Məhkəmə qərarları › İş №1(101)-1476/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1476/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1476/2022 23.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X1, Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs1 (xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı istintaq Təcridxanasında saxlanılan) və Təqsirləndirilən şəxs2 (xx.xx.1992-ci ildə Bərdə rayonu, Ləmbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Ləmbəran kəndində qeydiyyatda olan, hal-hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı istintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə xüsusi cins ev heyvanları saxlayan şəxslərin maddi imkanlarının geniş olmasını, həmçinin üzərlərində dəyərli əmlak və pul gəzdirmələrini fikirləşib aralarında olan razılaşmaya əsasən “İnstagram” internet sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olaraq sonuncunun saxladığı “Skottish” cinsindən olan pişiyini özündəki eyni cinsdən olan pişiklə cütləşdirmək adı ilə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi nömrəsiz ünvanda yerləşən heyvandarlıq fermasının qarşısına dəvət etmiş, Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra əvvəlcədən planlaşdırdıqları cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə guya cütləşdirəcəkləri pişiyini gətizdirmək üçün zəng etmək adı ilə Zərərçəkmiş şəxs mobil telefonunu götürən kimi Təqsirləndirilən şəxs2 dərhal Zərərçəkmiş şəxs üz nahiyəsindən kəllə ilə zərbə vurub yerə yıxaraq, əlləri ilə boğazından sıxmaqla sonuncuya burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, burun və sol yanaq nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs göstərə biləcəyi müqavimətinin qarşısını tam alıb ona əlverişli şərait yaratmış, o, isə Zərərçəkmiş şəxs 40 manat dəyərində gödəkcəsini əynindən, 5 manat nağd pulunu, balansında pul olmayan 2 manat dəyərində 1 ədəd avtobus kartını və 10 manat dəyərində hesabı boş olan “Muğan Bank”a aid 1 ədəd plastik kartını isə əynindəki şalvarının ciblərindən çıxarıb 80 manat dəyərində "Xiaomi" markalı mobil telefonu ilə birlikdə ələ keçirərək zərər çəkmiş şəxsə cəmi 137 manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə xüsusi cins ev heyvanları saxlayan şəxslərin maddi imkanlarının geniş olmasını, həmçinin üzərlərində dəyərli əmlak və pul gəzdirmələrini fikirləşib aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 “İnstagram” internet sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olaraq sonuncunun saxladığı “Skottish” cinsindən olan pişiyini özündəki eyni cinsdən olan pişiklə cütləşdirmək adı ilə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi nömrəsiz ünvanda yerləşən heyvandarlıq fermasının qarşısına dəvət etmiş, Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra əvvəlcədən planlaşdırdıqları cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 guya cütləşdirəcəyi pişiyini gətizdirmək üçün zəng etmək adı ilə Zərərçəkmiş şəxs mobil telefonunu götürən kimi o, dərhal Zərərçəkmiş şəxs üz nahiyəsindən kəllə ilə zərbə vurub yerə yıxaraq, əlləri ilə boğazından sıxmaqla sonuncuya burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, burun və sol yanaq nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs göstərə biləcəyi müqavimətinin qarşısını tam alıb Təqsirləndirilən şəxs1 üçün əlverişli şərait yaratmış, sonuncu isə Zərərçəkmiş şəxs 40 manat dəyərində gödəkçəsini əynindən, 5 manat nağd pulunu, balansında pul olmayan 2 manat dəyərində 1 ədəd avtobus kartını və 10 manat dəyərində hesabı boş olan “Muğan Bank”a aid 1 ədəd plastik kartını isə əynindəki şalvarının ciblərindən çıxarıb 80 manat dəyərində "Xiaomi" markalı mobil telefonu ilə birlikdə ələ keçirərək zərər çəkmiş şəxsə cəmi 137 manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2022-ci ilin yanvar ayının əvvəllərindən tanımışdır. Belə ki, Məhəmməd onun dayısıgilin evində fərdi qaydada təmir işlərində usta kimi işləmişdir. 06 yanvar 2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində bir nəfər sonradan adını bildiyi Sahib adlı şəxs ona sms yazmış və aralarında söhbət etmişlər. Tanışlıqdan 2 gün sonra Sahib ondan evində pişik saxlayıb-saxlamadığını soruşmuş, o da evində pişik saxladığını demişdir. Sahib də özünün “Skottiş” cinsli pişiyi olduğunu və onun pişiyi ilə cütləşdirmək istədiyini bildirmişdir. O, Sahibin təklifini qəbul etmiş, 09 yanvar 2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Akasya” restoranının yaxınlığında görüş təyin etmişlər və həmin yerdə görüşmüşlər. O öz pişiyini gətirmiş, lakin Sahibin pişiyini gətirmədiyini görmüşdür. O, Sahibdən nə üçün pişiyini gətirmədiyini soruşanda Sahib demişdir ki, «gəlmişəm sənin pişiyini aparam». Bu sözün üstündə aralarında mübahisə düşmüş, Sahib ona nalayiq söyüş söymüşdür. Həmin vaxt əvvəllər tanıdığı Məhəmməd arxadan gəlib Sahibə bir yumruq vurub həmin yerdən qaçıb getmişdir. Sahib zərbədən yerə yıxılmış, yer palçıq olduğundan o, Sahibin qolundan tutub ayağa qaldırmışdır. Həmin vaxt Sahibin gödəkçəsi palçığa bulaşmış, Sahib gödəkcəsini çıxarıb onun üzərinə tullayraraq Məhəmmədin arxasınca qaçmışdır. O da Sahibin gödəkcəsini özü ilə götürüb yaşadığı evə aparmışdır. Həmin vaxt gödəkçənin cibində telefon olduğunu görüb, düşünmüşdür ki, Sahib məhəlləni tanıyır, səhər gələndə gödəkcəni də, telefonu da ona verər. Sahibə qarşı quldurluq cinayəti törətməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, öz pişiyini 2000 manata almışdır. Məhəmmədin hadisə yerinə necə gəldiyini bilmir. Sahib ilə görüşməyə gələrkən öz pişiyini gətirmiş və kənarda qəfəsdə saxlamışdır. Sahib öz pişiyini həmin yerə gətirmədiyindən və onun pişiyini aparacağını dediyindən aralarında mübahisə yaranmışdır. Hadisə vaxtı özünün telefonu üzərində olmuş, kiməsə zəng vurmaq üçün Sahibin telefonunu istəməmişdir. İbtidai İstintaq zamanı bir dəfə ifadə vermiş, ifadəni əməliyyatçı ona diktə etmiş, o da əməliyyatçının dedikləri kimi ifadə yazmışdır. Məhəmməd ilə görüşmələri barədə əvvəlcədən razılaşmamışlır. Pişiyi cütləşdirmək müqabilində Sahiblə arasında pul söhbəti olmamışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ilkin ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 dayısıgilin evində fərdi qaydada usta işləyəndən tanımışdır. 06 yanvar 2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində Sahib adlı şəxs ona sms yazmış və onlar söhbət etməyə başlamışlar. Təxminən 2 gün sonra isə Sahib ondan evdə pişik saxlayıb-saxlamamağını soruşmuş və o, evdə pişik saxladığını bildirdikdə Sahib ona özünün “Skottiş” cinsli pişiyinin cütləşdirmək istədiyini bildirmişdir. O da Sahibin təklifini qəbul etmiş və 09 yanvar 2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Akasya” restoranının yaxınlığında görüş təyin etmişlər. Həmin gün o, əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 də onunla görüşə gəlməyini xahiş etmiş və Məhəmməd də onun təklifini qəbul etmişdir. 09 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Akasya” restoranının yaxınlığında o, Məhəmməd və Sahib görüşmüşlər. O, Sahibə onun pişiyinin evdə olduğunu bildirərək piyada olaraq yaşadığı evə tərəf hərəkət etmələrini təklif etmişdir. Sahib də heç bir problemin olmadığını bildirmişdir. Onlar yaşadığı evə çatan zaman onun istifadə etdiyi mobil telefon nömrəsində kontur olmadığından Sahibdən telefonunu ona verməsini və pişiyi çölə çıxarmaları üçün evə zəng etməli olduğunu bildirmişdir. O, Sahibin telefonunda nömrə yığarkən yanında olan dostu Məhəmməd Sahibin burun nahiyəsinə kəllə ilə vurmuş və Sahibin boğazından yapışaraq yerə yıxmışdır. Həmin vaxt Məhəmməd ona Sahibin üzərini axtarmağını və üzərində olan əşyaları götürməyini bildirmişdir. O da Sahibin üzərində axtarış aparmış və Sahibin üzərindən 2 (iki) manat 50 (əlli) qəpik pul, bir ədəd plastik kartı, bir ədəd avtobus kartını və Sahibin üzərində olan qış gödəkcəsini götürmüşdür. Sahibin üzərindən həmin əşyaları götürdükdən sonra Məhəmməd Sahibi buraxmış və Məhəmmədlə oradan qaçaraq uzaqlaşıb yaşadığı evə getmişdir. Sahibin üzərindən götürdüyü plastik kartları Ramana qəsəbəsində yerləşən “Naxçıvan” marketin yaxılığında tullamışdır. 10 yanvar 2022 ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Akasya” restoranının yaxınlığında olarkən polis əməkdaşları onu saxlamış və Sahibin üzərindən götürdüyü əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona verilən suallara cavab olaraq da bildirmişdir ki, O, Sahibin telefonunda nömrə yığarkən yanında olan dostu Məhəmməd Sahibin burun nahiyəsinə kəllə ilə vurmuş və Sahibin boğazından yapışaraq yerə yıxmışdır. Həmin vaxt Məhəmməd ona Sahibin üzərini axtarmağını və üzərində olan əşyaları götürməyini bildirmişdir. O da Sahibin üzərində axtarış aparmış və Sahibin üzərindən 2 (iki) manat 50 (əlli) qəpik pul, bir ədəd plastik kartı, bir ədəd avtobus kartını və Sahibin üzərində olan qış gödəkcəsini götürmüşdür. Məhəmməd ona Sahibin üzərini axtarmağını və üzərində olan əşyaları götürməyini bildirmişdir. O da Sahibin üzərində olan əşyaları götürmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadənin düzgün olduğunu bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayının əvvəllərindən tanıyır. O, Kənanın dayısının evində fərdi qaydada təmir işlərində ustalıqla məşğul olmuşdur. 09 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Akasya” restoranının yaxınlığından keçərkən Kənanın sonradan adını bildiyi Sahib adlı şəxslə mübahisə etdiklərini, hər ikisinin hündür səslə nalayiq söyüşlər söydüyünü görmüşdür. O, onlara yaxınlaşanda Sahib nalayiq söyüş söymüş, o da söyüş söydüyünə görə Sahibin üz nahiyyəsinə bir yumruq vuraraq həmin yerdən qaçıb getmiş və sonra orada nə baş verdiyini bilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerindən 500-600 metrlik məsafədə qadınlar oturmuş, onlar da söyüşü eşitmişlər. Sahibi bir dəfə üz nahiyyəsindən yumruqla vurmuşdur. Sahibi vuran kimi oradan qaçıb getmiş, onun arxasınca kiminsə gəlib gəlmədiyini görməmişdir. Hadisə yerinə gələrkən orada qəfəsdə pişik görmüş, lakin hansı rəngdə olduğunu xatırlamır. Sonradan polis bölməsində bilmişdir ki, Kənan Sahibin telefonunu götürüb. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ilkin ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin yanvar ayının əvvəllərindən tanımış və o, Kənanın dayısının evində fərdi qaydada ustalıqla məşğul olmuşdur. 09 yanvar 2022-ci il tarixdə Kənan ona zəng vuraraq bir nəfər şəxslə görüşəcəyini və onun da görüşə gəlməyini xahiş etmişdir. O da Kənanın təklifini qəbul etmişdir. 09 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Akasya” restoranının yaxınlığında Sahib adlı şəxslə görüşmüş və Kənan Sahibə pişiyin evdə olduğunu bildirərək piyada olaraq yaşadığı evə tərəf hərəkət etməklərini təklif etmişdir. Sahib də heç bir problemin olmadığını bildirmişdir. Kənan evə çatan zaman istifadəsində olan mobil telefon nömrəsində kontur olmadığından Sahibdən özünə məxsus telefonu ona verməsini və pişiyi çölə çıxarmaları üçün evə zəng etməli olduğunu bildirmişdir. Kənan Sahibin telefonunda nömrə yığarkən o, Sahibin üzərində olan əşyaları əldə etmək üçün Sahibin burun nahiyəsinə kəllə ilə vurmuş və Sahibin boğazından yapışaraq yerə yıxmışdır. Həmin vaxt o, Kənana Sahibin üzərini axtarmağını və üzərində olan əşyaları götürməyini bildirmişdir. Kənan da Sahibin üzərində axtarış aparmış və Sahibin üzərindən 2 (iki) manat 50 (əlli) qəpik pul, bir ədəd plastik kartı, bir ədəd avtobus kartını və Sahibin üzərində olan qış gödəkcəsini götürmüşdür. Sahibin üzərindən həmin əşyaları götürdükdən sonra o, Sahibi buraxmışdır. 10 yanvar 2022 ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində olarkən polis əməkdaşları onu saxlamışdır. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, onların əlində heç bir əşya, o cümlədən bıçaq və ya hər hansı bir kəsici-deşici alət olmamışdır. Onlar görüşərkən Zərərçəkmiş şəxs qarşı cinayət əməli törətmək fikirləri olmamışdır. Onun maddi imkanı zəif olduğundan ani olaraq Sahibin üzərində olan əşyaları talamağı düşünmüşdür. Bu məqsədlə ani olaraq Sahibin burun nahiyəsinə kəllə ilə vurmuş və Sahibin boğazından yapışaraq yerə yıxmışdır. Həmin vaxt Kənana Sahibin üzərini axtarmağını və üzərində olan əşyaları götürməyini bildirmişdir. Kənan da Sahibin üzərində olan əşyaları götürmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, məhkəmədə verdiyi ifadənin düzgün olduğunu bildirmişdir. Məhkəmdə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun həyat yoldaşının heyvan saxlamağa həvəsi olduğundan “Skottish” cinsli pişik saxlayır. 2022-ci il yanvar ayında pişiklərin cütləşmə vaxtı olduğundan bir neçə müddət imiş ki, sosial şəbəkələrdə eyni cinsli pişiyin kişi cinsini axtarmışdır. 06 yanvar 2022-ci il tarixdə "İnstagram" sosial şəbəkəsində eyni cinsli pişiyi olan Təqsirləndirilən şəxs1lə tanış olmuşdur. Təxminən 3-4 gün sosial şəbəkədə Kənanla danışdıqdan sonra 09 yanvar 2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi "Akasya" restoranının yanında görüş təyin etmişlər. Onların arasında olan razılaşmağa görə o, Kənanda olan kişi cinsli pişiyi öz evinə aparıb pişiyi ilə cütləşdirdikdən sonra geri qaytarmalı imiş. 09 yanvar 2022-ci il tarixdə Kənanla qeyd edilən ünvanda görüşmüşlər. Kənan görüşə hazırda tanıdığı Məhəmmədlə gəlmişdir. Onlar görüşdükdən sonra Kənan evlərinin bir az aralıda olduğunu və piyada gedəcəklərini bildirmişdir. Ramana qəsəbəsini tanımadığı üçün o, hara gedəcəklərini bilməmiş, sadəcə Kənan və Məhəmmədlə birlikdə onların dedikləri istiqamətə getmişdir. Bir az getdikdən sonra adamlar olmayan bir hissədə Kənan ondan mobil telefonu ilə 070 ilə başlayan bir nömrəyə zəng etməyini xahiş etmiş və o da deyilən nömrəni yığaraq telefonu Kənana vermişdir. Elə bu anda Kənanın dostu Məhəmməd onu itələyərək divara söykəyib burun nahiyəsindən kəllə ilə bir dəfə zərbə vurmuş, daha sonra əli ilə boğazından sıxaraq onu yerə yıxmış və ondan üzərində olan əşyaları verməyini tələb etmişdir. O isə üzərində qiymətli bir əşyanın olmadığını bildirmişdir. Kənan əlləri ilə ciblərini axtarmış və ciblərində olan 5 manat pulu, dəyəri 10 manat olan «Muğanbank»a məxsus plastik əmək haqqı kartını, dəyəri 2 manat olan BNA-ya məxsus avtobus kartını, bir ədəd 50 manat dəyərində “Xiomi” markalı mobil telefonu və dəyəri 80 manat olan üzərindəki qış gödəkcəsini zorla çıxararaq qaçıb getmişlər. Zərərçəkmiş şəxs məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Kənan və Məhəmməd iki nəfər olduqları üçün və ona daha ciddi xəsarət yetirməklərindən ehtiyat edərək onlara heç bir müqavimət göstərməmişdir. Hadisə ilə əlaqədar olaraq ona cəmi 147 manat məbləğində maddi ziyan dəymişdir. Məhəmməd və Kənanın əlində hər hansı bir kəsici-deşici alət və ya bıçaq olmamışdır. O, nə Məhəmməd, nə də Kənanın ünvanına nalayiq ifadə işlətməmişdir. Məhəmməd onu anidən itələyərək divara söykəyib burun nahiyəsindən başı ilə bir dəfə üz nahiyyəsinə zərbə vurmuş, daha sonra əli ilə boğazından sıxaraq onu yerə yıxıb, üzərində olan əşyaları verməyini tələb etmişdir. Kənan isə əlləri ilə onun ciblərini axtarmış və ciblərində olan 5 manat pulu, Muğan banka məxsus plastik əmək haqqı kartını, avtobus kartını, “Xiomi” markalı mobil telefonu və üzərindəki qış gödəkcəsini zorla çıxararaq qaçıb getmişlər. Hadisə yeri qaranlıq olmuş, orda Kənanla mübahisəsi olmamışdır. Kənan telefonu ondan alandan sonra Məhəmməd onu vurmuşdur. Gödəkcəsi Türkiyədən alınmış, hazırda qiymətini bilmir. O, Məhəmmədin arxasınca qaçmamış, həmin ərazini tanımadığı üçün və üst-başı qan olduğundan həmin yerdən çıxıb getmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərin hər ikisi ilə də barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı qəsəbədə yaşayan şəxslər kimi tanımışdır. 09 yanvar 2022-ci il tarixdə axşam saat 21 radələrində siqaret almaq üçün kafeyə gedərkən, iki nəfərin danışa-danışa getdiklərini görmüşdür. Həmin vaxt Məhəmmədin qaçıb onlardan birini arxadan vurub qaçdığını, vurduğu şəxsin yerə yıxıldığını və yerdən qalxaraq Məhəmmədin dalınca qacdığını görmüşdür. Onu ifadə vermək üçün polis idarəsinə çağırmamışlar, hadisə yerində pişik görməmiş, həmin vaxtı söyüş eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsləri qəsəbə sakinləri kimi tanıyır. Onun özünün yaşadığı Ramana qəsəbəsində Şuşa şəhərciyi adlanan ərazidə işlədiyi sexi vardır. Hadisə vaxtı iki nəfərin hündürdən danışdıqlarını, bir nəfərin isə arxadan gəlib onlardan birini vurub qaçdığını görmüşdür. Vurulan adam yerə yıxılmış, sonra yerdən qalxaraq onu vuranın ardınca qacmışdır. Axşam qaranlıq olduğundan həmin şəxsləri tanımamış, kimin kimi vurmasını bilməmişdir. Səhəri gün hadisə barədə eşidəndə hadisəni axşam gördüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs1 tanımır. Hadisə olan axşam taksi ilə gedirmiş, bu vaxt Məhəmmədin onun yanından qaçıb getdiyini görüb, nə olduğunu soruşmuş, Məhəmməd isə ona «sənlik deyil» deyib qaçıb uzaqlaşmışdır. Sadəcə Məhəmmədin qaçdığını görmüş, kimisə vurmasını görməmişəm. Hadisə barədə səhər eşitmişdir ki, Məhəmməd kimisə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli üzrə təqsirli olmaları zərərçəkmiş şəxsin və müvafiq ekspertiza rəyləri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxslərin tutulması haqqında 10 yanvar 2022-ci il tarixli protokollardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin barəsində həbsetmənin əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tairxli 64 №-li rəyində göstərilir ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, burun və sol yanaq nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 563 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığının və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 565 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığının və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarınadan məlum olur ki, Zərərçəkmiş şəxs götürülmüş mobil telefon və qış gödəkcəsi Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1325 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd süni dəri materialdan hazırlanmış üzərində “made in Turkey raymen” sözləri olan qara rəngli gödəkcəsinin 2022-ci ilin yanvar ayına olan pərakəndə orta bazar qiyməti 40 manat, “Xiaomi” markalı “M1804C3CG” modelli mobil telefonun 2022-ci ilin yanvar ayına olan pərakəndə orta bazar qiyməti 80 manat müəyyən edilir. Cinayət işinin materiallarından məlum olur ki, Zərərçəkmiş şəxs məxsus dəyəri 40 manat olan süni dəri materialdan hazırlanmış, üzərində “made in Turkey raymen” sözləri olan qara rəngli gödəkcəsi və dəyəri 80 manat olan “Xiaomi” markalı “M1804C3CG” modelli mobil telefon cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etiyindən maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi Zərərçəkmiş şəxs saxlanılması üçün qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinə əlavə edilmiş ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətmələri, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hər iki təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özlərini müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onlar törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən onlara təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqları üçün onlar cəzalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus dəyəri 40 manat olan süni dəri materialdan hazırlanmış, üzərində “made in Turkey raymen” sözləri olan qara rəngli gödəkcəsi və dəyəri 80 manat olan “Xiaomi” markalı “M1804C3CG” modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin cəza çəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan – 10 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili X4 210 (iki yüz on) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 10 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 10 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus dəyəri 40 manat olan süni dəri materialdan hazırlanmış, üzərində “made in Turkey raymen” sözləri olan qara rəngli gödəkcəsi və dəyəri 80 manat olan “Xiaomi” markalı “M1804C3CG” modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili X4 210 (iki yüz on) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkumlara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar