Məhkəmə qərarları › İş №1(101)-1476/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1476/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1476/2021 04.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvələr məhkum olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla İmişli şəhəri, ünvan 2a Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.3.2, 32.4, 312.2, 310 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ələ keçirmək məqsədilə 2019-cu ilin aprel ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu ərazisində tanışı Şahid4 vasitəsilə sonuncunun tanışı Şahid3 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə aralarında inam yaradaraq Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsində yerləşən yaşayış məntəqələrinin torpaqları daxilində, dövlət mülkiyyətində olan 583 m2 ölçüdə torpaq sahəsinə “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsi üzərində gələcəkdə inşa ediləcək qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə köməklik göstərilməsinə dair 2019-cu ilin aprel ayında cinayətdən xəbərsiz Şahid4 vasitəsilə müraciət etmiş Şahid3 özünün Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək qeyd olunan torpaq sahəsinə dair çıxarışın alınması və həmin sahədə gələcəkdə qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi məsələsini həll etmək imkanına malik olmasını yalandan bildirib Şahid4 vasitəsilə Şahid3 inandıraraq, həmin məsələnin müsbət həlli üçün Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi qanunsuz hərəkətə yəni dövlət mülkiyyətində olan torpaq sahəsinin köhnə tarixə sənədlər hazırlanmaqla qanunsuz yolla xüsusi mülkiyyətə verilməsini təmin etməyə görə birbaşa yolla özü vasitəsilə qeyd olunan sənədlərin hazırlanması prosesinə başlamaq üçün ilkin olaraq 20.000 manat, qalan 180.000 manat pul vəsaitinin isə sənədlər hazır olduqdan sonra verilməsi şərtilə, ümumilikdə maddi nemət olan 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid4 vasitəsilə Şahid3 bildirərək sonuncu ilə bu barədə razılaşmaqla sövdələşib, 2019-cu ilin may ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində Şahid4 idarə etdiyi “Mercedes-Benz C-Klass” markalı, 10- RL-112 dövlət qeydiyyat nişanlı avtomobilində sonuncu ilə görüşərək Şahid4 ilkin olaraq 20.000 manat, bundan 3 gün sonra qeyd edilən ərazidə eyni niyyətlə Şahid3 Şahid4 vasitəsilə əlavə 10.000 manat pulu istəyərək həmin gün eyni ərazidə sonuncudan qeyd edilən məbləğdə pulu, 15.05.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində Şahid3 Şahid4 vasitəsilə 10.000 manat istəyərək, həmin gün ünvan 4 ünvanında yerləşən “Qoç əf restoranının qarşısında “Mercedes- Benz C- Klass” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan həmin dövrün məzənnəsi ilə 10.000 manat olan 5.800 ABŞ dolları pulu və 28.08.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində qeyd olunan torpaq sahəsinə dair Şahid3 adına Milli Arxiv İdarəsində köhnə tipli arxiv sənədi hazırlayacağı adı ilə həmin İdarəyənin məsul vəzifəli şəxslərinə vermək üçün Şahid3 Şahid4 vasitəsilə 10.000 manat pul vəsaitini istəyərək, həmin gün qeyd olunan ərazidə avtomobildə sonuncudan 10.000 manat pul istəyib ümumilikdə 50.000 (əlli min) manat məbləğində pul vəsaitini ələ keçirməklə şəxsi ehtiyaclarına xərcləmiş, bununla da, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 50.000 (əlli min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin-Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, 07 may 2021-ci il tarixdə Şahid3 Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılaraq onun başqa şəxsə qarşı dələduzluq cinayəti törətməsi barədə məlumat verilməsindən sonra bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid3 həmin niyyətlə qalan 150.000 manat pul vəsaitini almağa nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid3 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirmək məqsədilə 2020-ci ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Heydər Əliyev adına Respublika sarayf’mn yaxınlığında tanışı Şahid1 ilə görüşü zamanı özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək Şahid1 övladı Şahid2 Dövlət Təhlükəsizliyi Xidmətində ixtisası üzrə maliyyə sahəsində işə düzəltməsinin mümkünlüyünü soruşarkən, Şahid1 guya özünün həmin Xidmətdə işləməsi ilə əlaqədar yaxın münasibətlərindən istifadə edərək Şahid2 maliyyə şöbəsində işə düzəldə biləcəyi barədə bilə- bilə yalandan vəd etmiş, bir neçə gün sonra 2020-ci ilin avqust ayında Şahid1 yaşadığı ünvan 5 ünvanında yerləşən 12 nömrəli mənzilində sonuncu ilə görüşərək həmin məsələnin müsbət həlli üçün Dövlət Təhlükəsizliyi Xidmətində işləyən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəkləri qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin şəxsən rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib, sonuncu ilə bu barədə razılaşmaqla sövdələşmiş, həmin niyyətlə 2020-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə Şahid1 yaşadığı qeyd olunan mənzildə ondan 10.000 manat məbləğində pul vəsaitini alaraq ələ keçirmiş, 2020-ci ilin sentyabr ayının ortalarında sonuncunun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək həmin məbləğin işin həll olunması üçün kifayət etmədiyini, Şahid2 işə qəbul olunma yaş həddinin keçməsinə görə əlavə olaraq 5000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olduğunu, lakin 2000 manatı övladlarının toyunda iştirak etmədiyi üçün toy pulu qismində bağışladığını və 3.000 manat pulu verməsini Şahid1 bildirməklə sövdələşmiş, həmin niyyətlə 2020-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrosunun yaxınlığında sonuncudan 3000 manat pulu, ümumilikdə 13.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 13.000 (on üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin cəmiyyətdə qəbul edilən nüfuzuna xələl gətirməklə hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Bundan əlavə, o, 17 may 2021 -ci il, 19 may 2021 -ci il və 18 iyun 2021- ci il tarixlərdə ********* nömrəli cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, üzləşdirmə aparılarkən ona Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilməklə yanaşı, yazılı qaydada həmin Məcəllənin 91.7-ci maddəsində nəzərdə tutulmuş “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz” kimi tələblər barədə, habelə Azərbaycan Respublikası CM-in 296-cı maddəsinə əsasən “bilə-bilə yalan xəbərçilik etmə ilə bağlı cinayət məsuliyyəti haqqında” xəbərdarlıq edilməsinə baxmayaraq, o, təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bilərəkdən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin - Bakı şəhər sakini Şahid4 adını çəkərək, guya Şahid1 övladı Şahid2 dövlət təhlükəsizlik orqanlarında hər hansı bir işə düzəldilməsi ilə bağlı Şahid4 bildirdikdə, sonuncunun özünü ona Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşı kimi təqdim edərək kifayət qədər yüksək vəzifəli şəxslərlə əlaqəsinin olduğunu, bu əlaqələrindən istifadə edərək həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar 13.000 manat pul verməklə həll etmək imkanına malik olduğunu bildirdiyindən Şahid1 aldığı 10.000 manatı 2020-ci ilin sentyabr ayında Bakı şəhəri Nəsimi rayonu ərazisində, 3.000 manatı isə 2020-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində olmaqla, ümumilikdə 13000 manat pul vəsaitini Şahid4 verməsini bildirməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakının dələduzluqla ələ keçirilməsi və özbaşına Şahid4 vəzifəli şəxs kimi təqdim edib hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi kimi cinayətlərin, habelə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi qanunsuz hərəkətlərə görə rüşvətin verilməsinə təhrikin edilməsi kimi ağır cinayətin törədilməsində ittiham olunması ilə bağlı cinayətlərə aidiyyəti olmayan Şahid4 adını çəkməklə, guya həmin cinayətlərin sonuncu tərəfindən törədilməsi ilə bağlı bilə-bilə yalan məlumatlar verməklə, üç cinayətin, o cümlədən bir ağır cinayətin törədilməsində ittiham olunması ilə bağlı Şahid4 barəsində bilə-bilə yalan xəbərçilik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli biliməyərək, ifadəsində göstərmişdir ki, evlidir, 2 övladı var. Şahid1 35 ilə yaxındır ki, tanıyır, onunla əvvəllər qonşuluqda yaşamışdır. Şahid1 bir dəfə zəng edib, bir qədər hal-əhval tutduqdan sonra ona oğlu barədə danışdı. Oğlu Fəridin yaxşı işinin olmaması, ailəsini normal dolandıra bilməməsindən gileyləndi. O Fəridi ən son uşaqvaxtı görmüşdü, o vaxtdan bu yana heç rastlaşmamışdılar. Daha sonra Hava xanım xahiş etdi ki, bəlkə oğluna bir iş düzəldib, normal maaşlı iş olsa, ailəsini də dolandırar. O da bir qədər fikirləşdi, daha sonra, bir tanışını, olduğunu və deyə biləcəyini dedi. Həmin tanış kimi Şahid4 nəzərdə tuturdu. Ancaq o Hava xanıma həmin tanışın kim olması, nə işlə məşğul olması barədə heç nə demədi. Akifi Hərbi Prokurorluğun əməkdaşı kimi tanıyırdı. Ona görə də Akifə məsələ barədə danışdı, Akif də heç bir problem olmadığını və Fəridi hər hansı bir dövlət orqanında işə düzəldə biləcəyini dedi. Akif bu iş müqabilində 15000 manat pul istədi. O da Hava xanıma bu barədə bildirdi. O isə 15000 manatın çox olduğunu və yalnız 10000 manata gücü çatdığını bildirdi. Akifə 10000 manat düzəldə bildiyini deyəndə, Akif də, heç bir problem olmadığını və pulu gətirməsini bildirdi. 10000 manat məbləğində pul vəsaitini Heydər Əliyev sarayı yaxınlığında Akifə verdi. Daha sonra Akif həmin məbləğin az olduğunu və əlavə 5000 manat da lazım olduğunu dedi, bu barədə Hava xanıma bildirəndə, o ancaq 3000 manat verə biləcəyini dedi. Akif də 3000 manata razılaşdı. Həmin məbləği Azadlıq metrostansiyası yaxınlığında Hava xanımdan götürdü və elə həmin ərazidə də Şahid4 verdi. Sonradan Akif bu gün-sabah deyə-deyə işi uzatdı, hər dəfə müxtəlif bəhanələr uydurdu. Bir müddət sonra Hava oğlunun işə düzəlməsi məsələsinə görə 13.000 manat pul vəsaitini tələb etməyə başladı, o da Akifə bu barədə deyib pulu qaytarmasını bildirəndə, Akif də məsələni uzatdı. Şahid1 onun barəsində Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etdiyi üçün və o təqsirini boynuna almağı üçün hədələdilər və əks-təqsirdə başqa ittihamla “yüklüyəcəklərini” dedilər. 2018-ci ilin yay aylarında Şahid4lə görüşən zaman o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində Heydər Əliyev sarayının kassasının yanında yerləşən bir torpaq sahəsinin özlləşdirilməsinə köməklik etməyini xahiş etdi. Həmin vaxt onun yanında 2 nəfər tanımadığı şəxs də var idi. Akif bir texniki pasportun surətini verib həmin torpaq sahəsinin sənədi olduğunu dedi. Şahid4 2019-cu ilin yay aylarında sözü gedən torpaq sahəsinin özəlləşdirilməsi işini həll etmək üçün, yəni həmin torpağa Şahid3 adına çıxarış alınması üçün 3 dəfə ayrı-ayrı vaxtlarda ona 10.000 manat olmaqla, cəmi 30.000 manat pul verdi. Şahid4 bu məsələ ilə bağlı ona müraciət etməsinin səbəbi bu işlərdən başı çıxmasını və tanışlarının olmasını bilməsi idi. Bu iş alınmadığına görə Şahid4 ona verdiyi 30.000 manat pulun 23.500 manatını qaytarmış, qalan 6.500 manat pulu isə xərclədiyi üçün torpaq sahəni satıb qaytaracağını Akifə demişdi, o da razılaşmışdı. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs 178.2.2, 178.2.4, 29, 178.3.2, 32.4, 312.2, 310 və 296.2-ci maddələri maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, əvvəllər onunla qonşu olublar. 2020-ci ilin təxminən avqust ayında, Respublika sarayının yaxınlığında Təqsirləndirilən şəxslə təsadüfən rastlaşdı, ayaqüstü hal-əhval tutduqdan sonra ona oğlu Fərid barədə də danışdı. Fəridin işinin çətin olduğunu, evli və iki uşaqlı olduğu üçün maddi çətinlik çəkdiyini bildirdi. Səbuhi uzun müddətdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli rayon şöbəsində işlədiyini bildirdi və tezliklə mərkəzi aparatda yeni vəzifəyə təyin olunacağını dedi. O Səbuhini uzun müddətdir ki, tanıdığı üçün onun həqiqətən DTX-da işlədiyinə inanıb, Fəridin maaşının da az olduğunu bildirərək, Səbuhidən oğluna yüksək əmək haqqısı olan iş tapmaqda köməklik etməsini xahiş etdi. Səbuhi yaxşı tanışları olduğunu, onların vasitəsiylə Fəridə iş düzəldə biləcəyini dedi, ancaq konkret olaraq hansısa şəxsin adını çəkmədi. Daha sonra Səbuhi onda işə təqdim olunması üçün müvafiq sənədləri hazırlamağını istədi. Bundan sonra, o oğlu Fəridlə birlikdə Səbuhinin dediyi sənədləri hazırladıq, bir neçə gün sonra öz evlərində Səbuhiyə təqdim etdilər. Səbuhi oğlu X2 Xidmətində işə qəbul etdirmək üçün 20.000 manat pul lazım olduğunu dedi, daha sonra bildirdi ki, çoxdan tanıdığı üçün bu işi 10.000 manata həll edəcək. Həmin məbləği hanısa vəzifəli şəxslərə verəcəyini bildirdi. O oğluyla məsləhətləşdikdən sonra Səbuhinin istədiyi məbləği ona vermək qərarına gəldilər. 2020-ci ilin təxminən sentyabr ayının əvvəllərində Səbuhi 10.000 manat pulu ondan götürdü. Və dedi ki, yaxın 1-2 ay ərzində DTX-da tanışları vasitəsilə oğlunu işlə təmin edəcək. Təxminən 1 ay sonra Səbuhi əlavə olaraq 5.000 manat pul da istədi. Daha sonra “2.000 manatı sizə keçirəm, 3.000 manat da əlavə versəniz çox qısa müddətə oğlu DTX-nın maliyyə şöbəsində işlə təmin ediləcək” dedi. Oğlu ilə məsləhətləşikdən bir neçə gün sonra Azadlıq metrosunun yaxınlığında Səbuhi ilə təklikdə görüşərək, ona əlavə 3.000 manatı da əlbəəl verdi. Təxminən 1 ay sonra Səbuhidən xəbər çıxmadığını görüb ona zənglər etməyə başladı, oğlu da artıq ona zəng edib işin nə yerdə qaldığını soruşurdu. Səbuhi də hər dəfə fərqli bəhanələr gətirərək, vaxt qazanmağa çalışırdı. Gah müharibəni, gah hərbi paradı bəhanə edərək işin bu səbəblə uzandığını deyirdi. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs onu aldatdığını, pulu dələduzluq yolu ilə ələ keçirdiyini, onun DTX-da işləmədiyini başa düşdü. Dəfələrlə onunla əlaqə saxlayıb pulu geri qaytarmasını tələb etdi, ancaq o ona məhəl qoymadığı üçün o DTX-ya ərizə ilə müraciət etdi. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş 13.000 manat məbləğində ziyanı tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Mirzağa Əliyev küçəsində Saraya yaxın tərəfdə yerləşən təxminən 0.04 ha torpaq sahəsi ona borc əvəzi verilmişdi idi və həmin torpaq sahəsini özəlləşdirməklə öz adına çıxarış almaq istəyirdi. Tanışı Akif bir tanıdığı vasitəsilə bu məsələdə ona köməklik edəcəyini bildirdi. Bir dəfə Akiflə görüş zamanı o, həmin şəxsi, yəni şəxsiyyəti sonradan ona məlum olan Səbuhini ona təqdim etdi. Razılaşmaya görə, Səbuhi həmin sahəni 200.000 manata özəlləşdirəcəkdi. ümumilikdə, 50.000 manat tanışı Akifə verdi ki, Səbuhiyə versin. Akif ona dedi ki, verdiyi pulu aparıb Səbuhiyə verib. Bundan başqa Akifə əlavə pul verməmişdir. 200.000 manat həmin torpaq sahəsini özəlləşdirmək üçün rüsum kimi ödənilməsi barədə razılığa gəlmişdilər. Nəticə olaraq, həmin torpaq sahəsini özəlləşdirə bilmədilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Səbuhini əvvəllər bir tanışının torpaq sahəsi üçün çıxarış alınmasında köməklik etməsi ilə bağlı tanımışdır. Şahin onun dostudur. Bir dəfə Şahinlə kafedə rastlaşdılar və söhbət edərkən o, bildirdi ki, ona məxsus torpaq sahəsini özəlləşdirmək istəyir. O da Səbuhi vasitəsilə Şahinə köməklik etmək istədi və Şahinə bildirdi ki, bir tanışı vasitəsilə ona köməklik edə bilər. Bundan sonra Şahin Səbuhiyə verməyi üçün ona 50.000 manat pul verdi və o da onu birinci dəfə 20.000 manat, sonrakılarda isə hissə-hissə 10.000 manat olmaqla umumlikdə, 50.000 manatı aparıb Səbuhiyə verdi. Bir dəfə hətta Şahinlə Səbuhinin görüşünü təşkil etdi, orda da Səbuhi etiraf etmişdi ki, ona 50.000 manat pul verilib və həmin topaq sahəsini özəlləşdirəcək. Lakin Səbuhi verdiyi vədə əməl etməyərək, müxtəlif bahənələrlə yayınırdı. Şahinlə Səbuhi arasında vasitəçilik etdiyi üçün Şahin qarşısında öhdəliyi var idi, o ondan verdiyi pulu tələb edirdi. O da Səbuhiyə dəfələrlə zəng edib pulu geri qaytarmasını istəyirdi, lakin o pulu qaytarmadı. Səbuhi 50.000 manatın rüsum olduğunu və onları ödəyəcəyini bildirdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs 178.2.2, 178.2.4, 29, 178.3.2, 32.4, 312.2, 310 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları sübüta yetirilir və onların törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə prosesində onlara elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair ifadələsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadələsini özlünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 09.07.20231-ci il tarixli baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A5” markalı mobil telefon cihazına baxış zamanı +994 55 ******* saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” mobil tətbiqinə istintaqla Şahid2 istifadə etməsi dəqiqləşdirilmiş +994 50 ******* saylı mobil nömrədən 15.05.2021-ci il tarixdə, saat 15:38 dəqiqədə “Səbuhi salam. Sabah goruwuruk?”, 17.05.2021-ci il tarixdə, saat 19:13 dəqiqədə “Gətirirsən pulu?”, həmin gün saat 19:24 dəqiqədə "Gələcəm yanina az qalib. Goruwumuz mohtewem olacaq. Kusdurqcam o pulu senə” sözləri ilə yazılmış sms-lər göndərilməsi müəyyən olunmuş, “Hoffman” markalı mobil telefon cihazında isə cinayət işi üçün əhəmiyyət kəsb edən digər hər hansı bir məlumatlar aşkar edilməmişdir. Cinayət işində olan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-lərdən daxil olmuş məktublara əlavə edilmiş “CD” disklərdə olan məlumatlara baxış keçirilməsi haqqında 21.07.2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi arasında 03.04.2019-cu il tarixdən 28.04.2021-ci il tarixə qədər, Şahid4 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi arasında 02.10.2020-ci il tarixdən 09.05.2021-ci il tarixə qədər, Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi arasında 10.08.2020-ci il tarixdən 05.05.2021-ci il tarixə qədər, Şahid2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsi arasında 21.04.2021-ci il tarixdən 08.05.2021-ci il tarixə qədər mütəmadi telefon danışıqları və yazışmalar aparılmış və həmin yazışmalarda Təqsirləndirilən şəxs pulun tələb edilməsi müəyyən edilir. Cinayət işində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 01.07.2021-ci il tarixli məktub və əlavə edilmiş sxemdən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mirzağa Əliyev küçəsində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirilərək GPS vasitəsilə sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin olunmuş, həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları daxilində, dövlət mülkiyyətinə məxsus olmaqla 583 m2 təşkil etməsi müəyyən olunmuşdur. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyətindən daxil olmuş 24.06.2021-ci il tarixli məktubdan və əlavə edilmiş sənədlərdən və eyni zamanda Nəsimi rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsindən daxil olmuş 29.06.2021-ci il tarixli məktubdan və əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işində olan tutulma haqqında 17.05.2021-ci il tarixli tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş 25.06.2021-ci il tarixli məktubdan və əlavə edilmiş hökmün surətindən görünür ki, həmin Məhkəmənin 20.08.2014-cü il tarixli 1(101 )-74/2014 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edildiyi tarixdən qanunla müəyyən edilmiş 6 il müddət keçməmiş yənidən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin təhlükəli residivi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsinə münasibətdə cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.13-cü bəndində göstərilir ki, şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza Cinayət Məcəlləsinin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Bu zaman CM-in 66.2-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun olaraq (cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə) təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə CM-in Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq, CM-in 66.3-cü maddəsinin müəyyən etdiyi qaydalara uyğun təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının müddəti isə iyirmi ildən çox ola bilməz. Başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır.”. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 17 may 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət iş materillarından müəyyən olunur ki, iş üzrə xüsusi müsadirənin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs üzərinə keçirilmiş 17.05.2021-ci il tarixli axtarış zamanı götürülmüş və 12.07.2021-ci il tarixli qərarla 3367 manat 70 qəpik pul vəsaiti ibtidai istintaqda Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Şahid4 ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqlara dair audio səs yazılı video görüntülər olan 1 ədəd CD disk, mobil telefon operatorlarından daxil olmuş telefon danışıqlarına dair 3 ədəd CD disk, nəzərə alınmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A5” markalı mobil telefon cihazı onun yaxın qohumuna qaytarılmalı və onun üzərindən aşkar olunub götürülmüş 3367 manat 70 qəpik pul vəsaiti xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29, 178.3.2, 32.4, 312.2, 310 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, 29, 178.3.2-ci maddələri ilə 7(yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2 –ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Şahid4 ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqlara dair audio səs yazılı video görüntülər olan 1 ədəd CD disk, mobil telefon operatorlarından daxil olmuş telefon danışıqlarına dair 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A5” markalı mobil telefon cihazı onun yaxın qohumuna qaytarılsın. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 3367 manat 70 qəpik pul vəsaiti Azərbaycan Respublikası CM-nin 99-2-ci maddəsinə əsasən xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İlham Mahmudov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar