Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1470/2022 22.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 20 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etməklə dövlətə xəyanət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə 2011-ci ilin 19-28 dekabr tarixlərində İranın Ərdəbil şəhərində olarkən İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X27 Mühafizəçiləri Korpusu – «SEPAH»ın nümayəndəsi Vəli Cabbari və digərləri tərəfindən əvvəlcədən hazırlanmış konspirativ görüş üçün nəzərdə tutulmuş evdə «Kərbəlayi» təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilmişdir. Məxfi əməkdaşlığa dair razılığını bildirdikdən sonra Vəli Cabbarinin tapşırığı ilə Təqsirləndirilən şəxs xüsusi xidmət orqanı nümayəndələri tərəfindən təhlükəsizlik təlimatları ilə bağlı təlim keçmiş və ona Azərbaycan Respublikası Ədliyə Nazirliyi Kollegiyasının 04 avqust 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatı ləğv edilmiş, İran xüsusi xidmət orqanının təsiri altında olan «Azərbaycan İslam Partiyası» adlı təşkilatın fəaliyyətini davam etdirməsi, dindar gəncləri, o cümlədən informasiya texnologiyaları sahəsində bilik və bacarıqları olan şəxsləri həmin təşkilata üzvlüyə cəlb etməklə fəaliyyətinin genişləndirilməsi, etibarlı ola biləcək gənclərin seçilərək İran ərazisində təşkil edilən kurslara və təlimlərə cəlb etməklə xüsusi xidmət orqanlarının əlaqəsinə verilməsi, Azərbaycan Respublikasının hüquq-mühafizə və digər dövlət orqanlarının əməkdaşlarından etibarlı ola biləcək dindar şəxslərin müəyyən edilərək onların əlaqəsinə çıxarılması, xarici xüsusi xidmət orqanının göndərdiyi maliyyə vəsaitləri hesabına Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin müdafiə, özlərinə və ailələrinə maddi yardımların edilməsi, həmin şəxslərin həbsinə etiraz olaraq və dövlət əleyhinə yönəlmiş digər aksiya və mitinqlərin keçirilməsi barədə və sair hallara dair tapşırıqlar verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə İran xüsusi xidmət orqanı olan «SEPAH»ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2011-2021-ci illər ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərməklə, Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş şəxslərin özlərinə və ailələrinə maddi yardımlar etməklə, həmin şəxslərin həbsinə etiraz aksiyaları, eləcə də xarici xüsusi xidmət orqanının göndərdiyi maliyyə vəsaitləri hesabına Bakı şəhərində Ədliyyə Nazirliyi qarşısında, «Qüds günü» ilə bağlı Bakı şəhərində Bibiheybət məscidinin qarşısında, İsrailin Azərbaycandakı səfirliyi və «Şəhidlər Xiyabanı» qarşısında təxribat xarakterli, dini ayrı-seçkilik şüarları ilə müşaiyət edən, Azərbaycan Respublikasında dünyəvi dövlət ideyalarına, dövlət hakimiyyət orqanlarının qanuni fəaliyyətinə, Azərbaycan Respublikasının digər dövlətlərlə olan münasibətlərinə kölgə salan icazəsiz kütləvi aksiyaların təşkilində iştirak etməklə, 2018-ci ilin iyun ayında öz yaşayış evində müxtəlif dövlətlərin bayraqlarının yandırılmasını təşkil edərək qeydə alınmış videogörüntüləri yaddaş qurğusunda hesabat məqsədi ilə dövlətə xəyanət və digər cinayət əməllərinin törədilməsinə görə barəsində beynəlxalq axtarış elan edilmiş İran ərazisində gizlənən İran xüsusi xidmət orqanı «SEPAH»ın əlaqəsində olan X3 göndərməklə, 2021-ci ilin avqust ayında yaşayış evində “Aşura” günü ilə əlaqədar dini yığıncaq adı altında dini ayrı-seçkilik, Azərbaycan Respublikasına qarşı düşmənçilik xarakterli şüarlar ilə müşaiyət olunan hərəkətlər təşkil edib videoçəkilişini aparıb yaymaqla və aldığı digər tapşırıqların icrası üzrə topladığı digər məlumatları 2012-ci ilin mart ayının 03-dən 2021-ci ilin iyun ayının 26-dək olan müddət ərzində İran İslam Respublikasına etdiyi çoxsaylı səfərlərində konspirativ görüş üçün nəzərdə tutulmuş xüsusi məkanlarda həmin xüsusi xidmət orqanının nümayəndələrinə verməklə dövlətə xəyanət etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəmə iclasında ona elan edilmiş ittiham, həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə vermək təklif olunsa da, o, məhkəmədə ifadə vermək istəmədiyini bildirdi. Bununla əlaqədar, cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq edildi. Həmin ifadələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan olunmuş ittiham özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2015-ci ilədək Azərbaycan İslam Partiyasının üzvü olmaqla orada sürücü işləmiş, partiyanın sürücüsü kimi ona 2011-2014-cü illər ərzində Azərbaycan İslam Partiyasının sədrinin birinci müavini işləmiş Şahid7 tərəfindən hər ay 300 manat əmək haqqı qismində pul verilmişdir. Şahid7la çox yaxşı münasibəti və əlaqələri olmuşdur. Şahid7 Azərbaycan İslam Partiyasının üzvlərinin, rayon və şəhər komitələrinin sədrlərinə aylıq əmək haqqı qismində maliyyə vəsaitlərinin paylanmasını təşkil etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, o, təxminən 2000-ci ildən başlayaraq dəfələrlə İran İslam Respublikasında olmuş, səfərlərinin məqsədi müxtəlif olmuş, həm özünün xəstəliyi ilə, həm ailə üzvlərinin xəstəliyi, həm də ki, ziyarətlə bağlı İranda səfərdə olmuşdur. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə həyat yoldaşı ilə birlikdə İrana getmiş, xx.xx.2021-ci il tarixdə oradan qayıtmışdır. Həmin müddətdə Məşhəd şəhərində qalmışdır. Səfərinin məqsədi ziyarətgahları ziyarət etmək olmuşdur. Orada Azərbaycandan din xadimi kimi uzun illərdir ki, tanıdığı Rövşən Əhmədzadə ilə görüşmüşdür. Həmin səfəri zamanı Azərbaycandan beynəlxalq axtarışda olan uzun illərdir ki, tanıdığı Hüseynov (Hüseynzadə) İsgəndər Hüseynəli oğlu ilə də görüşmüşdür. Əvvəllər də X14 etdiyi səfərlərində görüşləri olmuşdur. İran İslam Respublikasına etdiyi səfərlərində İsgəndər Hüseynov və Rövşən Əhmədzadə ilə görüşmüşdür. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı Vəli Cabbari adlı şəxsi tanıyır, təxminən 2011-2015-ci illərdə Azərbaycan İslam Partiyasında işlədiyi müddətlərdə tez-tez ziyarətə, müalicə məqsədilə İrana gedib-gələrkən həmin əsnada təxminən 2011-ci ildə Tehranda olarkən onları müşaiyət edən şəxslərdən biri kimi Vəli Cabbari adlı şəxsi tanımışdır. Sonuncu, onların nəqliyyat, oteldə qalmaq işlərini həll etmiş, həmin ziyarətləri İslam Partiyasının rəhbərləri təşkil etmişlər. Vəli Cabbari təxminən 40-45 yaşlarında, ortaboylu, seyrək saqqallı bir şəxs olmuşdur. Həmin ziyarətlər zamanı Vəli Cabbari ilə bir neçə dəfə məişət xarakterli söhbətlər etmişdir. Vəli Cabbari kimi onlara orada xidmət edən adlarını dəqiqliklə xatırlamıdığı digər şəxslər də olmuşdur. Bir neçə dəfə Vəli Cabbari və onun kimi onlara xidmət edən digər şəxslərlə ziyarətlər zamanı fotoşəkil çəkdirmək istəmişlər, lakin onlar etiraz etmiş, şəkil çəkməyə qoymamışlar. Səbəbini soruşduqda isə onlara məlumat verməmişlər. Ancaq sonradan o, dindarlar arasında danışan söhbətlərdən ümumi olaraq başa düşmüşdür ki, onlar İranın xüsusi xidmət orqanlarının əməkdaşlarıdırlar. O səbəbdən də onlarla şəkil çəkdirmək istəməmişlər. Azərbaycan İslam Partiyası tərəfindən İran ərazisində təşkil edilmiş dini ziyarət səfərləri zamanı partiya üzvlərinin hansı səbəbdən İran xüsusi xidmət orqanlarının əməkdaşı tərəfindən müşayiət edilməsi barədə hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində 2011-ci ildə İran İslam Respublikasında səfərdə olduğu müddətlərdə həmin dövlətin xüsusi xidməti orqanı olan X4 Korpusu «SEPAH» əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmədiyini, “daxili təhlükəsizilik” təlimatları almadığını, həmin şəxslər tərəfindən ona müxtəlif xarakterli tapşırıqlar verilmədiyini, həmin tapşırıqların icrası ilə bağlı ayrıayrı vaxtlarda həmin şəxslərdən pul vəsaitləri qəbul etmədiyini bildirmişdir. Ötən müddət ərzində dini fəaliyyəti ilə əlaqədar nə edibsə onu özü etmiş, heç kimdən göstəriş, tapşırıq almamışdır. 2011-ci ilin sentyabr ayından başlayaraq - 14 oktyabr 2011-ci il tarixdə Mövsüm Səmədov və partiyanın digər fəallarının azad olunması məqsədilə Ədliyyə Nazirliyi qarşısında, «Qüds günü» ilə bağlı Bakı şəhərində 18 iyul 2012-ci il tarixdə «Bibiheybət» məscidinin qarşısında, 12 avqust 2012-ci il və 02 avqust 2013-cü il tarixlərdə İsrailin Azərbaycandakı səfirliyi və «Şəhidlər Xiyabanı» qarşısında təşkil edilən etiraz aksiyalarının hər birində iştirak etmiş, həmin aksiyalarda partiya üzvlərini etiraz aksiyalarının keçiriləcək ünvanına aparmaqla məşğul olmuş, etiraz aksiyalarında şəhər və rayon komitələrindən konkret olaraq kimlərin iştirak etməsini dəqiq söyləyə bilməsə də, tam əminliklə deyir ki, Azərbaycan İslam Partiyasının Bakı şəhər komitələrinin üzvləri, partiyanın idarə heyətinin üzvləri həmin etiraz aksiyasında iştirak etmişlər. Rayon və şəhər komitələrindən gəlmiş şəxsləri Şahid7 özü qarşılayıb, özü də yola salmışdır. Hər bir komitə sədrlərinə və etiraz aksiyasında iştirak etmək üçün gəlmiş şəxslərə pulu Şahid7 vermişdir. Müxtəlif vaxtlarda ayrı-ayrı dost tanışları ilə İsrail Səfirliyinin qarşısındakı aksiyalarda olmuş, əlavə olaraq da evində müxtəlif vaxtlarda əzadarlıq məclisləri təşkil etmiş, həmçinin pandemiya ilə bağlı məscidlər bağlı olduğundan son 1-2 ildir ki, bəzi dini məclisləri öz evində təşkil edir. 2021-ci ilin avqust ayında Aşura günündən əvvəlki gün Tasua gecəsi o, X21 Ağa ziyarətgahının qarşısında keçirilən Tasua yürüşündə iştirak etmiş, həmin günün səhəri Aşura günü isə onun Bakı şəhərində «Sovetski» məhəlləsində olan evində dini məclis keçirmişlər. Həmin məclisdə onlar Azərbaycan Respublikasına qarşı düşmənçilik xarakteri daşıyan şüarlar deyil, zalım məmurlara, zalım şəxslərə, müsəlmanlara düşmən olanlara qarşı lənət şüarları səsləndirmişlər. Həmin hərəkətləri də hansısa xüsusi xidmət orqanının tapşırığı əsasında deyil, özləri etmişlər. İran İslam Respublikasının xüsusi xidmət orqanı olan «SEPAH»-ın Azərbaycan Respublikasındakı səfirlikdaxili rezidenturasının əməkdaşı X17 xx.xx.2020-ci il tarixdə onlarla məxfi əməkdaşlıq edən Şahid1 ilə konspirativ şəkildə Bakı şəhərində görüşərkən, sonuncuya Azərbaycan İslam Partiyasının sədri X12 çatdırması üçün Təqsirləndirilən şəxs nəzərdə tutaraq “Səbuhi niyə getmir?” məzmunlu sualını cavablandıran Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan İslam Partiyasının sədri X13 partiya sədri kimi tanıdığını, İran İslam Respublikasının vətəndaşı X17 və Şahid1 tanımadığını, sualda qeyd edilən görüş və aparılan danışıq barədə tam məlumatsız olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində daha sonra göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə müalicə olunmaq üçün İrana getmiş, orada olarkən Qum şəhərində Rövşən Əhmədzadənin vasitəsilə İsgəndər Hüseynov ilə görüşmüşdür. Rövşən Əhmədzadə orada ona həkimlərin qəbuluna düşməyə köməklik göstərmişdir. İsgəndər Hüseynov ilə görüşərkən sonuncu ondan Bakı şəhərində ictimai yerlərdən birində Ermənistan, İsrail və Amerika bayraqlarının yandırılmasını təşkil edib-edə bilməyəcəyi ilə maraqlanmışdır. O, həmin işi ictimai yerdə görə bilməyəcəyini, qorxduğunu, elə şeylərin qadağan olunduğunu, tutula biləcəyini İsgəndər Hüseynova demişdir. Həmin bayraqların yandırılmasını yalnız evində edə biləcəyini İsgəndər Hüseynova söylədikdə, sonuncu onunla razılaşmışdır. Daha sonra o, İsgəndər Hüseynovdan 1000 manat pul istəmişdir. Həmin pul həm qeyd etdiyi işə görə, həm də yol puluna, müalicəsinə görə nəzərdə tutulan pul olmuşdur. İsgəndər Hüseynov elə həmin vaxt ona 1000 manat pul vermişdir. O, xx.xx.2018-ci il tarixdə Bakı şəhərinə qayıtmış, yaşayış evində bir neçə dəfə dindar dostları ilə birgə düşmən hesab etdikləri Amerika, İsrail və Ermənistan dövlətlərinin bayraqlarını yandırıb videoya çəkmişlər. Həmin videogörüntülərdə üzləri görünməmək üçün maska taxmışlar. Videonu “Qüds günü” çəkmişlər. Videonu telefonu vasitəsilə çəkdikdən sonra o, həmin videonu yaddaş kartına yazaraq, 2018-ci ilin iyun ayında kürəkəni Şahid4 vasitəsilə dövlətə xəyanət və digər cinayət əməllərinin törədilməsinə görə barəsində beynəlxalq axtarış elan edilmiş İran ərazisində gizlənən İsgəndər Hüseynova göndərmişdir. Həyata keçirilmiş əməliyyat-texniki tədbirlər zamanı onun və qeyrilərinin səslərinin yazıldığı 04 mart 2022-ci il tarixli 7-596 saylı məktubla istintaqa təqdim edilmiş CD disklə bağlı təyin edilərək keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli 4/383-4/384 №-li ekspert rəyi ilə bağlı dindirilən Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində etiraf etmişdir ki, diskdəki danışığın əksəriyyəti onun tərəfindən aparılıb, o, həmin söhbəti Azərbaycan İslam Partiyasının sədr əvəzi olmuş Şahid3la aparmış, yəni danışıqdakı digər şəxs Şahid3dur. Həmin danışıqların mahiyyəti 2011-ci il dekabr ayının 19-28 tarixlərində İranda olduğu müddətdə baş verən hadisələrlə bağlı olmuşdur. Həmin danışıqda o, İranda başına gələnləri Şahid3 bildirir. 2011-ci ilin dekabr ayının 19-da həyat yoldaşı və qızı ilə birlikdə müayinə və müalicə məqsədilə İranın Ərdəbil şəhərinə getmişlər. Ürəyində problemləri olmuş, Bakı şəhərində müayinə edildikdən sonra əməliyyat qərarı verilmiş, lakin imkanı olmadığı üçün əməliyyata razılaşmamışlar. Qərara gəliblər ki, İranda müayinə edilsin, uyğun olarsa əməliyyatı da orada etdirər. Azərbaycan İslam Partiyasının sədr əvəzi Şahid3 da bu barədə bildirmişdir. Şahid3 da ona demişdir ki, əgər çətinlik yaranarsa, Ərdəbil şəhərinin X22 Həsən Amuliyə müraciət etsin. O da, Şahid3 təklifinə etiraz etməmişdir. Ərdəbil şəhərində «Sərçeşmə» adlanan ərazidəki adını hazırda xatırlamadığı otellərin birində məskunlaşmışlar. Otel deyəndə böyük məna verir, əslində isə xırda qonaq evi olmuşdur. Oteldə məskunlaşdıqdan sonra səhəri gün həkimlərin yanına getmişlər. Müxtəlif analizlər vermiş, digər həkimlərin müayinəsindən keçmişlər. Müayinənin nəticəsi olaraq qərara alınmışdır ki, o, əməliyyat olunmalıdır. Əməlliyyat xərci isə təxminən 7300 ABŞ dolları təşkil etmişdir. Onun isə üzərində təxminən 3000 ABŞ dolları olmuşdur, yəni əməliyyatı üçün təxminən 4300 ABŞ dolları çatmamışdır. Bir məsələyə toxunur ki, 7300 ABŞ dollarına İranda şuntlama əməliyyatı edəcəkmişlər. Bakı şəhərində isə ürəyinə qoyulacaq təkcə iki stendə görə ondan 5000 ABŞ dolları pul istəmişlər. Onları deməklə həmin vaxt İrandakı əməliyyatın daha ucuz başa gəlməsini izah etmək istəmişdir. Bakı şəhərində şuntlama əməliyyatını 7300 ABŞ dollarına etmək mümkün deyildir. İranın Ərdəbil şəhərində əməliyyatın 7300 ABŞ dollarına başa gəldiyini, pullarının çatmadığını görüb kömək üçün Şahid3 bildirdiyi Ərdəbil şəhərinin X22 Həsən Amuliyə müraciət etmişdir. Onun yanına getmiş və Bakı şəhərindən gəldiyini, Azərbaycan İslam Partiyasının üzvü olduğunu, həmin partiyada sürücü işlədiyini ona bildirmişdir. Həsən Amuliyə əməliyyat üçün pulunun az olduğunu, əlində olan qədər pulla əməliyyat olunmaq üçün X15 xəstəxanasına onu tapşırmasını Həsən Amulidən xahiş etmişdir. Sonuncu isə, tapşırmaq üçün elə bir imkanının olmadığını demiş, amma özünün yaxın həkiminə getməyi ona məsləhət bilmişdir. O, həmin həkimin qəbulunda olmuş və həkim ona təkidlə əməliyyat olunmağını istəmişdir. Artıq əməliyyat qaçılmaz olmuş, lakin pulu çatmamışdır. Həkimin qəbulundan sonra o, ailəsi ilə birgə otelə qayıtmışdır. Axşam saatlarında otelin işçisi bir nəfər şəxsin onu çağırdığını demişdir. O, aşağı düşərək onu gözləyən 30-35 yaşlı, ortaboylu, Təbriz şəhərindən olan, Azərbaycan dilində danışan Hacı Yunis adlı şəxslə görüşmüşdür. Sonrakı görüşlərdə Hacı Yunis fars dilindən Azərbaycan dilinə tərcümə edən şəxs olmuşdur. Hacı Yunis ona X22 X26 yanında olduğunu bildiklərini, özünün Həsən Amilinin tanışı olduğunu demiş, ona həmin oteldə qalmamağı demiş, onu başqa bir qonaq evinə aparmağa gəldiyini, əməliyyat məsələsinə də köməklik edəcəklərini ona bildirmişdir. Daha sonra o, ailə üzvləri ilə birlikdə Hacı Yunislə sonuncunun idarə etdiyi qara rəngli «Pejo» markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı maşınla təxminən yarım saatlıq yol qət etdikdən sonra bir yaşayış evinə gəlmişlər. Həmin ev bir mərtəbəli həyət evi olmuş, yaşayış olmamışdır. Evin qonaq evi məqsədi üçün istifadə edildiyi nəzərə çarpmışdır. Həmin evdə məskunlaşmışlar. Səhəri gün Hacı Yunis onları şəhərdə gəzdirmiş və restorana aparmışdır. Gəzintiyə getdikləri günün axşamı Hacı Yunis qaldıqları yerə gəlmiş və onu həyətə çağırmışdır. O, tək evin darvazasının qarşısına çıxmış və orada Hacı Yunisdən başqa 3-4 nəfər şəxsin gəldiyini görmüşdür. Hacı Yunis həmin şəxsləri ona təqdim edərək onların həmin yaşayış evində qalmaqda kömək edən və əməliyyatına kömək edəcək şəxslər olduğunu söyləmişdir. Hacı Yunis həmin şəxslərin adlarını da ona demişdir, lakin həmin adları xatırlamır. Bircə onun özü gələn şəxslərdən soruşub ki, aranızdakı Ağayi Cabbari varmı? Gələn şəxslərdən biri dillənib ki, Ağayi Cabbari odur. Sonuncu, onun həkim müalicəsində, ürəyində aparılacaq əməliyyat puluna kömək edəcəklərini söyləmiş, o da, etiraz etməmişdir. Qeyd edir ki, təxminən 4 gün Hacı Yunislə birlikdə qaldıqları evin yaxınlığındakı bir evə getmişdir. Hacı Yunis həmin evdə dini məclis keçiriləcək adı ilə onu həmin evə aparıb. Lakin orada görüb ki, dindən çox onunla tamam başqa mövzularda söhbət aparıblar. Hər dəfə həmin evə axşam namazından sonra getmişdir. Sonradan ona məlum olmuşdur ki, onunla görüşün keçirilməsi və aparılan söhbətlər Ağayi Cabbarinin nəzarətində olmuş, onunla görüşən şəxslər də Ağayi Cabbariyə tabe olan şəxslər olmuşlar. Diskdə olan danışıq da həmin 4 gün ərzində onunla aparılan söhbətlərin məzmunu Şahid3 dediklərindən ibarətdir. 4 gün ərzində onunla söhbət aparan şəxs onun Azərbaycan İslam Partiyasında sürücü işlədiyini bildiyi üçün Azərbaycandakı dini vəziyyət, İslam Partiyasının fəaliyyəti barədə ətraflı söhbətlər aparmış, partiyanın daxili təhlükəsizlik məsələlərindən danışmışdır. Həmin şəxs bildirib ki, partiya özünü qorumalıdır, partiyanın ofisində söhbətlər apararkən, xəbər saytlarına məqalələr yazarkən pərdələri aşağı salmaq lazımdır ki, birdən çöldən radiotexniki vasitələrdən istifadə etməklə onlara qulaq asarlar, onların məlumatlarını Azərbaycanın hüquq-mühafizə orqanları eşidərlər. Həmin şəxs həmçinin deyib ki, partiya üzvlüyünə gələn şəxslərdən ehtiyatlı olun, ola bilər ki, həmin şəxslər hüquq-mühafizə orqanlarına xəbər ötürsünlər, onları satar, çalışıb həmin şəxsləri aşkarlasınlar, özlərini qorumaq üçün ehtiyat tədbirləri görsünlər. Həmin şəxs təklif edib ki, partiya daxilində dəstələr olmalıdır ki, partiya daxilində hökumətə işləyən şəxsləri ifşa etsinlər. Daha sonra ona bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən dövlət orqanlarında adamları olmalıdır, hər şeydən xəbərləri olmalıdır. Qeyd olunan məsələ danışıqda da öz əksini tapıb, məsələn, deyilib ki, Milli Məclisdə, indiki Dövlət Təhlükəsizliyi Xidmətində adamları olmalıdır. Deyirmiş ki, həmin orqanlarda tapacaqları adamın vəzifəsi də önəmli deyil, əsas odur ki, dedikləri təşkilatlarda adamları olsun. Məsələn, süpürgəçi olsun. O da, Dövlət Təhlükəsizliyi Xidmətində adam tapmağın çətin olduğunu, ümumiyyətlə mümkünsüz olduğunu ona bildirmişdir. Daha sonra həmin şəxs hansı problemlərinin olduğunu soruşduqda, o, mobil telefonla bağlı, kompüterlə bağlı problemlərinin olduğunu ona bildirmişdir. Həmin şəxs mobil telefondan necə qorunmaqla bağlı da məsələni izah edib ki, partiyanın ofisində olarkən çalışın ki, küçəyə baxan pəncərələrdən asılan pərdələrin materialı qalın materialdan olsun ki, kənardan səsin yazılması mümkünsüz olsun. Hətta ona deyib ki, kompüter sahəsini yaxşı bilən cavan kadrlar tapıb onlara göndərilməsi işini də təşkil etsin. Təklif edib ki, cavan kadrları tapıb onların yanına göndərsinlər və özləri həmin cavan şəxslərə təlim keçəcəklər. Dediyi kimi, onunla təxminən 4 gün ərzində eyni şəxs tərəfindən dini mövzu ilə bağlı olmayan dediyi söhbətlər aparılmışdır. Söhbətlər fars dilində aparılmış, tərcüməni isə dediyi Hacı Yunis etmişdir. Sonuncu 4 gün o, artıq onlara bildirmişdir ki, ailəsi orada darıxır və o, Bakı şəhərinə qayıtmalıdır. Onlar da ona deyib ki, həkim məsələni həll etməlidirlər. O da, deyib ki, ailə üzvlərini aparsın Bakı şəhərinə, sonra özü tək gələr və necə gün desələr o qədər də qalar. Hətta narazılığını Hacı Yunisə demişdir. Sonuncu da Ağayi Cabbariyə zəng etmiş və Ağayi Cabbari də bildirib ki, onun qalması ilə bağlı kiminləsə danışıq aparır. O da, deyib ki, Ağayi Cabbari özü bilər kiminlə danışır, kiminlə danışmır, o, Bakıya qayıdacaqdır. Sonra elə olub ki, Hacı Yunisin telefonundan onun özü Ağayi Cabbari ilə danışmışdır. Sonuncu deyib ki, ona görə Ərdəbildən hansısa müəllimlə danışıblar və həmin müəllimlə onun görüşünü təşkil edəcəklər. O da, getməkdə israrlı olduğunu Ağayi Cabbariyə bildirib. O, Ağayi Cabbariyə həmçinin bildirib ki, ailəsini aparıb Bakıya, sonra özü tək qayıdar və işlərini davam etdirər. Ağayi Cabbari də bildirib ki, gələn dəfə uşaqlarsız gəlsən, lap yaxşı olar. Danışdıqlarına qulaq asdığına görə, 2011-ci ilin 19-28 dekabr tarixlərində İrana etdiyi səfəri zamanı baş verənlər hamısı yadına düşmüş və təfsilatı ilə danışmışdır. Bir məqamı da bildirir ki, İranda onunla söhbət aparan şəxsə deyib ki, onların hüquq-mühafizə orqanlarından qorxacaq, gizlədəcək gizli məxfi işləri yoxdur ki, elə işlər görək, özlərini qorusunlar, onların partiyası şəffaf işləyir, partiyanın özünün saytı və qəzeti vardır. Partiya adından da tədbirlər keçirilir və eyni zamanda başqa tədbirlərə də dəvətlər alır və bütün baş verənlər partiyanın sayt və qəzetlərində işıqlandırılır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində həmçinin bildirmişdir ki, o, Şahid2 əvvəllər «Sovetski»də yaşayan bir qonşusu kimi tanımışdır. Şahid2gilin evləri söküntüyə düşdüyü üçün onlar başqa bir əraziyə köçmüşlər. Şahid2 ibadət edən və «Hacı Cavad» məscidinə gedib-gələn şəxs olmuşdur. Kompüterinin hansısa problemi olmuş və o, Şahid2 xahiş etmişdir ki, onu təmir etsin və o da, onu etmişdir. Şahid2lə münasibəti bir insan kimi, bir məscid uşağı kimi, bir qonşu kimi tutulanadək yaxşı olmuşdur. Nəzərdən keçirmək üçün Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi” markalı “Redmi Note 7- M1901F7G” modelli mobil telefonun “Messenger” mobil tətbiqi vasitəsilə Şahid2 arasında apardığı aşağıdakı cədvəldə göstərilən yazışmalar təqdim olunmuşdur: Göndərən Qəbul edən Tarix saat SMS və səsli mesajın məzmunu Djeyxun Babaev Sebuhi Selimov xx.xx.2018 amma men mehle ucun darixiram 3:41 Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 orgeweceysen 3:42 Djeyxun Babaev Sebuhi Selimov xx.xx.2018 melenin yerini hecne vere bilmez lap 3:42 istiirsen saray olsun siz hansi terefdesiz? Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Men hele mehledeyem 3:43 Djeyxun Babaev Sebuhi Selimov xx.xx.2018 Hee lap yaxwi 3:45-3:46 Gelmeyibler hele Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Yox hele 3:46 Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Salam qardawim necesen 10:45-10:47 Sene iwimduwub Mene bawa sala bilersen gizli mesencer gondermeyi Yeni gizli yaziwmagi Bir gun goruwey eger bilersense Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Buraxılmış Zəng 3:40 Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Buraxılmış Zəng 11:04 Djeyxun Babaev Sebuhi Selimov xx.xx.2018 Salam sebuhi emi 2:36 Bawa duwmedim ee neyi diirsen Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Salam telfon nomreni gonder mene 7:24 daniwaq Djeyxun Babaev Sebuhi Selimov xx.xx.2018 Sabuhi emi telefonu satmiwam adi 10:01 balaca telefondu oda ki iwde tehfil veririk ahsamnan ahsama iwdede bilirem İnwallah vaxt ederem goruwub daniwariq Aparılan yazışmaların mahiyyəti, xüsusilə 19 noyabr 2018-ci il tarixdə onun «Salam qardawim necesen, Sene iwim duwub, Mene bawa sala bilersen gizli mesencer gondermeyi, Yeni gizli yaziwmagi, Bir gun goruwey eger bilersense» məzmunlu Şahid2 göndərdiyi mesajın mahiyyəti barədə istintaqa ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, istifadəsində olmuş “Xiaomi” markalı “Redmi Note 7- M1901F7G” modelli mobil telefonun “Messenger” mobil tətbiqi vasitəsilə Şahid2 arasında aparılan yazışmalar onunla Şahid2 arasında aparılmış yazışmalardır. 19 noyabr 2018-ci il tarixdə Sizin «Salam qardawim necesen, Sene iwim duwub, Mene bawa sala bilersen gizli mesencer gondermeyi, Yeni gizli yaziwmagi, Bir gun goruwey eger bilersense» məzmunlu SMS-i də onun özü yazmışdır. Qeyd edir ki, həmin ərəfədə bir nəfər qadınla tanış olmuş və onunla istəmişdir ki, mesencer vasitəsilə gizli yazışsınlar. Ailə üzvlərinin diqqətindən kənar qalmaq üçün onu istəmiş və onu da Şahid2 xahiş etmişdir. Lakin Şahid2 bu barədə ümumiyyətlə heç nə danışmamışdır. Nə də ki, Şahid2 onun səbəbini bilmək istəməyib. Həmin qadının kimliyini isə xatırlamır. Nəticə etibarı ilə də Şahid2lə həmin mövzu ilə bağlı görüşləri olmamış, gizli mesencer yazmağı və gizli yazışmağı öyrətməmişdir. Sonrakı vaxtlarda da onun Şahid2lə heç bir görüşü olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində Vətəninə xəyanət edən şəxs olmadığını, heç bir ölkənin, o cümlədən İranın xüsusi xidmət orqanıları ilə əlaqələrinin olmadığını, onlardan heç bir maliyyə almadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, o, Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə təşkil edilmiş Bakı şəhərində Ədliyyə Nazirliyi qarşısında, «Qüds günü» ilə bağlı Bakı şəhərində «Bibiheybət» məscidinin qarşısında, İsrailin Azərbaycandakı səfirliyinin qarşısında aksiyalarda iştirak etmişdir. 2018ci ilin iyun ayında öz yaşayış evində ABŞ, İsrail və Ermənistan dövlətlərinin bayraqlarının yandırılmasını təşkil edərək qeydə alınmış videogörüntüləri yaddaş qurğusuna köçürərək kürəkəni Şahid4 vasitəsilə İranda yaşayan X3 göndərmişdir, o niyyətlə göndərib ki, partiyanın üzvü olaraq həmin ölkələrə etirazını və əlavə olaraq Ermənistanın da işğalçı olduğunu onlara bildirsin. 2012-ci ilin mart ayının 03-dən 2021ci ilin iyun ayının 26-dək olan müddət ərzində İran İslam Respublikasına etdiyi çoxsaylı səfərlərində İran xüsusi xidmət orqanı nümayəndələri ilə görüşləri olmamışdır. Səfərlərinin məqsədi yalnız ziyarət, ticarət və tibbi müayinədən keçmək olmuşdur (cild 1, iş vərəqi 190-193, cild 2, iş vərəqi 108-110, 127-131, cild 3, iş vərəqi 82-87, 88-89, 92-93, 227-229, cild 4, iş vərəqi 19-21, 32-35, 49-50, 53-54, 71-72). Elan olunmuş ifadələrlə bağlı proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən özlərinə lazım məlumatların ifadəsinə yazıldığnı, Şahid3 onun həyat yoldaşının əmisi oğlu olduğunu, Şahid3 sürücüsü işlədiyini və ona pulu Şahid3 verdiyini, rəsmi əmək müqaviləsi olmadığını, öz maşınının “Mersedes-190“ markalı olduğunu, İsgəndəri 2011-ci ildə partiyaya gələndən sonra tanıdığını, İrana səyahət edən zaman İsgəndərin onu qarşıladığını, dövlətə və vətənə xəyanət edən şəxs olmadığını, heç bir ölkənin, o cümlədən İranın xüsusi xidmət orqanıları ilə əlaqələrinin olmadığını, onlardan heç bir maliyyə vəsaiti almadığını, Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə təşkil edilmiş Bakı şəhərində Ədliyyə Nazirliyi qarşısında, «Qüds günü» ilə bağlı Bakı şəhərində «Bibiheybət» məscidinin qarşısında, İsrailin Azərbaycandakı səfirliyinin qarşısında aksiyalarda iştirak etdiyini, 2018-ci ilin iyun ayında öz yaşayış evində ABŞ, İsrail və Ermənistan dövlətlərinin bayraqlarının yandırılmasını təşkil edərək, qeydə alınmış videogörüntüləri yaddaş qurğusuna köçürüb kürəkəni Şahid4 vasitəsilə İranda yaşayan X3 göndərdiyini, bu zaman niyyətinin partiyanın üzvü olaraq həmin ölkələrə etirazını və əlavə olaraq Ermənistanın da işğalçı olduğunu onlara bildirmək olduğunu, 2012-ci ilin mart ayının 3-dən 2021-ci ilin iyun ayının 26-dək olan müddət ərzində İran İslam Respublikasına etdiyi çoxsaylı səfərlərində həmin ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə görüşləri olmadığını, səfərlərinin məqsədinin yalnız ziyarət, ticarət və tibbi müayinədən keçmək olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü və 193-1.3.2-ci maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Şahid1 göstərmişdir ki, Azərbaycan İslam Partiyasının sədri X13 lap uşaqlıq illərindən qonşu kimi tanımış, sonuncu ilə qonşuluq münasibətləri olmuş, tutulanadək də həmin münasibətləri davam etmişdir. Təxminən 2004-cü ildən İlhamla olan münasibəti bir ibadət əhli kimi daha da yaxınlaşmağa başlamış, hətta iki dəfə - 2016cı ilin noyabr ayında və 2018-ci ilin oktyabr ayında İlhamla birlikdə Ərbəyin ziyarətində olmuş, bir yerdə İrana gedib-gəlmişlər. Sonuncu, Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən təxminən üçdörd ay sonra onun tapşırığı əsasında Bakı şəhərində Binəqədi rayonu ərazisində metronun «Nəriman Nərimanov» və «Qara Qarayev» stansiyalarının yaxınlığındakı ərazilərdə üç iranlı şəxslə görüşləri olmuşdur. Görüşlər zamanı iranlılar ona içərisində ABŞ dolları əskinaslarının olduğu kağız bağlama vermiş, o da, həmin pul bağlamalarını X10 evinə gətirməklə sonuncuya çatdırmışdır. Görüşdüyü və Hacı İlham üçün pul bağlamalarını verən şəxslərin hər üçü iranlı olmuşlar. Birinci Azərbaycan dilində digər iki iranlıya nisbətən yaxşı danışmış, amma ikinci və üçüncü görüşdüyü şəxslərin danışıqlarından onların dəqiq iranlı olduqlarını bilmişdir. Üçüncü də digər iki nəfər şəxs kimi ona görüşə telefonsuz və maşınsız gəlməyi, görüşə gələrkən ehtiyatlı davranmağı tapşırmışdır. Ən çox görüşüb pul bağlaması təhvil aldığı həmin 3-cü iranlı şəxs olmuşdur. Pul bağlamaları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərindən aşkar edilərək götürülmüş bağlama formasında - ağ kağızla skoçla əhatə olunmuş şəkildə olmuşdur. Üçüncü dediyi iranlı ilə görüşləri də iki yerdə metronun «Nəsimi» stansiyasının yaxınlığında, digəri isə metronun «Qara Qarayev» stansiyasının yaxınlığında baş tutmuşdur. Sonuncu görüşdüyü iranlı hər dəfə pulu ona verərkən Hacı İlhama çatdırmaq üçün «Hacı İlhama denən ki, saytı niyə işləmir», «Əlikrama il mərasimi keçirsin» və s. məzmunlu ayrı-ayrı sözlər demişdir. 2020-ci ilin yanvar ayının 4-də metronun «Qara Qarayev» stansiyasının yaxınlığında saxlanıldığı ərazidəki görüş zamanı iranlı növbəti görüşün 27 fevral 2020-ci il tarixdə saat 20:00 radələrində elə həmin yerdə olacağını ona demiş, o da, növbəti görüşə də gələcəyini qeyd etmişdir. Sonuncu saxlandığı gün, yəni 27 fevral 2020-ci il tarixdə saat 20 radələrində baş tutan görüşdə isə, iranlı «Səbuhi niyə getmir» ifadələrini işlətmiş, Səbuhinin kimliyi barədə ona heç nə deməmişdir. O da, Səbuhi barədə həmin iranlıdan heç nə soruşmamışdır. Həmin iranlı elə başa düşmüşdür ki, guya o, Səbuhi dediyi şəxsi tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2007-ci ildə tam orta məktəbi bitirdikdə sonra bir-iki il ibadətlə məşğul olmuş, namaz qılmışdır. Təxminən 2009-cu ildən isə ümumiyyətlə ibadətlə məşğul olmur. 2016-cı ilə qədər Bakı şəhərində «Sovetski» deyilən ərazidə yaşamış, sonradan evləri söküntüyüyə getdiyi üçün verilmiş kopmpensasiya pulu əvəzinə Biləcəridən yaşadıqları evi alıb oraya köçmüşlər. İbadət etdiyi vaxtlarında evlərinin yaxınlığındakı «Hacı Cavad» məscidinə arabir gedib-gəlmişdir. O, nəinki İranda, ümumiyyətlə heç bir xarici ölkədə olmamış, İranda yaşayan dost-tanışları, yaxud qohum-əqrəbası olmamışdır. «Facebook», «odnoklassniki», «İnstaqram», «Vatsap» sosial şəbəkələrindən istifadə edir, «Facebook» sosial şəbəkəsindəki səhifəsinin adı isə «Djeyxun Babaev»dir. Şahid2 ifadəsinə görə, Təqsirləndirilən şəxs orta məktəb illərindən tanımış, sonuncu, onun «Sovetski»də yaşadığı dövrdə qonşusu olmuşdur. Təqsirləndirilən şəxs dindar şəxs kimi tanımış, ibadət etdiyi vaxt onunla «Hacı Cavad» məscidində ünsiyyətdə olmuş, həmin ünsiyyətləri sonrakı vaxtlarda da davam etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan İslam Partiyasının üzvü olduğunu bilmiş, sonuncunu hamı narahat şəxs kimi, dini şuarlarla mitinq və aksiyalarda fəal iştirak edən kimi tanımışlar. Onun özünü əvvəllər yaşadığı ərazidə, həmçinin indi yaşadığı yerdə hamı kompüter sahəsində, mobil telefonlardakı ayrı-ayrı proqramlardan başı çıxan şəxs kimi tanımışlar. Ona müraciət edən şəxslərin kompüterlərini yaxud mobil telefonlarını düzəltmiş, işinin müqabilində kim nə qədər pul verirsə, qəbul etmişdir. Təxminən 2011-ci ildə Təqsirləndirilən şəxs ona evdəki kompüterinin xarab olduğunu bildirib, idarə etdiyi maşınla onu yaşadığı evə aparmışdır. O, Səbuhinin evindəki kompüteri təmir etmiş, həmin işə görə sonuncu ona 15 manat pul vermişdir. Bir dəfə də Təqsirləndirilən şəxs istifadəsindəki mobil telefon aparatı koda düşmüş və açılmamışdır. O, telefonu format edib Səbuhiyə qaytarmış, sonuncu ona 12 manat pul vermişdir. Həmin görüşlərin birində Təqsirləndirilən şəxs ona Azərbaycan İslam Partiyasında kompüter sahəsində mütəxxəsis kimi işləməyi təklif etmiş, lakin o, bu təklifi qəbul etməmişdir. Təqsirləndirilən şəxsla münasibəti normal olmuş, əvvəllər qonşuda yaşayan özündən yaşca böyük bir insan kimi ona hörmətlə yanaşmışdır. Lakin Təqsirləndirilən şəxs qatı dindar olması, tez-tez aksiya və mitinqlərdə iştirak etməsi, dövlət əleyhinə əsassız söhbətlər aparması, tez-tez polislər tərəfindən tutulması, qonşuların ondan mümkün qədər kənar gəzməsini bildirmələri Təqsirləndirilən şəxs sıx münasibət saxlamasına mane olmuş, özü də deyilən səbəblərə görə Təqsirləndirilən şəxs qaçmışdır. Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, təxminən 2018-ci ilin sonlarında Təqsirləndirilən şəxs ona müraciət edərək, «facebook» sosial şəbəkəsində gizli söhbətlər aparmaq üçün “Messenger” proqramını yazılmasını xahiş etmişdir. O isə, Səbuhi ilə ünsiyyətdə olmaq istəmədiyindən və ondan qaçdığından vaxtı olmadığını bildirərək cavab vermişdir. Qeyd olunan məsələ ilə bağlı istintaqda ifadə vermişdir və həmin ifadələri təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə Azərbaycan İslam Partiyasına üzv qəbul olunmuş və ona partiya sədrinin mədəni-maarif məsələləri üzrə müavini vəzifəsini icra etmək tapşırılmışdır. Təxminən 4 il həmin vəzifədə işlədikdən sonra partiya sədrinin 1-ci müavini vəzifəsinə təyin olunmuşdur. Mövsüm Səmədov həbs olunduğu üçün 2011-ci ilin payız aylarında partiya sədri vəzifəsini icra etmişdir. 2015-ci ilin avqust ayının 26-da partiya sədri vəzifəsindən və üzvlükdən istefa vermiş, heç bir partiyanın üzvü deyildir. Şahid3 ifadəsinə görə, o, Təqsirləndirilən şəxs tanıyır, Azərbaycan İslam Paritiyasının sədr əvəzi işlədiyi müddətdə Təqsirləndirilən şəxs partiyanın sürücüsü işləmişdir. Eyni zamanda onun Təqsirləndirilən şəxsla qohumluq münasibəti vardır, sonuncunun həyat yoldaşı Fatimə onun əmisi qızıdır. Bir qohum kimi də onun Təqsirləndirilən şəxs ailəsi ilə münasibətləri yaxşıdır, əlaqələri hazırkı vaxtadək davam edir, hər şey qaydasındadır, aralarında heç bir inciklikləri yoxdur. 2021-ci ilin oktyabr ayının 22-də yaxud 23-də eşitmişdir ki, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunmuşdur. Təqsirləndirilən şəxs partiyada olduğu müddətdə onlarla bərabər partiya adından keçirilən etiraz aksiya və mitinqlərdə fəal iştirak etmiş, hətta Səbuhi ayrı-ayrı dini mərasimləri özünün yaşadığı evdə təşkil edərək keçirmişdir. Bir qohum kimi bilmişdir ki, Təqsirləndirilən şəxs ürəyində problem yaranmış, bununla bağlı sonuncu, 2011-ci ilin axırlarında Bakı şəhərində əməliyyat olunmaq istəmişdir. Lakin əməliyyata pul çox istənildiyi üçün o, fikrindən daşınmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxsla növbəti görüşü zamanı, sonuncu İrana gedib müayinə və müalicə olunmaq istədiyini ona demişdir. O da, bir ibadət əhli kimi, partiyanın sədr əvəzi kimi Təqsirləndirilən şəxs tövsiyyə etmişdir ki, əgər İranda çətinliyi olarsa, Ərdəbil şəhərinin X22 Həsən Amuliyə müraciət etsin. Sonradan Səbuhidən eşitmişdir ki, 2011-ci ilin sonunda həyat yoldaşı və qızı ilə birlikdə İrana getmiş, Ərdəbildə müayinələrdən keçmiş, lakin əməliyyat üçün pulu çatmadığına görə geri Azərbaycana qayıtmışdır. Həmçinin Səbuhi ona demişdir ki, Həsən Amulinin yanına getmiş, sonuncudan kömək istəmişdir. Həsən Amuli də Təqsirləndirilən şəxs özünün yaxın həkiminin yanına göndərmiş, həmin həkim Təqsirləndirilən şəxs təkidlə əməliyyat olunmasını bildirsə də, heç bir köməklik edə bilməmişdir. Şahid3 ifadəsinə görə, istintaq zamanı dindirilərkən ona nəzərdən keçirmək və qulaq asmaq üçün Təqsirləndirilən şəxsla onun səs yazısı təqdim olunmuş, həmin danışıqdakı şəxslərdən birinin özünün, digərinin isə Təqsirləndirilən şəxs olduğunu etiraf etmişdir. Həmin danışıq Təqsirləndirilən şəxs 2011-ci ilin dekabr ayının sonunda ürəyindəki xəstəliklə bağlı müayinə və müalicəsi ilə bağlı İrana səfərindən sonra onunla arasında olan danışıq olduğunu bildirmişdir. Eşidəndə ki, Təqsirləndirilən şəxs ailəsi ilə İrandan qayıdıb, o, bir qohum kimi ona baş çəkmək üçün Bakı şəhərində «Sovetski» adlanan ərazidəki evinə getmişdir. Təqsirləndirilən şəxs İranda başına gələnləri ona danışmışdır. O, Həsən Amulinin yanına gedib-getməməsini Təqsirləndirilən şəxs soruşduqda, sonuncu, Həsən Amulinin yanına getdiyini, lakin sonuncunun hər hansı kömək edə bilmədiyini ona demişdir. Təqsirləndirilən şəxs ona danışıb ki, özünün 3000 ABŞ dolları olub, lakin İranda əməliyyatı üçün 7300 ABŞ dolları tələb olunmuşdur. Pulu çatmadığı üçün əməliyyat olunmamışdır. Təqsirləndirilən şəxs danışdıqlarından bilmişdir ki, həmin səfəri zamanı onunla ayrı-ayrı şəxslərin görüşü olmuş, onu və ailəsini qaldıqları oteldən başqa bir otelə aparıblar, onlara diqqət və qayğı göstəriblər. Hətta söz veriblər ki, əməliyyatın pulunda da ona dəstək olacaqlar. Sonra Təqsirləndirilən şəxsla Ağayi Cabbari adlı iranlı şəxs də görüşmüşdür. 3-4 gün ərzində Təqsirləndirilən şəxsla söhbət aparan şəxs onunla İslam Partiyasının fəaliyyəti barədə ətraflı söhbətlər aparmış, partiyanın daxili təhlükəsizlik məsələlərindən danışmışdır. Həmin şəxs də Səbuhiyə bildirmişdir ki, partiyaya üzvlüyə yeni namizədlər qəbul edilərkən onları yaxşı öyrənilməsi vacibdir ki, həmin şəxslərin hüquq-mühafizə orqanları ilə əlaqələri olmasın, partiya daxilində dəstələr olmalıdır ki, partiya daxilində hökumətə işləyən şəxsləri ifşa etsin. Daha sonra Təqsirləndirilən şəxs bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən dövlət orqanlarında adamları olmalıdır, hər şeydən xəbərləri olsun. Daha sonra Təqsirləndirilən şəxs mobil telefondan necə qorunmaqla bağlı da məsələ izah edilmiş, kompüter sahəsini yaxşı bilən cavan kadrlar tapıb onlara göndərilməsi işinin də təşkil edilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs ailə üzvləri də onunla getdiyi üçün sonuncular Azərbaycana qayıtmaq üçün israrlı olmuş, Səbuhi evdəkilərin darıxdığını oradakı şəxslərə, o cumlədən Ağayi Cabbariyə bildirmişdir. Şahid3 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs görüşdüyü Ağayi Cabbari adlı şəxsi o, Azərbaycan İslam Partiyasının sədr əvəzi seçilldikdən sonra 2011-ci ildə İranın Tehran şəhərində dövlət səviyyəsində təşkil olunmuş, Azərbaycanın bir sıra partiya rəhbərlərinin və jurnalistlərin, o cümlədən Azərbaycanın dövlət və ictimai xadimlərinin qatıldığı bir tədbirdə tanımışdır. Tədbirin təşkil olunduğu konfrans zalında bir nəfər şəxs yaxınlaşaraq onu çoxdandır ki, tanıdığını, İslam Partiyasının sədri əvəzi olaraq fəaliyyətini bəyəndiyini bildirmiş, həmin şəxs adının Cabbari olduğunu, ona Ağayi Cabbari də deyə müraciət edildiyini söyləmişdir. X31 xüsusi xidmət orqanı «Sepah»ın əməkdaşı olduğunu da ona demişdir. O isə, Azərbaycan İslam Partiyasının sədr əvəzi kimi Azərbaycanda partiyanın fəaliyyətinin genişləndirilməsi, islami təbliğatın aparılması ilə məşğul olduğunu Cabbariyə bildirmiş, onun bundan başqa Ağayi Cabbari ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynatasıdır. 2018-ci ilin iyun ayında Təqsirləndirilən şəxs ona fleşkart verərək İranın Ərdəbil şəhərinə bir nəfər tanımadığı şəxsə çatdırmağını bildirmişdir. Qaynatasının sözlərinə görə, ona həmin fleşkartı başqa adam vermişdir. Həmçinin qaynatası ona demişdir ki, İranın Astara şəhərində bir nəfər taksi sürücüsü onu gözləyir. O, Astara rayonuna getmiş, yolda olarkən bir nəfər tanımadığı şəxs ona zəng vuraraq gözlədiyini söyləmişdir. Sonuncunun idarə etdiyi sarı rəngli «Pejo» markalı avtomobillə Ərdəbil şəhərinə getmiş, yolda olarkən həmin sürücü fleşkartı kimə verməli olduğunu bildiyini ona demişdir. Ərdəbildə park kimi yerin yanında avtomobildə dayanmışlar, parkdan 55-60 yaşlarında, keçəl, bığlı, az saqqalı, orta bədən quruluşlu bir nəfər şəxs onlara yaxınlaşmışdır. Taksi sürücüsü yaxınlaşan adama həmin əmanəti verməyi ona tapşırmış, o da, pəncərədən həmin fleşkartı gələn adama uzatmışdır. Həmin adamın adını ona deməmişlər. Taksi sürücüsünün adını isə xatırlamır. Həmin taksi sürücüsü onu yenidən İranın Astara şəhərinə qaytarmışdır. Lakin qaynatasının tapşırığına əsasən taksiyə pul verməmişdir. Həmin şəxsin kim olması, fleşkartda hansı məlumat olması barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1994-cü ildən Təqsirləndirilən şəxs ilə rəsmi nikahdadır, həmin nikahdan Ülkər adlı bir qızı vardır. Qızının həyat yoldaşı isə Şahid4dir. Onlar bir neçə dəfə İran İslam Respublikasında olmuş, səfərlərinin məqsədi yalnız ticarət və həkim müayinəsindən keçmək olmuşdur. İrana hər zaman həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə getmişdir. Özünün və Səbuhinin səhhətində problemlər olduğu üçün həkim müayinəsindən keçmişlər. Bundan başqa, bir neçə dəfə İranın Məşhəd və Qum şəhərlərindəki ziyarətgahlara səfər etmişlər. İranda olduqları müddətdə də heç kimin evində qalmamışlar, qaldığı yerlər ya otel, ya da ki, qonaq evi olmuşdur. Səbuhinin İranda yaşayan dostlarından Rövşən müəllimi tanımış, Rövşənlə Səbuhinin əlaqələri olmuş, onların dini mövzuda söhbətlər apardıqlarını bilmiş, onların arasında başqa münasibətlərin olub-olmadığını bilməmişdir. Şahid5 ifadəsində həmçinin göstərmişdir ki, 2011-ci ilin dekabr ayının 19-dan 28-dək olan müddət ərzində o, əri və qızı Şahid6 İranda olmuşlar. Həmin ərəfədə Təqsirləndirilən şəxs ürəyində problemlər olmuş, Bakı şəhərində əməliyyat olunmaq üçün maddi imkanları çatmamış və buna görə İrana gedib orada müayinədən keçmək və əməliyyat olunmaq qərarına gəlmişlər. Həmin məqsədlə onlar İrana getmiş, Ərdəbil şəhərində «Sərçeşmə» adlanan ərazidəki otellərin birində məskunlaşmışlar. Yadındadır ki, getdikləri gün Təqsirləndirilən şəxs Ərdəbilin X22 X26 yanına getmiş və ondan kömək istəmişdir. Həmin gün Səbuhi həkim yanına gedib və orada Səbuhiyə bildiriblər ki, əməliyyat olunmaq üçün xəstəxananın depozitinə 7 min, yaxud 8 min dollar pul qoyulmalıdır. Lakin onlarda həmin məbləğdə pul olmamışdır. Yadındadır ki, Həsən Amilinin adından bir nəfər onlar qalan otelə gəlmiş və həmin şəxsin köməkliyi ilə qaldıqları oteldən başqa bir nisbətən yaxşı şəraiti olan qonaq evinə aparıb orada yerləşmişlər. Qaldıqları müddətdə o da, qızı da, Səbuhi də ayrı-ayrılıqda həkimlərə getmiş və müayinələrdən keçmişlər. Həmçinin yadındadır ki, həmin səfər zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə Məşhəddəki dostları ilə görüşüb dini məclisdə iştirak etmək adı ilə onlardan ayrılıb bir neçə saatlıq onlarla olmamışdır. Lakin hara getsə də, axşam mütləq qaydada qaldıqları qonaq evinə qayıtmışdır. Dediklərindən başqa, Təqsirləndirilən şəxs həmin səfər zamanı kimlərlə görüşməsi barədə məlumatı olmamışdır. Həmin səfər zamanı pulları çatmadığı üçün Səbuhi əməliyyat olunmamışdır. Təqsirləndirilən şəxs 2012-ci ildə İranın Təbriz şəhərindəki xəstaxanaların birində açıq ürək əməliyyatı keçirmiş, əməliyyatın pulu təxminən 6 min manat təşkil etmişdir. Həmin əməliyyat zamanı Azərbaycan İslam Partiyasından Səbuhiyə maddi cəhətdən köməklik edilmişdir. Onun ərinin İranın xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs «Qüds günü» ilə bağlı İsrailin Azərbaycandakı səfirliyinin qarşısında təşkil olunan etiraz aksiyalarında iştirak etmiş, yaşadıqları evdə dini tədbirlər keçirmişdir. Onun özü də təxminən 5-6 il əvvəl «Qüds günü» ilə bağlı İsrailin Azərbaycandakı səfirliyinin qarşısında təşkil olunan etiraz aksiyalarında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Təqsirləndirilən şəxs qızı olduğunu bildirərək, anası Şahid5 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 26 yanvar 2016-cı ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunmuş, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü çıxarılaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2021-ci ilin yanvar ayında azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs 2011-ci ildən tanıyır. 2011-ci ildən etibarən o, İslam Partiyasının sədr müavini vəzifəsində işləmiş, elə həmin vaxt Təqsirləndirilən şəxs İslam Partiyası sıralarına qoşulmuşdur. Səbuhi onun sürücüsü və köməkçisi kimi partiya sıralarında işləməyə başlamışdır. Təqsirləndirilən şəxsla yaxşı münasibətləri yaranmış, hətta ailəvi gediş-gəlişi olmuşdur. 2016-cı ildə həbs olunduqdan sonra Təqsirləndirilən şəxs mütəmadi onun ailəsi ilə maraqlanıb, ehtiyac olduğu hallarda öz köməkliyini etmişdir. Barəsində hökm çıxarıldıqdan və cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra Təqsirləndirilən şəxs dəfələrlə onun yanına ziyarətə gəlmişdir. Təqsirləndirilən şəxs Azərbaycan İslam Partiyası tərəfindən aylıq maaş verilmişdir. Heç kəsə sirr deyil ki, İslam Partiyası həmin dövrlər sırf İran xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində iş yoldaşı Rəşadla birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsində olarkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı onlara yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etmələrini təklif etmiş, onlar da buna razılıqlarını vermişlər. Daha sonra Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmişlər və orada evin sahibi olan Səbuhi adlı şəxsin iştirakı ilə həmin ünvanda keçirilən baxışda iştirak etmişlər. Baxışda Səbuhi adlı şəxsin özü də iştirak etmişdir. Baxış başlamamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı baxış keçirilməsi haqqında məhkəmə qərarını Səbuhi adlı şəxsə, ona və iş yoldaşı Rəşada elan etmişdir. Bundan sonra həmin ünvana baxış keçirilmişdir. Baxış zamanı yaşayış evindən Səbuhi adlı şəxsin şəxsiyyət vəsiqəsi, Məmmədrza adlı şəxsə məxsus şəxsiyyət vəsiqəsi və pasport, 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd CD disk, 3 ədəd mobil telefon və 1 ədəd “Toshiba” markalı notebook tipli kompüter aşkar edilmiş və sadalanan əşya və sənədlər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onların iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Baxış qurtardıqdan sonra protokol tərtib olunmuş, o, digər hal şahidi Rəşad, habelə baxışda iştirak edən Səbuhi adlı şəxs həmin protokolu oxuyub onu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 20 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi zamanı hal şahidi qismində iştirak etdiyini bildirərək, digər hal şahidi Şahid8 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 08 dekabr 2021-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən, İran İslam Respublikasının ərazisində gizlənən Azərbaycan Respublikasının vətəndaşı X8 fotoşəkli iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs oğluna təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıdığını, onun barəsində istintaqa ifadə verdiyini və həmin ifadələrini təsdiq etdiyini, onunla İranda yaşayan bir dindar şəxs kimi dostluq və tanışlıq münasibətlərində olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 14 aprel 1968-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X8 fotoşəkilidir. Qeyd: Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsindən ibtidai istintaq orqanına təqdim edilmiş 30 dekabr 2021-ci il tarixli 03/120090271/4005 №-li məktubu ilə müəyyən olunur ki, Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2013-cü il tarixdə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-2.2.1 və 283.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş, lakin Rövşən Əhmədzadənin olduğu yer müəyyən edilmədiyindən həmin tarixdə barəsində axtarış elan edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli tutulduğu andan hesablanmaqla 2 ay müddətinə həbs qətitmkan tədbiri seçilmiş, xx.xx.2013-cü il tarixdə ********* nömrəli cinayət işinin materiallarından Rövşən Əhmədzadə və qeyrilərinin barələrində ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilmiş, xx.xx.2013-cü il tarixdə cinayət işi üzrə icraat Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Bundan başqa, Baş Prokurorluğunun İstintaq idarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə xx.xx.2018-ci il tarixdə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 126.2.1, 126.2.2, 181.3.1, 181.3.3, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 232.3.1, 232.3.2, 277, 278.2, 279.1-1 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş, lakin Rövşən Əhmədzadənin olduğu yer müəyyən edilmədiyindən həmin tarixdə barəsində axtarış elan edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli qərarın icra edildiyi andan hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və istintaqdan gizləndiyi üçün cinayət üzrə icraat xx.xx.2020-ci il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild 3, iş vərəqii 88-91, 168-169). Cinayət işinə əlavə edilmiş 08 dekabr 2021-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, İran İslam Respublikasının ərazisində gizlənən X2 fotoşəkili iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə bərkidilmiş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıdığını, həmin şəxsin İsgəndər Hüseynov olduğunu, onun barəsində istintaqa ifadə verdiyini və həmin ifadələrini təsdiq etdiyini, onunla İranda yaşayan bir dindar şəxs kimi dostluq və tanışlıq münasibətlərində olduğunu bildirmişdir. Fotocədvəldə 3 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 27 yanvar 1966-cı il təvvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı X2 fotoşəkilidir. Qeyd: 27 yanvar 1966-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, məhəllə 9, yataqxana 10-da qeydiyyatda olan, faktiki olaraq İran İslam Respublikasının Qum şəhərində yaşayan X1 Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olan 998 nömrəli cinayət işi üzrə 12 sentyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü, 28,214.2.1-ci, 28,214.2.3-cü və 228.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmişdir. 23 fevral 2009-cu il tarixdə isə yuxarıda qeyd olunan ittiham dəyişdirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü, 32.3,28,214.2.1-ci, 32.3,28,214.2.3-cü, 32.3,228.3-cü, 32.3,318.1-ci, 32.3.318.2-ci, 32.3,320.1-ci və 32.3,320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qsimində cəlb edilmişdir. İbtidai istintaqın gedişində müəyyən edilmişdir ki, X5 istintaqdan qaçaraq İran İslam Respublikasının ərazisində gizlənmişdir (cild 3, iş vərəqii 2, 3-11, 12-21, 22-30, 31-60, 92- 95). Cinayət işində olan Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Əks- Kəşfiyyat Baş idarəsindən istintaqa təqdim edilmiş 19 avqust 2015-ci il tarixli 2/4051 nömrəli məktubdan çıxarışdan görünür ki, xx.xx.1966-cı il tarixsə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, məhəllə 9, yataqxana 10 ünvanında qeydiyyatda olan 1996-cı ildən İran İslam Respublikasının Qum şəhərində məskunlaşmış X5 1992-ci ildə İranın teoloji mərkəzində dini təhsil alıb, hərbi təlim keçib və həmin dövrdə İran İslam Respublikasının Xüsusi Xidmət Orqanı tərəfindən təsir altına salınaraq Azərbaycan Respublikasına qarşı aparılan pozuculuq fəaliyyətində imkanlarından fəal istifadə olunub. Hazırda o, məskunlaşdığı İranın Qum şəhərində İran İslam Respublikasının Xüsusi Xidmət Orqanının nəzarəti altında fəaliyyət göstərir. “Nur” elmi-mədəni müəssisəsinin (ünvan: Qum şəhəri, Zəmbilabad xiyabanı ev 18 mənzil 50) rəhbəridir. O, İranda qeyri-rəsmi dini təhsil alan Azərbaycanlı tələbələr arasında zəif əqidəli şəxsləri seçilərək onların İran İslam Respublikasının Xüsusi Xidmət Orqanının Casus şəbəkəsinə cəlb olunmasına şəraitin yaradılmasında, zərərli dini ədəbiyyatın Azərbaycan dilinə tərcümə edilərək İran yönümlü təbliğat məqsədi ilə respublikamıza göndərilməsində, həmçinin təsiri altına salınmış tələbələrin hərbi təlimlərə də cəlb olunmasında təşkilatçı funksiyalarını həyata keçirir. 2008-ci ilin may ayında İsrailin Bakıdakı şəfirliyinə qarşı terror təxribat aksiyasının həyata keçirilməsi məqsədi ilə Azərbaycana gəlmiş “Hezbollah” terrorçu təşkilatının 2 əcnəbi üzvünə əməlli köməklik göstərdiyi üçün İsgəndər Hüseynov barəsində cinayət işi qaldırılmış, «Dövlətə xəyanət», «Terrorçuluq» maddələri ilə beynəlxalq axtarışa verilmişdir. Hazırda ailəsi ilə birgə Qum şəhəri Zəmbilabad məhəlləsi, Simetriyeqaib, küçə 1 ünvanında yaşayır (cild 1, iş vərəqii 97). İş materiallarına əlavə edilmiş 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X29 Mühafizəçiləri Korpusu - «SEPAH»ın Azərbaycan Respublikası istiqamətində fəaliyyət göstərən əməkdaşı Vəli Cabbarinin (Ağayi Cabbari) fotoşəkli iş üzrə aidiyatı olmayan digər şəxslərin fotoşəkilləri ilə birlikdə Təqsirləndirilən şəxs təqdim edilmişdir. Tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotocədvəldə əks edilmiş şəxslərin heç birini tanımadığını bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X29 Mühafizəçiləri Korpusu - «SEPAH»ın Azərbaycan Respublikası istiqamətində fəaliyyət göstərən əməkdaşı Vəli Cabbarinin (Ağayi Cabbari) fotoşəkilidir. Qeyd: Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi ifadələrində göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı Vəli Cabbari adlı şəxsi tanıyır, təxminən 2011-2015-ci illərdə Azərbaycan İslam Partiyasında işlədiyi müddətlərdə tez-tez ziyarətə, müalicə məqsədilə İranan gedibgəlirmiş, o əsnada təxminən 2011-ci ildə Tehranda olarkən onları müşayiət edən şəxslərdən biri kimi Vəli Cabbari adlı şəxsi tanımışdır. Sonuncu onların nəqliyyat, oteldə qalmaq işlərini həll etmişdir. Həmin ziyarətləri İslam Partiyasının rəhbərləri təşkil etmişlər. Təqsirləndirilən şəxs Vəli Cabbarinin xarici əlamətləri barədə də geniş ifadə verərək bildirmişdir ki, Vəli Cabbari təxminən 40-45 yaşlarında, ortaboylu, seyrək saqqal saxlayan bir şəxs olmuşdur. Həmin ziyarətlər zamanı Vəli Cabbari ilə bir neçə dəfə məişət xarakterli söhbətlər etmişdir. Vəli Cabbari kimi onlara orada xidmət edən adlarını dəqiqliklə xatırlamadığı digər şəxslər də olmuşdur. Bir neçə dəfə Vəli Cabbari və onun kimi onlara xidmət edən digər şəxslərlə ziyarətlər zamanı fotoşəkil çəkdirmək istəmişlər, lakin onlar etiraz etmiş, şəkil çəkməyə qoymamışlar. Səbəbini soruşduqda isə onlara məlumat vermirlərmiş. Ancaq sonradan o dindarlar arasında danışan söhbətlərdən ümumi olaraq başa düşüb ki, onlar İranın xüsusi xidmət orqanlarının əməkdaşlarıdırlar. O səbəbdən də onlarla şəkil çəkdirmək istəməmişlər. Bununla bağlı ibtidai istintaq orqanı nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs fotoşəkil üzrə tanınma zamanı məxfi əməkdaşlıq Vəli Cabbarini tanımamasını bildirməsi özünü müdafiə və törətdiyi xüsusilə ağır cinayət əməlinə görə onu gözləyən ağır cəzadan yayınmaq məqsədi daşıyır. (cild 4, iş vərəqi 49-52). Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Əks-Kəşfiyyat Baş idarəsindən istintaqa təqdim edilmiş 19 dekabr 2014-cü il tarixli 2/6081 nömrəli məktubdan çıxarış çıxarışdan görünür ki, X34 İslam Respublikasının xüsusi xidmət orqanı olan X29 Mühafizəçiləri Korpusu - «SEPAH»ın Azərbaycan Respublikası istiqamətində fəaliyyət göstərən əməkdaşıdır və ibtidai istintaq zamanı mümkün istifadə üçün onun fotoşəkli ibtidai istintaq orqanına təqdim edilmişdir (cild 4, iş vərəqi 95-96). Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsindəki yaşayış evində keçirilmiş 20 oktyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, baxış zamanı evdən digər əşya və sənədlərlə yanaşı, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərinə sim-kart quraşdırılmış «X35 7» markalı «M1901F7G» modelli mobil smartfon aşkar edilərək götürülmüşdür (Cild 2, iş vərəqi 82-85). Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərinə sim-kart quraşdırılmış «X35 7» markalı «M1901F7G» modelli mobil smartfonla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 02 fevral 2022-cı il tarixli 5/46 №-li rəydən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 10» əməliyyat sistemi ilə təchiz olunmuş «X35 7» markalı «M1901F7G» modeli «**********61674, **********11673» «ımeı» kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, smartfonun yaddaşında «WhatsApp» proqramm təminatı, «Facebook/Messenger», «İnstagram» sosial şəbəkələr vasitəsilə məlumat mübadiləri aparılmışdır (Cild 3, iş vərəqi 238-241). İbtidai istintaq orqanının 01 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə xarici xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə dövlətə xəyanət cinayətinin törədilməsində əlaqə vasitəsi kimi istifadə edilmiş üzərinə sim-kart quraşdırılmış «X35 7» markalı «M1901F7G» modelli mobil smartfon maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (Cild 4, iş vərəqi 75). Yuxarıda qeyd olunan sübutlardan əlavə, Təqsirləndirilən şəxs casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə xarici xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə dövlətə xəyanət cinayətinin törədilməsində təqsiri həmçinin məhkəmə iclasında tədqiq olunmuş aşağıda qeyd edilən sübutlarla da təsdiq olunur: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ Baş idarəsi tərəfindən 04 mart 2022-ci il tarixli 7-596 nömrəli məktubla ibtidai istintaq orqanına təqdim edilmiş iş üzrə Təqsirləndirilən şəxs danışığının yazıldığı 1 ədəd CD diskə keçirilmiş 07 mart 2022-ci il tarixli baxış protokolu ilə (Cild 3, iş vərəqi 218-226). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli 4/383-4/384 №-li rəyi ilə: belə ki, məhkəmə-fonoskopik ekspertizasının qeyd olunan rəyində həmin danışığın Təqsirləndirilən şəxs tərəfindən aparıldığı təsdiq edilmişdir (Cild 4, iş vərəqi 9-17). - İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İİ Baş idarəsi tərəfindən 04 mart 2022-ci il tarixli 7-596 nömrəli məktubla ibtidai istintaq orqanına təqdim edilmiş iş üzrə Təqsirləndirilən şəxs danışığının yazıldığı 1 ədəd CD disklə (Cild 4, iş vərəqi 76). - Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərinə sim-kart quraşdırılmış «X35 7» markalı «M1901F7G» modelli mobil smartfona keçirilmiş 08 dekabr 2021-ci il tarixli baxış protokolu ilə həmin protokoldan görünür ki, mobil smartfona yazılmış “Messenger” mobil tətbiqinə daxil olduqda “m.me/sebuhi.selimov.3” adı ilə qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. Həmin tətbiqdə “Djeyxun Babaev” adlı istifadəçi ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda mesajlaşmalar aparılmışdır: Göndərən Qəbul edən Tarix saat SMS və səsli mesajın məzmunu Djeyxun Babaev Sebuhi Selimov xx.xx.2018 amma men mehle ucun darixiram 3:41 Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 orgeweceysen 3:42 Djeyxun Babaev Sebuhi Selimov xx.xx.2018 melenin yerini hecne vere bilmez lap 3:42 istiirsen saray olsun siz hansi terefdesiz? Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Men hele mehledeyem 3:43 Djeyxun Babaev Sebuhi Selimov xx.xx.2018 Hee lap yaxwi 3:45-3:46 Gelmeyibler hele Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Yox hele 3:46 Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Salam qardawim necesen 10:45-10:47 Sene iwimduwub Mene bawa sala bilersen gizli mesencer gondermeyi Yeni gizli yaziwmagi Bir gun goruwey eger bilersense Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Buraxılmış Zəng 3:40 Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Buraxılmış Zəng 11:04 Djeyxun Babaev Sebuhi Selimov xx.xx.2018 Salam sebuhi emi 2:36 Bawa duwmedim ee neyi diirsen Sebuhi Selimov Djeyxun Babaev xx.xx.2018 Salam telfon nomreni gonder mene 7:24 daniwaq Djeyxun Babaev Sebuhi Selimov xx.xx.2018 Sabuhi emi telefonu satmiwam adi 10:01 balaca telefondu oda ki iwde tehfil veririk ahsamnan ahsama iwdede bilirem İnwallah vaxt ederem goruwub daniwariq (Cild 3, iş vərəqi 76-79). - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ Baş idarəsindən istintaqa təqdim edilmiş xx.xx.2021-ci il tarixli 2/895 nömrəli məktubdan çıxarış ilə - həmin çıxarışdan görünür ki, cinayət işi ilə bağlı xx.xx.2020-ci il tarixli qərar üzrə keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs - xx.xx.1969-cu il tarixdə ünvan 5 ünvanında qeydiyyatdadır və yaşayır, ***-***-**-** saylı mobil telefon istifadəsindədir. Təqsirləndirilən şəxs radikal iranmeyilli dindardır, Şahid3 Azərbaycan İslam Partiyasına sədrlik etdiyi dövr ərzində orada sürücü işləmişdir. İdarədə mövcud olan məlumatlara əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının Xüsusi Xidmət Orqanları ilə əlaqələri mövcuddur. Daxil olmuş məlumata görə, Təqsirləndirilən şəxs 19xx.xx.2011-ci il tarixlərdə İran İslam Respublikasında “SEPAH” əməkdaşları Vəli Cabbari və digərləri ilə görüşərək onların vasitəsi ilə “daxili təhlükəsizlik məsələləri” ilə bağlı müvafiq təlimlər keçmişdir. O, səhhətində olan problemlə əlaqədar müalicə olunmaq üçün xx.xx.2012-ci il tarixdə yenidən İran İslam Respublikasına səfər etmiş, Tehrandakı kardioloji xəstəxanada həkim müayinəsindən keçdikdən sonra “SEPAH”ın əməkdaşı Vəli Cabbari ilə telefon əlaqəsi saxlamış, lakin sonuncu, hazırda başqa şəhərdə olmasını əsas gətirərək, onunla görüşə digər əməkdaşı göndərmişdir. ”SEPAH”ın əməkdaşı Təqsirləndirilən şəxsla xəstəxanada görüşərək onun problemlərini dinləmiş və ürəyində cərrahiyyə əməliyyatının aparılmasına ehtiyac yaranması ilə əlaqədar tibb müəssisəsinə pul ödəmişdir. Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə İran İslam Respublikasında növbəti səfəri zamanı “SEPAH” əməkdaşları ilə yenidən görüş keçirməsi ehtimal edilmişdir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs 21-xx.xx.2018-ci il tarixdə İran İslam Respublikasında səfərdə olmuş, “terrorçuluq” və “dövlətə xəyanət” maddələri ilə beynəlxalq axtarışda olan İsgəndər Hüseynovla görüşməsi barədə idarəyə məlumat daxil olmuşdur. Görüş zamanı o, İsgəndər Hüseynovdan “Qüds günü” ilə əlaqədar Azərbaycan Respublikasındakı Amerika Birləşmiş Ştatları və İsrail səfirlikləri qarşısında etiraz aksiyalarının təşkil olunması üçün müvafiq tapşırıqlar almışdır. Təqsirləndirilən şəxs radikal iranmeyilli dindar kontingentlə, eləcə də X9 aktiv üzvləri ilə məqsədyönlü şəkildə mütəmadi olaraq sıx əlaqələr saxlayır, yaşadığı ünvanda tez-tez toplantılar keçirir. Təqsirləndirilən şəxs iranmeyilli dindarlar tərəfindən, xüsusilə də Azərbaycan İslam Partiyası və hazırda radikal müxalifət qruplaşması olan “Milli Şura” tərəfindən təşkil olunan mitinqlərdə fəallıq nümayiş etdirir (Cild 2, iş vərəqi 19-21). - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ Baş idarəsindən istintaqa təqdim edilmiş xx.xx.2021-ci il tarixli 2/7162 №-li məktubdan çıxarış ilə - həmin çıxarışdan görünür ki, cinayət işi ilə bağlı xx.xx.2021-ci il tarixli qərar üzrə keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olmuşdur ki, Azərbaycan İslam Partiyasında sürücü işləmiş Təqsirləndirilən şəxs ilə partiyanın sədr əvəzi Şahid3 arasında xx.xx.2011-ci il tarixdə aparılmış danışıq zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasında səfərdə olarkən İran İslam Respublikasının X4 Korpusunun əməkdaşı X16 gəldiyini və onunla görüşdüyünü bildirmişdir. O, tibbi əməliyyatı üçün klinikanın əmanəti kimi 7300 dollar pul tələb etdiyini (əməliyyatdan artıq pul qalanda xəstənin özünə qaytarılır) və həmin məbləğin özündə olmadığı üçün xüsusi xidmət orqanının əməkdaşına zəng vurduğunu qeyd etmişdir. X30 Səlimovu «İmam Xomeyni» xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxs əməliyyat üçün tələb olunan pulu olmadığı üçün zəng vurduğunu, əks halda əməliyyatdan sonra ona zəng vurmaq niyyətində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məlumatına əsasən, onun yanına əlavə olaraq 1-2 nəfər “müəllim” deyə müraciət etdiyi İran İslam Respublikasının X4 Korpusunun əməkdaşları gəlmiş və bir müddət müzakirə aparmışlar. Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələrlə iki gün adı ilə altı gün saxlamalarına narazılığını bildirmişdir. Təqsirləndirilən şəxs təhlükəsizlik təlimlərində iştirak etdiyini bildirmişdir. Ondan əlavə olaraq iki gün də qalmağını istəsələr də, Təqsirləndirilən şəxs razılaşmamışdır. O, yaxın qohumları ilə gəldiyi üçün qayıtmaq məcburiyyətində olduğunu, növbəti dəfə göstərilən vaxtda yenidən gələ biləcəyini vurğulamışdır. Təqsirləndirilən şəxs partiyanın təhlükəsizlik məsələləri ilə bağlı təlim keçirilmişdir. X4 Korpusunun əməkdaşları Azərbaycan İslam Partiyası daxilində yardım komitəsi adı altında xüsusi üzvlərinin bir-birini tanımadığı qrup yaradılması, həmin qrup vasitəsi ilə partiya daxilində hüquq mühafizə orqanları ilə əməkdaşlıq edən şəxslərin aşkarlanması və partiyadan xaric edilməsi barədə Təqsirləndirilən şəxs təlim keçmişlər. Təqsirləndirilən şəxs hazırkı mərhələdə partiyanın xarici təsirlərdən qorumağın vacibliyini bildirməklə növbəti mərhələdə “hücum komitəsi” yaratmağı planlaşdırmışdır. Belə ki, dövlət təhlükəsizliyi orqanları, Milli Məclis və digər strateji dövlət orqanlarında işləyən şəxslərlə etibarlı əlaqələr qurmağı xüsusi xidmət orqanları əməkdaşlarının ona tapşırığı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin İran İslam Respublikasının X4 Korpusunun əməkdaşları mobil telefon danışıqlarının dinlənilməsi və kompüterlərə müdaxilələrdən qorunmağın yolları barədə təlimlər keçmişlər. Təqsirləndirilən şəxs təlimləri Vəli Cabbari, «saqqalı Miri» kimi tanıdığı şəxs keçmiş, tərcümə işlərini isə Hacı Yunus adlı şəxs aparmışdır. Təlimlər Təqsirləndirilən şəxs məskunlaşdığı yerdən uzaqda keçirilmişdir. X4 Korpusunun əməkdaşları kompüter bacarığı olan gənc kadrların partiya sıralarına cəlb olunması və təlim üçün İran İslam Respublikasına göndərilməsini tapşırmışlar. X4 Korpusunun əməkdaşları növbəti təlimlərin Bakı şəhərində keçirilə biləcəyini bildirmiş və Təqsirləndirilən şəxs tam müəyyənedici və ailə üzvləri barədə məlumatlarını, əlaqə nömrələrini götürmüşlər. Əcnəbilər partiya daxilində yaradılması nəzərdə tutulan yardım komitəsinə əlavə maliyyə vəsaitləri ayırmaq niyyətində olmuşlar. Təqsirləndirilən şəxs əlavə olaraq təlimlərdə qalması barədə müzakirə olmuş, o, növbəti dəfə daha uzun müddət təlimdə qala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs xüsusi xidmət orqanının əməkdaşlarına Azərbaycan xalqının İranın Ermənistanla olan münasibətlərinə görə yaranmış nifrətindən danışmışdır. Təqsirləndirilən şəxs «İran hakimiyyəti Azərbaycan xalqının qəlbində məhəbbət qura bilsə, silah istifadə edilmədən İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədləri birləşəcək» məzmunlu fikirlərini X4 Korpusunun əməkdaşlarına çatdırmışdır (Cild 3, iş vərəqi 150-151). - Təqsirləndirilən şəxs barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 26 oktyabr 2021-ci il tarixli tələbnaməsi ilə - həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X29 Mühafizəçiləri Korpusu – «SEPAH» tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara qəsdən kömək etmək, xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq formasında dövlətə xəyanət cinayət əməllərini törətdiyi müddətdə İran İslam Respublikasına çoxsaylı səfərlər etmiş, o cümlədən 19 dekabr 2011-ci il tarixdə saat 15:41 dəqiqədə «Astara» keçid məntəqəsindən keçməklə İrana getmiş, 28 dekabr 2011-ci il tarixdə saat 16:01 dəqiqədə isə oradan geri Azərbaycana qayıtmışdır. İbtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə məhz 2011-ci ilin 19-28 dekabr tarixlərində İranın Ərdəbil şəhərində olarkən İran İslam Respublikasının xüsusi xidmət orqanı olan X29 Mühafizəçiləri Korpusu – «SEPAH»-ın nümayəndəsi Vəli Cabbari və digərləri tərəfindən əvvəlcədən hazırlanmış konspirativ görüş üçün nəzərdə tutulmuş evdə «Kərbəlayi» təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilmişdir (Cild 2, iş vərəqi 154-156). - İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** №-li telefon nömrəsi ilə dövlətə xəyanət maddəsi ilə məhkum edilmiş Şahid7 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi arasında aparılmış danışıqları özündə əks etdirən Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən 26 yanvar 2022-ci il tarixli 7-198 nömrəli məktubla Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş idarəsinə təqdim edilmiş statistik kompyuter açıqlamalarına keçirilmiş 26 yanvar 2022-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs 24 may 2012-ci il tarixdə saat 14:27 dəqiqədə X20 İslam Respublikasının xüsusi xidmət orqanlarının əməkdaşları ilə məxfi əməkdaşlıq etdiyi müddətdə sonuncularla əlaqə saxlamaq üçün istifadə etdiyi və məhdud şəxslərin bildiyi ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək 30 saniyə danışıq aparmışdır (Cild 3, iş vərəqi 192). - Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X32 tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 2634 №-li rəylə həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ittiham olunan dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 3, iş vərəqi 61-63). Təqsirləndirilən şəxs səciyyələndirən hal onun yaşayış yeri üzrə mənfi xarakterizə olunmasıdır. Belə ki, Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilmiş 26 noyabr 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 179 saylı evdə qeydiyyatdadır. Yaşadığı müddətdə Təqsirləndirilən şəxs özünü dini yönümlü sakin kimi göstərərək, qonşular arasında müəyyən dini fikirlər aşılamağa çalışmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı məhəllədə dövlət və dövlətçilik əleyhinə çağırışlar edən vətəndaş kimi tanınmışdır. Təqsirləndirilən şəxs qonşular və 40 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən aqressiv, cəmiyyət üçün yaxşı olmayan sakin kimi xarakterizə olunur. Təqsirləndirilən şəxs səciyyələndirən hal onun əvvəllər məhkum olunmaması, əvvəllər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən inzibati xəta törətdiyi üçün inzibati məsuliyyətə cəlb olunmasıdır (cild 3, iş vərəqi 73-75). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, DİN-nin “Vahid Məlumat-Axtarış Sistemi”ndə Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (Cild 2, iş vərəqi 160). Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə özünü təqsirli bilməyərək, verilmiş sualları cavablandırarkən dövlətə və vətənə xəyanət edən şəxs olmadığını, heç bir ölkənin, o cümlədən İranın xüsusi xidmət orqanıları ilə əlaqələrinin olmadığını, onlardan heç bir maliyyə vəsaiti almadığını, Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə təşkil edilmiş Bakı şəhərində Ədliyyə Nazirliyi qarşısında, «Qüds günü» ilə bağlı Bakı şəhərində «Bibiheybət» məscidinin qarşısında, İsrailin Azərbaycandakı səfirliyinin qarşısında aksiyalarda iştirak etdiyini, 2018-ci ilin iyun ayında öz yaşayış evində ABŞ, İsrail və Ermənistan dövlətlərinin bayraqlarının yandırılmasını təşkil edərək, qeydə alınmış videogörüntüləri yaddaş qurğusuna köçürüb kürəkəni Şahid4 vasitəsilə İranda yaşayan X3 göndərdiyini, bu zaman niyyətinin partiyanın üzvü olaraq həmin ölkələrə etirazını və əlavə olaraq Ermənistanın da işğalçı olduğunu onlara bildirmək olduğunu, 2012-ci ilin mart ayının 3-dən 2021-ci ilin iyun ayının 26-dək olan müddət ərzində İran İslam Respublikasına etdiyi çoxsaylı səfərlərində həmin ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə görüşləri olmadığını, səfərlərinin məqsədinin yalnız ziyarət, ticarət və tibbi müayinədən keçmək olduğunu bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs gətirdiyi həmin dəlillər yoxlanılmış və digər sübutlarla müqayisəli şəkildə təhlil edilmişdir. Lakin qeyd olunan dəlillərin heç biri məhkəmədə öz təsdiqini tapmamış, əksinə hazırkı hökmdə sadalanan və məhkəmə iclasında tədqiq edilmiş çoxsaylı sübutlarla təkzib olunmuşdur. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillər məhkəməni obyektiv həqiqətdən yayındırmaq məqsədi daşıyır, bu səbəbdən onun məsuliyyətdən yaxa qurtarmaq və ya öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.6-cı maddəsinə əsasən, cinayətin tamah məqsədilə törədilməsi Təqsirləndirilən şəxs cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 20 oktyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərinə sim-kart quraşdırılmış «X35 7» markalı «M1901F7G» modelli mobil smartfon qanuni sahibinə qaytarılması üçün onun ailə üzvlərinə təhvil verilməli, həmçinin Təqsirləndirilən şəxs danışığının yazıldığı 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 360 (üç yüz altmış) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 360 (üç yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - 1 ədəd «X35 7» markalı «M1901F7G» modelli mobil smartfon qanuni sahibinə qaytarılması üçün Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilsin; - Təqsirləndirilən şəxs danışığının yazıldığı 1 ədəd CD disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 360 (üç yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1470/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1470/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver