Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1475/2022 15.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:50-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bərdə rayonunun, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi- 4,881 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, təmiz çəkisi- 5,436 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 18 mart 2022ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə, bir ədəd gümüşü rəngli kağız bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri- 4,740 qram, 0,141 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 4,881 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, dörd ədəd şəffaf rəngli sellofan bükümlərdə hər birində ayrıayrılıqda təmiz çəkiləri- 4,671 qram, 0,286 qram, 0,240 qram, 0,239 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 5,436 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, təxminən iki ilə yaxındır ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri Bakı şəhəri, ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 17 mart 2022-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən istifadəsi üçün iki ədəd şəffaf rəngli sellofan bükümlərdə narkotik vasitə heroin almışdır. Həmin heroinin bir qismini istifadə etmiş, yerdə qalanını isə üzərində sonra istifadə etmək üçün saxlamışdır. 18 mart 2022-ci il tarixdə Suraxanıdan çıxıb, Sabunçuda yaşayan dostunun evinə qonaq getmiş, həmin şəxslə ailəvi dost olduğundan daim gediş-gəlişləri olmuş, həmin vaxtı axşam saat 23:30 olmuş, narkotik istifadə etmək üçün, aldığı 2 kiçik bükümdə təxminən 2 qrama yaxın olan narkotik vasitə heroini də özü ilə aparmış və hər ikisini istifadə etmişdir. Aldığı narkotik vasitələri öz istifadəsi üçün almış, təxminən gün ərzində 0.4 və ya 0.6 qram narkotik vasitə istifadə etmişdir. Narkotik vasitələri bəzən o, bəzən də dostu almışdır. O, dostunun evində 10 dəqiqə olmuş, evdən çıxıb taksi gözləmiş, taksi əvəzinə başqa bir maşın qarşısında dayandığını görmüşdür. Maşının içərisində olan şəxs birbaşa ona “Elmir salam” demiş və iki nəfər xidməti geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları olduqlarını bildirərək adını, soyadını dəqiqləşdirmiş və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə heroin olduğundan, həmçinin həmin vaxt narkotik vasitənin təsiri altında olduğundan, o, oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmişlər. Buna baxmayaraq o, özünü çox şübhəli aparmamışdır ki, bəlkə onu sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etmiş, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyindən, eləcə də, narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə getməyini təklif etmişlər. O da səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 12-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində, polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o da müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş, çünki həmin zaman sərxoş halda olduğundan baş verənləri tam xatırlaya bilməmişdir. Bundan sonra polis əməkdaşı ona üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini demiş, adını bilmədiyi əməliyyatçı bölmədə qarşısına əlavə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoymuş və özünə aid olduğunu bildirməyini tələb etmişdir. Niyə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin çəkisini artırdıqlarının səbəbini bilməmişdir. Ona təzyiq edərək döydükləri üçün polis əməkdaşlarının dediklərini qəbul etmək məcburiyyətində qalmış, hətta ona təqdim edilən 1 kq heroini belə qəbul etməyə razı olmuşdur. Təhqiqatçı isə sonradan həmin çəkidə olan narkotik vasitənin ona aid olmadığını bildirmiş, ilk videoçəkiliş zamanı polis əməkdaşları bir biri ilə razılaşmadıqları üçün ikinci çəkiliş olmuş, onun bölməyə gətirilməsi ilə videoçəkiliş arasında təxmini 2 saatdan çox vaxt keçmişdir. Bu zaman ona hədə-qorxu gələrək polis əməkdaşlarının dediklərini və göstərdiklərini etməyi tələb olunmuş, həmin vaxtı müdafiəçi çəkilişdə iştirak edib-etmədiyini dəqiq xatırlamamışdır. Müdafiəçini qətimkan tədbiri seçilməsi üçün keçirilən məhkəmə iclasında görmüş, həmin zaman müdafiəçi onunla ünsiyyətdə olmamış, təcridxanada dövlət hesabına təyin olunmuş müdafiəçi yanına gəlməmişdir. Müqavilə ilə olan müdafiəçi gəlmiş, lakin o, həmin müdafiəçidən imtina etmiş, müdafiəçi yalnız həbs müddətinin uzadılması ilə bağlı keçirilən istintaq hərəkətində iştirak etmişdir. Çəkiliş zamanı polis əməkdaşları ona təzyiq göstərdiklərindən və başqa variantı olmadığından onların dediklərini qəbul etməli olmuş, o, çəkiliş zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 2 ədəd şəffaf rəngli sellofan bükümünü, dəqiq xatırlamadığı 25-30 manat pulu və həmin şalvarın sol yan cibindən bir ədəd özünə məxsus “Samsung” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlər polis əməkdaşı tərəfindən açıldıqda bükümlərin içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümlərdən aşkar olunmuş maddələrin nə olduğunu soruşan da, o, səmimi olaraq təqdim etdiyi 2 ədəd şəffaf rəngli sellofan bükümlərdən aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu deyərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələri ona satan şəxsi tanımamış, həmin şəxsdən birinci dəfədir ki, narkotik vasitə və psixotrop maddə almışdır. Həmin şəxs balaca boy, arıq bədən quruluşlu, saçı az, çənəsi uzun bir şəxs olmuş, həmin şəxsin anket məlumatları barədə, eləcə də yaşadığı yeri dəqiq bilməmiş, o, Əmircan qəsəbəsində yaşadığını demişdir. Həmin şəxslə hadisədən 2 gün əvvəl səhər saatlarında Əmircan qəsəbəsi ərazisində tanış olmuş, ona əlaqə nömrəsini vermişdir, tanış olan vaxt onunla söhbət edən zaman onun narkoman olduğunu bilmişdir, ona nə vaxtsa narkotik vasitə və yaxud psixotrop maddə lazım olarsa sata biləcəyini demişdir. O da həmin şəxsə narkotik vasitələrin aludəçisi olduğunu demiş, həmin şəxs ona konkret bir yer deməmiş, tanış olduğu günün axşamı onunla tanış olduqları yerdə görüşmüşlər. O, əvvəlcədən ona həmin yerə gəlməyini demiş, üzərindən aşkar edilən narkotik vasitələri və psixotrop maddələri elə həmin gün ondan almışdir. Bu günə kimi heç kimə narkotik vasitə və yaxud psixotrop maddə satmamış, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə heroindən kiməsə satmaq niyyəti olmamışdır. O, həmin maddələri özünün istifadəsi üçün əldə etmiş, üzərindən aşkar edilmiş narkotik vasitə heroini bükümlərə, yəni hissələrə o, bölməmiş, həmin bükümləri elə vəziyyətdə almış, çox vaxtlar bir və ya iki büküm almış, narkotik vasitəni satan şəxs bükümlərdə olan heroinləri ucuz qiymətə satdığı üçün elə vəziyyətdə almışdır. Narkotik vasitələri ona satan şəxslə arasında heç bir razılaşma olmamış, nə də ki, həmin şəxslə birlikdə üzərindən aşkar edilən narkotik vasitələri kiməsə satmaq niyyətində olmamış, o, həmin şəxsi tanımamış, ondan yalnız bir dəfə pul verib istifadəsi üçün narkotik vasitə almışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində təxminən 1 qram narkotik vasitə heroin olmuş, üzərində ümumiyyətlə psixotrop maddə metamfetamin olmamış, ümumiyyətlə narkotik vasitə və yaxud psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Qətimkan tədbirinin seçilməsi ilə bağlı olan məhkəmə iclasında döyülməyi ilə bağlı hakimə bildirməmiş, istintaq təcridxanasına gedəndə də orada heç kimə döyülməyi ilə bağlı məlumat verməmiş, başqa yerlərə də şikayət etməmişdir. Polis əməkdaşları tərəfindən ona tətbiq olunan zorakı hərəkətlər nəticəsində başından və mədəsindən xəsarətlər almış, hazırda öz hesabına mədəsindəki xəsarətlərlə bağlı müalicə alır. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, onun vəzifə səlahiyyətlərinə ictimai əsayişi və ictimai qaydanı qorumaq daxildir. 18 mart 2022-ci il tarixdə saat 03 radələrində Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində xidmət apararkən, həmin küçədə yerləşən nömrəsiz fərdi evin qarşısı ilə bir nəfər piyada hərəkət edən tanımadıqları şəxsin özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün onlar ona yaxınlaşıb özlərini təqdim edərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmiş, lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onların verdikləri suallara qeyri səmimi cavab verdiyinə, narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də, onlar həmin şəxsi xidmət etdikləri inzibati ərazidə yerləşən Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də, onlarla razılaşmış və onu 12-ci polis şöbəsinin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin xx.xx.1992-ci ildə Bərdə rayonunda anadan olmuş, ünvan 2 nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi ilə bağlı raportla şöbənin rəhbərliyinə məruzə olunmuş, raport üzrə araşdırmanın aparılması 12-ci polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Sənan Qazıyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı Sənan Qazıyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X3 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümünü, bir ədəd gümüşü rəngli kağız bükümünü, dörd ədəd şəffaf rəngli sellofan bükümünü və həmin şalvarın sol yan cibindən bir ədəd ''Samsung” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlər təhqiqatçı Sənan Qazıyev tərəfindən bir-bir açıldıqda bir ədəd ağ rəngli sellofan bükümün, bir ədəd gümüşü rəngli kağız bükümün içərisindən ağ rəngli kristallik maddələr, dörd ədəd şəffaf rəngli sellofan bükümlərin içərisindən isə tünd qəhvəyi rəngli, spesifik iyə malik maddələr aşkar olunmuşdur. Üzərindən narkotik vasitə çıxdı, amma hansı növ olduğunu dəqiq bilməmiş, ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükümdən, bir ədəd gümüşü rəngli kağız bükümdən aşkar olunan maddələrin metamfetamin, dörd ədəd şəffaf rəngli sellofan bükümlərdən aşkar olunan maddələrin isə narkotik vasitə heroin olduğunu və 17 mart 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən ümumilikdə 80 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddələr olan bükümlər təhqiqatçı Sənan Qazıyev tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsirlər olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, onun vəzifə səlahiyyətlərinə ictimai əsayişi və ictimai qaydanı qorumaq daxildir. 18 mart 2022-ci il tarixdə saat 03 radələrində Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Kəngərli küçəsində xidmət apararkən, həmin küçədə yerləşən nömrəsiz fərdi evin qarşısı ilə bir nəfər piyada hərəkət edən tanımadıqları şəxsin özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün onlar ona yaxınlaşıb özlərini təqdim edərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmiş, lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirib və onlardan yayınmağa çalışmışdır. Onlar həmin şəxslə bir qədər söhbət etdikdən sonra onların verdikləri suallara qeyri səmimi cavab verdiyinə, narkotik vasitənin təsiri altında olması, eləcə də, üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də, onlar həmin şəxsi xidmət etdikləri inzibati ərazidə yerləşən Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də, onlarla razılaşmış və onu 12-ci polis şöbəsinin Növbətçi Hissəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin xx.xx.1992-ci ildə Bərdə rayonunda anadan olmuş, ünvan 2 nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi ilə bağlı raportla şöbənin rəhbərliyinə məruzə olunmuş, raport üzrə araşdırmanın aparılması 12-ci polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Sənan Qazıyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı Sənan Qazıyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X3 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümünü, bir ədəd gümüşü rəngli kağız bükümünü, dörd ədəd şəffaf rəngli sellofan bükümünü və həmin şalvarın sol yan cibindən bir ədəd ''Samsung” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuş, üzərindən narkotik vasitə çıxmış, amma hansı növ olduğunu dəqiq bilməmiş, lakin ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Bundan sonra həmin bükümlər təhqiqatçı Sənan Qazıyev tərəfindən bir-bir açıldıqda bir ədəd ağ rəngli sellofan bükümün, bir ədəd gümüşü rəngli kağız bükümün içərisindən ağ rəngli kristallik maddələr, dörd ədəd şəffaf rəngli sellofan bükümlərin içərisindən isə tünd qəhvəyi rəngli, spesifik iyə malik maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükümdən, bir ədəd gümüşü rəngli kağız bükümdən aşkar olunan maddələrin metamfetamin, dörd ədəd şəffaf rəngli sellofan bükümlərdən aşkar olunan maddələrin isə narkotik vasitə heroin olduğunu deyərək, 17 mart 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən ümumilikdə 80 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddələr olan bükümlər təhqiqatçı Sənan Qazıyev tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamış, ilk dəfə Təqsirləndirilən şəxs yolda saxlayarkən görmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1560 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,740 qram, 0,141 qram, ümumi təmiz çəkisi 4,881 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 4 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,671 qram, 0,286 qram, 0,240 qram, 0,239 qram, ümumi təmiz çəkisi 5,436 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş heroin və metamfetamin müxtəlif növ və tərkibli kimyəvi maddələr olduğu üçün onların müqayisəli tədqiqatı aparılmadı. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 5,436 qram, tədqiqata sərf edildi - 0,200 qram, qalıq - 5,236 qram. Metamfetaminin ümumi təmiz çəkisi -4,881 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 4,781 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. (iş vərəqə 35-40) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3193 nömrəli rəyindən görünür ki, müayinə zamanı TAĞİYEV ELMİR ƏLİ oğlunda OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 126- 127) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 6318 nömrəli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıb. (iş vərəqə 125) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması haqqında” və xx.xx.2022-ci il tarixli “CD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş CD diskdə olan video görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, video çəkiliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin təhqiqatçısı özünü təqdim edir, sonra Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları və saxlanılan şəxs Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi, əldə edilməsi, üzərində saxlanması və daşınması qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında, gəzdirilməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 18 mart 2022-ci il tarixdə saxlanıldığını və polis şöbəsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir, daha sonra video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümünü, bir ədəd gümüşü rəngli kağız bükümünü, dörd ədəd şəffaf rəngli sellofan bükümünü və həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefon çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər təhqiqatçı tərəfindən bir-bir açıldıqda bükümlərin içərisindən maddələr aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükümdən, bir ədəd gümüşü rəngli kağız bükümdən aşkar olunan maddələrin metamfetamin, dörd ədəd şəffaf rəngli sellofan bükümlərdən aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu deyərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 80 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddələr olan bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. (iş vərəqə 27-29, 65-66) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd kağız paketin içərisində 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,740 qram, 0,141 qram, ümumi təmiz çəkisi 4,881 qram olmuş psixotrop maddə- metamfetamin və 4 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,671 qram, 0,286 qram, 0,240 qram, 0,239 qram, ümumi təmiz çəkisi 5,436 qram olmuş narkotik vasitə heroin 28 mart 2022-ci il tarixdə maddi sübut kimi tanınaraq, metamfetaminin tədqiqata 0,100 qram sərf edilməsi nəzərə alınmaqla 4,781 qram qalığı, heroinin tədqiqata 0,200 qram sərf edilməsi nəzərə alınmaqla 5,236 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. (iş vərəqə 97-99) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş CD disk tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (iş vərəqə 29, 132-141) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, polis əməkdaşlarının ona zor tətbiq etməsi, saxlanılarkən üzərində yalnız 1 qram çəkidə narkotik vasitə heroinin olması, üzərində ümumiyyətlə psixotrop maddə metamfetamin olmaması barədə ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “CD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokol və digər sübutlarla tam təkzib olunmuşdur. Həmçinin, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ili yaxındır ki, kakos kimi tanıdığı narkotik vasitə heroindən və patı kimi tanıdığı psixotrop maddə metamfetamindən falqada çəkmə yolu istifadə edirmiş. İstifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alırmış. Sonuncu dəfə 17 mart 2022-ci il tarixdə təxminən saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən ümumilikdə 80 manata istifadəsi üçün bir ədəd ağ rəngli sellofan bükümdə, bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetamin və dörd ədəd şəffaf rəngli sellofan bükümlərdə narkotik vasitə heroin almışdır. Həmin heroinin və metamfetaminin bir qismini istifadə etmiş, yerdə qalanlarını isə üzərində saxlamışdır ki, sonra istifadə etsin. 18 mart 2022-ci il tarixdə təxminən saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, B.Kəngərli küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər polis geyimində olan polis əməkdaşları ona yaxınlaşaraq Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, lakin həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğundan, həmçinin həmin vaxt narkotik vasitənin təsiri altında olduğundan, o, oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmişlər, buna baxmayaraq o, özünü çox şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etmişlər, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsindən, eləcə də narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİnin 12-ci polis şöbəsinə getməsini təklif etmişlər. O, da səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 12-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqlarm birində, polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, da müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bundan sonra polis əməkdaşı ona üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd ağ rəngli sellofan bükümünü, bir ədəd gümüşü rəngli kağız bükümünü, içərisində narkotik vasitə heroin olan dörd ədəd şəffaf rəngli sellofan bükümünü və həmin şalvarın sol yan cibindən bir ədəd özünə məxsus “Samsung” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlər polis əməkdaşı tərəfindən açılqdıqa bükümlərin içərisindən istifadəsi üçün aldığı psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümlərdən aşkar olunmuş maddələrin nə olduğunu soruşan da, o, səmimi olaraq təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükümdən, bir ədəd gümüşü rəngli kağız bükümdən aşkar olunan maddələrin metamfetamin, dörd ədəd şəffaf rəngli sellofan bükümlərdən aşkar olunan maddələrin isə narkotik vasitə heroin olduğunu deyərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 80 manata istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götrülmüş içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan bükümlər qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən götürülmüş bir ədəd ağ rəngli sellofan bükümdə, bir ədəd gümüşü rəngli kağız bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri- 4,740 qram, 0,141 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 4,881 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, dörd ədəd şəffaf rəngli sellofan bükümlərdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri- 4,671 qram, 0,286 qram, 0,240 qram, 0,239 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 5,436 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 7(008)-517/2021 saylı qərarı ilə 07 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (iş vərəqə 107-115) Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 21/1-3-20373-2 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzasının sonu xx.xx.2022-ci il tarixə hesablanmışdır. Lakin, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 21/1-3-21506-2 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Qərarı əsas olmadığı üçün tətbiq edilməmişdir. AR Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 11-ci hissəsində qeyd edilmişdir ki, Qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bəndi və 9.2.1-ci yarımbəndi AR CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər barəsində tətbiq edilmir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməlində cinayətlərin residivi halı mövcuddur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi halı müəyyən edildiyindən ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. AR CM-in 76.6.3-cü maddəsinə əsasən, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 19-cu bəndində qeyd olunur ki, Məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən çəkilməsi təxirə salınmış cəza müddəti aiddir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, yəni 12 gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya tam birləşdirilməlidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İş materiallarında olan 059731 və 478612 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 olmaqla iki azyaşlı uşağı vardır. (iş vərəqə 129-130) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi (sadə) halını isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(008)-238/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 16,80-83) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 3193 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş bir ədəd kağız paketin içərisində 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,740 qram, 0,141 qram, ümumi təmiz çəkisi 4,881 qram olmuş psixotrop maddə- metamfetamin və 4 (dörd) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,671 qram, 0,286 qram, 0,240 qram, 0,239 qram, ümumi təmiz çəkisi 5,436 qram olmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış hissələri, yəni 4,781 qram metamfetamin və 5,236 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, 12 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 il 06 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş ekspertiza tədqiqatı nəticəsində qalıq çəkiləri 4,781 qram metamfetamin, 5,236 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-1475/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1475/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver