Məhkəmə qərarları › İş №1(101)-148/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-148/2020

07.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-148/2020 07.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Abasov Əliövsəd Məzahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri - X4 və X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Nizaməddin qızını iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsil alan tələbə, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov küçəsi, ev 5, mənzil 28-də qeydiyyatda olmaqla yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs bir qrup şəxslə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, şəxslər üzərində silah tətbiq etməklə zor tətbiq edərək xuliqanlıq etmiş, həmçinin insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 00:48 radələrində hadisə vaxtı törətdiyi əmələ görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-129/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilmiş xalası oğlu Şahid4 ilə bir qrup şəxs olaraq, ünvan 1 E ünvanın qarşısında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə rastlaşaraq aralarında yaranmış söz mübahisəsi zamanı Zərərçəkmiş şəxs1 onun sinəsindən əli ilə kənara itələməsindən narazı olaraq qarşılıqlı mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, şəxslər üzərində zor tətbiq edərək Zərərçəkmiş şəxs1 yumruq zərbəsi endirib sağ göz orbitası ətrafının qançırı kimi, üzərində gəzdirdiyi xəncər tipli silahla zərbə endirib döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmayan xəsarətləri, Zərərçəkmiş şəxs2 xəncər tipli silahla zərbə endirib sol bel nahiyəsinə daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarəti, Zərərçəkmiş şəxs3 xəncər tipli silahla zərbə endirərək sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının zədələnməsi və sol döş boşluğuna çoxlu qanaxma (700 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısında orta qoltuq xətti üzrə V-Vİ qabırğalararası sahədə yerləşən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, sol döş və qarın boşluğuna nüfuz edən (torokoabdominal), diafraqmanın və dalağın zədələnməsi (xaric olunması-splenoktomiya), qarın boşluğuna çoxlu qanaxma (1,0 litr) ilə müşayiət olunan döş qəfəsinin sol yarısında arxa qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğaarası sahədə yerləşən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan törədildiyi andan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək qeyd olunan hərəkətləri ilə silahdan istifadə etməklə xuliqanlıq etmiş və Zərərçəkmiş şəxs3 qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə dostu Akşinlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Parti” restoranında oturaraq yeni ili qeyd edərkən, dostu Akşin ona hədiyyə olaraq suvenir xəncər hədiyyə etmiş, o da həmin suvenir xəncəri götürüb əynində olan qara şalvarın arxa hissəsinə qoymuşdur. Elə həmin gün, saat 23:35 radələrində xalası oğlu Şahid4 ona zəng edib şəhərdə olduğunu, restoranların birində dostu ilə yeni il şənliyini keçirtdiyini demiş və daha sonra onu da yanına gəlməsi üçün dəvət etmişdir. O, da xalası oğlu Ceyhunla razılaşmış, lakin yollar bağlı olduğu üçün görüş yerinə gecikmişdir. Artıq xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 00:30 radələrində Ceyhunla danışmış və onu qarşılamaq üçün Ceyhun dostu Elnurla birlikdə ona tərəf gəlmişlər. “Torqovıy” deyə tanınan Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən keçidin yanında görüşmüşlər. Bu zaman tanımadığı 3 nəfər şəxs yaxınlaşıb “KFC”-yə necə gedə biləcəkləri istiqamətini soruşmuşlar. Ceyhun həmin şəxslərə ünvanı başa salanda o, dostu Elnura gəl çıxaq gedək demişdir. Bu zaman həmin şəxslərin arasında kök olanı, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs1 ona,- “yeri çıx get də, görmürsən yol soruşuruq?” demiş, bu zaman o, da həmin şəxsə,- “yolu soruşursan soruş da, digər tanışımla danışıram” demişdir. Bu aman Zərərçəkmiş şəxs1 də ona,- “yeri çıx get” deyərək ona kobud cavab qaytarmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs1 niyə kobud cavab verməsini soruşduqda, sonuncu ona tərəf yaxınlaşaraq əli ilə sinəsindən itələyib,- “yeri çıx get” demişdir. O, Zərərçəkmiş şəxs1 əli ilə onun sinəsindən itələməsinə görə əsəbləşərək yumruq ilə sonuncunun üz nahiyəsindən vurmuşdur. Bu zaman xalası oğlu Ceyhunun bıçaq çıxararaq həmin şəxslərə tərəf tutduğunu gördükdə o, dostu Akşinin ona hədiyyə etdiyi suvenir xəncərin üzərində olduğunu xatırlamışdır. O, həmin xəncəri şalvarının kəmərindən çıxardaraq həmin şəxsləri qorxutmaq və özündən uzaq tutmaq üçün əlində saxlamışdır. Bu zaman az öncə sinəsindən əli ilə itələyən Zərərçəkmiş şəxs1 belindən kəməri çıxararaq sağa-sola tərəfə fırladanda kəmər onun çənəsindən dəymişdir. Bu zaman o, əsəbləşərək suvenir xəncərlə Zərərçəkmiş şəxs1 dəqiq xatırlamadığı nahiyədən bir dəfə vurmuşdur. Mübahisə düşən zaman Ceyhunun yanında olan dostu Elnur onları aralaşdırmağa çalışmışdır. Daha sonra isə digər şəxs, yəni şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs2 da onun üzərinə gələrək onu yumruqla vurmaq istəyən zaman o, özünü müdafiə etmək üçün sonuncunu da dəqiq xatırlamadığı nahiyəsindən bir dəfə suvenir xəncərlə vurmuşdur. Bundan sonra xalası oğlu Şahid4 Zərərçəkmiş şəxs3 bıçaqla vurmuş və bu zaman sonuncu yerə yıxılmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Ceyhunun üzərinə gedən zaman o, yerdə yıxılmış Zərərçəkmiş şəxs3 bədəninin hazırda xatırlamadığı nahiyəsinə iki dəfə əlində olan suvenir xəncərlə vurmuşdur. Daha sonra o, Ceyhunla birlikdə oradan qaçmış, Malakan bağı kimi tanınan parka çatdıqda o özü sağa, Ceyhun isə sola tərəf qaçmışdır. O, hadisə baş verdikdən sonra qorxduğu üçün həmin suvenir xəncəri bulvara gedərək dənizə atmış, qorxduğundan polisə təslim olmayaraq yaşadığı mənzilə getmişdir. Sonradan eşitmişdir ki, Ceyhun polislər tərəfindən saxlanılıb. O, mübahisə zamanı suvenir xəncərdən istifadə edərkən heç kəsi öldürmək və yaxud da ağır bədən xəsarəti yetirmək fikri və niyyəti olmamış, ancaq qorxutmaq niyyəti ilə xəncərdən istifadə etmişdir. Həmin şəxslər Ceyhundan yer soruşarkən, o Elnura gəlməsini bildirsə də, zərərçəkmiş şəxslərin onunla kobud danışması və söyüş söyməsi, həmçinin Zərərçəkmiş şəxs1 onun sinəsindən əli ilə itələməsi, aralarında mübahisənin yaşanmasına və hadisənin baş verməsinə səbəb olmuşdur. Onun heç kimlə mübahisə etmək yaxud dalaşmaq fikri olmamış, həmin şəxslərin ona qarşı etdiklərindən əsəbləşərək mübahisə etmiş, mübahisə zamanı suvenir xəncərdən istifadə edərək həmin şəxslərə xəsarətlər yetirmişdir. Lakin bir daha bildirir ki, onun heç kəsə qəsdən ağır bədən xəsarəti yetirmək fikri və niyyəti olmamışdır. Həmin vaxt o heç bir miqdarda spirtli içki qəbul etməmiş, tam olaraq ayıq olmuşdur. Törətdiyi əməllərin təhlükəliliyini başa düşdükdən sonra könüllü olaraq polis idarəsinə gedərək təslim olmuşdur. Bildirir ki, zərərçəkmiş şəxslərin müalicə xərcləri onun atası tərəfindən tam olaraq ödənmişdir və zərərçəkmiş şəxslərlə barışmışdır. Gənc olmaqla, etdiyi əməllərdən peşman olmasını, hazırda X1 ali təhsil almasını, gənclik illərinin hələ qarşıda olmasını və etdiyi əməllərə görə özünü tənqid etməklə artıq islah olunduğunu düşündüyünü nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə yeri, ardıcıllığı və mexanizmi ilə bağlı mahiyyət etibarı ilə etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə o, atası və ailəsi ilə birlikdə yeni ili keçirmək məqsədilə Bakı şəhərində yaşayan qardaşıgilə getmişlər. xx xxxxxx 2018-ci il tarixdə əmisi oğlu Zərərçəkmiş şəxs2 və bibisi oğlu Zərərçəkmiş şəxs3 qardaşıgilə gələrək bir yerdə yemək yemiş və ailəliklə hamısı Dənizkənarı Milli Parka atəşfəşanlığa baxmaq üçün gəlmişlər. Atəşfəşanlıq qurtardıqdan sonra, saat 00:20 radələrində maşınları saxladıqları dayanacağa getmiş və ailə üzvləri qardaşının maşınına minib evə getmişlər. O isə Rəhim və Kərimlə birlikdə onun maşınının yanına gedərkən yolu səhv saldıqlarına görə Kərim qabaqdan gələn üç nəfərdən yolu soruşmuş, həmin şəxslərdən biri, yəni şəxsiyyəti ona sonradan məlum olan Şahid4 yolu başa salmaq istəyərkən, digər şəxs, yəni şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs ona kobud cavab vermişdir. Belə ki, o, Ceyhundan yer soruşan zaman Elgün onun kimə müraciət etdiyi anlamadan,- “gəl gedək” demişdir ki, o elə zənn etmişdir ki, Elgün onun digər şəxslə danışmasına müdaxilə edərək, ona saymazyana və və kobud şəkildə cavab vermişdir. Buna görə o, Elgünə kobud formada cavab qaytarmış, onun cavabında sonra Elgün ona tərəf gəlməyə başladığından Elgünün onu vurmaq istədiyini düşünüb əli ilə Elgünün sinəsindən itələyərək kobud şəkildə,- “get burdan” demişdir. Bu anda onunla Elgün arasında sözlü mübahisə yaranmış və Elgün yumruqla onun sağ gözətrafı hissəsi olmaqla üz nahiyəsindən vurmuşdur. Bundan sonra o, belindən kəməri çıxarıb sağa-sola fırladan zaman kəmər Elgünün çənəsindən dəymişdir ki, nəticədə onların arasında mübahisə baş vermişdir. Onunla birlikdə olan Kərim və Rəhim mübahisəni aralaşdırmaq üçün araya girəndə, Ceyhun və Elgün bıçaq çıxarmış və bu zaman Elgün onu döş qəfəsinin sağ yarısının ön səthindən bıçaqla vurmuş, lakin həmin bıçaq zərbəsi tam olaraq ona batmamışdır. Həmin vaxt ara qarışmış, Rəhim və Kərim yenidən araya girib onları aralamaq istədikdə Elgün bıçaqla Rəhimin arxa tərəfdən belinin sol tərəfindən bir dəfə vurmuşdur. Kərim Elgünün onu da, Rəhimi də bıçaqladığını görüb Elgünə sağ əli ilə yumruq zərbəsi vurmaq istədiyi zaman, Ceyhun əlində olan cib bıçağı ilə Kərimin sol tərəfindən kürək nahiyəsinə bir dəfə vurmuş və bu zaman Kərimin ayağı büdrədiyindən yerə yıxılmışdır. Kərim yerdə olan zaman isə Elgün əlində olan xəncər formalı bıçaqla Kərimin sol tərəfindən qoltuğunun alt hissəsindən iki dəfə zərbə endirmişdir. Elgün və Ceyhun əllərində bıçaq yenidən onların üstünə gəldikləri üçün o özü də sonuncuların üstünə cummuş, bu vaxt Şahid4 də onu sol qolunun bazu nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. Həmin şəxslərdən üçüncüsü olan Şahid1 isə onlarla dalaşmamış və ayırmaq üçün araya girməmişdir. Onu, Rəhimi və Kərimi Elgün və Ceyhun bıçaqla vurmuşlar. Bundan sonra Ceyhun və Elgün qaçmağa başlamış, Rəhim ayağa qalxıb bir-iki addım atsa da yeriyə bilməmiş, o isə Kərimlə birlikdə Ceyhun və Elgünün arxasınca qaçmışlar. Sonuncular onların arxalarınca gəldiklərini görüb, dayanaraq yenidən bıçaqlarını çıxarıb, arxalarınca gəlməmələrini dedikləri zaman o, bir qədər aralıda polis maşınının işığının yanmasını görüb Kərimi polislərə məlumat verməsi üçün göndərmiş, özü isə sonuncuların arxasınca qaçmağa davam etmişdir. Ceyhun və Elgün isə bir qədər qaçıb aralandıqdan sonra, biri sağa, o biri isə sola qaçmış, o, həmin şəxslərdən Ceyhunun arxasınca qaçaraq, «Armani» mağazasının yanında sonuncunu tutub saxlamaq istəmişdir. Lakin Ceyhun onun əlindən çıxaraq yenə üstünə bıçaq çıxardığı zaman yaxınlıqda olan polis əməkdaşları Ceyhunu tutub bıçağı əlindən alaraq, polis maşınına mindirmişlər. Polis əməkdaşları onu və Kərimi də polis maşınına mindirmək istəyərkən, yaralı olduqlarını polislərə bildirərək, özləri xəstəxanaya getmiş, Kərimi isə polislər xəstəxanaya çatdırmışlar. X8 cərrahi əməliyyat olunmuş, onun özünə isə tibbi yardım göstərilmiş, xəstəxana xərcləri Təqsirləndirilən şəxs və Şahid4 ataları tərəfindən tam olaraq ödənmişdir. Bildirir ki, ona vurulmuş maddi ziyan tam olaraq Təqsirləndirilən şəxs atası tərəfindən ödənmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə, saat təxminən 22:00 radələrində Bulvarda keçirilən atəşfəşanlığa baxmaq üçün yaxın qohumları ilə birgə Bulvara getmişlər. Dənizkənarı Milli Parkda atəşfəşanlıq qurtardıqdan sonra, artıq xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 00:20 radələrində maşınları saxladıqları dayanacağa gəlmişlər. Ailə üzvləri dayısı oğlu Zaurun maşınına minib evə getmiş, o isə Kərim və Samirlə birlikdə sonuncunun maşınının yanına getmək istəsələr də, yolu səhf saldıqlarına görə dəqiq ünvanı bilməsə də, «Tarqovu» adlanan yerdə Kərim irəlidən gələn, adlarını sonradan bildiyi Elgün, Ceyhun və Elnurdan yolu soruşmuşdur. X6 yolu başa salarkən Elgün həmin anda gəl gedək deyən anda Samir elə başa düşmüşdür ki, Elgün kobud cavab verdi. Buna görə Samir Elgünə kobud formada cavab qaytamışdır. Həmin anda Elgün Samirə tərəfə gələndə düşünmüşdür ki, Samiri vurmaq istəyəcək buna görə də, Samir əli ilə Elgünün sinəsindən itələyərək kobud şəkildə get burdan demişdir. Bu anda Samirlə Elgün arasında sözlü mübahisə yaranmış və Elgün yumruq ilə Samirin üz nahiyəsindən vurmuşdur. Bundan sonra Samir belindən kəməri çıxarıb sağa-sola fırladan zaman kəmər Elgünün çənəsindən dəymişdir. Bu olanlar mübahisənin baş verməsinin səbəbi olmuşdur. O və bibisi oğlu Kərim araya girmişlər ki, Elgünlə Samiri aralasınlar. Bu zaman Elgün şalvarının sağ tərəfinin bel hissəsindən xəncər formalı iri ölçülü, düz formalı bıçağı çıxarıb əmisi oğlu Samirin döş qəfəsindən bir dəfə vurmuşdur. O və Kərim yenidən araya girib onları aralamaq istədikdə Elgün Samiri vurduğu bıçaqla onun arxa tərəfdən belinin sol tərəfindən bir dəfə vurmuş, bu vaxt Elgünə sağ əli ilə yumruq zərbəsi vurmaq istəsə də vura bilməmişdir. Həmin vaxt Kərimin ayağı büdrədiyindən yerə yıxılmış və sonuncu yerdə olan zaman Elgün əlində olan xəncər formalı bıçaqla ayağa durmaq istəyən Kərimə iki dəfə zərbə endirmişdir. Bu zaman orada olan üçüncü oğlan, Elnur bizə yaxınlaşıb deyirmiş ki, «aralaşın, baş qoşmayın öz yolunuzla gedin». Bundan sonra o, aldığı bıçaq zərbəsindən ayağının tutulduğunu hiss etmiş və yol kənarında olan dəmirdən tutmuşdur ki, bir az özünə gəlsin. Həmin vaxt Ceyhun irəlidə, Elgün isə onun arxasınca bir qədər aralaşmışlar. Bu şəxslərin digər tanışları olan Elnur isə Samirlə Kərimin yanında dayanıb onları sakitləşdirməyə çalışırmış. Samirlə Kərim isə Ceyhun və Elgünün arxasınca getmək istəyərkən, Ceyhun yenidən cibindən bıçağı çıxarıb Samirin üstünə gəlmiş və bunu görən Samirlə Kərim arxaya çəkilmişlər. O, özündə güc tapıb Ceyhuna bıçağı yerə atmasını, bıçaqsız dalaşmalarını desə də, Ceyhun guya bıçağı yerə tulladığı görüntüsü yaradaraq onun üzərinə cummuş və bu zaman o, Ceyhunun əslində bıçağı tullamadığını görmüş və sonuncu həmin bıçaqla onun qabaq tərəfdən sağ və sol qoluna xəsarət yetirmişdir. Qeyd etdiyi münaqişə ümumilikdə təxminən 05 dəqiqə davam etmiş, Samirlə Kərimin üzərilərinə gəldiyini görən Elgün və Ceyhun qaçmağa başlamış, Kərim və Samir də sonuncuların arxasınca qaçmışlar. O isə bir neçə saniyə sonra özündə güc tapıb qaçanların arxasınca qaçarkən bir qədər irəlidə olan polis əməkdaşına yaxınlaşaraq polisə bıçaqlandığını deyib, yol kənarındakı stulda oturmuşdur. Daha sonra isə polislər onu və Samiri taksi ilə «Sekmaşko» xəstəxanasına aparmışlar. Orada həkimlər onu cərrahiyyə əməliyyatına götürmüş, həmçinin xəstəxanada olarkən Kərimi də «Semaşko» xəstəxanasında əməliyyat etdiklərini görmüşdür. 7 gün xəstəxanada qaldıqdan sonra onu evə buraxmışlar. Bir daha bildirir ki, hər iki qolundan və belinin sol tərəfindən bıçaqla və xəncərlə bədən xəsarətləri yetirilib. Həmin xəsarətlərdən sol bel nahiyəsinə xəncərlə Elgün tərəfindən xəsarət yetirilib, sağ və sol qoluna isə xəsarət bıçaqla Ceyhun tərəfindən yetirilib. Bildiyinə görə Elgünün və Ceyhunun ataları onlar xəstəxanada olarkən 4.100 manat əməliyyat pulu ödəyiblər. Bildirir ki, ona dəymiş ziyan tam olaraq Təqsirləndirilən şəxs atası tərəfindən ödənmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə, saat təxminən 22:00 radələrində Bulvarda keçirilən atəşfəşanlığa baxmaq üçün yaxın qohumları ilə birgə Dənizkənarı Milli Parka getmiş, orada atəşfəşanlıq qurtardıqdan sonra, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 00:20 radələrində maşınları saxladıqları dayanacağa getmişlər. Ailə üzvləri dayısı oğlu Zaurun maşınına minib evə getmiş, o isə Rəhim və Samirlə birlikdə dayısı oğlu Samirin maşınının yanına getmişlər. Yolu səhv saldıqlarına görə dəqiq ünvanı bilməsə də, «Tarqovu» adlanan yerdə o, qabaqdan gələn adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs, Şahid4 və Şahid1 yolu soruşmuşdur. Sonunculardan biri, yəni Ceyhun ona yolu başa salmaq istədiyi zaman Təqsirləndirilən şəxs həmin anda,- “gəl gedək” deyə bildirmiş, həmin vaxt Samir Elgünün kobud cavab verdiyini zənn edib Elgünə kobud formada cavab qaytarmışdır. Samirin cavabından sonra Elgün Samirə tərəfə gələndə, sonuncu Elgünün onu vurmaq istəyəcəyini düşündüyündən Samir əli ilə Elgünün sinəsindən itələyərək kobud şəkildə,- “get burdan” demişdir. Bu zaman Samirlə Elgünün arasında sözlü mübahisə yaranmış və Elgün yumruqla Samirin üz nahiyəsindən vurmuş, bundan sonra Samir belindən kəməri çıxarıb sağa-sola fırladan zaman kəmər Elgünün çənəsindən dəymiş və bu səbəbdən qarşılıqlı mübahisə baş vermişdir. Münaqişənin yaranmasının qarşısını alıb, Elgünlə Samiri aralamaq üçün o və dayısı oğlu Rəhim araya girdikləri zaman Elgün şalvarının sağ tərəfinin bel hissəsindən xəncər formalı iri ölçülü, düz formalı bıçağı çıxarıb dayısı oğlu Samirin döş qəfəsindən bir dəfə vurmuşdur. O və Rəhim yenidən araya girib onları aralamaq istədikdə Elgün Samiri vurduğu bıçaqla dayısı oğlu Rəhimin belinin sol tərəfindən bir dəfə vurmuşdur. O isə Elgünün Samiri də, Rəhimi də bıçaqladığını görüb Elgünə sağ əli ilə yumruq zərbəsi vurmaq istəmişdir. Həmin vaxt Ceyhun əlində olan cib bıçağı ilə onun sol tərəfindən kürək nahiyəsinə bir dəfə vurmuş və bu zaman onun ayağı büdrədiyindən yerə yıxılmışdır. Yerdə olan zaman isə Elgün əlində olan xəncər formalı bıçaqla onun sol tərəfindən qoltuğunun alt hissəsindən iki dəfə zərbə endirmişdir. Bundan sonra o, özündə güc tapıb ayağa durmuş və Ceyhunun irəlidə, Elgün onun arxasınca getdiyini, sonuncuların digər tanışı Elnurun isə Samirlə onun yanında durub sakitləşdirməyə çalışdığını görmüşdür. Elgün və Ceyhunun uzaqlaşmağa çalışdıqlarını görüb irəlidə Samir və o isə Samirin arxasınca olmaqla sonuncuların, Ceyhunun və Elgünün arxasınca getmək istəyərkən, Ceyhun yenidən cibindən bıçağı çıxarıb Samirin üstünə gəlmiş və bunu görən Samir və o, arxaya çəkilmişlər. Bu zaman Rəhim Ceyhuna nəsə demiş və Ceyhun bıçaqla Rəhimin qabaq tərəfdən sağ və sol qoluna xəsarət yetirmişdir. O və Samir yenidən Elgünlə Ceyhunun üzərinə doğru getdiklərindən Elgün və Ceyhun oradan qaçmışlar. Bu zaman o və Samir də sonuncuların arxasınca qaçmış, qaçarkən o, Elgünü gözdən itirmiş, lakin Ceyhun qaçaraq dəqiq xatırlamadığı binanın arkasından içəriyə keçmiş, Samir də Ceyhuun arxasınca getmişdir. O isə yaxınlıqda olan polis maşınına yaxınlaşaraq, polis əməkdaşlarına üç nəfərin bıçaqlanması barədə məlumat verib, yenidən Ceyhunun arxasınca qaçmış və Samirlə birgə Ceyhunu maşın yolunun kənarında tutub saxlamışlar. Bu zaman onlara bir nəfər mülki geyimdə şəxs yaxınlaşıb vəsiqəsini göstərərək polis olduğunu demiş və Ceyhunu tutaraq əlində olan bıçağı almışdır. Bir qədər sonra oraya polis avtomaşını gəlmiş və polislər Ceyhunu və onu polis maşınına mindirmişlər. Onlar polislərə tanışları Rəhimin də vurulduğunu, sonuncunun hadisə yerində qaldığını demişlər. Polislər Ceyhunu və onu polis bölməsinə aparmış, daha sonra isə onu polis maşını ilə «Semaşko» xəstəxanasına aparmışlar. Onun vəziyyəti ağır olduğundan dərhal cərrahiyyə əməliyyatına götürmüşlər. O, sonradan bilmişdir ki, Rəhimi də «Semaşko» xəstəxanasında əməliyyat ediblər. Təxminən 10 gün xəstəxanada qaldıqdan sonra Rəhimi və onu evə buraxmışlar. Hadisə təxminən 5 dəqiqə davam etmiş, bu zaman ona sol döş nahiyəsindən, sol qoltuqaltı tərəfindən və belinin sol tərəfindən bıçaqla və xəncərlə bədən xəsarətləri yetirilmiş, həmin xəsarətlərdən sol döş nahiyəsində və sol qoltuğunun alt tərəfində olan xəsarətlər o, yerdə yıxılmış vəziyyətdə olarkən ona xəncərlə Elgün tərəfindən yetirilib, belinin sol tərəfində olan xəsarət isə bıçaqla Ceyhun tərəfindən yetirilib. Məlumatına görə Elgün və Ceyhunun ataları onlar xəstəxanada olarkən 4100 (dörd min yüz) manat əməliyyat pulu ödəyiblər. Bildirir ki, Təqsirləndirilən şəxs atası tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ünvan 2 C ünvanda atası ilə birlikdə yaşayır. xx xxxxxx 2018-ci tarixdə saat 22:00 radələrində o, Səbail rayonunda olan “Hollywood” restoranına dostu Elnurun yanına yeni il şənliyini keçirmək üçün gəlmişdir. O, orda olan zaman dostu Elnurla spirtli içki olan viski içmiş, təxminən saat 23:35 radələrində xalası oğlu Elgünlə danışaraq sonuncunu da onlarla yeni il bayramını keçirmək üçün yanlarına dəvət etmişdir. Yollar bağlı olduğu olduğundan Elgün gecikmiş, artıq xx xxxxxx 2019-cu il tarixdə saat 00:30 radələrində Elgünlə danışaraq, sonuncunu qarşılamaq üçün Elnurla birlikdə restorandan çıxaraq “Torqoviy” deyilən küçə ilə Nizami kinoteatrına tərəf gəlmişlər. Onlar Elgünü qarşılayıb, yenidən şənliklərini davam etdirmək üçün həmin restorana qayıdarkən, əvvəllər tanımadıqları 3 nəfər onlara yaxınlaşıb “KFC”-yə necə getməyin istiqamətini soruşmuşlar. O, sonunculara yolu başa salmağa çalışarkən Elgün səhv etmirsə Elnura “gəl gedək” deyə bildirmişdir. Bu zaman Samir Elgünə,- “adamlığınız olsun, yol soruşuruq da, tanımırıq” deyə bildirmişdir. Bundan sonra Elgün Samirə yaxınlaşarkən Samir Elgünü sinə nahiyəsindən itələmiş, cavabında isə Elgün Samiri yumruqla gözündən bir dəfə vurduğundan Elgünlə Samir dalaşmağa başlamışlar. Həmin vaxt içkili olduğu üçün özündə olan cib bıçağını çıxarıb açaraq Samirin sol və sağ qol nahiyəsinə vurmuşdur. Həmin vaxt dostu Elnur onu sakitləşdirib aralamaq istəsə də, Samir şalvarının belindən kəmərini çıxarıb əlində yellədərək onların üzərinə gəlmiş və həmin kəmərin uc hissəsi Elgünün başına və bədənin müxtəlif hissələrinə dəymişdir. Buna görə Elgün şalvarının sağ tərəfinin bel hissəsindən xəncər formalı böyük bıçağı çıxarıb əlində tutaraq sağ və sol tərəfə atmışdır. Həmin vaxt adının Rəhim olduğunu sonradan bildiyi şəxs onun üzərinə gəldiyindən, o, əlində olan bıçaqla Rəhimin sağ və sol çiyin nahiyələrindən vurmuş, bu vaxt Elgün də əlindəki bıçaqla Rəhimi bel nahiyəsindən vurmuşdur. Bu zaman adının Kərim olmasını sonradan bildiyi şəxs ona tərəf gələrək yumruqla vurmaq istədiyi zaman o, geri çəkilərək özünü qorumaq məqsədi ilə Kərimin bel nahiyəsinin arxa tərəfindən əlində olan cib bıçağı ilə bir dəfə vurmuşdur. Bu zaman Kərim yerə yıxılmış və Elgün özündə olan bıçaqla yerə yıxılmış vəziyyətdə olan Kərimi iki dəfə vurmuşdur. Bundan sonra o, Elgünlə oradan qaçmaq istəmiş, təxminən beş addım qaçdıqdan sonra Elnuru orada tək qoymaq istəmədiklərindən geri qayıtmışlar. Həmin vaxt Samir qabaqda, Kərim isə arxasınca onun üzərinə gəldiklərindən, o əlindəki bıçaqla sonuncuları qorxutmaq üçün üzərlərinə gedərkən, Elnur qarşısına keçib Samiri tutaraq, onlara «qaçın, gedin buradan» deyə bildirmişdir. Bundan sonra o, Elgünlə yenidən qaçmış, «Malakan bağı» deyə tanınan parka çatanda geriyə baxaraq Samir və Kərimin də onların arxasınca qaçdıqlarını görmüş və sonunculara arxalarınca gəlməmələrini deyib, yenidən qaçaraq Fransa səfirliyinin yanında olan binalardan birinin arkasından içəri girib maşınların arxasında gizlənmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Samir və Kərim həmin arkadan içəri girərək söyüş söyməyə başlamış, o isə gizləndiyi yerdən çıxıb yola tərəf bir qədər qaçaraq yorulduğuna görə dayanmışdır. Samir və Kərim ona çataraq onu döymək istədikləri zaman ətrafda olan mülki geyimli bir nəfər polis əməkdaşı onlara yaxınlaşıb, xidməti vəsiqəsini göstərmiş və o, əlində olan bıçağı polis əməkdaşına təqdim edərək polisə təslim olmuşdur. Bir qədər keçmiş oraya xidməti avtomobildə post-patrul xidməti əməkdaşları gəlmiş və onu avtomobilə mindirib 39-cu polis bölməsinə aparmışlar. Onun yanında olan dostu Elnur bu şəxslərlə münaqişə etməmiş və xəsarət yetirməmişdir. O, Elgünün Samir adlı şəxsi yumruqla, daha sonra şalvarının bel nahiyəsindən çıxardığı iti bıçaqla Kərim adlı şəxsi iki dəfə həmin iri bıçaqla vurmasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şirinski küçəsi, ev 5, mənzil 2-də ailəsilə,yəni atası və anası ilə birgə yaşayır. 2018-ci ilin yay aylarında Ceyhun adlı şəxslə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmış, 2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmış və AR DTX-da xidmət etmişdir. xx xxxxxx 2018-ci il tarixdə o, Ceyhun və ortaq dostları Fəridlə Quba şəhərinə gedib orada bir gün oteldə istirahət edib qayıtmağı qərara alaraq, hər üçü ona məxsus avtomaşınla həmin tarixdə, saat təxminən 10-00 radələrində Quba şəhərinə getmişlər. Həmin günü orada oteldə qalıb, hava qarlı olduğu üçün xx xxxxxx 2018-ci il tarixdə saat təxminən 12-00 radələrində Bakı şəhərinə qayıtmışlar. O və Ceyhun axşam görüşüb yeni ili qarşılamaq üçün “Tarqovu” adlanan yerdə yerləşən “Hollywood” restoranına gedib yeni ili orada qarşılamaq qərarına gəlmiş və həmin gün saat 22-00 radələrində Ceyhunla elə “Hollywood” restoranında görüşüb, yemək və spirtli içkilərdən bir şüşə “viski” və iki şüşə “şampan” sifariş edib çörək yerməyə başlamışlar. Təxminən saat 23:30 radələrində Ceyhun xalası oğlu olan, onun da tanıdığı Elgünə zəng vurub onu olduqları restorana dəvət etmişdir. Saat təxminən 00-20 radələrində Elgün Ceyhuna zəng vurub yolda tıxac olduğunu və onların olduqları yeri tanımadığını bildirdiyindən, o və Ceyhun birlikdə restorandan çıxaraq birgə Elgünü qarşılamaq üçün getmiş və Elgünü “Tarqovu” deyə tanına Nizami küçəsinin ortasında olan yer altı keçidin yanında qarşılamışlar. Bu zaman əvvəllər tanımadıqları üç nəfər şəxs olmaqla, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onlardan “KFC”-nin harada yerləşdiyini soruşmuşlar. O, sonunculara əli ilə qarşı tərfi göstədiyi zaman Ceyhun həmin şəxslərə,- “düz gedin qarşı tərəfdə görəcəksiniz” deyə bildirmişdir. Bu zaman Elgün ona uca səslə kobud formada müraciət edərək “gəl gedək də!” deyə bildirmişdir. Həmin üç nəfər şəxsdən biri Elgünə müraciət edərək “gedirsən get də!” dediyi zaman, Elgünün bu sözü xoşuna gəlməyən Zərərçəkmiş şəxs1 Elgünə cavab qaytarmış, onlar arasında mübahisə yaranmış və bir-birlərini itləməyə başlamışlar. Bu zaman qarşı tərəf söyüş söydüyü üçün Elgün bir nəfəri yumruqla vurmuşdur. Bundan sonra ara qızışmış və hamı bir-birinə girişmişdir. Həmin vaxt həmin üç nəfərdən dolu bədən quruluşlu Zərərçəkmiş şəxs1 şalvarının belindən kəmərini çıxarıb onların üstünə hücum etmək istəyəndə, o, araya girib həmin şəxsə demişdir ki, “yeni ildi, lazım deyil”. Buna baxmayaraq dava daha da böyümüş və o, geriyə dönəndə Elgünün əlində təxminən 20-21 sm. uzunluğunda, xəncər formalı bıçaq görmüşdür. Elgün həmin bıçağı çıxarıb sonunculara,- “gəlməyin, sizi vuracam” deyə bildirmişdir. Münaqişə vaxtı o, Ceyhunun əlində bıçaq olduğunu görməsə də, Ceyhunun yumruq atdığını görmüşdür. Bir qədər sonra o, fürsət düşən kimi Elgünü və Ceyhunu itələyərək, qaçıb getmələrini bildirmiş və Elgün və Ceyhun üzü Bulvar istiqamətinə doğru qaçmışlar. Həmin 3 nəfər də Elgünlə Ceyhunun arxasınca qaçdığı zaman o, oranı tərk edib, avtomaşınını, “Hollywood” restoranının yaxınlığında saxladığı yerdən götürmədən evə getmişdir. Səhəri gün saat təxminən 13-14 radələrində onu Səbail rayon Polis İdarəsinə çağırdıqlarından oraya gedərək ifadə vermişdir. Hadisə vaxtı orada onun tanmadığım xeyli insan da olmaqla, hadisə təxminən 4-5 dəqiqə davam etmiş, hadisədən sonra yaşananlardan qorxduğu üçün polisə gedərək məlumat verməmiş, birbaşa olaraq evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2013-cü ildən DİO-da xidmətdədir, həmin vaxtdan da AR DİN-nin Səbail RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. Xidməti ərazisi Səbail RPİ-nin 39-cu polis bölməsinin inzibati ərazisi olmaqla, əsasən 7 saylı postdur və Səbail rayonu Nizami küçəsini əhatə edir. xx xxxxxx 2018-ci il tarixdə DİO-nun bütün əməkdaşları kimi o da gücləndirilmiş iş rejimində xidmət aparmaqla, xidmət apardığı ərazi Bakı şəhəri, Səbail rayonunun Nizami, R.Rza və Zərifə Əliyeva küçələrini əhatə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 01-00 radələrində mülki geyimdə təkbaşına R.Rza küçəsi ilə Z.Əliyeva küçəsinin kəsişmə yerinə piyada hərəkət edərkən, orada yolun sol tərəfində yerləşən həyətin arkasından 3 nəfər şəxsin qaçaraq çıxdıqlarını görmüşdür. Həmin 3 nəfərdən ikisi digər bir nəfər şəxsin arxasınca qaçaraq,- «onu tutun məni vurdu» sözləri demişlər. O da bu sözləri eşidib dərhal həmin şəxslərin arxasınca qaçmağa başlamış və sonuncuların artıq R.Rza küçəsinin Z.Əliyeva küçəsinə kəsişmə yerindən təxminən 20 metr sola dönərək qaçmağa başladıqlarını görüb, məsələnin ciddi olduğunu başa düşərək üzərində olan 3457 çağırışlı xidməti rabitə əlaqəsi vasitəsi ilə efirə çıxıb olduğu ünvana köməyə yaxın ətrafda xidmət aparan polis naryadlarını çağırmışdır. Birlikdə qaçan iki nəfər şəxsdən biri təxminən 30-35 yaşlarında, dolu bədən quruluşlu şəxs, digəri isə təxminən 25-27 yaşlarında, orta bədən quruluşlu şəxslər olmuşdur. Onlardan qaçan şəxs isə təxminən 20-22 yaşlarında, arıq bədən quruluşlu şəxs olmuşdur. Həmin iki nəfər şəxs onlardan qaçan şəxsi Z.Əliyeva küçəsində «Xalça muzeyi»nin arxa tərəfində avtomobil yolunun hərəkətinin əks istiqamətində yolun sol tərəfində tutmuş və sonuncunu yumruq zərbələri ilə vurmağa başladıqları vaxt o, dərhal həmin 3 nəfər şəxsə yaxınlaşıb, cibindən xidməti vəsiqəsini çıxararaq polis əməkdaşı olduğunu bildirib onları aralamağa başlamışdır. Bu zaman iki nəfər tərəfindən yumruq zərbləri alan, şəxsiyyəti ona sonradan məlum olan Şahid4 əlində olan təxminən ümumi uzunluğu 15-20 sm. ölçüdə olan bıçağı açıq vəziyyətdə tutub sağa-sola tərəf çəkərək uca səslə qışqıraraq «yaxın gəlməyin» demişdir. O, dərhal özünü itirməyib əlində bıçaq olan həmin şəxsə yaxınlaşıb, bir daha polis vəsiqəsini göstərib polis olduğunu deyərək, sakitləşməyini istəmişdir. Bunu görən əlində bıçaq olan Şahid4 əlində olan bıçağı bağlayaraq ona təhvil vermişdir. Bu zaman oraya onun köməyə çağırdığı 6659 çağırışlı avtopatrulda xidmət aparan polis nəfərləri Şahid3 və Quliyev Orxan xidməti avtomaşınla gələrək onların olduğu yerə çatmışlar. O, digər iki nəfər şəxsin yaralı olduqlarını görüb özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla “103” X14 Xidmətinə zəng vurub tibbi yardım çağırmışdır. Həmin şəxslərdən 30-35 yaşlarında, dolu bədən quruluşlu olan, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs1 ona, «yanımızdakının birini də yeraltı keçidin yanında vurublar» deyə bildirmişdir. Bundan sonra o, əlində olan bıçağı təhvil verən Şahid4 şəxsi avtopatrul avtomaşınına mindirib Səbail RPİ-nin 39-cu PB-nə aparıb təhvil verərək bu barədə müvafiq raport tərtib etmişdir. Baş vermiş hadisə zamanı onlara heç bir müqavimət göstərilməmiş, Şahid4 onun yanında digər iki nəfər şəxsə hər hansı bir bıçaq xəsarəti yetirməmişdir. Şahid4 ona təhvil verdiyi bıçaq qatlanan, ümumi uzunluğu açıq vəziyyətdə təxminən 15-20 sm. uzunluqda olan cib bıçağı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2010-cu ildən DİO-da xidmətdədir, həmin vaxtdan da AR DİN-nin Səbail RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində və 6659 çağırışlı avtopatrulda xidmət edir. Xidmət etdiyi ərazi Səbail RPİ-nin 9 və 39cu polis bölmələrinin inzibati ərazisini əhatə edir. xx xxxxxx 2018-ci il tarixdə DİO-nun bütün əməkdaşları kimi o da iş yoldaşı Quliyev Orxanla birgə 6659 saylı avtopatrulda gücləndirilmiş iş rejimində xidmət aparmışlar. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 00:50 radələrində efir vasitəsi ilə iş yoldaşı Şahid2 3457 çağırışlı rabitə vasitəsi ilə R.Rza və Zərifə Əliyeva küçələrinin kəsişməsində münaqişə olduğunu və təcili ona kömək lazım olduğunu bildirdiyini eşitdiklərindən, dərhal avtopatrul avtomaşını ilə həmin ünvana getmişlər. Bir qədər sonra oraya çatdıqda Elvinin bir nəfəri saxladığını, digər iki nəfərin isə yaralı vəziyyətdə Elvinin yanında dayandıqlarını görmüşlər. Bundan sonra Elvinin saxladığı şəxsi avtopatrul avtomaşınına mindirib Səbail RPİ-nin 39-cu PB-nə aparıb təhvil verərək bu barədə müvafiq raport tərtib etmiş, eyni zamanda polis bölməsinə apardıqları şəxsin Elvinə təhvil verdiyi cib bıçağını polis bölməsinə təhvil vermişlər. Baş vermiş hadisə zamanı onlara heç bir müqavimət göstərilməmişdir. Polis bölməsinə təhvil verdikləri şəxs onun yanında digər iki nəfər şəxsə hər hansı bir bıçaq xəsarəti yetirməmişdir. Səbail RPİ-nin 39-cu Polis bölməsinə təhvil verdikləri bıçaq cib bıçağı olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 19002101 nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 01, iş vər. 1- 8) İşdə olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2019cu il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 01, iş vər. 10) İşdə olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxxx 2019-cu il tarixli, GK-01 nömrəli məktubundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Səbail rayonu R.Rza küçəsi ev 17 ünvanının qarşısında xx.xx.1998-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, hal-hazırda Xirdalan şəhər Soltan Bəy küçəsi ev 1/C ünvanında qeydiyyatda olaraq yaşayan Şahid4 aralarında yaranan mübahisə zəminində bıçaqla xx.xx.1992-ci il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, onunla eyni ünvanda yaşayan xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol böyrək və hər iki çiyin nahiyəsinin kəsilmiş-deşilmiş yarası və eyni ünvanda yaşayan xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol bazunun arxa səthinin və döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş arası xəsarətləri yetirməsi barədə bölmənin rəisi tərəfindən Səbail RPİnin rəisinə məruzə olunmuşdur. (cild 01, iş vər. 12) İşdə olan Səbail RPİ-nin polis nəfərləri tərəfindən tərtib olunmuş raportdan görünür ki, polis nəfərləri tərəfindən Bölmənin rəisinə xx xxxxxx 2019-cu il tarixdə inzibati ərazidə xidmət apararkən təxminən saat 01.00 radələrində Rəsul Rza küçəsində iki nəfər şəxsin qışqıraraq onları bıçaqla vurmaları, həmin şəxsin qaçdığı barədə bildirməsi əsasında dərhal həmin şəxsin arxasınca qaçmaları, Rəsul Rza və Zərifə Əliyeva küçələrinin kəsişməsində həmin şəxsə çatdıqda bıçağı açıq vəziyyətdə səkərək ondan uzaqlaşdığı, onun da həmin şəxsi sakitləşdirib bıçağı əlindən aldığı və ərazidə xidmət göstərən çağırışı 6659 olan avtopatrula əyləşdirib və hadisə yerinə X14 çağıraraq xəsarət alanlar üçün xəsarət yetirən şəxsi isə 39-cu PB-nə aparmaları, bölmədə həmin şəxsin Şahid4 olduğunu müəyyən etmələri barədə məlumat vermişlər. (cild 01, iş vər. 13) İşdə olan Səbail RPİ-nin 39-cu PB-nin məsul növbətçisinin bölmənin rəisinə olan xx xxxxxx 2019-cu il tarixli, 2-NK-5 nömrəli raportundan görünür ki, məsul növbətçi tərəfindən bölmənin rəisinə məruzə edərək, xx xxxxxx 2019-cu il tarixdə, saat 03.50 radələrində KTM-dən tibb bacısı Məmmədovanın, ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 sol böyrək və hər iki çiyin nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, onunla eyni ünvanda yaşayan Zərərçəkmiş şəxs3 sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, Zərərçəkmiş şəxs1 isə sol bazunun arxa səthinin və döş qəfəsinin sol yarı kəsilmiş-deşilmiş yaraları xəsarətləri ilə KTM-ə müraciət etmiş, tibb bacısının dediklərinə görə Səbail rayonu, R.Rza küçəsində bıçaqlanaraq xəsarət almaları barədə məlumat vermişdir. (cild 01, iş vər. 65) İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 101) İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 07 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən - sağ göz orbitası ətrafının qançırı, eləcə də sağ gicgah nahiyəsinin və sol əlin İİ barmağının arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan nahiyələrə əl və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən - döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 1 (bir) ədəd və sol bazunun orta 1/3-nin arxa səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. (cild 01, iş vər. 126-128) İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxx 2019-cu il tarixli 197 №-li rəyindən görünür ki, 1. Vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir və onlar 3 (üç) qrupa bölünür: «a» - sol bazunun yuxarı 1/3- nin bayır səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara; «b» - sağ bazunun yuxarı 1/3-nin arxa səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara; «c» - sol bel nahiyəsində daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmişkəsilmiş yara; 2. Qeyd olunan xəsarətlər deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (Cild 01, iş vər. 137-139) İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 201 №-li rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir və onlar 3 (üç) qrupa bölünür: «a» - sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının zədələnməsi və sol döş boşluğuna çoxlu qanaxma (700 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısında orta qoltuq xətti üzrə V-Vİ qabırğalararası sahədə yerləşən 1 (bir) ədəd deşilmişkəsilmiş yara; «b» - sol döş və qarın boşluğuna nüfuz edən (torokoabdominal), diafraqmanın və dalağın zədələnməsi (xaric olunması-splenoktomiya), qarın boşluğuna çoxlu qanaxma (1,0 litr) ilə müşayiət olunan döş qəfəsinin sol yarısında arxa qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğaarası sahədə yerləşən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara; «c» - sol bel nahiyəsində daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara. Qeyd olunan xəsarətlər deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər. 3. Vətəndaş Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlərdən «a» bəndində göstərilən sol döş boşluğuna nüfuz edən, sol ağciyərin yuxarı payının zədələnməsi və sol döş boşluğuna çoxlu qanaxma (700 ml) ilə müşayiət olunan döş qəfəsinin sol yarısında orta qoltuq xətti üzrə V-Vİ qabırğalararası sahədə yerləşən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, «b» bəndində göstərilən - sol döş və qarın boşluğuna nüfuz edən (torokoabdominal), diafraqmanın və dalağın zədələnməsi (xaric olunmasısplenoktomiya), qarın boşluğuna çoxlu qanaxma (1,0 litr) ilə müşayiət olunan döş qəfəsinin sol yarısında arxa qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğaarası sahədə yerləşən 1 (bir) ədəd deşilmişkəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, «c» bəndində göstərilən sol bel nahiyəsində daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (cild 01, iş vər. 141-144) İşdə olan “maddi sübut olan bıçağa baxış keçirilməsi haqqında” xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Şahid4 polis əməkdaşlarına təqdim etdiyi və cinayət işinə əlavə edilmiş bir ədəd cib bıçağına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin bıçaq cib bıçağı olmaqla qatlanan olması, ümumi uzunluğunun 19 sm, dəstəyinin uzunluğunun 10 sm. Kəsici hissəsinin uzunluğunun isə 9 sm olması, bıçağın dəstəyinin qəhvəyi rəngdə olub kənarları qara rənglə əhatə olunmuş olması, uc hissəsinin bir tərəfinin kəsici, digər tərəfinin isə normal vəziyyətdə olması, bıçağın uc hissəsinin bir tərəfinin üzərində orta hissədə dairənin içərisində “777” rəqəmləri, həmin hissənin alt tərəfində www.ds777.co.kr və uc hissəsinin dəstək hissəsi ilə birləşən hissəsində isə STANLESS 440STELL hərif və rəqəmlərinin yazılması müəyyən edilmişdir. (cild 01, iş vər. 168-170) İşdə olan “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarışının elan edilməsi haqqında” xx xxx 2019-cu il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. ( cild 01, iş vər. 190-191) İşdə olan xx xxx 2019-cu il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, müstəntiq tərəfindən dəvət olunmuş hal şahidlərinin və Şahid4 iştirakı ilə hadisə yerinə olan ünvan 1 e ünvanına baxış keçirilmiş, baxış zamanı həmin ünvanda “İmprotex travel” inzibati binasının yerləşdiyi, yaxınlıqda qarşı-qarşıya iki yeraltı piyada keçidinin yerləşdiyi, baxış keçirilən ərazidə insanların intensiv hərəkəti müşahidə olunmuş, yol kənarında taksi xidməti ilə məşğul olan müxtəlif markalı avtomobil dayandığı, ətrafda insanların əyləşməsi üçün skamyalar qoyulduğu, ətrafda bir ədəd köşkün olduğu, qarşı tərəfdə birinci mərtəbəsində “İnwool” mağazası olan 3 mərtəbəli fərdi yaşayış evinin olduğu müəyyən edilmiş, Şahid4 “İmprotex travel” qarşısında olan ərazini göstərərək hadisə yeri olduğunu bildirmiş, baxış zamanı istintaq əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. (cild 01, iş vər. 198-202) İşdə olan “Görüntüyə baxışın keçirilməsi haqqında” xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin müstəntiqi tərəfindən, şöbənin digər müstəntiqinin, təqsirləndirilən şəxs Şahid4 və onun müdafiəçisi X5 iştirakı ilə Azərbaycan Respublikası, DİN-nin TŞ xidmətindən çəkilmiş və istintaqa təqdim edilmiş bir ədəd «DVD-R» diskdə qeydə alınmış TŞ 1-026 nömrəli videomüşahidə qurğusunun 1-ci kamerasının xx xxxxxx 2019-cu il tarixli saat 00:35-dən saat 00:50-dək olan müddətdəki videogörüntüsünə baxış keçirilmiş, baxış zamanı görüntünün 3 hissə ilə çəkildiyi, 1-ci kadrın, yəni görüntüdən çəkilmiş TŞ 1-026 (1) saylı kameranın xx xxxxxx 2019-cu il tarixli saat 00:34:58 saniyədə olan müddətdəki görüntüsündən, video çəkilişin Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ilə Nizami küçələrinin kəsişməsində «Tarqovu» adlanan küçədə aparıldığı, həmin vaxt bir çox insanların həm Səməd Vurğun, həm də Nizami küçələri ilə müxtəlif istiqamətlərdə hərəkət etmələrinin müşahidə edildiyi, yol kənarında müxtəlif markalı fərdi avtomaşınlar və taksi fəaliyyəti ilə məşğul olan avtomaşınların dayandığı, video çəkilişin 00:42:35 saniyəyədək davam etdiyi və kadrın həmin vaxt dayandığı müəyyən edilmiş, video çəkilişdə istintaq əhəmiyyəti kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 2-ci kadr saat 00:42:35-dən başlayır, yenə də Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi ilə Nizami küçələrinin kəsişməsində «Tarqovu» adlanan küçədə aparılmışdır. Həmin vaxt bir çox insanların həm Səməd Vurğun, həm də Nizami küçələri ilə müxtəlif istiqamətlərdə hərəkət etmələri müşahidə edilir. Yol kənarında müxtəlif markalı fərdi avtomaşınlar və taksi fəaliyyəti ilə məşğul olan avtomaşınlar dayanmışdır. 00:48:38 saniyədə Şahid1 baş nahiyəsi görüntüdə görünür, 00:48:41 saniyədə görüntüdə Təqsirləndirilən şəxs görünür. 00:48:44 saniyədə Təqsirləndirilən şəxs sağ əli ilə sağ tərəfindən bel nahiyəsindən əşya çıxarmaq istədiyi görünür və sağ əli ilə kamerada görünməyən şəxsə zərbələr endirir. 00:48:57-ci saniyədə Şahid4 görüntüdə görünür və qabaqda C. Həsənzadə, arxada isə Təqsirləndirilən şəxs gedərək sağ əli ib çətinliklə əşyanı sağ tərəfdən bel nahiyəsinə qoyur. Onların arxası ilə Şahid1 gedir və onun sol tərəfində Zərərçəkmiş şəxs1 iri addımlarla Şahid4 və Təqsirləndirilən şəxs üzərinə gedirlər. Şahid1 isə onları sakitləşdirərək sağ tərəfdə gedir. 00:49:04 saniyədə Şahid4 cibindən bıçağa oxşar əşya çıxarıb əlində hərəkət etdirərək digər Zərərçəkmiş şəxs1 üzərinə tərəf gedir. Həmin vaxt ətrafda olan insanlar dayanaraq bu hadisəni müşahidə edirlər. Video çəkiliş 00:49:46 saniyəyədək davam edir və kadr həmin vaxt dayanır. Video çəkilişdə istintaq əhəmiyyəti kəsb edən hər hansı bir digər hal aşkar edilməmişdir. 3-cü kadr TŞ-1-026(1) saylı kameradan olan çəkilişdə saat 00:49:58-dən başlayır, saat 00:49:59 saniyədə bitir və həmin vaxt kadr dayanır. Video çəkilişdə istintaq əhəmiyyəti kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. (cild 01, iş vər. 212) İşdə olan “Görüntüyə baxışın keçirilməsi haqqında” xx xxx 2019-cu il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən, şöbənin digər müstəntiqin, təqsirləndirilən şəxs Şahid4 və onun müdafiəçisi X5 iştirakı ilə Azərbaycan Respublikası, DİN-nin TŞ xidmətindən çəkilmiş və istintaqa təqdim edilmiş bir ədəd «DVD-R» diskdə qeydə alınmış TŞ 1-195 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının xx xxxxxx 2019-cu il tarixli saat 00:45-dən saat 00:55-dək olan müddətdəki videogörüntüsünə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, görüntü 3 hissə ilə çəkilmişdir, 1-ci kadr, yəni görüntüdən çəkilmiş TŞ 1- 195 (2) saylı kameranın xx xxxxxx 2019-cu il tarixli saat 00:44:59 saniyədə olan müddətdəki görüntüsündən görünür ki, video çəkiliş Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsində aparılmışdır. Həmin vaxt bir çox insanların müxtəlif istiqamətlərdə hərəkət etmələri müşahidə edilir. Yol kənarında müxtəlif markalı fərdi avtomaşınlar və taksi fəaliyyəti ilə məşğul olan avtomaşınlar dayanmışdır. Video çəkiliş 00:49:20 saniyəyədək davam edir və kadr həmin vaxt dayanır. Video çəkilişdə istintaq əhəmiyyəti kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. 2-ci kadr saat 00:49:2-dən başlayır, yenə də, bir çox insanların müxtəlif istiqamətlərdə hərəkət etmələri müşahidə edilir. Yol kənarında müxtəlif markalı fərdi avtomaşınlar və taksi fəaliyyəti ilə məşğul olan avtomaşınlar dayanmışdır. Video çəkiliş 00:52:32 saniyəyədək davam edir və kadr həmin vaxt dayanır. Video çəkilişdə istintaq əhəmiyyəti kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. 3-cü kadr TŞ-1-195 (2) saylı kameradan olan çəkilişdə saat 00:53:59-dan başlayır, saat 00:55:39 saniyədə bitir və həmin vaxt kadr dayanır. Video çəkilişdə istintaq əhəmiyyəti kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. (cild 01, iş vər. 213) İşdə olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxx 2019-cu il tarixli 212/2019 MTKŞ nömrəli rəyindən görünür ki, 1.1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus maykanın, köynəyin və gödəkçənin arxa hissəsinin sol-aşağı nahiyəsində bir ədəd; köynəyin və gödəkçənin arxa hissəsinin sağ kürək nahiyəsində bir ədəd; köynəyin və gödəkçənin sol qolunun yuxarı-bayır nahiyəsində bir ədəd dəlib- keçən; gödəkçənin arxa hissəsinin sağ kürək nahiyəsində beş ədəd; gödəkçənin sol qolunun yuxarı-bayır nahiyəsində iki ədəd gödəkçənin yalnız üst qatını zədələyən dəlib- keçməyən deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti uclu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkçəsinin, köynəyin və maykanın arxa hissəsinin sol-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol bel nahiyəsində olan; gödəkçənin və köynəyin arxa hissəsinin sağ kürək nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ bazu nahiyəsində olan; gödəkçənin və köynəyin sol qolunun yuxarı-bayır nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənin sol bazu nahiyəsində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə üst-üstə düşür. 3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus köynəyin, jaketin və gödəkçənin arxa hissəsinin sol-yan nahiyəsində bir ədəd; köynəyin, jaketin və gödəkçənin sol qoltuqaltı nahiyəsində bir ədəd; köynəyin, jaketin və gödəkçənin arxa hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd; köynəyin, jaketin və gödəkçənin arxa hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilir. Bu zədələr iti uclu, iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus köynəyin, jaketin və gödəkçənin arxa hissəsinin sol-yan nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında arxa qoltuq xətti üzrə Vİİ-Vİİİ qabırğalararası sahədə olan; köynəyin, jaketin və gödəkçənin sol qoltuqaltı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının orta qoltuq xətti üzrə V-Vİ qabırğalararası sahədə olan; köynəyin, jaketin və gödəkçənin arxa hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol bel nahiyəsində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə üst-üstə düşürlər. - Zərərçəkmiş şəxs3 məxsus köynəyin, jaketin və gödəkçənin arxa hissəsinin sağ-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız paltarın zədələnməsi ilə izah oluna bilər. İİ Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (cild 01, iş vər. 234-245) İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 319/2019- MTBŞ nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qan qrupu :A-betta/İİ/.

2. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: B-alfa /İİİ/. (Şəxsiyyəti təsdiq edən portal axtarış vərəqlərinin kserosurətlərinə əsasən). 3. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs3 məxsus gödəkçə. Jaket və qısaqol köynək üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin beta aqqlyutini də alınmışdır. Beləliklə. Bu qan ləkələri A-beta /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs3 məxsus ola bilər. Zərərçəkmiş şəxs2 məxsus sviter, mayka və gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, həmçinin alfa aqqlyutini də alınmışdır. Beləliklə bu qan ləkələri B-alfa /İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. 4 Təqdim edilən bıçaq üzərində aşkar olunan zəif intensivlikli qandan hazırlanmış məhlulda zülal aşkar olunmadığı üçün bu qanın növünü təyin etmək mümkün olmadı. (cild 01, iş vər. 249-252) İşdə olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi, cinayət əməlinin tövsif edilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, müvafiq qərarla aparılmış istintaqla münaqişənin xx xxxxxx 2019-cu il tarixdə saat 00:48 radələrində Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 24E ünvanın qarşısında baş verməsi tam sübuta yetirilmiş hesab edilmiş, Şahid4 əməli Azərbaycan Respublikası CM- nin 32.2, 32.3, 32.4 və 32.5 maddələri əlavə edilməklə, yaxud bir başa 126.2.1-ci maddəsi ilə əlavə tövsif edilməməsi qərara alınmış, Şahid4 polis əməkdaşlarına təqdim etdiyi qatlanan, ümumi uzunluğu 19 sm., dəstəyinin uzunluğu 10 sm., kəsici hissəsinin uzunluğu isə 9 sm olması, bıçağın dəstəyinin qəhvəyi rəngdə olub kənarları qara rənglə əhatə olunmuş, uc hissəsinin bır tərəfi kəsici, digər tərəfi isə normal vəziyyətdə olması, Bıçağın uc hissəsinin bir tərəfinin üzərində orta hissədə dairənin içərisində «777» rəsmləri, həmin hissənin alt tərəfində www.ds777.co.kr və uc hissənin dəstək hissəsi ilə birləşən hissəsində isə STAİNLESS 440STELL hərif və rəqəmləri yazılmış bıçaq soyuq silah hesab edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 221.3 və 126.2.4-cü maddələrinə tövsif edilmiş, Şahid4 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsinə dair qərar qəbul edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilməsi qərar alınmış, cinayət işinin istintaqı zamanı sübuta yetirilmiş bir qrup şəxslə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə, şəxslər üzərində silah tətbiq etməklə zor tətbiq edərək xuliqanlıq etmə, həmçinin xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində Şahid1 hər hansı iştirakı müəyyən edilmədiyindən, bununla yanaşı hadisənin şahidi olduğu andan polis orqanına gətirildiyi vaxtadək törədilmiş cinayət əməlinin ağır nəticələrə səbəb olmasını bilmədiyindən, ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə cinayətinin tərkibi əlamətləri əməlində müəyyən edilmir, barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM- nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, münaqişə zamanı Şahid4 üst dodağın sağ yarısının əzilmiş yarası (xx xxxxxx 2019-cu il tarixli 01 №-li məhkəmə-tibbi ekspert rəyi) xəsarətini alması xüsusatı üzrə ona həmin xəsarətin qarşı tərəfdən müdafiə həddini aşmadan yetirilməsi nəzərə alınmaqla, həmin hissədə cinayət hadisəsi müəyyən edilmir və cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Şahid4 polis əməkdaşlarına təqdim etdiyi qatlanan, ümumi uzunluğu 19 sm., dəstəyinin uzunluğu 10 sm., kəsici hissəsinin uzunluğu isə 9 sm olması, bıçağın dəstəyinin qəhvəyi rəngdə olub kənarları qara rənglə əhatə olunmuş, uc hissəsinin bir tərəfi kəsici, digər tərəfi isə normal vəziyyətdə olması, bıçağın uc hissəsinin bir tərəfinin üzərində orta hissədə dairənin içərisində «777» rəqəmləri, həmin hissənin alt tərəfində www.ds777.co.kr və uc hissənin dəstək hissəsi ilə birləşən hissəsində isə STAİNLESS 440STELL hərif və rəqəmləri yazılmış zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağı cinayətin aləti olduğundan. Zərərçəkmiş şəxs2 məxsus mayka, köynək və gödəkçə, Zərərçəkmiş şəxs3 məxsus köynək, jaket və gödəkçə üzərində cinayətin əlamətlərini saxladığından maddi sübut hesab edilərək, saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmış, Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər Xidmətinin xx xxxxxx 2019-cu il tarixli TŞ 1-026 nömrəli videomüşahidə qurğusunun 1-ci kamerasının saat 00.35-dən 00.50-dək və TŞ 1-195 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının saat 00.45-dən 00.50-dək olan müddətdəki videogörüntüləri yazılmaqla təqdim edilmiş 2 (iki) ədəd DVD disk cinayət işi üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi qərara alınmışdır.(cild 01, iş vər. 253- 274) İşdə olan Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın onun atası X7 tərəfindən ödənildiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. (cild 02, iş vər. 03) İşdə olan Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın onun atası X7 tərəfindən ödənildiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. (cild 02, iş vər. 05) İşdə olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın onun atası X7 tərəfindən ödənildiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. (cild 02, iş vər. 07) İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli “Könüllü təslim olma barədə” protokoldan görünür ki, barəsində 20032/19 saylı axtarış işi olan Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə, saat 11:35-də Səbail RPİ-nin CAŞ-nə könüllü gələrək təslim olmuşdur. (cild 02, iş vər. 08) İşdə olan “Qətimkan tədbiri seçmək haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər. 37-39) İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-129/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Şahid4 xx xxxxxx 2019-cu il tarixdə xx xxxxxx 2019-cu il tarixdə saat 00:48 radələrində Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 24E ünvanın qarşısında Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında törətdiyi xuliqanlıq cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə sınaq müddəti ilə şərti olaraq məhkum edilmişdir. (cild 02, iş vər. 44-47) İşdə olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi, cinayət əməlinin tövsif edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, müvafiq qərarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin tərkibi olmadığından həmin xüsusata dair barəsində cinayət təqibinə hissəvi xitam edilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM- nin 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 126.1 və 221.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs və X3 əməllərində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin tərkibi olmadığından həmin xüsusata dair barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 29,120-ci maddəsinin tərkibi olmadığı üçün sonuncu barəsində iş üzrə həmin maddə ilə cinayət təqibinin başlanması rədd olunması, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əməllərində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkib əlaməti olmadığından barələrində həmin xüsusata dair cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. (cild 02, iş vər. 50-67) İşdə olan Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın onun atası X7 tərəfindən ödənildiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını, Təqsirləndirilən şəxsla barışdıqlarını bildirmişdir. İşdə olan Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın onun atası X7 tərəfindən ödənildiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını, Təqsirləndirilən şəxsla barışdıqlarını bildirmişdir. İşdə olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın onun atası X7 tərəfindən ödənildiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını, Təqsirləndirilən şəxsla barışdıqlarını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Dövlət X2 MFH/BA162022 İD №-li tələbə biletindən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ildən qeyd olunan Akademiyanın tələbəsi olmaqla Boks ixtisası üzrə ali təhsil alır. Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Görüntüyə baxışın keçirilməsi haqqında” xx xxx 2019-cu il tarixli protokollarda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması özünün hadisələrin baş vermə yeri, ardıcıllığı və mexanizmi ilə bağlı mahiyyət etibar etibarı ilə etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslər və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ona qarşı irəli sürülmüş ittihamla bağlı Zərərçəkmiş şəxs3 sağlamlığına qəsdən ağır zərər vurmaq istəməməsi barədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsinə əsasən - Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini mahiyyət etibarı ilə etiraf etməsini və törətdiyi əməllərdən peşman olmasını, gənc olmaqla hazırda ali təhsil alan tələbə olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərin hər biri ilə barışıq əldə edərək, onlara vurulmuş ziyanın tam olaraq ödənmiş olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Bununla yanaşı, məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, əməllərindən peşman olmaqla Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin xarakterini, onun şəxsiyyətini, hazırda tələbə olmaqla azadlıqdan məhrumetmə cəzası növündə cəza çəkməklə cəmiyyətdən təcrid olunacağı təqdirdə Təqsirləndirilən şəxs təhsildən kənarda qalmaqla gələcəkdə cəmiyyət üçün yararlı vətəndaş olmaq imkanlarının əhəmiyyətli dərəcədə mənfi təsirlənəcəyini nəzərə alaraq barəsində təqsirli bilindiyi cinayət əməllərinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını, bununla da cinayət qanunvericiliyi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə nail oluna biləcəyini mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs öz davranışları ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar: iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər Xidmətinin xx xxxxxx 2019-cu il tarixli TŞ 1-026 nömrəli videomüşahidə qurğusunun 1-ci kamerasının saat 00.35-dən 00.50-dək və TŞ 1-195 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının saat 00.45-dən 00.50-dək olan müddətdəki videogörüntülərin əks olunduğu 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 02 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar: iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər Xidmətinin xx xxxxxx 2019-cu il tarixli TŞ 1-026 nömrəli videomüşahidə qurğusunun 1-ci kamerasının saat 00.35-dən 00.50-dək və TŞ 1-195 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının saat 00.45-dən 00.50-dək olan müddətdəki videogörüntülərin əks olunduğu 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar