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 6/5425 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 N59” dairəvi möhür əksi olan bir ədəd paketin içərisində üzərində "...(imza) Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bağlamada bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamadakı təmiz çəkisi 1275 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Beləliklə müəyyən edilir ki, birinci ekspertiza tədqiqatından sonra qaytarılmış narkotik vasitədən 28 qram çatışmır. Məhkəmə hesab edir ki, qeyd edilən hal üzrə müvafiq araşdırma aparılmasından ötrü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə müvafiq qaydada prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna məlumat göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1274,8 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 259 (iki yüz əlli doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-147/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-147/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver