Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1479/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Qanuni nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 ünvanda yaşamış, 22 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 avqust 2023-cü il tarixdə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən dəyişdirilərək təhlükəsizlik tədbiri olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatirik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Psixiatriya Stasionarına yerləşdirilmiş, faktiki həmin müəssisədə saxlanılan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində yaşadıqları ünvan 2 ünvanda yerləşən evin həyətində ailə münasibətlərinin pozulması zəminində yaranmış müdahisə zamanı atası Zərərçəkmiş şəxs əlində olan bıçaqla qəsdən bir zərbə vuraraq ona sağ tərəfli hemotraks (döş boşluğuna qarnın yığılması) və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin daxilə nüfüz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır zərərvurmaya aid xəsarət yetirmişdir, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsinə dair iş üzrə hərtərəfli, tam və obyektiv məhkəmə araşdırması aparılmış və ibtidai istintaq orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs psixi pozuntular nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə atası Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması məhkəmə baxışında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı işin halları ilə bağlı ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs «22 avqustda əsəbləşmişdim. Anlaqsız vəziyyətdə atamın döşündən aşağı bir dəfə bıçaq vurmuşam. Beynim çönüb, əsəbləşmişdim. Hazırda əməilmdən peşmanam» deməklə kifayətləndi və hadisənin mahiyyəti üzrə ifadə vermədi. Odur ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarı ilə iş üzrə cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi məhkəmə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 22 avqust 2023-cü il tarixdə, saat təxminən 13:30 radələrində kirayə yaşadıqları evdə olarkən atası İlhamla aralarında sözlə mübahisə olmuş, o, əsəbləşərək mətbəxdə olan bıçağı götürüb atası İlhamın sinə nahiyəsindən bıçaqla bir zərbə vurmuşdur. Bundan sonra o, öz otağına keçmiş, daha sonra otaqdan çıxıb anasından atasını soruşduqda sonuncu atasının harada olmasını bilmədiyini demişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onu və anasını 31-ci PŞ-nə aparmışlar. Orada o, atasını bıçaqlda vuraraq xəsarət yetirdiyini etiraf etmişdir (iş vərəqə: 45-46). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib göstərdi ki, qızı Təqsirləndirilən şəxs psixi xəstədir, o, 15 yaşından müalicə alır. Sonuncu baş vermiş hadisədən təxminən bir ay əvvəl Ülviyyə növbəti müalicəsini bitirmiş və onu xəstəxanadan çıxarıb evə gətirmişdir. 22 avqust 2023-cü il tarixdə, saat təxsminən 13:30 radələrində o, Ülviyyə və həyat yoldaşı Sevda evdə olarkən Ülviyyə gözlənilmədən əsəbləşmiş, o, qızının təkrar xəstələndiyini görüb həyətə düşmüş və qapının yanında dayanmışdır. Ülviyyə də onun ardınca həyətə düşmüş və o, Ülviyyənin əlində bıçaq olduğunu hiss etmişdir. Onu dilə tutub sakitləşdirmək istəyərkən Ülviyyə mətbəx bıçağı ilə onun sağ qarın nahiyyəsindən bıçaqla bir zərbə vurmuşdur. Bundan sona Ülviyyə yatmaq üçün evə girmiş, o da xəsarət aldığı yerdən qan axdığını görüb 103 xidmətinə zəng etmiş, təcili tibbi yardım biriqadası gəlib onu xəstəxanaya aparmışlar və orada ona ilk tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs ifadəsinin hadisə yerində yoxlanılmasına dair 20 yanvar 2024-cü il tarixli protokol elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bir daha təstiq etmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, zərərçəkmiş şəxsin ifadəsinin hadisə yerində yoxlanılması prosesində müvafiq fotoşəkillər çəkilmiş və cinayət işinə əlavə olunmuşdur (iş vərəqə: 127, 128). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 06 dekabr 2023-cü il tarixli, 1087 nömrəli eskpert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli hemotraks (döş boşluğuna qarnın yığılması) və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin daxilə nüfüz edən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən olunur. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, qərarada və tibbi sənəddə göstərilmiş xx.xx.2023-cü il tarixdə bıçaqla törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (iş vərəqə: 83-85). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixatirik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2495 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən qoyulmuş sualları ambulator şəraitdə cavablandırmaq mümkün olumr, Təqsirləndirilən şəxs psixatirik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısanda qouylmuş sualları cavablandırmaq məqsədi ilə onun stasionar məhkəmə-psiatirik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (iş vərəqə: 63-65). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunun kompleks stasionar məhkəmə-psixatirik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən «Yüngül kəmağıllıq davranış pozuntuları ilə» formasında psixi patalogiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqsız hesab olunmalıdır. Təqsirləndirilən şəxs «Yüngül kəmağıllıq davaranış pozuntuları ilə» formasında patalogiya hal-hazırda davam edir. Buna görə də Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə temək iqtidarında deyildir. Hal-hazırda psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatiriya stasionarında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Tədqiq olunan rəydən həmçinin görünür ki, cinayət əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında qıcığa qarşı həssasdır, hirslilik kimi hallar əmələ gəlmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mühakimələrində səthilik, primitivlik, təfəkkürün ümumiləşdirmə və analizeğtmə proseslərinin zəif çıxış etməsi, təhlil-tərkib proseseslərinin primitivliyi, maraq dairəsinin mədudluğu, verilən sadə tapşırıqları yerinə yetirməməkdə sətinlik çəkməsi, vacib tarixi hadisəəri və məlumatlardan bixəbər olması, elmi biliklərinin kasadlığı aşkar olunmaqla intelektual imkanlarının aşağı səviyyədə olması, psixoloji yaşının yaş xüsusuiyyətlərin uyğün olmaması müəyyən edilməklə əqli girilik əlamətləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olanan əməl zamanı fizoloji affet vəziyyətində olmamışdır (iş vərəqə: səh. 77-82). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin iş üzrə cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (iş vərəqə: səh. 111-114). Beləliklə, məhkəmə tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs psixi pozuntular nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə, atası Zərərçəkmiş şəxs əlində olan bıçaqla qəsdən bir zərbə vuraraq ona sağ tərəfli hemotraks (döş boşluğuna qarnın yığılması) və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin daxilə nüfüz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır zərərvurmaya aid xəsarət yetirdiyindən ibtidai araşdırma orqanı onun əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ixtisaslaşdırmış və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi üçün cinayət işini məhkəməyə göndərməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsini sübuta yetmiş hesab edərək, Azərbaycan Respublikası CPM-nin 477.3 maddəsinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edilməklə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsini qanunauyğun hesab edir. Cinayət işindəki ekspertiza rəylərinə və həmçinin Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 470, 477.1, 477.2.1, 477.2.2, 477.2.3, 477.2.4 və 477.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin və haqqında ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunsun. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatirik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Psixatiriya Stasionarında saxlama qərar qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-1479/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1479/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver