Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1475/2024 08.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan barəsində 21 sentyabr 2023-cü il tarixli qərar ilə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 17, ev 15 ünvanının qarşısında Zərərçəkmiş şəxs onun anası Şahid2 sonuncunun qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu X3 ilə aralarında olan borc pul mübahisəsinə görə söyüb təhqir etdiyi üçün Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı bıçaqla qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs hemopnevmotoraksla müşayiət olunan diafraqmanın və qaraciyərin zədələnməsi ilə nəticələnən gövdənin arxa-sağ tərəfinin döş qəfəsinin döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, anasının yeni həyat yoldaşı sosial müavinət almaq hüququ verən sənədin düzəldilməsi müqabilində dayısının qızının əri İzzətdən 700 manat pul almış, həmin pulun İzzətdən alınmasından anasının xəbəri olmamışdır. Anasının sosial müavinət sənədi düzəldilməsi məsələsindən xəbəri olsa da, həmin sosial müavinətin məhz İzzət üçün düzəldilməsindən və həmin sənəd müqabilindən İzzətdən pul alınmasından xəbəri olmamışdır. İzzət anasına zəng edərək pulu yeni həyat yoldaşı ilə birgə xərclədiyini bildirərək onu təhqir etmişdir. O, telefonu götürərək İzzətdən nə üçün anasını təhqir etdiyini soruşduqda İzzət ona yaxşı etdiyini demiş, İzzətin cavabından sonra o da sonuncunu təhqir etmişdir. Evə gedərkən sürətlə “Priora” markalı avtomobilin üzərinə gəldiyini görmüş, İzzət avtomobildən düşərək sonuncunu öz avtomobilinə əyləşdirmək istəmişdir. Bu zaman anası onu İzzətin avtomobilinə əyləşməyinə icazə verməmişdir. İzzət idarə etdiyi avtomobillə anasının ayağına xəsarət yetirmiş, hadisə yerində dəmir dirəyin olması İzzətin avtomobillə anasının üzərindən keçməsinin qarşısını almışdır. Evə gedib yağ bıçağı götürmüş, çölə çıxan zaman İzzətin əlində böyük bir taxta olduğunu, qardaşı Nicatı yuxarı qaldırıb yerə çırpdığını, qardaşına zərbələr endirdiyi görərək onun bel hissəsindən bıçaqla bir dəfə zərbə endirmişdir. İzzət əlində olan taxta ilə onu da döymək istəmiş , lakin əlində olan bıçağı görməmişdir. İzzəti vurmaqda məqsədi onu qorxutmaq olmuşdur. İzzətin ölməsindən qorxduğu üçün bıçaqla ona ikinci zərbəni endirməmiş, bıçağı kənara atmışdır. Zərərçəkmiş şəxsin müalicəsi məqsədilə ümumilikdə 2750 manat pul vermiş, lakin barışıq əldə etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadə verərək göstərmişdir ki, əlilliyə görə müavinət almaq üçün təqsirləndirilən şəxsin anasının ikinci əri olan Zamiq adlı şəxsə 700 manat pul versə də sonuncuya hər hansı sənəd düzəldilməmişdir. Qaynanasıgil ona pensiyanın Gözəlgül adlı şəxs vasitəsilə ala biləcəyini demiş, sənədlərini və pulunu ona pensiya düzəldilməsi üçün Zamiq adlı şəxsə vermişdir. 700 manat məbləğində pulu Zamiqə verməsindən Gözəlgül adlı şəxsin xəbəri olmuş, 5-6 aydan sonra pulunu geri istəməyə başlamışdır. Hadisə olmamışdan üç gün öncə ailəsi ilə birlikdə həmin məsələ ilə bağlı Əmrahgilə də getmişdir. Zamiq adlı şəxsi söydüyü üçün Əmrahın anası gecə saat 11 radələrində ona zəng edərək ailəsinə təhqiredici ifadələr səsləndirmişdir. Sonuncu da qarşılıq olaraq Əmrahın anasını təhqir etmiş, sonra hadisəyə Əmrah müdaxilə etmişdir. Sonradan Əmrah ona zəng edərək nə üçün onun anasını söydüyünü soruşmuş, onu yaşadıqları ünvana dəvət etmişdir. Əmrahgilə gedərkən Əmrahın ailəsi onun üzərinə düşmüş, sonuncu pulunu ələ keçirən şəxsə qarşı nalayiq ifadələr işlətmiş, Gözəlgüldən pulunu tələb etmişdir. Mübahisə əsnasında ona bıçaqla xəsarət yetirilməsini hiss etməmiş, yolda bıçaqlanmasını başa düşmüş, ona bıçaqla xəsarət kim tərəfindən yetirildiyini görməmiş, Təqsirləndirilən şəxs özü bu hadisəni törətdiyini etiraf etmişdir. Hadisə zamanı bıçaq Əmrahın üzərində olmuşdur. Qonşular ona xəstəxanada olarkən şikayətini geri götürmədiyi təqdirdə ondan şikayət edəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona müavinət sənədinin verilməsi üçün verdiyi 700 manat məbləğində pul qaytarılmışdır. Avtomobilinə 1 600 manat məbləğində zərər vurulmuş, 1800 manat pulu isə müalicəsinə sərf etmişdir. Hadisə ilə əlaqədar ona vurulmuş ziyanla bağlı isə təqsirləndirilən şəxs tərəfindən 2700-2800 manat pul ödənilmişdir. Hadisə baş verən yerdə Əmrah, iki qardaşı və anası olmuşdur. Təqsirləndirilən şəxslə barışıq əldə etməmiş, ona qarşı şikayət və tələbi vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün günorta saat 12-1 aralığında işdən gəldiyi vaxt qardaşının İzzətlə mobil telefonda mübahisə etdiyini görmüşdür. İzzət telefonda təhqiredici ifadələr səsləndirərkən qardaşı da ona cavab vermişdir. Mübahisə anasının ikinci ərinin İzzətə pul borcu olması ilə əlaqədar yaranmışdır. Evdə olan zaman İzzət onlara gəlmiş, avtomobili üzərlərinə sürmüş və nəticədə anası ayağından zədələnmişdir. Qardaşı İzzətin avtomobillə anasının ayağını zədələdiyini görüb, evdən bıçaq götürməyə getmişdir. İzzətin əlində bıçaq görməmiş, qardaşı İzzəti avtomobildən düşürdükdən sonra ona bıçaqla xəsarət yetirmiş, İzzət bıçaqlanandan sonra avtomobilə minib çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, İzzətin qaynanasının xahişi əsasında Zamiqin nömrəsini sonuncuya versə də pulun verilməsindən və danışıqlardan xəbəri olmamışdır. Bir müddət sonra İzzətgil pulu ondan tələb etməyə başlamış, buna görə aralarında mübahisə yaranmışdır. Mübahisəyə oğlu Əmrah müdaxilə etdikdən sonra İzzət onların məhəlləsinə gəlmişdir. İzzət avtomobillə onun üzərinə surətlə gəlmiş, lakin qonşunun müdaxiləsinə əsasən avtomobillə turbanın arasında qalması ehtimalı aradan qalxmışdır. Hadisə nəticəsində bədən səthində hər hansı sınıq müşaiyət edilməsə də bətnində olan 3 aylıq övladı ölmüşdür. Bu barədə şikayət etsə də onu ekspertizaya göndərməmişlər. Baş verən hadisələrdən sonra Əmrah evdən yağ bıçağını götürüb İzzəti vurmüşdur. Qonşular onu həyətə apardıqları üçün Əmrahın bıçaq gətirdiyini və İzzəti vurduğunu görməmiş, hadisə barədə məlumatları sonradan eşitmişdir. Evləri ilə hadisə yerinin arasında təxminən 15 metr məsafə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, hadisə zamanı çöldəki səs-küyə çıxan zaman anasının yerdə uzandığını görmüşdür. Yerdə olan bıçağı götürərək ətrafdakı otluq əraziyə atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, çöldə olan səs-küyə çıxdıqda İzzətin avtomobilini arxa-arxaya idarə edərək Gözəlgül xanımın üzərinə sürdüyünü görmüş, Gözəlgül xanımı geri çəkmişdir.Gözəlgül xanımı geri çəkməsə onun avtomobillə turbanın arasında qala biləcəyini bildirmişdir. Bu hadisədən sonra İzzət və Əmrahın arasında olan davadan xəbəri olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid2 onun qonşusudur aralarında münasibətləri normaldır, onlar artıq 7 ildir ki, qonşuluqda yaşayırlar. Gözəgül Qədirovanın 3 övladı var. Böyük oğlu Əmrah Səfərov, Nicat Səfərov, Muhəmməd Səfərov və kiçik oğlu Ömər Səfərovdur. Onlarla da aralarında münasibətləri normal olubdur. Belə ki, Gözəlgülün övladları tərbiyəli və əxlaqlı uşaqlardır. 19 sentyabr 2023-cü il tarixdə saat təxminən 02 radələrində evdə olduğu zaman Şahid2 yaşadığı evin həyətində səs küy gəldiyini eşitmiş və bir qonşu kimi narahat olmuşdur. Buna görə də həmin vaxtı evdən çıxıb Gözəlgülün yaşadığı evin həyətinə getmişdir. O, həmin evin həyətinə çatanda adını sonradan bildiyi İzzət idarə etdiyi “Lada Priora” markalı avtomobili ilə Gözəlgülün yaşadığı evin həyətinə gəldiyini və orada Gözəlgülü söyüb təhqir edərək pul tələb etdiyini görmüşdür. Bu zaman Gözəlgül İzzətə “utanmırsan təhqir edirsən məni borcu qaytaracayıq buna görə niyə məni söyürsən” sözlərini demişdir. Həmin zaman qonşusu Asif səs küyü eşidib həmin Gözəlgülün yaşadığı həyətinə gəlmişdir. Həmin vaxtı Əmrah, Nicat və anası Gözəlgül İzzəti sakitləşdirmək istəmişlər, lakin İzzət buna baxmayaraq yenədə söyüşlər söyməyə başlamışdır. Bundan sonra İzzət öz idarə etdiyi “Lada Priora” markalı avtomobilə minib hərəkətə gətirib bir az arxaya verdikdən sonra avtomobili sürətlə üstlərinə sürmüş, lakin onlara avtomobil ilə toxunmamış və İzzət avtomobili yenidən saxlayıb yerə düşüb hücum etmişdir, bu zaman Əmrah bıçaqla İzzətin kürəyinə bir dəfə vurmuşdur. Bu zaman Gözəlgül və Nicat tez araya girib onları aralamışdır. Bundan sonra Gözəlgül və Əmrah İzzəti xəstəxanya aparmaq istəmişlər, lakin İzzət onları təhqir edərək öz avtomobilinə əyləşib getmişdir. Hadisə zamanı İzzəti Əmrahdan başqa heç kim vurmayıb. Gözəlgül və övladları Əmrahla İzzətə ancaq aralamışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 20 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, 3 saylı Şəhər Kllinik Xəstəxanasından daxil olmuş məlumata əsasən Zərərçəkmiş şəxs döş qəfəsinin kəsilmişdeşilmiş yarası ilə xəstəxanaya müraciət etmişdir ( cild 1, iş vərəqi 6). 20 sentyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısıdır. Birmərtəbəli yaşayış evinin sol tərəfi və arxa tərəfində bir neçə fərdi yaşayış evi vardır. Hadisə baş verən yer açıq ərazidir. Yaşayış evinin qarşısında açıq ərazi sağ tərərfi isə qamışlıq ərazidən ibarətdir. Yer asfalt örtüklüdür. Qan izi aşkar olunmamışdır. Hadisə yerini müşahidə edən video-kameraya rast gəlinməmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb edən sübut və dəlillər mövcud deyildir ( cild 1, iş vərəqi 8-11). 14 fevral 2024-cü il tarixli Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərməklə cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir ( cild 1, iş vərəqi 170-172). 14 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini əyani olaraq göstərməklə cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir ( cild 1, iş vərəqi 172-173). Məhkəmə tibbi-ekspertizasının 18 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hemopnevmotoraksla müşayiət olunan diafraqmanın və qaraciyərin zədələnməsi ilə nəticələnən gövdənin arxa-sağ tərəfinin döş və qarın boşluqlarına nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici- kəsici alətin təsirindən törənmişdir, şəxsin göstərdiyi tarixdə və özünün dediyi şəraitdə bıçaqla yetirilə bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur ( cild 1, iş vərəqi 126-128). 13 fevral 2024-cü il tarixli Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı bir daha təsdiq etmişdir ( cild 1, iş vərəqi 146-149). 13 fevral 2024-cü il tarixli Şahid2 və Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, tərəflər ilkin ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 150-153). 13 fevral 2024-cü il tarixli Şahid5 və Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, tərəflər ilkin ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 154-157). 13 fevral 2024-cü il tarixli Şahid4 və Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, tərəflər ilkin ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 158-161). 13 fevral 2024-cü il tarixli Şahid1 və Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, tərəflər ilkin ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 162-165). 13 fevral 2024-cü il tarixli Şahid3 və Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, tərəflər ilkin ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 166-169). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur ( cild 1, iş vərəqi 124-125). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqə 125-126). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs etiraf edici ifadələrini iş üzrə toplanmış digər sübutlarla müqayisə edərək, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, əməlindən peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs, tərəfindən zərərçəkmiş şəxsə cinayət nəticəsində vurulmuş ziyanın qismən ödənilməsi, törətdiyi əmələ görə peşman olması kimi barəsində olan yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs “barəsində seçilmiş başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs olunmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 sentyabr 2023-cü il tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 35, 78-79). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxil edilir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdən 21 sentyabr 2023-cü il tarixədək tutulduğu müddət ona təyin ediləcək cəza müddətinə hesablanmalı sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı, barəsində hökmlə həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni 08 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə maddi sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına məhkəmə baxışı mərhələsində Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdən 21 sentyabr 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 11 (on bir) ay 29 ( iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin. O dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı barəsində hökmlə həbs qətimkan tədbirinin seçildiyi gündən, yəni 8 iyul 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1475/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1475/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver