Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1479/2025 27.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhərinin Çasovaya küçəsi 11 ünvanında yerləşən “Leninqrad” adlı bazarın ərazisində icarə əsasında işlətdiyi “Aleksandra” adlı restorana və orada yerləşən satış nöqtələrinə tanışı Zərərçəkmiş şəxs dəfələrlə həmin obyektlərə gələrək onu və qohumlarını təhdid edib pul tələb etdiyi üçün onunla ədavəti yaranmış, həmin şəxsin yəni, Zərərçəkmiş şəxs yenidən 05 fevral 2003-cü il tarixdə saat 12 radələrində eyni məqsədlə qeyd olunan restorana gəlib restoranın və bazar ərazisində icarəyə götürdüyü satış nöqtələrinin fəaliyyətinə görə ondan aylıq pul verilməsinə dair tələbini rədd edib qeyd edilən hərəkətlərə son qoymasını ondan tələb etsə də, müsbət cavab almamaqla yanaşı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsini və kriminal aləmdə nüfuzlu şəxslərlə görüşdürüb cəzalandıracağı ilə hədələməsini özünə qarşı qərəzli hərəkətlərin davamı kimi qəbul edərək, Zərərçəkmiş şəxs ondan əsassız tələblər irəli sürməkdə israrlı olduğuna əmin olub həmin hərəkətlərinə görə sonuncudan qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə restoranın mətbəxindən götürdüyü məişətdə istifadə üçün nəzərdə tutulmuş mətbəx bıçağı ilə zalda əyləşən Zərərçəkmiş şəxs yaxınlaşıb qəsdən döş qəfəsindən iki dəfə zərbə vuraraq sonuncuya döş qəfəsinin sinə boşluğuna nüfuz edən, döş sümüyünün yara kanalı boyunca zədələnmiş sol körpücükaltı vena sol ağciyərin dənəvər lobunun zədələnməsi bədənin sağ yan səthində sinə boşluğuna nüfuz edərək sol ağciyərin zədələnməsi ilə yara kanalı boyunca 7-ci qabırğadan keçən, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikasının CM-nin 12.1, 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, alver etmək məqsədilə mütəmadi olaraq Rusiya Federasiyasının paxtaxtı Moskva şəhərinə gedib gəlmişdir. Bu illər ərzində əsas gəlir mənbəyi ticarət olmuşdur. Xüsusən də Moskva şəhəri Çasavoya küçəsi 11 ünvanında yerləşən “Leninqradski” bazarında “Aleksandra” kafesini icarəyə götürmüşdür. Ümumiyyətlə həmin bazarda o və onun qohumları İslam, İlham qardaşı Ravil alverlə məşğul olmuşdur. Qeyd etdiyi qohumları ona məxsus olan obyektləri işlətməklə pul qazanırdılar. Zərərçəkmiş şəxs 2002- 2003-cü illərdə tanımışdır. Onun atası Əlifağa Kərimov bazarda, ümumiyyətlə Moskva şəhərində adla tanınan, hörmətli bir insan olmuşdur. 2003-cü ildə kafedə olduğu zaman İsgəndər və başqa iki nəfər kafeyə gəlmişdir. İsgəndər kimsə ilə telefonla danışmış, daha sonra telefonu ona uzatmışdır. O telefonda tanımadığı şəxslə danışan zaman həmin naməlum şəxs ona demişdir ki, “nə üçün pul vermirsən?” o isə ona cavabında “niyə pul verməliyəm?” demişdir. O demişdir ki, “gəl görüşək aydınlaşdıraq görüm görüşdən sonra yenə də bu fikirdə olacaqsanmı?” bundan sonra ona demişdir ki, “İsgəndər səni mənim yanıma gətirəcək”. Bundan sonra o öz masasına qayıtmışdır, İsgəndər və yanındakı şəxslər ona baxıb kinayə ilə gülmüşlər. İsgəndər əl hərəkəti ilə ona həmin yerdə başına oyun açacaqlarını nalayiq formada göstərmişdir. O bütün bunlardan çox qorxmuşdur, onu öldürəcəklərinə əmin olmuşdur. Çünki, bundan əvvəl o, bu söhbətlərə görə bıçaqlanmışdır. Ondan əvvəl də gəlib, pul tələb etmişdilər. O, isə pul verməkdən imtina etmişdir. Daha sonra olanları tam xatırlamır, hər şey bir dəqiqənin içində baş vermişdir. Bıçağı haradan və necə götürməyi tam dəqiq yadında olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ifadəsini oxumadan imzalamışdır. Zərərçəkmiş şəxs hardasa 1992-1993-cü illərdən tanıyırdı. İlk dəfə isə Moskvada futbol oynayan zaman tanış olmuşlar. Zərərçəkmiş şəxs futbol oynayan zaman da ona qarşı nalayiq hərəkətlər etmişdir. İsgəndərin yanında hər zaman dörd-beş nəfər olmuş, o, heç vaxt tək gəzməmişdir. Zərərçəkmiş şəxs hadisədən əvvəl də üç nəfərlə kafeyə gələrək yeyib-içmişlər, sonda isə onlar hesabı ödəməmişlər. Onlara yaxınlaşıb irad bildirdikdə, İsgəndər onu təhqir edərək çiyninə bıçaqla zərbə endirmişdir. İsgəndərin atasına olan hörmətinə görə şikayət etməmiş, lakin atasına oğlunun hərəkətləri ilə bağlı məlumat vermişdir. Atası isə oğlunun onun sözlərini eşitmədiyini, sözünə qulaq asmadığını bildirmişdir. İsgəndər narkotik vasitələrdən də istifadə edirdi. İsgəndər və yanındakı adamlar təkcə ondan yox, bazardakı digər şəxlərdən də pul istəmişlər. Pul verməyənləri müxtəlif üsullarla narahat edirdilər. Hadisə günü hislərini cilovlaya bilməmişdir. Mətbəxdən bıçağı götürmüş və İsgəndərə zərbələr endirmişdir. Neçə bıçaq zərbəsi vurduğunu dəqiq xatırlamır. Zərbələrdən sonra İsgəndər kafedən çölə qaçmışdır. O isə İsgəndərin arxasınca çıxmamışdır. İsgəndərin yanında gələn adamlardan biri onu stulla vurmuşdur. Hadisədən sonra bacısının evinə getmiş, bir neçə saat sonra təyyarə ilə Azərbaycana qayıtmışdır. Azərbaycana gəldikdən beş – altı il sonra Rusiya hüquq mühafizə orqanlarının onu axtardığını bilmişdir. Cavan olduğu və uşaqlarının azyaşlı olduğu üçün təslim olmamışdır. Üç övladı, dörd nəvəsi vardır. Daha sonra onu Nəsimi Rayon Prokurorluğuna çağırmışlar. Prokurorluqda ona fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 12.1, 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 1993-cü ildən 2003-cü ilədək Rusiya Federasiyasının paxtaxtı Moskva şəhərinə alver etmək məqsədilə mütəmadi olaraq gedib gəlmişdir. Bu illər ərzində əsas gəlir mənbəyi alver, ticarət olmuşdur. Xüsusən də Moskva şəhəri Çasovaya küçəsi 11 ünvanında yerləşən “Leninqradski” bazar adlanan bazarda bir neçə obyekti bazarda qida satışı həyata keçirən hissələri olmuşdur. Həmin bazarda “Aleksandra” kafesini icarəyə götürmüşdür. Ümumiyyətlə həmin bazarda o və onun qohumları İslam, İlham, qardaşı Ravil alverlə məşğul olmuşdur. Qeyd etdiyi qohumları ona məxsus olan obyektləri işlətməklə pul qazanırdılar. Zərərçəkmiş şəxs 2002-2003-cü illərdə tanımışdır. O və onun ailəsi Azərbaycanlı idilər. Onun atası Əlifağa Kərimov bazarda, ümumiyyətlə Moskva şəhərində adla tanınan, hörmətli bir insan olmuşdur. Zərərçəkmiş şəxsla ilk dəfə Moskva şəhərində futbol meydançasında tanış olmuşdur. Həmin vaxt o dostları ilə futbol oynayan zaman İsgəndər meydançaya daxil olub topu onlardan istəmiş ayaqla topa güclü zərbə vuraraq topu meydançadan uzaqlaşdırmışdır. O bu hərəkətlə ona və onun dostlarına sataşmışdır. Həmin gün o ilk dəfə İsgəndəri tanımışdır, onun haqqında mənfi fikirlər eşitmişdir. 2002-2003-cü illərdə Zərərçəkmiş şəxs mütəmadi olaraq yanında bir neçə cüssəli, fiziki olaraq yekəpər digər millətin nümayəndələri ilə bazara gəlib orada alver edən qohumlarının, həmçinin digər alverçilərin satdığı malları götürüb özbaşına yeyir və ya dağıdırdı. Həmin şəxs daim mübahisə yaratmağa fürsət axtarırdı. Özünün kriminal aləmin üzvlərinə yaxın şəxs olduğunu bəyan edirdi. 2002-ci ilin sonlarında İsgəndər onun yanında iki nəfər erməni milliyyətli şəxslə ona və onun qardaşı Məhəmmədə yaxınlaşaraq atmacalı sözlərlə onun ailə üzvlərinin ünvanına nalayiq söyüş işlətmiş, o, onun qardaşı Məhəmmədlə İsgəndər və onun yanında olan iki nəfər şəxs arasında əlbəyaxa dava baş vermişdir. Bu hadisə “Leninqrad” bazarında baş vermişdir. Bundan başqa həmin illərdə dəqiq tarixini xatırlamır, münasibətdə olduğu qadınla bazar yaxınlığında kafedə əyləşən zaman İsgəndər kafeyə daxil olmuşdur. Həmin vaxt o qadının yanında olmamış kimi davranaraq Nataşa adlı qadına sataşmağa başlamışdır. Onun bu hərəkətinə qəzəblənib onunla təklikdə söhbət edərək hörmətsizlik etdiyini bildirərək qüruruna toxunduğunu deyib iradını ona bildirmişdir. O xaraktercə “aşağı” bir insan olmuşdur. Bir neçə dəfə narkotik vasitə istifadə etməsinin şahidi olmuşdur. 18 dekabr 2002-ci il tarixdə İsgəndər və yanında iki nəfər şəxs kafeyə daxil olmuşdur. Həmin şəxslər onu itələyərək orada olan masalardan birində əyləşmişdir. Yemək sifariş edib yeyib içib, yüksək səslə gülüşmüşlər. Həmin şəxslərin hərəkətləri kafedə əyləşən digər şəxslərin narazılığına səbəb olmuşdur. Ona da elə gəlmişdir ki, həmin şəxslər narkotik vasitə qəbul etmişlər. Özlərində olmamışlar. Həmin vaxt onlar yeyib içdikdən sonra hesabı vermək istəməmişlər. Bununla bağlı orada işləyən Qönçə adlı xanım ona yaxınlaşaraq Zərərçəkmiş şəxs və onun ətrafında olan şəxslərin kafeyə bir neçə dəfə gəldiyini yeyib içdikdən sonra hesabı vermədiklərini demişdir. Bundan sonra o onlara yaxınlaşıb İsgəndəri kənara çəkərək təklikdə onunla söhbət edib “azərbaycanlı olduğumuzu, mehriban olmalı olduğumuzu” ona xatırlatmaq istəmişdir. O, onun sözlərinə hörmətsizcəsinə reaksiyalar verərək özünün bazarın rəhbəri olduğunu, hamının ona işləməli olduğunu, ona pul verməli olduğunu bildirmişdir. O ona pul vermək istəmədiyini əksinə yediyi yeməyin pulunu verməsini tələb etmişdir. O bundan sonra cibindən çıxardığı bıçaqla sol tərəfindən qoltuq altından bir qədər aralıdan bir bıçaq zərbəsi vurmuşdur. Həmin xəsarətin izi hələ də onun bədənində var. Xoşbəxtlikdən o həmin vaxt zərbədən yayınmış və həmin bıçaq daxilə nüfuz etməmişdir. O İsgəndərdən və onun yanında olan adlarını bilmədiyi şəxslərdən qorxub kafedən qaçmışdır. Bu hadisədən sonra o, yaralı halda yaxınlıqda yerləşən ərazi xəstəxanasına getmiş, orada yarasına tikiş vurmuşlar, izahat üçün onu polis idarəsinə aparmışlar. O, orada ifadə vermiş, həqiqəti polis əməkdaşlarına deməmişdir. Çünki o İsgəndəri polisə şikayət etməklə onun atası Əlifağaya hörmətsizlik etmək istəməmiş və bu problemi Əlifağa Kərimova deməklə həll edəcəyini düşünmüşdür. O bu hadisədən sonra Əlifağaya oğlu İsgəndərin onu bıçaqladığını demişdir. İsgəndərin ondan əl çəkməsi üçün Əlifağadan oğlu ilə danışmasını xahiş etmişdir. Əlifağa Kərimov ona başını bulayaraq oğlunun öhdəsindən gəlmədiyini demişdir. Bir neçə həftə keçdikdən sonra Zərərçəkmiş şəxs bazara gələrək ondan işlətdiyi obyektlərə görə aylıq pul istəmiş, onu bıçaqlayandan sonra ona heç bir cavab verilmədiyini deyərək onun üzərinə gəlmişdir. O isə ona pul verməyəcəyini deyərək əl çəkməsini tələb etmişdir. O ona demişdir ki, bu pulu türmədə olan “yaxşı oğlanlara” verəcəkdir. O ona həmin vaxt pul verməmişdir. Bir müddət keçdikdən sonra 05 fevral 2003-cü il tarixdə saat 11-12 radələrində “Aleksandra” kafesində əyləşmişdir. Həmin vaxt birdən İsgəndər yanında iki nəfər tanımadığı şəxs kafeyə daxil olmuşlar. Kafedə bir masaya əyləşmişlər. O həmin vaxt kafedə masada tək əyləşmiş, yanında heç kim olmamışdır. İsgəndər telefonda kiminləsə danışa-danışa onun əyləşdiyi masaya yaxınlaşmış, onu əl hərəkəti ilə kafenin çölünə dəvət etmiş, sanki o telefonda kiminləsə danışmalı olmuşdur. Həmin vaxt İsgəndərlə gələn şəxslər öz masalarında əyləşmişdirlər. İsgəndər ona öz telefonunu uzatmış və ona demişdir ki, “götür danış”. O telefonda tanımadığı şəxslə danışan zaman həmin naməlum şəxs ona demişdir ki, “Nə üçün pul vermirsən?” o isə ona cavabında “niyə pul verməliyəm?” demişdir. O demişdir ki, “gəl görüşək aydınlaşdıraq görüm görüşdən sonra yenə də bu fikirdə olacaqsanmı?” bundan sonra ona demişdir ki, “İsgəndər səni mənim yanıma gətirəcək”. Bundan sonra o öz masasına qayıtmışdır, İsgəndər və yanındakı şəxslər ona baxıb kinayə ilə gülmüşlər. İsgəndər əl hərəkəti ilə ona həmin yerdə başına oyun açacaqlarını nalayiq formada göstərmişdir. O bütün bunlardan çox qorxmuşdur, onu öldürəcəklərinə əmin olmuşdur. Çünki, bundan əvvəl o bu söhbətlərə görə bıçaqlanmışdır. Çox qorxmuşdur. İsgəndər bütün həyatını zəhər etmişdi. Onun ondan əl çəkməsini istəmişdir, həm qorxmuş həm də əl çəkməsini istəmişdir. Buna görə də o çıxış yolunu onların başa düşəcəyi formada etmək istəmişdir. Buna görə də o həmin gün saat 12 radələrində “Aleksandra” kafesinin mətbəxinə daxil olmuş orada şkafdan mətbəxdə istifadə üçün nəzərdə tutulmuş bıçağı götürmüşdür və əlinin arxasında gizlədərək sakitcə ona dostları ilə gülən söyən İsgəndərin arxası ilə sakitcə yaxınlaşıb ona bir neçə zərbə endirmişdir. Zərbələrin sayını xatırlamır, həmin zərbələrin onun hansı nahiyəsindən yetirdiyimi bilmir. Həmin vaxt İsgəndərin və onun yanında olan şəxslərin üzərində hər hansı silah olmasını konkret görməsə də onu deyə bilər ki, onların üzərində həmişə silah və ya silah kimi istifadə edilən əşya olmuşdur. O İsgəndəri bıçaqlayan zaman orada olan sonuncunun yanında olan şəxslərdən biri onun üzərinə stul atmışdır. İsgəndər onu bıçaqladıqdan sonra kafenin qapısından çıxıb bazara tərəfə qaçmışdır, üzərinə stul atan şəxs də onun arxasınca qaçmışdır. Digər şəxs isə kafedə qalmışdır. O heçnə etməmişdir. O İsgəndərin dostunun arxasınca kafedən çölə çıxmış, bir qədər aralıda İsgəndərin yerə yıxıldığını görmüşdür. Onun arxasınca qaçan şəxsin hara getdiyini görməmişdir. Həmin vaxt özünü çox həyəcanlı hiss etmişdir, bıçağı kafenin çölündə özündən ixtiyarsız yerə salmış və yenidən kafeyə qayıtmışdır. Hava soyuq olduğu üçün gödəkcəsini götürmək istəyəndə İsgəndərin digər dostu hələ də kafedə olmuşdur və o ondan qorxub kafedən çıxıb uzaqlaşmışdır. Onu da əlavə etmək istəyir ki, kafedə əyləşən şəxs də onun üzərinə stul atmışdır. O çox qorxmuşdur. Həyəcanlı olmuşdur, kafedən çıxmış bundan sonra hadisə yerindən uzaqlaşmışdır. Moskvada bacısıgilin evində bir iki saat qalmışdır. Bacısının heç nədən məlumatı olmamışdır. Daha sonra aeroporta gedib oradan Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə qayıtmışdır. Aeroportda heç kim onu saxlamamışdır. Bu hadisədən sonra Moskva şəhərində onu axtaracaqlarını düşünməmişdir. Ümumiyyətlə həmin şəxsin öləcəyini bilməmişdir. Məhkəmə iclasında ölmüş zərərçəkmiş şəxsin hüququ varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, atası X6 vəsiyətini yerinə yetirmək üçün Rusiyadan Azərbaycana gəlmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti yoxdur. Hadisə baş verərkən o, Rusiya Federasiyası ərazisində olmadığından hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, uzun illər Rusiya Federasiyasının bazarlarında alverlə məşğul olmuşdur. Hazırda əsasən Azərbaycan Respublikasında yerləşən bazarlarda alver edir. Üç il bundan əvvələ qədər həm də Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Leninqradski” bazarında alver etmişdir. Hazırda ürəyində problem olduğu üçün Rusiya Federasiyasına gedə bilmir. Təqsirləndirilən şəxs onun dayısı oğludur. Zərərçəkmiş şəxs 1992-ci ildən etibarən tanımışdır. İsgəndər o illərdə narkotik vasitələrdən mütəmadi olaraq istifadə etmişdir. Şəxsiyyət olaraq mənfi xarakterizə olunurdu. İsgəndərin atası X13 Federasiyasında xüsusən də Moskva şəhəri, Çasavoya küçəsi 11 ünvanında yerləşən “Leninqradski” bazarında nüfuzlu, hörmətli şəxs kimi tanınmışdır. Ancaq onun oğlu Zərərçəkmiş şəxs tam əks xarakterdə insan olmuşdur. Həmin şəxs 2002-2003-cü illərdə xüsusən də 2003-cü ilin əvvəllərində ona, dayısı oğlanları Ravil Hüseynova, Təqsirləndirilən şəxs və Şahid1 bazarda problem yaratmışdır. Zərərçəkmiş şəxs onlardan zorla aylıq qeyri-rəsmi pul almağa çalışmışdır. Özünü bazarın qeyri-rəsmi sahibi olduğunu bəyan etmiş, arxasında kriminal aləmin adamları olduğunu bildirmişdir. O illərdə Təqsirləndirilən şəxs icarəsində “Aleksandra” adlı kafe və bazarın daxilində bir neçə hissədə yerləri olmuşdur. O, dayısı oğlu Şahid1, Babəkin qardaşı Ravil Hüseynov Təqsirləndirilən şəxs icarəyə götürdüyü yerlərdə alver etmişlər. Babək mütəmadi olaraq “Aleksandra” kafesində olmuşdur. Orada həmçinin azərbaycanlı, Qönçə adlı qadın işləmişdir. Qönçənin hazırda harada olması barədə məlumatı yoxdur. 05 fevral 2003-cü il tarixində saat 10:30 radələrində bazarda olmuşdur. Orada balıq satışı ilə məşğul olmuşdur. Həmin gün o, Təqsirləndirilən şəxs Moskva şəhəri, Çasovaya küçəsi, ev 11 ünvanında yerləşən “Aleksandra" kafesində görmüşdür. Daha sonra bazarda olan satıcılar ona “Aleksandra” kafesində səs-küy olduğunu bildirmişlər. “Aleksandra” kafesindən bir qədər aralıda satıcıların bir yerə toplaşdığını görmüşdür. Onlara yaxınlaşdıqda Zərərçəkmiş şəxs yerdə qan içində uzandığını görmüşdür. Satıcılar ona İsgəndərin Babək tərəfindən bıçaqlandığını demişlər. O isə birbaşa olaraq hadisənin şahidi olmamışdır. Zərərçəkmiş şəxs yanında heç bir əşya və ya bıçaq olmamışdır. Təqsirləndirilən şəxs da ətrafda görməmişdir. Bundan sonra polis və prokurorluq əməkdaşları Zərərçəkmiş şəxs olduğu yerə gəlmiş, daha sonra Zərərçəkmiş şəxs aparmışlar. Bu hadisədən sonra Təqsirləndirilən şəxs uzun müddət görməmişdir. Hadisə ilə bağlı o və digər qohumları Moskva şəhərində yerləşən hüquqmühafizə orqanlarına çağırılaraq dindirilmişlər. Həmin hadisədən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlamağa çalışsa da, onun telefonu bağlı olmuşdur. Bakı şəhərində olan zaman Babəki həmin hadisədən sonra ilk dəfə görmüşdür. Hadisə günü “Aleksandra” kafesinə İsgəndərlə yanaşı daha iki nəfər kriminal həyat yaşayan şəxslər də daxil olmuşdur. Onlar Babəkdən aylıq pul almaq istəmişlər. Babək isə onlara pul vermək istəmədiyini bildirmişdir. Hadisədən əvvəl dəqiq olaraq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs və başqa iki nəfər Təqsirləndirilən şəxs döymüş, hətta ona bıçaqla zərbə endirmişlər. Babək onlardan güclə qaçıb canını qurtarmışdır. Bıçaqlanmasına səbəb isə ünvan 5 ünvanında yerləşən bazarda olan obyektlərə görə aylıq pul istəmələri, Babəkin isə bundan imtina etməsi olmuşdur. Babək isə bu hadisə ilə bağlı heç yerə şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2002ci ildən 2005-ci ilədək Rusiya Federasiyasının Moskva şəhərində yaşamışdır. Moskva şəhəri, Çasovaya küçəsi 11 ünvanında yerləşən “Leninqradski” bazarında balıq satışı ilə məşğul olmuşdur. Həmin illərdə həmin bazarda onun qohumları Təqsirləndirilən şəxs, Ravil Hüseynov və Şahid2 də işləmişlər. O da onlarla birlikdə həmin bazarda Təqsirləndirilən şəxs icarəyə götürdüyü hissələrdə alver etmişdir. Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. ünvan 7 ünvanında yerləşən “Aleksandra” adlı kafeni icarəyə götürmüşdür. Zərərçəkmiş şəxs 2002-ci ildən etibarən tanımış, onunla əvvəllər yaxın münasibəti olmamışdır. 2002-ci ilin sonlarında bazarda işlədiyi zaman Zərərçəkmiş şəxs bazara gələrək heç bir icazə almadan onu itələyərək satıdığı balıqları bir paketə yığaraq aparmışdır. O, etiraz etdikdə İsgəndər onu söyərək götürdüyü balıqları həbsdə olan şəxslərə göndərdiyini demişdir. Həmin vaxt ondan balıqları qaytarmasını tələb etdikdə digər satıcılar ona baş qoşmamağı tövsiyə etmişlər. Həmin il o, bazara gəlməmişdən əvvəl Zərərçəkmiş şəxs iki nəfər adlarını bilmədiyi şəxslə birlikdə əmisi oğlu Babəki sıxışdıraraq ondan bazarda icarəyə götürdüyü obyektlərdən aylıq qeyri-rəsmi pul istəmiş, Babək pul verməkdən imtina etdikdə, onlar Babəki döyərək bıçaqlamışlar. Daha sonra Təqsirləndirilən şəxs həmin yerdən qaçmışdır. Hadisə günü övladı xəstələndiyindən bazarda olmamışdır. Xəstəxanadan evə gəldikdə qohumlarından, dostlarından Babəkin İsgəndəri öldürdüyünü eşitmişdir. O, hadisənin birbaşa şahidi olmamışdır. Həmin hadisədən sonra uzun müddət Təqsirləndirilən şəxs görməmişdir. Hadisədən sonra onu da ərazi üzrə hüquq mühafizə orqanlarına dəvət etmişlər. Həmin hadisədən illər keçdikdən sonra o, 2005-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən təqribən 2-3 il keçdikdən sonra o, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 44 ünvanında görmüşdür. Babəklə hadisə barədə danışdıqda Babək ona məcbur qalıb İsgəndəri öldürdüyünü demişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş: Cinayət işi 05 fevral 2003-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinin Savelov Rayonlararası Prokurorluğunun müstəntiqi A.A.Tsvetkov tərəfindən Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 1-ci hissəsinə (qəsdən adam öldürmə) əsasən başlanmış və icraata qəbul edilmişdir (cild 03, i.v. 14-15). 05 fevral 2003-cü il tarixli “Cəsədə baxış” protokolundan müəyyən olunur ki, meyit arxası üstə uzandırılmışdır. Başının altına qəhvəyi parça ilə örtülmüş kvadrat formada yastıq, bədənin altında bir kağız parçası qoyulub, baş sola əyilmiş, sol qol dirsəkdə əyilmiş, barmaqlar əyilmişdir. Əl mədədə yerləşir, sağ qol düzəldilmişdir və bədəndən aralıdır, barmaqlar əyilib, ayaqlar diz oynaqlarında və bir az da bud oynaqlarında elə əyilir ki, sağ ayaq döşəməyə toxunur, bud və baldır görünür, sol ayaq isə xarici səthi ilə yerə bitişikdir. Cəsədin geyimləri tünd göy rəngli sviter, qara köynək, köynək və sviterin üzərində parça zədələndiyi üçün bir-birinin proyeksiyasında (sviter və köynək) yerləşmiş nadir, biri ön hissədə yuxarı üçdə bir hissədə nisbətən sağa, ikincisi məhsulun sağ tərəfində, qolun çiyinlərinə tikiş tikişlərinə yaxındır. Hər iki zədə xətti, şaquli yönümlü, bərabər, yaxşı uyğunlaşdırılmış kənarları ilə təxminən 3-5 sm ölçüdədir. T-shirt və sviter bolca maye qanla isladılmışdır. Şalvar velvet, yaşıl rəngli, belində qara kəmərli, ön və sağ yan səthlər boyu bel nahiyəsində maye qanla isladılmış, həmçinin sağ ayağın ön səthinin nahiyəsində qurudulmuş qanla boyanmışdır. Sağ cibdə müxtəlif əskinaslarda ümumi məbləği 5 min 900 rubl olan əskinaslar (rus pulu), şalvarın sol cibində kağızdan qatlanmış və iplə möhkəm bağlanmış iki çanta olmuşdur. Şalvar yaşıl rəngdədir, həm də, sağ tərəfdə ön və yan səthdə bel nahiyəsində maye qanla isladılmışdır. Ağ külotlar eyni yerdə maye qanla isladılır. Qara corablar, göy corablar, ayaqqabılar qəhvəyi rəngdədir. Sol qolunda qol saatı var. Kişi meyitinin paltarını qismən çıxararkən normal bədən quruluşlu və adekvat formalı bədəni vardır. Gözlər bir qədər açıq, buynuz qişaları nəm və şəffafdır. Bütün sümüklər toxunduqda tam hiss olunur. xx.xx.2003-cü il saat 14:45-də kadavra hadisələri, dəri ölümcül solğundur. tünd, döş qəfəsinin və qarının ön səthi nahiyəsində, döş qəfəsinin və qarının yan səthində, sağda, həmçinin sol əlin nahiyəsində maye qanla boyanmışdır. Rigor mortis bütün əzələ qruplarında yaxşı ifadə olunur və asanlıqla ayrılır. Dü bağırsaqda bədən istiliyi +37 C, meyit səviyyəsində ətraf havanın temperaturu +9 C-dir. Müayinə zamanı kadavra ləkələri aşkar edilməmişdir. Sağ çiyin ön səthində mexaniki bir tes apararkən, 2-2,5 sm yüksəklikdə açıq bir əzələ silsiləsi meydana gəlir. Və körpücük nahiyədə sağda döş qəfəsinin ön səthi nahiyəsində yuxarıdan aşağıya doğru sağdan sola istiqamətlənmiş yaxşı uyğunlaşdırılmış hamar kənarları olan xətti yara olmuş, ucları kəskinc oxşar xarakterli yaralar döş qəfəsinin sağ yan səthinin nahiyəsində 7-8 fəqərəarası əzələlə proyeksiyasında yerləşmişdir. Bədən çevrildikdə, qeyd edilən yaralardan qan çıxırmış. Qarın bədənin aşağı arxa hissəsi qanla isladılmış bir qat ağ pambıq parça ilə bağlanmışdır (cild 03, i/v 23-25). 05 fevral 2003-cü il tarixli “Cəsədə baxış” protokolundan müəyyən olunur ki, bağlı ərzaq bazarının ərazisi Moskva ş, Çasovaya küçəsi 11, "Leninqrad bazarı" ünvanında yerləşir, ümumi sahəsi 2588,1 m-dir. Giriş küçədən bazaradır. Baxış zamanı açıq olan qəhvəyi rəngli metal qapılarla təchiz olunub. 4-cü və 5-ci hissələr arasındakı mərtəbədəki binada, 55-ci hissəyə yaxın, 40-38 nömrəli alış-veriş cərgələri ilə üzbəüzdə, xx.xx.1974-cü il təvəllüdlü İ.A.Kərimovun meyiti yerləşir. Meyitin başı qəhvəyi stulun oturacağında 40-cı sıraya doğru uzanıb, ayaqları əks istiqamətə baxır. Bədənin altında bir karton parçası var. Bu hissədən sonra bazarın girişindən əks istiqamətdə, yəni 51 saylı ticarət cərgəsi (bölmə) istiqamətində bazar boyunca gəzərək ərzaq bazarından çıxaraq geyim bazarının ticarət cərgələri arasında yeriyərək sola dönüb bir binaya çıxdıq, onun sağında bazardan girişi olan "Aleksandr" kafesinin girişi olmuşdur. Əvvəlcə kafedə ziyarətçilər üçün təxminən 5x15 m ölçüdə bir zalı var, orada sağ divar boyunca hər biri 4 stul olan 4 stol, sol divar boyunca, təxminən ortada, mətbəxin girişinin qarşısında bar sayğacı olan dörd stullu bir stol yerləşmişdir. Mətbəx bir-birinə bitişik iki otaqdan ibarətdir, hər otağın Leninqrad bazarının ticarət mərtəbəsinə girişi var. Kafe işçilərinin sözlərinə görə, mətbəx və kafenin zalında təmizlik işləri aparılıb, hadisədən sonra vəziyyət bərbad vəziyyətdə qalıb. Hadisə yerinə baxış zamanı heç nə götürülməmiş, istintaqı maraqlandıran əşyalar aşkar edilməmişdir (cild 03, i/v 26-27). 26 fevral 2003-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, şahid qismində dindirilmiş Şaiq Abdullayev ifadənin yerində yoxlanılması istintaq hərəkəti ilə ifadəsini bir daha təsdiq etmişdir. Belə ki, Moskva ş, Çasovaya küçəsi ev 11-dən bütün iştirakçılar şahid Ş.A.Abdullayevin göstərişi ilə Aseyeva küçəsi tərəfdən 110 Leningrad bazarı"nın girişi tərəfə onu müşaiyət etmişlər. Abdullayevin göstərişi ilə darvazaya daxil olaraq, hamı bazarın istehsalat şöbəsinin bağlı məkanı ərazisi boyunca irəlilədi, bazarın gapılarından içəri daxil olaraq şahidin göstərisi ilə bazarın 4-cü və 5-ci hissələri arasındakı kecidə doğru sola tərəf irəliləmişlər, orada sahid 5-ci bölmənin yaxınlığında döşəməni göstərmişdir. Daha sonra Abdullayev stulu 39 saylı ticarət cərgəsinin 5-ci hissəsinə keçirib göstərmiş və kürsüdən istifadə edərək Zərərçəkmiş şəxs onu aşkar edərkən harada uzandığını izah etmişdir. Bundan sonra camaatdan iki nəfər İ.A.Kərimovu bu yerə kecirmişdir. Bundan sonra Abdullayev 4-cü hissəyə yaxınlaşıb və domino qutusunun altından qara plastik qapaqdan istifadə edərək 2003-cü ilin fevral ayının əvvəlində, dəqiq tarixi xatırlamadığı, ümumi uzunluğu təxminən 23 sm olan bıçağı tapdığı yeri göstərmişdir. Bıçağın kəsici hissəsi 4 və 5-ci bölmələr arasındakı keçidə doğru olmuşdur. Dəstək 54 saylı bölmənin içəri tərəfinə doğru olmuşdur. Abdullayevin bıçağı tapdığı yer 54 saylı ticarət sahəsinin 4-cü bölməsinə uyğun gəlirmiş. Şahidin sözlərinə görə, bıçaq müvafiq olaraq 4 və 5-ci hissələr arasındakı keçidin kənarına yaxın olmuşdur. Daha sonra bütün iştirakçılar bıçağı götürdükdən sonra bu marşrutla getməli olduqlarını, yəni bölmənin 4 və 5-ci sıralarının əvvəlinə qayıtmalı və sola dönməli olduqlarını bildirən Abdullayevin arxasınca düşmüşdür. Təxminən 20 metr getdikdən sonra, bazardan çıxmaq üçün sağ tərəfi göstərərək izah edib ki, həmin gün oradan çıxmış və təxminən mühafizə köşkünün yanında dayanaraq bazardan tapdığı bıçağı göstərdiyi istiqamətə, yəni lyukun 2 saylı yaşıl rəngli metal qapıları ağ rəngli qapısına tərəf atmışdır. Daha sonra Abdullayev darvazanın küncünə yaxınlaşıb, asfaltı göstərərək bıçağı təxminən bu yerə atdığını, lakin həmin vaxt orada qar yağdığını izah etmişdir. Bıçağı tapdığı gün saat 12:00-13:00 arasında atmışdır (cild 03, i/v 109-116). 08 aprel 2003-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, şahid qismində dindirilmiş Svetlana Yaşenko ifadənin yerində yoxlanılması istintaq hərəkəti ilə ifadəsini bir daha təsdiq etmişdir. O, şəxsiyyəti müəyyənləşdirmək üçün təqdim edilən fotoşəkillərə baxmış və 2 nömrəli şəkildə əks olunan şəxsi tanıdığını bildirmişdir (2 nömrəli fotoşəkildəki kişi Babək olmuşdur). Babək 2003-cü ilin fevral ayında, təxminən saat 11:00-da, Svetlana və başqaları Moskva şəhəri, Çasovaya küçəsi, ev 11 ünvanında yerləşən “Aleksandr” kafesində olan zaman “İsgəndər” deyə qışqırdıqdan sonra Kərimovla dava etməyə başlamışdır. Davanı görməmiş, amma stulların səsindən dava düşdüyünü anlamışdır. Zərərçəkmiş şəxs sonradan Lelinqrad bazarında həyatını itirmişdir. Onun zənnincə Babəkin soyadı Hüseynov idi. Onu üz cizgilərindən tanıyırmış. Üç ay ərzində onu hər gün görürmüş (cild 03, i/v 117-118). 08 aprel 2003-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, şahid qismində dindirilmiş Qönçə Abdullayeva ifadənin yerində yoxlanılması istintaq hərəkəti ilə ifadəsini bir daha təsdiq etmişdir. Qönçə Abdullayeva şəxsiyyəti müəyyənləşdirmək üçün təqdim edilən fotoşəkillərə baxmış və 3 nömrəli şəkildə əks olunan şəxsi tanıdığını bildirmişdir (3 nömrəli fotoşəkildəki kişi Babək olmuşdur). Onun dediyinə görə Babək, Kərimovu kafedə bıçaqla qətlə yetirmişdir. Babəkin Zərərçəkmiş şəxs kafedə sağ yanına və sinəsinə iki bıçaq zərbəsi endirdiyini görmüşdür. Kərimov bazarda həyatını itirmişdir. Babəki üzdən tanıyıb, lakin soyadını bilmirmiş. Hal-hazırda harada olacağını bilmir (cild 03, i/v 119-120). Məhkəmə iclasında tədqiq edilmiş 06 fevral 2003-cü il tarixli 0318 nömrəli ekspertiza rəyindən görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı xəsarətlər aşkar edilmişdir. Belə ki, Azərbaycan vətəndaşı, xx xxxx 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Əlifaq oğlunun (28 yaşlı) meyitinə baxış zamanı bədən xəsarətləri aşkar edilmişdir: a) döş qəfəsinin ön və sağ yan səthlərinin nahiyəsində giriş yaralan ilə sağ tərəfdən döş qəfəsinin nüfuz edən bıçaq yaraları döş sümüyünün, sağda 7-ci qabırğanın, sol, sağ və sol ağciyərlərdə körpücükaltı venanın zədələnməsi ilə. Yara girişləri və yara kanalları bu xüsusiyyətlərə malikdir: - yara №1 - sağda körpücükaltı nahiyədə, döş sümüyünün proyeksiyasında, bədənin orta xəttindən 2,5 sm və ayağın plantar səthindən 138 sm məsafədə, xətti formada, kənarları hamar, yaxşı uyğunlaşdırılmış, yuxarıdan aşağıya və bir qədər sağdan sola yönəlmiş, uzunluğu 4,4 sm, yuxarı ucu küt, U formalı, yaranın aşağı ucu iti, yaranın sağ kənarı əyilmiş, sol tərəfi zədələnmişdir. Giriş yarasından son zədəyə qədər yara kanalının uzunluğu 15 sm, yara kanalının istiqaməti öndən arxaya, sağdan sola və bir qədər yuxarıdan aşağıya; - yara № 2 - döş qəfəsinin sağ yan səthinin nahiyəsində 8-ci qabırğaarası boşluğun proyeksiyasında orta aksiller xətt boyunca, ayağın plantar səthindən 113 sm və bədənin orta xəttindən 16 sm məsafədə, xətti formada, şaquli istiqamətlənmiş, uzunluğu 5 sm, yaranın yuxarı ucu kütdür, U formalı, aşağı ucu kəskindir; giriş yarasından parietal plevranın son zədələnməsinə qədər yara kanalının uzunluğu 15,5 sm, yara kanalının istiqaməti aşağıdan yuxarıya, öndən arxaya və sağdan soladır. Bu bədən xəsarətləri ölümdən qısa müddət əvvəl (30 dəqiqə ərzində) məhkəmə histoloji müayinəsi zamanı hüceyrə reaksiyalarının məlumatlarına əsasən deşici və kəsici xüsusiyyətlərə malik, kəsici və kəsici xüsusiyyətlərə malik, bir kəsici kənarı, digəri isə U-şəkilli, deşik eni səviyyəsində uzunluqda olmayan bir cismin kifayət qədər qüvvə ilə vurduğu iki zərbə nəticəsində əmələ gələn ömürboyu xarakterlidir, müvafiq yaralar (yara No 1 - 4,4 sm, yara No 2-5 sm) və gömülü hissəsinin uzunluğu təxminən 15 sm. Ola bilsin ki, bu xəsarətlər bir cisimdən, bəlkə də bıçaqdan qaynaqlanıb. Bu halda, yaraların və yara kanallarının uzunluqlarının fərqi bıçağın nüfuzunun müxtəlif dərinliyi və penetrasiya zamanı kəsici komponentin fərqli üstünlük təşkil etməsi ilə izah edilə bilər. Travmatik obyektin xarakteri ilə bağlı daha dəqiq ifadə məhkəmə-tibbi ekspertizası aparıldıqdan sonra verilə bilər. Bu bədən xəsarətləri həyati təhlükəsinə görə sağlamlığa ağır zərər vurma kimi təsnif edilir və ölümün baş verməsi onlarla səbəbli əlaqədə olur. Zərərçəkmiş yuxarıda göstərilən xəsarətləri aldıqdan sonra aktiv hərəkətlər edə bilmiş və qısa müddət ərzində yaşaya bilmişdir. b) sol qol nahiyəsində aşınma. Bu bədən xəsarəti ömürlük xarakter daşıyır, ölümdən bir müddət əvvəl, zərbə səthinin dəqiq morfoloji xüsusiyyətləri zədədə əks olunmayan sərt cismin aşağı qüvvəli zərbə-sürüşmə təsirindən və ya belə təsirdən əmələ gəlir. Yaşayan şəxslərin bu bədən xəsarəti sağlamlığa zərər vurmayan hesab edilir və ölümün başlanması onunla səbəbli əlaqədə deyildir. Ölüm qan itkisindən baş vermiş, bu, birbaşa sinə nahiyəsindən bıçaq yaralarının nəticəsində olmuşdur. 05.02.03-cü il tarixdə saat 14:45-də meyitin aşkar olunduğu yerdə qeydə alınmış ilkin meyit təzahürləri əsasında müəyyən olunur ki, ölümün baş verməsi meyit təzahürlərinin qeydə alınması anından ən azı 1-2 saat, lakin 3-5 saatdan çox olmamalıdır. Meyitin qanının məhkəmə-kimyəvi analizi zamanı etil spirti aşkar edilməmişdir. Meyitin qanının xromatoqraf-mass-spektrometriya üsulu ilə məhkəmə-kimyəvi müayinəsi zamanı qanda morfin izləri aşkar edilmişdir. Qanda 0,009 mq% morfin aşkar edilmişdir. Meyitə baxış zamanı iynə izləri aşkar edilməmişdir. Meyitin müayinəsi zamanı mədə boşluğunda təqribən 80 ml həcmində, yarı həzm olunmuş, naməlum qida parçaları olan boz rəngli selikli kütlə aşkar edilmişdir. Yeməyin mədədə qalma müddəti maksimum 6-10 saatdır. Qidanın mədədən boşaldılma sürəti hər bir fərd üçün fərdi olan bir çox amillərdən təsirlənir: bütün mədənin əzələlərinin daralma qüvvəsi, mədə və onikibarmaq bağırsaq arasındakı təzyiq gradienti (mədə və onikibarmaq bağırsaqda təzyiq fərqi), qidanın mədə və onikibarmaq bağırsağın sinir uclarına təsiri, mədədə qida maddələrinin hidrolizinin (parçalanması) sürəti, mədə hormonlarının (sekretin, xolesistokinin-pankreozimin) istehsalının sürəti və həcmi və bir çox başqaları, ölümdən əvvəl son yemək vaxtını hesablayarkən nəzərə alına bilməz. Təsvir edilən bütün xəsarətləri alarkən, zərərçəkən hücum edənə nisbətən istənilən fiziki vəziyyətdə ola bilər (zədə sahələrinin zərbə vurmaq üçün əlçatmaz olduğu mövqelər istisna olmaqla). Bu qənaətlərin a) bəndində göstərilən bədən xəsarətlərinin öz hündürlüyündən yıxılma zamanı baş vermə ehtimalı istisna edilmir, lakin bu, yalnız qurbanın yıxılmasının müəyyən spesifik şərtləri və zədələyici obyektlərin yerləşməsi ilə mümkündür ki, bu da yalnız işin konkret şəraiti ilə işin materialları əsasında istintaq eksperimentinin aparılması ilə təsdiqlənə bilər. Qrup mənsubiyyətinin müəyyən edilməsi üçün meyitdən qan məhkəməbiologiya şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd olunan bədən xəsarətlərinin hamısının hansı ardıcıllıqla vurulduğunu göstərmək mümkün deyildir. Meyitin müayinəsi zamanı hər hansı üzvi xəstəliyin əlamətləri aşkar edilməmişdir. Bədənin mövqeyində dəyişiklik olduğuna dair heç bir dəlil yoxdur (cild 03, i.v 126-134). 10 fevral 2003-cü il tarixli 2681-q/352-x saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, 28 yaşlı Zərərçəkmiş şəxs meyitindən alınan qanın məhkəmə-kimyəvi analizi zamanı qanda etil spirti aşkar edilməmişdir. Həmçinin, 28 yaşlı İ.Ə,Kərimovun meyitinin qanının məhkəmə-kimyəvi analizi zamanı xromatoqraf-kütləvi spektrometriya üsulu ilə qanda morfin izləri aşkar edilmişdir. Qanda 0,009 mq% morfin aşkar edilmişdir. Barbiturik turşusu, kokain, elenium, tazepam, seduksen, aminazin, diprazin, tizersin, mazheptil, triftazin, mizin və onun analoqlarının törəmələrində aşkar edilməmişdir (cild 03, i.v. 135-140). 17 mart 2003-cü il tarixli, 2271 nömrəli məhkəmə histoloji ekspertizasının rəyindən aşağıdakılar müəyyən olunur: 1 nömrəli yara kanalı sahəsindən döş qəfəsinin yumşaq toxumaları; təqdim olunan preparatda plazmanın ayrılması ilə fokal intramural qanaxmalarla yağlı toxuma təbəqələri olan skelet əzələlərinin fraqmentləri; predominant anemiya ilə perifokal zonada bir çox damarların spazmı; miyositlərin fokus zədələnməsi və -degenerativ dəyişiklikləri; preparat daxilində hüceyrə perifokal reaksiya aşkar edilməmişdir; 2 saylı döş qəfəsinin yara kanalının yarasının yumşaq toxumaları; təqdim olunan preparatda skelet əzələlərinin fraqmentləri olan piy toxuması; piy toxumasında ocaqlı qanaxmalar; preparat daxilində görünən perifokal hüceyrə reaksiyası olmayan kiçik geniş yayılmış intramural qanaxmalar; predominant anemiya ilə perifokal zonada kiçik damarların spazmı; ağciyər təqdim olunan preparatın içərisində plevranın periferik sahələrinin yalnız kiçik bir parçası görünə bilər; ağciyər parenximasında, plevradan məhrum olan nahiyədə aydın kontursuz və perifokal hüceyrə reaksiyası olmayan geniş yayılmış qanaxma vardır; parenxima damarlarının qeyri-bərabər qanla doldurulması; distelektaz sahələri ilə fokal amfizem; fərdi alveollarm lümenlərində seroz ödemli maye ləkələri vardır; desquamation brakiterapiyası; bəzi bronxların lümenlərində eritrositlərin yığılması vardır. Məhkəmə histodiaqnozu: perifokal hüceyrə reaksiyası olmayan damarlı 1, 2 saylı yaraların nahiyələrindən etiketlənmiş preparatların yumşaq toxumalarında polimorf qanaxmalar, aydın kontursuz ağciyər parenximasında geniş yayılmış qanaxma və perifokal hüceyrə reaksiyası, preparatlar daxilində damarların qeyri-bərabər üstünlük təşkil edən anemiyası, ağciyər distelektazi sahələri ilə fokal amfizem. Nəticə olaraq, aşkar edilmiş zərərlər intravital olmuş, ölümdən qısa müddət əvvəl perifokal hüceyrə reaksiyalarının görünüşündən əvvəl olmuşdur (cild 03, i.v 141-142). 07 fevral 2003-cü il tarixli götürmə və baxış protokollarından müəyyən olunur ki, sapı plastikdən hazırlanmış, elektrik lenti ilə bağlanmış, bir az əyilmiş, təxminən mərkəzdə kir izləri və qəhvəyi ləkələri olan ümumi uzunluğu 32,5 sm olan mətbəx bıçağı götürülmüşdür. Eyni zamanda, təhqiqatçı V.V.Storojev bu bıçağı Moskva ş, Çasovaya küç, ev 11 ünvanında yerləşən Leninqrad bazarının ərazisində yerləşən zibil qutusunda tapdığını izah etmiş və sonra onu qara polietilen torbada qablaşdırmışdır. Baxış zamanı içində mətbəx bıçağı olan qara rəngli sellofan torba müəyyən olunmuşdur. Bıçağı bağlamadan çıxaran zaman məlum olub ki, ümumi mətbəx bıçağının uzunluğu 32,5 sm olub. Dəstəyin uzunluğu 12,5 sm və plastikdən hazırlanmış, elektrik lenti ilə bağlanmış, bıçaq 20 sm uzunluğunda və mərkəzdə bir az əyilmişdir. Tutacaqdakı bıçağın ən böyük eni 4,2 sm, ən kiçik eni isə 0,3 sm-dir. Bıçağın kəsici kənarında, sapa daha yaxın olan zədələr - əyilmələr var. Bıçaqda müxtəlif formalı və ölçülü qəhvəyi ləkələr vardır. Sapına yaxın olan bıçaq hissəsində yazılmış yazılar var, yəni: «STAİNLESS», «CHİNA». Üzərində kir, cızıq və aşınma izləri də vardır. Baxışdan sonra bu əşya yuxarıda qeyd olunan bağlamaya qablaşdırılıb, sadə düyünlə bağlanıb, üzərində “Moskva şəhərinin Savelovskaya MRP” ştampı olan ağ kağız zolaqla və yoxlama iştirakçılarının imzaları ilə möhürlənmişdir (cild 03, i.v 144-149). Bioloji məhkəmə ekspertizasının 793/606 nömrəli 21 fevral 2003-cü il tarixli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq üzərində qrup mənsubiyyətini müəyyən etmək üçün kifayət etməyən miqdarda insan qanı aşkar olunmuşdur (cild 03, i.v 154). 20 mart 2003-cü il tarixli əşyalara baxış protokolundan görünür ki, baxış zamanı bağlanmamış qara və qəhvəyi rəngli diaqonal zolaqları olan sellofan torbanın içərisində qara boya ilə vurulmuş əlyazma yazısı olan əşyalarla bağlanmış parça aşkar edilmişdir. Baxış zamanı göstərilən bölmənin görünən zədəsi yoxdur. Açılan zaman içərisindən İ.A.Kərimova məxsus aşağıdakı əşyalar aşkar edilmişdir: bel nahiyəsində ön və sağ yan səthlər boyunca, həmçinin sağ ayağın ön səthinin dizə qədər və fermuar nahiyəsində qəhvəyi ləkələri olan qara bel kəmərli yaşıl rəngli şalvar; bütün səthində qəhvəyi ləkələr olan ağ rəngli pantolon; altlığın daxili hissəsində "BOLERO" etiketi, yuxarı ön və yan tərəfində bir neçə qəhvəyi ləkə olan ayaqqabılar; qara rəngli trikotaj papaq, altındakı boz trim; bir cüt qara corab, yun, içərisində bir cüt boz corab; bir cüt mavi pambıq corab; hər tərəfi ağ düymələrlə qəhvəyi ləkələrlə örtülmüş ağ pambıq köynək; yaxasının daxili tərəfində tikilmis “İtaliyada YUN Stil" etiketi tünd mavi sviter. Sviterin ön tərəfində vaxadan aşağıya doğru təxminən 3 sm məsafədə parçanın şaquli istiqamətləndirilmiş kəsik səklində parçanın xətti zədələnməsi var. Zədənin uzunluğu təxminən 3 sm-dir. Sviterin arxa hissasinin sağ yan səthində təxminən 5.5 sm ölçüdə, şaquli istiqamətə yönəlmis kəsik səklində parçanın xətti zədələnməsi var; bu sviterdə, öndə, arxada və sağ qolunda iri qəhvəyi ləkələr vardır. Yoxlama başa çatdıqdan sonra bütün əşyalar yuxarıda göstərilən ağ düyünlə bağlanmış Moskva şəhərinin Savelovskava MRP-nin möhürü olan ağ kağız zolağı ilə möhürlənmiş və osmograf iştirakçılarının imzaları ilə möhürlənmiş bir sellofan torbaya yığılmışdır. Köynək qara rəngdədir, yaxasının daxili hissəsində "İbrahim Günəş" yazısı tikilmişdir, mavkanın ön hissəsində yaxadan təxminən 2 sm aşağıda, bir qədər sağa doğru, parçada kəsik şəklində kəsikli xətt zədəsi var, şaquli yönümlü, zədənin uzunluğu təxminən 3 sm olmuşdur. T- shirtin arxa tərəfinin sağ tərəfində, təxminən 4,5 sm ölçüdə, şaquli olaraq istiqamətlənmiş parçada kəsik şəklində xətti zədə var; bu köynəyin ön tərəfində, arxa tərəfində və sağ qolunda iri qəhvəyi ləkələr var. Baxış zamanı bu köynək qırışmış vəziyyətdə olmuşdur. Yoxlama başa çatdıqdan sonra bütün əşyalar yuxarıda göstərilən ağ düyünlə bağlanaraq qara və qəhvəyi rəngli diaqonal zolaqlı, üstü ağ sapla bağlanmış, "Moskva şəhərinin Savelov RP" möhürü olan ağ kağız zolağı ilə möhürlənmiş və yoxlama iştirakçılarının imzaları ilə möhürlənmiş sellofan torbaya qoyulmuşdur (cild 03, i.v 155-156). 28 aprel 2003-cü il tarixli 370/2003 nömrəli tibbi-kriminalist məhkəmə ekspertizasının ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində bıçaq xəsarətləri aşkar edilmişdir: Sinə boşluğuna nüfuz edən döş qəfəsi, döş sümüyünün yara kanalı boyunca zədələnmiş, sol körpücükaltı vena, sol ağciyərin dənəvər lobu zədələnmiş, bədənin sağ yan səthi, sinə boşluğuna nüfuz edərək, sol ağciyərin zədələnməsi ilə yara kanalı boyunca 7-ci qabırğadan keçmişdir. Bıçaq xəsarətlərinin morfoloji xüsusiyyətləri, geyim əşyalarının müvafiq zədələnməsinin xarakteri, müayinə üçün təqdim edilən bıçağın bıçağının xassələri və eksperimental müqayisəli tədqiqatların nəticələri Zərərçəkmiş şəxs bu bıçağın bıçağı ilə bıçaq xəsarətləri yetirilməsi ehtimalını istisna etmir. Zərərçəkmiş şəxs bıçaq yaraları əsasən öndən arxaya, sağdan sola - şərti olaraq qəbul edilmiş şaquli bədən vəziyyətində olan şəxsə münasibətdə zərbələr nəticəsində yaranmış, bunu qurbanın bədənindəki yara kanallarının dərinliyi və istiqaməti sübut edir. 28 yaşlı İ.A.Kərimovun meyitinin qanının məhkəmə-kimyəvi analizi zamanı xromatoqraf-kütləvi spektrometriya üsulu ilə qanda morfin izləri aşkar edilmişdir. Qanda 0,009 mq% morfin aşkar edilmişdir. Barbiturik turşusu, kokain, elenium, tazepam, seduksen, aminazin, diprazin, tizersin, mazheptil, triftazin, mizin və onun analoqlarının törəmələrində aşkar edilməmişdir (cild 03, i.v. 157-163). “Maddi dəlillərin cinayət işinə əlavə olunması haqqında” 05 may 2003-cü il tarixli qərarlardan görünür ki, 06 fevral 2003-cü ildə Lelinqrad bazarının ərazisində təhqiqatçı V.V.Storojev tərəfindən aşkar edilmiş ümumi uzunluğu təxminən 32,5 sm olan 07 fevral 2003-cü il tarixdə isə ibtidai istintaq tərəfindən sonuncudan götürülmüş bıçaq maddi sübut kimi 22515 saylı cinayət işinə əlavə olunmuşdur. Zərərçəkmiş şəxs qətl zamanı əynində olan və sonradan bədənindən çıxarılan qara köynək və tünd göy rəngli sviter maddi sübut kimi 22515 saylı cinayət işinə əlavə olunmuşdur (cild 03, i.v. 164-165). Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 22 aprel 2003-cü il tarixli qərardan görünür ki, Ermənistan Respublikası, Masis rayonunda anadan olan xx xxxxxx 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona qarşı RF CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində ittiham irəli sürülməsi və bu barədə ona bəyan edilməsi qərara alınmışdır (cild 03, i.v 172-174). “Təqsirləndirilən şəxsin beynəlxalq axtarışa verilməsi haqqında” 22 aprel 2003-cü il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 22515 saylı cinayət işi üzrə beynəlxalq axtarışa verilmişdir (cild 03, i.v 176). “Həbs qətimkan tədbirinin seçilməsi haqqında” 23 aprel 2003-cü il tarixli qərardan görünür ki, Moskva şəhəri Savelov Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 03, i.v 179-180). “Təqsirləndirilən şəxsin federal axtarışa verilməsi haqqında” Moskva şəhəri Savelov rayonlararası Prokurorluğunun 24 aprel 2003-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 22515 saylı cinayət işi üzrə federal axtarışa verilmişdir (cild 03, i.v 182-183). “İbtidai istintaqın dayandırılması haqqında” 05 may 2003-cü il tarixli qərarla 22515 saylı cinayət işi üzrə ibtidai istintaq dayandırılmış və Təqsirləndirilən şəxs axtarışı üçün Moskva şəhəri X11 Dİİ KM əməkdaşların tapşırılmışdır. (cild 03, i.v 195). “İbtidai araşdırmanın dayandırılması haqqında qərarın ləğv edilməsi, onun bərpası və araşdırma müddətinin müəyyən edilməsi haqqında” 08 dekabr 2004-cü il tarixli qərardan görünür ki, 22515 saylı cinayət işi üzrə ibtidai istintaqın dayandırılması haqqında qərar ləğv edilmiş, ibtidai istintaq bərpa edilmişdir (cild 03, i.v 197-198). “İbtidai istintaqın dayandırılması haqqında” 09 yanvar 2005-ci il tarixli qərarla 22515 saylı cinayət işi üzrə ibtidai istintaq dayandırılmış və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cild 03, i.v 210). “İbtidai istintaqın bərpa olunması və əlavə istintaq müddətinin müəyyən olunması barəsində istintaq orqanının rəhbəri qarşısında vəsatətin qaldırılması haqqında” 25 mart 2024-cü il tarixli qərardan görünür ki, 22515 saylı cinayət işinin ibtidai istintaqı bərpa edilmişdir (cild 03, i.v 225-226). “İbtidai istintaqın dayandırılması haqqında” 25 aprel 2024-cü il tarixli qərarla 22515 saylı cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır (cild 03, i.v 237). “İbtidai istintaqın bərpa olunması və əlavə istintaq müddətinin müəyyən olunması barəsində istintaq orqanının rəhbəri qarşısında vəsatətin qaldırılması haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, 22515 saylı cinayət işinin ibtidai istintaqı bərpa edilmişdir (cild 03, i.v 239-240). “İbtidai istintaqın dayandırılması haqqında” 25 iyun 2024-cü il tarixli qərarla 22515 saylı cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır (cild 03, i.v 251). “İbtidai istintaqın bərpa olunması və əlavə istintaq müddətinin müəyyən olunması barəsində istintaq orqanının rəhbəri qarşısında vəsatətin qaldırılması haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, 22515 saylı cinayət işinin ibtidai istintaqı bərpa edilmişdir (cild 04, i.v 02-03). Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 22 aprel 2003-cü il tarixli qərardan görünür ki, Ermənistan Respublikası, Masis rayonunda anadan olan xx xxxxxx 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona qarşı RF CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində ittiham irəli sürülməsi və bu barədə ona bəyan edilməsi qərara alınmışdır (cild 04, i.v 24-26). xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin X14 üzrə İstintaq İdarəsinin Savelovski rayonlararası istintaq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı V.V.Kupkin tərəfindən cinayət işinin materiallarının cinayət təqibinin həyata keçirilməsi üçün xarici dövlətin səlahiyyətli orqanlarına göndərilməsi barədə qərar qəbul etmək üçün Rusiya Federasiyasının Baş Prokurorluğuna göndərilməsi üçün prokurora göndərilməsi haqqında qərar qəbul edilmişdir (cild 04, i.v 39-40). xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının İstintaq Komitəsinin Moskva şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri N.Y. Xoroşilova tərəfindən Təqsirləndirilən şəxs Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 1-ci hissəsinə (qəsdən adam öldürmə) əsasən təqsirləndirilməsinə dair 22515 nömrəli cinayət işi 7 oktyabr 2002-ci il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya”nın 91 və 92-ci maddələrini rəhbər tutaraq Rusiya Federasiyasının ərazisində cinayət törətməkdə təqsirləndirilən Azərbaycan Respublikasının vətəndaşı, xx xxxxxx 1970-ci il təvəllüdlü, Ermənistan SSR-dən olan Təqsirləndirilən şəxs Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada cinayət təqibinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir (cild 04, i.v 42-47). Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 22515 nömrəli cinayət işi ********* nömrə adı altında Nəsimi rayon prokurorluğunun müstəntiqi tərəfindən icraata qəbul edilmişdir (cild 03, i.v 1). Cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Rusiya Federasiyasının CM-nin 105.1-ci maddəsinin 1-ci hissəsindən Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsinə tövsif edilmişdir (cild 03, i.v 2). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 09 may 2025-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə dayandırılmış icraat Nəsimi Rayon Prokurorluğunun qərarı ilə təzələnmişdir (cild 04, i.v 48). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 20 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 04, i.v 74). “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən Nəsimi Rayon Prokurorluğuna göndərilmiş 16 may 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır (cild 04, i.v 83). “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən Nəsimi Rayon Prokurorluğuna göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada qeydiyyatda yoxdur (cild 04, i.v 84). Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil- Kommunal İstismar Sahəsindən daxil olmuş 23 may 2025-ci il tarixli arayışdan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild 04, i.v 86). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 04, i.v 99-100). “Təqsirləndirilən şəxsin tutulması haqqında” 30 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1.120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirləndirilən şəxs kimi 30 may 2025-ci il tarixdə saat 10:30-da müdafiəçi 14 saylı Vəkil Bürosunun vəkili X10 və tərcüməçi X4 iştirakları ilə Nəsimi Rayon Prokurorluğunda tutulmuşdur (cild 04, i.v 118- 119). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-349/2025 nömrəli, 30 may 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 12.1.120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 may 2025-ci il tarixdən hesablanmaqla 09 iyul 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 03, i/v 139-143). Təqsirləndirilən şəxs barəsində təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X8” PHŞ-nin canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 04 iyun 2025-ci il tarixli 730 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs döş qəfəsinin arxa səthinin sol yarısında arxa qoltuq büküşünə keçən nahiyədə kürəkxətti ilə arxa qoltuqxətti arası səviyyədə, İİ və İİİ qabırğaarası sahədə 3,0x0,2 sm ölçüdə, üzərində 3 ədəd cərrahi tikiş izi olan, kənarları hamar, ucları iti, dəri-dərialtı toxumalara bitişmiş, yumşaq konsistensiyalı, ağımtıl-dəri -rəngli, parlaq, deşilmiş-kəsilmiş xarakterli yara izi olan çapıq aşkar edilmişdir. Qeyd olunan deşilmiş- kəsilmiş yara iti əşyanın (alətin), ola bilsin bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2003-cü il tarixə və ya ona yaxın vaxtlara uyğun gəlir, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmuşdur (cild 04, i.v 152-154). Bakı Apellyasiya Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 4(013)-615/2025 nömrəli qərarından görünür ki, AR CM-nin 12.1, 120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 4(006)-349/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmşdır (cild 04, i.v 155-160). “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 05 may 2003-cü il tarixli qərarlara əsasən ümumi uzunluğu təxminən 32,5 sm olan bıçaq, zərərçəkmiş şəxsə məxsus qara köynək və tünd göy rəngli sviter, Zərərçəkmiş şəxs meyitindən götürülmüş dəri preparatları və döş sümüyünün parçası xx.xx.2003-cü il tarixdə Zərərçəkmiş şəxs cəsədindən götürülmüş nümunələr, qəhvəyi xallı qara kəmərli yaşıl korduroy şalvar, qəhvəyi xallı ağ şort, qəhvəyi xallı qəhvəyi ayaqqabı, qara trikotaj papaq, bir cüt qara corab, bir cüt boz corab, bir cüt göy corab, qəhvəyi ləkələri olan ağ pambıq köynək, zədələnmiş parça və qəhvəyi ləkələri olan tünd göy rəngli sviter, zədələnmiş parça və qəhvəyi ləkələri olan qara köynək maddi sübut qismində tanınsa da Rusiya Federasiyasının müvafiq qurumunun saxlama anbarında aşkar edilmədiyindən Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərilməmişdir (cild 04, i.v 182- 202). 27 may 2025-ci il tarixli 3165 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir (cild 04, i.v 210-211). 27 may 2025-ci il tarixli 1675 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliklər müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən hadisə baş verən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə psixiatrik ekspertizasına təqsirləndirilən şəxs qismində cəlb edilərsə, qərarda qeyd edilən əməl barəsində anlaqlı hesab edilməlidir. O, məhkəmə psixiatrik ekspertizasına təqsirləndirilən şəxs qismində cəlb edilərsə, onun əməli Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs məhkəmə psixiatrik ekspertizasına təqsirləndirilən şəxs qismində cəlb edilərsə, psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs haqırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir (cild 04, i.v 214-216). Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə təqdim etdiyi 29 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur (cild 05, i.v 107). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin, yəni qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Qəsdən adam öldürmə cinayəti həm Rusiya Federasiyasının, həm də Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə cinayət hesab edilir və bu cinayətə görə Təqsirləndirilən şəxs Rusiya Federasiyasında məhkum edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. Həmin Məcəllənin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə cinayət işi üzrə icraat dayandırıla bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2003-cü ildə Rusiya Federasiyasında həmin ölkənin Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş, axtarışa verilmiş və iş üzrə icraat dayandırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs müddət keçməyə görə cinayət məsuliyyətindən azad etmə müddəası şamil edilə bilməz. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində hadisə baş verdikdən sonra xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinin Savelov rayonlararası prokurorluğunun müstəntiqi tərəfindən Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 1-ci hissəsinə (qəsdən adam öldürmə) əsasən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmişdir. xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinin Savelov rayonlararası prokurorluğunun müstəntiqi tərəfindən Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 1-ci hissəsinə əsasən Təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilmişdir. Moskva şəhərinin Savelov Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 1-ci hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinin Savelov rayonlararası prokurorluğunun müstəntiqi tərəfindən Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 1-ci hissəsinə əsasən Təqsirləndirilən şəxs federal axtarışa verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirləndirilən şəxs kimi 30 may 2025-ci il tarixdə Nəsimi rayon prokurorluğu tərəfindən tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Yuxarıda qeyd edilənlərə və cinayət işinin materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs müddətin keçməsi əsası ilə cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2003-cü ildə törətdiyi qəsdən adam öldürmə cinayətinə görə həmin vaxt qüvvədə olan cinayət qanununa görə məsuliyyətə cəlb edilməlidir. Törədildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında həmin əməlin törədilməsinə görə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət əməli törədildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən həmin əməl cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 12.5-ci maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayət əməli törədildiyi zaman qüvvədə olan Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsinin sanksiyasında (qəsdən adam öldürmə) həmin əməlin törədilməsinə görə altı ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının ərazisində törətdiyi cinayətə görə təyin ediləcək cəzanın aşağı həddi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri və 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 sentyabr 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Cinayət Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsinin sanksiyasında yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq Zərərçəkmiş şəxs hüquqi varisi X9 ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.1059.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 12.1, 120-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-349/2025 nömrəli, 30 may 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 30 may 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 30 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə 05 may 2003-cü il tarixli qərarlara əsasən maddi sübut qismində tanınmış Rusiya Federasiyasının Moskva şəhərinin Savelovski rayonlararası prokurorluğunda saxlanılan ümumi uzunluğu təxminən 32,5 sm olan bıçaq, zərərçəkmiş şəxsə məxsus qara köynək və tünd göy rəngli sviter, Zərərçəkmiş şəxs meyitindən götürülmüş dəri preparatları və döş sümüyünün parçası 20 mart 2003-cü il tarixdə Zərərçəkmiş şəxs cəsədindən götürülmüş nümunələr, qəhvəyi xallı qara kəmərli yaşıl korduroy şalvar, qəhvəyi xallı ağ şort, qəhvəyi xallı qəhvəyi ayaqqabı, qara trikotaj papaq, bir cüt qara corab, bir cüt boz corab, bir cüt göy corab, qəhvəyi ləkələri olan ağ pambıq köynək, zədələnmiş parça və qəhvəyi ləkələri olan tünd göy rəngli sviter, zədələnmiş parça və qəhvəyi ləkələri olan qara köynək məhv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, ölmüş zərərçəkmiş şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 30 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Rusiya Federasiyasının Moskva şəhərinin Savelovski rayonlararası prokurorluğunda saxlanılan ümumi uzunluğu təxminən 32,5 sm olan bıçaq, zərərçəkmiş şəxsə məxsus qara köynək və tünd göy rəngli sviter, Zərərçəkmiş şəxs meyitindən götürülmüş dəri preparatları və döş sümüyünün parçası xx.xx.2003-cü il tarixdə Zərərçəkmiş şəxs cəsədindən götürülmüş nümunələr, qəhvəyi xallı qara kəmərli yaşıl korduroy şalvar, qəhvəyi xallı ağ şort, qəhvəyi xallı qəhvəyi ayaqqabı, qara trikotaj papaq, bir cüt qara corab, bir cüt boz corab, bir cüt göy corab, qəhvəyi ləkələri olan ağ pambıq köynək, zədələnmiş parça və qəhvəyi ləkələri olan tünd göy rəngli sviter, zədələnmiş parça və qəhvəyi ləkələri olan qara köynək məhv edilsin. Ölmüş zərərçəkmiş şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1479/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1479/2025
27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver