Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1475/2025 13.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 05 saylı saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi 142 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi, ev № 92/A, 121 saylı mənzildə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Rəsul” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, 16 fevral 2025-ci il tarixdə axşam saatlarında şəxsiyyəti istintaqa məlum olmayan “Rəsul” adlı şəxsin Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində qeyri-müəyyən şəraitdə gizlətdiyi 03 (üç) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 480 qram, 55 qram və 4,41 qram, ümumi çəkisi isə 539,41 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,335 qram, 0,404 qram, 0,389 qram, 0,211 qram, 0,680 qram, 0,806 qram və 5,252 qram, ümumi çəkisi isə 8,481 qram qəhvəyi rəngli toz şəkilli maddəllər olan kustar üsulla hazırlanmış narkotik maddə heroin, həmçinin 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,308 qram, 2,135 qram, 0,826 qram, 0,341 qram və 0,319 qram, ümumi çəkisi isə 5,929 qram ağ rəngli kristal şəkilli maddələr olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi, ev № 92/A, 121 saylı mənzildə bir ədəd qırmızı rəngli polietilen torbanın içərisində saxlamış, ayrı-ayrı ünvanlara çatdırmaq məqsədi ilə 17 fevral 2025-cı il tarixdə axşam saat 18:45 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd olunmuş ünvanın qarşısında olan zaman saxlanılmış, daha sonra Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi, ev № 92/A, 121 saylı ünvana baxış keçirilən zaman mənzilin qonaq otağında yerləşən divanın altındakı bir ədəd qırmızı rəngli polietilen torbanın içərisindən bir ədəd üzərində heroin və metamfetamin izləri olan qara rəngli elektron tərəzi, 03 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 480 qram, 55 qram və 4,41 qram, ümumi çəkisi isə 539.41 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan və tərkiblərinə görə eyni olub, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,335 qram, 0,404 qram, 0,404 qram, 0,389 qram, 0,211 qram, 0,680 qram, 0,806 qram və 5,252 qram, ümumi çəkisi isə 8,481 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibınə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik maddə olan heroin, həmçinin 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,308 qram, 2,135 qram, 0,826 qram, 0,341 qram və 0,319 qram, ümumi çəkisi isə 5,929 qram ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onun yaşadığı mənzilə qəfil daxil olmuşlar. Evdə tək olmamış, xanımla birlikdə olmuşdur. Həmin xanımın ailəsinin bilməsindən narahat olduğu üçün məcbur olaraq ona verilən sənədlərə qol çəkmişdir. Daha sonra polis əməkdaşları heç bir videoçəkiliş aparmadan qoluna girib onu bayıra çıxartmışlar, sonra isə binanın altında əlinə sellofanı verib çəkiliş etmişlər. Polis əməkdaşları daha sonra onun yaşadığı mənzilə daxil olub divanın altından sellofan çıxardaraq ona qol çəkməsini bildirmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiq olmuşdur. Həmin əməkdaşlar silahın arxası ilə onun başından vurmuşlar. Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətləri olmuşdur. Döyüşdən sonra daimi narkotik vasitələr istifadə etmiş, lakin döyüşdən əvvəl istifadə etməmişdir. Hadisə 17 fevralda baş vermişdir. Polis əməkdaşları onun məhəllədən tanıdığı dostu ilə gəlmişlər. Narkotik vasitələri satış məqsədi ilə əldə etməmiş, şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları gəlməmişdən bir saat əvvəl məhəllədən tanıdığı dostu da onlarla birlikdə olmuş və daha sonra o, polis əməkdaşları ilə birlikdə onun yaşadığı mənzilə gəlmişdir. İbtidai istintaq zamanı ifadəni müstəntiq yazmış, o da təzyiq altında qalıb imzalamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq etmir. Üzərində və yaşadığı mənzildə divanın altında narkotik vasitələr olmamış və həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən oraya qoyulmuşdur. Saxlanılan zaman tanışı Nicat yanında olmamış, sonradan polislərlə birlikdə evə daxil olmuşdur. Nicatın üzərindən narkotik vasitələr aşkar olunmamışdır. Evdə Ləman xanımla birlikdə qalırmış. Onu qərəzli olaraq tutmuşlar. İbtidai istintaq zamanı fiziki və psixoloji zorakılıqla bağlı heç bir dövlət orqanına müraciət etməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, artıq bir neçə ildir ki, narkotik vasitələr olan heroinlə qurudulmuş marixuana istifadə edir. Bu onda asıİlıq yaratdığı üçün həmin maddələrdən arabir istifadə etməyəndə dözülməz ağrıları baş verirmiş. Bu səbəbdən son vaxtlar ağrıları olduqda o, müxtəlif narkotik vasitələr tapıb qəbul etmişdir. O, 17 fevral 2025-ci il tarixdə axşam saat 18:45 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi, “Melissa park” yaşayış kompleksindəki 92/A nömrəli ünvanda, tanışı Şahid1 yanında olan zaman dörd nəfər mülki geyimdə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitələrlə psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın arxa sol cibindən bir ədəd üzərində ***-***-**-** nömrəsi olan ABŞ-da istehsal edilmiş "İphone" markalı mobil telefonu, bir ədəd üzərində ***- ***-**-** nömrəsi olan Çində istehsal edilmiş “Poco" markalı mobil telefonu təqdim etmişdir. Daha sonra onun üzəri yoxlanılmış, yoxlama zamanı əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd mənzil açarı, əynində olan qara rəngli şalvarın sağ yan cibindən özünə aid şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsi və bir ədəd **********273430 nömrəli plastik bank kartı, həmin şalvarın sol yan cibindən 415 manatla 2000 rus rublu, şalvarın arxa sol cibindən isə bir ədəd pul qabı aşkar olunmuşdur. Yoxlama zamanı onun üzərində əlavə olaraq heç bir əşya, yaxud predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş iki ədəd mobil telefon, bir ədəd plastik bank kartı, özünə aid şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsi ondan götürülmüş, pul və digər əşyalar isə onun özünə geri qaytarılmışdır. Daha sonra eyni təklif onun yanında olan Şahid1 edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərində ***-***-**-** nömrəsi olan ABŞ-da istehsal edilmiş “İphone" markalı mobil telefonu təqdim etmişdir. Qısa müddət sonra Şahid1 üzəri yoxlanılmış, yoxlama zamanı əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, səkkiz manat məbləğində pul, şalvarın sol cibindən isə bir ədəd siqaret qutusu ilə bir ədəd alışqan aşkar olunmuşdur. Yoxlama zamanı sonuncudan heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Şahid1 üzərindən aşkar edilmiş bir ədəd mobil telefonla ona aid şəxsiyyət vəsiqəsi götürülmüş, lakin pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Daha sonra özünün razılığına əsasən o, polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi, ev 92/A, 121 saylı mənzilə daxil olmuşdur. Həmin vaxt onunla birlikdə qeyri-rəsmi yaşayan Şahid2da qeyd olunan mənzildə olmuşdur. O, kirayə qaldığı mənzilin qonaq otağındakı divanın altında gizlətdiyi bir ədəd qırmızı rəngli torbanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Onun özünün iştirakı ilə həmin qırmızı rəngli torba açılmış və torbanın içərisindən bir ədəd qara rəngli elektron tərəzi, üç ədəd bağlamada qurudulmuş marixuana, beş ədəd bükümdə metamfetamin və yeddi ədəd bükümdə heroin aşkar edilmişdir. Bundan sonra həmin kütlə onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuana kütləsinin ümumilikdə çəkisi təxminən 591 qram, metamfetamin kütlələrinin çəkisi təxminən 06 qram, heroin kütlələrinin çəkisi isə təxminən 09 qram müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş predmetlərlə elektron tərəzi qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmiş, lakin şübhə doğuran əşya, yaxud maddə aşkar edilməmişdir. O, aşkar olunmuş narkotik vasitələrlə psixotrop maddələri şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Rəsul” adlı şəxsin vasitəsi ilə 300 manat pul müqabilində götürdüyünü, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını və yanında olan tanışları Şahid1 ilə Şahid2 narkotik vasitə və psixotrop maddələrdən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra onu polis əməkdaşları Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. Orada həmin idarənin təhqiqatçısı, polis mayoru X10 tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili X5 ona müdafiəçi qismində təqdim edilmişdir. O, bir daha aşkar olunmuş narkotik vasitələrlə psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Rəsul” adlı şəxsin vasitəsi ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində gizlədilmiş müvafiq yerdən bir gün əvvəl, yəni 16 fevral 2025-ci il tarixdə axşam saatlarında müxtəlif ünvanlara çatdırmaq və istifadə etmək məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 300 manat məbləğində pul verəcəyini bildirmişdir. Baxış keçirilən zaman evində iştirak etmiş tanışları Şahid1 ilə X11 da bir az sonra dindirilmələri üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və psixi zor göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 17 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumatla bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsində yerləşən “Melissa” parkın qarşısında saxlamışlar. Telmanın yanında Nicat adlı şəxs də olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman heç bir narkotik vasitə aşkarlanmamış, lakin yaşadığı mənzilə baxış keçirilərkən oradan qırmızı sellofanın içində 03 büküm marixuana, 5 büküm metamfetamin, 8 büküm heroin və bir ədəd tərəzi aşkarlanmışdır. Telman bildirmişdir ki, narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından əldə etmişdir. Mənzilə daxil olarkən Telmanın yanında Ləman adlı xanım da olmuşdur. Nicatın üzərinə baxış keçirmişlər, lakin onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Ləman xanımın üzərinə baxış keçirməmişlər. Onlara daxil olan məlumat yalnız Telmanla bağlı olmuşdur. Nicat və Telmanın əlaqəsinin nə zamandan bəri olduğunu bilmirmiş. Ləman xanım evdən çıxan narkotikdən xəbəri olmadığını bildirmişdir. Telman narkotik vasitələrin ona aid olduğunu etiraf etmişdir. Telmana qarşı hər-hansı qanunsuz əşyanın boynuna alması üçün fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid4, Şahid6 və Şahid5 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını bilməmiş, lakin arabir narkotik maddə qəbul etdiyini bilirdi. Kirayə qaldıqları mənzilə 12 gün olardı ki, köçmüşdülər. Təqsirləndirilən şəxs çörək qazanmaq məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olurdu. 17 fevral 2025-ci il tarixdə axşam saat 19 radələrində kirayə qaldığı mənzildə olduğu zaman Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə mənzilə daxil olmuşlar. Təqsirləndirilən şəxs həmin vaxt evdə olan polis əməkdaşları ilə birlikdə mənzilin qonaq otağına keçmiş və oradakı divanın altında ondan xəbərsiz gizlətdiyi bir ədəd qırmızı rəngli torbanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları həmin torbanı açmışlar və torbanın içərisindən narkotik aşkar edilmişdir. Mənzilin digər otaqlarına polis əməkdaşları tərəfindən baxış keçirilsə də, oradan hər hansı bir qanunsuz əşya aşkar etməmişlər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxın müddətdir ki, onunla Təqsirləndirilən şəxs arasında dostluq münasibətləri yaranmışdir. O, tanış oldugu vaxtdan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, lakin arabir narkotik maddə qəbul etdiyini bilmişdir. Təqsirləndirilən şəxs bir müddət əvvəl Ləman adlı xanımla birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 yaşayış evində yerləşən 121 saylı mənzildə kirayə yaşamağa başlamışlar. O, 17 fevral 2025-ci il tarixdə axşam saat 18:45 dəqiqədə Telmanla birlikdə sonuncunun kirayə qaldığı yaşayış evinin qarşısında olan zaman dörd nəfər mülki gevimdə olan polis əməkdaşı onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Hər ikisinin narkotik vasitələrlə psixotrop maddələrin dövriyyəsində sübhəli olduqlarını bildirərək, ona və Telmana üzərlərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etməklərini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının arxa sol cibindən bir ədəd üzərində ***-***-**-** nömrəsi olan ABŞ-da istehsal edilmiş “İphone” markalı mobil telefonla, bir ədəd üzərində ***-***-**-** nömrəsi olan Çində istehsal edilmiş "Poco" markalı mobil telefonu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, yoxlama zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd mənzil açarı, əynində olan qara rəngli şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsi və bir ədəd **********273430 nömrəli plastik bank kartı, həmin şalvarın sol yan cibindən 415 manat pul, 2000 rus rublu, şalvarın arxa sol cibindən bir ədəd pul qabı aşkar olunmuşdur. Yoxlama zamanı sonuncudan başqa heç bir əşya, yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş iki ədəd mobil telefon, bir ədəd plastik bank kartı, şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsi götürülmüşdür. Lakin pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Bir az sonra eyni təklif ona edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərində ***-***-**-** nömrəsi olan ABŞ-da istehsal edilmiş «İphone» markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra üzəri yoxlanılmış, yoxlama zamanı əynində olan həmin şalvarın sağ yan cibindən bir ədəd özünə aid şəxsiyyət vəsiqəsi, səkkiz manat pul şalvarın sol cibindən isə bir ədəd siqaret qutusu ilə bir ədəd alışqan aşkar olunmuşdur. Yoxlama zamanı üzərində əlavə olaraq heç bir əşya, yaxud predmet aşka edilməmişdir. Üzərindən aşkar edilmis bir ədəd mobil telefon, özünə aid şəxsiyyət vəsiqəsi, pul və digər əşyalar yenidən ona geri qaytarılmışdır. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs razılığını aldıqdan sonra onunla birlikdə sonuncunun kirayə qaldığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, ev 92/A, 121 saylı mənzilə daxil olmuşlar. Təqsirləndirilən şəxs kirayə qaldığı mənzilin qonaq otağındakı divanın altında gizlətdiyi bir ədəd qırmızı rəngli torbanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin qırmızı rəngli torba açılmış və torbanın içərisindən bir ədəd qara rəngli elektron tərəzi, üç ədəd bağlamada qurudulmuş marixuana, beş ədəd bükümdə metamfetamin və yeddi ədəd bükümdə heroin aşkar edilmişdir. Bundan sonra həmin kütlə Təqsirləndirilən şəxs iştirakı ilə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuana kütləsinin ümumilikdə çəkisi təxminən 591 qram, metamfetamin kütlələrinin çəkisi təxminən 06 qram, heroin kütlələrinin çəkisi təxminən 09 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər və elektron tərəzi qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilmiş, lakin hər hansı şübhə doğuran əşya, yaxud maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının qarşısında etiraf etmişdir ki, kirayə qaldığı evdə aşkar olunan narkotik vasitələrlə psixotrop maddələri İran İslam Respublikası vətəndaşı "Rəsul" adlı şəxsin vasitəsi ilə 300 manat pul müqabilində götürmüş, başqa heç bir yerdə narkotik vasitə saxlamamış və yanında olan tanışları X12 ilə onun həmin narkotik vasitələrlə psixotrop maddələrdən xəbərləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 fevral 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsində əsaslı şübhələr olan Həsənov X6 rayonu, H.ünvan 4 ünvanında saat 18:45 radələrində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir (cild 01, i/v 03). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilinə baxış keçirilməsinə dair” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 92 A ünvanında “Melissa park” yaşayış kompleksində X2 yanında olan zaman saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sol cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefon, 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “Poco” markalı mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, yoxlama zamanı əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd açar, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd **********273430 nömrəli plastik bank kartı, 1(bir) ədəd şəxsə aid sürücülük vəsiqəsi, həmin şalvarın sol yan cibindən 415 (dörd yüz on beş) manat, 2000 (iki min) rus rublu, şalvarın arxa sol cibindən 1 (bir) ədəd pul qabı aşkar olunmuşdur. Yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon, 1 (bir) ədəd plastik bank kartı, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi sonuncudan götürülmüş, pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl X4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X7 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefonu təqdim etmişdir. X14 üzəri yoxlanılmış, yoxlama zamanı əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 8 (səkkiz) manat pul, şalvarın sol cibindən 1 (bir) ədəd siqaret qutusu və 1 (bir) ədəd alışqan aşkar olunmuşdur. Yoxlama zamanı sonuncudan heç bir əşya və predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi sonuncudan götürülmüş, pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Daha sonra Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış aparılmışır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs ünvanda olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağındakı divanın altından 1 (bir) ədəd qırmızı rəngli torbadan 1 (bir) ədəd elektron tərəzi, 3 (üç) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələri, 5 (beş) ədəd bükümdə metamfetaminə bənzər kütlələri, 7 (yeddi) ədəd bükümdə heroinə bənzər kütlələri təqsdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya bənzər kütlənin ümumilikdə çəkisi 591 (beş yüz doxsan bir) qram, metamfetaminə bənzər kütlənin çəkisi 7 (yeddi) qram, heroinə bənzər kütlənin çəkisi 9 (doqquz) qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər, tərəzi qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Mənzilin digər otaqlarında və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iz üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Rəsul” adlı şəxsin vasitəsi ilə istifadə və 300 manat pul müqabilində götürdüyünü, başqa heç yerdə narkotik vasitə saxlamadığını, yanındakı şəxslərin narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. Şahid2 və Şahid1 verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələrdən xəbərsiz olduqlarını bildirmişlər (cild 01, i/v 10- 12). “Şübhəli şəxsin tutulması haqqında” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i/v 22). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan 02 ədəd mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi və 01 ədəd bank kartı götürülmüşdür. Daha sonra 01 ədəd torbaya və 01 ədəd DVD-yə baxış keçirilmiş və 01 ədəd torbadan 03 ədəd bağlamada, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlələr, 05 ədəd metamfetaminə bənzər kütlələr, 07 ədəd heroinə bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi yenidən qablaşdırılaraq möhürlənmişdir. Daha sonra 01 ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmiş və DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olumuş narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Rəsul” adlı şəxsin vasitəsi Abşeron rayonu ərazisindən gizlədilmiş yerdən 01 gün qabaq ünvanlara çatdırmaq və istifadə etmək məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 300 manat pul verəcəyini, başqa heç yerdə narkotik vasitə saxlamadığını, saxlanılan zaman yanındakı şəxslərin narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir (cild 01, i/v 31-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2025-ci il tarixli, 6/728 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan polietilen bağlamadakı 06 ədəd bükümdə və 01 ədəd bükümdə iki büküm olmaqla, ümumilikdə 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,335 qram, 0,404 qram, 0,404 qram, 0,389 qram, 0,211 qram, 0,680 qram, 0,806 qram 5,252 qram, ümumi təmiz çəkisi 8,481 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,135 qram, 2,308 qram, 0,319 qram, 0,341 qram, 0,826 qram, ümumi təmiz çəkisi 5,929 qram ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,0 manat təşkil edir (cild 01, i/v 40-46). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 18 fevral 2025-ci il tarixli 7/319 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş" yazı və imzalar olan polietilen bağlamadakı 03 (üç) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 480 qram, 55 qram və 4,41 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 539,41 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəçikləri yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78,0 manat təşkil edir (cild 01, i/v 47-51). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-159/2025 nömrəli, 19 fevral 2025ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 84-88). “Maddi sübut kimi tanınması haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 03 (üç) ədəd bağlamadakı təmiz çəkisi 539,41 qram narkotik vasitə olan qurudulmuş marixuana, 05 (beş) ədəd bükümdəki təmiz çəkisi 5,929 qram psixotrop maddə olan metamfetamin, 08 (səkkiz) ədəd bükümdəki təmiz çəkisi 8,481 qram narkotik maddə olan heroin və 01 (bir) ədəd qara rəngli elektron tərəzi maddi sübut kimi tanınmış, həmçinin ekspertiza tədqiqatına 0,3 qram sərf edildikdən sonra qalıq qalmış bir ədəd kağız paketdə - 539,11 qram narkotik vasitə olan qurudulmuş marixuana, ekspertiza tədqiqatına 0,15 qram sərf edildikdən sonra qalıq qalmış bir ədəd kağız paketdə- 5,779 qram psixotrop maddə olan metamfetamin, ekspertiza tədqiqatına 0,02 qram sərf edildikdən sonra qalıq qalmış bir ədəd kağız paketdə - 8,321 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd qara rəngli elektron tərəzi saxlanılması üçun Yasamal Rayon Polis İdarəsinin məsul saxlanc yerinə təhvil verilmişdir (cild 01, i/v 105). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Yasamal RPİ-də CM-nin 234.4.3-cü maddi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işinin icraatı xx.xx.2024-cü il tarixdə CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır (cild 01, i/v 109-110). “DVD formatındakı disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş birinci diskə baxış keçirilərkəm məlum olmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 17 fevral 2025-ci il tarixdə saat 18:50 dəqiqədə qeydə alınmış, diskdə olan görüntüdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3, Şahid4, Şahid6 və Şahid5 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, “Melissa park” yaşayış kompleksindəki ev 92 A saylı yaşayış evinin dəhlizində Təqsirləndirilən şəxs və X2 üzərinə baxış keçirilir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sol cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefon, 1 (bir) ədəd üzərində ***- ***-**-** nömrəsi olan “Poco” markalı mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, yoxlama zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd açar, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd **********273430 nömrəli plastik bank kartı, 1(bir) ədəd şəxsə aid sürücülük vəsiqəsi, həmin şalvarın sol yan cibindən 415 (dörd yüz on beş) manat, 2000 (iki min) rus rublu, şalvarın arxa sol cibindən isə 1 (bir) ədəd pul qabı aşkar olunmuşdur. Yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon, 1 (bir) ədəd plastik bank kartı, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi sonuncudan götürülmüş, pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Daha sonra X7 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefonu təqdim etmişdir. Bundan X14 üzəri yoxlanılmış, yoxlama zamanı əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 8 (səkkiz) manat pul, şalvarın sol cibindən 1 (bir) ədəd siqaret qutusu və 1 (bir) ədəd alışqan aşkar olunmuşdur. Yoxlama zamanı sonuncudan heç bir əşya və predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi sonuncudan götürülmüş, pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs razılığını aldıqdan sonra sonuncunun kirayə qaldığı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 92 A, 121 saylı mənzilə daxil olmuşlar. Təqsirləndirilən şəxs kirayə qaldığı mənzilin qonaq otağındakı divanın altında gizlətdiyi 1 (bir) ədəd qırmızı rəngli torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin qırmızı rəngli torba açılmış və torbanın içərisindən bir ədəd qara rəngli elektron tərəzi, üç ədəd bağlamada qurudulmuş marixuana, beş ədəd bükümdə metamfetamin və yeddi ədəd bükümdə heroin aşkar edilmişdir. Bundan sonra həmin kütlə Təqsirləndirilən şəxs iştirakı ilə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuana kütləsinin ümumilikdə çəkisi təxminən 591 qram, metamfetamin kütlələrinin çəkisi təxminən 06 qram, heroin kütlələrinin çəkisi isə təxminən 09 qram müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər və elektron tərəzi qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Mənzilin digər otaqlarına və hissələrinə baxış keçirilsə də, hər hansı şübhə doğuran əşya, yaxud maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Rəsul” adlı şəxsin vasitəsi ilə 300 manat pul müqabilində aldığını bildirmişdir. Bundan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi, ev 92/A, 121 saylı mənzildə aşkar olunaraq təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokola əlavə edilmiş ikinci diskə baxış keçirilərkəm məlum olmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 17 fevral 2025-ci il tarixdə saat 21:20 dəqiqədə qeydə alınmış, görüntüdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X10 tərəfindən həmin idarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun yaşadığı evdə aşkar edilərək götürülmüş bir ədəd qara rəngli elektron tərəzi, üç ədəd bağlamada qurudulmuş marixuana, beş ədəd bükümdə metamfetamin və yeddi ədəd bükümdə heroini təqdim etmişdir. Həmçinin qeyd olunan bir ədəd qara rəngli elektron tərəzi, üç ədəd bağlamada qurudulmuş marixuana, beş ədəd bükümdə metamfetamin, yeddi ədəd bükümdə heroin, bir ədəd üzərində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefon, bir ədəd üzərində ***-***-**-** nömrəsi olan “Poco” markalı mobil telefon, bir ədəd açar Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsi, bir ədəd **********273430 nömrəli plastik bank kartı təhqiqatçı X8 təqdim edilməsi zamanı çəkilmiş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı təqdim edilən kütlələrlə, yəni üç ədəd bağlamada olan qurudulmuş marixuanaya, beş ədəd bükümdə olan metamfetaminə və yeddi ədəd bükümdə olan heroinə ayrı-ayrılıqda baxış keçirilmişdir (cild 01, i/v 126). "xxxx" MMC-dən ələ keçirilərək götürülmüş CD formatlı diskin yaddaşına köçürülmüş məlumatlara baxış keçirilməsi haqqında” 11 aprel 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsindən 18 yanvar 2025-ci il tarix saat 00:00-dan 19 fevral 2025-ci il tarix saat 00:00-a kimi olan müddət ərzində çıxan və daxil olan SMS mətnlərinə aid məlumatlara dair qeydlər alınmış, həmin SMS mətnlərində iki dəfə “Dusursen usag gozduyur meni”, dörd dəfə “Ala besdır ey mala gorə soyus yemeyın yaxsıkı sesını yazmıssm ey mende bunu absırvut ederem onda gorum nece çıxasan yaşamala”, iki dəfə “gir seta ishim var” və iyirmi doqquz dəfə “gir bu telfuna cavab verda brat” sözləri qeydə alınsada cinayət işi üçün əhəmiyyətli ola biləcək narkotik vasitələrin və yaxud psixotrop maddələrin qanunsuz dövriyəsi ilə bağlı hər hansı bir yazışma aşkar olunmadı. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən 18 yanvar 2025-ci il tarix saat 00:00-dan 19 fevral 2025-ci il tarix saat 00:00-a kimi olan müddət ərzində çıxan və daxil olan SMS mətnlərinə aid məlumatlara dair qeydlər alınmış, həmin SMS mətnlərində iki dəfə “Aga 15 deq vaxtin var 70 İ at karta", iki dəfə “Yoxsa gelrem zigdaki evden cixardam seni sene gore men colde qalmali deylem yaxsimi", iki dəfə “Menem rustemdıı”, iki dəfə “Totu men burdayam duwda baci”, iki dəfə “Ay abla sen bilirsen axi men bu zeheri cekirem Bu donan maldi men bunu neyneyirem?? Men urmiyani cekirem ancaq vezyetim duzelir. Bu tuxta lazimsiz mali”, iki dəfə “men neyneyirem??", iki dəfə “e bawva donum gelem yoldayam", iki dəfə "telman 20 elede 15/5 teli sene qurban qonagimiz var oncun dobri elede”. iki dəfə “Dushde burdayam”, iki dəfə “telman burdayam metron yanda", iki dəfə “telman mene zeng ele bidene telim sonur burdayam", iki dəfə “Biden imkan var yiqda mene netım yoxdu”, iki dəfə “salam leman bidene mene zeng vurda”, iki dəfə “Keşbek köçürülüb və səni gözləyir!’’, iki dəfə “lemow bidene yigda meni imkan varsa kon yoxdu pulsuz sms var", iki dəfə “TeLman men mehle usaginin evindeyem. Yeni ki yadimnan cixmamisan. Aparat bıraz aralıdı. Uzağı bir-iki saata cole cixanda atacamda yaxsi? ARXEYİN", iki dəfə “Ay brat mazqi dikillerde sora adamin”, iki dəfə “Senin evine gəlirəm tanıyıram da onsuz evinizi gözde gelem”, iki dəfə “Evde ol gelirem evinize seni ......mene borc olsun o maşınlarım”, dörd dəfə “izlət məndən arvadına deyecem gözde yoldayam”, iki dəfə “Görək kim yaxsi ...... eliyir”, altı dəfə “Mehlevizdeyem hardasan”, iki dəfə “qaqaw belle elemede yeke oğlansan ol adı kı” iki dəfə “Nolubki brat”, iki dəfə “Qaqa menem zz", dörd dəfə “qaqa men buddayam yazıram” iki dəfə “Telman mən gəlim ora yavaş yavas", iki dəfə “Qaqa internetimiz qutarıb bızı yıg". iki dəfə “Bideki necenci mertebede dayanag parkin qabagindayıq”, iki dəfə “Telman aşaqda gozduyuram”, iki dəfə “Telman masunvuun yanındayam sahardan dus yola salda manı basuva donum”, iki dəfə “Qaqa lili var 300-duk zəng vuram he yox dene yanımda adam var soruca", dörd dəfə “bilmirəm”, iki dəfə “Varsa gelende verir xalam oğlu isdiyir 60 manati var keçən səfər ver”, iki dəfə “ik e xalam oğlu ona", dörd dəfə “Gorda bu seta”, iki dəfə “men getdim”, iki dəfə “Senin mawinivin arxasindayam”, on beş dəfə “Siz hatdasiz siza zang çatmır”, iki dəfə "Telman acda teli”, iki dəfə “Qaqaw yig meni tez tecilidi”, iki dəfə “Telman salam bide mene zeng vur” və iki dəfə “menəm leyla” sözləri qeydə alınsada cinayət iş üçün əhəmiyyətli ola biləcək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı bir sıra yazışma aşkar olunmuşdur. “Mobil telefona baxış keçirilməsi haqqında” 22 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsə məxsus olan +**********34 nömrəsi ilə istifadə olunmuş “İphone” markalı mobil telefona baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı hal aşkar edilməmişdir (cild 01, i/v 133-134). “Mobil telefona baxış keçirilməsi haqqında” 26 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsə məxsus olan +**********43 nömrəsi ilə istifadə olunmuş “Poco” markalı mobil telefona baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı hal aşkar edilməmişdir (cild 01, i/v 135-136). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsin xx.xx.2025-ci il tarixli 2427 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində “619.2" diaqnozu ilə dispanserində qevdiyyatdadır (cild 01, i/v 149-150). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 1485 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (cild 01, i/v 151-154). “Sübutların qiymətləndirilməsi haqqında” 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxsin üstünün yoxlanılmasına və mənzilinə baxış keçirilməsi zamanı, eləcə də təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi zaman qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD-R diski isə iş üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, i/v 171-181). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 155760 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir (cild 02, i/v 75). Azərbaycan Respublikası Medalının İ-14631 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 02, i/v 76). Azərbaycan Respublikası Medalının İ-18184 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 02, i/v 76). Azərbaycan Respublikası Medalının İ-30296 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (cild 02, i/v 76). 03 oktyabr 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçməsi ilə bağlı tibbi kartın 12-ci bəndinə əsasən müəyyən olunur ki, şəxs həbs olunmadan əvvəl hər hansı zədə və bədən xəsarəti almadığını bildirmişdir (cild 02, i/v 96-100). Azərbaycan Respubliksa DİN-nin Yasamal Rayon Polis idarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə dail olmuş xx.xx.2025-ci il tarixli, 3-13-53/2-230090712/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməlinə hissəvi xitam verilməklə cinayət işinin icraatı CPMnin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cild 02, i/v 143). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiq olduğunu, həmin əməkdaşlar silahın arxası ilə onun başından vurduqlarını, Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətlərinin olduğunu, ibtidai istintaq zamanı ifadənin müstəntiq tərəfindən yazıldığını, o da təzyiq altında qalıb imzaladığını, onun üzərində və yaşadığı mənzildə divanın altında narkotik vasitələrin olmadığını və aşkar olunmuş həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən oraya qoyulduğunu bildirsə də, məhkəmə onun məhkəmə istintaqı zamanı verilmiş ifadəsini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, aşkar olunmuş narkotik vasitələrlə psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Rəsul” adlı şəxsin vasitəsi ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində gizlədilmiş müvafiq yerdən bir gün əvvəl, yəni 16 fevral 2025-cı ıl tarixdə axşam saatlarında müxtəlif ünvanlara çatdırmaq və istifadə etmək məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 300 manat məbləğində pul verəcəyini bildirmişdir. Bundan başqa, istər təqsirləndirilən şəxsin üzərinə baxış və götürmə həyata keçirilən zaman Təqsirləndirilən şəxs tam sərbəst şəkildə aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Rəsul” adlı şəxsin vasitəsi ilə istifadə və 300 manat müqabilində götürdüyünü, başqa heç yerdə narkotik vasitə saxlamadığını, yanındakı şəxslərin narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. Bundan savayı, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(004)-159/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata məhkəmə iclasında baxılan zaman təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiq olduğunu, həmin əməkdaşlar silahın arxası ilə onun başından vurduqlarını və Bakı İstintaq Təcridxanasına daxil olarkən xəsarətlərinin olduğunu bildirsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 02 oktyabr 2025-ci il tarixli, 3-16-17/40/2-868/2025 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman zədə almadığını bildirmişdir. Bundan savayı, iş materiallarında olan 18 fevral 2025-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi”nə dair protokol, o cümlədən, 19 fevral 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilən zaman müstəntiq tərəfindən polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış aparılarkən hər hansı psixi və yaxud fiziki zor tətbiq edilməsinə dair ona ünvanlanmış suala cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və sair təyziqlər göstərilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ötən uzun müddət ərzində ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etməmiş, bununla bağlı nə müstəntiqə, nə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair irəli sürülmüş vəsatətə baxılan zaman məhkəmə iclasına sədrlik edən hakimə hər hansı söz deməmiş, əksinə müstəntiq tərəfindən ona həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilən zaman polis əməkdaşları tərəfindən hər nası fiziki zor və sair təyziqlər götstərilmədiyini bildirmişdir ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, əksinə heç bir sübuta əsaslanmayan və iş materialları ilə öz təsdiqini tapmayan dəlillərə istinad olunduğunu nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Qeyd olunanlara yanaşı məhkəmə həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadənin müstəntiq tərəfindən yazıldığını, o da təzyiq altında qalıb imzaladığını qeyd etsə də, Təqsirləndirilən şəxs həm “şübhəli şəxs qismində dindirilməsi” protokolundan, həm də “təqsirləndirilən şəxs qismində dindirilməsi” protokolundan görünür ki, o, müstəntiqin ifadənizə başqa əlavə və düzəlişiniz varmı sualına başqa əlavəm və düzəlişim yoxdur, ifadəm mənə ucadan oxundu, sözlərimlə yazılmışdır və imzamla doğruluğunu təsdiq edirəm cavabını bildirmişdir ki, bu da onun ifadəsininin müstəntiq tərəfindən yazılmasına və o da təzyiq altında qalaraq imzalamasına dair dəlilinin də özünümüdafiə naminə irəli sürülmüş dəlil olmasının göstəricisidir. Bundan əlavə məhkəmə həmçinin təqsirləndirilən şəxsin üzərində və yaşadığı mənzildə divanın altında narkotik vasitələrin olmadığını və aşkar olunmuş həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən oraya qoyulduğunu, saxlanılan zaman tanışı Nicatın yanında olmadığını, sonradan polislərlə birlikdə evə daxil olduğunu bildirsə də, məhkəmə onun bu ifadəsini də işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilmiş Əməliyyat-axtarış tədbirinin keçirilməsini və şübhəli şəxsin üstünün yoxlanılmasını və mənzilə baxış keçirilməsini əks etdirən videodiskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 17 fevral 2025-ci il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, “Melissa park” yaşayış kompleksindəki ev 92 A saylı yaşayış evinin dəhlizində X7 ilə birgə saxlanılmışdır. Təqsirləndirilən şəxs və Nicat Ələkbərovun üzərinə baxış keçirilmiş, baxış zamanı onların üzərində qanunla qadağan edilmiş hər hansı əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs razılığını aldıqdan sonra onun kirayədə qaldığı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 92 A, 121 saylı mənzilə daxil olmuşlar. Təqsirləndirilən şəxs kirayədə qaldığı mənzilin qonaq otağındakı divanın altında gizlətdiyi 1 (bir) ədəd qırmızı rəngli torbanı çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin qırmızı rəngli torba açılmış və torbanın içərisindən bir ədəd qara rəngli elektron tərəzi, üç ədəd bağlamada qurudulmuş marixuana, beş ədəd bükümdə metamfetamin və yeddi ədəd bükümdə heroin aşkar edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən marixuana (kannabis) qurudulmuş halda 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar, heroin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetamin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müharibə veteranı olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, Xocavəndin və Cəbrayılın azad olunması medallarının olmasını nəzərə alır və və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 17 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 8.321 qram narkotik maddə olan heroin, 5.779 qram psixotrop maddə olan metamfetamin, 539,11 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut – 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, onun xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 192,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 17 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun. Onun xx.xx.2024-cü il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 539,11 qram narkotik vasitə qurudulmuş marixuana, 8,321 qram narkotik vasitə heroin, 5,779 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Cinayət işi üzrə maddi sübut- 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 192,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1475/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1475/2025
13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver