Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1478/2024 11.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Zəfər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN-in Penitensiar Xidmətinin 3 sayı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o 19 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdarda 2,122 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 33-cü PB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü tarixdə saat 15:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdarda 2,122 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ittihamda qeyd edilən xüsusatlar əsassızdır. İttihamda qeyd edilmişdir ki, narkotiki guya Suraxanıdan almışdır. O, narkotiki ilk dəfə istintaqda görmüşdür. Onu ittihamda qeyd edilən polis əməkdaşları da tutmamışdır. 28 may ərazisində dostugildə olarkən polislər onu saxlamışlar. Kamera görüntülərində bu hallar var. Onu bölməyə aparıb təzyiq göstərmişlər ki, itihamı qəbul etsin. Onu dostları ilə hədələmişlər. O da ittihamı qəbul etmişdir. Videoçəkiliş zamanı da tanımadığı 2 polis əməkdaşı ilə çəkiliş aparmışlar. Ümumiyyətlə narkotik qəbul etməmişdir. O narkotiki ilk dəfə istintaqda görmüşdür. İstintaqda verdiyi ifadəsini təsdiq etmir. Orada qorxduğu üçün başqa cür ifadə vermişdir. Onu 6 ay təcridxanada günahsız yerə saxlamışlar. Barəsində qətimkan tədbiri seçilən zaman məhkəmədə döyülmə izlərini də göstərmiş və ifadəsini orada başqa cür vermişdir. Onu günorta saatlarında dostu Xəyyamgildən çıxan zaman saxlamışlar. Dostu həmin gün evdə yox imiş. Onu polis bölməsinə aparandıqdan sonra axşamüstü vəkil gəlmişdir. Onun iştirakı olmadan videoçəkiliş olmuşdur. O istintaqda heç bir ifadə verməmişdir. O vəkilin iştirakı olmadan videoçəkilişin aparılması ilə bağlı sənədə imza atıb-atmadığını bilmir. Ona hansısa sənəd imzalatmışlar, ancaq nə sənəd olduğunu dəqiq bilməmişdir. Həbs qətimkan tədbiri seçilən zaman bildirmişdir ki, ona təzyiq olmuşdur. Onun saxlanmağı ilə bağlı heç bir məlumat verməmişlər. X3 tualetin yanında videoçəkilişdə çıxarmağı üçün narkotik vermişdir. Onu döyən adamlar başqa adamlar olmuşdur. Videoçəkilişdə isə ittiham aktında qeyd edilən şəxslər iştirak etmişdir. O hərdən dostugildə qalır və programlaşdırma öyrənirmiş. Onun əvvəllər məhkumluğu olmamışdır. O istintaqda polislərdən qorxduğu üçün o cür ifadə vermişdir. Təzyiqlə bağlı prokurorluğa şikayət etmiş, qərar da qəbul olunmuşdur. O polisdən niyə onu saxladıqlarını soruşsa da, cavab verməmişlər. O satış təmsilçisi işləyir, ağartı məhsulları satırmış. O təhdid edildiyi üçün istintaqda fərqli ifadə vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Vafiq oğlu ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 2023-cü ilin oktyabr ayında Zığ qəsəbəsi deyilən ərazidə Kamran adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, həmin vaxt Nəsimi rayonu Behbudov küçəsində Kamranın üstündə narkotik vasitəni dayışıb saxlaması barədə məlumat qeyd edilmişdir. Onlar bu barədə məlumatı rəhbərliyə məruzə etmişlər. Şəxsə həmin ərazidə yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxsi qərarla tanış etmişlər. Onlara qarşı müqavimət göstərməmişdir. Şəxsi 33-cü polis bölməsinə dəvət etmişlər və orada videoçəkilişlə özü tərəfindən istintaqa təqdim etdiyi narkotik vasitəni götürüb qablaşdırmışlar. Əməliyyat məlumatı ona daxil olmuşdur. Şəxsi oktyabr ayından Nəsimi rayonu ərazisində günün ikinci yarısında saxlamışlar. Əlövsət adlı şəxslə videoçəkilişdə iştirak etmişdir. Məlumat Zığ qəsəbəsində Kamran adlı şəxsin narkotik vasitə istifadəsi ilə məşğul olması barədə olmuşdur. Onlar Suraxanı rayon Polis İdarəsinin rəhbərliyinə məlumat vermiş və bundan sonra onlar tədbir həyata keçirmişlər.Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir, həmçinin ona qarşı heç bir təzyiq göstərilməmişdir. Çəkiliş zamanı narkotikin ona məxsus olmasını və Suraxanıdan 20-30 manat qarşılığında aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 Vafiq olu ilə eyniməzmunli ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onun üzərində ittiham aktında qeyd olunan narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 19 oktyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı rayonu 33-cü PB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 oktyabr 2023-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs r oğluna şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, etiraz etmədiyini bildirdikdən sonra, onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynidəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün açılaraq baxıldıqdan sonra həmin bükümün içərisində, qəhvəyi rəngli, iysiz, bir qədər bərkimiş halda toz şəkilli, narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik maddə hesab edilən heroin olduğunu, Bakı şəhəri Suraxanı rayonu ərazisində ünvanını dəqiq bilmədiyi üzdən tanıdığı şəxsdən həmin bir ədəd bükümü 30 manata aldığını, özünün istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunan bir ədəd bükümdə içərisində toz şəkilli, qəhvəyi rəngli heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5661 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN arayışlar üçün №171” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,122 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi- 2,122 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq- 2,072 qram. (ekspertiza tədqiqatın dəyəri 65 (altmış beş manat)) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 5(010)-553/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 33-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 19 oktyabr 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi sellofan bükümünün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan heroindir. Həmin psixotrop maddəni tanımadığı şəxsdən Suraxanı rayonu ərazisində 30 manat müqabilində götürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heçnə aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 oktyabr 2023-cü il tarixli, 4(010)-409/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 7731 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan N iyun 2016-cı il tarixli Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə rəhbərli tərəfindən N iyun Silahlı Qüvvələr Günü münasibətilə döyüş hazırlığının yüksəldilməsində əldə etdikləri nailiyyətlərə görə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs N iyun Silahlı Qüvvələr Günü münasibətilə döyüş hazırlığının yüksəldilməsində əldə etdikləri nailiyyətlərə görə təltif olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,072 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış beş) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,072 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1478/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1478/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver