Məhkəmə qərarları › İş №1(101)-1473/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1473/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1473/2021 18.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Cəfərbəyli kəndində qeydiyyatda olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçədə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır, yəni insan həyatı üçün təhlükəli olan zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 29 aprel 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 ünvanında yerləşən Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının inzibati binasının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə rastlaşarkən əvvəllər aralarında yaranmış narazılıqla bağlı münasibətlərinin soyuması səbəbindən sonuncu onunla mehriban görüşməməsini bəhanə edib mübahisə edərək onun ünvanına nəlayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs istintaqa məlum olmayan “Əfsun” ləqəbli şəxslə birlikdə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona alının, sol göz yuvasının və qarının qançırları, sol diz oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi səbəbindən Zərərçəkmiş şəxs onu vurmaqla qisas almaq niyyəti ilə hadisə yerinin yaxınlığında yerləşən qəzet köşkündən aldığı, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən zərərçəkmış şəxs Zərərçəkmiş şəxs döş qəfəsinin sol nahiyəsindən bir dəfə vuraraq ona hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən insan həyatı üçün təhlükəli olan bir ədəd deşilmiş-kəsilmiş yara kimi ağır dərəcəli bədən xəsarəti yetirməklə sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Cəfərbəyli kəndində anadan olmuş, lakin hal-hazırda Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində 2-ci küçədə yeni yaşayış massivində nömrəsiz fərdi yaşayış evdə tək kirayədə yaşayır. Uşaqlıqdan kişi cinsli olsa da, qadın cinsinə daha yaxındır. Özünü qadın kimi hiss edir. Cinsi azlıq deyə çağırılan eyni tipli şəxslər adətən gecələr Bakı şəhərinin müxtəlif yerlərində dayanırlar. Onlara müraciət edən kişilərlə cinsi əlaqədə, münasibətdə olurlar. Bunun müqabilində həmin şəxslərdən 20-50 manat civannda pul alırlar. Bununla da dolanır və yaşayırlar, 2019-cu ilin yay aylarından bu cür yaşayaraq həyat sürür. 2020-ci ilin təxminən may ayında cinsli azlıq nümayəndəsi olan Yıldız kimi tanıdığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə Bakı şəhəri 20 Yanvar metro stansiyasının ətrafında kişi müştərilərlə görüşərkən tanış olmuşdur. Həmin vaxtan onunla rəfıqəlik edir. Zərərçəkmiş şəxsla aralarında heç bir ədavət və düşmənçiliyim olmayıb. 20 aprel 2021-ci il tarixdə saat 01 radələrində cinsli azlıq olan Faridlə hər ikisinin rəfiqəsi Banu ləqəbli şəxslə Bakı şəhəri 20 yanvar metrostansiyasının qanşısında dayanaraq müştəri gözləmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs və Banu tanmıadığı müştərilərlə dəqiq bilmədiyi otelə getmişlər. O, isə həmin yerdə bir qədər dayanaraq kişi müştərisini gözləmişdir. Bir nəfər tanımadığı kişi müştəri ilə onun avtomobilində oturmaqları ilə razılığa gəlmişlər. Həmin kişi müştərisi ilə bir qədər qabaqda onun avtomobilində görüşmüş, cinsi əlaqədə olmuşdur. Sonra həmişə dayandıqlan yerdə Zərərçəkmiş şəxs dayandığını görüb ona yaxınlaşmışdır. Banunu soruşmuş, o, isə Banunu görmədiyini demiş və ona aqressiv cavab vermişdir. Sonra Zərərçəkmiş şəxs onu söyüb təhqir etmişdir. Aralarında mübahisələri düşmüş, bundan sonra Zərərçəkmiş şəxs əsəbləşdiyini görüb, aralarında mübahisə davam etməsin deyə oradan uzaqlaşmışdır. 29 aprel 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metro stansiyasının yaxınlığında Moskva prospekti 75 ünvanında yerləşən Cəfər Cabbarlı adına kino studiyasının qarşısında tək kişi müştəriləri ilə görüşmək üçün gözləmişdir. Bu zaman Zərərçəkmiş şəxs və əvəllər tanıdığı cinsli azlıq nümayəndəsi olan Diana ləqəbli Şahid1 ilə birlikdə Şamaxinka istiqamətindən 20 Yanvar metrostansiyası istiqamətinə piyada yolun kənarı ilə yanına gəlmişlər. Bir-birləri ilə rastlaşmışlar. Bu zaman Diana ilə görüşmüş, sonra isə Zərərçəkmiş şəxsla mübahisə etsələr də onun xətirinə dəyməsin dəyə onunla küsülü kimi görüşmüşdür. Bu zaman Zərərçəkmiş şəxs ona iradını bildirmiş, özü isə onu söyüb təhqir etdiyini ona xatırlatmışdır. Bu zaman aralannda mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs onu söyüb təhqir etmiş, bundan sonra Zərərçəkmiş şəxs əli ilə onun saçından tutub yerə yıxmış, yolun kənarında dayanmış Zərərçəkmiş şəxs rəfiqəsi olan adını bilmədiyi Əfsun ləqəbli şəxs yanlarına gələrək heç bir səbəb olmadan yerdə olduğu zaman sağ yumruğu ilə sol göz və alın nahiyələrinə bir neçə dəfə zərbə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs və Əfsun birlikdə hər ikisi yerdə ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişlər. Həmin vaxtı Diana ləqəbli şəxs onu onların əlindən almağa çalışmış, lakin onu onların əlindən ala bilməmişdir. Zərərçəkmiş şəxs yenə də üzərinə gəlmiş, ona hüçum edərək saçından tutmuş və yerə yıxmışdır. Bundan sonra o, zorla onun əlindən çıxıb və bir qədər qarşıda «Badi-Səba» adlanan şadlıq sarayının qarşısında yerləşən qəzet köşkündə satıcı işləyən Sərxan adlı şəxsdən onları qorxutmaq və özünü müdafiə etmək məqsədi ilə 10 manata qatlanan bıçaq almışdır. Fərid Nəsirov yenə də üzərinə gəlmiş, ondan özünü müdafiə etmək məqsədi ilə sağ əlində tutduğu bıçaqla bir dəfə onun sol döş qəfəsinə vurmuşdur. Zərərçəkmiş şəxs sol döş qəfəsindən xəsarət almış və onu xəstəxanaya aparmışlar. O isə oradan Yasamal RPİ-nin 29-cu PB-nə gedərək baş vernıiş hadisə barədə məlumat vermişdir.Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünü qadın kimi hiss edir. Təxminən 6 ildir ki, orqanlarını dəyişməyən transdir. O, trans yoldaşları ilə birlikdə ayrı-ayrı ünvanlarda kirayədə yaşayır. Adətən gecələr 20 yanvar metrostansiyasının ətrafına yığılırlar. Onlara müraciət edən kişi müştərilərlərlə görüşürlər. Əldə etdikləri gəlirlə dolanırlar. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti yoxdur. 20 aprel 2021-ci il tarixdə gecə saatlarında Turalla aralarında yüngül söz söhbət olmuş, belə bir hal baş vermədiyi kimi qəbul etmiş və onu unutmuşdur. 29 aprel 2021-ci il tarixdə saat təxminən 02 radələrində 20 yanvar metrostasiyasının yanına gələndə Mika ləqəbli Tural onunla görüşərkən ona naz etmiş və onunla soyuq görüşmüşdür. Ondan səbəbini soruşduqda ona acı cavab vermiş, keçmişdə guya onu söydüyünü bildirmiş, aralarında sözlə mübahisə yaranmışdır. Bir-birlərini söymüşlər. Təqsirləndirilən şəxs üzərinə gəlmiş, onu aralamaq üçün onu yerə yıxmış, saçlarından dartmışdır. Bundan sonra səs-küyə yanlarına gəlmiş, Əfsun Diana ilə birlikdə onları ayırmağa çalışmışlar. Bundan sonra Tural onlardan aralanmış və bir az qarşıda olan qəzet satılan köşkə getmişdir. Birazdan üzərinə gəlmiş, əlindəki sarı qulplu bıçağı nümayiş etdirərək onu bıçaqlayacağını bildirmişdir. Onun bıçaqla ona xəsarət yetirəcəyinə inanmamış, onun üzərinə getmişdir. Bu zaman isə Mika ləqəbli Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun sol döş qəfəsinə bir zərbə vurmuş, ona xəsarət yetirmişdir. Həmin yerdən qan axmağa başlamışdır. Buna görə də rəfiqələri TTYS zəng vurmuşlar. Onu 3 saylı şəhər xəstəxanasına yerləşdirmişlər. Cərrahi əməliyyat olunmuşdur. Hal hazırda vəziyyəti normaldır. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2 ildən çoxdur ki, cinsi azlıq kimi ayrı- ayrı ünvanlarda özü kimi olan şəxslərlə birlikdə yaşayır. Həm təqsirləndirilən, həm də zərərçəkmiş şəxsi tanıyır. Cinsi azlıq olan şəxslər adətən gecələr Bakı şəhərinin müxtəlif yerlərində dayanıb, onlara müraciət edən kişilərlə cinsi əlaqədə olub, həmin şəxslərdən 20-50 manat civarında pul alırlar. Cinsi azlıq nümayəndəsi olan Yıldız ləqəbli sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxslə, həmçinin Mika ləqəbli Təqsirləndirilən şəxs ilə normal münasibətləri vardır. Onu öz aralarında Diana kimi çağırırlar. 29 aprel 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metro stansiyasının yaxınlığında Moskva prospekti 75 ünvanında yerləşən Cəfər Cabbarlı adına kino studiyanın qarşısında kişi müştəriləri ilə görüşmək üçün ora gəlmiş, Təqsirləndirilən şəxs da metro tərəfdə dayanmışdır. Yıldız ləqəbli Zərərçəkmiş şəxsla Şamaxinka istiqamətindən 20 Yanvar metrosu tərəfə piyada yolun kənarı ilə gəlmişlər. Orada Mika ləqəbli Təqsirləndirilən şəxsylə rastlaşmışlar. Mika, yəni Turalla o görüşmüş, sonra Turalla Zərərçəkmiş şəxs küsülü kimi görüşmüşlər. Tural Faridə naz edən kimi olmuşdur. Onlar görüşsələr də Farid əsəbi halda Turala belə soyuq görüşməkdənsə görüşməməyin yaxşı olduğunu demişdir. Sonra məlum olmuşdur ki, bir neçə gün əvvəl Turalla Farid arasında mübahisə olmuş, Tural da Fariddən küsmüşdür. Tural Faridə 20 aprel 2021-ci il tarixdə Banunun üstündə onunla mübahisə edərək onu söyüb təhqir etdiyini və buna görə ondan küsdüyünü demişdir. X7 təsir elədiyinə görə onların arasında mübahisə başlamış və onlar bir-birlərini söymüşlər. Bundan sonra Zərərçəkmiş şəxs əli ilə Turalın saçından tutub onu yerə yıxmışdır. Bundan sonra mübahisəyə yolun kənarında dayanmış Zərərçəkmiş şəxs rəfiqəsi olan adını bilmədiyi Əfsun ləqəbli şəxs qoşulmuşdur. O, onları ayırmağa çalışmışdır. Bundan sonra Zərərçəkmiş şəxs və Əfsun birlikdə hər iksi Turalı yerdə ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirmişlər. O, Turalı onların əlindən almağa çalışmışdır. Lakin onlar hər üçü əlbəyaxa olduqları üçün onları ayıra bilməmişdir. Onlara yalvardıqdan sonra, onlar Turaldan əl çəkmişlər. Tural yerdən qalxıb bir qədər uzaqlaşaraq 20 yanvar metro stansiyası istiqamətinə piyada getmiş və arxası ilə onlara yenə söymüşdür. Faridlə Əfsun da Turalın arxası ilə getmişlər. Onlar orada da əlbəyaxa olmuşlar. Tural yenə yerə yıxılmışdır. Yenə onların yanına gəlib onları ayırmışdır. Tural onlardan uzaqlaşıb Badi Səba restoranı tərəfdə olan qəzet köşkünə getmişdir. O, artıq Turalın sakitləşdiyini düşünmüşdür. Tural təxminən 5 dəqiqədən sonra onlann yanıına yaxınlaşmışdır. Tural Faridə və Əfsuna yaxınlaşıb, əlində olan bıçağı onlara qarşı tutaraq ondan nə istədiklərini soruşmuşdur. Bu zaman Farid Turalın üzərinə getmiş və Tural əlindəki bıçaqla bir dəfə onu sol döş qəfəsindən vurmuşdur. Bundan sonra Əfsun təcili yardıma zəng vurmuşdur. Sonra ora təcili yardım gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Turali isə oradan polis idarəsinə gedərək baş vermiş hadisəni danışmışdır. Onlardan başqa hadisə yerində kimsə olmamışdır. Şahid2 10 avqust 2021-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, təxminən 2 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində 20 yanvar metrostansiyasmın «AZƏRSU» tərəf çıxışında Cəfər Cabbarlı adına kino studiyanın yaxınlığında dayanacaqda yerləşən QASİD qəzet köşkündə satıcı işləyir. 29 aprel 2021-ci il tarixdə gecə saat təxminən 02 radələrində təsadüfən həmin köşkdə olmuşdur. Köşkün qapısını aşağı tərəfdən azca açıq qoymuşdur. İçəridə olmuşdur. Ayın sonu olduğuna görə köhnə qəzetləri seçmişdir ki, sabah tezdən onları təhvil versin. Həmin yerə gecələr kişi cinsli azlıqlar yığılırlar. Həmin yer onların məskənidir. Gecə saatlarında orada olurlar. Onların əksəriyyətini tanıyır. Arada köşkdə olanda ondan su və siqaret alırlar. Saat təxminən 02 radələrində onlardan tanıdığı Mika ləqəbli sonradan adının Tural olduğunu bildiyi şəxs ona yaxınlaşmışdır. Almaq üçün bıçaq istəmişdir. O, köşkdə satdığı, satmaq üçün «Binə» ticarət mərkəzindən aldığı qatlanan sarı rəngli bıçaqdan 1 ədədini ona 10 manata satmışdır. Sonradan eşitmişdir ki, Tural həmin bıçaqla köşkün yaxınlığında mübahisə etdiyi Yıldız ləqəbli, sonradan bildiyi Zərərçəkmiş şəxs bıçaqlamışdır. Həmin hadisənin şahidi olmamışdır. Hadisə kino studiyanın qarşısında baş vermişdir. Satıcı olduğu köşk isə həmin yerdən təxminən 200 metr kənarda metronun üzərində yerləşir. Tural onun yanına gələndə onun kimləsə dava-dalaş etməsi, həyacanlı olması kimi şeyləri hiss etməmişdir. Yəni ondan bıçağı nə üçün aldığının fərqinə belə varmamışdır. Ona gərək olduğunu düşünmüşdür. Həm də qeyd etdiyi kimi köhnə qəzetləri təhvil verəcəyi üçün başı qarışıq olmuşdur. Onları yığmışdır. Ondan bıçaq almaq istəyən şəxsin şəxsiyyətinə belə varmadan, həmin şəxsə bıçağı vermiş və pulunu almışdır. Onların hamısının danışıqları bir-birlərinə oxşayır. Turalın həmin bıçaqla kimisə bıçaqlayacağını güman belə etməzmiş. Həmin bıçağı hadisədən təxminən 3-4 gün əvvəl tanımadığı şəxsdən bir az baha qiymətə satmaq üçün 5 manata almışdır. Üzərinə 5 manat qoymuş və əlavə qazanc əldə edərək 10 manata satmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-nin məsul növbətçisi, polis leytenantı Kamran Cavadovun 29 aprel 2021-ci il tarixli raportundan görünür ki, 29.004.2021-ci il tarixdə saat 03:20 radələrində 3 saylı ŞKX-dan tibb bacısı Bünyatova “Badi Səba” restoranının qarşısında 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqla döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti aldığı barədə məlumat vermişdir. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 29 aprel 2021-ci il tarixli ərizəsindən görünür ki, 29.04.2021-ci il tarixdə 02 radələrində ünvan 3 ünvanın qarşısında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs onu söyüb təhqir edərək, əlində olan bıçaqla onun sol döş nahiyəsindən vuraraq xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 aprel 2021-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd sarı rəngli, qatlanıb açılan, dəmirdən olan bıçağı təqdim edərək, hadisə zamanı Faridi həmin bıçaqla vurduğunu bildirmişdir. Həmin bıçaq qablaşdırılaraq, götürülmüşdür. Cinayət işinin 42-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 aprel 2021-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani surətdə göstərərərk, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 63-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 aprel 2021-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının tibb bacısı X1 hadisə vaxtı Zərərçəkmiş şəxs üzərində olmuş 1 ədəd sarı rəngli qadın köynəyini təqdim etmişdir. Cinayət işinin 117-ci vərəqəsində olan Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsindən daxil olmuş 17 iyun 2021-ci il tarixli, 095-10477 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində «Əfsun» ləqəbli şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 119-121-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin 26 may 2021-ci il tarixli, 397 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunduğu kimi kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 29.04.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 123-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin 29 aprel 2021-ci il tarixli, 336 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – alının, sol göz yuvasının və qarının qaqnçırları, sol diz oynağı nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni, 29.04.2021-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla, təpiklə yetirilə bilərdi, dərəcəsinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 133-134-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2021-ci il tarixli, 3/857, 3/858 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq- zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təssərüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Bıçağın üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. -Tədqiqata təqdim edilmiş köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (məsələn: bıçaq) təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş köynəyin səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin 149-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu hadisə zamanı ona xəsarət yetirmiş Zərərçəkmiş şəxs və Əfsun ləqəbli şəxsdən şikayətçi olmadığını bildirmişdir. Cinayət işinin 180-188-ci vərəqələrində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 21 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, «Əfsun» ləqəbli şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxs və iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs barələrində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 107-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 05 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 127-130-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 25 may 2021-ci il tarixli, 1101 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, məhkəmə- psixatrik ekspertizasi üzrə- Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və.s sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda göstərilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları ölçüb-biçmək iqtidarında olmuşdur. Məhkəmə- psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Kinlilik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlər etməzdən əvvəl psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Baş vermiş hadisə zamanı psixi- emosional vəziyyətində situasiya ilə əlaqəli hirslilik yaranmışdır. Hazırkı psixi-emosional durumunda hər hansı dəyişiklik müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. Onun cinsi azlığın nümayəndəsi olması həyat tərzinə təsir göstərsə də, psixoloji vəziyyətində dəyişiklik (öz hissiyatına və həyat tərzinə görə utanc hissi, həyəcan, gərginlik keçirməsi, depressiv əlamətlər, nevrotik vəziyyət və s.) yaratmamışdır. Törətdiyi cinayət əməli gündəlik həyatda rast gəlinən konflikt situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görmək qabiliyyətinə malikdir. Cinayət işinin 52-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 30 aprel 2021-ci il tarixli istintaqa təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayətçi deyildir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 aprel 2021-ci il tarixli şəxsin könüllü gələrək təslim olması haqqında protokoldan görünür ki, 29 aprel 2021-ci il tarixdə, saat 03:30 radələrində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə yaxınlaşaraq, həmin gün saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 ünvanında yerləşən Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının inzibati binasının qarşısında tanışı Zərərçəkmiş şəxs bıçaqlayaraq ona xəsarət yetirdiyini və könüllü olaraq polisə təslim olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2012-ci il tarixli qərarında göstərilir ki, “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətinin həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsində asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq, onun faktiki tutulduğu, yəni 29 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 31-32-ci vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 29 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 92-94-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2021-ci il tarixli 4(004)-232/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd sarı rəngli qadın köynəyi məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 150 (yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd sarı rəngli qadın köynəyi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 150 (yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar