Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1473/2025 09.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X5 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Rusiya Federasiyası, Sankt- Peterburq şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 10,128 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Sumqayıt şəhəri, Azərbaycan prospekti 15 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 aprel 2025ci il tarixdə saat 20:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 22:47-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 5,157 qram və 4,971 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 10,128 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ümumiyyətlə heç vaxt narkotik vasitə istifadə etməmiş, istifadə edənlərlə əlaqəsi olmamışdır. 02 aprel 2025-ci il tarixdə dostu ilə Bakı şəhərinin mərkəzinə istirahət məqsədi ilə getmişlər və orada gəzərkən 7-8 nəfər şəxslə sözlərinin uyğunlaşmaması səbəbindən dava etmişlər. Həmin şəxslərdən biri ona hədə-qorxu gələrək “ səbirli ol, görəcəksən” demiş, lakin o həmin şəxsin və digər şəxslərin kim olduqlarını bilməmişdir. 02 aprel 2025-ci il tarixdən 07 aprel 2025-ci il tarixədək həmin şəxslərlə əlaqəsi olmamışdır. 07 aprel 2025-ci il tarixdə saat 8-9 radələrində Sumqayıt şəhərində, mərkəzi poçtun qarşısında dostu ilə maşından düşəndə mülki geyimdə olan 2 nəfər ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmişlər. O, həmin şəxslərdən hansı polis idarəsinin əməkdaşları olduqlarını soruşmuş, lakin ona cavab verməmişlər. Daha sonra 2 nəfər də polis əməkdaşı yaxınlaşmış, ona getməli olduqlarını dedikdən sonra təcili maşına mindirərək dava-dalaş etdiyi üçün həbs ediləcəyini bildirmişlər. O, harda dalaşdığını soruşmuş, onlar da dəfələrlə dalaşdığını və aydınlaşdıracaqlarını demişlər. Bundan sonra onu idarəyə aparmışlar və izahat almışlar. Sumqayıt şəhərində olanda düşdüyü avtomobil dostunun olmuşdur. Onu idarəyə aparanda avtomobil Sumqayıt şəhərində qalmışdır. Sumqayıt şəhərindən Bakı şəhərinə gedəndə polis əməkdaşı telefonunun harda olduğunu soruşmuş, o da dostunda qaldığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları kiməsə zəng edib telefonu götürməsini bildirmişlər. Onlar idarəyə çatanda telefonunu da gətirib çatdırmışlar. Dostunun adı Beysurdur və Beysur polis əməkdaşlarının onu maşına mindirənədək olan hadisələrin şahidi olmuşdur. O, izahatında davaları olduğunu bildirmiş, bundan bir müddət keçdikdən sonra stolun üstünə narkotik vasitə qoymuşlar və həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirməsini demişlər. O, məcburiyyət qarşısında qalıb razılaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 07 aprel 2025-ci il tarixdə baş idarəyə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və daşınması ilə bağlı məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunduqdan sonra onun rəhbərlik etdiyi İsmayıl və Təbriz adlı əməkdaşlardan ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə axşam təxminən saat 8-9 radələrində Sumqayıt şəhərində zahiri görkəminə görə həmin şəxsə yaxınlaşmışlar. Şəxsə özlərini təqdim etmişlər və özünü təqdim etməsini tələb etdikdə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şəxsə narkotik vasitənin dövriyyəsi ilə məşğul olması və daşınması ilə bağlı məlumat olmasını bildirmişlər. Daha sonra üzərində və ya bədənində qanunla qadağan edilmiş hər hasnsı əşyanın olub olmamasını soruşaraq olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra şəxs üzərində 2 büküm “patı” adlandırılan metamfetaminin olduğunu, Sumqayıt şəhərində tanımadığı şəxsdən əldə etdiyini könüllü etiraf etmişdir. Hava yağışlı, qaranlıq olduğundan və insanların gəliş-gedişi çox olduğundan videoçəkilişə şərait olmamışdır. Bundan sonra şəxs aidiyyatı üzrə baş idarəyə gətirilmiş, idarədə videoçəkilişdən istifadə edilməklə şəxsin üzərinə baxış keçirilmiş və təhqiqatçıya təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, şəxsin qadağan olunmuş predmetlərin istifadəsi və satışı ilə məşğul olması haqqında məlumat daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Şahid1 rəhbərlik etdiyi 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış və onlar Sumqayıt şəhərinə getmişlər. Məlumatda şəxsin əlamətləri bildirilmiş və həmin şəxsin əlamətlərindən Təqsirləndirilən şəxs müəyyən edib Sumqayıt şəhərində saxlamışlar. Şəxsə özlərini təqdim etdikdən sonra üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub olmamasını soruşaraq olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra şəxs müqavimət göstərmədən üzərindəkiləri etiraf etmişdir. Sorğu zamanı şəxs narkotik vasitələrin satışı ilə yox, istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Hava şəraitinə görə videoçəkiliş mümkün olmamış, şəxsi idarəyə dəvət etmişlər. İdarədə videoçəkilişlə üzərinə baxış keçirilmiş və 2 büküm metamfetamin aşkarlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 07 aprel 2025-ci il tarixdə baş idarəyə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin saxlanması, daşınması və alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olmuş, şəxsin Sumqayıt şəhərində olduğu bildirilmişdir. Daha sonra 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Sumqayıt şəhəri, Azərbaycan Prospekti 15 ünvanı yaxınlığında, saat 8-9 radələrində, məlumatda qeyd edilən şəxsə vizual cəhətdən oxşayan Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Özlərini təqdim etmişlər və şəxsə saxlanma səbəbini bildirmişlər. Üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olubolmamasını soruşaraq olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra şəxs üzərində “patı” olduğunu bildirmiş və onlar şəxsi idarəyə dəvət etmişlər. İdarədə vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş və 2 büküm metamfetamin, telefon və pul aşkarlanmışdır. Daha sonra şəxsin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyi məlum olmuş, satış müəyyən olunmamışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 1) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 20) Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2025-ci il tarixdə saat 20:50 dəqiqədə tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 28-30) şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 07 aprel 2025-ci il il tarixdə saat 22:47-də şəxsi axtarış və götürmə prosesi aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “patı” olduğunu bildirib, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü, şalvarın sol arxa cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və şalvarın sol yan cibindən 31 manat pul vəsaitini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümə baxış zamanı sellofan bükümlərin içərisində ağ rəngli, kristal formalı, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Redmi” markalı mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrə olmasını, təqdim etdiyi 31 manat pulun da özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 31 manat pul vəsaiti isə onun özünə geri qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən Laçin Salahovun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni 07 aprel 2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisindən tanımadığı şəxsdən 60 manat qarşılığında aldığını, həmin maddəni gələcəkdə şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərində olan maddədən heçkimə satmadığını və heçkimin məlumatı olmadığını bildirmişdir. Şəxsi axtarış 07 aprel 2025-ci il tarixdə saat 22:57-də başa çatmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1294 nömrəli ekspert rəyindən görünür ki,(cild 1, iş vərəqə 40-44) tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd büküm...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,157 qram və 4,971 qram, ümumi təmiz çəkisi 10,128 qram ağ rəngli, kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Ümumi təmiz çəkisi 10,128 qram olan metamfetamin 0,1 qram ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq olan ümumi təmiz çəkisi 10,028 qram olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 58-59) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)- 430/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 94-96) Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Maddi sübut hesab edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (98-99) cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 10,128 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 10,028 qram olan psixotrop maddə metamfetaminin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki,(cild 1, iş vərəqə 105-106) Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 107) Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 122) Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 09 aprel 2024-cü il tarixdən 09 aprel 2025-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMCnin xx.xx.2025-ci tarixli 8210 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bır məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1982 nömrəli rəyindən görünür ki, (cild 1, iş vərəqə 128-129) Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 1423/K nömrəli ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 131-133) Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 172/MEŞ nömrəli ekspert rəyindən görünür ki, (cild 1,iş vərəqə 135-136) Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı 07-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 137-148) Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə yenidən tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 161-162) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-1473/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 20:20-də Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi 2 anten dairəsində olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin atası X3 xəstəliyi barəsində olan sənədlərdən görünür ki, Milli Onkologiya Mərkəzinin rəyində “Malign Tumor”-paratraxeal limfa düyünü, biobsiya, Bakı Potologiya Mərkəzinin analiz nəticəsinin mikroskopik rəyində total tiroidektomiya: Tiroid-də aşağı differensiasiyalı karsinoma, lokalizasiya: Sağ pay, ən böyük diametr: 30mm, histoloji dərəcə: G 3, limfa düyünləri; 1 ədəd santral, 4 əsəs sağ boyun kimfa düyünlərində metastaz, Milli Onkologiya Mərkəzinin nüvə təbabəti şöbəsinin yekun qeydində qalxanabənzər vəzi lojası alt qonşuluğunda sağ üst paratraxeal (2R) lokalizasiyalı malign xarakterli orta dərəcəli somatostatin reseptoru ekspressiyası göstərən limfa düyünü, boyunda sol səviyyə İİB-də malign xarakterli xəfif dərəcəli somatostatin reseptoru ekspressiyası göstərən limfa düyünü, hər iki ağciyərdə xaotik yerləşmiş malign xarakterli xəfif dərəcəli somatostatin reseptoru ekspressiyası göstərən ocaqlar, divararalığında sağ alt paratraxeal (4R) ilə hər iki hilar (10R-L) lokalizasiyalı minimal dərəcəli somatostatin reseptoru ekspressiyası göstərən limfa düyünləri qeyd edilmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-17/40/2- 1107/2025 saylı məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs “X11”dan keçirilməsinə dair kitabçada sağ əlin 4-cü barmağında və hər iki qasıq nahiyyəsində köhnə çapıqların olduğu göstərilmişdir. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun məktubundan görünür ki, 287/25 saylı vəkil orderi 07 aprel 2025-ci il tarixdə vəkil X6 təqdim olunmuşdur. 287/25 saylı vəkil orderinin surətinə (kötüyünə) baxış keçirilərkən həmin orderdə 08 aprel 2025-ci il tarix qeyd olunması görünmüşdür. Bildirilmişdir ki, vəkil orderinə məlumatların yazılması vəkil tərəfindən icra edilmiş və orderin tarixi vəkil tərəfindən qeyd olunmuşdur. Bu barədə vəkil X4 izahatı alınmış, izahatında yuxarıda göstərilən halları təsdiq etmişdir. 280/25-286/25 saylı vəkil orderlərinin verilmə tarixləri barədə məlumatın məhkəməyə təqdim olunması haqqında sorğuya cavab olaraq bildirilmişdir ki, 25 sayl Vəkil Bürosunun “Dövlət hesabına işlərdə orderlərin qeydiyyat jurnalı”nda 280/25 nömrəli order 05 aprel 2025-ci il tarixdə, 281/25 nömrəli order 05 aprel 2025-ci il tarixdə, 282/25 nömrəli order 07 aprel 2025-ci il tarixdə, 283/25 nömrəli order 07 aprel 2025-ci il tarixdə, 284/25 nömrəli order 07 aprel 2025-ci il tarixdə, 285/25 nömrəli order 07 aprel 2025-ci il tarixdə, 286/25 nömrəli order 07 aprel 2025-ci il tarixdə verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-cü maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-cü maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-cü maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin arvadının hamilə və atasının ağır xəstə olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən “Cinayət məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu,cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar,habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal köməklik etdikdə, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs yeni ailə həyatı qurmuşdur və onun arvadı hal-hazırda hamilədir. Məhkəmə eyni zamanda bildirir ki, təqirləndirilən şəxsin atası ağır xəstədir. Bu hal məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs ailədə yeganə işləyən şəxsdir və ailəni maddi cəhətdən təmin edir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq ediməklə ona həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlə kifayətlənməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni 07 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır.Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 10,028 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 09 (doqquz) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək həbsdə və ev dustaqlığında olduğu 09 (doqquz) ay 02 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə hesablanmaqla cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 10,028 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov
Məhkəmə qərarları › İş №1(101)-1473/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1473/2025
09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver