Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1478/2025 23.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X9 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Salyan rayonu, Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmuş, Salyan rayonu, Salyan şəhəri, Ə.Zeynalov küçəsi, ev 53-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu, nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə metamfetamini, az miqdarda narkotik vasitə heroini əldə edib sataraq mənfəət əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan «Baba» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd bükümdə təmiz çəkisi 0,074 qram az miqdarda narkotik vasitə heroini, 02 ədəd kibrit qutusunda hər birinin ayrı-ayırılıqdı təmiz çəkiləri 2,26 qram və 3,01 qram, ümumilikdə təmiz çəkisi 5,27 qram narkotik vasitə qurudulmuş marixuananı, ayrı ayırılıqda təmiz çəkiləri 0,069 qram, 0,084 qram, 0,038 qram, 0,107 qram, 0,078 qram, 0,051 qram, 0,084 qram, 0,068 qram, 0,098 qram, 0,118 qram, 0,635 qram, 0,525 qram, 0,114 qram, 0,075 qram, 0,045 qram, 0,655 qram ümumi təmiz çəkisi 2,844 qram olan külli miqdarda psixotrop maddə metamfetamini, 2 ədəd üzərində skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3025,0 qram və 2530,0 qram, ümumi çəkisi 6555,0 qram, 02 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə tərkibinə görə eyni olan ümumi çəkisi 6560,27 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və yerdə əldə edib daşıyaraq saxlamış, onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Suraxanı RPİ- nin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 fevral 2025-ci il tarixdə saat 15:47-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən «Klub» çayxanasının otaqlarının birində saxlanılıb videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılması zamanı əynindəki yaşıl rəngli gödəkçənin sol iç cibindən üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi, həmin gödəkçənin sağ iç cibindən eynək qabında 01 ədəd bükümdə təmiz çəkisi 0,074 qram az miqdarda narkotik vasitə heroin, 02 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,26 qram və 3,01 qram, ümumilikdə təmiz çəkisi 5,27 qram narkotik vasitə qurudulmuş marixuana, ayrı-ayrılıqda təmiz çəkiləri 0,069 qram, 0,084 qram, 0,038 qram, 0,107 qram, 0,078 qram, 0,051 qram, 0,084 qram, 0,068 qram, 0,098 qram, 0,118 qram, 0,635 qram, 0,525 qram, 0,114 qram, 0,075 qram, 0,045 qram, 0,655 qram eyni tərkibli ümumi təmiz çəkisi 2,844 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, əyləşdiyi masanın üzərindən bir ədəd “Honor X9b 5G” markalı mobil telefon, əyləşdiyi masanın arxasında olan oturmaq üçün masanın üstündə, üzərində «Adidis» hərfləri həkk olunmuş qara rəngli idman çantasının içərisində 2 ədəd üzərində skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda, ayırı-ayrılıqda təmiz çəkiləri 3025,0 qram və 2530,0 qram, ümumi çəkisi 6555,0 qram, ümumilikdə təmiz çəkisi 5,27 qram olan 02 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə tərkibinə görə eyni olan ümumi çəkisi 6560,27 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər avtoqəza ilə məhkum edilmişdir. O, avtomobil mühərriklərinin təmiri ilə məşğul olmuşdur. Ötən tutulmasının səbəbi ilə bağlı bildirmişdir ki, təmir etdiyi avtomobil ilə əlaqədar 4 nəfərlə 100 manat üstündə mübahisələri yaranmış və onlar dava etmişlər. Buna görə də onları şöbəyə gətirmişlər. Şöbədə həmin 4 nəfər şəxsləri buraxmışlar, lakin o qalmışdır. Orda da onu 2 qram narkotik vasitə ilə ittiham etmişlər. Lakin barəsində bəraət hökmü çıxarılmışdır. Buraxılanda apellyasiya şikayəti vermiş, apellyasiya qərarı qüvvədə saxlamış və bundan sonra 15 gün ərzində işin Ali Məhkəməyə göndəriləcəyini bildirmişlər. Elə həmin 15 gün ərzində də onu yenidən tutmuşlar. Tutulduğu gün hər səhər olduğu kimi qonşunun oğlu ilə işə getmək üçün qapını açanda 4 nəfər polis əməkdaşının qapının qabağında dayandığını görmüşdür. Polis əməkdaşları ondan Zaur olubolmadığını soruşmuşlar. O, özünü təqdim etdikdə şöbəyə getmək lazım olduğunu və ondan şikayət olduğunu bildirmişlər. Həmin vaxt evdə ondan başqa heç kim olmamış, yanında Fuad adlı qonşusu olmuşdur. Ondan şikayət olduğunu bildirdikdən dərhal sonra polis əməkdaşları evin həyətinə girmişlər və əlini qandalla bağlayıb onu və Fuadı polis bölməsinə aparmışlar. O, həmin vaxt elə bilmişdir ki, qonşular onun barəsində anonim şikayət yazıblar. Buna görə də arxayın getmişdir. Şöbədə onu növbətçi otağa salmışlar. Saat 4 radələrində müavinin otağına gətirmişlər. Eyni zamanda əllərində un kisəsində və “adidas” çantasında narkotik vasitə gətirmişlər. 3 ədəd narkotik vasitə bükümü kisəyə və çantaya yerləşmədiyi üçün 2 ədəd narkotik vasitıni kisə və çantaya qoymuşlar. O, həmin kisədə olanların nə olduğunu soruşanda “bunlar sənindir” demişlər. Bundan sonra onu çayçıya aparmışlar. Orada video çəkiliş aparılmış, guya kisə ilə 2 ədəd tərəzinin üzərində olduğu göstərilmişdir. Onun 56 yaşı var və bu günə qədər bir dəfə də olsun “nəşə” istifadə etməmişdir. O, ailəlidi, 4 nəvəsi var. Ailədə əməklə məşğul olan və evə qazanc aparan tək adam olmuşdur. Tutulduqdan sonra bu günə qədər ailə üzvləri ilə danışmamışdır. Ona qarşı bu cür ittiham irəli sürülməsinin səbəbini bilməmişdir. İttihamda göstərilən narkotik vasitələrin heç biri ona məxsus olmamışdır. İttiham aktında eynək qabı kimi qeyd olunmuş qab eynək qabı olmamışdır. O, həmin qabı avtomobil təmir edərkən ləvazimatlarını qoymaq üçün evindən götürüb istifadə etmişdir. Polis əməkdaşları həmin qabı onun evindən götürmüşlər. Lakin onun evinə getdikləri qeyd edilməmişdir. Tutulduğu gün qonşusu olan Cəbi adında bir oğlana ağrılarının olması səbəbi ilə narkotik vasitə heroini istifadə etməsi üçün vermiş, qarşılığında isə pul almamışdır. Həmin narkotik vasitəni soyadını xatırlamadığı Seymur adlı qonşusundan almış, Seymur da Suraxanı rayonunda tutulmuşdur. Fuadın təxminən 25-26 yaşı olmuş, sonuncunu tutulduqdan sonra Suraxanı rayon Məhkəməsində görmüşdür. Həmin vaxt məhkəmədə Fuadın da barəsində işə baxmışlar, sonuncu da narkotik vasitələrilə bağlı tutulmuş lakin o, Fuadın narkotik vasitələrdən istifadə etdiyini bilməmişdir. Onun istifadəsində 2 ədəd mobil telefon olmuş, mobil telefonlardan birini evdə, digərini isə iş üçün istifadə etmişdir. İş üçün istifadə etdiyi mobil telefonuna son ay yarım ərzində narkotik vasitələrin şəkilləri göndərilmiş, həmin şəkilləri kimin göndərdiyini bilməmişdir. Onu saxlayan 4 nəfər polis əməkdaşlarını əvvəllər görməmişdir. Onun polis əməkdaşları ilə bağlı mübahisəsi olmamış, əksinə istədikləri vaxt avtomobillərini təmir etmiş və aralarında da mehribançılıq olmuşdur. Keçən il onunla İran vətəndaşları arasında “whatsapp” proqramı vasitəsilə yazışmalar, alış-veriş yazışmaları olmuşdur. Bundan sonra həmin şəxslərlə alış-verişi olmamışdır. Həmin alış-verişi o yox onun yanında olan oğlan etmişdir. O, 2024-cü ilə qədər narkotik vasitələrdən istifadə etmişdir. Onun istifadəsində olan ***-**-** saylı mobil nömrəyə narkotik vasitələrin şəkilləri göndərilmişdir. O, həmin nömrəyə yazmışdır ki, narkotik vasitələrin şəkillərini ona göndərməsinlər. Qarşı tərəf də ona “Pul qazanmaq istəmirsən?” yazmışdır. O, həmin şəxslərin ona nə səbəbə narkotik vasitələrin şəkillərini göndərmələrini bilməmiş və onlara təhqir edici ifadələr yazmamışdır. Kənanı şəxsən tanımamış, tanıdığı İslam adlı şəxsin dostu olmuşdur. İslam və Kənanla narkotik vasitələrlə bağlı yazışmaları olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, idarəyə şəxsin onların xidmət etdikləri ərzaidə yaşaması və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Raport vasitəsi ilə əməliyyat məlumatı məruzə edilmiş, daha sonra onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat məlumatı əsasında şəxsi Cəbrayıl Xanməmmədov küçəsində, bölməyə 5 dəqiqəlik məsafədə yerləşən klub adlı çayxanada saxlamışlar. Saxlanılan zaman şəxs çayxanada tək olmuş, şəxsə hüquq və vəzifələri izah edilmiş, üzərinə baxış keçirilmiş, baxış zamanı şəxsin yanında olan çantada 10-15 büküm narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Sorğu zamanı narkotik vasitələri İran vətəndaşından sonuncunun tapşırığı ilə müəyyən ünvanlara qoymaq üçün aldığını və özünün də istifadəçi olduğunu bildirmişdir. Daha sonra şəxs şöbəyə gətirilmiş və müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə şəxsin üzərindən çıxan narkotik vasitələr təhqiqatçıya təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 14 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin döviyyəsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Şahid1 rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmış, əməliyyat məlumatı əsasında şəxs Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən kafelərin birində saxlanılmışdır. Şəxs eynək qabında 17 büküm narkotiki, əlavə olaraq adidas çantasında olan marixuananı təqdim etmişdir. Sorğu zamanı şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu, bundan qazandığı pulla dolandığını, Hövsanda kirayə qaldığını və kirayənin pulunu vermək üçün narkotik vasitələrin satışından qazandığı pulun lazım olduğunu bildirmişdir. Həmçinin narkotik vasitələri İranlıdan aldığını, sonuncunun tapşırığı ilə dediyi məkana aparmalı olmasını, qarşılığında 300 manat alacağını bildirmişdir. Daha sonra şəxsi şöbəyə gətirmişlər, təhqiqatçı tərəfinədn baxış keçirilmiş və sənədləşdirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xidməti ərazisi olan Zeytun sovxozunda yaşamışdır. Qonşular tərəfindən Təqsirləndirilən şəxs barəsində şifahi şikayətlər olmuşdur. Şikayətlər Zaurun yanına saqqallı adamların çox gəlib getməsi barədə olmuşdur. Narkotik vasitələrin dövriyyəsi, istifadəsi və satışı barədə əməliyyat məlumatı daxil olmuş, məlumat raportla rəhbərliyə məruzə olunmuş və Şahid1 rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat məlumatını dəqiqləşdirmək üçün şöbənin yaxınlığında olan klub çay evi deyilən ünvana yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs orda olmuşdur. Bu vaxta qədər şikayət edilən şəxsin cavan adam olduğunu düşünmüş, məlumatın həmin şəxs barəsində olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs özü səmimi şəkildə üzərində narkotik vasitələr olduğunu etiraf etmişdir. Video-çəkilişlə şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı narkotikə bənzər maddə aşkar edilmiş, eynək qabını özü təqdim etmiş və oturduğu stolun yan tərəfində idman çantasında şəxsin öz dediyinə görə marixuana olmuşdur. Məhkəmə istintaqında müdafiə tərəfin razılığı ilə ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ***-***-**-** mobil telefon nömrəsini o istifadə etmiş, həmin nömrə anası X1 adına olmuşdur. Əvvəllər həmin nömrəni anası istifadə etmiş, lakin son 8-9 ildə onun istifadəsində olmuşdur. Hərdən həmin nömrəni qardaşı X13 istifadə etmişdir. X19 dəfələrlə narkotiklə əlaqədar tutulmuş və məhkum olunmuşdur. Sonuncu dəfə təxminən bir il əvvəl məhkum olunub cəzasını çəkib azadlığa çıxmışdır. Təqsirləndirilən şəxs Rafiq oğlunun istifadə etdiyi telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısında Rafiqin telefon nömrəsinin necə olmasını bilməmiş, düşünmüşdür ki, Kənan Rafiqin mobil telefonundan zəng etmişdir. Başqa heç kim Rafiqin mobil telefonunu götürməmiş və istifadə etməmişdir. Cinayə işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 1) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayər işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 10-12) Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin şöbənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis kapitanı Şahid3 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 fevral 2025-ci il tarixdə saat 15:47-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində saxlanılmış Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan yaşıl gödəkçənin sol iç cibindən bir ədəd elektron tərəzi, həmin gödəkçənin sağ iç cibindən eynək qutusunun içərisində ümumi çəkisi 4,44 qram çəkidə 16 ədəd bükümlərdə psixotrop maddə metamfetaminə, 0,14 qram çəkidə 01 ədəd bükümdə narkotik vasitə heroinə, ümumi çəkisi 11,41 qram 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr, əyləşdiyi masanın arxasındakı stulun üstündə olan ümumi çəkisi 7 kq 600 qram olan idman çantasının içərisində 2 ədəd skoçla bağlanmış bağlamaların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr, masa üzərində bir ədəd “Honor” markalı mobil telefon aşkar edilmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki,(cild 1, iş vərəqə 15-17) 14 fevral 2025-ci il tarixdə saat 15:47 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən “Klub” çay evində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində şübəhli olduğu üçün saxlanılmış, üstünün yoxlanılması zamanı əynində olan yaşıl gödəkçənin sol iç cibindən bir ədəd elektron tərəzi, həmin gödəkçənin sağ iç cibindən eynək üçün qutunun içərisində 4,44 qram çəkidə 16 ədəd bükümlərdə psixotrop maddə metamfetaminə, 0,14 qram çəkidə 01 ədəd bükümdə narkotik vasitə heroinə, ümumi çəkisi 11,41 qram 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr, əyləşdiyi masanın arxasındakı stulun üstündə olan ümumi çəkisi 7 kq 600 qram olan idman çantasının içərisində 2 ədəd skoçla bağlanmış bağlamaların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr, masa üzərində bir ədəd “Honor” markalı mobil telefon aşkar edilmişdir. Təqdim edilmiş 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Suraxanı RPl-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən “Samsung” markalı mobil telefonun videokamerası vasitəsilə videoçəkiliş aparılmışdır. Baxış zaman protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmış və videogörüntülər ilə olan DVD disk protokola əlavə edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 28) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinərək 14 fevral 2025-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/704 nömrəli rəyindən görünür ki, (cild1, iş vərəqə 45-51) tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 1 №-li zərfdəki 16 ədəd bükümdə ayrı-ayırılıqda təmiz çəkiləri 0,069 qr., 0,084 qr., 0,038 qr., 0,107 qr., 0,078 qr., 0,051 qr., 0,084 qr., 0,068 qr., 0,098 qr., 0,118 qr., 0,635 qr., 0,525 qr., 0,114 qr., 0,075 qr., 0,045 qr., 0,655 qr. ümumi təmiz çəkisi 2,844 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,074 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 №-li zərfdəki bir ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/309 nömrəli rəyindən görünür ki, (cild1, iş vərəqə 52-56) tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazılar və imzalar olan zərfdə 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,26 qram, 3,01 qram, ümumi çəkisi 5,27 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə oxşar kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli idman çantasında 2 ədəd üzərləri skoçla bağlanmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3025,0; 3530,0 qram, ümumi çəkisi 6555,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-6560,27 qramdır. Vət. Təqsirləndirilən şəxs götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 71-72) Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən, həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 74-75) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(010)-44/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 95-99) Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, (cild 1, iş vərəqə 114-116) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək İmişli Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə aylıq qazancından dövlət nəfinə 15% tutulmaqla 02 (iki) il müddətində islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 03 (üç) il azadlılqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il islah işləri cəzasını qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 96 (doxsan altı) gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 77-ci maddəsinə əsasən 01 (bir) il 10 (on) ay 04 (dörd) gün cəzasından vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə bəraət verilmişdir. “CD” diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 148) "xxxx"MMC-dən xx.xx.2025-ci il tarixli 6441 nömrəli məktubla alınmış 01 ədəd “CD” diskə baxış zamanı müəyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi X5 adınadır. Həmin nömrə ilə ***-***-**-**, 051- ***-**-** , 055-44-20-98 və digər nömrələrinin istifadəçiləri əlaqə saxlamışlar. Diskdə iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Məhkəmə-Narkoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli 2196 nömrəli rəyindən görünür ki, (cild 1, iş vərəqə 160-161) müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F11.2” (Opioidlərin qəbulu) diaqnozu ilə dispanser qeydiyyatdadır. Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 842 saylı rəyindən görünür ki, (cild 1, iş vərəqə 162-164) Təqsirləndirilən şəxs hal hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. “DVD-R” disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2025ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 187-189) 14 fevral 2025-ci il tarixdə saat 15:47-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən “Klub” çay evində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində şübəhli olduğu üçün saxlanılmış, üstünün yoxlanılması zamanı əynində olan yaşıl gödəkçənin sol iç cibindən bir ədəd elektron tərəzi, həmin gödəkçənin sağ iç cibindən eynək üçün qutunun içərisində ümumi çəkisi 4,44 qram çəkidə 16 ədəd bükümlərdə psixotrop maddə metamfetaminə, 0,14 qram çəkidə 01 ədəd bükümdə narkotik vasitə heroinə, ümumi çəkisi 11,41 qram 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin, əyləşdiyi masanın arxasındakı stulun üstündə olan ümumi çəkisi 7600 qram olan idman çantasının içərisində 2 ədəd skoçla bağlanmış bağlamaların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələrin, masa üzərində bir ədəd “Honor” markalı mobil telefon aşkar edilərək götürülmüş, üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs suallara cavab olaraq idman çantasının içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr olan 2 ədəd skoçla bağlanmış bağlamalar istisna olmaqla digər psixotrop maddələri və narkotik vasitələri 200 manata tanımadığı İran vətəndaşından əldə etdiyini, 2 ədəd skoçla bağlanmış bağlamaların da həmin şəxsdən ona göstərəcəyi yerə aparıb qoymaq üçün əldə etdiyini, həmin kütlələri göstərilən yerə yerləşdirdikdən sonra İran vətəndaşının ona 300 manat pul verəcəyi barədə razılaşdığını bildirmişdir. “DVD-R” disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2025ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 190-191) Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X14 tərəfindən “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 14 fevral 2025-ci il tarixli protokol tərtib edildiyi zaman çəkiliş videogörüntülərə Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı videogörüntülərin tərtib edilmiş həmin protokola uyğun olması müəyyən edilmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 192-196) Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində ***-***-**-** nömrəsi olan “Honor X9b 5G” markalı mobil telefona baxış keçirilmiş, telefonun “Whatsapp” tətbiqində adı göstərilməyən “+994 55 962 61 71” telefon nömrəsi ilə qeydə alınan çatda danışıqların dinlənməsi zamanı xx.xx.2025-ci il tarixdə saat 04:18dən saat 08:53-ə qədər “mal” adı ilə həmin abonentlə Təqsirləndirilən şəxs aralarında baş tutan söhbət zamanı bir birinə göndərdikləri səsli mesajlarda narkotik vasitə və psixotrop maddəni adlandırdıqları maddənin Təqsirləndirilən şəxs tərəfindən “+994 55 962 61 71” telefon nömrəsi istifadəçisinə nisyə satmasının mümkünlüyü, həmin satışın baş verməsi və satış üçün “+994 55 962 61 71” telefon nömrəsi sahibi tərəfindən Təqsirləndirilən şəxs təşəkkürlər edilməsi barədə danışıqların olması aşkar edilmişdir. Bundan başqa “Whatsapp” sosial şəbəkəsində istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Mobil telefonunun “Fotolar” tətbiqində aşağıdakı fotoşəkillər aşkar edilmişdir:
1. Elektron tərəzi üzərində 1,89 qram çəkidə ağ büküm,
2. Elektron tərəzi üzərində 106,85 qram çəkidə tünd rəngli maddə ilə olan şəffaf sellofan bağlama,
3. Elektron tərəzi üzərində ümumi çəkisi 8,72 qram olan qara rəngli sellofan bükümlər,
4. Elektron tərəzi üzərində çəkisi 9,59 qram olan şəffaf, içrisində “5+5” rəqəmləri yazılan kağız parçası olan sellofan bükümü,
5. İki barmaqla saxlanılmış xırda ağ büküm,
6. Elektron tərəzi üzərində çəkisi 19,10 qram olan içrisində ağ rəngli kristallar formada olan, psixotrop maddə metamfetaminə bənzər maddə olan, üzərində “5” rəqəmi yazılmış şəffaf, sellofan bağlama.
7. Elektron tərəzi üzərində çəkisi 0,28 qram olan üzərində ağ rəngli kristallar formada olan, psixotrop maddə metamfetaminə bənzər maddə olan açıq kağız parçası. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, onun mobil telefonununun “Whatsapp” sosial şəbəkəsində danışıqlar olan “+994 55 962 61 71” telefon nömrəsinin sahibini tanımır, onun harada yaşamasını, anket məlumatlarını bilmir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, “Fotolar” tətbiqində olan narkotik vasitələr və psixotrop maddələrin eletron tərəzilər üzərində olan fotoşəkilləri ona “Baba” adlı İran vətəndaşı göndərmiş, 14 fevral 2025-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Klub” adlı çayxanada saxlanılan zaman ondan götürülmüş narkotik vasitələri və psixotrop maddələri həmin “Baba” adlı şəxsdən əldə etmiş, “Baba”nın telefon nömrəsi yadında qalmamış və həmin mobil telefonda olmamışdır. “CD” diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 198-199) "xxxx"MMC-dən xx.xx.2025-ci il tarixli 6441 nömrəli məktubla alınmış 01 ədəd “CD” diskə baxış zamanı müəyən edilmişdir ki, ***-***-**-** telefon nömrəsi Təqsirləndirilən şəxs həyat yoldaşı X5 adınadır. Həmin nömrə ilə əlaqə saxlamış ***-***-**-** nömrəsi Təqsirləndirilən şəxs baldızı X2 adınadır, ***-***-**-** nömrəsi isə kürəkəni X12 istifadə etdiyi nömrədir. Diskdə başqa iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 202-204) Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 206-207) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 259-260) Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün ibtidai istintaqı aparılan ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Ədiyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabçaın surətindən görünür ki, Təqsirləndirilən şəxs zədə almadığını bidirmiş, aşağı ətraflında çapıqlar aşkarlanmışdır. Daxili İşlər Nazirliyi X7 Xidmətindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən sorğunun icrası mümkün olmamışdır. Daxili İşlər Nazirliyi Bakı Şəhəri Suraxanı Rayon Polis idarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Kərimov X8 RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilərkən onun bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədiyindən müvafiq jurnalda qeyd aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-cü maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər şəklində izah verilmişdir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olubolmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hazırki iş üzrə iş materiallarını və məhkəmə iclasında müəyyən edilmiş halları tam və hərtərəfli tədqiq edərək aşağıda şərh edilən hüquqi dəyərləndirmədən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı AR CM-nin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham (qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroni, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlamış və daşıma) qanuni və əsaslı hesab edilməlidir. Belə ki, AR Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində ***-***-**-** nömrəsi olan “Honor X9b 5G” markalı mobil telefona baxış keçirilmiş, telefonun “Whatsapp” tətbiqində adı göstərilməyən “+994 55 962 61 71” telefon nömrəsi ilə qeydə alınan çatda danışıqların dinlənməsi zamanı xx.xx.2025-ci il tarixdə saat 04:18-dən saat 08:53-ə qədər “mal” adı ilə həmin abonentlə Təqsirləndirilən şəxs aralarında baş tutan söhbət zamanı bir birinə göndərdikləri səsli mesajlarda narkotik vasitə və psixotrop maddəni adlandırdıqları maddənin Təqsirləndirilən şəxs tərəfindən “+994 55 962 61 71” telefon nömrəsi istifadəçisinə nisyə satmasının mümkünlüyü, həmin satışın baş verməsi və satış üçün “+994 55 962 61 71” telefon nömrəsi sahibi tərəfindən Təqsirləndirilən şəxs təşəkkürlər edilməsi barədə danışıqların olması aşkar edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlirlər. Bu hal təqsirləndirilən şəxsin həm şəxsi marağı, həm də mənfəət əldə etməsi müqabilində əlbir olmasına dəlalət edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri əldə etdiyi şəxsin müəyyən olunmaması əsası ilə CM-nin 234.4.1-ci maddəsinin ittihamdan xaric edilməsi məhkəmənin mövqeyinə görə düzgün hesab edilə bilməz. Belə ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra etməsi kifayətdir. Yəni, iştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Daha dəqiq desək, Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini və planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçı ilə birgə iştirak etməyi arzulayır. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə cinayət işi ayrılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, digər şəxs istintaq orqanı tərəfidən gələcəkdə müəyyən edilməyə bilər. Lakin Təqsirləndirilən şəxs münasibətdə cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi işin faktiki halları ilə sübut edildiyindən ittiham bu hissədə (CM-nin 234.4.1-ci maddəsi ilə) əsaslı sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” plenum qərarında göstərilmişdir ki, başqa şəxslər haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa, hökmdə həmin şəxslərin soyadları göstərilmədən, cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə birlikdə törədildiyi qeyd edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.3-cü maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkiləri 2,684 qram olan metamfetamin, 0,044 qram olan heroin, 6.559,77 qram olan marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus “Honor X9b 5G” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumuna qaytarılmalıdır. İş materiallarında olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 153 (yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 14 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkiləri 2,684 qram olan metamfetamin, 0,044 qram olan heroin, 6.559,77 qram olan marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus “Honor X9b 5G” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumuna qaytarılsın. İş materiallarında olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 153 (yüz əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 48 (qırx səkkiz) saata görə 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 33 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən Hüseyn Hüseynli
Hakimlər Hafiz Kamranov
Babək Pənahov