Məhkəmə qərarları › İş №1(101)-1472/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1472/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1472/2022 12.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X10, müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1995-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Neftçala şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 1B, mənzil 46-da qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 67, mənzil 124-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən salış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 10,914 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq ünvan 1 ünvanının qarşısına qədər daşımış, 14 mart 2022-ci il tarixdə, saat 14:20-də Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən 8-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı boynundan asdığı qırmızı rəngli parçadan hazırlanmış pul kisəsinin içində satış məqsədi ilə əldə edib saxlayaraq daşıdığı ikisi yaşıl, ikisi isə şəffaf rəngli olmaqla, 4 (dörd) ədəd selofan bükümdə, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,236 qram, 0,294 qram, 2,614 qram və 7,770 qram, ümumi çəkisi isə 10,914 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan "Rosai” markalanma yazısı olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 67, mənzil 124-də bacısının ailəsi və 2 (iki) azyaşlı uşağı ilə birlikdə yaşayır. Onun himayəsində südəmər uşağı olduğundan o, işləyə bilmir. Ona və onun azyaşlı uşaqlarına bacısı və bacısının əri baxır. O, ikinci uşağının doğuşu ilə yaranmış problemlə əlaqədar “OMD” adlı xəstəxanada təxminən bir ay qaldıqdan sonra uşağı ilə birlikdə xəstəxanadan evə yazılmış və həmin vaxt qalmağa yeri olmadığından qardaşı Şahid8 kirayədə yaşadığı evdə qalmağa başlamışdır. Həmin evdə ondan və qardaşı Amindən başqa Şahid2 və Şahid1 da yaşamışdır. Həmin evi Şahid1 özü kirayəyə götürmüş və onlara orada yaşamağa icazə vermişdir. Qardaşı Amin narkotik vasitə istifadəçisi olmuşdur. O, tutulduğu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Miribreyimin barəsində olan cinayət işinə baxılmalı imiş. Həmin gün Miribreyim ona narkotik vasitə verib saxlamağını istəmişdir. Miribreyim ona demişdir ki, “bugün məhkəməmdir, məhkəmədən sonra narkotik vasitəni səndən götürəcəm. Mən məhkəmədə olduğum vaxt narkotik vasitə evdə qalsa, Amilgili həmin narkotik vasitəni götürüb istifadə edəcəklər.” O da Miribreyimin sözü ilə sonuncudan narkotik vasitəni götürmüşdür. O, həmin narkotik vasitəni saxlamağa məcbur qalmışdır. Çünki əks halda o, iki uşağı ilə birlikdə küçədə qalacaqdı. Belə ki, Miribreyim ona demişdir ki, “sənə etibar edirəm, sən narkotik vasitəni saxlamasan, səni də, uşaqlarını da, qardaşın Amini də evdən çıxaracam”. O da Miribreyimin bu sözündən sonra məcbur qalıb sonuncunun ona saxlamağa verdiyi narkotik vasitəni götürüb saxlamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sonra onları Polis bölməsinə aparmışlar. Polis bölməsində onun üzərinə baxış keçirilən zaman üzərindən heç nə aşkar edilməmişdir. O, polislərə həqiqəti demişdir. Lakin polislər ona demişlər ki, “uşaqların var, bu sənədlərə qol çək, qol çəkməsən sənə pis olacaq. Qol çəksən, səni buraxacayıq”. O da qorxusundan bütün sənədləri imzalamışdır. İttiham aktında göstərilmiş narkotik vasitə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək şəxsi axtarış zamanı aşkar edilmiş psixotrop maddə metamfetaminin və elektron tərəzinin ona məxsus olmamasını iddia etsə də, məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi, şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin və elektron tərəzinin ona məxsus olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 14 mart 2022-ci il tarixdə işlədiyi Polis bölməsində xidmətdə olmuşdur. Həmin gün günorta saatlarında, təxminən saat 14:00-15:00 arası Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyinə və daşıdığına görə şübhəli şəxs qismində tutularaq 8-ci Polis bölməsində gətirilmişdir. O, Təqsirləndirilən şəxs tutulmasında, eləcə də sonuncunun barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etməmişdir. Təqsirləndirilən şəxs qadın olduğundan və CPM-nin tələbinə əsasən Kübranın üzərində şəxsi axtarış qadın cinsinə aid olan səlahiyyətli şəxs tərəfindən aparılmalı olduğundan, o, Polis bölməsində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışda iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs boynundan asılmış balaca, qırmızı rəngli pul kisəsi aşkar olunmuşdur. Həmin pul kisəsinin içərisindən 3-4 ədəd bükümdə psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs boynundan asılmış pul kisəsində öz istifadəsi üçün aldığı narkotik vasitələrin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs üzərini yoxlamış, lakin hər hansı qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs boynundan asılmış pul kisəsinin içərisində olan kütlələr və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol bütün iştirkaçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aparılmış şəxsi axtarışla və aşkar edilmiş predmetlərlə bağlı heç bir etirazı və şikayəti olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xatırlamadığı tarixdə ona daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı evin həyətinin qarşısında onlar Təqsirləndirilən şəxs və sonuncunun yanında olan bir neçə şəxsi saxlayaraq Polis bölməsinə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs və sonuncu ilə birlikdə saxlanılmış şəxslərin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs sinəsindən asılmış qırmızı torbanın içərisindən narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Digər şəxslərin üzərindən isə heç bir qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonra tədqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sinəsindən asılmış qırmızı torbadan aşkarlanmış əşyalar qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Daha sonra məlum olmuşdur ki, həmin torbanın içərisində olan maddələr narkotik vasitədir. Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı üzərindən aşkarlanmış narktoik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında yerləşən evi kirayəyə götürərək orada tək yaşamışdır. O, hərdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, kirayədə yaşadığı müddət ərzində 56 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslardan birinin sürücüsü işləmişdir. O, sürücü işlədiyindən yorulmamaq üçün hərdən narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. Şahid2 onun tanışı olmuşdur. Amilin Təqsirləndirilən şəxs və Kübranın qardaşı Şahid8 adlı tanışları olmuşdur. O, Kübra və Amini tanışı Amil vasitəsi ilə tanımışdır. Bir gün Amil ona demişdir ki, “Kübra yenicə uşaq dünyaya gətirib, kirayədə qaldığı evin pulunu ödəyə bilmədiyinə görə evin yiyəsi Kübranı uşağı ilə birlikdə evdən çıxarır. Mümkünsə Kübra uşağı ilə birlikdə, eləcə də mən və Amin sənin kirayədə yaşadığın evə köçək, biraz orada qalaq”. O da Amili tanıdığından və demək olar ki, günün əksəriyyətini işdə olduğundan, eləcə də Kübranın yeni doğulmuş uşağına yazığı gəldiyindən buna etiraz etməmişdir. Bundan sonra onun tanışı Amil, Təqsirləndirilən şəxs yeni doğulmuş körpəsi və qardaşı Aminlə birlikdə onun kirayədə yaşadığı evə köçmüşlər. Bundan sonra onlar dördü birlikdə yaşamağa başlamışlar. O, hərdən evdə də narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. O, Aminlə Amilin narkotik vasitədən istifadə etdiyini bilsə də, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyini görməmiş və bilməmişdir. 14 mart 2022-ci il tarixdə günorta vaxtlarında o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə getməli olmuşdur. Çünki həmin gün onun Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclası təyin eidlmişdir. O, işdən gəldiyinə görə yorğun olmuş və ona görə də dincəlmək üçün biraz yatmışdır. O, yatdığı vaxt kimsə onun qollarına qandal vurmuşdur. Bundan sonra o, ayılmış və polis əməkdaşları tərəfindən onun yaşadığı evə basqın olduğunu başa düşmüşdür. Sonra polis əməkdaşları onu, Kübranı, Amili və Amini saxlayaraq Polis şöbəsinə aparmışlar. Orada onların üzərinə baxış keçirilmişdir. Amil və Aminin üzərindən heç bir qadağan edilmiş əşya aşkar edilməmişdir. Ona görə də Amil və Amin həmin gün azad edilmişlər. Onun üzərinə baxış keçirilərkən də qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Lakin onu 48 saat ərzində Polis şöbəsində saxlamışlar. Sonra polislər onu buraxmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən Kübranın boynundan asıldığı pul kisəsindən bir neçə bükümdə psixotrop maddə aşkar edilmişdir. Lakin o, Kübranın üzərindən psixotrop maddənin aşkar edilməsini görməmişdir. O, bunu polis əməkdaşlarından eşitmişdir. Sonradan o, eşitmişdir ki, Kübra da bir neçə gündən sonra azad olunmuşdur. O, heç kəsə, o cümlədən Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs boynundan asılmış psixotrop maddə ona məxsus olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 9) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 15) görünür ki, həmin gün Şahid1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21-22) görünür ki, həmin gün Şahid8 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 30-31) görünür ki, həmin gün Şahid2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 41) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 52) görünür ki, həmin gün Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 63-64) görünür ki, həmin gün Şahid8 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 76-77) görünür ki, həmin gün Şahid2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 86-87) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 88-89) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs boynundan asdığı qırmızı rəngli parçadan hazırlanmış pul kisəsində narkotik vasitə olduğunu, eləcə də bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində onunla eyni evdə yaşayan Şahid1 ona saxlamaq üçün verdiyini bildirmiş və həmin pul kisəsinin içindən 2 (iki) ədəd yaşıl rəngli və 2 (iki) ədəd şəffaf sellofana bükülmüş kristal şəklində ağ rəngli narkotik maddə və 1 (bir) ədəd “Rosai” yazısı olan elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəzi götürülərək zərflərə qoyulmaqla möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 92-93) görünür ki, Şahid1 üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 94-95) görünür ki, həmin gün Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılarkən sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 98-99) görünür ki, Şahid8 üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 101-102) görünür ki, həmin gün Şahid8 üzərində şəxsi axtarış və götürmə aparılarkən sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 105-106) görünür ki, Şahid2 üzərində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 109-110) görünür ki, həmin gün Şahid2 üzərində şəxsi axtarış və götürmə aparılarkən sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli X5 azad edilmə haqqında qərardan (cild 1, iş vərəqə 113) görünür ki, həmin gün Şahid2 saxlanıldığı X5 azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 mart 2022-ci il tarixli X5 azad edilmə haqqında qərardan (cild 1, iş vərəqə 115) görünür ki, həmin gün Şahid8 saxlanıldığı X5 azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1476 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 127-131) görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan zərldəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,236 qram, 0,294 qram, 2,614 qram və 7.770 qram, ümumi təmiz çəkisi 10,914 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığmdan bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 158-159) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2022-ci il tarixli axtarış aparılması haqqında qərardan (cild 1, iş vərəqə 171) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 172) görünür ki, X7 özünə məxsus olan ünvan 4 ünvanında axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2022-ci il tarixli axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 173-175) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında axtarış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı maddə, iz və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 180-181) görünür ki, həmin gün Şahid1 saxlanıldığı X5 azad edilmiş və bununla da o, şübhəli şəxs statusundan çıxarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 184-187) görünür ki, Bakı şəhəri Səbail rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatət müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 190-191) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2022-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 192) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 mart 2022-ci il tarixli sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 204) görünür ki, 1 (bir) ədəd disk maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 206) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 207-208) görünür ki, Şahid1 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və barəsində olan cinayət işi 27 yanvar 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 227) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10,914 qram çəkidə psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,834 qram təşkil edən psixotrop maddə metamfetaminin saxlanılması üçün Səbail RPİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2022-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-70/2022 saylı hökmündən (cild 2, iş vərəqə 185-192) görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinmiş, ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla onun üzərində 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 2, iş vərəqə 28-29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 3396 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 64-65) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2022-ci il tarixli mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 30-36) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi Redmi” markalı mobil telefonda olan məlumatlara baxış keçirilərkən telefonun «Mesajlar» qovluğu açılmış, həmin qovluqda adlar telefon kitabçasında «Gümüş», «Vv», «Miri Selvan», «Rəsul», «Qaqas», «Ramin Qonşu», «Fatime», «Bbb», «Oqru Qehi», «Aslan», «Gümüşün Anası» kimi qeyd olunan, eləcə də ***-***-**-** və ***-***-**-** saylı abunəçilərlə sms mübadiləsinin aparılması müəyyən edilmişdir. «Gümüş», «Vv», «Rəsul», «Qaqas», «Ramin Qonsu», «Fatime», «Bbb», «Oqru Qehi», «Aslan», «Gümüşün Anası» kimi qeyd olunmuş abunəçilərlə aparılmış sms mübadiləsinin məzmunu iş üçün əhəmiyyət kəsb etmir. ***-***- **-** telefon nömrəsi altında adı telefon kitabçasında «Miri Selvan» kimi qeyd edilən abunəçi ilə sms mübadiləsinin məzmununa baxış zamanı göstərilən nömrədən 06 mart 2022-ci il tarixdə, saat 18:08-də «Kubuş hazır cekin ki, mehlede otur mene. İkiside mede pulu verecem evin icide yox aa bayırda kc bular bilmesin aaa oldu urey» məzmunlu sms daxil olması müşahidə edilir. Digər əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. Bundan sonra «Fotolar» qovluğu açıldı və burada əsasən ailə şəkillərinin olması müşahidə edilir. Həmin qovluqda 4098-5844-5083-9798 nömrəli Leobank yazısı olan, Azərbaycan Beynəlxalq Bank ASC-nin məhsulu olan 5522-0993-4007-1646 nömrəli üzərində Marjam Baghirli adı yazılmış, Kapital Bank ASC-nin məhsulu olan 4169-7413-9322-5600 nömrəli üzərində Mr.Yusif Tanriverdiyev adı yazılmış, Kapital Bank ASC-nin məhsulu olan 4169- 7385-7417-0431 nömrəli üzərində Umico yazısı olan, Kapital Bank ASC-nin məhsulu olan 4169-7385-7646-9930 nömrəli üzərində Umico yazısı və Ms.Ravana Abushova adı qeyd edilmiş plastik bank kartlarının şəkillərinin olması müəyyən edilmişdir. Telefonda media və sair faillərin mübadiləsi üçün nəzərdə tutulmuş «Whatsapp» mobil tətbiqi açıldı. Həmin mobil tətbiqində «Söhbətlər» bölümündə 92 profillə məlumat mübadiləsinin olması müşahidə edilir. «Miri Selyan» profildə olan məlumat mübadiləsinə baxış zamanı müəyyən edilmişdir ki, 30 yanvar 2022-ci il tarixdə, saat 19:11-də həmin profildən «Allah eləməsin, heç nə olası deyil, Allah qoysa nə olub e. Allah özü kömək olsun. Allah elə eləsin ki, düşmənlərin səni görəndə ürəkləri partlasın, narahat olma yaxşı olacaq Allah qoysa. Əsas odur ki, səbir. Ağlı başında iş görsək, təmkinlə iş görsək, yəni bizim bir-birimizin sirri qırağa çıxmazsa, işimiz gedəcək. Bizdən başqa 2-3 nəfər adam bildisə bizi vurmaq üçün hər yollara desən əl atacaqlar. Çalışdığımız qədər sirrimizi heç kəsə verməyək. Niyə haradan alırıq, kimdən gətizdiririk, kim dağıdır, kim gətirir. Nəyilərinə lazımdır. Ağrımız olanda gətirib bizə heç nə verməyib ki, gəlib bir stakan su verməyib ki. Nəyə lazımdır sənə kimdən gəlir. Kim gətirir. Belənçi yola salmaq lazımdır» məzsunlu səs mesajı göndərilmişdir. «Qaqas» profilə olan məlumat mübadiləsinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 04 fevral 2022-ci il tarixdə, saat 22:40-də həmin profilə «Sənə qurban olum, sənin gözlərivə qurban, sən balavın canı bir dənə mənim üçün heç olmasa daş, yerdə göydə nə olur bir dənə düz qoş elə də, sənə qurban olaram, 10 dənə torpaqdan əlavə 2 ədəd daş vacib mənim üçün qoydur. Yatmayım işlərimi aşırdım da, sənin yanında yalançı çıxmayım, puluvu vurum sabahları, yaxşı başıva dönüm, arxayınam sənə»; saat 23:09-da «Qaqas» profilindən «Kübra tələsmə bir saat çəkəcək, hələ tələsmə, bu qardaş deyir bir saat çəkəcək»; 05 fevral 2022-ci il tarixdə, saat 19:25-də Təqsirləndirilən şəxs tərəfindən «Qardaş kart atarsan mənə, nə qədər heyvan salmışam, yəni tema salmışam, indi sayıb dəqiq sənə deyəcəm. Pulu vurum sənin kartıva, yada bir yubanaraq bəlkə onu əritdim, yoxa çıxardım ki, sənə mənə ünvan atarsan. Amma sənin başıva dönüm mənə bu gün nə olur olsun torpaq qoymağına qoyarsan, pul vurandan sonra. Mənə daş da qoy da»; saat 19:42-da «Qaqas» profilindən «yox bir az işim oldu, özüm narahat eləmədim, dedi zəng edərəm deyərsən Kübra deyir ki, hə ona bax Həsən 10 qram mal verib, ona görə də tez-tez məni yığır narahat edir. Problemi yoxdur, yaxşı nə edək. Sənin əlində nələr var idisə denə kart atım vur ona. Mən 2 ədəd malı yerbəyer edərəm danışıram indi, qoyum get götür. Daş da götür torpaq da»; saat 19:44-də Təqsirləndirilən şəxs tərəfindən «Bax indi mənim əlimdə 50 manat hal hazırda pulum var. İndi saat neçədir? 8-zə qalıb 15 dəqiqə düzdür? Bir saat saat yarında başımı qalaram, bəlkə 50 yox 100 ya 70 edim ki, mənim üstümdən də getsin vəsait, həm də pulu alım ki sən mənə başqa ünvan atarsan. Bacın 24 saat qulluğunda. Bir dənə daş yadımdan çıxmasın. Bir də Həsən başıva dönüm bu səfər də eyni koladan, torpaqdan atacaq yoxsa yox? Alan müştərilər uşaqlar deyir ki, bir az zəif kimi deyirlər. Özün onunla məşğul olarsan, daşla da torpaqla da ki, yaxşı olsun da. 3 dənə 5 dənə əlimizə adam var onları qaçırtmayaq da yaxşı qurban olum sənə» məzmunlu səsli mesajlar göndərilmişdir. Bundan sonra saat 01:00-da və saat 01:08-də Təqsirləndirilən şəxs tərəfindən ardınca 50, 10, 60 rəqəmləri göndərilmişdir. Saat 01:08-də «Qaqas» profilindən «120 manat Laplayıbsan hə? kartı atım?»; saat 01:24-də «Qaqas» profilindən «darıxma səbrli ol. Masazır tərəfə çatdıracam. Pul azdır. Tək daş qoydurum hə yanında. Patı qoydurum, kola qoydurmayım», saat 01:28-də «10 dənə daş qoyduracam götürərsən onu. Tək daş qoyduracam», saat 21:22-də «deyir aparatla vursunlar, telefonla vurmasın, telefonla yükləyəndə gec oturur hesabda» məzmunlu səsli mesajlar göndərəndən sonra bank karlın və hansısa ərazinin şəkilini göndərir. Həmin şəkillər telefonun yaddaşından pozulduğu üçün onları ayırd etmək mümkün deyildir. Saat 01:24-də «Qaqas» profilindən audiofayl göndərilir. Həmin faylda «Qaqa bu plakat düz Lukoil zapraxkasına az qalmış Sədərəyin üstü, meyvəhnin üstü. Sədərəyə çıxan yol. Plakatın düz trubanın dibində» məzmunlu fonoqramma vardır. Saat 23:44-də Təqsirləndirilən şəxs tərəfindən iki ədəd E-manat elektron ödəmə sisteminin qəbzini göndərir. Qəbzin biri 20 manat, ikincisi ilə 80 manat müəyyən bank hesablara mədaxil edilməsi ilə bağlıdır. Qəbzlərdə ödəmə vaxtı xx.xx.2022ci il saat 23:22 və 23:38 kimi qeyd olunub. 20 manatın ödənilməsinə dair qəbzdən məlum olur ki, həmin vəsait Kapital Bank ASC-də olan ******************** hesab nömrəsinə göndərilmişdir. Saat 23:46-da Təqsirləndirilən şəxs tərəfindən «Habil qardaşım aldım şəkili 80 manat bir də 20 manat. Ayrı-ayrı yerlərdən vurdum. Aparat 2 ədəd 10-luğu götürmürdü, əzilmişdir. Ona da başqa aparatdan vurdum. Ona görə 2 dənə çek. Ünvana 2 dəqiqəyə çatıram. Üzürlü say bir az gec vurdum», 07 fevral 2022-ci il tarixdə, saat 00:04-də «qardaş götürdüm ünvandan əmanəti, gedirəm yoldayam. Gedim evə çatım, əlaqə saxlayarıq səninlə»; 10 fevral 2022-ci il tarixdə, saat 01:24-də «Qaqas» profilindən «Necəsən yaxşısan axşamın xeyir, mən səni tuta bilmirəm, nə olub sənə, nə etməsənsə bilmirəm. Nə edə bildin? Sən qərar deməli idin həmin pulu vurarsan həm gedib mal götürərsən. Səndən bir xəbər çıxmadı. Nə oldu?»; saat 01:52-da Təqsirləndirilən şəxs tərəfindən «Qardaşım, vallah heç nə etməmişəm, telefon həmişə səninlə danışdığım telefondur, pul hazırdır, pulu vurmağa bir dəqiqəyə vurum, problem yoxdur. Sən malı atdır da, gedim malı götürən kimi pulu vurum gedim alım götürüm. Əvvəlki vurduğumla da rasçot olaq» məzmunlu səsli mesajlar göndərilmişdir. Qeyd edilən mesajlardan başqa, həmçinin narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş sair səsli və mətnli mesajlar aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2022-ci il tarixli sübut kimi tanıma haqqında qərardan (cild 2, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün Səbail RPİ-nin saxlanc otağına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 68) görünür ki, həmin gün Şahid8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 40-41) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrələrinin xx.xx.2022-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə daxil olmuş və çıxan zənglər, daxil olmuş və göndərilmiş SMS mətnləri, həmin müddətdə əhatə dairəsinə dair məlumatlar əks olunmuş kompakt diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı nömrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər aktiv olmuşdur. Nömrənin anten məlumatlarının göstəricilərinə dair məlumatla müəyyən edilmişdir ki, 13 mart 2022-ci il tarixdən 14 mart 2022-ci il tarixədək olan müddətdə Səbail rayonunun inzibati ərazisində istifadə edilmişdir. ***-***-**-** saylı nömrədən çıxan SMS-lərin məzmununa baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 08:25-də Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə «Yox senol miri Yoxdu olsa sene qurbandi pati vere bilerem qrami 40 dan oda ki gele mene usaqa göre» məzmunlu sms göndərilmişdir. ***-***-**-** saylı nömrəyə daxil olmuş SMS-lərin məzmunlarına baxış zamaı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 08:20-də Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrədən «Kubus kola lazım olsa duzelir 05 ya 1 he urev», xx.xx.2022-ci il tarixdə, saal 21:53-də ***-***-**-** saylı nömrədən «QANM QARADİ KOLA VAR VERİM OLSA BİRAZ PATİ VERDE», xx.xx.2022-cı il tarixdə, saat 02:40-da «ALO GELİM PATİYA AY TOTU», saat 03:15-də «BİDENE YARİ AL TOTU 20 VEREM XEBER ET GELİM» məzmunlu sms göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli sübut kimi tanıma haqqında qərardan (cild 2, iş vərəqə 60) görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 78-100) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə üzrə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri, Şahid1 və Şahid8 barəsində isə həmin Məcəllənin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması xüsusatının araşdırılması üçün hazırki cinayət işindən materialın ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 108-109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2022-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-70/2022 saylı qərarından (cild 2, iş vərəqə 223-228) görünür ki, Şahid1 barəsində verilmiş təqdimat təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 6 (altı) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, habelə cəzanın əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 dekabr 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 237) görünür ki, 17 dekabr 2021-ci il tarixdə İradə Xankişizadə anadan olmuş, onun anası Təqsirləndirilən şəxs, atası isə Abdulla Xankişiyevdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 aprel 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 236) görünür ki, 04 mart 2016-cı il tarixdə Ümid Xankişizadə anadan olmuş, onun anası Təqsirləndirilən şəxs, atası isə Abdulla Xankişiyevdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2017-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən (cild 2, iş vərəqə 104) görünür ki, 04 mart 2016-cı il tarixdə Ümid Xankişizadə anadan olmuş, onun anası Təqsirləndirilən şəxs, atası isə Abdulla Xankişiyevdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2021-ci iil tarixli doğum haqqında tibbi şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 106) görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2021-ci il tarixdə qızı anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə ibtidai istintaq zamanı əldə olunmuş sübutları, habelə ona qarşı irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə əlaqədar qanunsuz əməlləri barəsində əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra 14 mart 2022-ci il tarixdə Səbail RPİ-nin 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri keçirilmiş və həmin gün saat 14:20-də Təqsirləndirilən şəxs, onun qardaşı Şahid8, habelə tanışları Şahid2 və Şahid1 polis əməkdaşları tərəfindən saxlanılaraq 8-ci Polis bölməsinə aparılmışlar. Orada saxlanılmış şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid8, Şahid2 və Şahid1 üzərindən qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona məxsus pul kisəsindən 4 (dörd) ədəd bükümdə, külli miqdarda, yəni ümumi təmiz çəkisi 10,914 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ona məxsus pul kisəsindən aşkar edilmiş psixotrop maddə metamfetaminin və elektron tərəzinin ona məxsus olmamasını, əksinə həmin maddənin və tərəzinin Şahid1 məxsus olmasını bildirmişdir. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, tutulduğu gün Şahid1 barəsində olan cinayət işi üzrə məhkəmə iclası təyin edildiyindən sonuncu ehtiyat tədbiri olaraq saxlamaq üçün ona psixotrop maddə metamfetamin verdiyini, onun da həmin psixotrop maddəni Şahid1 qəbul edərək əldə etdiyini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edən hallarla bağlı ziddiyyətli ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində əvvəlcə kirayədə yaşadığı evdə qardaşı Şahid8, tanışları Şahid2 və Şahid1la birlikdə tutulduqlarını bildirsə də, daha sonra yaşadıqları evin qarşısında tutulduqlarını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona məxsus pul kisəsində olan psixotrop maddə metamfetaminin və elektron tərəzinin ona məxsus olmadığını, həmin maddə və elektron tərəzinin Miribreyim tərəfindən ona saxlanılması üçün verildiyini, onun da həmin psixotrop maddəni və elektron tərəzini qəbul etdiyini bildirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi belə nəticəyə gəlməyə kifayət edir ki, o, pul kisəsində saxladığı psixotrop maddənin dövriyyəsi qadağan edilmiş kütlə olduğunu əvvəlcədən bilmiş, həmin maddəni Miribreyimdən aldığı zaman bu hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyini dərk etmiş, buna baxmayaraq, həmin maddəni götürməklə əldə etmiş, daha sonra üzərində saxlamaqla daşımışdır. Cinayət işinin materialları əsasında müəyyən edilmişdir ki, Şahid1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması hissəsində barəsində ayrıca icraata işin ayrılması qərara alınmışdır. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halın, yəni Şahid1 ona saxlamaq üçün psixotrop maddə verməsini müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona məxsus pul kisəsindən külli miqdarda, 4 (dörd) ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsi təsdiq olunsa da, məhkəmə istintaqında onun psixotrop maddə metamfetamini konkret olaraq hansı şəxsdən, eləcə də əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında onun qanunsuz şəkildə külli miqdarda psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi əldə etməsi, bundan sonra həmin psixotrop maddəni 4 (dörd) ədəd bükümdə ona məxsus pul kisəsində saxlamaqla üzərində saxlayaraq daşıması öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, eləcə də onun kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda psixotrop maddəni qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və pul kisəsindən qeyd edilən psixotrop maddə metamfetamin aşkar edilərkən birbaşa olaraq həmin maddənin kirayədə birlikdə yaşadığı Şahid1 məxsus olmasını və sonuncu tərəfindən saxlanılması üçün ona verilməsini bildirmişdir. Hazırki iş üzrə ibtidai istintaqın yekununda qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərar əsasında Şahid1 aid hissədə narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə bağlı hissədə cinayət işi ayrıca icraata ayrılsa da, təəssüf ki, bu istiqamətdə hazırki cinayət işi üzrə heç bir araşdırma aparılmamışdır. Qeyd edilən məsələ əməlin tövsifi baxımından çox ciddi məsələ olsa da, hazırki cinayət işi üzrə məhkəmə baxışında qeyd edilən məsələnin araşdırılması mümkün deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd edilən hissədə məhkəmə tərəfindən ibtidai istintaqı həyata keçirən orqana məlumat verilməli və ibtidai istintaq orqanı tərəfindən qeyd edilən hallarla bağlı ətraflı araşdırma aparılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi ilə bağlı hissədə ittiham irəli sürüldüyündən, qeyd edilən xüsusatın tam şəkildə araşdırılıb müəyyən edilməsi onun barəsində olan cinayət işi üzrə ən əhəmiyyətli məsələlərdən birini təşkil etmişdir. Təəssüf ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar (psixotrop maddə metamfetaminin Şahid1 məxsus olması, onun tutulduğu gün sonuncunun barəsində olan cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində işə baxılması, Şahid1 özünün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və sair hallar) ibtidai istintaq orqanı tərəfindən ətraflı və obyektiv şəkildə araşdırlmamışdır. Belə ki, qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin (müstəntiqin) üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Bu səbəbdən də məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və aparılmış ibtidai istintaqı natamam və qüsurlu aparılmış ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə saxlanılması, daha sonra 8-ci Polis bölməsinə aparılması, müdafiə hüququ təmin edilməklə orada onun üzərində şəxsi axtarış keçirilməsi, həmin vaxt ona məxsus pul kisəsindən külli miqdarda, 4 (dörd) ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərinin, tutularkən və tutulduqdan sonra üzərində keçirilmiş prosessual hərəkətlərin nəticələrinin təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus pul kisəsindən aşkar edilmiş psixotrop maddə metamfetamin 4 (dörd) ədəd bükümdə olmuş, hər bir bükümdə olan maddə istifadə üçün yararlı olmuş, bütövlükdə çəkisi külli miqdar təşkil etmiş, qeyd edilən bükümlərlə yanaşı, həmçinin 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan başqa, məhkəmə istintaqında araşdırılmış mətnli və səsli mesajlar əsasında müəyyən edilmişdir ki, müxtəlif şəxslər mütəmadi olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə “Votsap” sosial şəbəkəsi və sair üsullarla mətnli və səsli mesajlar vasitəsi ilə müraciət edərək jarqon dildə “kola”, “patı”, “torpaq”, “çet” kimi tanınan, əslində isə narkotik vasitə və psixotrop maddələr olan predmetlərin alqı-satqısı barədə mütəmadi olaraq danışıqlar aparmışlar. Həmin mesajların mətnlərindən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs mesaj yazmış müxtəlif şəxslər ondan narkotik vasitə və psixotrop maddə əldə etmək niyyətində olmuşlar, habelə həmin şəxslərin bəziləri təqsirləndirilən şəxsə müəyyən məbləğ dəyərində narkotik vasitə və psixotrop maddələr istədiklərini bildirmişlər, hətta bəzi “müştərilər” onun hərəkətlərindən (vaxtında narkotik vasitəni satmaması və sair) narazı qalaraq öz iradlarını bildirmişlər. Eyni zamanda həmin mesajlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs da öz növbəsində müxtəlif şəxslərə müraciət edərək onlardan müxtəlif növdə narkotik vasitə və psixotrop maddələr almaq istəmiş, habelə qeyd edilən vasitə/maddələrə görə müxtəlif ərazilərdə elektron ödəniş terminalları vasitəsi ilə ödənişlər edərək ödəniş qəbzlərinin və özünə məxsus bank kartlarının şəkilləri çəkərək həmin şəxslərə göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yazılmış mesajların əksəriyyəti jarqon dildə “kola”, “patı”, “torpaq”, “çet” kimi tanınan, əslində isə narkotik vasitə və psixotrop maddələr, habelə həmin vasitə və maddələrin saxlanıldığı bükümlər ilə əlaqədar olmuşdur. Mesajlarla bağlı məhkəmə, həmçinin qeyd edir ki, bu mesajların Təqsirləndirilən şəxs aid olması heç bir şübhə doğurmur. Belə ki, Təqsirləndirilən şəxs yazılmış mesajların əksəriyyətində “bacı”, “Kubuş” və buna oxşar sözlərdən istifadə edilməklə Təqsirləndirilən şəxs müraciət edilmişdir. Göstərilən mesajların məzmunu onu təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satıqısı ilə fəal şəkildə məşğul olmuşdur. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən (pul kisəsindən) aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, uşaqlardan birinin südəmər və xəstə olmasını (1 (bir) yaşına çatmayıb), ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ağır cinayət olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını o, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, həmin uşaqlardan birinin südəmər və xəstə olmasını, subay olduğundan ailədə yeganə qzzanc gətirən şəxs olmasını və bu səbəbdən də uşaqlara təkbaşına baxdığını, uşaqların yaşı nəzərə alınmaqla xüsusi qayğıya ehtiyaclarının olmasını, ələlxüsus Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkəcəyi halda uşaqların ana qayğısından və ana himayəsindən məhrum olacaqlarını, bunun uşaqların tərbiyəsinə və psixoloji vəziyyətlərinə ciddi şəkildə təsir edəcəyini məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməli və məhkəmə tərəfindən ona təyin ediləcək cəza qanunla müəyyən edilən müddətək təxirə salınmalıdır. Məhkəmə belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, həmin uşaqlardan birinin 1 (bir) yaşına çatmadığını və xəstə olduğunu əsas tutmuşdur. Belə ki, cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağı var. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin məcəllənin 79.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti – təqsirkarın himayəsində 14 (on dörd) yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirib-yetirməməsinə birgə qiymət verərək CM-nin 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salıması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi - təqsirkarın azadlıq hüququ, ikincisi isə - uşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağlılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları. Cinayət hüququnda humanizm prinsipi ən fundamental prinsiplərdən birini təşkil edir. Belə ki, humanizm prinsipi - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya 14 (on dörd) yaşına qədər uşağı olan qadınların, habelə 14 (on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Cinayət Məcəlləsi cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir: 1) bu institut ancaq hamilə qadınlara, on dörd yaşına qədər uşağı olan qadınlara və on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir, 2) şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir, 3) şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Cəzanın təxirə salınması məsələsi həll edilərkən yuxarıda göstərilən hallar məcmu halda nəzərə alınmalıdır. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Məhkəmə göstərilən hüquqi məsələləri məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması qanunvericiliyinin bütün tələblərinə cavab verir və ona görə də cəzanın çəkilməsinin təxirə salınması məqsədəmüvafiq hesab olunmalıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 14 (on dörd) yaşına çatmayan 2 (iki) azyaşlı uşağı olduğundan ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzanın çəkilməsi hər iki uşağı 14 (on dörd) yaşına çatanadək təxirə salınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət həyata keçirilməli və onun davranışına nəzarəti həyata keçirmək Neftçala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərin davamı olaraq, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanı çəkməsi onun himayəsində olan və hələ 1 (bir) yaşı belə tamam olmamış uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona təyin edilən cəzanın hər iki uşağı 14 (on dörd) yaşına çatanadək təxirə salınması cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə ona təyin ediləcək cəzadan çıxılmalı və onun üzərində saxlanılacaq cəzanın çəkilməsi təxirə salınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,834 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı mobil telefon ona qaytarılmalı, 2 (iki) ədəd disk cinayət işinin matariallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunaraq hazırki hökmlə onun üzərində saxlanılmış 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan uşaqları 04 mart 2016-cı il təvəllüdlü X3 və 17 dekabr 2021-ci il təvəllüdlü X1 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarətin həyata keçirilməsi Neftçala rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə mindiyi gündən narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,834 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı mobil telefon ona qaytarılsın, 2 (iki) ədəd disk cinayət işinin matariallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar