Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1477/2025 21.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X1 ibarət tərkibdə, Qasımova Sevinc Mayıl qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 3095,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında həmin İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 08 fevral 2025-ci il tarixdə saat 22:42-də Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində nömrəsiz fərdi yaşayış evinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılması zamanı idarə etdiyi **-SN-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobilə baxış keçirilərkən həmin avtomobildən ümumi təmiz çəkisi 3095,0 qram olan 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobilindən aşkar olunmuş narkotik vasitəni “İnstagram” platformasında özünü “Mənsur" kimi təqdim edən İran İslam Respublikasının vətəndaşından almışdır. Belə ki, o, “Mənsur”un ucuz qiymətə narkotik vasitə satdığını öyrənmiş və ondan şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. “Mənsur” bu təklifə etiraz etməmiş və narkotik vasitəni sata biləcəyini bildirmişdir. Onların razılaşmasına əsasən, “Mənsur”un dediyi ünvana gedib, oradan təxminən 3 kiloqram çəkidə qurudulmuş marixuananı götürməli, daha sonra isə qarşılığında 3000 manatı onun dediyi bank kartına köçürməli idi. 8 fevral 2025-ci il tarixdə saat 22 radələrində “Mənsur” “Whatsapp” üzərindən ona mesaj göndərərək narkotikin Suraxanı rayonu ərazisində yerləşdiyini bildirmiş, narkotikin gizlədildiyi yerin konumunu və şəklini paylaşmışdır. Həmin vaxt tanışı Şahid4 da onun yanında olmuşdur. Hava şəraiti qarlı və gecə vaxtı olduğundan, həmçinin ərazini tanımadığı üçün tanışı Şahiddən onunla getməsini xahiş etmişdir. Tanışı Şahid ora hansı məqsədlə getdiklərini soruşduqda, o, sadəcə tanışı ilə görüşə getdiyini və qısa zamanda qayıdacaqlarını bildirmişdir. Həmin yerə idarə etdiyi **-SN-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə getmişlər. Suraxanı rayonunun Bahar qəsəbəsinə çatdıqda avtomobili yaşayış evlərinin olduğu küçədə saxlamış, Şahiddən avtomobildə gözləməsini istəmiş və özü avtomobildən düşmüşdür. “Mənsur”un göndərdiyi şəkilə əsasən axtarış apararaq yolun kənarındakı zibillik ərazidə gizlədilmiş, ağ rəngli kisənin içərisində olan 2 bükümdə narkotik vasitəni tapmış və həmin kisəni avtomobilə gətirərək arxa oturacağa qoymuşdur. Avtomobilə qayıdarkən təxminən 60-70 metr məsafədə dayanmış bir avtomobilin içindəki şəxslərin davranışlarından onların polis ola biləcəklərini ehtimal etmişdir. Sükan arxasına keçib avtomobili işə salmaq istədikdə, həmin şəxslərin sürətlə onlara yaxınlaşdığını görmüşdür. Bu zaman Şahid kisənin içində nə olduğunu bir neçə dəfə soruşsa da, o, cavab verməmişdir. Nəhayət, Şahid kisəyə baxmış və narkotik vasitəni gördükdən sonra təlaşa düşərək bu vəziyyətə düşməsinə etiraz etmişdir. O isə hüquqi savadının olmaması səbəbindən narkotik vasitəni bir yerdən başqa yerə aparmağın cinayət olmadığını düşünmüş, polisə bu barədə yalan məlumat versə məsuliyyətdən qurtula biləcəyini zənn etmişdir. Həmçinin Şahidin 44 günlük Vətən Müharibəsi iştirakçısı olması faktını da nəzərə alaraq, onun adını hallandırmağın onlara hörmət qazandıracağını və məsuliyyətdən yayınacaqlarını düşünmüşdür. Bu məqsədlə Şahiddən xahiş edərək, polislərə narkotik vasitəni birlikdə götürdüklərini və yalnız yerini dəyişmək üçün aparmalı olduqlarını deməsini istəmişdir. Şahid əvvəlcə bu təklifi qəbul etməmiş, lakin sonradan onun israrları və yalvarışları nəticəsində razılaşmışdır. Polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bildiklərini və üzərində narkotik olub-olmadığını soruşmuşlar. O, üzərində narkotik vasitə olmadığını, lakin avtomobildə olduğunu bildirmiş və könüllü olaraq narkotik vasitəni təqdim etmişdir. Daha sonra polis əməkdaşları onları Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə aparmışlar. Aşkar edilmiş narkotik vasitə ona məxsus olmuşdur. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Tanışı Şahid4 bu haldan məlumatsız olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili işləmiş, hazırda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 08 fevral 2025-ci il tarixdə xidmət etdiyi şöbəyə etimadan doğuran, məlum və qərəzsiz mənbədən Bakı şəhər sakinləri olan Təqsirləndirilən şəxs və Şahid4 satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edərək Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2, həmin şöbənin operatoru Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 08 fevral 2025-ci il tarixdə, saat 22:40 radələrində zahiri əlamətlərindən Təqsirləndirilən şəxs və Şahid4 bənzər şəxslər Faridin idarə etmiş olduğu **-SN-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobillə həmin əraziyə gəlmişlər, Şahid4 avtomobildə qalmış, Təqsirləndirilən şəxs isə avtomobildən düşərək ətrafı bir qədər gəzdikdən sonra yolun kənarında gizlədilmiş ağ rəngli kisəni götürüb avtomobilə qayıdaraq həmin kisəni avtomobilin arxa qapısını açaraq avtomobilə qoyub özü də sükanın arxasına keçmişdir. Onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onların şəxsiyyətlərini dəqiqləşdirərək Təqsirləndirilən şəxs və Şahid4 olduqlarını müəyyən etmişlər. Daha sonra videoçəkiliş aparılmaqla onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını izah edərək üzərlərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşduqda onlar üzərlərində narkotik vasitə olmadığını, lakin avtomobilin arxa oturacağının üzərində narkotik vasitə olduğunu bildirmişlər. Bundan sonra onların təklifi ilə Təqsirləndirilən şəxs idarə etmiş olduğu avtomobilin arxa oturacağında saxlamış olduğu 01 ədəd ağ rəngli kisəni təqdim etmişdir. Həmin kisəyə baxış zamanı kisənin içərisində 02 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Həmin vaxt hava şəriati ilə əlaqədar müvafiq sənədləşmənin aparılması mümkün olmadığından videoçəkiliş davam etdirilərək Təqsirləndirilən şəxs idarə etmiş olduğu avtomobillə araşdırmanın davam etdirilməsi üçün Suraxanı RPİ-nin 30-cü Polis Şöbəsinə gedilmişdir. Polis Şöbəsinə çatdıqdan sonra inzibati binada Təqsirləndirilən şəxs təqdim etmiş olduğu bükümlərə baxış keçirilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 və həmin şöbənin operatoru Şahid3 da təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə uzun illərdir dostluq etmişdir. 08 fevral 2025-ci il tarixdə saat 21 radələrində Faridlə telefonla danışaraq onunla Mərdəkan qəsəbəsi ərazisində görüşmüş və Faridin idarə etdiyi **-SN-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə Mərdəkan qəsəbəsi ərazisində bir qədər gəzişdikdən sonra qar yağmağa başladığı üçün avtomobildə oturub söhbət etmişdir. Həmin vaxt Farid telefonla kiminlə isə yazışmış, lakin o, Faridin kimlə və nə barədə danışdığını bilməmişdir. Bir neçə dəqiqə sonra Farid Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisinə bir nəfər tanışı ilə görüşmək üçün getməli olduğunu, hava qarlı və gecə olduğuna görə onunla birlikdə getməsini xahiş etmişdir. O da bekar olduğu üçün bu təklifi qəbul etmiş və birlikdə getməyə razı olmuşdur. Suraxanı rayonu, Bahar qəsəbəsinə çatdıqdan sonra Farid ona göndərilən konuma əsasən hərəkət edərək yaşayış evlərinin olduğu küçədə avtomobili saxlamış, ondan avtomobildə gözləməsini xahiş etmiş və özü telefonunu da götürərək avtomobildən düşmüşdür. O, avtomobildə oturaraq Faridi gözləmişdir. Bir neçə dəqiqə sonra Farid həyəcanlı şəkildə avtomobilə qayıdaraq sol qapını açmış, arxa oturacağın üstünə içərisində nə olduğu bilinməyən ağ rəngli kisə qoymuş və sükan arxasına keçmişdir. O, Fariddən kisədə nə olduğunu soruşsa da, Farid cavab verməmiş, avtomobilin yan güzgüsündən kimisə izlədiyindən cavabdan yayınmışdır. O isə kisənin içərisinə baxaraq orada iki büküm olduğunu görmüş və onların narkotik vasitə olduğunu anlamışdır. O, qorxaraq Faridə onu “zibilə” saldığını bildirmiş və avtomobildən düşmək istəmişdir. Lakin hava qaranlıq və qar yağdığı üçün ətrafda heç kim olmamış, necə evə qayıdacağını bilməmişdir. Farid onun avtomobildən düşməsinə mane olmuş və polis əməkdaşlarının yaxınlaşdığını, çox güman onları saxlayacaqlarını bildirib ona kömək etməsini istəmişdir. O, Fariddən necə kömək edə biləcəyini soruşduqda Farid narkotik vasitənin bir yerdən götürülüb başqa yerə aparılmasının cinayət sayılmadığını, əgər narkotik vasitəni birlikdə götürdüklərini deyərlərsə, onun müharibə iştirakçısı olduğunu nəzərə alaraq kömək ediləcəyini demiş və yalvararaq ondan narkotik vasitənin guya ortaq tanışları olan “Mənsur” adlı iranlının tapşırığı ilə pul qarşılığında daşındığını deməsini xahiş etmişdir. O, Faridin dediklərini deməyə razı olmuşdur. Polis əməkdaşları onlara yaxınlaşaraq avtomobildən düşmələrini istəmişdir. Özlərini Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı əsasında hərəkət etdiklərini bildirmiş və üzərlərində narkotik vasitə olub-olmadığım soruşmuşlar. Onlar isə üzərlərində narkotik vasitə olmadığını, lakin avtomobildə olduğunu bildirmiş və Farid arxa oturacaqda olan narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları kisənin içindəki bağlamalara baxaraq narkotik vasitənin qurudulmuş marixuana olduğunu müəyyən etmişlər. Daha sonra polis əməkdaşları onları Suraxanı RPİ-niıı 30-cu Polis Şöbəsinə aparmışlar. Polis şöbəsinə çatdıqdan polis əməkdaşları narkotik vasitəyə baxış keçirmiş, onu qablaşdırmış və götürmüşlər. Onun, Faridin narkotik vasitə əldə etməsindən məlumatı olmamışdır. Farid həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Narkotik vasitənin nə vaxt, kim tərəfindən və hansı şəraitdə Bahar qəsəbəsinə gətirilərək gizlədilməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 fevral 2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1997-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olan Şahid4 xx.xx.1994-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan “marixuana” əldə edərək saxlamaları, eləcə də sonuncunun idarə etdiyi “Opel-Astra” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşımaları və satışı ilə məşğul olmaları bildirilmişdir (cild 1, i/v 3). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 08 fevral 2025-ci il tarixli qərardan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs ifşa olunmaları və yaxalanmaları istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, i/v 4-5). Əməliyyat-axtarış tədbirinin keçirilməsi və cinayətdə şübhəli olan şəxslərin üzərlərinin və nəqliyyat vasitəsinin yoxlanılması haqqında 08 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs “Opel-Astra” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə yaxalanmışlar. Bundan sonra Şahid4 və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmadığı soruşulmuş, varsa təqdim edilməsi təklif edilmişdir. Şahid4 və Təqsirləndirilən şəxs üzərlərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişlər. Sonra Şahid4 və Təqsirləndirilən şəxs üzərlərində olan əşyaların təqdim etmələri bildirilmiş, Şahid4 şalvarının sağ yan cibindən özünə məxsus 01 ədəd mobil telefonu, Təqsirləndirilən şəxs isə şalvarın sağ yan cibindən özünə məxsus 01 ədəd mobil telefonu və gödəkçənin sağ cibindən idarə etdiyi avtomobilin açarını təqdim etdikdən sonra idarə etdiyi “Opel-Astra” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərində ağ rəngli kisənin içərisində 02 ədəd bağlamanı təqdim etmişdir. Sonra ağ rəngli kisənin içərisində olan bağlamaların nə olduğu soruşulduqda Şahid4 və Təqsirləndirilən şəxs həmin kisədəki bağlamaların narkotik vasitə olan “marixuana” olduğunu demişlər. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar olunmuş bağlamaya baxış keçirilmiş və narkotik vasitəyə bənzər həmin bağlamalar tədqiqat üçün Bakı Şəhər BPİ-nin 35 nömrəli möhürü ilə möhürləmiş və iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, i/v 10-11). 08 fevral 2025-ci il tarixli raportdan görünür ki, vətəndaşlar Şahid4 və Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr, eləcə də iş üzrə sübut əhəmiyyətli ola biləcək digər əşyalar müvafiq qaydada götürülməklə qablaşdırılmış və möhürlənmiş, həmin şəxslər ərazi aidiyyəti üzrə Suraxanı RPİ-nin 30-cu PŞ-nə təhvil verilmişlər (cild 1, i/v 12). Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 08 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd torbanın içərisindən götürülmüş 01 ədəd göy rəngli bağlamaya və 01 ədəd qara bağlamaya mobil telefonda baxış keçirilmişdir. Təqsirləndirilən şəxs **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağından aşkar edilmiş hər iki bağlamada narkotik maddəyə bənzər maddə aşkar olunmuşdur. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra “İphone” markalı mobil telefona baxış keçirilmiş. Videogörüntüdə təhqiqata təqdim olunan marixuanaya bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs və Şahid4 narkotik maddə olan marixuanaya bənzər maddə olması barədə bildirməsi öz əksini tapmışdır (cild 1, i/v 14). “Şübhəli şəxsin tutulması haqqında” 09 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2025-ci il tarixdə saat 22:42-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 46). 09 fevral 2025-ci il tarixli, 3-13-54-1/2-HK-1/409/410 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli sintetik torbada 2 ədəd üzərləri skoçla bağlanmış bağlamalarda: üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi -2050,0 qram, üzəri skoçla bağlanmış yaşıl rəngli sellofan bağlamada təmiz çəkisi- 1045,0 qram bitki mənşəli kütlələr, tərkibində narktik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi – 3095,0 qram, cəmi tədqiata sərf edildi – 0,2 qram (hər obyektdən 0,1 qram), qalıq-3094,8 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72,0 manat təşkil edir (cild 1, i/v 64-67). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-37/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 152- 158). 15 mart 2025-ci il tarixli raportdan görünür ki, əməliyyat tapşırığında qeyd olunan xüsusatlarla bağlı tərəflərindən zəruri əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs və Şahid4 aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi şəxsi və ya manbənin müəyyən edilməsi, eləcə də təqsirləndirilən şxəs Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatının əldə edilməsi mümkün olmamışdır (cild 1, i/v 197). Baxış keçirilməsi haqqında 07 may 2025-ci il tarixli protokoldan görünür ki, 08 fevral 2025-ci il atrixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 1 ədəd “Samsung A 10” markalı mobil telefonun zənglər və SMS-lər siyahısına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir zəng, SMS aşkar edilməmişdir. Həmçinin mobil telefonun “Whatsapp” bölməsinə də baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (cild 1, i/v 201). 11 aprel 2025-ci il tarixli, 2038 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 204-205). Diskə baxış keçirilməsi haqqında 14 may 2025-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid4 və Təqsirləndirilən şəxs 08 fevral 2025-ci il tarixdə, saat 22:42-də Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs idarə etmiş olduğu “Opel-Astra” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmışlar. Saxlanılan şəxslərə paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs və Şahid4 üzərlərində bu kimiəşya və ya predmetlərin olmadığını, lakin Təqsirləndirilən şəxs idarə etmiş olduğu avtomobildə narkotik vasitə olduğunu bildirmişlər, daha sonra Təqsirləndirilən şəxs avtomobilin arxa sol qapısını açıb arxa oturacağın üzərində saxlamış olduğu 01 ədəd ağ rəngli torbanı polis əməkdaşlarına təqdim edib həmin torbanın içırisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədləşmənin aparılması hava şəraiti ilə əlaqədar mümkün olmadığından Təqsirləndirilən şəxs idarə etmiş olduğu avtomobillə polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. Daha sonra saxlanılan şəxslərin üzərləri, eləcə də Təqsirləndirilən şəxs idarə etmiş olduğu avtomobilə baxış keçirilmiş, lakin qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir (cild 1, i/v 242-243). Diskə baxış keçirilməsi haqqında 14 may 2025-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəfindən Şahid4 və Təqsirləndirilən şəxs saxlanılması və Təqsirləndirilən şəxs idarə etdiyi **-SN-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobilə baxış zamanı qeydə alınmış videogörüntüyə və aşkar edilərək götürülmüş 01 ədəd bağlamaya baxış keçirilmişdir. Həmin 1 ədəd bağlamadan 02 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir (cild 1, i/v 244). Telefon danışıqlarına baxış keçirilməsi barədə 24 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısına, sms mətnlərinin açıqlamalarına, həmin nömrədən çıxsn və daxil olan zənglərin abunəçilərinin tam anket məlumatlarına baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hallar müəyyən edilməmişdir (cild 1, i/v 254). 20 may 2025-ci il tarixli, 1626 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə özü və ətrafdakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi (cild 1, i/v 257-258). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 may 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (cild 1, i/v 259). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, Şahid4 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanmış cinayət təqibinə AR CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməsi, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsi, aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 3095,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3094,8 qram qurudulmuş marixuananın Suraxanı Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır. Əməliyyataxtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstlərinin yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünün əks olunduğu və təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 02 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işi materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır (cild 1, i/v 264-280). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlama cinayətinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuana (kannabis) təmiz halda 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 08 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdr. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 08 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayətlərin təsinfatına görə ağır cinayət törədiyinə və ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitə 3094,8 qram marixuana məhv edilməlidir. Digər maddi sübut – Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstlərinin yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünün əks olunduğu, təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 08 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitə 3094,8 qram marixuana məhv edilsin. Digər maddi sübut- Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üstlərinin yoxlanılması və nəqliyyat vasitəsinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünün əks olunduğu, təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün əks olunduğu 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1477/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1477/2025
21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver