Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1479/2021 27.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X1 qızı, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1971-ci ildə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuş, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi ev 19, mənzil 13-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Savxozu, ev 1, 17 saylı yataqxanada yaşayan, barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə saat 11 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən mərmər qranit abidəsi daşları sexinin yardımçı otağında onunla birlikdə həmin sexdə işləyən Zərərçəkmiş şəxs ilə sonuncu üçün süzülmüş çayı içməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başı ilə onun sifət nahiyəsindən vuraraq ona sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməsinə əsəbləşib, qisas almaq məqsədi ilə əlində olan şüşə stəkanla Vüqar Adıgözlovun sağ göz nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya göz almasının daxili qişalarının tam xaric olması, hemoftalm ilə müşayiət olunan sağ gözün korneoskleral dəlib-keçən kəsilmiş yarası, sağ üst göz qapağının, sağ qaşüstü nahiyənin, alının sağ yarısının kəsilmiş yaraları, sağ gözaltı nahiyənin qançırı, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olmayan, lakin ümumi əmək qabiliyyətinin 1\3-dən çox hissəsinin dayanıqlı, yəni sağ gözdə görmənin tam itirilməsinə səbəb olan xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, X4, ev 1, mənzil 17-də yataqxanada ailə üzvləri ilə bir yerdə yaşamaqla hadisəyə qədər ünvan 2 ünvanında yerləşən mərmər qranit abidəsi daşları sexində fəhlə kimi işləmişdir. Zərərçəkmiş şəxs ilə işlədiyi mərmər qranit abidəsi daşları sexində tanış olmuşlar. Belə ki, Zərərçəkmiş şəxs həmin sexdə rəssam olaraq fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxsla münasibətləri son illər pisləşmişdir.22 aprel 2021-ci il tarixdə saat 11 radələrində mərmər qranit abidəsi daşları sexin ərazisində fəhləlik işləri ilə məşğul olmuşdur. Daha sonra sexə doğru gələrək sexin qapısını açdıqda görmüşdür ki, sexdə işləyən Vahid, Fariz, Akif, Ravil və Vüqar otaqdadırlar, sexin yardımçı otağında olan dəmir çəlləyin üzərində armudu stəkanlara süzülmüş çaylar vardır. O, yorulduğu və susadığı üçün yaxınlaşıb bir stəkan çayı götürüb içmişdir. Bu zaman Zərərçəkmiş şəxs çayı onun içəcəyini, çayı nə səbəbə götürdüyünü deyərək onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. O da Vüqarı söyüb təhqir etmişdir. Bu zaman Vüqar əsəbi halda onun üzərinə gəlmiş və gözləmədiyi anda kəllə ilə onun sifətindən zərbə ilə bir dəfə vurmuşdur. O, zərbənin təsirindən bir anlıq özünü itirmiş və burnundan qan axmağa başlamışdır. Bundan sonra o, bərk əsəbləşmiş və sağ əlində olan armudu stəkanı Vüqarın sağ gözünə zərbə ilə vurmuş və dərhal sexdən çıxaraq yaxınlıqda olan bulaqda əlini üzünü yuyub evə getmişdir. Sonradan evdə olan zaman iş yoldaşları telefonla ona Vüqarın gözünün əməliyyat olunduğunu demişlər. Səhəri gün yəni, 23 aprel 2021-ci il tarixdə iş yoldaşı zəng edərək bildirmişdir ki, “polis səni axtarır, gəl iş yerinə". O, da bundan sonra mərmər qranit abidəsi daşları sexinə getmişdir. Orada da polislər onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. O, polis şöbəsində olan zaman Vüqar sağ gözündən cərrahi əməliyyat olunduğunu və hazırda sağ gözünün kor olmasını bilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə eyni sexdə işləmiş, münasibətləri yaxşı olmamışdır. Hadisə baş verən gün mübahisənin başlamasına səbəb Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyməsi olmuşdur. İlk olaraq zərərçəkmiş şəxs ona kəllə ilə sifət nahiyyəsindən zərbə yetirmiş, bundan sonra o aldığı zərbədən əsəbləşərək sağ əlində olan armudu stəkanla sonuncunun sağ gözünə zərbə endirmişdir. Həmin vaxt iş yoldaşları Vüqara köməklik etmiş, o isə özündə olmadığından Vüqara köməklik edə bilməmişdir. Son olaraq bildirmişdir ki, törətdiyi əməldən peşman olmuş, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Göstərdiklərini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 4, mənzil 20-də qeydiyyatda olmaqla yaşayır. Təxminən 37 ildir ki, qəbr daşlarına rəsm çəkməklə məşğul olur. Təxminən 7-8 ildir ki, ünvan 3 ünvanında yerləşən mərmər qranit abidəsi daşları sexində rəssam işləyir. Təqsirləndirilən şəxs mərmər qranit abidəsi daşları sexində işləyən dövrdən tanımışdır. Kamal sexdə fəhlə işləmişdir. Sonuncu ilə münasibətləri ilk günlərdən soyuq olmuşdur. Kamalın həmçinin iş yerində digər yoldaşlarla münasibətləri yaxşı olmamışdır. 22 aprel 2021-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən mərmər qranit abidəsi daşları sexinin yardımçı otağında iş paltarını dəyişirmiş, həmin vaxt otaqda ondan başqa iş yoldaşları Şahid1, Şahid3, Şahid4 və Şahid5 Şahhüseyn oğlu olmuşlar. Fariz çay sifariş etmişdir. Bir az keçmiş çayçı otağa daxil olaraq gətirdiyi çay dəsgahını otaqda olan dəmir çəlləyin üzərinə qoymuşdur. Fariz stəkanlara çay süzüb içmələrini xahiş etmişdir. O, da çay süzülmüş stəkanı götürmək istəyən zaman Kamal otağa daxil olaraq dəmir çəlləyin üzərində stəkanlara süzülmüş çayı görərək yaxınlaşıb onun üçün süzülmüş içərisi çay ilə dolu olan stəkanı götürmüşdür. O, Kamalın icazəsiz etdiyi bu hərəkətə çox əsəbləşmiş, sonuncuya öz iradlarını bildirmişdir. Lakin Kamal onun tutduğu iradı səmimi qəbul etməyərək “yaxşı etdiyini” demişdir. O, isə Kamala "qələt edirsən" dedikdə Kamal onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. O, Kamalın onu təhqir etməsinə əsəbləşərək sonuncuya yaxınlaşıb başı ilə Kamalın sifət nahiyəsindən zərbə ilə qəsdən bir dəfə vurmuşdur. Kamal zərbənin təsirindən 1-2 addım geri çəkilmiş və gözləmədiyi anda qəflətən sağ əlində olan armudu stəkanı onun sağ gözünə zərbə ilə vurmuşdur. Bu vaxt sağ gözü qaralmışdır. O, zərbənin təsirindən yerə əyilmiş və əli ilə sağ gözünü tutduqda gözündən qan axmasını hiss eltmişdir. Həmin vaxt orada olan iş yoldaşları Fariz, Akif, Ravil və Vahid tez ona kömək edərək təmiz pambıq ilə gözünü təmizləmişlər. Lakin gözündən qanaxma dayanmadığı üçün sexdən bayıra çıxartmışlar. Həmin vaxt həyətdə digər iş yoldaşı Mübariz onu öz avtomaşınına əyləşdirib təcili tibbi yardıma aparmışdır. Orada həkimlər tərəfindən ona ilkin yardım göstərilmiş və birlikdə Nizami rayon ərazisində yerləşən "Modern Hospitala” getmişlər. Orada da ona tibbi yardım etdikdən sonra onu Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərmişlər. Mərkəzdə həkimlər onun sağ gözünü cərrahı əməliyyat etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, sonuncu ilə eyni sexdə işləmiş, lakin münasibətləri yaxşı olmamışdır. Hadisə baş verən gün iş yoldaşı Fariz çay sifariş etmiş, bir müddət sonra çayçı çay dəsgahını gətirmiş və otaqda olan dəmir çəlləyin üzərinə qoymuşdur. O, çay dəsgahında olan onun üçün süzülmüş çay dolu stəkanı götürmək istəyən zaman, Kamal onun çayını götürmüş və içmişdir. O, Kamlaın hərəkətindən əsəsbləşərək ona irad bildirsə də, Kamal ona cavab olaraq “yaxşı etdiyini” demişdir. O, isə Kamala "qələt edirsən" dedikdə Kamal onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, Kamalın onu təhqir etməsinə əsəbləşərək sonuncuya yaxınlaşıb başı ilə Kamalın sifət nahiyəsindən zərbə ilə qəsdən bir dəfə vurmuşdur. Kamal zərbənin təsirindən 1-2 addım geri çəkilmiş və gözləmədiyi anda qəflətən sağ əlində olan armudu stəkanı onun sağ gözünə zərbə ilə vurmuşdur. Bu vaxt sağ gözü qaralmışdır. Bu zaman olan iş yoldaşları Fariz, Akif, Ravil və Vahid ona köməklik göstərmiş, digər iş yoldaşı Mübariz onu öz avtomaşınına əyləşdirib təcili tibbi yardıma aparmışdır. Son olaraq bidlirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və ondan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2014cü il tarixdən ünvan 3 ünvanında yerləşən mərmər qranit abidəsi daşları sexini Şahid2 Şahhüseyn oğlu ilə birlikdə kirayə götürüb işlədirlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər ikisi onun işçiləridir, sonuncuların hər ikisi ilə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs sexdə fəhlə işləmişdir. Zərərçəkmiş şəxs isə sexdə qəbir daşlarına rəsm çəkməklə məşğul olmuşdur. İşlətdiyi mərmər qranit abidə daşları sexinin yaxınlığında qəbirstanlıq yerləşmişdir. Kamal və Vüqarın biri biriləri ilə münasibətləri soyuq olmuşdur, danışmamışlar. Buna baxmayaraq Vüqar daim Kamala hər fürsətdə söz atmış və bu səbəbdən aralarında tez tez mübahisə düşmüşdür. 22 aprel 2021-ci il tarixdə saat 11 radələrində sexdə olan yardımçı otaqda Vüqar iş paltarını dəyişmiş. Bu vaxtı o, çay sifariş vermişdir. Təxminən 5 dəqiqə sonra otağa çay gətirmişlər. Çay otaqda olan dəmir çəlləyin üzərinə qoyulmuşdur. Otaqda isə ondan başqa Ravil, Vahid, Akif və bayırda Mübariz olmuşlar. O, çayı armudu stəkanlara süzmüş və işçiləri çay içməyə dəvət etmişdir. Bu vaxtı otağa Kamal daxil olmuşdur. Kamal çayı gördükdə yaxınlaşıb bir stəkan götürmüşdür. Həmin vaxt Vüqar isə Kamala "bir soruşarlar ki, çayın yiyəsi var ya yox” dedikdə, Kamal sonuncuya “çaydıda götürürəm” demişdir. Vüqar Kamalı nalayiq ifadələrlə söyüb təhqir etmiş. Kamal isə əvəzində Vüqarı söymüşdür. Bu vaxt Vüqar Kamala söyərək qəflətən başı ilə Kamalın burunun üzərindən bir dəfə qəsdən vurmuşdur. Zərbənin təsirindən Kamalın burun nahiyəsindən güclü şaqqıltı səsi gəlmişdir.Kamal isə bir iki addım geri çəkilərək sağ əlində şüşə materialından olan içərisi çayla dolu olan armudu stəkanı zərbə ilə Vüqarın sağ gözünə vurmuşdur. Onlar tez Vüqarla Kamalı bir birindən ayırmışlar. Bundan sonra Vüqar sağ gözünü əli ilə tutmuş, sonuncunun gözündən qan axmasını görmüşlər. Onlar tez Vüqara köməklik göstərərək pambıq ilə gözünü silmişlər. Onlar Vüqarı sexdən bayıra çıxarmış, Mübariz Vüqarı öz maşınına əyləşdirib həkimə aparmışdır. Kamal isə əlini üzünü su ilə yuyub evinə çıxıb getmişdir. Sonradan bilmişlər ki, X7 adına Milli Oftalmologiya mərkəzində gözündən əməliyyat olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək şahidin göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid5 Şahhüseyn oğlu və Şahid3 digər şahidlər Şahid4 və Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işində olmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 25 may 2021-ci il tarixli qərardan görünür ki, həmin ********* saylı cinayət işi Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə saat 11 radələrində işlədiyi ünvan 3 ünvanında yerləşən mərmər qranit abidəsi daşları sexinin yardımçı otağında onunla birlikdə həmin sexdə işləyən Zərərçəkmiş şəxs ilə sonuncu üçün süzülmüş çayı içməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başı ilə onun sifət nahiyəsindən vuraraq ona sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirməsinə əsəbləşib qisas almaq məqsədi ilə əlində olan şüşə stəkanla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya göz almasının daxili qişalarının tam xaric olması, hemoftalm ilə müşayiət olunan sağ gözün korneoskleral dəlib-keçən kəsilmiş yarası, sağ üst göz qapağının, sağ qaşüstü nahiyənin, alının sağ yarısının kəsilmiş yaraları, sağ gözaltı nahiyənin qançırı, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olmayan, lakin ümumi əmək qabiliyyətinin l\3-dən çox hissəsinin dayanıqlı, yəni sağ gözdə görmənin tam itirilməsinə səbəb olan xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurması faktı əsasında Bakı şəhəri, Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (iş vər. 1). Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PB-nin məsul növbətçisi polis leytenantı Nizami Kərimov tərəfindən Bakı şəhəri Nizami RPİ-nin rəisinə ünvanlanmış 22 aprel 2021-ci il tarixli raportdan görünür ki, 22 aprel 2021-ci il tarixdə saat 15:30 radələrində Z.Əliyeva adına göz klinikasından operator Ələkbərova məlumat verərək, ünvan 5 ünvanında Zərərçəkmiş şəxs sağ gözünün dəlib keçən yaralanmasını bildirmişdir. Həmin raport Bakı şəhəri Nizami RPİ üzrə “Daxilolma № 1063 qeydiyyat nömrəsi üzrə qeydiyyata alınmışdır. (iş vər. 5). “Baxış keçirilməsi haqqında” 23 aprel 2021-ci il tarixli protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə Bakı şəhəri, Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenatı X2 tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Xosrov Hüseynəliyev, Nizami RPİ-nin 24-cü PŞ-nin CA qrupunun əməliyyat müvəkkili, polis serjatı İlkin Mamedov və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı hadisənin ünvan 3 ünvanında yerləşən mərmər qranit abidəsi daşları sexinin yardımçı otağında baş verdiyi, qeyd olunan sexin yaxınlığında qəbirstanlıq və avto təmir sexinin yerləşdiyi, köhnə tikili olan sexin giriş qapılarının iki hissədən olmaqla dəmir darvazadan ibarət olması, dəmir darvazadan içəri daxil olduqda, içəridə mərmər qranit daşların mövcüd olması, giriş qapısından təxminən 2- 3 addım daxilə doğru sağ tərəfdə hadisənin baş verdiyi yardımçı otağın yerləşməsi, həmin otağda qəbir abidələri, paltar, dəyişmə şkafı, və sair əşyaların mövcud olması, qeyd olunan şkafların yanında dəmir çələngin mövcud olması, hadisənin 22 aprel 2021-ci il tarixdə saat 11 radələrində qeyd olunan yardımçı otqda baş verməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəmnində mübahisə edərkən sağ əlində saxlamış olduğu şüşə materialdan armudu stəkanı Zərərçəkmiş şəxs sağ gözünə vuraraq ona ağır bədən xəsarəti yetiridiyi müəyyən olunmuşdur. (iş vər. 11-17). Məhkəmə-tibbi ekspertizasının 297 saylı, 30 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər - sağ gözaltı nahiyənin qançırı, burun belinin sınığı ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı; sağ əlin İ barmağın proksimal falanqasının iç səthinin səthi kəsilmiş yarası və şişkinlik halında əzilmə hərəkət məhdudluğu ilə müşayiət olunan İ daraq sümüyünün əsasının yerdəyişən sınığı - səthi kəsilmiş yara kəsici kənara malik əşyanın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 22.04.2021-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə “İ daraq sümüyünün əsasının yerdəyişən sınığı” sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, “burun sümüyünün yerdəyişməyən sınığı” sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, Təqsirləndirilən şəxs aşkar olunmuş “sağ əlin İ barmağın proksimal falanqasının iç səthinin səthi kəsilmiş yarası, şişkinlik halında əzilməsi və hərəkət məhdudluğu ilə müşayiət olunan İ daraq sümüyünün əsasının yerdəyişən sınığı” qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni əlində olan əşyanı (armudu stəkanı) digər şəxsə vurarkən yaranmağa, digər xəsarətlər isə kənar şəxs tərəfindən yetirilməsi zamanı alınmağa daha xarakteriklər, alınmış xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyil. (iş vər.24-25) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 31.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər. 26). Məhkəmə-tibb ekspertizasının 318 saylı 25 may 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər göz almasının daxili qişalarının tam xaric olması, hermoflalm (gözün qansızması) ilə müşayiət olunan sağ gözün korneoskleral dəlib-keçən kəsilmiş yarası; sağ üst göz qapağının, sağ qaşüstü nahiyənin, alının sağ yarısının kəsilmiş yaraları; sağ gözaltı nahiyənin qançırı kəsici kənara malik küt əşyanın ola bilsin ki, şüşə çay stəkanının təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 22.04,2021-ci il tarixdə alınmaları istisna olunmur, dərəcəsinə görə ümumlikdə həyal üçün təhlükəli olmayan lakin, nəticəsində ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin dayanıqlı, yəni sağ gözdə görmənin tam itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni kənar şəxsin əlində olan əşyanı (şüşə stəkanı) onun sifətinə vurması nəticəsində yaranmağa xarakterikdirlər, alınmış xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyil. (İş vər. 27-29) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 25 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.( iş vər 57) “İfadənin yerində yoxlanması haqqında” 26 may 2021-ci il tarixli protokol və ona əlavə olunmuş foto cədvəldən görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Mirzəyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanmış, ifadəsi hadisə yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs hadisənin yuxarıda göstərdiyi şəraitdə baş verdiyini bildirmiş və bunu əyani olaraq hadisə yerində göstərmişdir. (iş vər. 67-69). «Təqsirləndirilən şəxs qismində cəlb edilmə» haqqında 26 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (iş vər. 70-71). İşdə olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 26.05.2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə ilə barışmışdır, ona qarşı heç bir şikayət və maddi tələbi yoxdur. (iş vər. 83) «Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında» 26 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsinə dair Nizami RPİ-nin İŞ-nin müstəntiqi Orxan Mirzəyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (İş vər. 90-91). «Qətimkan tədbirinin seçilməsi haqqında» 26 may 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. (iş vər. 92-93). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 may 2021-ci il tarixli 1136 saylı rəyindən görünür ki, yuxarıda göstərilənləri nəzərə alan ekspert belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində aıılaqh hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (iş vər. 127-128) Məhkəmə-psixoloji ekspertizasının 05 iyun 2021-ci il tarixli 1203 saylı rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.) intellektinin normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Nitqi ardıcıl, mühakimələri məntiqlidir. Fərdi-psixi xüsusiyyətlərinə görə konfiliktə meyilli olmayan şəxs olduğu müəyyən edilir. Hazırda baş vermiş hadisə ilə əlaqədar əhvali-ruhiyyəsinin endiyi, bir qədər narahatlığı özünü büruzə verir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs idrak prosesslərinin xüsusiyyətləri, habelə intellektual imkanları normaya uyğun olduğundan bu qənaətə gəlmək mümkündür ki, o. baş vermiş hadisələri adekvat olaraq qavramaq, təsvir etmək və bu barədə ifadə vermək qabiliyyətinə malikdir. (İş vər. 129-131) «Toplanmış sübutların qiymətləndirilməsi haqqında» 21 iyul 2021-ci il tarixli qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamın və barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120, 126.2.4 və 221.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 127.1 və 221-ci maddələri ilə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi 131-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (iş vər. 136-141). İş materiallarına əlavə olunmuş 26 avqust 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi,məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında sözlü mübahisə mübahisə zamanı ilk olaraq zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hətta sağlamlığa az ağır zərər vuran belə xəsarətlər yetirmiş və təqsirləndirilən şəxsə yetirilmiş xəsarətlər məhkəmə-tibbi ekspertizasının 297 saylı, 30 aprel 2021-ci il tarixli rəyi ilə öz təsdiqini tapmışdır ki, göstərilən bu hallar sözlü mübahisənin məhz zərərçəkmiş şəxsin qanunsuz əməlləri nəticəsində münaqişəyə çevrilməsini və bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsin özünün qanunsuz hərəkətlərinin təsiri altında vurmasını deməyə əsas verir ki, bu da məhkum edilmiş şəxsə cəza təyin edilərkən AR CM-nin 59.1.8-ci maddəsinə əsasən nəzərə alınmalı olan yüngülləşdirici hallardan biridir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşman olmasını, əvvəllər məhkum olunmamasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmişin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəsini alanadək «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, onun iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Nizami RPİ-nin MSY-də saxlandığı 25 may 2021-ci il tarixdən, 26 may 2021-ci il tarixədək olan müddət, cəmi 01 gün yekun cəza müddətinə daxil edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəflərinin omadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Nizami RPİ-nin MSY-də saxlandığı 25 may 2021-ci il tarixdən, 26 may 2021-ci il tarixədək olan müddət, cəmi - 01 (bir) gün bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs olunsun. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Siyavuş Hacıyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1479/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1479/2021
27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver