Məhkəmə qərarları › İş №1(101)-1471/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1471/2021

22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1471/2021 22.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olımış, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3də qeydiyyatda olan, Bakı şəhəri, ünvan 2-də yaşamaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,428 qram çəkidə narkotik vasitə heroini, 0,727 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 22 mart 2021-ci il tarixdə saat 17:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq 12-ci Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 13 ədəd şəffaf polietilen bükümdə ayrı-avnlıqda təmiz çəkiləri 0,331 qram, 0,332 qram, 0,327 qram, 0,314 qram, 1,072 qram, 0,805 qram, 0.343 qram, 0,308 qram. 0,367 qram, 0,358 qram, 0,355 qram, 0,285 qram, 0,231 qram ümumi təmiz çəkiləri 5,428 qram narkotik vasitə olan heroin, bir ədəd kibrit qutusunda 18 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkilən 0,040 qram, 0,037 qram, 0,027 qram, 0,028 qram, 0,025 qram, 0,023 qram, 0,023 qram, 0,025 qram, 0,020 qram, 0,019 qram. 0,025 qram, 0,360 qram. 0,015 qram, 0,012 qram, 0,01 qram, 0,012 qram, 0,015 qram, 0,011 qram ümumi təmiz çəkiləri 0,727 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdur. Özü narkotik vasitə olan heroin qəbul edir. Narkotik vasitəni mütəmadi olaraq üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən alır. 22.03.2021-ci il tarixdə istifadəsi üçün narkotik vasitə axtarmışdır. Sabunçu rayonu Balaxanı qəsəbəsindən «Akkord» binalarının yaxınlığında İran milliyyətindən olan üzdən tanıdığı adını bilmədiyi şəxsdən bir kibrit, el arasında «kokos» deyilən heroini 200 manata bir kibritdə isə el arasında «şüşə» deyilən narkotik vasitə olan metamfetamini 80 manata almışdır. Sonra orada bir qismini istifadə etmiş, digər qismini üzərində saxlamışdır. Bundan sonra axşam tərəfi evə doğru getmişdir. Evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi tələb edəndə üzərində narkotik vasitə olduğundan oradan qaçmağa cəhd etmişdir. Lakin həmin polis əməkdaşları şübhələnərək onu 12-ci PŞ-nə aparmışlar. 12-ci Polis Şöbəsində inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmişdir. Axtarışdan öncə üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu səbəbdən əynimdə olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində 13 ədəd şəffaf sellofana bükülmüş içərisində heroin, bir ədəd kibrit qutusunun içərisində 7 ədəd şəffaf sellofana bükülmüş içərisində metamfetamin və 11 ədəd siqaretin ağ kağızına bükülmüş içərisində metamfetamini təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir, o və iştirak edən digər şəxslər həmin protolu imzalayıb doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22.03.2021-ci il tarixdə saat 17:00 radələrində ünvan 2 ünvanının qarşısında inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli aparması diqqətini cəlb etmişdir. Həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək özünü daha da şübhəli aparmış və qaçmağa çalışmışdır. Həmçinin həmin şəxsin üzərində nəsə gizlətməsi şübhə yaratmışdır. Dağınıq cavablar verərək nədənsə narahat olduğunu biruzə vermişdir. Həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİnin 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 3 ünvanında yaşayan X3 olduğu məlum olmuşdur. Bundan sonra raportla şöbə rəhbərliyinə müraciət etmişlər və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində 13 ədəd şəffaf sellofana bükülmüş içərisində heroin, bir ədəd kibrit qutusunun içərisində 7 ədəd şəffaf sellofana bükülmüş içərisində metamfetamin və 11 ədəd siqaretin ağ kağızma bükülmüş içərisində metamfetamini təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və iştirak edən digər şəxslər həmin protokolu imzalayıb doğruluğunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şəfavət oğlu, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatlari bir daha təsdiq etmişdir. Cinayət işinin 29-32-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 23 mart 2021-ci il tarixli 6/1156 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN Zərflər üçün №159 möhür əksi, «vət.Təqsirləndirilən şəxs üzərindən...»və s. yazılar olan zərfdəki 01 ədəd kibrit qutusunda 18 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,037 qram, 0,027 qram, 028 qram, 0,025 qram, 0,023 qram, 0,023 qram, 0,025 qram, 0,020 qram, 0,019 qram, 0,025 qram, 0,360 qram, 0,015 qram, 0,012 qram, 0,01 qram, 0,012 qram, 0,015 qram, 0,011 qram ümumi təmiz çəkiləri 0.727 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, digər 01 ədəd kibrit qutusundakı 13 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,331 qram, 0,332 qram, 0,327 qram, 0,314 qram, 1,072 qram, 0,805 qram, 0,343 qram, 0,308 qram, 0,367 qram, 0,358 qram, 0,355 qram, 0,285 qram, 0,231 qram ümumi təmiz çəkiləri 5,428 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vaitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin «Azərbaycan Respublikasının ərazində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ). Metamfetamin «Azərbaycan Respublikasının» ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı) daxildir. Cinayət işinin 110-113-cü vərəqlərində olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2021-ci il tarixli 6/2864 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN /ərHər üçün №159 möhür əksi, «vət.Təqsirləndirilən şəxs üzərindən...» və s. yazılar olan zərfdəki 01 ədəd kibrit qutusunda 18 ədəd bükümdə olan metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, digər 01 ədəd kibrit qutusundakı 13 ədəd bükümdə olan heroin kütlələri də həmçinin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 104-105-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 29.05.2021 -ci il tarixli 1640 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-103-cü vərəqlərində oln Təqsirləndirilən şəxs istifadəsində olan **********49 saylı mobil nömrəyə **********05 saylı nömrədən narkotik vasitə satışı barədə SMS yazılmışdır. Belə ki, həmin SMS aşağıdakı məzmunda olmuşdur: «Takside daniwa bilmirem bir yari birdenede wuwe, qardasim o birisinin yarimi neciyedi?. Zaur telfonu acanda bidene mene heyox denende qaqaw yari kofe lazimdi gelim ya gelmiyim». Cinayət işinin 72-ci vərəqində olan şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş video diskə baxış zamanı müəyyən olunur ki, Sabunçu RPİ-nin 12-ci PB-nin təhqiqatçısı Elşən Abbasov Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişin aparılması barədə bildirilir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində 13 ədəd şəffaf sellofana bükülmüş içərisində heroin, bir ədəd kibrit qutusunun içərisində 7 ədəd şəffaf sellofana bükülmüş içərisində metamfetamin və 11 ədəd siqaretin ağ kağızma bükülmüş içərisində metamfetamini təqdim etdi. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırıldı. Təqsirləndirilən şəxs bildirdi ki, 22.03.2021-ci il tarixdə saat 12 radələrinjə Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən Akkord binaları yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi İran milliyyətindən olan şəxsdən 1 kibrit içərisində heroin olan maddəni 200 manata, ikinci kibrit içərisində metamfetamin olan maddəni isə 80 manata əldə etmişdir. Şəxsi istifadə üçün aldığını bildirmişdir. Sonra qeyd olunan maddə qablaşdınlaraq möhürlənir və üzərində imzalarla təsdiq olunur. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 115-118-ci vərəqlərində olan qərardan görünür ki, iş üzrə 5,428 qram heroin, 0,727 qram metamfetamin, telefon məlumatlarının əks olunduğu disk və şəxsi axtarış prosesinin görüntüsünün əks olunduğu disk maddi sübut kimi tanınaraq narkotik vasitələr saxlanc anbarına təhvil verilmiş, disklər isə iş materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı narkotik vasitə və psixotrop maddəni satmaq üçün deyil şəxsi istifadəsi üçün əldə edərək daşıdığını bildirsə də onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, telefon danışıqları barədə diskə baxış keçirilməsi, videogörüntüyə baxış keçirilməsi, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizası rəyləri və digər mötəbər sübutlarla sübuta yetirildiyindən, məhkəmə özünü müdafiə və məsuliyyətdən boyunqaçırma cəhdi kimi qiymətləndirilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan artıq narkotik vasitə heroin aşkar edilməsini, eləcə də psixotrop maddə metafetaminin aşkar edilməsini, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 4, 63-65-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 22 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 81-83-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olımış tələbnamədən və hökmün surətindən görünür ki, Hadiyev X2 rayon Məhkəməsinin 18.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 03.05.2018-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzadan 01 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 22 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 29.05.2021-ci il tarixli 1640 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 5,428 qram heroin tədqiqatdan sonra qalıq 5,168 qram heroin, 0,727 qram metamfetamin tədqiqatdan sonra qalıq qalmış 0,587 qram metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, telefon məlumatlarının əks olunduğu və şəxsi axtarış prosesinin görüntüsünün əks olunduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 22 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 5,428 qram heroin tədqiqatdan sonra qalıq 5,168 qram heroin, 0,727 qram metamfetamin tədqiqatdan sonra qalıq qalmış 0,587 qram metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar