Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1474/2022 16.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X17 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 2 oktyabr 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsi, 4 saylı binada qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə 6 ədəd bükümdə qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 21,275 qram, 14,010 qram, 22,102 qram, 21,850 qram, 14,020 qram, 10,982 qram və ümumi təmiz çəkisi 104,239 qram narkotik vasitə olan heroini 500 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-cı il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsi 4 saylı binanın qarşısına gətirmiş və həmin tarixdə saat 16:50-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsi 4 saylı binanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərinə keçirilən baxış zamanı satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qəhvəyi rəngli gödəkcəsinin sağ cibindən 1 ədəd gümüşü korpuslu elektron tərəzi və həmin qəhvəyi rəngli gödəkcəsinin sol cibindən kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 6 ədəd bükümlərdə qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 21,275 qram, 14,010 qram, 22,102 qram, 21,850 qram, 14,020 qram, 10,982 qram və ümumi təmiz çəkisi 104,239 qram narkotik vasitə heroin və həmçinin narkotik vasitə olan heroin izləri olan 1 ədəd gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitənin heroin növündən istifadə etmişdir. Həmin narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən alaraq istifadə etmişdir. 19 mart 2022-ci il tarixdə saat axşam saat 22 radələrində Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşadığım həyət evində olan zaman xeyli sayda polis əməkdaşı evinə daxil olub qanunsuz olaraq narkotik vasitənin dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərini yoxlamağa başlamışlar. Lakin həmin vaxt üzərindən qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları evində axtarış etməyə başlamış və aşkar etdikləri 1 ədəd elektron tərəzini özləri ilə götürüb, etirazlarına baxmayaraq onu Suraxanı Rayon Polis İdarəsinə aparmışlar. İdarədə olarkən masanın üzərinə 6 büküm qoyulub içərisində narkotik vasitə heroin olduğu, üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilib, çəkiliş zamanı həmin büküm və evindən aşkar olunan tərəzinin ona məxsus olmasını deməyi tələb olunmuşdur. Aparılan hərəkətləri həmin vaxt tam dərk edə bilmədiyindən çəkiliş zamanı bükümlərin ona məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları onu yaşadığı evdə tutmuşlar. Tutulan zaman üzərində qanunla qadağan olunmuş heç nə olmamışdır. Polis əməkdaşlarının onun evindən aşkar etdiyi tərəzi köhnə olduğu üçün işləməmiş, yararsız vəziyyətdə olmuşdur. Elektron tərəzidən əvvəllər ailə üzvləri mətbəxdə lazım olan zaman istifadə etmişlər. Heç bir İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamamışdır. Narkotik vasitəni həmişə tanımadığı müxtəlif şəxslərdən almış, heç kimə narkotik vasitə satmamış və verməmişdir. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. İdarədə şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. 6 büküm heroin ona məxsus olmamışdır. Tutulanadək istifadəsində çox köhnə versiyalı “Nokia” markalı mobil telefon olmuş və ondan yalnız tanışlarına zəng etmək üçün istifadə edə bilmişdir. İstifadəsində olan telefonla heç kimlə “online” şəkildə əlaqə yaratmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, uzun müddət heroin kimi tanıdığı narkotik vasitədən inyeksiya yolu ilə istifadə etmişdir. Həmin narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən, o cümlədən şəxsiyyəti barədə məlumatı olmayan İran İslam Respublikasının vətəndaşından “online” qaydada alaraq istifadə etmişdir. 19 mart 2022-ci il tarixdə saat 11 radələrində qanunsuz olaraq satış məqsədi ilə İran İslam Respublikasının vətəndaşından “online” qaydada 6 ədəd bükümdə qəhvəyi rəngli heroini 500 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımışdır. Nəhayət, 19 mart 2022-ci il tarixdə saat 16:50-də yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsi, 4 saylı binanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin X2 əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onu sorğu-sual edib şəxsiyyəti barədə məlumat verməyini bildirmişlər. O özünü 2.10.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsi, 4 saylı binada qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Daha sonra polis əməkdaşları onu Suraxanı RPİ-nin yerləşdiyi ünvan 2 ünvanında yerləşən inzibati binasına getməyi xahiş etmişdir. ünvan 3 ünvanında yerləşən inzibati binasında onun şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları ünvan 2 ünvanında yerləşən inzibati otaqların birində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin X2 əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişdir. O həmin videoçəkilişə etiraz etməmişdir. Bundan sonra ona hüquq və vəzifələri Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən izah olunmuşdur. Daha sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, əynində olan qəhvəyi rəngli gödəkcənin sağ cibindən 1 ədəd gümüşü korpuslu elektron tərəzi və həmin qəhvəyi rəngli gödəkcəsinin sol cibindən 6 ədəd bükümlərdə qəhvəyi rəngli heroini təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və içərisində heroin kimi tanıdığı narkotik maddəni aşkar etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitədir. Aşkar edilmiş narkotik vasitəni 19 mart 2022-ci il tarixdə saat 11 radələrində qanunsuz olaraq satış məqsədi ilə İran İslam Respublikasının vətəndaşından “online” qaydada 6 ədəd bükümlərdə qəhvəyi rəngli heroini 500 manat nəğd pul ödəyərək istifadəsi üçün və gələcəkdə bir qismini satmaq məqsədi ilə gəzdirmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 195 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya və ona nümayiş etdirilmişdir. Uzun illər narkotik vasitədən istifadə etmişdir. Hazırda isə əməlindən peşmandır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya fiziki təsir olmamışdır (cild 1, iş vərəqə 70-73 və 90-93). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2.10.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsi, 4 saylı binada qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs oğurluq cinayətlərinin törədilməsində, həmçinin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması barədə agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması Təqsirləndirilən şəxs tam olaraq şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə 19 mart 2022-ci il tarixdə Suraxanı RPİ-nin rəisi, polis polkovniki Süleyman Neymətovun adına raport tərtib edilmişdir. Bundan sonra Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən həmin tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bununla yanaşı olaraq Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 iştirakı ilə Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən əməliyyat qrupunun təşkil edilməsi haqqında protokol tərtib edilmişdir. Beləliklə də, 19 mart 2022-ci il tarixdə Suraxanı RPİ-nin rəisi, polis polkovniki Süleyman Neymətov tərəfindən müvafiq əmr verilməklə Suraxanı RPİ-nin NMBnin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 qrupun rəhbəri, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 isə qrupun üzvü müəyyən edilmişdir. Nəhayət, 19 mart 2022-ci il tarixdə saat 16:50də Suraxanı RPi-nin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsi, 4 saylı binanın qarşısında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqlərini təqdim edib, şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişlər. Həmin şəxs özünü 2.10.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsi, 4 saylı binada qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs oğurluq cinayətlərinin törədilməsində, həmçinin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması ilə bağlı onlarla bərəbar Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına getməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən, könüllü olaraq onlarla bərabər Suraxanı Rayon Polis İdarəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gəlmişdir. Bundan sonra Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Həsənov X11 RPİ-nin inzibati binasında həmin idarənin rəisi, polis polkovniki Süleyman Neymətovun adına raport tərtib etmişdir ki, idarəyə dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş versin. Nəticə etibarilə, həmin raportun araşdırılması Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X7 həvalə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasının xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürülmə aparılması haqqında” 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X10 tərəfindən protokol tərtib edilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs istəyi və razılığı ilə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun müdafiəçisi X4 dəvət edilərək ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X10 tərəfindən izah edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz olan əşya varsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkcəsinin sağ cibindən 1 ədəd tərəzi, sol cibindən 1 ədəd “Nokia” markalı mobil telefon və 6 ədəd şəffaf sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. Lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd şəffaf rəngli bükümü göstərərək həmin bükümlərin içərisində heroin deyilən narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 6 ədəd bükümü hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirdiyini sorğu-sual edən zaman həmin şəxs qeyd edilən narkotik vasitəyə bənzər maddələri 19 mart 2022- ci il tarixdə saat 11 radələrində şəxsiyyəti barədə məlumatı olmayan İran İslam Respublikasının vətəndaşından 1 qramını 15 manat olmaqla ümumilikdə 500 manat müqabilində “online” qaydada əldə edib, üzərində saxlayaraq daşımasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli 6 ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddə və 1 ədəd elektron tərəzi ekspertiza tədqiqatına göndərilməsi üçün 45 nömrəli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddələrin narkotik vasitə olan heroin olub-olmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 31ci PB-nin təhqiqatçısı polis baş leytenantı X10 tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qəhvəyi rəngli gödəkcəsinin sağ cibindən 1 ədəd gümüşü korpuslu elektron tərəzi və həmin qəhvəyi rəngli gödəkcəsinin sol cibindən kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 6 ədəd bükümdə qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 21,275 qram, 14,010 qram, 22,102 qram, 21,850 qram, 14,020 qram, 10,982 qram və ümumi təmiz çəkisi 104,239 qram narkotik vasitə-heroindir. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 104,239 qram narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirləri davam etdirilmişdir. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Təqsirləndirilən şəxsə yalnız 3 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış Suraxanı rayon Polis İdarəsinin binasında həyata keçirilmiş, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcəsinin sağ cibindən 1 ədəd gümüşü korpuslu elektron tərəzi və həmin qəhvəyi rəngli gödəkcəsinin sol cibindən kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 6 ədəd bükümdə qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 21,275 qram, 14,010 qram, 22,102 qram, 21,850 qram, 14,020 qram, 10,982 qram və ümumi təmiz çəkisi 104,239 qram narkotik vasitə heroin götürülmüş və bu barədə protokol tərtib edilmişdir (cild 1, iş vərəqə 32-34). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kimyəvi Ekspertizasının 20 mart 2022-ci il tarixli 6/1597 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üşün N 195” möhür əksi, ”... Təqsirləndirilən şəxs...” və s. sözlər və imzalar olan 2 ədəd zərfdən birindəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 21,275 qram, 14,010 qram, 22,102 qram, 21,850 qram, 14,020 qram, 10,982 qram, ümumi təmiz çəkisi 104,239 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 6 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir, digər zərfdəki gümüşü korpuslu elektron tərəzinin üzərində heroin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilməsi üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı l) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 104,239 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 104,119 qram, cild 1, iş vərəqə 52-54). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 9 aprel 2022-ci il tarixli 861 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 159-161). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 2 iyun 2022-ci il tarixli 2896 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 162-163). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcəsinin sağ cibindən 1 ədəd gümüşü korpuslu elektron tərəzi və həmin qəhvəyi rəngli gödəkcəsinin sol cibindən kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 6 ədəd bükümdə qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 21,275 qram, 14,010 qram, 22,102 qram, 21,850 qram, 14,020 qram, 10,982 qram və ümumi təmiz çəkisi 104,239 qram, tədqiqatdan sonra qalıq çəkisi 104,114 qram olan narkotik vasitə heroin və heroin izləri olan 1 ədəd gümüşü korpuslu elektron tərəzi maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, “şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 174-186). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 138). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 21 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 113-114). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 19 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 104,114 qram olan narkotik vasitə heroin və üzərində heroin izləri olan 1 ədəd gümüşü korpuslu elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -“şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 104,114 qram olan narkotik vasitə heroin və üzərində heroin izləri olan 1 ədəd gümüşü korpuslu elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -“şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkətlərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1474/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1474/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver