Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1476/2024 12.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X14 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində Nərimanov Rayon Məhkəməsi tərfindən “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-cü il tarixli hökmü ilə AR-in CM-in 178.4cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xocahəsən qəsəbəsi, Sulu- Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, ev 9da qeydiyyatda olan, ünvan 3 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı X9 cəza çəkən, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə etap edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmə məqsədi ilə 2020-ci ilin fevral ayının əvvəlindən 2020-ci ilin may ayının əvvəlinə qədər olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan sonuncuya pul verəcəyi təqdirdə özünün satış müdiri vəzifəsində işlədiyi "xxxx" sement zavodunda həmin pul ilə sement məhsullarını nağd formada alan digər müştərilərin alışını öz adına nisyə satış formasında rəsmiləşdirməklə arada yaranan nisbi qalıq pullarla gəlir əldə edəcəklərinə dair yalan vəd verib aldatmaqla Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyası yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə həmin dövrün məzənnəsinə müvafiq 425.000 (dörd yüz iyirmi beş min) manat dəyərində olan 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin ittihamda o da göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmə məqsədi ilə 2020-ci ilin fevral ayının əvvəlindən 2020-ci ilin may ayının əvvəlinə qədər olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan sonuncuya pul verəcəyi təqdirdə özünün satış müdiri vəzifəsində işlədiyi "xxxx" sement zavodunda həmin pul ilə sement məhsullarını nağd formada alan digər müştərilərin alışını öz adına nisyə satış formasında rəsmiləşdirməklə arada yaranan nisbi qalıq pullarla gəlir əldə edəcəklərinə dair yalan vəd verib aldatmaqla Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyası yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə həmin dövrün məzənnəsinə müvafiq 425.000 ( dörd yüz iyirmi beş min ) manat dəyərində olan 250.000 ( iki yüz əlli min ) ABŞ dolları məbləğində pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2020-ci ilin avqust ayına qədər olan müddət ərzində "xxxx" sement satışı şirkətində direktor vəzifəsində işləmişdir. Şirkət təmsilçilərinin satdığı hər malın bir kisəsinə görə 15-20 qəpik arası bonus verilmişdir. O da Raufa müəyyən qədər pul yatırım edəcəyi halda sementin hər tonuna görə əlavə xeyli gəlir edə biləcəklərini demişdir. Raufla və onun ailəsi ilə 20 ilə yaxın dostluq münasibəti olmuşdur. Sonuncunun atası ilə sıx dostluq əlaqələri olmuşdur. Bir-birilərinə etibar etmişlər. Çətin və yaxşı günlərdə bir yerdə olmuşlar. Rauf ona bu işə yatırım etmək üçün 2020-ci ilin fevral ayının ortalarında Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən kafedə 10000 ABŞ dolları vermişdir. Sonra mart ayında 500 ABŞ dolları, aprel ayında 500 ABŞ dolları, aprel ayının sonunda 1000 manat məbləğində pul vəsaitini Raufun atası Əlövsətə vermişdir. Raufdan 2020-ci ilin aprel ayının əvvəllərində Nərimanovda 42000 ABŞ dolları almış, pulu aldıqdan 10 gün sonra 42000 ABŞ dollarını ona qaytarmış, üzərində 1000 ABŞ dolları və 600 manat vermişdir. Bundan 10 gün sonra “Ulduz” metrostansiyası yaxınlığında Raufdan 60000 ABŞ dolları almış, 10 gün sonra 60000 ABŞ dolları üzərində 2700 manat pul qaytarmışdır. Bu zaman Rauf ona yenidən görüşüb pul götürmək üçün əlavə vaxt sərf etməsin deyə həmin 60000 dolları ona qaytarmışdır. 60000 dollar 2-ci dəfə dövriyyəyə daxil edilməsi üçün onda qalmışdır. Samir onun yeznəsidir. Samirlə Raufun tanışlığı olmamışdır. Sonuncu siqaret firmasında işləmişdir. Həmin siqaret firmasında satışa limit qoyulmuşdur. Limit dolmayanda bonus alsınlar deyə pul yatırmışlar. Buna görə də hər ayın sonunda plan dolmayanda Samir ondan pul istəmişdir. Samirlə aralarında olan razılaşmaya əsasən o, Samirə 50.000-60.000 manat vermiş, Samir 10 günə, 15 günə qaytarmışdır. Samir həmin ay ona şirkətdə yarı qiymətinə satılan malı almaq lazım olduğunu demişdir. O Samirə Raufa məxsus 60.000 dollar pul vəsaitinin onda olduğunu demişdir. Samir ondan həmin pulu istəmiş, əvəzində, həmin puldan əlavə Raufa 2700 manat xeyir verəcəyini demişdir. O, Samirin dediyini etmişdir. Biznesə yatırmaq üçün əlində artıq pul qalmadığından yenidən “Ulduz” metrostansiyası yaxınlığında Raufdan 150000 dollar almışdır. İşində gecikmələr olduğundan, eləcə də, Samir ondan pul istədiyindən 150000 dolları sonuncuya vermişdir. Pulu Samirə verdikdən sonra Raufa 9000 manat məbləğində xeyir verməli olduğunu demiş, Samir onunla razılaşmışdır. Aprel ayının sonunda Samirdən 9000 manat alaraq Raufa vermişdir. X22 arasında vasitəçilik etməsinin səbəbi həm dostu Raufun, həm də yeznəsi Samirin qazanc əldə etmək istəməsi olmuşdur. 150000 dolları aldıqdan 2-3 gün sonra Rauf ona zəng edərək yatırım etmək üçün 30000 dollar pulunun olduğunu demişdir. O, Raufa yeznəsi Samirlə danışdıqdan sonra bu barədə məlumat verəcəyini demişdir. Daha sonra Samir Raufdan 30.000 dollar götürmüşdür. Umumilikdə Samirə 406.000 dollar pul vermişdir. Samir həmin 406.000 dolların heç də hamısının ona məxsus olmadığını əvvəldən bilməmişdir. Həmin pulların əsas hissəsi mayın 10-a kimi qaytarılmalı idi. O da Samirin qaytaracağı pul vəsaitlərini sementə yatırmağı planlaşdırmır. Lakin Samir tutulduğundan çıxılmaz vəziyyətdə qalmışdır. Raufdan ümumilikdə 250.000 dollar pul götürmüşdür. Samir tutulduqdan sonra Raufa zəng edərək vəziyyəti danışmışdır. Samir tutulduğu üçün Raufun pulunu geri qaytara bilməmişdir. O, Raufa biri 10000 dollardan olmaqla 2 ədəd maşın vermiş, 3000 manat pul qaytarmışdır. Raufun əsas məqsədi gəlir əldə etmək olduğundan ona verilən pulların hansı sahəyə yatırılmasında maraqlı olmamışdır. Rauf pulların sement biznesinə yatırıldığını bilmişdir. Raufdan pul aldıqdan sonra Samir pul istədiyindən Raufa bu barədə xəbər verməmişdir. Əgər Samir pulu daha əvvəldən istəsə idi, Raufdan pul alarkən bu barədə sonuncuya məlumat verərdi. Samir tutulduqdan sonra sonuncunun öz qardaşından, bibisi qızının ərindən, dostundan, bir neçə nəfər tanımadığı şəxslərdən onun verdiyi pulla bərabər ******* (bir milyon beş yez min) manatdan çox pul aldığını eşitmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyrək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 oğlu onun qaynıdır. Nurlanın məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərdikləri ilə razıdır. Sonuncu ilə aralarında inam olmuşdur. Siqaret firmasında satış üzrə bölgə müdiri işləmişdir. Buna görə də, Nurlanla aralarında pul haqq-hesabları, alış-veriş işləri olmuşdur. Yasamal rayonunda ərzaq mallarının iri dövriyyəli topdan satışı ilə məşğul olan X4 adlı şəxs olmuşdur. O, sonuncuya ucuz siqaret təklif etmiş, əvəzində ondan “Azərsun” şirkətindən böyük məbləğdə endirimlərlə mal təklif almışdır. O, Nurlandan dəfələrlə pul vəsaitləri almış və vaxtlı-vaxtında qaytarmışdır. Sonuncu dəfə pulları X2 vermişdir. Bütün pulları sonuncuda olmuşdur. 9 may 2020-ci ildə tutulduğundan borcunu qaytara bilməmişdir. O, bildirmişdir ki, Şakir Ələkbərovun sifarişi ilə həbs edilmişdir. Nurlana Şakir adlı şəxs barəsində danışsa da, aralarında olan alış-veriş məsələsi barədə məlumat verməmişdir. Əvvəllər Raufu tanımamışdır. Nurlanla birləşərək Raufa qarşı dələduzluq etmək fikri olmamışdır. Nurlandan ümumilikdə 406000 dollar almış, həmin pulun 250000 dollar məbləğində hissəsinin Raufa məxsus olduğunu bilmişdir. Raufu aldatmaq fikri olmamışdır. Əgər sonuncunu aldatmaq fikri olsa özünə məxsus 25 min dollarlıq maşını ona 17 min dollara satmaz, 170000 (yüz yetmiş min) manat dəyərində evini ona təklif etməzdi. Nurlandan aldığı pulları siqaret biznesinə yatırmayaraq əvəzində borclarına görə Şakirə vermişdir. Pul vəsaitlərini Şakirə verməsi barədə Nurlana heç nə deməmişdir. May ayının 9-da başqa şəxsdən borc alaraq Nurlanın pulunu qaytarmaq fikri olmuşdur. Lakin tutulduğu üçün bunu edə bilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 178.3.2-ci maddəsində tutlan cinayət əməlini törətməsi, Təqsirləndirilən şəxs1 isə əməlində həmin cinayət tərkibinin olmaması özlərinin ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni hadisə yerinə baxış protokolları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, Nurlanla ailəvi dostluqları vardır. Sonuncu atası ilə dost olmuşdur. O, ifadəsində daha sonra qeyd etmişdi ki, bir iş görüb, pul qazanmaq istəmiş və Nurlana demişdir ki, “nəsə bir iş olsa mənə de, pul qoyum, xeyir qazanaq, mənim etibarım sənədir”. 2020-ci ildə qardaşının toy ərəfəsi oturub söhbət etmişlər. O, Nurlana “mənim əlimə pul gəlsə, işləyək, mən də pul qazanım” demiş, sonuncuya “10.000 dollar pul düzəldə bilərəm, bu pula nə qazana bilərik?” demiş, Nurlan da “ancaq nağd sement alıb, nisyə sata bilərik, 10000 dollara qarşı ayda 1000-1200 manat pul qazana bilərik” demişdir. Nağd alışlarda onun qazancına qarışmamaq şərti ilə zavod Nurlana nağd alışa görə bonus verməli idi. Nurlan bonus qazanacaq, gəliri isə ona verəcək idi. Yəni sementin pulunu nağd ödəyib, nisyə sataraq gəlir əldə etmək istəmişlər. O, Nurlanın bu təklifini qəbul etmişdir. İlkin olaraq Nurlana 10.000 dollar vermişdir. İki ay müddətində Nurlan ona hər ay 600, 700 manat gəlir vermişdir. Təxminən ay yarım sonra Nurlana sement satışı ilə bağlı gəlir əldə etmək üçün əlavə 42.000 dollar vermişdir. Həmin pulu tanışından almışdır. 10 gün sonra Nurlan 42.000 dollar, üstündə 2300 manat qazancla birlikdə qaytarmışdır. Sonra Nurlana 60.000 dollar vermiş, əlavə olaraq bir neçə müddət sonra 150.000 dollar da vermişdir. Nurlan 150000 dollara görə 9000 manat ona xeyir vermişdir. Sonradan verdiyi 60000 dollara görə də ona xeyir vermişdir. Həmin pullar Nurlanda ola-ola yenə 30.000 dollar vermişdir. Nurlana zəng edərək əlində olan 30.000 dolları dövriyyəyə daxil edib pul qazandırmağı özü təklif etmişdir. Nurlan ona xəbər edəcəyini bildirmiş, bir neçə saatdan sonra zəng edərək onun bu təklifi ilə razılaşmasını demişdir. Samirlə heç bir iş görməmiş və iş barədə sonuncu ilə söhbət aparmamışdır. Samiri bir dəfə Nurlanın evinin yanında sonuncu ilə birlikdə olarkən görmüşdür. Sonuncu dəfə Samir Nurlana vermək üçün 2020-ci il aprel ayının sonunda 30.000 dolları Nərimanovda götürmüşdür. Həmin vaxt Nurlan özü ona zəng edərək pulu yeznəsi Samirin götürəcəyini demişdir. O da pulu Samirə vermişdir. Pulların sement biznesinə deyil, Samirin biznesinə yatırılacağını bilməmişdir. 05 may 2020-ci ildə Nurlan ona zəng edərək öz evinə çağırmışdır. Nurlanla görüşdükdə sonuncudan Samirin BMCMİ-nin əməkdaşları tərəfindən tutulduğunu, onun pullarının Samirdə olduğunu öyrənmişdir. Nurlanla birlikdə məşğul olduğu biznes fəaliyyətindən 16000 manat gəlir əldə etmişdir. Nurlanın ondan aldığı pulu hansı sahəyə yatırmasında maraqlı olmamış, onun üçün qazanacağı pul vacib olmuşdur. Belə ki, Nurlan ona hər hansı bir biznes təklif etsə idi, məsələn tütün biznesinə yatırmağı da təklif etsə idi, ona da razı olardı. Nurlan silah və narkotik satışından başqa istənilən biznesi desə idi ona razılığını verərdi. Nurlanın Samirlə əlbir olub onun pulunu dələduzluq yolu ilə keçirəcəyinə inanmamışdır. Aralarında, həmçinin atası ilə Nurlanın arasına pul mübahisəsi olmamışdır. Nurlan 10 mayda ona pul qaytarmalı olsa da, pullar Samirdə olduğu üçün qaytara bilməmişdir. Deməsinə görə pulları Nurlanda olsa qaytarardı, çünki sonuncunun onunla düşmənçiliyi olmamışdır. Nurlanın onu aldatmaq niyyəti olmamışdır. Nurlanın ona qazanc kimi verdiyi pulların biznesə yatırmaq üçün sonuncuya vediyi pullardan olub-olmamasını bilmir. Samirin Nurlanı aldadıb-aldatmamasını bilmir, maraqlanmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Nurlanı ailəvi tanıyır. Sonuncu atası ilə dost olmuşdur. 2020-ci ildə Nurlan qardaşı Raufa sementi nağd şəkildə alıb nisyə satmaqla gəlir əldə etməyi təklif etmişdir. Lakin sonradan aralarında pulla bağlı problemlər yaranmışdır. Aralarında şərik münasibəti olmamışdır. Rauf Nurlana həmin pulu borc kimi deyil, gəlir əldə etmək məqsədilə sement biznesinə yatırması üçün vermişdir. Raufun Nurlana nə qədər pul verməsi barədə məlumatı olmamışdır. Nurlan sonradan Raufdan aldığı pulları Samirə verdiyini demişdir. 26 sentyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 19:30da Ağayev X6 RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Kamran Əliyev tərəfindən şübhəli şəxs qisində tutulmuşdur. (Cild 1 i.v. 68-69) 28 sentyabr 2023-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1 İ.v. 102-106) 23 dekabr 2023-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə, 26 fevral 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Raufdan aldığı pulu qaynı Samirə borc verdiyini, qaynının ona da borclu olduğunu, Samirin digər borclarını ödədiyi üçün həmin pulu qaytara bilmədiyini, ona məxsus Şamaxı rayonunda yerləşən 100000 manat dəyərində mənzili zərərçəkmiş şəxsə təklif etdiyini, lakin sonuncunun razılaşmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla dost olduğundan ondan daim pul alaraq həmin puldan qazanc əldə edərək, pulu qazanc əldə edərək qazancla birlikdə Zərərçəkmiş şəxs qaytardığını, sonuncu dəfə pulu alaraq qaynı Təqsirləndirilən şəxs2 verdiyini, sonuncunun həmin pulla digər borclarını qaytardığını, Nurlanın özünə də 405000 manat məbləğində borcunun olduğunu, həmin borcu qaytarmadığını bildirmişdir.(Cild 1 İ.v. 189-194) 27 sentyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilən üzləşmə zamanı Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə deməklə təsdiqləmişdir. (Cild 1 i.v. 76-80) 22 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşmə zamanı Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə deməklə təsdiqləmişdir. (Cild 1 i.v. 131-136) 23 noyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 230000 ABŞ dolları məbləğində pul aldığını, Nurlanın deməsində sonra Zərərçəkmiş şəxsla görüşürək 30000 ABŞ dolları məbləğində pul vəsaiti aldığını, Nurlanın siqaret biznesinə yatırmasını deməsinə baxmayaraq, Şakir adlı tanışına olan borcunu qaytardığını, Nurlanın Raufdan aldığı pulları tütün biznesinə yatırmasını deməsini bildirmişdir. (Cild 1 i.v. 143-148) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 1 i.v 149-150) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 2 i.v 179) "xxxx" MTK-nın sədri A.N.Mustafayev tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanda yaşadığı illər ərzində MTK və qonşularla heç bir problem yaşamamışdır. (Cild 2 i.v 26) Azərbaycan Respublikası Mərkəzi Bankın saytından götürülmüş çıxarışdan görünür ki, cinayət törədilən an 1 ABŞ dolları 1.7000 manat ekvivalentində olmuşdur. (Cild 2 i.v 56) “X20 Zavodu” MMC-dən daxil olmuş məktubdan görünür ki, “X20 Zavodu” MMC-dən "xxxx" MMC-ə 2019-cu ilin iyun ayında 164,068.88 (yüz altmış dörd min altmış səkkiz manat səksən səkkiz qəpik) manat, 2019-cu ilin iyul ayında 264,367.98 (iki yüz altmış dörd min üç yüz altmış yeddi manat doxsan səkkiz qəpik) manat, 2019-cu ilin avqust ayında 425,179.03 (dörd yüz iyirmi beş min yüz yetmiş doqquz manat üç qəpik) manat, 2019-cu ilin sentyabr ayında 264,367.98 (dörd yüz beş min üç yüz on üç manat iyirmi altı qəpik) manat, 2019-cu ilin oktyabr ayında 215,515.84 (iki yüz on beş min beş yüz on beş manat səksən dörd qəpik) manat, 2019-cu ilin noyabr ayında 190,025.79 (yüz doxsan min iyirmi beş manat yetmiş doqquz qəpik) manat, 2019-cu ilin dekabr ayında 228,539.70 (iki yüz iyirmi səkkiz min beş yüz otuz doqquz manat yetmiş qəpik) manat, 2020-ci ilin yanvar ayında 243,096.24 (iki yüz qırx üç min doxsan altı manat iyirmi dörd qəpik) manat, 2020-ci ilin fevral ayında 299,443.71 (iki yüz doxsan doqquz min dörd yüz qırx üç manat yetmiş bir qəpik) manat, 2020-ci ilin mart ayında 265,668.56 (iki yüz altmış beş min altı yüz altmış səkkiz əlli altı qəpik) manat, 2020-ci ilin aprel ayında 18,540.02 (on səkkiz min beş yüz qırx manat iki qəpik) manat, 2020-ci ilin may ayında 257,169.60 (iki yüz əlli yeddi min yüz altmış doqquz manat altmış qəpik) manat olmaqla ümumilikdə 2,976,928.61 (iki milyon doqquz yüz yetmiş altı min doqquz yüz iyirmi səkkiz manat altmış qəpik) manat məbləğində sement satışı həyata keçirilmişdir. (Cild 2 i.v 201) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 01 iyun 2019-cu il tarixdən 30 iyun 2019-cu il tarixədək olan müddət ərzində cəmi dövriyyə məbləği 25998,76 (iyirmi beş min doqquz yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat, 01 iyul 2019-cu il tarixdən 31 iyul 2019-cu il tarixədək olan müddət ərzində 597169,06 (beş yüz doxsan yeddi min yüz altmış manat altı qəpik) manat, 01 avqust 2019-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək olan müddət ərzində 316214,57 (üç yüz on altı yeddi min iki yüz on dörd manat əlli yeddi qəpik) manat, 01 sentyabr 2019-cu il tarixdən 30 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində 389756,56 (üç yüz səksən doqquz min yeddi yüz əlli altı manat əlli altı qəpik) manat, 01 oktyabr 2019-cu il tarixdən 31 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində 712999,72 (yeddi yüz on iki min doqquz yüz doxsan doqquz manat yetmiş iki qəpik) manat, 01 noyabr 2019-cu il tarixdən 30 noyabr 2019-cu il tarixədək olan müddət ərzində 493261,22 (dörd yüz doxsan üç min iki yüz altmış bir manat iyirmi iki qəpik) manat, 01 dekabr 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddət ərzində 391471,17 (üç yüz doxsan bir min dörd yüz yetmiş bir manat on yeddi qəpik) manat, 01 yanvar 2020-ci il tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddət ərzində 117680,45 (yüz on yeddi min altı yüz səksən manat qırx beş qəpik) manat, 01 fevral 2020-ci il tarixdən 29 fevral 2020-ci il tarixədək olan müddət ərzində 32152,2 (üç yüz iyirmi bir min dörd yüz əlli iki manat iyirmi qəpik) manat, 01 mart 2020-ci il tarixdən 31 mart 2020-ci il tarixədək olan müddət ərzində 308153,4 (üç yüz səkkiz min yüz əlli üç manat qırx qəpik) manat, 01 aprel 2020-ci il tarixdən 30 aprel 2020-ci il tarixədək olan müddət ərzində 128171,83 (yüz iyirmi səkkiz min yüz yetmiş bir manat səksən üç qəpik) manat, 01 may 2020-ci il tarixdən 31 may 2020-ci il tarixədək olan müddət ərzində 875457,88 (səkkiz yüz yetmiş beş min dörd yüz əlli yeddi manat səksən səkkiz qəpik) manat məbləğində olmuşdur. (Cild 2 i.v 200-300) Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2008-ci il təvəllüdlü X7 adında yetkinlik yaşına çatmayan və xx.xx.2016-cı il təvəllüdlü X11 adında azyaşlı övladı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə toplanmış subutlarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət törətməsi təsdiq olunmuş, Təqsirləndirilən şəxs1 CM-nin 178.3.2-ci maddəsində nəzərdu tutulan cinayəti törətməsi isə təsdiq olunmamışdır. Həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 tərəfindən pulun əldə edilməsi işin mübahisəsiz halıdır. Araşdırılmalı hal hər ikisinin aldatma və ya etirbardan sui-istifadə ilə hərəkət etməsidir. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi aldatma və etibardan sui-istifadə niyyətinin olmasına dair heç bir sübut təqdim olunmamış və məhkəmə baxışı zamanı da sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs biznes fəaliyyəti üçün pul götürməmişdən əvvəl onun aldadaraq həmin pulu ələ keçirmək niyyəti olmamışdır. Bu niyyətin olmamasını təsdiq edən hallardan biri bizneslə məşğul olmaq təklifinin məhz Raufdan gəlməsi olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir iş görüb, pul qazanmaq istəmiş və Nurlana demişdir ki, “nəsə bir iş olsa mənə de, pul qoyum, xeyir qazanaq, mənim etibarım sənədir”. 2020-ci ildə qardaşının toy ərəfəsi oturub söhbət etmişlər. O, Nurlana “mənim əlimə pul gəlsə, işləyək, mən də pul qazanım” demiş, sonuncuya “10.000 dollar pul düzəldə bilərəm, bu pula nə qazana bilərik?” demiş, Nurlan da “ancaq nağd sement alıb, nisyə sata bilərik, 10000 dollara qarşı ayda 1000-1200 manat pul qazana bilərik” demişdir. İlk baxışda 2023-cü ilin fevral, mart ayında 10000, 42000, 60000 dollar alıb bunun müqabilində sement sataraq xeyrini zərərçəkmişə verməsi etibar hissini qazanma kimi görünüsə də, təqsirləndirilən şəxs real olaraq sementin alınmasını və daha sonra satılmasını özünün və zərərçəkmişin ifadələrindən, “X20 Zavodu” MMCdən, eləcə də, Dövlət Vergi Xidmətindən alımış sorğulara cavablardan da aydın olur ki, təqsirləndirilən şəxsin direktoru olduğu "xxxx" MMC qeyd olunan məbləğlərdən artıq məbəğdə sement alaraq satıb gəlir əldə etmişdir. “X21 Zavodu” MMC-dən, eləcə də, Dövlət Vergi Xidmətindən alınmış sorğulara cavablardan o da görünür ki, "xxxx" MMC direktoru kimi Təqsirləndirilən şəxs1 Rauf İsmyılovdan pulun alınmasından əvvəlki dövrdə də uğurlu sahibkar kimi fəaliyyəti göstərmiş, əvvəlki 10 ay ərzində hər ay 200.000-400.000 manat aralığında sement alış və satışını həyata keçirmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Daha sonra qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm istintaq zamanı, həm də məhkəmədə ifadələrdə tütün biznesinə yatırması adı ilə Zərərçəkmiş şəxs məxsus pulu Təqsirləndirilən şəxs1 almasını, lakin öz borclarına qaytarmasını bildirmiş, Təqsirləndirilən şəxs1 də bunu təsdiq etmişdir. Yəni Təqsirləndirilən şəxs2 özü etiraf etmişdir ki, Təqsirləndirilən şəxs1 pulu alarkən əvvəlcədən niyyəti borclarını qaytarmaq olmuş, heç bir tütün biznesinə qoymaq niyyəti olmamışdır. İstintaq orqanının isə bu halı inkar edən heç bir sübutu yoxdur. Belə olan halda məhkəmə bunun baş verməsini qəbul edir. Yəni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 aldararaq pulu ələ keçirmişdir. Təqsirləndirilən şəxs1 pul dələdəuzluq yolu ilə, yəni cinayət yolu çıxmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs icazəsi olmadan pulu Təqsirləndirilən şəxs2 verməsi də özlüyündə aldatma kimi qəbul edilə bilməz. Belə ki, ilk öncə ona görə ki, pullar Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 istəməmişdən əvvəl alınmışdır. X10 ifadəsindən Təqsirləndirilən şəxs1 onu aldatmaq niyyətinin olmaması aydın olur. Belə ki, o, ifadəsində qeyd edir ki, Təqsirləndirilən şəxs1 pulu verməkdə məqsədi biznesə qoymaq olmuş, sonuncunun sement biznesi ilə məşğul olmasını bilsə də, Nurlanın ondan aldığı pulu hansı sahəyə yatırmasında maraqlı olmamış, onun üçün qazanacağı pul vacib olmuşdur. Nurlan ona başqa biznes sahəsinə də qoymasını bildirsə idi razılığını verəcəkdi. Belə ki, Nurlan ona hər hansı bir biznes təklif etsə idi, məsələn tütün biznesinə yatırmağı da təklif etsə idi, ona da razı olardı. Nurlan silah və narkotik satışından başqa istənilən biznesi desə idi ona razılığını verərdi. Nurlanın Samirlə əlbir olub onun pulunu dələduzluq yolu ilə keçirəcəklərinə inanmamışdır. Aralarında, həmçinin atası ilə Nurlanın arasına pul mübahisəsi olmamışdır. Nurlan 10 mayda ona pul qaytarmalı olsa da, pullar Samirdə olduğu üçün qaytara bilməmişdir. Deməsinə görə pulları Nurlanda olsa qaytarardı, çünki sonuncunun onunla düşmənçiliyi olmamışdır. Nurlanın onu aldatmaq niyyəti olmamışdır.Hətta sonuncu 30000 dollar məbləği Rauf özü Nurlana zəng edərək biznesə yatırmasını bildirmişdir. Həmçinin Nurlanın aldatmaq niyyətinin olmamasını Təqsirləndirilən şəxs2 tutulduqdan sonra olan hərəkətlərindən də aydın olur. Belə ki, o, dərhal Samirin harada olması barədə maraqlanmış və tuulması barədə Raufa məlumat vermiş, ziyanın qaytarılması istiqamətində tədbirlər görmüş, avtomobilini satmış, ziyanın bir hissəsini ödəmiş, Raufa torpaq sahəsi təklif etmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında həmçinin göstərilmişdir ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-nin 42.2.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 357.0.1-ci maddəsinə əsasən şəxsə məhkəmənin hökmü ilə bəraət verildikdə o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 hərəkətləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı toplanmış sübutlardan aydın olur ki, o, Zərərçəkmiş şəxs məxsus pulu Təqsirləndirilən şəxs1 alarkən pulun sonuncuya məxsus olmasını bilmiş və əvvəlcədən hər hansı bir biznes sahəsinə yatırmaq niyyəti olmadan bu adla alaraq əvvəlcədən yaranmış olan borclarına qaytarmışdır. Yəni onun pulu ələ keçirmək niyyəti ona verilməmişdən əvvəl mövcud olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində Təqsirləndirilən şəxs2 ondan pulu alarkən sonuncuya Zərərçəkmiş şəxs məxsus olmasını demiş, eləcə də, tütün biznesinə qoyub qısa müddətdə qaydaracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 özü ifadəsində Təqsirləndirilən şəxs1 ona həmin pulu Zərərçəkmiş şəxs olmasını dediyini təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs1 pulu alarkən biznesə yatırmaq niyyəti ilə deyil, mövcud olan borclarını qaytarmaq olmuşdur. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Həmçinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmamadığına görə bəraət verilməli olduğundan Təqsirləndirilən şəxs2 əməlində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq əməlini törətməsinə dair hissə ittihamdan xaric edilməlidir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin o, cinayət əməlini təqsirli olaraq törətmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin məcmusu var. Belə ki, hazırki cinayət işi üzrə ona təyin ediləcək cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-539/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan, bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun əvvəlki cinayət işi üzrə tutulduğu vaxtdan, yəni 12 may 2020-ci il il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərcləri müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 344-347, 349, 350.2, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun əvvəlki cinayət işi üzrə tutulduğu, yəni 12 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığına görə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1476/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1476/2024
12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver