Məhkəmə qərarları › İş №1(101)-1477/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1477/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1477/2022 23.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi X14, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, X4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxslərin hüquqi varisləri X8, X9, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs Cabar oğlunun, xx xxxxxx 1984-cü ildə Saatlı rayonu, Bəylik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Bəylik Ərazi Dairəsi, Bəylik kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 263-1.4 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqıda” Azərbaycan Respublikası Qanunun 37ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməməklə, ona verilmiş AE 530094 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı ilə 6 (altı) ay müddətinədək məhdudlaşdırılmasına baxmayaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ, X10 adına rəsmiləşmiş, faktiki olaraq X11 məxsus “Howo Yük” markalı, Az **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etməyə hüquq verən etibarnamə olmadan 12 dekabr 2021-ci il tarixdə saat 08:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Kürdəxanı qəsəbəsində yerləşən “Dəmir Yumruq” mağazasının yaxınlığında “X32” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin, 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı, 69-cu maddəsinin 7-ci bəndinin 1-ci hissəsinin üfüqi nişanlanma xəttini kəsib keçmək qadağandır, kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunanlara əməl etməyib, sola doğru manevr edərək yolun hərəkət hissələrini əks istiqamətli hərəkət hissələrinə bölən 1.3 üfüqi xəttini kəsib, əks hərəkət zolağına daxil olaraq, idarətməni itirmiş, avtomobilinin yana-irəli və sola fırlanma hərəkəti zamanı arxa ban hissəsini qarşıdan əks istiqamətdə olan Zərərçəkmiş şəxs5 idarə etdiyi «Mercedes- Benz» markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşdurmuş, nəticədə «Mercedes-Benz» markalı, Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək, əks istiqamətli hərəkət hissəsinə doğru hərəkət edib, yolun hərəkət hissəsinin kənarında yerləşən “Dəmir Yumruq” adlı mağazaya dəyərək, dayanmış, həmin vaxt Pirşağı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs4 etibarnamə əsasında idarə etdiyi “Nissan Sunny” markalı, Az **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə qarşıda eyni hərəkət hissəsində dayanmış vəziyyətdə olan “Howo Yük” markalı, Az **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa tin hissəsi ilə toqquşmuş, «Mercedes-Benz» markalı, Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Howo Yük” markalı, Az **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmasından sonra “Dəmir Yumruq” adlı mağazaya dəyməsi nəticəsində «Mercedes-Benz» markalı, Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri X17 baş beyin əzilməsi, alın sümüyünün qəlpəli sınığı və təpə nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan başın küt travması, dərəcəsinə görə həyat üçün təhlükəli olub, ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər dərəcəli, Zərərçəkmiş şəxs3 baş beyin silkələnməsi ilə müşayiət olunan təpə, sağ alın-gicgah, alın və ənsə nahiyyələrinin əzilmiş yaraları, sürücüsü Zərərçəkmiş şəxs5 baş beyin silkələnməsi, alın və sol gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, boyun nahiyəsinin əzələ-bağ aparatının gərilməsi, sol təpə və bel-oma nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət edilən, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, ehtiyyatsızlıqdan sağlamlğa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 Müslüm oğluna baş-beyin maddəsinin əzilib-dağılması, sümük defekti ilə müşayiət olunan kəllə tağı sümüklərinin kəllə əsasına keçən qəlpəli açıq, sağ körpücük sümüyünün qapalı, yerini dəyişən sınıqları, sağ ağciyərin kontuziyası, başın, sifətin, döş qəfəsinin, hər iki yuxarı ətrafın və sağ siz oynağının əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət edilən, Zərərçəkmiş şəxs2 baş-beyin maddəsinin əzilib-dağılması və onurğa beyninin boyun şöbəsinin əzilməsi, kəllə tağı və əsası sümüklərinin, üz skeleti sümüklərinin çoxqəlpəli sınıqları, l-ll-lll boyun fəqərələrinin, sağ körpücük sümüyünün qapalı qəlpəli yerini dəyişən sınıqları, sağ yuxarı ətrafın sağ saidin orta 1/3 hissəsindən travmatik ampitasiyası, sağ bazu sümüyünün açıq sınığı, sağ ağciyərin kontuziyası, başın, sifətin, boyunun, döş qəfəsinin və sağ yuxarı ətrafın əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət müşayiət edilən xəsarətlər yetirib, ehtiyyatsızlıqdan sonuncuların ölümünə səbəb olmaqla «Mercedes-Benz» markalı, Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs5 11000 manat, “Nissan Sunny” markalı, Az **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 2420 manat ziyan vurmuş, həmçinin "X32" Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmaqla, yəni, nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanı qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardm” maşını çağırmalı, zərərçəkənlərə həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, başqa nəqliyyat vasitəslərinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalı, yolun hərəkət hissəsini boşaltmaq və ya zərərçəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir, kimi tələbləri pozmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib, ifadələrində göstərdi ki, hadisədən qabaq və ya sonra zərərçəkmiş şəxsləri tanımayıb. Hadisə «Mersedes-Benz» maşının sürücüsünün təqsiri səbəbindən baş verib. Hadisə 12 dekabr 2021-ci il tarixdə olub. Həmin tarixdə, təxminən saat 08:15 radələrində O, idarə etdiyi “Howo Sınotruk” markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Dəmir Yumruq” marketin qarşısında çox aşağı sürətlə hərəkət edib, qoşa xətti keçərək yolun əks istiqamətli hərəkət hissəsi ilə Kürdəxanı qəsəbəsində yerləşən qaraja doğru hərəkət etmək istərkən, həmin vaxt əks istiqamətli hərəkət hissəsi ilə Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində hərəkət edən «Mercedes-Benz» markalı maşın anidən onun maşınını vurmuşdur. Həmin gün yer yaş idi. O, dönmə anında «Mersedes-Benz» maşını onun idarə etdiyi yük maşınını vurub, yoldan çıxaraq, əlli-altımış metr uzaqlıqda olan obyektə dəyib, dayandı. Hadisədən sonra O, həmin maşında olanlardan ikisinin rəhmətə getdiyini, üç nəfərin isə yaralandığını bilib. «Mersedes-Benz» maşının sürəti saatda yüz qırx, ya da yüz altımış olub. Belə olmasaydı ani halda onun maşını yoldan çıxan kimi onunla toqquşmazdı və yoldan altımış metr aralıqdakı obyektə dəyməzdi. Əgər obyekt olmasaydı «Mersedes-Benz» daha da uzağa düşərdi. O, hadisənin özü tərəfindən törədilməməsinə baxmayaraq, uşağların vəfat etməsindən çox peşimandır. Uşaqlar onun maşınında deyil, «Mersedes-Benz» maşınında olublar. Hadisənin baş verməsinə səbəb də «Mersedes-Benz» maşınının yüksək sürətlə hərəkət etməsi olub. «Mersedes-Benz» yüksək sürətlə sürməsəydi, bu hadisə olmazdı. “Mersedes-Benz”maşınının sürücüsü isə zərərçəkmiş kimi tanınıb. İstintaq düz aparılmayıb. Xahiş edir ki, «Mersedes-Benz» maşınının sürücüsü də işə cəlb olunsun. O, özü hadisə yerindən qaçmayıb, qəzaya düşən şəxslərin qohumlarının ona qarşı hər hansı hərəkət edə bilmələrindən ehtiyatlanaraq, oradan uzaqlaşıb. Hadisədən sonra O, zərərçəkmiş şəxslərlə barşmağa çalışıb, lakin alınmayıb. Zərərçəkmiş şəxslərdən biri ondan iyirmi min manat istəyir. Onun isə bu məbəlği ödəmək üçün maddi imkanı yoxdur. Başqa sözü də yoxdur. Məhkəmədə elan edilib, araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində ona Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadələrində göstərmişdir, ki hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində, nömrəsiz evdə kirayədə yaşayır. Dolanışıq məqsədi ilə fərdi olaraq yük avtobillərində sürücülük edir. **-ZS-*** dövlət qeydiyyat nişanlı, “Howo Sınotruk” markalı avtomobil X15 məxsus olsa da, təxminən 8 aydır ki, həmin avtomobili idarə edir. xx.xx.2018-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi almışdır. Həmin vaxtdan da yük avtomobilləri idarə edir. xx.xx.2021-ci il tarixdə, saat 08:15 radələrində idarə etdiyi **-ZS- *** dövlət qeydiyyat nişanlı, “Howo Sınotruk” markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Dəmir Yumruq” marketin qarşısında saatda 20-25 km sürətlə qoşa xətti keçərək, əks istiqamətli hərəkət hissəsinə keçərək, Kürdəxanı qəsəbəsində yerləşən qaraja doğru hərəkət etmək istəyirmiş. Həmin vaxt, əks istiqamətli hərəkət hissəsi ilə Kürdəxanı şosesi ilə Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində tünd rəngli dövlət qeydiyyat nişanına fikir vermədiyi “Mercedes-Benz” markalı avtomobilin düzünə hərəkət etməsini görmüş, idarə etdiyi avtomobil iri qabaridli yük avtomobili olduğundan fikirləşmişdir ki, “Mercedes-Benz” markalı avtomobil onu görüb, hərəkətini dayandırar. Bu səbəbdən də manevrini davam etdirmiş, lakin manevr edərkən avtomobilinin arxa hissəsi ilə başqa avtomobilin toqquşmasını hiss etmişdir. Dərhal avtomobilini saxlamış, arxaya baxdıqda görmüşdür ki, “Mercedes-Benz” markalı avtomobil onun avtomobilinin arxa hissəsinə dəymiş zərbədən isə əks istiqamətli hərəkət hissəsinə keçərək, “Dəmir Yumruq” mağazasının divarına çırpılmışdır. Onun avtmobili dayanmış vəziyyətdə olarkən, arxa hissəsinə, sonradan markası ona “Nissan Sunny” kimi bəlli olan avtomobil dəymişdir. O, hadisədən qorxmuş, və avtomobilini irəli doğru hərəkət etdirmişdir. Avtomobilini Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən dayanacağa doğru idarə edib, orada saxlamış, hadisənin nəticəsində qorxduğundan oradan uzaqlaşmışdır. Həmin gecəni qorxduğu üçün küçələrdə gecələmiş, xx.xx.2021-ci il tarixdə 15-ci PB-nə gələrək hadisəni özünün törətməsi barədə məlumat vermişdir. Hadisə nəticəsində heç bir bədən xəsarəti almamışdır, bu səbəbdən də MTE-na müraciət etməkdən imtina edib. Hadisə zamanı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur, avtomobilində yük və sərnişin olmamışdır. O, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmir. Hadisə zamanı spirtli içki içməmişdir. Məhkmədə elan olunub, araşdırılmış digər ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 263-1.4 və 264-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, göstərmişdir ki, təqdim edilmiş görüntü xx.xx.2021-ci il tarixdə saat 08 radələrində idarə etdiyi “Howo Sınotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törətdiyi yol-nəqliyyat hadisəsinin görüntüsüdür. O, ifadələrini verərkən, səhvə yol vermiş, və videogörüntüdən özü də görür ki, toqquşmadan əvvəl o qoşa xətdən 1-1,2 metr aralıda hərəkətdə olmuş, ilkin ifadələrində O, hadisədən əvvəl sürətinin yüksək olduğunu göstərməkdən çəkinmişdir. Hazırda isə səmimi olaraq bildirir ki, o sürətlə hərəkətdə olarkən, sola manevr etməzdən əvvəl yumşaq tormozlama apararaq, sürətini azaltdığına görə heç sürətinin qoşa xətti keçərkən, nə qədər olmasını özü də dəqiq bilməmişdir. İlkin ifadələrində göstərmişdir ki, sürəti 20-25 km/saat olmuşdur. Hazırda isə qeyd edir ki, ola bilsin ki, sürəti bir qədər artıq da olmuşdur. Lakin yenə də sürətini dəqiq deyə bilməmişdir. O, etiraf etmişdir ki, hadisə zamanı yolun hərəkət hissəsi yaş olduğundan, həqiqətən də dönmə prosesinə başlayanda avtomobili idarə olunmaz vəziyyətə düşmüş və avtomobilin kabina hissəsi əks hərəkət zolağına istiqamətləndiyi halda arxa hissəsi də hərəkətin istiqamətində irəliyə doğru yan hissəsi üzrə sürüşməyə başlamışdır. Qeyd olunan, yəni, avtomobilin həm sol əks hərəkət zolağına, həm də böyrü üstə irəliyə doğru yerini dəyişdiyi halda O, əks hərəkət zolağına daxil olmuş, özü də videogörüntüdən açıq-aşkar görür ki, “Mercedes-Benz” markalı avtomobillə ilkin toqquşma anında avtomobilin arxa hissəsi həm “Mercedes-Benz” markalı avtomobilə doğru, həm də sola doğru yerdəyişmə, yəni, fırlanma etmişdir. O, göstərmişdir ki, elə bir vəziyyətdə 2 saniyə ilə bir saniyənin fərqini hiss edə bilməzmiş, elə zənn etmişdir ki, onun dönməsi ilə toqquşmanın baş verməsi demək olar ki, eyni anda olmuşdur. Ola bilsin ki, vaxtı müəyyən etməkdə azacıq səhv etsin. O, qoşa xətti kəsib, keçərkən “Merdedes-Benz” markalı avomobilin hansı məsafədə olmasını hadisə yerində göstərməkdə çətinlik çəkir və göstərə bilməz. Ancaq hazırda sadəcə bir sürücü kimi ehtimal edir ki, “Mercedes-Benz” markalı avtomobil yaxın məsafədə olmuşdur ki, O, dönəndən sonra idarə etdiyi avtomobil idarəolunmaz vəziyyətdə onun yoluna daxil olduğu andan bir iki saniyə sonra toqquşma baş vermişdir. Bu onun sürücü kimi ehtimalıdır. Ancaq yenə də O, həmin məsafəni göstərə bilməz. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, hazırda Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, nömrəsiz evdə yaşayır. 12 dekabr 2021-ci il tarixdə, saat 08:00 radələrində işə getmək üçün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yolun kənarına çıxıb, orada yerləşən “Kürdəxanı” marketin qarşısında dayanıb, yol avtomobili gözləyərkən, «Kürdəxanı» marketin qarşısında «Mercedes-Benz» markalı, Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlamış, həmin avtomobilin sürücüsündən “Koroğlu” metrostansiyasına gedib-getməməsini soruşmuş, sürücü də bildirdi ki, “Koroğlu” metrostansiyasına gedir. Bundan sonra sürücü ilə yol haqqını bir manata razılaşmışlar. O, avtomobilə minərkən, sürücüdən başqa 3 nəfər sərnişin də olmuş, O isə dördüncü sərnişin olmuşdur. O, avtomobildə arxa sol oturacaq da sürücünün arxasında əyləşmişdir. Bundan sonra sürücü avtomobilini idarə etməyə başlamış, O isə arxada mobil telefonunda oyun oynayırmış. Sürücü **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı avtomobillə Kürdəxanı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində Kürdəxanı şossesi ilə sol hərəkət zolağı ilə yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xəttə yaxın hərəkət edirmiş. Yolun hərəkət hissəsi yaş, üfüqi, asfalt örtüklü və düz olmuşdur. Kürdəxanı qəsəbəsində olarkən, sərnişini olduğu **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı avtomobilin tormozlama etməsini görüb, yola baxmış və görmüşdür ki, onların hərəkət hissələrinə yük avtomobili daxil olmuşdur. Sərnişini olduğu **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı avtomobil tormoz etməsinə baxmayaraq, yolun hərəkət hissəsi yaş olduğundan, yük avtomobilinin banının arxa tininə dəymiş və bundan sonra avtomobil idarə olunmaz vəziyyətə düşərək, sola istiqamətlənib, əks istiqamətli yolu da kəsib-keçərək, əks istiqamətli hərəkət hissəsində yolun kənarında olan mağazaya dəyərək, dayanmışdır. Hadisə nəticəsində sərnişini olduğu avtomobildə olan sərnişinlər və sürücü xəsarət almışlar. Bununla bağlı onu, sürücünü və sərnişinləri 3 saylı ŞKX-na aparmışlar. Avtomobilində olan iki nəfər sərnişin isə, sonradan bildiyinə görə, hadisə yerində ölmüşlər. O, qeyd etmişdir ki, sərnişini olduğu avtomobilin dəqiq sürətini bilmir, lakin sərnişini olduğu **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı avtomobil elə də sürətlə hərəkət etmirmiş. Hesab edir ki, həmin avtomobilin sürəti 60-70 km/saat aralığında olmuş, ola da bilər ki, avtomobilin sürəti 65 km/saat olmuşdur. Sərnişini olduğu **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı avtomobilinin hərəkət yoluna yük avtomobilinin daxil olmazdan əvvəl hər hansı bir formada tormozlama aparması, sürəti azaltması onun diqqətini cəlb etməmiş, ona görə bununla bağlı heç bir məlumat verə bilməz. Yük avtomobilinin qoşa xətti kəsib, onların hərəkət yoluna daxil olarkən, sürəti barədə heç nə deyə bilməz. Yük avtomobilinin hərəkət yoluna daxil olduğu anda sərnişini olduğu **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı avtomobil toqquşma nöqtəsindən təxminən 20-30 metrə qədər məsafədə olarmış. Sərnişini olduğu **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yük avtomobilinin yoluna girdiyini gördüyü anda sərt tormozlama aparmış, məhz bundan sonra O, yola baxmışdır. Yük avtomobili qoşa xətti kəsib, onların hərəkət yoluna daxil olduğu andan ani müddət ərzində, ya bir, ya da bir-iki saniyə vaxt aralığında baş vermiş, bundan artıq vaxt keçə bilməzmiş. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadələrində göstərdi ki, o, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, S.Hüseynzadə küçəsi, ev 2, mənzil 4-də yaşayır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində elektrik işləyir, boş vaxtlarında özünə məxsus «Mercedes-Benz» markalı, Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərir. 12 dekabr 2021-ci il tarixdə, saat 08:15 radələrində özünə məxsus olan, texniki cəhətdən saz vəziyyətdə olan Az **-DO-*** dövlət qeydiyyat nişanlı, «Mercedes- Benz» markalı avtomobillə Kürdəxanı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində Kürdəxanı şossesi ilə saatda 60-70 km sürətlə sol hərəkət zolağı ilə yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xəttə yaxın hərəkət edərkən, avtomobilində dörd nəfər sərnişin olmuşdur. Yolun hərəkət hissəsi yaş, üfüqi, asfalt örtüklü və düz idi. Hərəkətdə olarkən, onun qarşısında eyni istiqamətdə hərəkət edən heç bir nəqliyyat vasitəsi olmamışdır. Ona görə də istər öz yolunu, istərsə də əks hərəkət istiqamətini kifayət qədər yaxşı görmüşdür. Qarşıdan əks yolla ağımtıl rəngli, markasını dəqiq bilmədiyi yük avtomobili gəldiyini görmüşdür. Hərəkət etdikləri yol yaşayış məntəqəsi ərazisində olduğundan hesab edir ki, qarşıdan gələn avtomobil də 60-70 km/saat sürətlə əks istiqamətdə hərəkət edir. Yük avtomobilini görsə də, diqqəti öz hərəkət yolunda olmuş, lakin anidən həmin yük avtomobilinin icazə verilməyən yerdə qoşa xətti kəsərək, hərəkəti istiqamətində soldan sağa onun yoluna daxil olduğunu başa düşüb, anidən toqquşmanın qaçılmaz olduğunu dərk edərək, avtomobili dayandırmaq üçün, hərəkət istiqamətini dəyişmədən, sərt tormozlama aparmış, lakin avtomobili yolun hərəkət hissəsi yaş olduğundan yük avtomobilinin banının arxa tininə dəymişdir. Bundan sonra avtomobili idarə olunmaz vəziyyətə düşərək, sola istiqamətlənib, əks istiqamətli yolu da kəsib-keçərək, əks istiqamətli hərəkət hissəsində yolun kənarında olan mağazaya dəyərək, dayanmışdır. Hadisə nəticəsində O və avtomobilində olan iki sərnişinlər xəsarət almışlar. Bununla bağlı onu və həmin üç nəfər sərnişini 3 saylı ŞKX-na aparmışlar. Avtomobilində olan iki nəfər sərnişin isə hadisə yerində ölmüşlər. Bu barədə onun sonradan xəbəri olmuşdur. O və avtomobilində olan daha iki sərnişin 3 saylı ŞKX-da stasionar müalicə almışlar. Əks hərəkət yolu ilə hərəkət edən yük avtomobilinin onun hərəkət yoluna daxil olmazdan əvvəl hər hansı bir formada tormozlama aparması, sürəti azaltması diqqətini cəlb etməmiş, bu səbəbdən də qeyd olunanlarla bağlı heç bir məlumat verə bilməz. O, yük avtomobilinin qoşa xətti kəsib, onun hərəkət yoluna daxil olduğu anda sürətinin nə qədər olmasını bilmir. Yük avtomobili qoşa xətti kəsərək, onun hərəkət yoluna daxil olduğu anda onun idarə etdiyi avtomobil toqquşma yerindən təxminən 20-30 metrə qədər məsafədə olmuşdur. Havanın yağışlı olması, yolun hərəkət hissəsinin yaş olması səbəbdən tormoz versə də, avtomobilini saxlaya bilməmişdir. Hadisə baş vermişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadələrində göstərdi ki, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, Meyvə tingliyində nömrəsiz evdə yaşayır. 12 dekabr 2021-ci il tarixdə, saat 08:00 radələrində işə getmək üçün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, yolun kənarına çıxıb, orada yerləşən “Kürdəxanı” marketin qarşısında dayanmış və yol avtomobili gözləyərkən, marketin qarşısında «Mercedes-Benz» markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlamış, həmin avtomobilin sürücüsündən metronun “Koroğlu” stansiyasına gedib-getməməsini soruşmudur. Sürücü də bildirmişdir ki, metronun “Koroğlu” stansiyasına gedir. Bundan sonra sürücü ilə yol haqqını bir manata razılaşmışlar. O, avtomobilə minərkən, sürücüdən başqa maşında iki nəfər sərnişin də var idi. Ondan sonra isə bir nəfər də sərnişin mindi. O, avtomobilin arxa oturacaqında, ortada əyləşmışdir. Bundan sonra sürücü avtomobilini idarə etməyə başladı və Kürdəxanı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində Kürdəxanı şossesi ilə sol hərəkət zolağı ilə yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xəttə yaxın hərəkət etdirirdi. Yolun hərəkət hissəsi yaş, üfüqi, asfalt örtüklü və düz idi. Kürdəxanı qəsəbəsində avtomobilin yük avtomobili ilə toqquşduğunu görmüşdür. Hadisə nəticəsində O, huşunu itirmişdir. Sonrakı hadisələrdən isə xəbəri olmamışdır. Dörd gün xəstəxanada qaldıqdan sonra özünə gəlmişdir. O, «Mercedes-Benz» markalı avtomobilin dəqiq sürətini bilmir, lakin bilir ki, sərnişini olduğu maşınının sürücüsü maşını çox yüksək sürətlə sürürdü. Sürücü deyirdi ki, guya işə tələsir. Bu səbəbdən də avtomobilini sürətlə sürürdü. Sərnişini olduğu «Mercedes-Benz» markalı avtomobilin hərəkət yoluna yük avtomobilinin daxil olmazdan əvvəl hər hansı bir formada tormozlama aparması, sürəti azaltmasını görməmişdir. «Mercedes-Benz» markalı avtomobil ilə toqquşma yeri arasında nə qədər məsafə olduğnu deyə bilmir. İstintaq zamanı onun adından yazılan ifadəsində bu məsafənin təxminən 20-30 metrə qədər olması göstərilmişdir, lakin O, belə söz deməyib. O, maşınların toqquşmasını görüb, toqquşma ani olub. Toqquşmadan qabaq O, maşınlar arasındakı məsafəni görməyib. «Mercedes-Benz» markalı avtomobilin hərəkət yoluna daxil olduğunu gördükdə, toqquşmanın qarşısını almaq üçün tədbirlərin görməsi barəsində heç nə bilmir. Hesab edir ki, **-DO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes- Benz” markalı avtomobilin sürəti çox olduğundan toqquşma bir, yaxud da bir-iki saniyə vaxt aralığında oldu, bundan artıq olmazdı. İfadələrinə başqa əlavəsi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Zərəçəkmiş şəxin hüquqi varisi X19 ifadələrində göstərdi ki, hazırda övladları ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs1 Müslüm oğlu onun həyat yoldaşıdır. Sonuncu ilə 2007-ci ildən ailə qurmuşlar, lakin nikahlarını 05 avqust 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Bəxtiyar dolanışıq məqsədi ilə yaşadıqları Şirvan şəhərindən Bakı şəhərinə gəlmiş, Bakı şəhərində Sabunçu rayonu, Pirşağı qəsəbəsində ünvanını dəqiq bilmədiyi evdə kirayədə yaşamışdır və Bakı şəhərində fərdi əməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 12 dekabr 2021-ci il tarixdə, saat 08:15 radələrində idarə etdiyi “Howo Sınotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Dəmir Yumruq” ərzaq mağazasının yaxınlığında yolun hərəkət hissəsində qoşa xətti kəsərək, əks istiqamətli hərəkət hissəsinə doğru manevr edərkən, avtomobilinin arxa hissəsini Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesi ilə Pirşağı qəsəbəsi istiqamətindən Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olan “Mercedes-Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşdurmuş, nəticədə “Mercedes-Benz” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuş həyat yoldaşı Zərərçəkmiş şəxs1 ölmüş, sürücü Təqsirləndirilən şəxs isə hadisə yerindən qaçmışdır. 14 dekabr 2021-ci il tarixdə, saat 09:00 radələrində özünü polis əməkdaşı kimi təqdim edən şəxs yaşadığı ünvana gəlib, Bakı şəhəri, Sabunçu rayonu ərazisində həyat yoldaşı Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü deyib, ona Sabunçu RPİnə müraciət edə bilməsini dedi. O da Bakı şəhərinə gələrək, Sabunçu RPİ-nə getmiş, orada MTE və PA Birliyinin Sabunçu rayon şöbəsinə getmişdir. Həmin vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs1 meyidini MTE və PA Birliyinin Sabunçu rayon şöbəsində görən kimi tanımış, həyat yoldaşı Zərərçəkmiş şəxs1 meyidini MTE və PA Birliyinin Sabunçu rayon şöbəsindən götürüb, Şirvan şəhərinə aparıb, orada dəfn etmişdir. O, Zərərçəkmiş şəxs1 ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin şahidi olmamış, həmçinin qeyd olunan hadisənin şahidlərinin kimlər olmasını bilmir. Onun və ya ailə üzvlərinin, sürücülər Təqsirləndirilən şəxs və X5 ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Sürücülər Təqsirləndirilən şəxs və X3 əvvəllər tanımamışdır. İbtidai istintaq düzgün aparılmamışdır. Polis müsətəntiqi Əli Əhmədov işi təmiz saxtalaşdırmışdır. Hadisəni Zərərçəkmiş şəxs5 törətmişdir. O, çox yüksək sürətlə maşını sürmüşdür. Seymurun maşını yük maşınına dəyərək, 150-200 metr məsafədə yoldan çıxaraq, yol kənarında olan mağazaya girmişdir. Həyat yoldaşı Bəxtiyar «Mersedes-Benz» maşınında vəfat etmişdir. «Mersedes-Benz» maşını yük maşınına dəymişdir. Seymur niyə tutulmur, başa düşmür. Əli adlı müstəntiq Seymuru cinayət işindən uzaqlaşdırıb. Seymur cinayət məsuliyyətinə cəlb olunub, cəzalandırılmalıdır. Bu işin baş verməsinə səbəb X1 “Mersedes-Benz” maşının sürücüsünün maşını çox yüksək sürətlə sürməsi olub. Xahiş edir ki, X5 da cinayət məsuliyyətinə cəlb olunsun. Bu hadisədə onun həyat yoldaşı rəhmətə gedib. Üç uşağı var. Demək olar ki, bir ailəni məhv ediblər. Təqsirləndirilən şəxsin bu işdə nə qədər gunahı varsa, Şahkərimovun da bu qədər günahı vardır. Onun yoldaşı Seymurun maşınında ölüb. “Onun maşınında ölüb, “Shaqman”-a dəyibsə maşın, gedib mağazaya da girib. Mağaza olmasaydı, ola bilər ki ölməzdi, yarıcan olardı, əlil olardı. Amma o maşın gedib, mağazaya da girib. Onun barəsində işi yalandan ayırıblar, sonra da bağlayacaqlar. Seymurun özü burada yoxdur. İş əvvəldən düzgün aparılmayıb”. O, bundan və müstəntiqdən narazıdır. O, təqsirləndirilən şəxsdən və «Mersedes»-in sürücüsündən narazıdır. İkisindən də şikayətçidir. Təqsirləndirilən şəxs da, Zərərçəkmiş şəxs5 da. Təqsirləndirilən şəxs səbəbkardır, Şahkərəmovun maşınında isə onun həyat yoldaşı ölüb. Müstəntiq işi düzgün aparmayıb. Onun yoldaşının üzərində olmuş telefon yoxa çıxıb, sənədləri yoxa çıxıb. Niyə ikisi də yoxa çıxıb. Heç kəs sənədsiz çölə çıxa bilməzdi. “Mercedes-benz” maşının sürücüsü onlara acıq verir. Zərəçəkmiş şəxsin hüquqi varisi X20 ifadələrində göstərdi ki, ailəlidir, ailə üzvləri ilə birlikdə hazırda Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yaşayır. Fərdi qaydada təsərrüfatla məşğul olur. Röyal, Turxan və Orxan adlı üç oğlan övladı vardır. Mərhum Turxan ortancıl övladıdır. Sonuncu orta təhsilini Gədəbəy rayonu, Köhnəqışlaq kənd orta məktəbində almışdır. Bundan sonra Gəncə şəhərində yerləşən X22 «mühasibat uçotu» ixtisası üzrə təhsil almışdır. 2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən «N» saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur, hərbi xidmətdən qayıtdıqdan sonra Mingəçevir Dövlət Universitetində “İqtisadiyyat” ixtisası üzrə ali təhsil almışdır. Turxan 2018-ci ildə Rusiya Federasiyasının vətəndaşı olan, əslən azərbaycanlı, qohumları, yəni arvadı X12 xalası nəvəsi X23 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan onların 09 iyun 2020-ci ildə Gülnarə adlı qız övladları dünyaya gəlmişdir. Turxan, hərbi xidmətdən qayıtdıqdan sonra, Bakı şəhərində yaşayırdı. Sonuncu əvvəllər Əhmədli qəsəbəsində, sonradan isə Bakıxanov qəsəbəsində yerləşən, adını bilmədiyi mebel sexində usta işləmişdir. Özü isə Pirşağı qəsəbəsində yerləşən ünvanını bilmədiyi evdə kirayədə yaşayırdı. İşə ya qatarla, ya da taksi ilə gedib-gəlirdi. Turxan tərbiyəli, işgüzar, ailəcanlı bir insan olmuşdur. Dost tanışı çox, düşməni, ədavətdə olduğu şəxs isə olmamışdır. Turxan heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla əlaqədar hər hansı xəstəxanada və ya müalicə müəssisəsində qeydiyyatda olmamışdır. O cümlədən özü də heç vaxt ruhi-əsəb xəstəlikləri keçirməmiş və bununla əlaqədar hər hansı xəstəxanada və ya müalicə müəssisəsində qeydiyyatda olmamışdır. 12 dekabr 2021-ci il tarixdə, saat 11:00 radələrində kiçik oğlu Orxan ona zəng edib, Turxanın Bakı şəhərində qəzaya düşdüyünü və vəziyyətinin ağır olduğunu dedi. O, Turxanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dəfələrlə zəng etsə də, zənglərə cavab verilmədi. O da Bakı şəhərində yaşayan qayını Azərə zəng edib, Turxanı soruşmuşdur. Azər də ona Turxanın qəzaya düşdüyünü və hazırda komada olduğunu dedi. Az sonra qohumlardan eşitmişdir ki, Turxan dünyasını dəyişib və onun meyidi Gədəbəy rayonuna gətirilir. Oğlunu dəfn etdirərək, yas mərasimi keçirtmişlər. O, yas yerində danışılanlardan eşidib, bilmişdir ki, oğlu Turxan 12 dekabr 2021-ci il tarixdə işə getmək üçün Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərən Seymur adlı şəxsin idarə etdiyi «Mercedes-Benz» markalı, Az **- DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə minmiş, həmin tarixdə Kürdəxanı qəsəbəsi ərazisində «Howo» markalı yük avtomobili ilə toqquşmuşdur. Nəticədə Turxan vəfat etmişdir. O, bu işi aparmış müstəntiqdən tam narazıdır. Çox narazıdır. Kimsə “Mercedes-benz”-i yüksək sürətlə idarə edir. O da övladını itirir. O, uşağının diplomlarını gətirib. Onun oğlu hərbi xidmətdə olub. İndi də heç bir günahı olmadan dünyasını dəyişib. Hadisənin törədilməsinin əsas səbəbkarı Zərərçəkmiş şəxs5dur. Xahiş edir ki, o, cinayət məsuliyyətinə cəlb edilsin. Təqsirləndirilən şəxsdən şikayətçidir. Onun oğlunun ölməyinə şərait yaradıb. “Mercedes”-in sürücüsü də cinayətkardır. Təqsirləndirilən şəxslə indi bir yerdə olmalıdır. “Mercedes”-in sürücüsü məsuliyyətə cəlb olunmalıdır. Ancaq nədənsə cəlb olunmayıb. O, oğul itiribdir. İşin ibtidai istintaq zamanı araşdırılmasından da şikayətçidir. O, hadisə günündən altı gün sonra Sabunçu rayon Polis İdarəsinə müstəntiq Əli Əhmədovun yanına getmişdir. Ondan video görüntüləri istəyib, onu aldatdıqlarını demişdir. Dedi ki, “Shaqman”-ı “Mercedes” vurub. O da böyük maşının “Mercedes” maşını vurduğunu bilmişdir. Video görüntülərə baxdıqdan sonra “Mercedes”-in “Shaqman”-ı vurduğunu görmüşdür. “Shaqman”-ın arxasında “Mercedes”-in damı qalıb. Mağaza olmasaydı, bəlkə də belə bir şey olmayacaqdı. O, hadisə yerinə dəfələrlə baxmışdır. Sürətə də baxmışdır. “Mersedes”-in sürəti saatda 164 km olub. “Mercedes”-in damını elə bil ki rezakla kəsib, yapışdırmışlar “Shaqman” maşınına”. O, müstəntiqdən haqqın araşdırlmasını tələb etmək üçün Əli Əhmədovun yanına gedəndə, Əli onu qapıdan qovub. Əli Əhmədov düzgün sənədləri göndərməyib. “Maşın gedib, girib mağazaya, mağazada Fövqalədə Hallar Nazirliyinin nümayəndələri gəlib, maşını doğrayıb, çıxardırdı”. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub, araşdırılmış ifadələrində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, hazırda Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayır. Dolanışıq məqsədilə fərdi olaraq taksi kimi fəaliyyət göstərir. xx.xx.2015-ci il tarixdən BC kateqoriyalı sürücülük vəsiqəsi almışdır, həmin vaxtdan da avtomobil idarə edir. **-NR-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtomobil ona məxsusdur. Həmin avtomobil X7 adına rəsmiləşsə də, faktiki olaraq onun əmlakıdır. O, həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2021-ci il tarixdə, saat 08:15 radələrində ona məxsus, texniki cəhətdən saz vəziyyətdə olan **-NR-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” markalı avtomobillə Kürdəxanı qəsəbəsindən Zabrat qəsəbəsi istiqamətində Kürdəxanı şossesi ilə saatda 60-70 km sürətlə sol hərəkət zolağı ilə yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xəttə yaxın hərəkət edirmiş. Həmin vaxt avtomobilində yük olmamış, üç nəfər sərnişin olmuş, lakin həmin şərnişinləri tanımadığından şəxsiyyətləri və əlaqə vasitələri barədə heç bir məlumat verə bilməz. O, həmin şəxsləri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində müştəri kimi avtomobilinə əyləşdirmişdir. O, qeyd etmişdir ki, hadisə zamanı yolun hərəkət hissəsi yaş, üfüqi, asfalt örtüklü və düz olmuşdur. Avtomobilindən təxminən 50 metr irəlidə Kürdəxanı şossesi sol hərəkət zolağı ilə yolun hərəkət hissəsini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xəttə yaxın, tünd rəngli, dövlət qeydiyyat nişanına fikir vermədiyi “Mercedes-Benz” markalı avtomobil hərəkət etmişdir. “Mercedes-Benz” markalı avtomobillə sürətləri təxminən eyni olmuş, belə ki, hərəkət zamanı aralarında olan məsafə stabil qalırmış. Onun avtomobilindən təxminən 70- 80 metr irəlidə, qarşıdan hərəkət edən, dövlət qeydiyyat nişanına fikir vermədiyi yük avtomobili kimi tanıdığı avtomobilin dayanmadan, yolun hərəkət hissələrini əks istiqamətli hərəkət hissələrinə bölən qoşa xətti kəsərək, onun və “Mercedes-Benz” markalı avtomobilin hərəkət zolağına daxil olmasını görmüş, qarşıda hərəkət edən “Mercedes- Benz” markalı avtomobil tormozlama etsə də, avtomobilini saxlaya bilməmiş, nəticədə “Mercedes-Benz” markalı avtomobil ön hissəsi ilə yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra “Mercedes-Benz” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun əks istiqamətli hərəkət hissəsinə keçib, orada daş hasara çırpılaraq, dayanmışdır. Hadisəni görüb, O da tormoz etmiş, lakin onun avtomobli şürüşərək ön hissəsi ilə onun yolunun hərəkət hissəsində yanakı vəziyyətdə dayanmış yük avtomobilinin arxa hisəsi ilə toqquşmuş, bundan sonra O, avtomobilini saxlamışdır. Həmin vaxt yük avtomobilinin sürücüsü hərəkətə başlayaraq, avtomobilini Kürdəxanı kəndinin içərisinə doğru hərəkət etdirməklə hadisə yerindən uzaqlaşmışdır. O isə hadisə yerində qalmış və polis əməkdaşlarını gözləmişdir. Sonra isə ətrafa çoxlu adamlar toplaşmışlar. O da həmin adamlarla birlikdə “Mercedes-Benz” markalı avtomobilin yanına getmişdir. Həmin vaxt görmüşdür ki, avtomobilin dövlət qeydiyyat nişanı **-DO-***-dır. O, ətrafa yığılmış şəxslərlə “Mercedes-Benz” markalı avtomobildə sərnişin olub, xəsarət almış şəxslərə köməklik göstərməyə başlamışdır. Həmin vaxt ona məlum olmuşdur ki, “Mercedes-Benz” markalı avtomobildə sərnişin olmuş iki nəfər şəxs vəfat etmişdir. Həmin avtomobilin sürücüsü və xəsarət almış digər şəxslər isə hadisə yerindən TTYS-nı avtomobili ilə xəstəxanaya aparılmışlar. O, qeyd etmişdir ki, 2015-ci ildən avtomobil idarə edir, avtomobilin hərəkətini gördükdə təxmini sürətini bilir. Yük avtomobili böyük olduğundan əks yolla gəldiyini xeyli uzaqdan görmüşdür. Hesab edir ki, yük avtomobili də onlar kimi təxminən 60-70 km/saat arası sürətlə hərəkətdə olmuşdur. Fikirləşir ki, yük avtomobili çox yavaş, yaxud da çox böyük sürətlə hərəkət etmiş olsaymış, onun diqqətini bir sürücü kimi cəlb edərmiş. Ancaq xatırlayır ki, həmin yük avtomobili yolda digər avtomobillər kimi haradasa təxminən 60-70 km/saat aralığında sürətlə gəlirmiş. Lakin O, xüsusi diqqət yetirməmişdir. Həmin avtomobil onun diqqətini qoşa xətti kəsərək, yola daxil olduğu anda cəlb etmişdir. Sonra da məsafə qısa olduğundan əvvəlcə qarşıda gedən “Mercedes-Benz” markalı avtomobil, sonra isə onun idarə etdiyi avtomobil həmin yük avtomobilinin arxa tin hissəsi ilə toqquşmuşdur. O, “Mercedes-Benz” markalı avtomobilin arxasınca hərəkət etdiyinə görə dəqiq bilməsə də, hesab edir ki, yük avtomobili qoşa xətti kəsib, onların hərəkət zolağına daxil olduğu anda qarşısında gedən “Mercedes-Benz” markalı avtomobil toqquşma yerindən 20-25 metr məsafədə aralıda ola bilərmiş. Hadisə nəticəsində nə özü, nə də avtomobilində olan üç nəfər sərnişin xəsarət almamışlar. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarından görünür ki, hadisənin qeydiyyata alındığı video görüntü əldə edilərək, DVD diskə köçürülərək götürülmüş, həmin görüntüyə sürücülər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs iştiraklaı ilə baxış keçirilmiş, bununla bağlı müvafiq protokollar tərtib edilərək, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş kompleks məhkəmə-yol nəqliyyat hadisələr ekspertizasının 08 iyun 2022-ci il tarixli, 8/1254-4/767 nömrəli rəyindən görünür ki, ekpertizaya təqdim olunmuş 01 ədəd “PRİNCO” markalı, DVD-R diskdə qeydə alınmış “VİD-20220531-WA0006” adlı videoyazıdakı görüntülərə görə tədqiqi hissədə qeyd olunmuş məsafədə “Howo Sinotruk” markalı yük avtomobilinin orta sürəti VHowo=45 km/saat olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Howo Sinotruk” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X32” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun maddələrin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən, onun hərəkətlərində “X32” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbləri ilə uyğunsuzluq olmuşdur. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2021-ci il tarixli, 278 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 Müslüm oğlunun meyidində baş-beyin maddəsinin əzilibdağılması, sümük defekti ilə müşayiət olunan kəllə tağı sümüklərinin kəllə əsasına keçən qəlpəli açıq, sağ körpücük sümüyünün qapalı, yerini dəyişən sınıqları, sağ ağciyərin kontuziyası, başın, sifətin, döş qəfəsinin, hər iki yuxarı ətrafın və sağ siz oynağının əzilmiş yaraları, qançır və sıyrıqları aşkar olunmuşdur. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021 ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlğa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 Müslüm oğlunun ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilib-dağılması olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 Müslüm oğlunun meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş, məhkəmə-tibbi ekspertizasının 30 dekabr 2021-ci il tarixli, 277 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyidində baş-beyin maddəsinin əzilib-dağılması və onurğa beyninin boyun şöbəsinin əzilməsi, kəllə tağı və əsası sümüklərinin, üz skeleti sümüklərinin çoxqəlpəli sınıqları, l-ll-lll boyun fəqərələrinin, sağ körpücük sümüyünün qapalı qəlpəli yerini dəyişən sınıqları, sağ yuxarı ətrafın sağ saidin orta 1/3 hissəsindən travmatik ampitasiyası, sağ bazu sümüyünün açıq sınığı, sağ ağciyərin kontuziyası, başın, sifətin, boyunun, döş qəfəsinin və sağ yuxarı ətrafın əzilmiş yaraları, qançır və sıyrıqları aşkar olunmuşdur. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 12 dekabr 2021-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlğa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb, kəllə tağı və əsası sümüklərinin, l-ll-ll boyun fəqərələrinin çoxsaylı qəlpəli sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilib-dağılması və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyidin meyidxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 06 aprel 2022-ci il tarixli, 625 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 xəsarətləri baş beyin silkələnməsi ilə müşayiət olunan təpə, sağ alın-gicgah, alın və ənsə nahiyyələrinin əzilmiş yaraları müəyyən edilmişdir. Xəsarələr bərk küt əşya (əşyalar) tsirindən tərnmişdir, qərarda göstərilən 12 dekabr 2021-ci il tarixdə və şəraitdə, yəni, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alına bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 17 iyun 2022-ci il tarixli, 1240 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 xəsarətləri baş beyin silkələnməsi, alın və sol gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, boyun nahiyəsinin əzələ-bağ aparatının gərilməsi, sol təpə və beloma nahiyəsinin yumşaq toxumalarının əzilməsi müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd olunan 12 dekabr 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlğa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 15 yanvar 2022-ci il tarixli, 98 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 xəsarətləri baş beyin əzilməsi, alın sümüyünün qəlpəli sınığı və təpə nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan başın küt travması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən 12 dekabr 2021-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alına bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 19 yanvar 2022-ci il tarixli 105 K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bikisindən alınan və təbii mənşəlinarkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş cinayət işi üzrə alınmış xx.xx.2022-ci il tarixli 105 A/K nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bikisindən alınan və təbii mənşəlinarkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BDYPİ-dən alınmış müraciətdən görünür ki, Təqsirləndirilən şəxs məxsus AE 530094 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı ilə 6 (altı) ay müddətinədək məhdudlaşdırılmış, sürücülük vəsiqəsi qərara əlavə edilmədiyindən və Təqsirləndirilən şəxs itirilməsi barədə ərizə verilmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacadır. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş “Qamışlıq” Avtoservisdən alınmış arayışdan görünür ki, «Nissan Sunny» markalı, Az **- NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 2420 manatdır. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş “Qamışlıq” Avtoservisdən alınmış arayışdan görünür ki, **-DO-*** dövlət eydiyyat nişanlı, “Mercedes-Benz” markalı avtomobili istismar edilməsi üçün bərpa etmək mümkün deyildir. Həmin avtomobilin dəyəri azad bazar qiymətlərindən eyni rəngdə, eyni buraxılış ili və eyni motor gücündə olan avtomobillər bazarda 9.500 manatla 11.000 manat aralığındadır. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-də ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. Həmin cinayət işi hazırda icraatdadır. Məhkəmədə elan edilib, araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Howo Sinotruk” markalı, **- ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin avtomobilə görə etibarnamə 12 dekabr 2021-ci il tarixdə, saat 12:52-də verilmişdir. Yolnəqliyyat hadisəsinin baş verdiyi vaxtda yəni, 12 dekabr 2021-ci il tarixdə saat 08:15 radələrində Təqsirləndirilən şəxs sözü gedən avtomobili idarə etməsi üçün etibarnaməsi olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətmədiyini bildirdi. Onun bu iddiası məhkəmədə araşdırılmış sübutlarlın məcmusu ilə müqayisəli təhlil olundu. Onun bu iddiası zərərçəkmiş şəxsləri, zərərçəkmiş şəxslərin hüquqi varisləri, ekspert rəyləri və işin faktiki halları ilə inkar olundu. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən anlaqlı vəziyyətdə törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsəasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərindən avtonəqliyyat hadisəsini ehtiyatsızlıqdan və hadisə yerindən qaçmağı qəsdən törətməsi qənaətinə gəlir, və onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 263-1.4 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsinin olduğu qənaətinə gəlib, onun əməllərini həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib, cinayət qanunda nəzərdə tutulan qaydada cəzalandırılmasını əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia vermək hüquqlarının olmasının izah edilməsini əsaslı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 320 (üç yüz iyirmi) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçi -Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 55 (əlli beş) saat hüqüqi yardım göstərilməsi və bu səbəbdən də ona 240 (iki yüz qırx) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbələğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğləri məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub, dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Çünki məhkəmədə, Təqsirləndirilən şəxs həmin ödəmələri ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb, cinayət işinin materiallarına əlavə olunmuş kompakt diski (CD) cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Əliyev X13 ondan şikayət və tələbinin olmaması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 13 dekabr 2021-ci il tarixdə hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cı maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 15 dekabr 2021-ci il tarixdə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırkı vaxta qədər həbsdə saxlanlması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlləri sürücülk edərəkən törətməsi müəyyən olundu. Bu səbəbdən də ona təqsirli bilindiyi maddələrin sanksiyalarında əlavə cəza kimi nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idrarə etmək hüququndan məhrum etmə cəzasının tətbiq olunmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs ona verilmiş AE 530094 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı ilə 6 (altı) ay müddətinədək məhdudlaşdırılması, qəza hadisəni törədərkən idarə etdiyi avtomobili etibarnamə olmadan idarə etməsi müəyyən olundu. Məhkəmə bu halları Təqsirləndirilən şəxs bu davranışlarını onun qanuna münasibətdə riskli olması qənaətinə gəlir və bu halların onun şəxsiyyətini xarakterizə edən və ona təyin ediləcək cəzaya təsir edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, yuxarıda göstərilən halları, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.4 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasilərini idarə etmək hüququndan məhrum etməklə, 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi ilə qismən toplamaqla, ona qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasilərini idarə etmək hüququndan məhrum etməklə, 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 12 dekabr 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia vermək hüquqlarının olması izah olunsun. İş üzrə maddi sübut kimi tanınıb, cinayət işinin materiallarına əlavə olunmuş kompakt diski (CD) cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 320 (üç yüz iyirmi) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X16 və Tədris Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub, dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar