Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1471/2023 09.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarına əsasən Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsinə əsasən təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Xəzər Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 02 sentyabr 2022-ci ildə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, əvvəllər Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, sonradan Şirvan Apellyasiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci ıl tarixli Amnistiya haqqında Qərarının 4-cü hissəsinə əsasən 06 ay azaldılmasına, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarı ilə həmin cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsinə və 02 sentyabr 2022-ci il tarixdə cəzasının müddətinin bitməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 12,194 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum mənbədən, naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış. Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə saat 10:40-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2n Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibatı binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 13:00-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda 12,194 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin “kakos”, yəni, heroin növündən istifadə edir, lakin, o, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, heç vaxt bu kimi maddələri satmamışdır. 30 noyabr 2022-ci il tarixdə səhər saat təxminən 10-11 radələrındə özü tanışları Yusif Nəsibovla və Murad Əliyevlə, həmçinin Yusifin tanışı olan Nicat adlı oğlanla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində olduqları zaman onlara tərəf bır neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onları saxlamış, həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları təklif etmişlər ki, özlərini təqdim etsinlər, sonra polis əməkdaşları onların narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqları barədə məlumatları olduğunu, əməliyyat-axtarış tədbiri keçirildiyini demişlər, bu barədə qərarla da onları tanış etmişlər. O və tanışları polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində heç bir narkotik vasitə yox imiş. Narkotik vasitəni polis əməkdaşları onun cibinə qoymuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, saxlanılarkən üzərində heç bir qanunla qadağan olunmuş əşya və predmet yox imiş. O, saxlanılan tarixlərdə 5 gün olarmış ki, heç bir narkotik vasitədən istifadə etmirmiş. O və tanışlarının üzərinə narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuşdur. O, videoçəkiliş vaxtı döyülmüş vəziyyətdə imiş. Elan olunmuş cinayət işinin 1-ci cild 93-97-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 105-107-ci vərəqələrində olan izahatında, 1-ci cild 157-161 və 217-222-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... Üzərindən aşkar edilmiş narkotik maddə heroini isə yalnız öz istifadəsi üçün saxlamışdır. ...Özü təxminən iki ay olar ki, narkotik maddə «kakos», yəni heroin çəkib qəbul edir, son vaxtlarda bəzən marixuana çəkir. 30 noyabr 2022-ci il tarixdə səhər saat təxminən 10-11 radələrındə özü tanışları Yusif Nəsibovla və Murad Əliyevlə, həmçinin Yusifin tanışı olan Nicat adlı oğlanla Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində olduğu zaman özlərinə tərəf bır neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onları saxlamış, həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. ...Həmin vaxt özünün üzərində bir ədəd bükümdə narkotik maddə heroin olmuşdur. Özü həmin heroini bir gün qabaq Abşeron rayonu Xırdalan ərazisində tanımadığı bir oğlandan özü çəkib qəbul etmək üçün 30 manata almışdır. ...Şəxsi axtarış zamanı polis əməkdaşları Nicata təklif etmişlər ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etsin. Nicat üzərində olan əşyaları, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd "Tecno" markalı mobil telefonunu, öz şəxsiyyət vəsiqəsini və 22 manat pulunu, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən isə 2 ədəd narkotik vasitə olduğunu bildirdiyi metadon «M40» həblərini çıxarıb masanın üzərinə qoymuşdur, Nicatdan başqa heçnə aşkar olunmamışdır. Polis əməkdaşları özünün də üzərində şəxsi axtarış aparmış, həmin proses zamanı özü polislərin təklifinə əsasən öz əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 1 ədəd bükümdə narkotik vasitə heroini, göy rəngli cins şalvarının sol yan cibindən öz “Samsung” markalı mobil telefonunu və həmin şalvarının sağ yan cibindən 156 manat pulunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları ondan aşkar olunmuş həmin heroin bükümünü götürüb qablaşdırmış, "Samsung" markalı mobil telefonunu isə götürmüşlər, pulunu isə özünə qaytarmışlar…Özü həmin heroini ona satmış şəxsi heç tanımır, təsadüfən rastlaşmışdır, 30 manat pul verib almışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyat müvəkkili işləyir. 30 noyabr 2022-ci ildə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi, hazırlaması, emal etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. 30 noyabr 2022-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində xarici əlamətlərinə görə Nicat Cəfərova, Yusif Nəsibova, Təqsirləndirilən şəxs və Murad Əliyevə oxşar şəxsləri elə həmin gün səhər saatlarında Nəsimi rayonu, Alı Mustafayev küçəsi 35 ünvanının yaxınlığında piyada hərəkət etdikləri zaman müəyyən edib onları dərhal saxlamışlar. Özlərini təqdim etmişlər, həmçinin onlara özlərini təqdim etməyi təklif etmişlər. Həmçinin adları göstərilən şəxslərə onların narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbiri keçirildiyini və bu səbəbdən saxlanıldıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində bu kimi maddələrin olub-olmadığı şifahi soruşulduqda, o etiraf edərək öz üzərində bu kimi maddələr olduğunu bildirmiş, onlar həmin şəxsləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Baş İdarəyə gələndən sonra Təqsirləndirilən şəxs, Nicat Cəfərov, Yusif Nəsibov və Murad Əliyev Baş İdarənin təhqiqatçısı Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulmuş, onların hüquqlarının müdafiəsi üçün vəkillər də dəvət olunub təqdim olunmuş, heç bir etirazları olmamışdır. Bundan sonra onların üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni, göy rəngli cins şalvarının sol yan cibindən öz “Samsung” markalı mobil telefonunu və həmin şalvarının sağ yan cibindən 156 manat pulunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş, içərisində heroinə bənzər maddə olan həmin büküm də götürülüb qablaşdırılmış, “Samsung” markalı mobil telefonu da götürülmüş, pulu isə özünə qaytarılmışdır. Digər şəxslərin üzərində də axtarış aparılmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs öz üzərindən aşkar edilmiş həmin maddəni tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış prosesi başa çatdırıldıqdan sonra videoçəkilış dayandırılmış, sonda isə həmin prosesin nəticələrinə dair Baş İdarənin təhqiqatçısı Yelmar Vahabov tərəfindən protokol yazılaraq ucadan oxunmuş, özü və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılarkən və yaxud həmin idarədə olarkən orada onlara qarşı heç bır təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlər edilməmişdir Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, əslində əməliyyat axtarış fəaliyyəti ilə bağlı məlumat yalnız Təqsirləndirilən şəxsla bağlı imiş. Onunla bağlı kompleks əməliyyat tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs Ağcabədi rayonu Avşar kəndində yaşayır, lakin Bakıda saxlanılmışdır. Təqsirləndirilən şəxs səhər saatlarında nahara yaxın zamanda saxlanılmışdır. Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci ildə saxlanılmışdır. Əməliyyat qrupuna ondan başqa 5 nəfər polis əməkdaşı daxil imiş. Təqsirləndirilən şəxs onlara qarşı heç bir tabesizlik göstərməmişdir. Təqsirləndirilən şəxs ilkin izahatı təhqiqatçı tərəfindən alınmışdır. Təqsirləndirilən şəxsı saxlanıldığı yerdən Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinə gətirmək yarım saat çəkmişdir. Təqsirləndirilən şəxs bağlı həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində aydın olmuşdur ki, o narkotik vasitəni yaşadığı ünvanda “torba-torba” satır. Lakin, onlar Təqsirləndirilən şəxsı Bakı şəhərində saxlamışlar. Eləcə də keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı kənddən 15 nəfər də saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid6, Şahid4 və proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid X15 ifadələrindən görünür ki, sonuncular eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polokovnik-leytenantı Şahid1 30 noyabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə etimad doğuran qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polokovnik-leytenantı Şahid1 30 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Ələkbər Xələfovun 30 noyabr 2022-ci il tarixli, Ə408-008-22 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, X22 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 290-294-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 4(005)-1296/2022 saylı qərarından görünür ki, X22 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 62-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, X12 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 306-310-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 4(005)-1294/2022 saylı qərarından görünür ki, X12 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 81-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, X18 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 295-299-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 4(005)-1295/2022 saylı qərarından görünür ki, X18 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 93-97-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində saxlanılmış X13, X10, Təqsirləndirilən şəxs və X6 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı aşağıdakılar müəyyən edilmişdir: ilk olaraq X22 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər maddə, həmçinin, 01 ədəd "Tecno” markalı mobil telefon aparatı, özünə aid şəxsiyyət vəsiqəsi və 22 manat pulu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Nicat Cəfərov təqdim etdiyi həbin metadon həbi olduğunu öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Digər şübhəli şəxs X12 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, həmçinin üzərindən 01 ədəd "Samsung” markalı mobil telefon aparatı, 01 ədəd avtomobil açarı, özünə aid şəxsiyyət vəsiqəsi, 01 ədəd yaddaş kartı (flaşkart) və 270 manat 40 qəpik pulu, digər şübhəli şəxs X19 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, həmçinin 01 ədəd “Nokia” markalı mobil telefon aparatını təqdim etmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qadağan edilmiş əşya və predmetləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, həmçinin 01 ədəd "Samsung” markalı mobil telefon aparatı və 156 manat pulu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümə baxış keçirilən zaman spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd “Samsung” markalı mobil telefon aparatı götürülməklə 156 manat pul vəsaiti özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin1-ci cild 118-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 6/6838 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "...Təqsirləndirilən şəxs təqdim etdiyi...’’ sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 12,194 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 2-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 dekabr 2022-ci il tarixli mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy S9” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 45-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 yanvar 2023-cü il tarixli "xxxx" Telekom MMC-dən daxil olmuş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara dair CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protorkoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarını özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 175-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş 24 fevral 2023-cü il tarixli, 3-13-7/2-1848/2022 saylı məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək, həmçinin, narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 214-216-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X5 01 mart 2023-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X4 məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin 2-ci cild 221-223-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış müstəntiq X5 16 mart 2023-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X3 məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin 2-ci cild 228-230-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış müstəntiq X5 16 mart 2023-cü il tarixli cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X1 məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin 2-ci cild 191-212-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış müstəntiq X5 01 mart 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy S9” markalı mobil telefon aparatının sonuncunun yaxın qohumlarına qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün cinayət işinin materiallarından ayrıca icraata material ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onda narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən ona təzyiqlər olduğu üçün narkotik vasitəni boynuna götürmüşdür. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxsun saxlanıldığı zaman Azərbaycan Respublikası DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Səbail rayon prokurorluğuna sorğu ilə müraciət edilmişdir. Bakı şəhəri, Səbail rayon prokurorluğundan daxil olmuş 28 iyul 2023-cü il tarixli, 704-x-23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİNnin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə rayon prokurorluğuna hər hansı müraciət daxil olmamış, araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 04 avqust 2023-cü il tarixli, 3-16-17/38/2-5271/2023 saylı məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman ilkin tibbi müayinədə bədəninə baxış keçirilən zaman sağ çiyninin ön səthində, sol gözün bayır səthində bənövşəyi rəngli qançır, sol gözaltı nahiyədə yaşılımtıl rəngli qançır, sağ gicgah nahiyəsində üzəri qərtməkli yara müşahidə edilmişdir. Daxil olmuş sorğuya cavaba əsasən, dövlət ittihamçısı vəsatətlə müraciət edərək, təqsirləndirilən şəxsin üzərində xəsarət izləri olduğu halda, həmin sənədləri əlavə araşdırılması və CPM-nin 207-ci maddəsinə əsasən qərar qəbul edilməsi üçün prosessual rəhbərliyi həyata keçirən Səbail rayon prokurorluğuna göndərilməsini xahiş etmişdir. Həmin vəsatətə münasibətdə Təqsirləndirilən şəxs qəti olaraq əlavə araşdırılma aparılmasına etiraz etdiyini, dövlət ittihamçısının vəsatətinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 bildirmişdir ki, təqsirləndirilən şəxsə etimal olunan fiziki zor tətbiq edilməsinə baxmayaraq hesab edir ki, əlavə araşdırılma aparılmasına ehtiyac yoxdur. İş materiallarında mövcud xəsarətlər barəsində məlumatlar var. Əlavə araşdırılma aparılması prosesin süni uzadılmasına səbəb olacaqdır. Məhkəmə tərəfləri dinləyərək, vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Quluzadə X7 Vilayəti Rudnyanski Rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.3, 73, 73.5-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə cəzası şərti hesab edilmiş; cinayət işinin 2-ci cild 186-190-cı vərəqələrində olan Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət işinin 2-ci cild 108- 114-cü vərəqələrində olan Şirvan Apellyasiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarına əsasən Ağcabədi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü hissəsinə əsasən təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, cinayət işinin 2-ci cild 79-81ci vərəqələrində olan Xəzər Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 02 sentyabr 2022-ci ildə qeydiyyatdan çıxarılmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətlərin residivini yaradır. Cinayət işinin 2-ci cild 85-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 01 fevral 2023-cü il tarixli, 1272 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 2-ci cild 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Ağcabədi Rayon İHB-nın Avşar kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuº 06 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində -üç azyaşlı uşağı –oğlu -21 oktyabr 2013-cü il təvəllüdlü X16, oğlu -xx.xx.2015-ci il təvəllüdlü X14 və qızı 20 fevral 2020-ci il təvəllüdlü X9 vardır. Cinayət işinin 2-ci cild 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Ağcabədi Rayon İHB-nın Avşar kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 06 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 251-252-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsinin 20 fevral 2023-cü il tarixli 977 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkomaniyadan məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, müsbət səciyyələndirilməsi isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyyən edilmiş daha ciddi caza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 30 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 44-cü vərəqəsində olan 30 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 300-305-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 4(005)-1297/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 12,094 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 12,094 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1471/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1471/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver