Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1470/2024 17.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 2 il tarixli qərarına əsasən barəsində əvvəli 04 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda onun cinayətkar niyyətindən xəbərsiz olan X4 guya yüksək vəzifəli şəxslərlə əlaqələrinin olmasını bildirib buna inandıraraq sonuncunun tanışı Zərərçəkmiş şəxs2 əlaqələrindən istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə inspektor vəzifəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, etibarından sui-istifadə etməklə bu adla 2022ci ilin may ayının ortalarında ünvan 3 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs2 Rzaəli Soltanov vasitəsilə ona göndərdiyi həmin dövrün rəsmi məzənnəsi ilə 51000 manat təşkil edən 30000 ABŞ dolları və 2022-ci ilin iyul ayının axırlarında həmin ünvanda Zərərçəkmiş şəxs2 15000 manat aldıqdan sonra, Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirməyə yönəldilmiş qanunsuz hərəkətlərini davam etdirərək sonuncuya guya Dövlət Gömrük Komitəsinə işə qəbul edilməsi məsələsinin gecikməsini bildirib Zərərçəkmiş şəxs2 Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müvəqqəti marketinq şöbəsində mütəxəssis vəzifəsinə qəbul edilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs2 2022-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində əlavə 2500 manat, ümumilikdə isə 68500 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində ABŞ-dan «Toyota Prius» markalı maşınlar gətirmək qərarına gəlmiş, dostu Zərərçəkmiş şəxs1 faizə pul verdiyini bildiyindən Rzaəlidən ona faizə pul tapmasını xahiş etmişdir. Rzaəli ilə Binəqədi rayonu 8-ci mikrorayon ərazisində, yaşadıqları məhəllədə görüşmüş, Rzaəli ona 40.000 manat, aylıq 10 faizə borc verə biləcəyini demiş, ancaq pulun kimə məxsus olduğunu deməmişdir. Rzaəli ilə razılaşmış və 2022-ci ilin may ayının ortalarında Rzaəli onun olduğu, Binəqədi rayonu ərazisində 5-ci PB-nin arxa hissəsində olan “Topaz” çay evinə gəlmiş, onlar Rzaəlinin “Lexus” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə oturmuşlar. Avtomobilin içərisində Rzaəlinin 40.000 manat pulu sayıb ona vermişdir. O, sonradan avtomobili Bakı şəhərindən almaq qərarına gəlmiş, avtomobili tapıb alana qədər bir müddət keçdiyindən, əlində olan pulun bir hissəsini öz ehtiyaclarına xərcləmiş, bu səbəbdən pulu qaytarıb verə bilməmişdir. Bir müddət sonra Rzaəli ondan pulu geri istəmiş və bildirmişdir ki, pul Vüqara məxsusdur, Vüqar hazırda Xəzər rayon prokurorluğunda işləyir, hər gün Mərdəkan qəsəbəsinə gedib-gələ bilmir, ona görə də Bakı şəhər prokurorluğuna keçmək istəyir. O, vaxt qazanmaq üçün Rzaəliyə Vüqarın Bakı şəhər prokurorluğuna keçməsinə kömək edəcəyini bildirmiş və buna görə əlavə olaraq 15000 manat məbləğində pul da almışdır. Bir müddət sonra isə Rzaəli ona dedi ki, Azəri işə düzəltməkdə köməklik lazımdır. O, Rzaəliyə Azər top çiləyə bilirsə sonuncunu AFFA-ya işə düzəldə biləcəyini demişdir. Bu barədə aralarında razılıq əldə edərək bunun üçün əlavə 2500 manat pul almış, həmin pulları da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, həbs olunmazdan əvvəl avtoyuma məntəqəsində işləmişdir, onun heç bir vəzifəli tanışı və ya qohumu yoxdur. Azəri bu vaxta kimi cəmi bir dəfə görmüşdür, 40.000 manat məbləğində pul da Vüqara məxsus olmuşdur. Onun zərər çəkmiş şəxsdən aldığı pulu qaytarmaq niyyəti olmuşdur. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 15 ildir ki, tanıyır. Aralarında dost münasibətləri olmuşdur. Demək olar ki, bir məhəllədə böyümüşlər. Tez-tez görüşüb bir yerdə vaxt keçirmişlər. 2022-ci ilin may ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə növbəti dəfə görüşərkən Xəyal qayınatasının vasitəsi ilə Dövlət Gömrük Komitəsinə işə adam düzəltmək imkanı olduğunu bildirmişdir. Həmin ərəfədə onun digər dostu X13 Gömrük Komitəsində işə düzəlmək istəmişdir. O da, bunu nəzərə alaraq Azərə köməklik etməsini Xəyaldan xahiş etmişdir. Bir neçə gündən sonra Xəyal onu görüşə çağırmışdır. Onlar Binəqədi rayonu ərazisində görüşərkən Xəyal ona Azəri 2 ay ərzində Gömrük Komitəsinə işə düzəldəcəyini, bunun üçün qabaqcadan 30000 ABŞ dolları, yəni 51000 manat pul lazım olduğunu söyləmişdir. Həmin pulun kimlərəsə çatacağını demişdir. Lakin Xəyal konkret olaraq pulu kimə verəcəyini deməmiş və heç bir ad çəkməmişdir. Həmin məbləğin içində özünün də payı olduğunu bildirmişdir. O, Xəyaldan ayrıldıqdan sonra Azərlə görüşmüş, Xəyalın onu Gömrük Komitəsinə işə düzəltməsi üçün 30000 ABŞ dolları, yəni 51000 manat pul istədiyini demişdir. Azər razılaşmış və təxminən 15 gün keçmiş, 2022-ci ilin may ayının ortalarında yaşadığı məhəllədə onunla görüşüb 30000 ABŞ dolları, yəni 51000 manat pulu ona vermişdir. O da, elə həmin gün öz növbəsində Xəyalla yaşadığı Binəqədi rayonu, İ.Dadaşov küçəsi, ev 72 ünvanının yaxınlığında görüşüb Azərin ona işə düzəlmək üçün verdiyi 30000 ABŞ dolları, yəni 51000 manat pulu tam olaraq şəxsən Xəyala vermişdir. Bu ərəfədə o, Xəyalın mobil telefon nömrəsini Azərə vermişdir. Bundan sonra Azər özü Xəyal ilə əlaqə saxlayaraq danışmağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, onun xəbəri olmadan Xəyal özü Azər ilə danışan zaman əlavə 15.000 manat pul tələb olunduğunu demiş, Azər də onunla razılaşıb, Xəyala əlavə olaraq 15000 manat pul vermişdir. Bir neçə gün sonra işin yubandığı üçün Xəyal Azəri müvəqqəti olaraq AFFA-ya işə düzəltməyi təklif etmişdir. Azər də Xəyalla razılaşmış və Xəzər rayonu ərazisində müvəqqəti olaraq AFFA-ya işə düzəltməkdə köməklik etmək üçün Xəyala 2500 manat pul vermişdir. Bundan sonra o, özü də mütəmadi olaraq Xəyalla görüşüb danışdıqda işin nə yerdə olması ilə maraqlanmışdır. Təxminən 2 ay keçməsinə baxmayaraq hər hansı nəticə olmamış və hər dəfə əlaqə saxlayan zaman Xəyal bir az da gözləməyi, bu yaxınlarda məsələnin həll ediləcəyini demişdir. Bir müddət keçdikdən sonra Xəyal müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Azər onunla danışıqlar zamanı öz narazılığını bildirmiş, o da, Xəyaldan şübhələnməyə başlamış və artıq ümumilikdə ona verilmiş 68500 manat pulu geri tələb etmişdir. Xəyal ilk olaraq, bir neçə gün ərzində pulu qaytaracağını bildirmişdir. Sonradan Xəyal heç bir iş görməmiş və almış olduğu pulu da özü şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Xəyal almış olduğu pulları geri qaytaracağına söz versə də vədinə əməl etməmiş və heç bir məbləğdə pulu geri qaytarmamışdır. Xəyal aldığı pulun qaytarılması üçün özünə məxsus evi satacağını söyləmişdir. Hətta o, Xəyalla birlikdə Biləcəri qəsəbəsində yerləşən fərdi həyət evində olmuşdur. Xəyal həmin evin ona məxsus olduğunu, həmin evi 50-55 min aralığında satıb Azərin pullarını qaytaracağını demişdir. O, özü də bir neçə ev alqı-satqısı ilə məşğul olan şəxslərə həmin ev barəsində demiş və evi satmaqda köməklik etmələrini xahiş etmişdir. Bir müddət keçmiş Xəyal heç bir məbləğdə pul qaytarmadığından və Azər ilə Xəyalı o tanış etdiyindən Xəyalın barəsində şikayət ərizəsi yazmışdır. Ərizəsində Xəyalın ona qarşı dələduzluq edib 68500 manat məbləğində pulunu aldadaraq ələ keçirdiyini bildirmişdir. Çünki Xəyal ilk əvvəl onu aldatmışdır. Sonradan ona məlum olmuşdur ki, Xəyal Biləcəri qəsəbəsində yerləşən həmin evi də satıb əldə etdiyi pulun bir qismini valideynlərinə vermiş, qalan hissəsini isə öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1la 6-7 ildir dostluq münasibətləri olmuşdur. Qardaşı Vüqar vasitəsilə tanış olmuşlar. O, uzun müddət dövlət işi axtarmış, bu barədə dostu Rzaəli də bilmişdir. Təxminən 2022-ci ilin may ayında Rzaəli ona Dövlət Gömrük Komitəsinə işə düzəldə biləcək adam tanıdığını bildirmişdir. Həmin adamla danışdıqdan sonra həmin adamın onu Gömrük Komitəsinə işə düzəldə biləcəyini bildirmiş, bunun üçün 30.000 ABŞ dolları pul tələb olunduğunu demişdir. O, Rzaəli ilə razılaşmışdır. Dostu Rzaəli ilə Binəqədi rayonu ərazisində görüşərkən 30.000 ABŞ dollar pulu 2022-ci ilin may ayının ortalarında Rzaəliyə vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Ancaq həmin vaxt Rzaəlinin onu kimin vasitəsilə işə düzəldəcəyini bilməmişdir. Rzaəli heç bir ad çəkməmiş, konkret olaraq pulu kimə verəcəyini deməmişdir. Təxminən 1 ay gözləmişdir. İşin düzəlmədiyini gördükdə Rzaəlidən işin niyə düzəlmədiyini, işə düzəldən şəxsin kim olduğunu soruşmuşdur. Rzaəli dostu Təqsirləndirilən şəxs adlı şəxsin onun işə düzəlməyinə kömək edəcəyini demişdir. O, Xəyalın telefon nömrəsini istəmiş və özü istifadəsində olan ***-***-**-** GSM nömrəli mobil telefon ilə Xəyalın istifadəsində olan mobil telefonla WhatsApp vasitəsilə əlaqə saxlayıb danışmışdır. Bir neçə gün keçdikdən sonra Xəyal ilə mikrorayon tərəfdə, hazırda unutduğu yerdə görüşmüşdür. Görüş zamanı Xəyal ona yalandan vədlər verərək onu arxayın salmışdır. Xəyal bir az daha gözləməyi, bu yaxınlarda məsələnin həll ediləcəyini demişdir. Xəyal kimin vasitəsilə düzəldəcəyini isə heç vaxt deməmişdir. Bir müddət keçəndən sonra Xəyal ilə danışan zaman əlavə 15.000 manat pul tələb olunduğunu bildirmişdir. Ancaq bundan dostu Rzaəlinin xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs ilə yenə mikrorayonda görüşmüş və 15.000 manat pulu 2022-ci ilin yay aylarında, təxminən iyul ayının ortalarında şəxsən Xəyala vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Onun Xəyala pul verdiyindən ailəsinin xəbəri olmamışdır. Sonra avqust ayında Xəyal Gömrük Komitəsində vəziyyətin qarışıq olduğunu və təxminən noyabr ayına qədər məsələ yoluna qoyulacağını bildirmişdir. O, işsizlikdən artıq səbri tükəndiyindən Xəyalın onu Gömrük Komitəsinə işə düzəldəcəyini gözləsə də haradasa müvəqqəti işə düzəlmək qərarına gəlmişdir. Xəyal həmin vaxt onu bir neçə yerə işə düzəldə biləcəyini təklif etmişdir. Həmin yerlərin arasında AFFA-da olmuşdur. O, Xəyalla razılaşmış və bunun üçün Xəyalın ondan istədiyi 2500 manat pulu və sənədlərinin surətini avqust ayının əvvəllərində Xəzər rayonu, Mərdəkan qəsəbəsində görüşüb Xəyala vermişdir. Xəyal bir həftə ərzində onu müvəqqəti işlə təmin edəcəyini bildirmişdir. Lakin Xəyal bu vədinə də əməl eləməmişdir. Beləliklə o, ümumilikdə Xəyala 2022-ci ilin mayavqust ayları ərzində 68500 manat pul vermişdir. Təqsirləndirilən şəxs verilmiş pullar onun puludur, lakin 30000 ABŞ dollarını (o dövrə olan məzənnə ilə 51000 manat) Təqsirləndirilən şəxs vasitəçi olaraq dostu Rzaəli vermişdir. Yerdə qalan 17500 manat pulu isə o, özü Xəyala vermişdir. O, artıq Xəyaldan şübhələnməyə başlamış və bu barədə Rzaəliyə də demiş, Rzaəli ümumilikdə verilmiş 68500 manat pulu Xəyaldan geri istəmişdir. Xəyal ilk olaraq, bir neçə gün ərzində pulu qaytaracağını bildirmişdir. Nəhayət, Rzaəli pulu verdiyi Xəyal ilə görüşüb söhbət edən zaman, Xəyal işin heç birini həll edə bilmədiyini və pulu da özü üçün xərclədiyini bildirərək etiraf etmişdir. O, bunu eşitdikdən sonra baş verənlər barədə evdə qardaşı Vüqara danışmış, Vüqarın bu barədə Rzaəli və Xəyal ilə danışmasını demişdir. O vaxtdan pulu qaytaracağına söz verməyinə baxmayaraq, Xəyal heç nə qaytarmamışdır. Bu olanları qardaşı Vüqara danışandan sonra artıq Xəyal ilə əlaqə saxlamamışdır. X20 ilə danışıb, görüşərək Xəyalın onun etibarından istifadə edərək onu işə düzəltmək adı ilə aldadıb aldığı pulları geri tələb etməyə başlamışdır. Vüqar da Xəyalla görüşüb onun verdiyi pulları qaytarmasını bildirsə də, Xəyal aldığı pulları qaytarmamışdır. Sonra onun şəxsi işləri ilə bağlı vaxtı olmadığı, Xəyalı onlarla Rzaəlinin tanış etdiyi üçün Rzaəlinin Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edib, 68.500 manat məbləğində pulunu aldadaraq, ələ keçirməsi barədə ərizə yazması qərarına gəlmişlər. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində Rzaəli ilə söhbət zamanı qardaşı Vüqarın işlədiyi Xəzər rayon prokuroruğundan digər xidmət yerinə dəyişməsi üçün köməklik etməsini Rzaəlinin ondan xahiş etməsi, Xəyal da tanışlarının vasitəsi ilə bu məsələni 30.000 manat həll edəcəyini deməsi, Rzaəli Vüqarla onun təklifi barədə danışıb ona xəbər edəcəyini deməsi, bir neçə gündən sonra növbəti dəfə Xəyal Rzaəli ilə məhəllədə görüşərkən Xəyala 26.000 manat pul verib, qalanını da sonra verəcəyini deməsi barədə bildirdikləri yalandır. Təqsirləndirilən şəxs Vüqarın iş yerini dəyişməsi, ümumiyyətlə Vüqarla bağlı hər hansı söhbətləşmə olmamış, bütün pul məsələsi onun işi ilə bağlı Təqsirləndirilən şəxs Rzaəlinin vasitəsi ilə və onun tərəfindən verilmişdir. Xəyal ona qarşı dələduzluq etdiyi üçün məsuliyyətdən boyun qaçırmaq məqsədilə müxtəlif bəhanələr uydurmuşdur. Qeyd etdiyi kimi, ümumilikdə Xəyala 2022-ci ilin may-avqust ayları ərzində 68500 manat pul vermişdir. Təqsirləndirilən şəxs verilmiş pullar onun puludur, lakin 30000 ABŞ dollarını (o dövrki, məzənnə ilə 51000 manat) Təqsirləndirilən şəxs vasitəçi olaraq dostu Rzaəli vermişdir. Yerdə qalan 15000 manat pulu və müvəqqəti olaraq AFFA-ya işə düzəlmək üçün 2500 manat pulu özü Təqsirləndirilən şəxs vermişdir. Xəyalı onunla Rzaəli tanış etdiyinə, Xəyala birinci pulu Rzaəli verdiyinə, qardaşının prokurorluq orqanı əməkdaşı olduğu üçün onların adının hallanmamasına, onun şəxsi işləri ilə bağlı vaxtı olmadığına görə Rzaəlinin ərizə yazması qərarına gəlmişlər. Ona görə də əvvəlki ifadəsində onun Dövlət Gömrük Komitəsinə işə düzəlmək üçün 66000 manat pulu Rzaəliyə verdiyini, Rzaəli də öz növbəsində Təqsirləndirilən şəxs ilə görüşüb həmin pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Hazırki ifadəsi tam həqiqətə uyğundur. Təqsirləndirilən şəxs verilmiş pullar onun pulu olmuşdur. O, pandemiyadan əvvəl işlətdiyi şirniyyat sexini satıb pulunu saxlamışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində Rzaəli vasitəsilə qardaşı Vüqardan 40.000 manat pul aldığını, həmin pulu da aylıq 10 faizə verdiyini qeyd etməsi barədə bildirdikləri yalandır. Xəyal onu Dövlət Gömrük Komitəsinə inspektor vəzifəsinə düzəltməyə kömək edəcəyi adı ilə aldadaraq 66000 manat və müvəqqəti AFFA-ya marketinq şöbəsində mütəxəssis vəzifəsinə düzəlmək üçün isə 2500 manat pul alıb ələ keçirmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində onu heç vaxt görmədiyi, tanımadığı, telefonla danışmadığını qeyd etməsi də yalandır. Xəyal ona qarşı dələduzluq etdiyi üçün məsuliyyətdən boyun qaçırmaq məqsədilə müxtəlif bəhanələr uydurur. O, Xəyal ilə təxminən 3 dəfə görüşmüş, lakin bir neçə dəfə 2022-ci ilin iyulsentyabr aylarında telefonla, əksər vaxtlarda “WhatsApp” vasitəsilə əlaqə saxlamışdır. Sonda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1la 10-12 ildir dostluq münasibətləri olmuşdur. Rzaəli ilə ortaq dostları vasitəsilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 isə onun doğma qardaşıdır. 2022-ci ilin avqust ayının əvvəlində qardaşı Azər ona işsiz olduğu üçün Dövlət Gömrük Komitəsinə işə düzəlmək məqsədilə dostu Rzaəlinin vasitəsilə, tanımadığı Xəyal adlı şəxsə ümumilikdə 68500 manat pul verdiyini, həmin şəxsin nə onu işə düzsəltdiyini, nə də hazırda pulu qaytarmadığını bildirmişdir. O, ilk əvvəl Azərə balaca qardaş olduğuna görə özbaşına iş gördüyü üşün öz iradlarını bildirmiş və hadisənin necə olduğunu ona danışmasını demişdir. Azər ali təhsilli olduğu üçün dövlət işi axtardığını, bu barədə onun dostu, Azərin də tanışı olan Rzaəliyə bildirdiyini, təxminən 2022-ci ilin may ayında X21 Gömrük Komitəsinə işə düzəldə biləcək adam tanıdığını, həmin adam onu Gömrük Komitəsinə işə düzəldə biləcəyini və bunun üçün 30.0 ABŞ dollar pul tələb olunduğunu dediyini bildirmişdir. Azər Rzaəli ilə razılaşmış, Rzaəli ilə Binəqədi rayonu ərazisisndə görüşərkən o dövrə olan məzənnə ilə 51000 manat təşkil edən 30.0 ABŞ dollar pulu və sənədlərinin surətini 2022-ci ilin may ayının ortalarında Rzaəliyə vermişdir. Ancaq həmin vaxt Rzaəli Azəri kimin vasitəsilə işə düzəldəcəyini Azərə deməmişdir. Azər də Rzaəlidən bu barədə soruşmamışdır. Təxminən 1 ay gözlədikdən sonra işin düzəlmədiyini görüb Rzaəlidən işin niyə düzəlmədiyini, işə düzəldən şəxsin kim olduğunu soruşmuş, Rzaəli dostu Təqsirləndirilən şəxs adlı şəxsin onun işə düzəlməyinə kömək edəcəyini demişdir. Azər Xəyalın telefon nömrəsini öyrənib özü istifadəsində olan mobil telefon ilə Xəyalın istifadəsində olan mobil telefonla əlaqə saxlayıb danışmışdır. Bir neçə gün keçdikdən sonra Xəyal ilə mikrorayon tərəfdə görüşmüş, görüş zamanı Xəyal Azərə yalandan vədlər verərək onu arxayın salmışdır. Xəyal Azərə bir az daha gözləməyi, bu yaxınlarda məsələnin həll ediləcəyini deymişdir. Xəyal kimin vasitəsilə işə düzəldəcəyini isə heç vaxt deməmişdir. Bir müddət keçəndən sonra Xəyal ilə danışan zaman Azərə əlavə 15.000 manat pul tələb olunduğunu bildirmiş, Azər razılaşaraq Təqsirləndirilən şəxs ilə yenə mikrorayonda görüşüb və 15.000 manat pulu 2022-ci ilin yay aylarında, təxminən iyul ayının ortalarında şəxsən Xəyala vermişdir. Bir neçə gün sonra Xəyal qardaşı Azərə Gömrük Komitəsində vəziyyətin qarışıq olduğunu, ona görə işin bir az ləngidiyini, ola bilsin noyabr ayına qədər uzanacağını bildirmişdir. Həmin vaxt X22 Komitəsinə işə düzələnə qədər hardasa müvəqqəti işlə təmin etməyi təklif etmişdir. Xəyal həmin vaxt Azərə müvəqqəti olaraq bir neçə yerə işə düzəltməyi təklif etmişdir. Həmin yerlərin arasında AFFA-da olmuşdur. Azər də Xəyalla razılaşmış və bunun müqabilində Xəyalın istədiyi 2500 manat pulu və sənədlərinin surətini avqust ayının əvvəllərində Xəzər rayonu, Mərdəkan qəsəbəsində görüşüb Xəyala vermişdir. Xəyal bir həftə ərzində Azəri müvəqqəti işlə təmin edəcəyinə dair vəd vermişdir. Lakin Xəyal bu vədinə də əməl eləməmişdir. Beləliklə qardaşı Azər ümumilikdə Xəyala 2022-ci ilin may-avqust ayları ərzində 68500 manat pul vermişdir. Təqsirləndirilən şəxs verilmiş pullar Azərin pulu olmuşdur. Belə ki, Azər pandemiyadan əvvəl işlətdiyi şirniyyat sexini satıb pulunu saxlamışdır. Azər 30000 ABŞ dolları (o dövün məzənnəsi ilə 51000 manat) Təqsirləndirilən şəxs dostları Rzaəli vasitəsilə, yerdə qalan 17500 manat pulu isə şəxsən özü Xəyala vermişdir. Azərin Xəyala pul verdiyindən ailələrinin, yəni nə atasının, nə də onun xəbəri olmamışdır. O, bu barədə olanları bir neçə gün sonra Rzaəlidən də eşitmişdir. Rzaəliyə də bu barədə ona heç nə demədiyinə görə irad bildirmiş, heç kimin Dövlət Gömrük Komitəsinə hər hansı bir pul müqabilində işə düzələ bilməyəcəyini demişdir. O, həm Rzaəliyə, həm də Azərə Xəyalın onları aldadıb, etibarlarından istifadə edərək pulları ələ keçirdiyini bildirmişdir. Rzaəli ümumilikdə verilmiş 68500 manat pulu Xəyaldan geri istəmiş, Xəyal ilk olaraq, bir neçə gün ərzində pulu qaytaracağını bildirmişdir. O, Rzaəlidən Xəyal ilə görüşməyini təşkil etməsini istəmiş və 2022-ci ilin avqust ayının əvvəlində “Zümrüd” restoranının qarşısında Rzaəli vasitəsilə Xəyal ilə görüşmüşdür. X14 vasitəsilə aldığı 51000 manat pulu işi gördüyü kimsə tanışına verdiyini, həmin adam da həmin məbləği digər şəxslərə verdiyini bildirmişdir. Hazırda pulu qaytarıb geri almaq üçün həmin digər şəxsləri gözlədiyini demişdir. Bunun üçün onlardan 1 ay vaxt istəmişdir. Azərin verdiyi 15000 manatın isə guya Xəyalın öz tanışında olduğunu, 2500 manatın isə Xəyalın AFFA-da işləyən digər tanışında olduğunu, həmin pulları götürüb sənədlərin surəti ilə birlikdə geri qaytaracağını bildirmişdir. O, söhbət zamanı Xəyalın iş gördüyü şəxslə onu görüşdürməsini demiş, Xəyal onları qısa müddət ərzində görüşdürəcəyinə söz vermişdir. O, təxminən 1 ay gözləmiş, arada Xəyalla əlaqə saxlayıb qardaşının etibarından sui-istifadə edib aldığı pulları geri qaytarmaq üçün gözlədiyini bildirmiş və əgər söz verdiyi vaxt pulu qaytarmasa hüquq mühafizə orqanlarına müraciət edəcəklərini demişdir. Xəyal heç kimə deməməyi xahiş etmiş, Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən yaşamadıqları bir ev olduğunu, evi satıb, üstünü də düzəldib pulu qaytaracağını bildirmişdir. Sonradan o, Xəyal ilə görüşən zaman Xəyalın dələduz olduğunu bildiyi üçün maşında oturub söhbət edən zaman bacardığı qədər aralarında olan söhbətləri telefon vasitəsilə qeydə almışdır. Həmin səs yazılarını istintaqa təqdim edə bilər. Qeyd edilən səs yazılarında da Xəyalın iş görmək adı ilə pul aldığı öz təsdiqini tapır. Bir müddətdən sonra Xəyal evin satılmasına anasının icazə vermədiyini bildirərək, özü parnik işinə şərik olduğunu, həmin işdən əldə etdiyi pul ilə, hər həftə 7-8 min manat olmaqla pulu qaytyaracağına söz vermişdir. Lakin yenə də, Xəyal verdiyi vədə əməl etməmişdir. O, artıq Xəyaldan qardaşının ona verdiyi pulu ala bilməyəcəklərini başa düşmüşdür. Həmin vaxtdan sonra, yəni 2022-ci ilin dekabr ayının əvvəlində o, Xəyal ilə əlaqələrini kəsmiş, bir daha zəng etməmişdir. Həmin vaxt Rzaəli onlara Xəyalla görüşdüyünü, qaynatasının Bakı şəhəri, R.Behbudov küçəsində ******* manat dəyərində torpaq sahəsinin olduğunu, qaynatasının həmin torpaq sahəsini satışa qoyduğunu, satılan kimi onların pullarını verəcəyini dediyini və bunun üçün 2 ay vaxt istəşdiyini bildirmişdir. Bunu Rzaəli ona demiş, o, başqa çarələri olmadığını düşünüb gözləmişdir. Lakin həmin söhbətdən 4 ay keçdiyini, Xəyalın onların pulunu qaytarmaq fikrinin olmadığını görüb bu barədə şikayət etmişlər. Təqsirləndirilən şəxs ifadəsində bildirdikləri yalandır, şər-böhtan xarakteri daşıyır. Xəyal onun iş yerindən sui istifadə edərək, bir növ qorxudaraq şikayətlərini geri götürmək məqsədilə onun adını çəkmişdir. Beləliklə o, məsuliyyətdən boyun qaçırmağa çalışmışdır. Təqsirləndirilən şəxs onun iş yerini dəyişməsi, ümumiyyətlə onunla bağlı hər hansı söhbətləşmə olmamış, nə də pul verilməmişdir. Bütün pul məsələsi qardaşı Azərin işi ilə bağlı Təqsirləndirilən şəxs Rzaəlinin vasitəsi ilə və Azərin özü tərəfindən verilmişdir. Onun bundan xəbəri olmamışdır. Sadəcə qardaşı Azərdən eşidəndən sonra qardaşının pulunu qaytarması üçün Xəyalla görüşüb danışmışdır. Onu da bildirmişdir ki, Xəyal qardaşı Azərin saflığından istifadə edərək onu aldadıb pulunu ələ keçirmişdir. Onun qanunları bilən adam olduğundan buna imkan verməyəcəyini bildiklərindən bu barədə ona deməmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs1 da uzun müddətdir tanıyır. Əvvəllər Zərərçəkmiş şəxs1 ilə aralarında heç bir mübahisə və ədavət olmamışdır. Həmin şəxslərin hər ikisi ilə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR-da qonşuluqda yaşamışlar. Təxminən 1 il əvvəl, yəni 2022-ci ilin payızqış aylarında o, tanışı Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR ərazisində fəaliyyət göstərən «Don kalyano» restoranında yeyib-içən zaman Təqsirləndirilən şəxs onların oturduğu otağa daxil olmuşdur, həmin vaxt Xəyal başqa bir otaqda tanımadığı şəxslər ilə yeyib-içmişdir. Təqsirləndirilən şəxs onları görüb otağa daxil olduqdan sonra görüşüb söhbət etməyə başlamışdır. Həmin vaxt Xəyal sərxoş olmuşdur. Söhbət zamanı o və Faiq yeni avtomobil alması ilə bağlı Xəyalı təbrik etmiş və həmin avtomobili neçəyə aldığını soruşmuşlar. Çünki həmin avtomobili alması üçün Xəyalın imkanı olmamışdır. Belə ki, Xəyal ağ rəngli, «Mercedes Benz» markalı «G class» modelli avtomobil almışdır. Xəyal cavabında «Əliyə də qoydum da...» deyərək gülümsəmişdir. Xəyal «Əli» dedikdə tanışları Zərərçəkmiş şəxs1 nəzərdə tutmuşdur. Çünki söhbət zamanı Xəyal Rzaəlidən danışmışdır. Sonra Xəyal lovğalanaraq öz imkanlarından, iş gördüyündən, vəzifəyə adam qoyub, vəzifədən adam götürdüyündən danışaraq yalanlar uydurmuşdur. Bundan sonra isə çıxıb getmişdir. Ondan sonra Təqsirləndirilən şəxs görməmişlər. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hansı məbləğdə pulu nə üçün aldığı barədə heç bir söz demədiyini qeyd etmişdir. Lakin danışıq zamanı «babat qoymuşam» ifadəsini işlətmişdir. Bundan bilmişlər ki, Xəyal Rzaəliyə qarşı dələduzluq etmişdir. Onlar Xəyalı iş adamı kimi deyil, bir dələduz kimi tanımışlar. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X15 xx.xx.2023-cü il tarixli 3495 nömrəli ekspert rəyindən göründüyü kimi Məhkəmə-psixiatrik ekspertizası üzrə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Məhkəməpsixoloji ekspertizası üzrə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs məsuliyyətsizlik, inadkarlıq, özünü müdafiə etməyə meyillilik, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanlarına görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən edilmədi. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyini ifadəsini tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, Təqsirləndirilən şəxs qara kulokun içərisində Zərərçəkmiş şəxs2 işə düzəlməsi məqsədilə 30000 ABŞ dolları pul verdiyini, faizə pul verən adam olmadıqlarını, heç kimin onun faizə pul verdiyini sübut edə bilməyəcəyini, Xəyal da ona heç vaxt pulun faizini vermədiyini qeyd etmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli BKC/LGL- 17653/23 nömrəli məktubla daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** GSM mobil telefon nömrəsinə 11 may 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, qeyd olunan GSM nömrəsinin həmin tarixlərdə anten dairələri, mesajlar (məzmunla), zəngləri qəbul edən və zəng edən şəxslərin anketləri barədə məlumatların əks olunduğu CD diskə baxış keçirilmiş, baxış zamanı CD diskdə olan «Zenglerin_Detallasmasi **********4109 553400011» qovluğunda olan məlumatlardan göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** GSM mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** GSM mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 16:45:37-də, 17:18:16-da, 17:21:38-də və 17:29:20-də, xx.xx.2022-ci il tarixdə saat 11:24:03-də və 15:35:44-də əlaqə yaradılmışdır. Cinayət işinin materiallarında olan Şahid3 onunla Təqsirləndirilən şəxs arasında aparılmış danışıqlarının səs yazısı olan bir ədəd CD diskə baxış keçirildikdən sonra iş üzrə Təqsirləndirilən şəxs həmin danışıqların onunla Şahid3 arasında aparılmış danışıqların səs yazısı olduğunu təsdiq etmişdir. Vüqar borcunun əvəzinə ondan yaşadığı evin sənədlərini istədiyini qeyd etmiş, başqa cavab vermək istəməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən etiraf edilməsə də onun təqsiri iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə özünü təqsirli bilməməsinə dair ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş ilkin ifadəsini sübut qismində qəbul edir və həmin ifadənin məzmunundan görünür ki, o, 2022-ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs1 ona Zərərçəkmiş şəxs2 Gömrük Komitəsinə işə düzəlmək istədiyini dedikdə o, Rzaəliyə bu məsələni 40000 manat müqablində qayınatasının vasitəsi ilə tanıdığı yüksək vəzifədə işləyən şəxslərin vasitəsi ilə həll edə biləcəyini, özünə çatacaq qazancdan Rzaəliyə də verəcəyini demişdir. Həqiqətdə isə qayınatası 7 ildir ki, yataq xəstəsidir, nə qayınatasının nə də özünün yüksək vəzifədə işləyən heç bir tanışı yoxdur və o, Azəri işə düzəldəcəyini yalan vəd edərək pul qazanmaq istəmişdir. Bu fikirini isə Rzaəliyə bildirməmişdir. Bir neçə gündən sonra Rzaəli onunla məhəllədə görüşüb ona 40000 manat pul vermişdir. O, tezliklə Azərin Gömrük Komitəsinə çağırılıb işə qəbul ediləcəyini bir daha vəd edərək Rzaəlini inandırmışdır. Bir ay sonra isə yenidən söhbət edərkən Rzaəli ona Vüqarın hazırda Xəzər rayon prokuroruğunda işlədiyini, hər gün Mərdəkan qəsəbəsinə gedib-gələ bilmədiyini, ona görə də Bakı şəhər prokurorluğuna keçmək istədiyini demişdir. O, Rzaəliyə həmin tanışlarının vasitəsi ilə bu məsələni 30000 manata həll edə biləcəyini, alınan puldan bir qədərini özünə qazanc saxlayıb bir hissəsini Rzaəliyə verəcəyini demişdir. Rzaəli Vüqarla onun təklifi barədə danışıb xəbər edəcəyini demişdir. Bir neçə gündən sonra növbəti dəfə məhəllədə görüşərkən Rzaəli ona 26000 manat pul ver ib, qalan pulu da sonra verəcəyini demişdir. O, Rzaəlidən pulu almışdır. Bir iki gün keçmiş, Rzaəliyə artıq Vüqarın da işi ilə bağlı adamlarla görüşdüyünü, istədikləri pulları verdiyini, ona 10000 manat pul qaldığını demiş və həmin puldan 5000 manat Rzaəliyə vermişdir. Təxminən sentyabr ayının əvvəlləri Rzaəliyə zəng edib Azərin işi ilə bağlı əlavə 2500 manat pul lazım olduğunu demişdir. Həmin vaxt Rzaəli Mərdəkan qəsəbəsində olduğunu deyib onu oraya çağırmış, onlar orada görüşmüş və Rzaəli ona 2500 manat pul vermişdir. O, Rzaəliyə bir həftəyə Azəri işə qəbul üçün çağıracaqlarını demişdir. Rzaəlidən pulları alandan təxminən 3-4 ay keçdikdən sonra Rzaəli nəticə olmadığını deyərək işlərin nə yerdə olması ilə maraqlanmağa başlamışdır. O, əvvəlcə onlardan asılı olmayan səbəblərdən ləngidiyini deyib möhlət istəmişdir. Sonra isə yalandan guya Azərin işi ilə bağlı pulu verdiyi adamın işdən azad edildiyini, harasa getdiyini, pulu ala bilmədiyini, bir az gözləmələrini, Azərin işinin müəyyən səbəblərə görə ləngidiyini, ancaq istədikləri nəticə olacağını demişdir. Bir müddət də keçdikdən sonra artıq Rzaəli aldadıldığını başa düşüb pulları istəməyə başlamışdır. O isə, aldığı pulların hamısını özünün ehtiyaclarına xərclədiyinə görə qaytara bilməmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o, heç kimə müraciət etməmiş, heç kimə pul verməmişdir. Aldığı pulların hamısını özü xərcləmişdir. Zərərçəkmiş şəxs1 ona verdiyi pulları Azər və ya Şahid3 alması barədə onun məlumatı yoxdur. Daha doğrusu o, Rzaəlinin pulları Vüqar və qardaşından aldığını güman etsə də, Rzaəli pulları öz hesabından verdiyini, özü isə sonra onlardan alacağını demişdir. Hər bir iş üçün aldığı pullardan 5000 manat olmaqla Rzaəliyə cəmi 10000 manat pul vermişdir. Bu səbəbdən hesab edir ki, Rzaəli ona verdiyi pulları onlardan almış, özünün hesabından verməmişdir. Rzaəli verdiyi bu vədlərin yalan olduğunu bilməmiş, həqiqətən onun Azər və Vüqarın məsələsini həll edəcəyinə inanmışdır. Rzaəli onun verdiyi vədlərin yalan olduğunu bilsəydi Azər və ya Vüqardan pul alıb ona verməzdi. Çünki Rzaəli ilə Vüqar çox yaxın dostdular, Vüqarın ziyana düşməsini istəməz. Əlavə suallara cavab olaraq Şahid3 ilə onun arasında aparılmış danışıqların səs yazısı olan bir ədəd CD diskə qulaq asdıqdan sonra bildirmişdir ki, həmin səs yazısı onunla Şahid3 arasında aparılmış danışıqların səs yazısı olduğunu təsdiq edir. Vüqar ona olan borcun əvəzində ondan yaşadığı evin sənədlərini istəmişdir. Başqa cavab vermək istəmir. Əvvəlki ifadəsində Zərərçəkmiş şəxs2 heç vaxt görmədiyini, telefonla danışmadığını, nə də ki, tanımadığını bildirməsi, cinayət işi üzrə "xxxx" Birgə müəssisəsindən xx.xx.2023-cü il tarixli BKC/LGL-17653/23 nömrəli məktubla daxil olmuş CD diskə baxış zamanı qovluqda olan məlumatlardan göründüyü kimi istifadəsində olmuş ***-***-**-** GSM mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** GSM mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 16:45:37-də, 17:18:16-da, 17:21:38-də və 17:29:20də, xx.xx.2022-ci il tarixdə saat 11:24:03-də və 15:35:44-də əlaqə yaradılması barədə suala cavab olaraq Azəri tanımadığını, Azərlə danışmadığını qeyd etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxslə aralarında barışıq əldə etmədiklərini, sonuncunun ona qarşı şikayətçi olduğunu, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, X5 ilə Təqsirləndirilən şəxs birgə nikahlarından 12 sentyabr 2015-ci il təvəllüdlü X6 və 16 sentyabr 2022-ci il təvəllüdlü X7 anadan olmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ünvan 2 il tarixli qərarına əsasən barəsində əvvəli 04 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işinin ibtidai istintaq materiallarından görünür ki, Xəzər rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Elvin Cəfərovun 01 iyun 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs2 məxsus olan 68.500 manat nağd pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Zərərçəkmiş şəxs1 sadəcə tərəflərin ortaq tanışı olmuş və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl nəticəsində ona heç bir mənəvi, fiziki və ya maddi ziyan dəyməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 hazırki cinayət işində zərər çəkmiş şəxs qismində iştirakına xitam verilməlidir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyana görə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 cinayət işində zərər çəkmiş şəxs qismində iştirakına xitam verilsin. Zərərçəkmiş şəxs2 oğluna ona dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1470/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1470/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver