Məhkəmə qərarları › İş №1(101)-1478/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1478/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1478/2021 22.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, Hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 24 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə İmamverdi oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, natamam orta təhsilli- 9-cu sinif şagirdi, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz yeni tikili ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 28 mart 2021-ci il tarixdə saat 16:00 radələrində, əvvəllər mütəmadi olaraq nisyə mal aldığı, yaşadığı evin yaxınlığındakı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz ünvanda yerləşən ərzaq mağazasında, 60 qəpik dəyərində siqaret və günəbaxan tumunu nisyə satması barədə xahişini qəbul etməyərək naylayiq formada şəxsiyyətini alçaldıb, valideynlərinin də ünvanına nalayıq sözlər işlətmiş satıcı Zərərçəkmiş şəxs hərəkətlərinə cavab olaraq mağazanın piştaxtasında olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə zərbə vuraraq, ona döş qəfəsinin daxilə nüfuz etməyən bir ədəd, sol sifət nahiyəsinin bir ədəd, sol çənə nahiyəsinin bir ədəd və sol said nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin bir ədəd kəsilmiş yarası ilə müşayiət olunan ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmçinin döş qəfəsinin sol yarısının sol döş və qarın boşluğuna nüfuz edərək diafraqmanın, dalağın (dalaq cərrahi üsulla çıxarılmışdır), çənbər bağırsağın yaralanmasına və daxili qanaxmaya səbəb olan iki ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan ümumilikdə və hər bir ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Zərərçəkmiş şəxs qonşu kimi tanımış və həmin şəxsin yaşadığı evin yaxınlığında kiçik ərzaq mağazası vardır. Mütəmadi olaraq həmin mağazadan alış-veriş etmişdir. Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər heç bir ədavət olmamışdır. 28 mart 2021-ci il tarixdə saat 16 radələrində özünə günəbaxan tumu almaq üçün Zərərçəkmiş şəxs mağazasına getmişdir. Zərərçəkmiş şəxs ona nisyə 60 qəpiklik günəbaxan tumu və siqaret verməsini xahiş etdikdə Zərərçəkmiş şəxs "pulun olanda başqa mağazaya gedirsən, borc lazım olanda mənim yanıma gəlirsən, rədd ol burdan" demişdir. O, cavab olaraq "sən kimsən mənə rədd ol deyirsən" dedikdə Zərərçəkmiş şəxs "rədd ol, küçük" deyib geri çevrilərkən onu cəzalandırmaq üçün piştaxtanın üzərində olan mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs bədəninə zərbə endirmişdir. Zərərçəkmiş şəxs dönüb hər iki əli ilə yaxasından tutub "gör sənin başına nə oyun açacam" deyərək yenidən onun və valideynlərinin ünvanına söyüşlər söydükdə həyəcanlanıb Zərərçəkmiş şəxs əlavə olaraq kortəbii şəkildə bir neçə bıçaq zərbəsi də vurmuşdur. Zərbələrdən birinin qarşısını kəsmək istəyərkən bıçaq onun əlini də kəsmişdir. Zərərçəkmiş şəxs neçə bıçaq zərbəsi vurduğunu və zərbələrin onun bədəninin hansı nahiyələrinə dəydiyini bilməmişdir. Zərərçəkmiş şəxs onun yaxasını buraxdıqda daha onu vurmayaraq mağazadan qaçıb getmiş və ara küçələrdən keçərək sürətlə ərazidən uzaqlaşmışdır. Bıçağı yolüstü qarşısına çıxan bataqlığa atmış və yol kənarında olan su kranında əlini yumuşdur. Baş verənlərdən qorxub avtobusla "Neftçilər" metrostansiyasının yaxınlığına getmiş və telefonunu söndürüb bir neçə gün həmin ərazidə parkda qalmışdır. Lakin pulu bitdiyi üçün evinə qayıtmağa məcbur olmuş və atası onun qayıtmağı barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs səbəbsiz yerə ona “küçük” dediyi üçün əsəbiləşib ona xəsarət yetirmişdir. Daha əvvəl Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyəti olmamışdır. İlk zərbədən sonra Zərərçəkmiş şəxs onun üzərinə gələrək yaxasından tutduqda ondan yaxa qurtarmaq üçün əlavə zərbələr də vurmuşdur. Əməlindən peşmandır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi İlə birlikdə bir neçə ildir Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi,Savalan yaşayış massivi yeni tikili ünvanında yerləşən evdə yaşayır. Həyətyanı sahədə kiçik ərzaq mağazası vardır. Həmin mağazada çox zaman özü, başqa vaxtlar isə ailə üzvləri çalışır. Təqsirləndirilən şəxs qonşu kiimi tanıyır. 28 mart 2021 -ci il tarixdə saat 16 radələrində mağzada olarkən Təqsirləndirilən şəxs mağazaya daxil olaraq özü üçün nisyə günəbaxan tumu və siqaret istəmişdir. Nihadın mütəmadi olaraq nisyə mal almaq üçün mağazaya gəlməsi onu bezdirdiyi üçün ona nisyə verməkdən imtina edərək"pulun olanda başqa mağazaya gedirsən, borc lazım olanda mənim yanıma gəlirsən, rədd ol burdan" demişdir. Nihad ona səsini qaldıraraq "sən kimsən mənə rədd ol deyirsən" dedikdə, Nihadın bu hərəkətinə daha da əsəbiləşərək "rədd ol, küçük" deyib geri dönərkən Nihad boynunun arxasından yumruqla vurmuşdur. Bundan sonra Nihadın arxasınca gedərək yaxasından tutduqda Nihad piştaxtamın üzərində olan mətbəx bçağını götürüb ona bir neçə zərbə vurmuşdur. Yaxasını buraxıb onu vurmaq istədikdə Nihad əlavə olaraq bir neçə bıçaq zərbəsi vurmuşdur. Nihada güc gələ bilməyəcəyimi düşünərək qarşılıq verməyi dayandırdıqda Nihad qaçıb getmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirərkən yanında heç kim olmamışdır. Hadisənin səbəbi onun Nihadın ünvanına nalayiq söz işlətməsi olmuşdur. Nihadın üzərinə getməyi dayandırdıqda daha vurmayıb qaçıb getmişdir. Əsəbi olduğu üçün nihadın valideynlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində ailə Üzvləri İlə birlikdə yaşayır. Evin həyətində kiçik ərzaq mağazası vardır. Atası Zərərçəkmiş şəxs həmin mağazada çalışır. 28 mart 2021-ci il tarixdə saat 16 radələrində evin həyətində olarkən mağazada atasının ucadan səsini eşidib narahat olaraq arxa qapıdan mağazaya girmiş və atası Zərərçəkmiş şəxs yaralı halda görmüşdür. Atası onu gördükdə qonşusu Mailin oğlu Nihadın onu bıçaqla vuraraq qaçdığını bildirmişdir. O, dərhal kömək çağırmaq üçün mağazadan çölə çıxmış və küçədən təsadüfən keçən taksi kimi fəaliyyət göstərən markasını xatırlamadığı və sürücüsünü tanımadığım taksini saxlatmışdır. Həmin avtomobillə atasını xəstəxanaya aparmışlar. Atasının dediyinə görə sözləri çəp gəldiyi üçün qonşusu Nihad mağazadan götürüdüyü bıçaqla onu vuraraq qaçmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Uzun müddətdir Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşayırlar. Zərərçəkmiş şəxs qonşu kimi tanıyır. Həmin şəxsin yaşadığı evin yaxınlığında kiçik ərzaq mağazası vardır. Mütəmadi olaraq həmin mağazadan alış-veriş edir. Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər heç bir ədavət olmamışdır, münasibəti yaxşıdır. 28 mart 2021-ci il tarixdə axşam saatlarında polis əməkdaşları yaşadığı evə gələrək oğlu Nihadın qonşusu Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişlər. Oğlu ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Çox axtarsa da, onun olduğu yeri aşkar edə bilməmişlər. 03 aprel 2021-ci il tarixdə axşam saatlarında oğlu Nihad evə gəlmiş və baş verənləri etiraf edərək Zərərçəkmiş şəxs onu söydüyü üçün bıçaqladığını bildirmişdir. Bundan sonra oğlunun gəlməsi barədə polisə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 05 aprel 2021-ci il tarixli, 387 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının sol döş və qarın boşluğuna nüfuz edərək diafraqmanın, dalağın (dalaq cərrahi üsulla çıxarılmışdır), çənbər bağırsağın yaralanmasına və daxili qanaxmaya səbəb olan 2 (iki) ədəd, nüfuz etməyən 1 (bir) ədəd, sol sifət nahiyəsinin 1 (bir) ədəd, sol çənə nahiyəsinin 1 (bir) ədəd və sol said nahiyəsinin 1 (bir) ədəd (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş yaraları, sol əlin 1 (bir) ədəd kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən 28.03.2021-ci il tarixdə və şəraitdə törənə bilər. Dərəcəsinə görə xəsarətlərdən döş qəfəsinin sol yarısının sol döş və qarın boşluğuna nüfuz edərək diafraqmanın, dalağın (dalaq cərrahi üsulla çıxarılmışdır), çənbər bağırsağın yaralanmasına və daxili qanaxmaya səbəb olan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası ümumilikdə və hər bir ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, döş qəfəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, sol sifət nahiyəsinin 1 (bir) ədəd, sol çənə nahiyəsinin 1 (bir) ədəd və sol said nahiyəsinin 1 (bir) ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları, sol əlin 1 (bir) ədəd kəsilmiş yarası isə ümumilikdə və hər biri ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinə əlavə olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının 270 MTKŞ\2021 saylı 04 iyun 2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poliverin ön səthində solda üç ədəd, sol qoln ön səthində bir ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş- kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və İti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin, o cümlədən bıçağın) təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poliverin ön səthində solda üç ədəd, sol qolun ön səthində bir ədəd dəlib-keçən zədələr, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının sol döş və qarın boşluğuna nüfuz edərək diafraqmanın, dalağın (dalaq cərrahi üsulla çıxartmışdır), çənbər bağırsağın yaralanmasına və daxili qanaxmaya səbəb olan 2 (iki) ədəd, nüfuz etməyən 1 (bir) ədəd və sol said nahiiyyəsinin 1 (bir) ədəd deşilmişkəsilmiş yaralan ilə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs məxsus poliverin üzərində olan zədələnin lokalizasiyasına görə demək olar ki, xəsarət yetirilən zaman iz törədən alətin tiyəsi poliverdə olan zədə nahiyyələrinə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poliverin ön səthində solda üç ədəd və sol qolun ön səthində dəlib-keçən zədələrin eyni alət və ya müxtəlif alətlərlə yetirilib-yetirilməməsi barəpə fikir söyləmək üçün iz törədən alətin (alətlərin) ekspertizaya təqdim olunduqdan sonra cavab vermək mümkündür. Cinayət işinə əlavə olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə psixiatrik ekspertizasının 1915 saylı 25 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb- biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda da hər hansı bir pisixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci mədəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri, kəmağıllılıq aşkar olunmayıb. Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində məcburi tədbirlərin tədbiqinə ehtiyac yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilir. Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı hər hansı kənaraçıxma hallarına rast gəlinmədiyindən, habelə intellektual imkanlarını nəzərə alaraq belə qənaətə gəlinir ki, o, baş vermiş hadisələri qavramaq, təsvir etmək və bu barədə düzgün ifadə vermək iqtidarındadır. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman şüur və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 11.06.2021-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin məktəbin İX sinifində təhsil alır və müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayət əməlini törədərkən və hal-hazırda yetkinlik yaşına çatmamaqla 15 yaşında olmasını, orta məktəbin 9-cu sinif şagirdi olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və yenidən tərbiyə olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs 03 aprel 2021-ci il tarixdən 05 aprel 2021-ci il tarixədək şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılılaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəmə iclasındakı davranışını, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, habelə orta məktəbin 9-cu sinif şagirdi və 15 yaşı olan Təqsirləndirilən şəxs təhsildən uzaqlaşmaması mövqeyindən yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunması mümkündür. Ona görə də ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə həmçinin maraqlı şəxslərin vəsatətlərinin olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd poliver məhv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03 aprel 2021-ci il tarixdən 05 aprel 2021-ci il tarixədək şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd poliver məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar