Məhkəmə qərarları › İş №1(101)-1472/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1472/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1472/2024 15.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 14,833 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib satışa hazırlamaq üçün aralarında böldükdən sonra 1 ədəd bükümdə 8,242 qram çəkidə, həmçinin Təqsirləndirilən şəxs2 1 ədəd bükümdə 6,591 qram çəkidə ayırıb qablaşdıraraq üzərilərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 12 noyabr 2023-cü il tarixdə saat 21:51-də Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq ünvan 5 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə 13 noyabr 2023-cü il tarixdə saat 00:03dən etibarən orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə külli miqdarda 8,242 qram çəkidə, həmçinin orada Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə külli miqdarda 6,591 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 14,833 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib satışa hazırlamaq üçün aralarında böldükdən sonra 1 ədəd bükümdə 8,242 qram çəkidə, həmçinin Təqsirləndirilən şəxs2 1 ədəd bükümdə 6,591 qram çəkidə ayırıb qablaşdıraraq üzərilərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 12 noyabr 2023-cü il tarixdə saat 21:51-də Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq ünvan 5 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə 13 noyabr 2023-cü il tarixdə saat 00:03dən etibarən orada Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə külli miqdarda 8,242 qram çəkidə, həmçinin orada Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə külli miqdarda 6,591 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə 12 noyabr 2023-cü il tarixdə tutulmuşdur. 7 noyabr 2023-cü il tarixdə X1 tutulduğu barədə sonunucunun qardaşı Kainatdan xəbər almışdır. 12 noyabr 2023-cü il tarixdə Kainatın saxlanıldığını bilmişdir. O, Kainatla birlikdə noyabrın 14-ü rayona toya getməli olmuşdur. Bu səbəbdən noyabrın 12-si axşam vaxtı Kainata toy olduğuna görə ayın 13-ü toya paltarlar almağa getməli olduqlarını bildirmək üçün mesaj yazmışdır. Kainat onun mesajına cavab verməmişdir. Sonra bir neçə dəfə sonuncuya zəng etmiş, o, zəngə cavab verməmişdir. Bundan sonra Kainatın atası Fəyyaz Azadəliyevə zəng etmiş və atası Kainatın saxlanıldığını bildirmişdir. Sonra dostu Məhəmmədə zəng etmiş, o, avtomobilinin avtoyuma məntəqəsində olduğunu bildirmişdir. O, Tofiqlə birlikdə çayxananın qarşısına getmiş, bir qədər sonra Şahid2 də həmin yerə yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs2 orada olduğundan xəbərsiz olmuşdur. Məhəmmədlə görüşərkən bir neçə nəfər tanımadığı şəxs onların qollarını bağlamış, onun başını “Toyota Prius” markalı avtomobilin kapotuna çırparaq qara rəngli “Lexus” markalı avtomobilə oturtmuşlar. Hara gedəcəkləri barədə sual versələr də, cavab verilməmişdir. Təqsirləndirilən şəxs2 tutulması barədə xəbərsiz olmuşdur. Artıq idarənin qabağına gəldikdən sonra avtomobili saxlamışlar. O, avtomobildən düşən kimi qarnından vurmuşlar və o, yerə yıxılmışdır. Oradakı şəxslərdən biri onları orada döyməmələrini və yuxarıya qalxmalarını bildirmişdir. İdarəyə daxil olduqdan sonra liftə çatmamış əməkdaşlardan biri onun kürəyindən vurub liftə tərəf itələmişdir. Liftdən çıxdıqdan sonra onu sol tərəfə aparmışlar və sol tərəfdə axırıncı otaqdan sol tərəfə keçib otaqlardan birinə daxil olmuşlar. Həmin vaxt Kənanla Tofiq də ora gətirilmişlər. Sonuncuların tutulmasını əvvəlcədən bilməmişdir. Otağa daxil olduqdan sonra onlara kəmərlərini çıxartmağı tapşırmışlar. Onlar kəmərlərini çıxartdıqdan sonra polis əməkdaşlarından biri Kainata niyə zəng etmələrinin səbəbini soruşub sonuncunun başından böyük işlərlə məşğul olduğunu demişdir. Ondan Kainatı haradan tanıması barədə soruşmuş, o isə Kainatla eyni məhəllədə qaldığını, onunla sinif yoldaşı olduğunu, odur ki, aralarında münasibət olduğunu demişdir. Sonra onları döyməyə başlayıb hər birinə elektrik vermişlər. Bu vaxt Kənan huşunu itirmiş, onu üzərinə su töküb ayıltmışlar. Bir qədər sonra polis əməkdaşlarından biri yenidən ondan Kainata zəng etməyinin səbəbini soruşmuş, o da sonuncu ilə birlikdə toya getməli olduqlarını, bu səbəbdən əlaqə saxladığını bildirmişdir. Onun telefonunda toy dəvətnaməsinin şəkli olmuşdur. Polis əməkdaşları onları yenidən bir qədər döydükdən sonra stolun üstünə fərqli bükümlərdə narkotik vasitələri qoyub bükümlərin onlara məxsus olmasını etiraf etməyi tələb etmişlər. Onun bükümlərin içində nə olduğundan xəbəri olmamışdır. Onlar bu bükümlərin onlara məxsus olmadığından götürmüyəcəklərini bildirmişlər. Ondan sonra onları yenidən döymüşlər. Sonra onlara çəkiliş edəcəklərini və əgər çəkilişdə həmin bükümlərin olmadığını desələr yenidən onları döyəcəklərini və elektrikə verəcəklərini bildirmişlər. Videoçəkilişdə birinci dəfə bükümlərin onlara aid olmadığını dedikdə videoçəkiliş pozulmuşdur. Bu səbəbdən onları yenidən yuxarı qaldırıb döyməyə başlamışlar. Onları yerə yıxaraq üstlərindən dayanmadan qabağa və arxaya taptalıya-taptalıya keçməyə başlamışlar, döyüb elektrikə vermişlər. Şəxslərdən bir nəfər ondan dəfələrlə Kainata hansı səbəbdən zəng etdiyini soruşmuşdur. O, nə etsə də əməliyyatçıya Kainatla toya gedəcəklərinə görə onunla əlagə saxladığını izah edə bilməmişdir. Onları bir gədər döydükdən və otağdan çıxıb aşağı düşürdükdən sonra Şahid3 və Şahid2 azadlığa buraxdıqlarını görmüşdür. Sonra onu və Təqsirləndirilən şəxs2 qorxutmağa və hədələməyə başlayaraq daha sonra onları müvəqqəti saxlama yerinə salmışlar. Onları yerləşdirdikləri yerdə tanımadığı bir nəfər də olmuşdur. Orada həmçinin kamera da olmuşdur. Səhərisi gün polis əməkdaşklarından bir nəfər Təqsirləndirilən şəxs1 kim olduğunu soruşduqda, o, cavab vermiş və buna görə də polis əməkdaşı onun bir dəfə bədənindən, bir dəfə də çənəsindən vurmuşdur. Həmin an orada kamera olduğundan videogörüntülərdə də olmalıdır. Sonra axşam onu hansısa bir əməliyyatçının otağına aparmışılar. Ona bir stəkan çay gətirib içməsini bildirmişlər. Çaydan iki qurtum içdikdən sonra ondan yenidən Kainatla hansı səbəbdən əlagə saxladığını soruşmuşlar və o, yenə eyni cavabı vermişdir. Sonra çayı axıra kimi içməsini bildirmişlər. O, iki qurtumun kifayət olduğunu bildirib onlara təşəkkür etmişdir. Sabahsı gün onları qan analizinə aparmışlar və orada onlara nə desələr etməli olduqlarını, onsuz da ən sonda yenidən idarəyə qayıdacaqlarını bildirmişlər. Orada qan və sidik analizini götürmüşlər. Sonra onları Maştağaya aparmışlar. Daha sonra onları axşam saatlarında Nərimanov Rayon Məhkəməsinə gətirmişlər. Məhkəməyə gedən zaman belə əməkdaşlar orada onlara nə deyiblərsə eyni qaydada təkrarlıyacaqlarını, əks halda yenidən onları idarəyə gətirərək döyəcəylərini bildirdilər. Sanksiya məhkəməsində ona söz verilməmiş və 14 noyabr 2023cü il tarixdən hesablanmaqla barəsində 4 ay həbs qətimkan tədbiri seçilmişdir. Sadəcə olaraq sanksiya məhkəməsində hakim ondan özünü təqsirli bilib-bilməməsini soruşduqda, o, suala xeyr demişdir. Sanksiya məhkəməsindən idarəyə qayıtdıqdan sonra şəxslərdən biri ona “mən sənə demişdim ki, danış, niyə danışmadın?” kimi sual vermişdir. Buna görə başına yumruq vurmuşlar və sonra yenidən müvəqqəti saxlama yerinə yerləşdirmişlər. Sonra axşam saatlarında onları Kürdəxanıya köçürmüşlər. Hətta yolda gədən zaman belə ona orda da onların adamları olduğunu və nəticədə heç nə edə bilməyəcəklərini bildirmişlər. Kənan Azadəliyev onun sinif yoldaşı olmuş, eyni məhlədə qalmış, bir yerdə böyümüşlər, qardaşı onlardan yaşca kiçikdir. Toya gətməklə bağlı atasına zəng etmiş, ondan Kainatın saxlanıldığını öyrənmiş, Kainat narkotik vasitəsi istifadəçisi olmamışdır. Kənan Kainatı tanıyırdı. Kənan onlarla toya getməməli idi. Kənanın tutulduğundan xəbəri olmuş, məhlədəki şəxslərdən eşitmişdir. Kənanın narkotiklə bağlı tutulduğunu eşitmiş, ancaq Kənanın narkotik vasitədən istifadə etdiyini görməmişdir. Tofiq onunla bir yerdə olmuş, Məhəmməd isə Kənanla birlikdə avtoyuma məntəqəsində olmuşdur. Onlar dördü birlikdə olmamış, o, Tofiqlə bir yerdə olmuşdur. Onları eyni zamanda tutmuşlar. Onları tutan şəxsləri tanımamışlar, onlar özlərini təqdim etməmişlər, narkotik istifadəçisi deyildir, heç kəsdən onu almamış, heç kəsə də satmamışdır, onun ətrafında heç kəş narkotikdən istifadə etmir. Avtomobil Məhəmmədin olmuş, o isə Məhəmmədin yanına getmək üçün Tofiqlə görüşmüşdür. Kənanı yolu keçəndə görmüşdür. Onu Məhəmmədlə birlikdə aparmışlar, o birilərini bilmir. O, Məhəmmədin avtomobili ilə aparılmamışdır. Onun iştirakı ilə birlikdə avtomobilə baxış keçirilməmişdir. Kainat və onun qardaşının kriminal aləmlə bağlılıqları yoxdur. Avtoyuma məntəgəsinə Tofiqlə birlikdə getmişdir. Kənanın həmin yerə gələcəyindən xəbəri olmamışdır. Onu idarəyə Məhəmmədlə birgə aparmışlar. X17, Sadığı, Tofiqi, Məhəmmədi və Kənanı görmüşdür. Təqsirləndirilən şəxs2 ilə ancaq tanışlığı olmuş, dost olmamışlar. Kainatı həmin gün gecə görmüşdür. Onun saçını kəlbətinlə dartmışdılar, köynəyi qan içində idi. Kainatın qardaşı ilə dost olmuşdur. Kainatın qardaşı noyabr ayının 7-də, o, noyabr ayının 12-də, noyabr ayının 10-da isə Kainat tutulmuşdur. Onun ibtidai istintaqda yazılmış ifadəsindən ümumiyyətlə xəbəri yoxdur. O, digər təqsirləndirilən şəxslərlə üzləşdirilməsi barəsində müstəntiqə hər hansı bir ərizə yazmamışdır. Onun ərizəsi polis əməkdaşları ilə üzləşməmək barəsində olmuşdur. Orda 5-6 nəfər olmuşdur. Məktəb və hazırlıqdan sonra onun Kənanla hər hansı bir telefon əlaqəsi olmamışdır. Bununla bağlı telefonlarının anten dairələrini yoxlamaq olar. Onları təxminən 3-4 saat döymüşdülər. Kənanı döyən zaman ondan Kainatla nə etdiyini, Ayazın atasının qabağını kəsib ona niyə nömrəsini verdiyini soruşmuşlar. Tofiq və Məhəmmmədin nəyə görə azad olunmalarından məlumatı yoxdur. Onu Tofiq və Məhəmmədlə üzləşdirməmişlər. İbtidai istintaq zamanı yazılan həmin ifadə onun sözləri ilə yazılmamışdır. Onların dördünü də həm təhqir etmiş, həm də döymüşlər. Digər şəxlərin tutulma səbəbi onun Kainatla əlagə saxlaması ilə bağlı olmamışdır. Kənanı Ayazın atasının qabağını kəsdiyi üçün tutmuşlar. Onun Kənanın, Tofiqin və Məhəmmədin üzərinə narkotik vasitəni necə qoyduqlarını görmüşdür. Artıq ikinci çəkilişdə Tofiqlə Məhəmmədi buraxmışlar, onu Kənanla üzləşdirməmişlər. Şahid1 idarədə görmüş, onlar saxlanılan zaman həmin şəxs orda olmamışdır. İdarədə döyülən zaman Şahid1 orada olmuşdur. Bu şəxs və digər əməkdaşlar ona qarşı fiziki təzyiq göstərmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 12 noyabr 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs2, Şahid3 və Şahid2 Şahid2 idarə etdiyi “Toyota” markalı, **-EJ-*** avtomobilin yanında olduğumuz zaman bizə bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Təqsirləndirilən şəxs2 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdirlər ki, hazırda üzərlərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları tanışı Şahid2 idarə etdiyi “Toyota” markalı, **-EJ-*** avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdirlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdirlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərlərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynidə olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd sellofan bükümün içində “patı” adı ilə tanıdığı psixortop maddə olduğunu qeyd etmişdir. Təqdim etdiyi 1 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu və 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra Şahid2 üstünə baxış keçirilmişdir. Şahid2 şəxsi axtarış baxış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmişdir. Şahid2 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr olmadığını bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Redmi” markalı mobil telefonu və şalvarının sol yan cibindən 1 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Baxış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid2 üzərindən aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd avtomobil açarı onun özünə geri qaytarılmışdır. Daha sonra Şahid3 üstünə baxış keçirildi. Şahid3 şəxsi axtarış baxış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmişdir. Şahid3 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitələr olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 1 ədəd “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid3 üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Şahid3 üzərindən aşkar olunmuş 1 ədəd “İphone” markalı mobil telefon onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, maddələrin üstündə olmasından heç kimin məlumatının olmadığını, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs2 tanışları olduqlarını və çay içmək məqsədi ilə bir yerə toplaşdığıqlarını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 onun tanışı olduğunu, üstündə olan maddəni xx.xx.2023- cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, heç kimin məlumatının olmadığını, Şahid2, Şahid3 və onunla tanış olduğunu və çay içmək məqsədi ilə görüşdüklərini bildirmişlər. Şifahi sorğu zamanı Şahid2 o, Şahid3 və Təqsirləndirilən şəxs2 ilə tanış olduğunu və çay içmək məqsədi ilə görüşdüklərini, eləcə də Təqsirləndirilən şəxs2 və üstündə olanlardan məlumatının olmadığını, idarə etdiyi avtomobildə narkotik vasitələr, psoxotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şifahi sorğu zamanı Şahid3 o, Şahid2 və Təqsirləndirilən şəxs2 ilə tanış olduğunu və çay içmək məqsədi ilə görüşdüklərini, eləcə də, Təqsirləndirilən şəxs2 və onun üstündə olanlardan məlumatının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 157-161). Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 9-10 noyabr 2023-cü il tarixdə Kainat Azadəliyevin qardaşı Kənan Azadəliyevi tutmuşdular. Onların məhləsində BMCMİ-nin əməkdaşı olan Ayaz Həsənli yaşayırdı, buna görə də ondan Ayazla danışmasını və yaxud telefon nömrəsini almasını istəmişlər. Bu vaxt məhlədə Ayazın atasını görən zaman ona baş verən hadisədən danışmış və sonra öz nömrəsini ona vermişdir ki, Ayaza versin, sonuncu onunla əlaqə saxlasın. 12 noyabr 2023cü il tarixdə təxminən saat 16:00-da Kainat onlara gəlmiş, yarım saata yaxın onlarda olmuşdur. Həmin gün Kainat toya getməli idi. Təxminən saat 18:30-da Kainatın atası ona zəng edib demişdir ki, “Kainatdan xəbərin var?, zəng edirik telefona cavab vermir”. O, Kainatın bərbərə gedib oradan da toya gedəcəyini bildirmişdir. Bu vaxt o da Kainata zəng etmiş, ancaq sonuncu telefona cavab verməmişdir. Həmin toya gedən başqa birinə zəng edib Kainatın toyda olub-olmadığını soruşduqda, o, Kainatın toya gəlmədiyini demişdir. Sonra bərbərə də zəng etmiş, o da Kainatın ora gəlmədiyini bildirmişdir. Təxminən saat 20:00-da taksi fəaliyyəti ilə məşğul olduğu üçün evdən çıxmış və avtomobili əvvəlcə avtoyuma yerinə aparmışdır. Bu zaman həmin yerə dostu Şahid2 gəlmişdir. O, kurtkasını evdə qoyduğu üçün Məhəmməddən onu evə aparmasını xahiş etmişdir. Bundan sonra Məhəmmədin avtomobilinə minib evə doğru getmişlər. Yolda olarkən yenə də Kainatın telefonuna zəng etmiş, bu zaman telefon zəngi yarıda kəsilmişdir. Onlar evə yaxın olan “Qazi” kafesinin yanına gəlmişlər. O, Məhəmmədə evdən kurtkasını götürüb gələcəyini demişdir. Avtomobildən düşüb evə gedən zaman 4 nəfər şəxsin qaçaraq ona tərəf gəldiklərini görmüşdür. Sonra onlar gəlib onun qolundan tutmuş və yerə yıxaraq qolunu qandallayıb “Mazda” markalı avtomobilə mindirmişlər. Yolda olarkən onlardan onu niyə tutduqlarını soruşduqda, həmin şəxslər onu yumruqla vurub sakit olmasını və öyrənəcəyini bildirmişlər. Yolda onlar Kainatın onun dostu olub-olmadığını soruşmuşlar. O da Kainatın onun dostu olduğunu demişdir. Onlar ona Kainatın qudurğanlıq etdiyini, onların da qudurğanlıq etdiklərini bildirmişlər. Onu idarəyə gətirmişlər, orada onu düşürən zaman mayor rütbəli şəxs digər polislərə “Kənanı yolla gəlsin” dedi, bu zaman digər polis əməkdaşı onun həmin şəxsin qabağına itələmişdir. Bundan sonra onu idarənin qabağında döymüşlər. Bu zaman digər polis əməkdaşı videoçəkiliş olacağını və ətrafdakı binalardan baxdıqlarını bildirib onu döyməmələrini demişdir. Daha sonra onu idarənin 4-cü mərtəbəsinə gətirmişlər. Orada 9-10 nəfər əməliyyatçı və onların tutduqları xeyli adam var idi. Orada olan heç kəs nəyə görə tutulduqlarını bilmirməmişlər. Yalnız Kainatın qudurğanlıq etdiyini, onları tutmasalar onların da qudurğanlıq edəcəklərini demişlər. Orada onu və Rəhimi döyməyə başlamışlar. Bundan sonra onu və Rəhimi ayrı bir otağa apararaq orada narkotik vasitəni göstərib ondan çıxacağını bildirmişlər. O isə razılaşmamış və onu yenə döyməyə başlamışlar. Orada onun saçını kəlbətinlə dartmışlar, ona elektrik vermişlər və sonra o, huşunu itirmişdir. Bundan sonra üzünə su vurub ayıltmışlar. Sonra onun razılaşmadığını görüb onu ailəsi ilə təhdit edərək ailəsini də narkotiklə tutacaqlarını bildirmişlər. Daha sonra videoçəkiliş olacağını bildirib ona vəkil təqdim edərək onun vəkili olacağını demişlər. Videoçəkiliş gedən zaman o, yenə də həmin narkotik vasitənin onun olmadığını bildirmişdir. Onun yenə başqa otağa aparıb orada döymüşlər. Bundan sonra razılaşaraq videoçəkilişdə onların dediklərini bildirmişdir. X15 83 ünvanının arxasında olan küçədə “Qazi” kafesinin qarşısında tutmuşlar. İdarəyə gedən zaman avtomobildə o və Tofiq olmuşdur. Onunla birlikdə Nazimi, Tofiqi və Məhəmmədi tutmuşlar. Onların üzərinə bir yerdə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Rəhimə və ona verilən narkotik vasitəni çıxarıb təqdim etmişlər. Məhəmmədin və Tofiqin üzərindən şəxsi axtarış zamanı heç nə aşkar olunmamışdır. Onu əvvəlcədən təhdid etdikləri üçün barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə baş verənlər barədə heç nə deməmişdir. Onu istintaq təcridxanasına gətirən zaman polislər təcridxanada da adamlarının olduğunu bildirib onu təhdit etmişlər. Səhərisi gün orada olan şəxslərdən biri ona yaxınlaşıb özünü həmin idarənin əməkdaşı kimi təqdim etmişdir. Təcridxanaya daxil olan zaman müayinədən keçmiş və onu təhdid etdikləri üçün bədənində olan yaraların tutulmazdan əvvələ aid olduğunu bildirmişdir. Həmin təcridxanada heç kəsin ona heç nə edə bilməyəcəyini öyrəndiyindən hazırda məhkəmədə rahat danışa bilir. Bədənində olan xəsarətlər ilə bağlı prokurorluq orqanlarından gəlmişlər. Əvvəllər heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Kainat onun dostudur. Kainat ilə Ayaz arasında heç vaxt problem olmamışdır. Nazimi cinayət məsuliyyətinə cəlb etmişlər. Rəhim onun qədər Kainata yaxın deyildir. Polislərin deməsinə görə Kainatla idarənin əməkdaşları arasında mübahisə olmuşdur. Rəhimlə tutulmazdan əvvəl axırıncı dəfə nə vaxt görüşdüyünü xatırlamır. Tutulan gün Rəhimin “Qazi” kafesinin yanında olub-olmamasını bilmir. Onları təxminən 20:15-də polis idarəsinə gətirmişlər. Onu apardıqları otaqdakı şəxslərdən Nazimi, Məhəmmədi, Tofiqi və Rəhimi tanıyırdı. Onların hamısını Kainata görə tutmuşlar. Nazim, Məhəmməd, Tofiq və Rəhim onun döyüldüyünü görmüşlər. Huşunu itirəndə həkim çağırmamışlar. Orada tutulan digər tanıdıqlarını da döymüşlər. Narkotik vasitədən istifadə edib-etmədiyini müəyyən etmək üçün analiz verdiyi gün ona çay vermişlər. İşə düzəldiyinə görə 2023-cü ilin sentyabr ayında narkotik vasitədən istifadə edib-etmədiyinin müəyyən edilməsi üçün analiz vermişdir. Analizin nəticəsinə görə narkotik vasitədən heç vaxt istifadə etməmişdir. Üzərinə şəxsi axtarış tutulduğu günün səhərisi keçirilmişdir. O, tutulduğu vaxt ***-***-**-** saylı nömrəni, Kainat isə ***-***-**-** saylı nömrəni işlədirdi. Noyabr ayının 12-də təxminən saat 18-19-da Kainata dəfələrə zəng etmişdir. Ayaz Həsənli ilə axırıncı dəfə nə vaxt görüşdüyünü xatırlamır. Kənan tutulan ərəfədə Ayazı görməmişdir. Kənanın tutulduğunu sonuncunun atasından və qardaşından öyrənmişdir. Kənanın nəyə görə tutulduğunu, Rəhimlə Kənanın dost olub-olmadığını bilmir. Rəhimi döyərək nəyə görə Kainata zəng etdiyini soruşmuşlar. İdarədə olan zaman Rəhim axsayırdı. Rəhim analizdən əvvəl ona da çay verdiklərini demişdir. Təcridxanada BMCMİ-nin əməkdaşı olduğunu bildirən şəxs mülki geyimdə olmuşdur. Vəkilin müraciəti əsasında prokurorluq orqanı onun döyülməsi ilə bağlı araşdırma aparmışdır. Məhkəməyə qədər ibtidai istintaq zamanı baş verənləri danışmamışdır. İbtidai istintaq zamanı Müdafiəçi3 müqavilə bağlanılmış vəkili olmuşdur. Prokurorluqda araşdırma aparılan zaman barəsində məhkəmə tibbi-ekspertizası keçirilməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim xəsarətləri ilə bağlı ondan heç nə soruşmamışdır. Kənanın nəyə görə tutulduğunu bilmir. Ayaz Həsənlinin nömrəsi onda olmamışdır. Dostu olduğu üçün Kainata zəng etmişdir. Müstəntiqə baş verənləri danışmamışdır. Polis idarəsində müstəntiqə ifadə vermişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən təqsirli olub-olmaması ilə bağlı suala cavab verməmişdir. İbtidai istintaq zamanı verdiyi həmin ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 12 noyabr 2023-cü il tarixdə tanışlarım Təqsirləndirilən şəxs1, Şahid3 və Şahid2 Şahid2 idarə etdiyi “Toyota” markalı, **-EJ-*** avtomobilin yanında olduqları zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Təqsirləndirilən şəxs1 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərlərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onları tanışı Şahid2 idarə etdiyi “Toyota” markalı, **-EJ-*** avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərlərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofan bükümün içində “patı” adı ilə tanıdığı psixortop maddə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu və 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra Şahid2 üstünə baxış keçirilmişdir. Şahid2 şəxsi axtarış baxış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmişdir. Şahid2 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr olmadığını bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Redmi” markalı mobil telefonu və şalvarının sol yan cibindən 1 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid2 üzərindən aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd avtomobil açarı onun özünə geri qaytarılmışdır. Daha sonra Şahid3 üstünə baxış keçirilmişdir. Şahid3 şəxsi axtarış baxış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmişdir. Şahid3 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində narkotik vasitələr olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid3 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid3 üzərindən aşkar olunmuş 1 ədəd “İphone” markalı mobil telefon onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, maddələrin üstündə olmasından heç kimin məlumatının olmadığını, bizimlə tanış olduğunu və çay içmək məqsədi ilə bir yerə toplaşdığımızı bildirmişdir. Şifahi sorğu zamanı üstündə olan maddəni xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, heç kimin məlumatının olmadığını, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs1 ilə tanış olduğunu və çay içmək məqsədi ilə görüşdüklərini bildirmişlər. Şifahi sorğu zamanı Şahid2 onlarla tanış olduğunu və çay içmək məqsədi ilə görüşdüklərini, eləcə də onun və Təqsirləndirilən şəxs1 üstündə olanlardan məlumatının olmadığını, idarə etdiyi avtomobildə narkotik vasitələr, psoxotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şifahi sorğu zamanı Şahid3 bizimlə tanış olduğunu və çay içmək məqsədi ilə görüşdüyümüzü, eləcə də, özü və Təqsirləndirilən şəxs1 üstündə olanlardan məlumatının olmadığını bildirmişdir (cild 1, iş vərəqə 177-181). Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə daşınması, saxlanılması və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın əsasında tədbir keçirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin şəxslər Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində axşam saat 9 radələrində müəyyən olunmuşlar. Onların yanında 2 nəfər və 1 ədəd “Toyota” markalı avtomobil müəyyən olunmuşdur. Şəxslər saxlanıldıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək orada onların üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış vəkilin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 şalvarının sol cibindən 1 ədəd büküm və sağ cibindən 1 ədəd mobil telefon aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan bükümün içərisində “patı”, yəni metamfetamin olduğunu və şəxsi istifadəsi üçün bükümü üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 şalvarının sağ cibindən 1 ədəd büküm və 1 ədəd mobil telefon aşkar olunmuşdur. Həmçinin o da üzərindən aşkar olunmuş bükümün içərisindəki maddəni şəxsi istifadəsi üçün daşıdığını bildirmişdir. Digər saxlanılan şəxslərin üzərinə şəxsi axtarış keçirilən zaman onların üzərində hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin saxlanılan şəxslərdən Məhəmməd adlı şəxsə məxsus avtomobilə baxış keçirilən zaman hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Əməliyyat qrupu 9 nəfərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxslərin yanında 2 nəfər də olmuş, ümumilikdə 4 nəfəri saxlamışlar. Saxlanılan şəxslər bir yerdə olmuşlar. Təqsirləndirilən şəxslərin narkotik vasitənin və psixotrop maddənin əlbir şəkildə daşıması və satışı ilə bağlı məlumat daxil olmuşdur. Saxlanılan şəxslərdən Məhəmməd adlı şəxsə məxsus avtomobil də idarəyə gətirilmişdir. Saxlanılan şəxslərin üzərinə şəxsi axtarış idarədə birgə şəkildə keçirilmiş, şəxsi axtarışdan əvvəl saxlanılan şəxslərin üzərinə baxış keçirilməmişdir. Sadəcə olaraq onların üzərilərində hər hansı maddə olub-olmaması barədə sual verilmiş, onlar da üzərilərində metamfetamin olduğunu şəxsi axtarışdan əvvəl onlara bildirmişlər. Saxlanılan şəxslərə qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Şəxsi axtarış təhqiqatçının otağında vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Digər saxlanılan 2 şəxs barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayan zaman digər iki nəfər də orada olduqları üçün onları da şahid qismində saxlamışlar. Əməliyyat məlumatı ona daxil olmuşdur. Məlumat daxil olduqdan sonra rəhbərliyə məruzə edilərək əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Ayaz Həsənli adlı şəxsi tanımır. Əməkdaşlardan Seymur, İlqar və Samirin əməliyyat tədbirində iştirak etdiklərini xatırlayır. Digər əməkdaşların adları yadında deyil, iş materiallarında adlar qeyd olunmuşdur. Ümumilikdə, əməliyyat qrupu 9 nəfərdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 axşam saat 9 radələrində 9-cu mikrarayon ərazisində saxlamışlar. Həmin şəxslərə yaxınlaşan zaman onlar Məhəmməd adlı şəxsə məxsus avtomobilin yanında dayanmışlar. Şəxsləri saxlayan yerdə şəxsi axtarış keçirmək üçün əlverişli şərait olmamışdır. Saxlanılan şəxslərin üzərinə şəxsi axtarış idarədə keçirilmişdir. Şəxsləri idarəyə gətirdikdən sonra onları tədqiqatçının otağına aparmışlar. Tədqiqatçının otağında 9 nəfər əməkdaş və 4 nəfər saxlanıllan şəxs olmuşdur. Kənan və Kainat adlı şəxsləri tanımır. Saxlanılan şəxslər idarədə olan zaman əllərinə qandal taxılmamışdır. İdarəyə iki vəkili tədqiqatçı çağırmışdır. Təqsirləndirilən şəxs2 üzərindən metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 maddəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 qarşı hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs2 evinə baxış keçirilməmişdir. Əməliyyat məlumatında şəxsin psixotrop maddəni üzərində daşıdığı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs2 saxlanılan zaman psixotrop maddəni üzərində saxladığı bir daha öz əksini tapmışdır. Təqsirləndirilən şəxs2 şalvarının cibinə psixotrop maddə qoymamışlar. Əməliyyat məlumatı onlara şəxsləri saxlayan gün daxil olmuşdur. Əməliyyat məlumatı daxil olduqdan sonra rəhbərliyə məruzə olunmuş və sonra əməliyyat qrupu yaradılmışdır. Nazim adlı şəxsi tanımır və onun saxlanılmasında iştirak etdiyi yadına gəlmir. Tədqiqatçının otağında şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışın saat neçədə keçirildiyini xatırlamır. Şəxsləri saxlayandan sonra onların idarəyə gətirilməsi və həmçinin, vəkillərin gəlmələri müəyyən vaxt itkisinə səbəb olsa da, ancaq saxlanılan şəxslər nəzarət altında olmuşlar. Saxlanılan şəxslərə hüquq və vəzifələrini o izah etmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs1 qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Hadisədən sonra uzun müddət keçdiyindən şəxsi axtarış zamanı təhqiqatçının otağında iştirak edən əməkdaşların adlarını xatırlamır. Vəkillər videoçəkilişdə iştirak etmişlər. Təqsirləndirilən şəxs yalan danışır. Saxlanılan şəxslərdən psixotrop maddəni satışı ilə məşqul olub-olmamaları barədə soruşduqda Təqsirləndirilən şəxs1 psixotrop maddəni yaşadığı evin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin suala cavab olaraq nə dediyini xatırlamır. Narkotik vasitənin satışı hələ ki, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs2 videoçəkilişdə narkotik vasitəni istifadə etdiyini deyib-demədiyi yadına gəlmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Digər saxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə çay içmək üçün görüşdüklərini bildirmişlər. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş ibtidai istintaq zamanı ifadəsində Şahid2 bildirmişdir ki, 12 noyabr 2023-cü il tarixdə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid3 ilə birlikdə idarə etdiyi “Toyota” markalı, **-EJ-*** avtomobilin yanında olduqları zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Kənan və Rəhim səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üstlərində psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onalrı idarə etdiyi “Toyota” markalı, **-EJ-*** avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, baxış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofan bükümün içində “patı” adı ilə tanıdığı psixortop maddə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyim təklif edilmişdir. Bu təklifdən sonra o üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu və 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra üstünə baxış keçirilmişdir. Ona şəxsi axtarış baxış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmişdir. Buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitələr olmadığını bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Redmi” markalı mobil telefonu və şalvarının sol yan cibindən 01 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd avtomobil açarı özünə geri qaytarılmışdır. Daha sonra Şahid3 üstünə baxış keçirilmişdir. Ona şəxsi axtarış, baxış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmişdir. O buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində narkotik vasitələr olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 1 ədəd “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd “İphone” markalı mobil telefon onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, maddələrin üstündə olmasından heç kimin məlumatının olmadığını, onlarla tanış olduğunu və çay içmək məqsədi ilə bir yerə toplaşdıqlarını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üstündə olan maddəni xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, heç kimin məlumatının olmadığını, o, Şahid2 və Təqsirləndirilən şəxs1 ilə tanış olduğunu və çay içmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Şifahi sorğu zamanı həmin şəxslərlə tanış olduğunu və çay içmək məqsədi ilə görüşdüklərini, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üstündə olanlardan məlumatının olmadığını, idarə etdiyi avtomobildə narkotik vasitələr, psoxotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şifahi sorğu zamanı Şahid3 onlarla tanış olduğunu və çay içmək məqsədi ilə görüşdüklərini, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üstündə olanlardan məlumatının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra idarə etdiyi “Toyota” markalı, **-EJ-*** qeydiyyat nişanlı avtomobilimə baxış keçirilmişdir. Avtomobilimdən hər hansı qansunsuz əşya aşkar edilməmişdir. Daha sonra bu barərə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir (cild 1, iş vərəqə 116-119). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3nin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 112-115). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2, şahidlər Şahid2 və Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 130-134, 135-139 və 140-144). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi ilə Təqsirləndirilən şəxs1, Şahid2 və Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı həmin şəxslər ifadələrini bir-birinə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 120-124, 125-129 və 130-134). Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 15 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqə 208-210). Cinayət işinin materiallarında olan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərarlar qəbul edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2023-cü il tarixli qərarlara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə 13 noyabr 2023-cü il tarixdə saat 00:03-də şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru X11 tərəfindən aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofan bükümün içində “patı” adı ilə tanıdığı psixortop maddə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristalşəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru X11 tərəfindən aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs2 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Samsung” markalı mobil telefonu və 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində kristalşəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Daha sonra Şahid2 üstünə baxış keçirilmişdir. Şahid2 şəxsi axtarış, baxış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru X11 tərəfindən aparılacağı barədə məlumat verilmişdir. Şahid2 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotki vasitələr olmadığını bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd “Redmi” markalı mobil telefonu və şalvarının sol yan cibindən 1 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid2 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid2 üzərindən aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefon və 1 ədəd avtomobil açarı onun özünə geri qaytarılmışdır. Daha sonra Şahid3 üstünə baxış keçirildi. Şahid3 şəxsi axtarış baxış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru X11 tərəfindən aparılacağı barədə məlumat verilmişdir. Şahid3 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 üzərində narkotki vasitələr olmadığını bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 1 ədəd “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid3 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Şahid3 üzərindən aşkar olunmuş 1 ədəd “İphone” markalı mobil telefon onun özünə geri qaytarılmışdır, şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üstündə saxladığım, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığım, maddələrin üstündə olmasından heç kimin məlumatının olmadığını, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs2nm onun tanışları olduqlarını və çay içmək məqsədi ilə bir yerə toplaşdıqlarını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs1 tanışı olduğunu, üstündə olan maddəni xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın yaxınlığından tapdığım, şəxsi istifadəsi üçün üstündə saxladığım, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, heç kimin məlumatının olmadığını, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs1 ilə tanış olduğunu və çay içmək məqsədi ilə görüşdüklərini bildirmişdir. Şifahi sorğu zamanı Şahid2 birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs1, Şahid3 və Təqsirləndirilən şəxs2 ilə tanış olduqlarını və çay içmək məqsədi ilə görüşdüklərini, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üstündə olanlardan məlumatının olmadığını, İdarə etdiyi avtomobildə də narkotik vasitələr, psoxotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir, şifahi sorğu zamanı Şahid3 birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs2 ilə tanış olduqlarını və çay içmək məqsədi ilə görüşdüklərini, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üstündə olanlardan məlumatının olmadığını bildirmişdir (cild 1, iş vərərə 44-47). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli qərar ilə əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 12 noyabr 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 2, iş vərəqə 23-25). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7 dekabr 2023-cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 12 noyabr 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 2, işvərəqə 72-75). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli 3-16-16/2- 6/5990 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2 aşkar edilmiş maddə...” və s. adlar, soyadlar, imzalar olan paketdə 1 ədəd bükümdə təmiz çəkisi 6,591 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilmiş maddə...” və s. adlar, soyadlar, imzalar olan paketdə 1 ədəd bükümdə təmiz çəkisi 8,242 qram ağ kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 və 2 nömrəli obyektlərə məxsus metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir (Qeyd: 1 №-li obyekt-metamfetaminin təmiz çəkisi 6,591 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 6,491 qram, 2 №-li obyektmetamfetaminin təmiz çəkisi 8,242 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 8,142 qram (cild 1, iş vərəqə 77-80). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 noyabr 2023-cü il tarixli 7401 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı X2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 116-117). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs X3 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 noyabr 2023-cü il tarixli 7405 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərdən və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 108-109). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8 X14 27 noyabr 2023-cü il tarixli 4139/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin, fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmiş, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir (cild 2, iş vərəqə 113-115). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8 X14 24 noyabr 2023-cü il tarixli 4140/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid, fenilalkilamin qrupuna aid olan metamfetamin və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmiş, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 2 iş vərəqi 124-127). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X5 X14 27 noyabr 2023-cü il tarixli, 3294 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22- ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 118-120). Cinayət işinin istintaq zamanı narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş külli miqdarda psixotrop maddələri qabaqcadan əlbir olaraq satış məqsədi ilə əldə etmələri barədə əlavə məlumat əldə olunsa da, həmin şəxslərin psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olubolmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyataxtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 2, iş vərəqi 104). Cinayət işinin materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 12 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 2, iş vərəqə 33). Cinayət işinin materiallarında olan “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 2, iş vərəqə 77). Cinayət işinin materiallarında olan “əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” 8 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 8,142 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 6,491 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, həmçinin “şəxs axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 128-153). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamış və daşımışlar. Məhkəmə ilk öncə, iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunun öz təsdiqini tapmadığı qənaətindədir. Belə ki, CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. CM-nin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı ümumiyyətlə hər hansı bir sübut olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı sübut toplamamışdır. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirlilikləri sübuta yetirilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Halbuki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən onların hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşmaları və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 14,833 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib satışa hazırlamaq üçün aralarında böldükdən sonra Təqsirləndirilən şəxs1 1 ədəd bükümdə 8,242 qram çəkidə, həmçinin Təqsirləndirilən şəxs2 1 ədəd bükümdə 6,591 qram çəkidə ayırıb qablaşdıraraq üzərilərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu ərazisinə daşımaları” formasında göstərməklə kifayətlənmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmçinin, məhkəmə istintaqı zamanı ifadələri tədqiq edilmiş şahidlərin heç biri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixotrop maddəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinmələri üçün əsas ola biləcək hər hansı tutarlı və sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq təqsirləndirilən şəxslərin yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etməklə şəxsi istifadələri üçün üzərilərində saxladığını bildirmişlər. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq ibtidai istintaq dövründə psixotrop maddənin satışı ilə məşğul olmaları, psixotrop maddənin satışı ilə bağlı kiminləsə danışıq aparmaları və bu barədə sövdələşmələri, “müştərilərdən” psixotrop maddə ilə bağlı sifarişlər almaları və həmin sifarişləri icra etmələri, “müştəri” çevrəsinə malik olmaları ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini nə vaxtsa satmaq üçün alıcı axtaracaqları, onunla sonradan sövdələşərək həmin psixotrop maddəni ona satacaqları barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kimdənsə və hər hansı məbləğdə pul vəsaiti almaları, yaxud hansısa gəlir əldə etmələri də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi təqsirləndirilən şəxslərin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Habelə, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və X8 X14 24 və 27 noyabr 2023-cü il rəylərindən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində metamfetamin aşkar edilməsi təqsirləndirilən şəxslərin onlara istinad edilmiş əməl üzrə əldə etdiyi psixotrop maddəyə münasibətdə satış niyyətlərini istisna edir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə həmçinin qeyd edir ki, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs1 üzərindən 1 ədəd bükümdə 8,242 qram çəkidə və digər təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd bükümdə 6,591 qram çəkidə psixotrop maddə olan metamfetaminin aşkarlanması faktı yuxarıda sadalanan digər mühüm halların aşkarlanmadığı halda, yalnız öz-özlüyündə həmin şəxslərin psixotrop maddənin satışı ilə məşğul olmalarını, eləcə də, onların həmin psixotrop maddəni satış məqsədi ilə əldə etmələrini təsdiq etmir. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satışı məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olmuş mobil telefon nömrələrində psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edəcək hallarını aşkar olunmaması da nəzərə alınmaqla məhkəmə təqsirləndirilən şəxslərin qeyd edilən çəkilərdə psixotrop maddə metamfetamini öz şəxsi istifadələri üçün əldə etmələrini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onların üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadələri üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları ibtidai istintaqı zamanı etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək şahidlərin ifadələri, eləcə də işin bir-birini təsdiq edən digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 2, iş vərəqə 105-108). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmalarına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, anası X4 2-ci qrup əlildir (cild 2, iş vərəqə 31 və cild 3). Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, gənc olmasını və anasının 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 tələbədir, babası X6 2-ci qrup əlildir (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, gənc olmasını, tələbə olmasını və babasının 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, gənc olmasını və anasının 2-ci qrup əlil olmasını, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, gənc olmasını, tələbə olmasını və babasının 2-ci qrup əlil olmasını müstəsna hallar hesab edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını və onların törətdikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində müəyyən edilən azadlıqdan məhrum etmə növündən daha yüngül cəza növü - azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 noyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu 12 noyabr 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 230-234). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 12 noyabr 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 35). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu 12 noyabr 2023-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 225-229). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 noyabr 2023-cü il tarixdən 15 oktyabr 2024-cü il tarixə kimi həbsdə saxlanıldıqları 11 (on bir) ay 3 (üç) gün nəzərə alınaraq azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il 10 (on) ay 6 (altı) gün müddət çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməlidirlər, cəzanın çəkildiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzalarını çəkdikləri dövrdə onların davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 6:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacaqları halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nnu hər birindən 55 manat tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 8,142 qram olan psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs2 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 6,491 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 12 noyabr 2023-cü il tarixdən 15 oktyabr 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 11 (on bir) ay 3 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla 1 (bir) il 10 (on) ay 6 (altı) gün olaraq hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvanı gecə saat 23:00-dan səhər saat 6:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərində saxlanılan azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 12 noyabr 2023-cü il tarixdən 15 oktyabr 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 11 (on bir) ay 3 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü həbsin bir gününə bərabər olmaqla 1 (bir) il 10 (on) ay 6 (altı) gün olaraq hesablansın və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvanı gecə saat 23:00-dan səhər saat 6:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərində saxlanılan azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 55 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 8,142 qram olan psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs2 aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 6,491 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar