Məhkəmə qərarları › İş №1(101)-1475/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1475/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1475/2021 16.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, dalan 8, ev 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsi, ev 19-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 199,348 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 192,822 qram tünd qəhvəyi rəngli yumşaq konsistensiyalı spesifik iyli maddələr tiryəkdən kustar üsulla hazırlanmış asetilə edilən tiryək və ümumi təmiz çəkisi 12,253 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində və yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində saxlamış və 08 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı həmin tarixdə saat 21:20 radələrində ünvan 1 ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması səbəbindən saxlanılaraq Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş və orada üzərində şəxsi axtarış həyata keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən pul kisəsinin içərisində 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 28,656 qram və 12,044 qram, ümumi təmiz çəkisi 40,7 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 11,172 qram və 4,770 qram, ümumi təmiz çəkisi 15,942 qram tünd qəhvəyi rəngli yumuşaq konsistensiyalı spesifik iyli maddələr tiryəkdən kustar üsulla hazırlanmış asetilə edilən tiryək və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,949 qram və 1,398 qram ümumi təmiz çəkisi 4,347 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağında olan taxta konstruksiyalı dolabın üstündən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 49,395 qram, 59,489 qram və 49,764 qram ümumi təmiz çəkisi 158,648 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryəklə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 01 ədəd bükümdə təmiz çəkisi 176,880 qram tünd qəhvəyi rəngli yumuşaq konsistensiyalı spesifik iyli maddələr tiryəkdən kustar üsulla hazırlanmış asetilə edilən tiryək və üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 01 ədəd bükümdə təmiz çəkisi 7,906 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində heroinin izləri olan qara rəngli elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, hətta 06.07.2017-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş, 12.09.2019-c il tarixli 03 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. O, Bakı şəhəri, Suraxanı rayon, S.Həmidov küçəsi, 19 saylı evdə yaşamışdır. 08.04.2021-ci il tarixdə xalası oğluna məxsus “KİA” markalı maşınla həyat yoldaşı Elgün və onun dayısı qızı Aynurla “Elit” ticarət mərkəzi ilə üzbəüz olan yanacaqdoldurma stansiyasına gəlmiş, oranın işçi avtomobilə yanacaq vuranadək öz telefonuna kontur vuran zaman iki nəfər polis onu saxlayaraq üzərinə və maşına baxış keçirmişlər. Onun şalvarının sağ cibindən bir büküm kokos, yəni heroin və “KİA” markalı maşının qabaq sağ qapısının saxlanc yerindən bir büküm metamfetamin aşkar edilmişdir. Həmin bükümlərin cəkisi 9 qramdan artıq deyildir. Həmin maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən əldə etmişdir. Onu idarəyə apararaq çəkilişlə üzərinə baxış keçirmişlər və göstərdiyi bu iki bükümdən savayı heç bir şey aşkar etməmişlər. Bundan sonra onu yaşadığı evə apararaq özləri gətirdiyi və evinə qoyduqları külli miqdarda narkotik vasitələri guya evində aşkar etdikləri barədə çəkiliş aparmışlar. Ona ailəsinə təzyiq edəcəkləri ilə hədələyərək saxta protokollara imza etməyə məcbur etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Əvvəllər onunla heç bir münasibəti olmamış, həmçinin ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, 08 aprel 2021-ci il tarixdə idarəyə ünvan 2 ünvanda yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadəsi və satışı ilə məşğul olması barədə məxfi məlumat daxil olmuşdur. Rəhbərlik tərəfindən məlumatın araşdırılması ona həvalə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin adına yazılı raporla müraciət etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş və qərar İdarənin rəisi tərəfindən təsdiq edildikdən sonra onun rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 08 aprel 2021-ci il tarixdə saat 21:20 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısı ilə gedən zaman ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına şübhəli oluduğu üçün onu idarəyə dəvət etmişlər. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş, ona hüquq və vəzifələrini izah edərək sonra qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bənövşəyi rəngli pul kisəsini təqdim etmişdir. Həmin pul kisəsinin içindən 2 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 2 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 2 bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlələr aşkar olunmuşdur. Həmçinin həmin cibindən 100 AZN pul, sol yan cibindən 1 ədəd alışqan, içində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd açar aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkilmiş - heroinə bənzər kütlələr qablaşdırma ilə birlikdə çəkisi 43 qram, metamfetaminə bənzər kütlələr 7 qram, tiryəkə bənzər kütlələr isə 20 qram olmuşdur. Həmin narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1ədəd mobil telefon götürülmüş, 2 ədəd açar, 100 AZN pul, 1 ədəd alışqan və içərisində siqaret dənələri olan siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə satmaq üçün əldə etmiş, əlavə olaraq Bakı şəhəri, Suraxanı rayonunda yerləşən yaşadığı evdə də narkotik maddə saxladığını, təqdim edə biləcəyini, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. 09 aprel 2021-ci il tarixdə saat 00:40 radələrində Təqsirləndirilən şəxs faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin evin yataq otağında olan taxta konstruksiyalı dolabın üzərində saxladığı 3 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 1 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə, 1 ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlələri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş – heroinə bənzər kütlə 163 qram, metamfetaminə bənzər kütlə 10 qram, tiryəkə bənzər kütlə 188 qram olmuşdur. Aşkar olunmuş kütlələr zərfə qoyularaq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə satmaq üçün əldə etdiyini bildirmişdir. Baxış və götürmə videoçəkiliş aparılmaqla keçirilmiş, bu barədə protokol tərtib edilmiş iştirakçılara ucadan oxunmuş, şikayət daxil olmamış, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixiki təzyiq və təsirlər olmamışdır, əksinə o özü könüllü olaraq üzərində və evində olan qanunsuz əşyaları təqdim etmiş və onların əldə etmə mənbələrini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 08 aprel 2021-ci il tarixdə idarəyə ünvan 2 ünvanda yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, rəhbərlik tərəfindən məlumatın araşdırılması Şahid1 həvalə edilmişdir. Əməliyyat qrupuna o da daxil edilmişdir. 08 aprel 2021-ci il tarixdə saat 21:20 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısı ilə gedən zaman ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına şübhəli oluduğu üçün onu idarəyə dəvət etmişlər. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş, ona hüquq və vəzifələrini izah edərək qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bənövşəyi rəngli pul kisəsini təqdim etmişdir. Həmin pul kisəsinin içindən 2 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 2 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 2 bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlələr aşkar olunmuşdur. Həmin cibindən 100 AZN pul, sol yan cibindən 1 ədəd alışqan, içində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd açar aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkilmiş - heroinə bənzər kütlələr qablaşdırma ilə birlikdə çəkisi 43 qram, metamfetaminə bənzər kütlələr 7 qram, tiryəkə bənzər kütlələr isə 20 qram olmuşdur. Həmin narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmış və təhqiqatçı tərəfindən götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1ədəd mobil telefon götürülmüş, 2 ədəd açar, 100 AZN pul, 1 ədəd alışqan və içərisində siqaret dənələri olan siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə satmaq üçün əldə etmiş, əlavə olaraq Bakı şəhəri, Suraxanı rayonunda yerləşən yaşadığı evdə də narkotik maddə saxladığını, təqdim edə biləcəyini, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. 09 aprel 2021-ci il tarixdə saat 00:40 radələrində Təqsirləndirilən şəxs faktiki yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin evin yataq otağında olan taxta konstruksiyalı dolabın üzərində saxladığı 3 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 1 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə, 1 ədəd bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlələri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin narkotik vasitələr elektron tərəzidə çəkilmiş – heroinə bənzər kütlə 163 qram, metamfetaminə bənzər kütlə 10 qram, tiryəkə bənzər kütlə 188 qram olmuşdur. Aşkar olunmuş kütlərlər zərfə qoyularaq qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsin vasitəsi ilə satmaq üçün əldə etdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılara tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 08.04.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsi, 19 ünvanınıda nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədi ilə əldə edib, Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olduğu bildirilir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 08.04.2021-ci il tarixli raportdan müəyyən olunur ki, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, S.Həmidov küçəsi, 19 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 08.04.2021-ci il tarixdə, saat 21:20 radələrində saxlanılaraq BNMİ-nə inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 08 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bənövşəyi rəngli pul kisəsini çıxarıb təqdim etmiş, həmin pul kisəsinin içərisinə baxış zamanı 02 büküm heroin, 02 büküm tiryək və 02 büküm şüşə kimi tanıdığı narkotik maddələr olan bükümlər, eləcə də, cibindən 100 manat nağd pul, sol yan cibindən isə 1 ədəd alışqan, bir qutu içərisində bir qədər siqaret dənələri olan siqaret qutusu, 1 ədəd ona məxsus “Samsung” markalı mobil telefon və iki ədəd açar aşkar olunmuş, pul kisəsinin içərisində olan bükümlərdən heroin çəkilərək 43 qram, “şüşə” 7 qram, tiryəkin isə 20 qram olması müəyyən edilərək qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu iki ədəd bükümün içərisində heroini, 2 ədəd bükümün içərisində tiryəki və 2 ədəd bükümün içərisində şüşə kimi tanıdığı narkotik maddələri həmin gün səhər saatlarında adını “Bəhruz” bildiyi İran İslam Respublikasının vətəndaşından satış məqsədilə əldə etdiyini və üzərində daşıdığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 08 aprel 2021-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan taxta dolabın üstünə qoyduğu 3 ədəd bükümü təqdim edərək içərisində heroin olduğunu, həmin dolabın üstündə olan digər iki bükümü isə təqdim edərək həmin bükümlərdən birinin içərisində tiryək və digər bükümün içərisində isə şüşə kimi tanıdığı narkotik maddələr olduğunu, onları İran İslam Respublikasının vətəndaşı olan “Bəhruz” adı ilə tanıdığı şəxsdən satış məqsədilə əldə etdiyini və yaşadığı evdə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs evində olan bir ədəd elektron tərəzini də polis əməkdaşlarına təqdim etmişdir. Təqdim olunan narkotik çəkilərək heroinin 163 qram, tiryəkin 188 qram və metamfetaminin isə 10 qram olması müəyyən olunmuş, həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 08 aprel 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 10.04.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/1394 saylı, 09 aprel 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan kağız paketdə, - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 28,656 qram, 12,044 qram ümumi təmiz çəkisi 40,7 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 11,172 qram və 4,770 qram ümumi təmiz çəkisi 15,942 qram tünd qəhvəyi rəngli yumşaq konsistensiyalı, spesifik iyli maddələr tiryəkdən kustar üsulla hazırlanmış asetilə edilən tiryəkdir; - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,949 qram və 1,398 qram ümumi təmiz çəkisi 4,347 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...” yazısı olan kağız paketdəki, - 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 49,395 qram, 59,489 qram, 49,764 qram ümumi təmiz çəkisi 158,648 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 176,880 qram tünd qəhvəyi rəngli yumuşaq konsistensiyalı, spesifik iyli maddə tiryəkdən ksutar üsulla hazırlanmış asetilə edilən tiryəkdir; - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 7,906 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - Bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 199,348 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş asetilə edilən tiryəkin ümumi təmiz çəkisi 192,882 qramdır və həmin asetilə edilən tiryək kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 12,253 qramdır və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş elektron tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin, tiryək (asetilə edilən tiryək) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 2400 saylı, 17 iyul 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 22.07.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 199,098 qram narkotik vasitə heroin, 192,672 qram asetilə edilən tiryək və 12,103 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə axtarışı özündə əks etdirən iki ədəd videogörüntü - DVD disklər cinayət işinin materiallarına ləavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və qərarların surətlərindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23.11.2011-ci il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2900 manat cərimə cəzasına məhkum edilmiş, 30.12.2013-cü ildə cəriməni dövlət nəfinə tam ödəmiş, bundan başqa Bakı şəhəri Yasamal rayon məhkəməsinin 26.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirdli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrum edilmiş, 23.06.2016-cı il tarixdə Azxərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya Qəranına əsasən cəzadan azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 06.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli qərarı ilə 03 ay 26 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və 08.07.2019-cu il tarixdə isə cəzanı tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsində qeyd edilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən az ağır cinayət əməlini törətmiş şəxs ona təyin olunmuş cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən isə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 06.07.2017-ci il tarixli hökmü ilə az ağır cinayət əməli hesab olunan CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli qərarı ilə 03 ay 26 gün vaxtından əvvəl şərti olaraq azad olunduqdan 02 ildən artıq müddət keçməmiş, 08 aprel 2021-ci il tarixdə yeni cinayət əməli törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi qismən özünün, şahidlərin ifadəsi, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi və evində aşkar edilmiş külli miqdarda narkotik vasitələri polis əməkdaşalrı tərəfindən qoyulmasına dair ifadələrinə tənqidi yanaşır. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi şahid ifadələri, şəxsi axtarış protokolları, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş DVD disklər və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə aşkar edilmiş narkotik vasitələrin miqdarı və növ müxtəlifliyi, elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxsqn narkotik vasitələrinin çəkilib bağlamalara bölünməsi üçün nəzərdə tutulduğu kimi və əməlinin narkotik vasitələrin satışı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr və psixotrop maddə şəxsi istehlak miqdarından və külli miqdardan dəfələrlə artıqdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 08 aprel 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 199,098 qram narkotik vasitə heroin, 192,672 qram asetilə edilən tiryək və 12,103 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə axtarışı özündə əks etdirən iki ədəd videogörüntü - DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 199,098 qram narkotik vasitə heroin, 192,672 qram asetilə edilən tiryək və 12,103 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin, Cinayət işinin materiallarına əlavə edtlmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar