Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1474/2021 08.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Qazax rayonu, Abbasbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Alpout ərazi dairəsi, Abbasbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,297 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib 02 ədəd bükümə bölərək üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdə saat 19:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq adı çəkilən İdarəyə dəvət edilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 22:10-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın ön sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümündə ayrı-ayrılıqda çəkiləri 3,234 qram və 3,063 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 6,297 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, mahiyyəti üzrə bildirir ki, 5-6 ildir ki, o, “kokos” kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 18 may 2021-ci il tarixdə saat təxminən 19:30 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. O da özünü təqdim edəndən sonra polis əməkdaşları ona Fikrət adlı bir nəfəri vurduğunu bildirmişlər və bununla əlaqədar onu baş idarəyə dəvət etdiklərini demişlər. O, hadisə zamanı orada olduğunu, lakin Fikrəti vurmadığını onlara bildirmişdir. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa, könüllü olaraq təqdim etsin. Həmin vaxt onun üzərində heç bir qanunsuz əşya və narkotik vasitə olmamışdır. Lakin polis əməkdaşları ona bildirmişlər ki, onsuzda o, Fikrət adlı bir nəfəri vurduğuna görə ağır maddə ilə cinayət məsuliyyətinə cəlb olunacaq, ona görə də o, desə ki, onda narkotik vasitə var, ona yalnız CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. O da ona görə videoçəkiliş zamanı elə demişdir. Reallıqda isə onda heç bir narkotik vasitə olmamışdır. O, narkotik vasitənin istifadəçisidir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını demişdir. O, nə saxlanılarkən, nə də yolda gedərkən onun üzərinə baxış keçirilməmişdir. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparandan sonra orada baxış keçirilmişdir. O, yoldan narkotik vasitə tapmamışdır. Ona bildirmişlər ki, narkotik vasitəni yoldan tapmağını yazsın, o da onların deməsinə görə elə ifadə vermişdir. Bəzi dava-dalaşda onun adı hallanmış, dava etmiş, lakin o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Elan olunmuş cinayət işinin 26-27-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda təqsirləndirilən şəxsin adının qarşısında olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş protokolda olan imza onun imzasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan edilmiş, izahatın və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 36-37-ci vərəqələrində olan izahatında, 54-57-ci və 70-73-cü vərəqələrində olan şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... Mənə təklif edildi ki, üzərimdə qanunsuz əşya varsa, könüllü olaraq təqdim edim. Mən bundan sonra masaya doğru yaxınlaşıb əynimdə olan göy rəngli cins materiallı şalvarımın ön sol yan cibindən 01 ədəd mobil telefonumu və pul vəsaitini, şalvarımın ön sağ yna cibindən 2 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etdim. ...Təqdim etdiyim bükümlər barədə sual olunduqda mən bükümlərin içində nakotik vasitə olan heroin olduğu müəyyən edildi. Mən həmin narkotik vasitələri bir gün əvvəl yaşadığım evin yaxınlığında yolun kənarından tapıb üzərimdə gəzdirdiyimi bildirdim. ...Mən polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərimə baxış keçirilərkən mənə qarşı hər hansı bir təzyiq olmayıb. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş izahatda və ifadələrdə ona təqdim olunmuş imza onun imzalarıdır. İzahatı və ifadələri təsdiq etmir. Ona bildirmişlər ki, belə izahat versə, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. O, razılaşıb imza etmişdir. Elan olunmuş cinayət işinin 125-126-cı vərəqələrində olan telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** nömrəli telefon onun istifadəsində olan telefon nömrəsidir. Elan olunmuş telefon danışıqlarında o, özü istifadə etmək üçün narkotik vasitə barədə danışmış, kiməsə satmaqla bağlı onun danışığı olmamışdır. Telefonda danışdığı şəxslərin anket məlumatlarını bilmir. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləyir. 18 may 2021-ci il tarixdə Abşeron rayonu, «AAAF Park» yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri əldə etməsi, daşıması, satması ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış və qrupa Baş İdarənin əməliyyat müvəkkili Şahid2 Əlibala oğlu da daxil edilmişdir. 18 may 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində olması müəyyən edildikdən sonra onlar həmin yerə gəlmişlər. Saat 19:30 radələrində həmin küçədə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən edərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Elşad da etiraz etməyərək onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarədə xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Elşada hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar, narkotik vasitələr, psixotrop maddələr olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarının ön sol yan cibindən 01 ədəd mobil telefonu və 15 manat pul vəsaitini, şalvarının digər ön cibindən isə 02 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Mobil telefon götürülmüşdür. 15 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içində narkotik vasitə olan heroin olduğunu, bir gün əvvəl yaşadığı evin yaxınlığında yolun kənarından tapıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxsdən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir, təyziq və fiziki zor tətbiq olunmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsin Fikrət adlı bir nəfəri vurması barədə onlarda məlumat olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona Fikrət adlı şəxsi vurması barədə heç bir söz deyilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əlibala oğlu eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal Qruplaşmalara qarşı Mübarizə İdarəinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 18 may 2021-ci il tarixli raportundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Elşad adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal Qruplaşmalara qarşı Mübarizə İdarəinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 18 may 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis polkovniki Əbülfət Rzayevin 18 may 2021-ci il tarixli, Ə113-007-21 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 26-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının ön sol yan cibindən 1 ədəd mobil telefonu və pul vəsaitini, şalvarın ön sağ cibindən 02 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş 15 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərə baxış zamanı içində qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli, narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 1 gün əvvəl yaşadığı evin yaxınlığında yolun kənarından tapıb üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bükümlər və “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 40-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli 6/1965 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 02 bükümdə maddələr” yazısı olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,234 qram və 3,063 qram, ümumi təmiz çəkisi 6,297 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni tərkibli olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin 122-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BMCMİ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni, narkotik vasitələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 125-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 iyun 2021-ci il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür kİ, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan SMS mətnlərinə baxış keçirilən zaman müxtəlif mobil nömrələrdən göndərilən aşağıdakı məzmunda mesajlar müəyyən olunmuşdur: - 994774022001 – “Qaqaş kola bizdə hələki yoxdiye”; - 994556951261 – “Pul hardan mende adam qalmayib yaziram ki 20 versin, uwaqi gonderib getsin aspirin alsin mene. vaccapina yazdim ki halalliq olsunda vermelisen yarim”; - 994773108918 – “Qaqam bedretdini tapdim 1500 temay söhbeti imkan eden kimi menle sivyaza cix qaqam”; - 994555713395 – “X14 Yigma 5 Daqiqe”; - 994774022001 – “Puluda xercledin qaqaw. gozdesem mali gozduyeremde ferid. gelurem ora mehleye pulu gotrum”; - 994553056666 – “Teman var agriyuram”. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən fərqli mobil nömrələrə aşağıdakı məzmunda SMS mətnlərinin göndərildiyi müəyyən olunmuşdur: - 994774227239 – “Qaqaw salam, dede balamin cani men yalanci cixirame camaatin yaninda. usda saat 7den mawni hazirliyib mene yigib. ele yalandan demiwem 1 saata gelirem yarim saata gelirem. o kolavi dunen gotren varitdi haa bizde bir maraqlan onu neynedim deyeceyler” - 994557500045 – “Perviz qehraman adamsan 2 gundu meni kucelerde firladisan. halal olsun sene. mene atdin axirki. yoruldum gedirem eve. sende pativi rahat sat. gedmiwem yatmağa” - 994556951261 – “Rudik razi olmadi qaqaw cani, deyir ele serf elemir. ozum 17 ye zada axwama duzelmelidi. ordan gotrecem” - 994556951261 – “Ataw sabahun xeyir, niye sesun gelmir. nece eliye buldun, cixmisan rayondan ataw. cixmamisansa gor eminle meni svyaza cixartmag olar? hemi o seynen daniwdiqum temani hemde ona 1 wey var onu kurs eliyecem. emele gelse senede menede bomba kimi serf eliyer. qewey pul var dedyim sobetde” - 994774022001 – “Ay qaqaw bidene denende kimese mene yari kola versin, benzini kimese deyrem getrer. prosda sen dedin 1 wey eliyerem ona gore gozdedim benzini, heckime yigmadin. o kolanin pulun verecem” - 994774022001 – “Elwen zad hamo qacib 2 gundu.veziyetim pisdi. Kola tapa bilmirem Bir teher gor kimde var kola, babow benzin gesib getrir Bidene kola tap. Ala men duwmuyecem rudik verecey pullarni temani versin, ortada sen varsansa ona men ne eliyecemki Bu boyda yerde indi mene yari nese emele getre bilmiyeriy Bes ony deyiremde. yetim deyurem agriyuriq. bu yetimde qonaqdi yanimda” - 994703433565 – “Brat qardaw cani dosdum var geldi burda meni veziyetden cixartdi. bele gele bilisen 29 tockada aencun saxliyum. bularun aumqayit terefde temalari olyb” - 994552716421 – “Ay ataw tema variydi onu deyirdim gorey nece eliyerdiy. brat bu gun vaxdi. seni gozduyecem qaqaw. yani bu gun padvadit eleme meni, qaqulya o borc aldigim adama 2 gun demiwem senin sozunle. ele eliyey padvadit olmuyaq” . Bundan başqa, məhkəmə baxışında cinayət işinin 124-cü vərəqəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılmış danışıq və sms-ləri əks etdirən CD diskdə olan məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, aşağıdakı məzmunda sms-mətnləri daxil olmuş və sonuncunun nömrəsindən sms mətnləri göndərilmişdir: 15-04-2021-ci ildə saat 20:52-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ********** saylı nömrəsinə: -«Senin ruzi bereketin var?halal ruzi qazanırsan?hansı bereket?o dostunla narkotik alverindən danışırsan?eve gelende hallandigin zəhərin» məzmunlu mesaj daxil olmuşdur. 19-01-2021-ci ildə saat 16:01:36-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrəsinə “Qaqaw meti axdaranda kola tapsan menede getide.agriniram seherden.ses atdim catmadi.mqvytin yoxuydu deyesen.axwam geomedin kalan gozdedim.kntrda yoxuydu”; 20-01-2021-ci ildə saat 19:50:34-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrəsinə “Kola tapa bilmirem”; 22-01-2021-ci ildə saat 08:12:08-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrəsinə “Qurana and olsun men eliye bilmezdim bele sene qarwi.dunen maq uwaw ola ola men ona yalvardimki 1 cetde olsa .... ver yanimda agriyan adam var.senede”; 05-02-2021-ci ildə saat 22:02:56-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsindən ***-***-**-** “Quran haqqi mal getrir uwaq.qoy gorum babat olsa nese eliyerem sencun”; 08-02-2021-ci ildə saat 02:40:46-da Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrəsinə “Dede 1-de gor cay icmeye qend getire bilisen.5- 6dene qend olsa besdi.adam patidan sora susuyur”; 11-03-2021-ci ildə saat 17:24:22-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrəyə “Gel malnan men verim 105 man”; 29-03-2021-ci ildə saat 00:30:33-də Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrəyə “Bidene tez bazar gedmey isdiyrem.utandim bulardan nese alim.bu gun kalan tema otrubler.adamin uzu kesmedi”; 28-04-2021-ci ildə saat 20:49:13-də Elşd Mehdiyevin ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrəsinə “Cox abirsiz adamsan.gelib yene o uwaqdan tema almisan.indi heybeti soydum sene nese verenin varyox soyuwu var” məzmunlu mesajlar göndərilmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 iyun 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 128-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 iyun 2021-ci il tarixli qəbzdən görünür ki, X1 Elşad Sarif oğlundan götürülmüş “Samsung Galaxy A10” markalı mobil telefonu sonuncunun yaxın qohumlarına vermək üçün təhvil almışdır. Cinayət işinin 151-152-ci vərəqələrində Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi. Polis kapitanı X2 14 iyul 2021-ci il tarixli cinayət işi materiallarından başqa material ayrılması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 6,297 qram çəkidə narkotik vasitə heroin əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs satılması faktına görə ayrıca icraata material ayrılmışdır. Məhkəmədə tədqiq edilərək araşdırılmış 18 may 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılması zamanı qeydə alınmış CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan göy rəngli şalvarının ön sol yan cibindən 1 ədəd mobil telefonu və 15 manat pulu, şalvarın ön sağ cibindən 02 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar edilmiş 15 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərə baxış zamanı içində qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli, narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 1 gün əvvəl yaşadığı evin yaxınlığında yolun kənarından tapıb üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bükümlər və “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitəni ancaq özü istifadə etmək üçün almış, heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması, onun özününn qismən etirafı ilə yanaşı, cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış mötəbər və mümkün sübutlarla kifayət qədər sübuta yetirildi. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, telefon danışığları və SMS mətnlərini əks etdirən diskə baxış aparılması barədə protokolu, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasından daxil olmuş 31 may 2021-ci il tarixli, 1/990 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə yuxarıda adı qeyd olunan xəstəxanaya müraciət etməmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xətəxanası publik hüquqi şəxsindən daxil olmuş 05 iyun 2021-ci il tarixli, 4814 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 118-ci vərəqəsində olan doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı - 09 mart 2021-ci il tarixli X4 və 04 aprel 2013-cü il təvəllüdlü X5 adlı övladları vardır. Cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsinin 12 iyul 2021-ci il tarixli 2281 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayısində iki azyaşlı uşağının olmasını onun vəziyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 18 may 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 18-ci vərəqəsində olan 18 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 91-93-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 4(005)-478/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,197 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 may 2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,197 qram olan narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1474/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1474/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver