Məhkəmə qərarları › İş №1(101)-148/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-148/2022

28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-148/2022 28.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmuş, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 11, mənzil 11 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 -cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının sonlarında şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq 31 yanvar 2021-ci il tarixdə Bakı-İstanbul aviareysi vasitəsi ilə Azərbaycan Respublikasının Bakı şəhərindən Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, 01 fevral 2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvündən qara rəngli, üzərində “X23" sözləri yazılmış çamadanda şəxsi əşyaların arasında yerləşdirilmiş üzərində “logi” sözü yazılmış 2 ədəd səsgücləndiricinin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş 4 ədəd şəffaf sellofan bükümdə, ümumilikdə külli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 145 qram olan 1000 həb metilendioksinmetamfetamin (MDMA) psixotrop maddəsini və 1 ədəd sellofan bükümdə külli miqdarda, 89,679 qram kokain narkotik vasitəsini cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan qrup üzvündən alacağı 1500 manat müqabilində Azərbaycan Respublikasına gətirib Bakı şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvünə təhvil vermək üçün tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, saxlamış, daşımış, 01 fevral 2021-ci il tarixdə, saat 21 radələrində J2 176 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrək həmin külü miqdarda narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Xəzər rayonunda yerləşən Heydər Əliyev adına X12 1-ci Terminalında fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X18” gömrük postunda gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə, saat 22 radələrində gömrük nəzarəti zamanı qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində avtomobillərin təmiri ilə məşğul olmuş, son vaxtlar heç bir yerdə işləməmişdir. Ağsu rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 19 yanvar 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Bundan əvvəl 2010-cu ildə Azərbaycan Respublikasının CM-nin 228.1ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təxminən 2014 və ya 2015-ci ildə Mənsur adlı şəxs idarə etdiyi “BMW” markalı avtomobilini təmir etdirmək üçün onun yanına gətirmişdir. Həmin vaxtdan Mənsur adlı şəxslə münasibətləri yaranmışdır. Bir neçə dəfə Mənsur adlı şəxslə birlikdə “şüşə" kimi tanınan metamfetamin psixotrop maddəsindən istifadə etmişlər. Həmin psixotrop maddəni ya onun iş yerində, ya da müxtəlif yerlərdə qəbul etmişlər. Əvvəllər Badamdar qəsəbəsində kirayə qalmışdır. Evin kirayə pulunu ödəməkdə çətinlik çəkmişdir. Hazırkı vaxtdan təxminən il yarım əvvəl Mənsur adlı şəxs ona “Ziko” adlı tanışı üçün öz adına kart açdırıb verəcəyi təqdirdə ona 300 manat məbləğində pul verə biləcəyini demişdir. O, Mənsur adlı şəxsin bu təklifinə öz razılığını vermişdir. Bundan sonra Mənsur adlı şəxslə birlikdə "xxxx" ASC-nin Yasamal filialına gedərək orada adına bank kartı açdırmışdır. Mənsur adlı şəxs həmin kartın fotoşəklini çəkib “Ziko” adlı şəxsə göndərmişdir. Bundan sonra “Ziko” adlı şəxs qeyd edilən karta 300 manat məbləğində pul göndərmişdir. Həmin 300 manat məbləğində pulu kartdan çıxarmış, daha sonra qeyd edilən kartı Mənsur adlı şəxsə vermişdir. Mənsur adlı şəxsin həmin kartı “Ziko” adlı şəxsə necə təhvil verməsi barədə hər hansı məlumatı olmamışdır. Həmçinin Mənsur adlı şəxsdən “Ziko” adlı şəxsin mobil telefon nömrəsini götürmüşdür. Mənsur adlı şəxs “Ziko” adlı şəxsin narkotik vasitələr satdığını ona demişdir. Bununla əlaqədar bir neçə dəfə “Ziko” adlı şəxsə yazaraq ondan öz istifadəsi üçün 0,5 qram “şüşə” kimi tanınan metamfetamin psixotrop maddəsi almışdır. Hər dəfə psixotrop maddə alanda “Ziko” adlı şəxs ona kart nömrəsi göndərmiş, o, da “Milliön” ödəmə sistemi vasitəsilə “Ziko” adlı şəxsin kartına 35 manat məbləğində pul ödəmişdir. Həmin vaxtdan təxminən 2-3 ay sonra İmişli rayonunda olarkən Mənsur adlı şəxs ona kartla əlaqəli problem yarandığını bildimiş və ondan şəxsiyyət vəsiqəsinin fotoşəklini istəmişdir. O, da şəxsiyyət vəsiqəsinin fotoşəklini “Ziko” adlı şəxsə göndərmişdir. Həmin vaxtdan təxminən 2-3 ay sonra tanımadığı mobil nömrədə qeydiyyatdan keçmiş “Whatsapp” profilindən ona mesaj göndərilmişdir. Həmin mesajı yazan şəxs “Ziko” adlı şəxs və kartı alan şəxs olduğunu ona yazmışdır. Ünsiyyətləri zamanı “Ziko” adlı şəxs ona adına olan kartdan təxminən 3-4 min avro məbləğində pulun məxaric olunuduğunu, həmin 3-4 min avro məbləğində pulu geri qaytarmaq üçün Bakı şəhərindəki "xxxx" ASC-yə getməli olacağını, pulu geri qaytara bilsə, həmin məbləğin yarısını ona verəcəyini demişdir. Daha sonra “Ziko” adlı şəxs yol pulu göndərmək üçün ondan kart istəmişdir. Kartı olmadığı üçün taksi sürücüsünün kartını “Ziko” adlı şəxsə göndərmişdir. “Ziko” adlı şəxs də həmin karta 200 manat məbləğində pul yükləmişdir. Həmin pulu bankomat vasitəsi ilə məxaric etmişdir. Bundan sonra Bakı şəhərindəki "xxxx" ASC-yə gəlmişdir. Bank tərəfindən “Ziko” adlı şəxsin dediyi məbləği geri qaytarmaq mümkün olmadığından taksi ilə geri qayıtmışdır. Təxminən 2020-ci ilin avqust və ya senyabr ayında “Ziko" adlı şəxs ona “Unibankın 2 bakomatında kartdan 5000 manat məbləğində pul çıxarmaq istəyiblər. Lakin, hər dəfə 4000 manat çıxıb. Lakin hesabdan 5000 manat çıxdığı qeyd olunub” məzmunlu mesaj yazmış və bununla əlaqədar “Unibank" ASC-yə gedib həmin videogörüntüyə baxmaq üçün ərizə yazmasını ona bildirmişdir. Bundan sonra İmişli rayonundan Bakı şəhərinə gəlmiş və “Unibank" ASC-nin Yasamal filialında videogörüntüyə baxmağa icazə üçün ərizə yazmışdır. Həmçinin “Ziko” adlı şəxs ona adına daha bir kart açdırmasını bildirmişdir. Bununla əlaqədar həmin filialda öz adına daha bir kart açdırmışdır. Daha sonra “Zİko” adlı şəxs həmin kartı Bakı şəhərində, Nəriman Nərimanovun heykəli yaxınlığında yerləşən transformatorun yanına qoymasını və oradan 300 manat məbləğində pulu götürməsini ona bildirmişdir. O, da kartı “Ziko” adlı şəxsin dediyi yerə qoyub kartı qoyub 300 manat məbləğində pulu oradan götürmüşdür. Həmçinin taksi sürücüsünün kartının fotoşəklini “Ziko” adlı şəxsə göndərmişdir. “Ziko” adlı şəxs də qeyd edilən karta yol xərci qismində 200 manat məbləğində də pul göndərmişdir. Daha sonra ertəsi gün İmişli rayonuna geri qayıtmışdır. Sonuncu dəfə “Ziko” adlı şəxs 2021-ci ilin yanvar ayının ortalarında +1(774)290-6011 və +**********77 saylı telefon nömrələrində qeydiyyatdan “Whatsapp” profilləri vasitəsi ilə onunla əlaqə saxlayıb pul qazanmağı ona təklif etmişdir. Söhbətləri zamanı "Ziko" adlı şəxs ona Türkiyə Respublikasının İstanbul şəhərinə gəlməsini, oradan bir çamadanı götürüb Bakı şəhərinə aparmağı təklif etmiş və bunun müqabilində 1500 manat məbləğində pul verəcəyini bildirmişdir. O, da “Ziko” adlı şəxsin bu təklifi ilə razılaşmışdır. “Ziko” adlı şəxs bütün xərcləri də öz üzərinə götürmüşdür. “Ziko” adlı şəxsin maddi dəstəyi ilə özünə pasport da almışdır. Sonra İmişli şəhərində yerləşən aviakassaya getmişdir. “Ziko” adlı şəxs aviakassadakı işçinin bank kartını ondan istəmiş, həmin işçinin kartına 860 manat məbləğində bilet pulunu göndərmiş və İmişli şəhərində həmin pula Bakı-lstanbul-Bakı istiqamətində təyyarəyə bileti almışdır. 31 yanvar 2021-ci il tarixdə Bakı şəhərindən təyyarə vasitəsi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. İstanbul şəhərində hava limanında “Whatsapp” proqramı vasitəsi ilə "Ziko” adlı şəxslə əlaqə saxlamış və “Ziko" adlı şəxs onun bank kartına yenidən pul göndərmiş və qalacağı otelin ünvanını ona yazmışdır. Taksi ilə “Europark” otelə getmiş və gecəni orada qalmışdır. Səhərisi gün “Ziko” adlı şəxs ona yenidən yazmış və bundan bir qədər sonra qaldığı otelə bir türk vətəndaşı qara rəngli çemodanı gətirib ona təhvil vermişdir. Həmin gün “Ziko” adlı şəxs yenidən bank kartına yol pulu göndərmiş və Bakı şəhərinə çatandan sonra onunla əlaqə saxlayacağını demişdir. 01 fevral 2021-ci il tarixində təyyarə vasitəsi ilə İstanbul şəhərindən Bakı şəhərinə gəlmiş və həmin gün, saat 21 radələrində pasport nəzarətindən keçib hava limanında baqajını gözləmişdir. Əl yükü, yəni çamadanı gec gəldiyinə görə “Ziko” adlı şəxsə bu barədə yazmışdır. “Ziko” adlı şəxs də ona narahat olmamasını bildirmişdir. Çamadanı götürüb gömrük nəzarətindən keçərkən gömrük əməkdaşları onu saxlamış və çamadanı rentgen müayinəsindən keçiriləndən sonra onu otağa aparmışlar. Otaqda videoçəkilişdən istifadə edilməklə yoxlama keçirilmiş və yoxlama zamanı ona məxsus qara rəngli çemodanın içərisindəki şəxsi əşyaların arasında olan 2 (iki) ədəd qara rəngli üzərində “logi” sözü yazılmış səsgücləndiricilər aşkar olunmuş və həmin səsgücləndiricilər vintaçanla sökülüb içərilərinə baxış keçirilmişdir. Baxış zamanı birinci səsgücləndiricinin içərisində 3{üç) ədəd şəffaf rəngli sellofan paket olduğu aşkar olunmuş, həmin paketlər açılmış və hər birinin içərisindən qəhvəyi-narıncı rəngli dördkünc həblər aşkar edilmişdir. İkinci səs gücləndiricinin içərisində 2(iki) ədəd şəffaf rəngli paket olduğu aşkar edilmiş, həmin paketlər açılmış və birinci paketin içərisindən qəhvəyi-narıncı rəngli dördkünc həblər, ikinci paketin içərisindən isə ağ rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Aşkar olunan həblər sayılmış və elektron tərəzidə çəkilmiş, ümumi sayı 1000 (min) ədəd, ümumi çəkisi isə təxminən 302 (üç yüz iki) qram, ağ rəngli toz şəkilli maddə elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisi təxminən 90 (doxsan) qram olduğu müəyyən edilmişdir. Həmin maddələr polietilen zərfə qablaşdırılaraq götürülmüşdür. Əvvəllər narkotik vasitələrdən, psixotrop və ya güclü təsir edən maddələrdən istifadə etmişdir. Lakin uzun müddətdir, təxminən 7-8 aya yaxındır istifadə etməmişdir, əvvəllər narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddələrin alqı-satqısı və ya xarici ölkələrdən daşınması ilə məşğul olmamışdır. "Ziko” adlı şəxs "Whatsapp” statuslarında hər gün müxtəlif narkotik vasitələri reklam edərək təkliflər etmiş və həmin narkotik vasitələrin qiymətlərini də açıq şəkildə həmin statuslarda yerləşdirmiş, bank kartına köçürmə yolu ilə satışını həyata keçirmişdir. Bununla əlaqədar “Ziko" adlı şəxsin narkotik vasitələrin alqı-satıqısı ilə məşğul olduğunu bilmiş və “Ziko” adlı şəxsdən bir neçə dəfə narkotik vasitə də almışdır. “Ziko” adlı şəxs ondan narkotik vasitə aldıqda, “Ziko” adlı şəxs həmin narkotik vasitələri Bakı şəhərində hər dəfə müxtəlif ərazilərə, müxtəlif yerlərə qoymuş, ünvanı göndərmiş və narkotik vasitənin qoyulduğu yerin fotoşəklini ona göndərmişdir. Telefonda adını “Mensur “Ziko”” kimi qeyd etdiyi şəxsin verdiyi çamadanda narkotik vasitə olduğuna tam əmin olmamış, lakin qeyd edilən çamadanda qeyri- qanuni əşyalar olduğundan şübhələnmişdir. Çamadanı təhvil alandan içərisinə baxmamışdır. “Ziko” adlı şəxsin narkotik alqı-satqısı ilə məşğul olduğunu bildiyi halda onun təklifi ilə Türkiyə Respublikasından 1500 manat pul müqabilində çamadanı gətirməyə razılıq verməsi maddi vəziyyətinin ağır olması və pula ehtiyacının olması ilə bağlı olmuşdur. “Ziko” adlı şəxs çamadanı Bakı şəhərinə aparmağı təklif edən zaman hər hansı problemin olmayacağını bildirmişdir. Gömrük əməkdaşları tərəfindən yoxlama aparılan zaman “Ziko” adlı şəxsə səsgücləndiricilərin içərisində nəsə olduğunu yazmış, “Ziko” adlı şəxs də ona “yoxlasınlar, orada heç nə yoxdu” demişdir. Çamadanda ona məxsus olan hər hansı əşya olmamışdır. Qeyd edilən çamadanı içərisindəki əşyalarla birlikdə ona veriblər. Bakı şəhərində otelə gedəcəkmiş və daha sonra çamadanı ondan götürəcəkdilər. “Ziko” adlı şəxs ona Bakı şəhəri, Nərimanov rayonunda otellərin birinə getməyi bildirmişdir. İşlətdiyi mobil telefona +**********37 nömrədən “Whatsapp”la yazıb çamadanı ona təhvil verdiyini bildirən Tarkan adlı şəxsi əvvəllər tanımamış, çox güman nömrəsini Tarkan adlı şəxsə “Ziko” adlı şəxs vermişdir. Mənsur adlı şəxsi tanımış tanıyıram, Şahid5 adlı şəxsi tanımamışdır, tanımıram. Mənsur adlı şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yaşamış, “Kamaz” markalı yük maşını idarə etmiş, təxminən 32-33 yaşı vardır, ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Mənsur adlı şəxslə uzun müddətdir əlaqəsi yoxdur. Mənsur adlı şəxsin atası rəhmətə gedən zaman zəng etmədiyi aralrında inciklik yaranmışdır. Mənsur adlı şəxsin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı məlumatı yoxdur, olmamışdır. Tarkan adlı şəxsin Mənsur adlı şəxsi haradan tanıması barədə hər hansı məlumatı yoxdur, olmamışdır. Tarkan adlı şəxsi tanımamışdır. Tarkan adlı şəxs sonra ona videogörüntü ilə zəng etmiş, səsindən Tarkan adlı şəxsin türk olduğunu başa düşmüşdür. Tarkan adlı şəxsin mobil telefonu +**********37 saylı olmuşdur. "Ziko” adlı şəxslə Mənsur adlı şəxsin əlaqələri barədə məlumatı yoxdur. Lakin 2021 -ci ilin yanvar ayında “Ziko” adlı şəxs ona Mənsur adlı şəxslə münasibətlərinin korlandığını demişdir. Çox güman “Ziko” adlı şəxs onun saxlanıldığını hiss etmiş, Mənsur adlı şəxslə münasibəti korlandığı üçün Mənsur adlı şəxsin də tutulmasını istəmişdir. Buna görə də “Ziko” adlı şəxs Mənsur adlı şəxsin adını vermişdir. Lakin Seymur adlı şəxsi tanımamışdır. Çamadanı İstanbul şəhərində götürüb hava limanına gedəndə “Ziko” adlı şəxs ona mobil telefonda onunla olan bütün yazışmaları silməyi tapşırmışdır. Asif adlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X22 İdarəsinin Nəvai postunda yol patrul xidməti əməkdaşı işləmişdir. Asif adlı şəxslə təxminən 2018-ci ildə tanış olmuşdur. Asif adlı şəxslə tanışlıqları sonuncunun “BMW” markalı xidməti avtomobilini təmir etməsi ilə bağlı olmuşdur. Həmin vaxtdan Asif adlı şəxsin idarə etdiyi “BMW” markalı xidməti avtomobilini təmir etmişdir. Asif adlı şəxslə ünsiyyəti də onun “BMW” markalı xidməti avtomobilinin təmir etməsi ilə bağlı olmuşdur. Sonradan bildiyinə görə içərisində narktoik vasitə və psixotrop maddə olan çantanı ona verən şəxsin adı Tarkan olmuşdur. Həmin vaxtadək Tarkan adlı şəxslə hər hansı ünsiyyəti və tanışlığı olmamışdır. Özünü Tarkan kimi təqdim edən şəxsin nəyə görə içərisində narkotik vasitə və psixotrop maddə olan çantanı Şahid5 adlı şəxsə və +**********23 saylı mobil telefon nömrəsinin istifadəçisinə çatdırması barədə mesaj yazmasının səbəbini də bilməmişdir. “Ziko” adlı şəxs qeyd edilən çantanı çatdırmalı olacağı şəxs barəsində ona dəqiq olaraq bir söz deməmişdir. “Ziko” adlı şəxs çantanı çatdırmalı olacağı şəxs barədə məlumatı Bakı şəhərinə çatdıqdan sonra ona verəcəyini demişdir. Ona görə qeyd edilən çantanın konkret olaraq kimə təhvil verəcəyini bilməmişdir. X4 tanımır və qeyd edilən şəxslə hər hansı ünsiyyəti də olmamışdır. Asif adlı şəxslə də həmişə 055-685-37- 37 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Asif adlı şəxsin başqa hər hansı digər mobil telefon nömrəsindən istifadə etməsi barədə hər hansı məlumatı yoxdur. Asif adlı şəxsin “Ziko” və Tarkan adlı şəxslərlə hər hansı tanışlığının olub-olmaması barədə də hər hansı məlumatı yoxdur, olmamışdır. Asif adlı şəxsin narkotik vasitələrdən, güclü təsir edən və ya psirxotrop maddələrdən istifadə edib-etməməsi barədə hər hansı məlumatı olmamışdır, belə bir halın şahidi də olmamışdır. Mənsur adlı tanışına Asif adlı tanışımın narkotik vasitə aludəçisi olması barədə ona bildirib-bildirməsini xatırlamır. Asif adlı şəxslə tanışlıq və dostluq münasibəti olmuşdur. Aralarında olan telefon danışıqları da ümumi hal-əhval tutmaq, avtomobilin hər hansı nasazlığı və müəyyən vaxtlarda görüşməkləri ilə bağlı olmuşdur. Sonuncu dəfə Bakı şəhərinə gələndə, Türkiyə Respublikasına getməmişdən qabaq, 30 yanvar 2021-ci il tarixdə Asif adlı şəxslə Bakı şəhəri, Nərimanov rayonu ərazisində adını xatırlamadığı “xingal” verilən kafedə görüşüb xingəl yemiş və hal-əhval tutmuşlar. Görüşləri zamanı Asif adlı şəxsə işlə əlaqədar Türkiyə Respublikasına deyil, Rusiya Federasiyasına işləməyə gedəcəyini demişdir. Asif adlı şəxs həmin işin nə ilə bağlı olduğunu ondan soruşmuş, o, da həmin işin konkret olaraq nə ilə bağlı olduğunu Asif adlı şəxsə deməmişdir. Həmin vaxt Asif adlı şəxsə nəyə görə Türkiyəyə deyil, Rusiyaya gedəcəyini deməsinin səbəbini də bilmir. Asif adlı tanışının və Asif adlı şəxslə aralarında olan telefon danışıqlarınının ittiham olunduğu cinayət əməlləri ilə hər hansı bağlılığı olmamışdır. Şahid5 adlı şəxsi tanımamış, Asif adlı şəxsin də belə bir tanışının olması barədə hər hansı məlumatı olmamışdır. Eləcə də Asif adlı şəxsin ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə edib-etməməsi barədə hər hansı məlumatı olmamışdır. Adına "xxxx" ASC-yə məxsus xxxxxxxxxxxx0999 və xxxxxxxxxxxx7839 nömrəli "Albalı" debet plastik bankomat kartları olmuşdur. Həmin kartları “Ziko” adlı şəxsin xahişi ilə öz adına qeydiyyata aldırıb “Ziko" adlı şəxsə göndərmişdir. “Ziko” adlı şəxs də bunun əvəzində hər dəfə ona 300 manat məbləğində pul göndərmişdir. Həmin kartlar həmişə “Ziko” adlı şəxsin istifadəsində olmuşdur, onun istifadəsində olmamışdır. Ona görə qeyd edilən kartlara mədaxil və qeyd edilən kartlardan məxaric olan pul vəsaitlərinin kim və ya kimlər tərəfindən mədaxil və ya məxaric olunduğu, həmin pul vəsaitlərinin nə məqsədlə mədaxil və ya məxaric olunması barədə hər hansı məlumatı yoxdur, olmamışdır. İmişli rayonunda aviabilet aldığı Şahid8 “Ziko” və Tarkan adiı şəxslərlə hər hansı tanışlığı və ya münasibəti olmamışdır. Aviabilet aldığı şəxsin ümumiyyətlə onun Türkiyə Respublikasına nə məqsədlə getməsi barədə də hər hansı məlumatı olmamışdır. Əlavə ifadəsində göstərmişdir ki, “Ziko” adlı şəxs hər hansı tanışı razı olacağı təqdirdə adına "xxxx" ASCdə adına kart açdırıb qeyd edilən kartı istifadə etməsi üçün sonuncuya verəcəyi təqdirdə ona 300 manat məbləğində pul verə biləcəyini demişdir. O, da belə bir adam tapdıqda məlumat verəcəyini “Ziko” adiı şəxsə bildirmişdir. Bundan sonra “Ziko” adlı şəxs ona kart açdırarkən əlaqə nömrəsi kimi onun deyəcəyi mobil telefon nömrəsini qeyd edilməsinin zəruri olduğunu demiş, o, da bunun problem olmadığını bildirmişdir. Bundan sonra 2020-ci ilin dekabr ayının əvvəlləri və ya ortalarında tanışı Şahid6 ilə sonuncunun avtomobilinin təmir edilməsi ilə əlaqədar Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında yerləşən avtoservisdə görüşdüyü vaxt Şahid6 tikinti şirkətində işləyən tanışı tikinti şirkəti olan tanışının olduğunu, həmin tanışına gördüyü tikinti işləri ilə bağlı böyük məbləğlərdə pu! köçürüldüyünü, bununla əlaqədar qeyd edilən tanışına əlavə “Unibank" ASC-yə məxsus debet bankomat kartı lazım olduğunu, əgər "xxxx" ASC-də adına kart açdırıb qeyd edilən kartı istifadə etməsi üçün həmin tanışına verəcəyi təqdirdə 200 manat məbləğində pul verə biləcəyini, özünün də adına kart açdırıb istifadə etməsi üçün qeyd edilən tanışına verdiyini, bununla bağlı hər hansı problem yaşamadığını, buna görə də narahat olmamasını demişdir. Şahid6 də bankla bağlı əvvəllər problemlər yaşadığı üçün onun bu təklifinə razılığını verməmişdir. O, da bununla bağlı daha sonra Şahid6 bir söz deməmişdir. Ertəsi gün tanışı Şahid6 avtomobilinin təmir edilməsi ilə əlaqədar Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında yerləşən avtoservisdə olduğu vaxt orada sonuncunun bibisi oğlu Seymur adlı şəxslə ilk dəfə tanışlıq münasibəti yaranmış, söhbət zamanı Seymur adlı şəxsin maddi cəhətdən çətinlik çəkməsi ilə bağlı danışdığını görüb ona Şahid6 yanında tikinti şirkəti olan tanışının olduğunu, həmin tanışına gördüyü tikinti işləri ilə bağlı böyük məbləğlərdə pul köçürüldüyünü, bununla əlaqədar həmin tanışına əlavə "xxxx" ASC-yə məxsus debet bankomat kartı lazım olduğunu, əgər "xxxx" ASC-də adına kart açdırıb qeyd edilən kartı istifadə etməsi üçün həmin tanışına verəcəyi təqdirdə 200 manat məbləğində pul verə biləcəyini, özünün də adına kart açdırıb istifadə etməsi üçün qeyd edilən tanışına verdiyini, bununla bağlı hər hansı problem yaşamadığını, buna görə də narahat olmamasını demişdir. Həmin vaxt Şahid6 də onu tanıdığını, ona inandığını, buna görə narahat olmamasını Seymur adlı şəxsə demişdir. Bundan sonra Seymur adlı şəxs onun qeyd edilən təklifinə öz razılığını vermiş, o, da "xxxx" ASC-nin hər hansı filialına gedib adına debet bankomat kartı açdırıb həmin kartı təhvil aldıqdan sonra ona verməsini və kart açdırarkən əlaqə nömrəsi kimi öz mobil nömrəsini deyil, onun deyəcəyi mobil telefon nömrəsini deməsini Seymur adlı şəxsə bildirmişdir. Seymur adlı şəxs də buna öz razılığımı vermiş və kartı sifariş verməmişdən qabaq Şahid6 vasitəsi ilə kartı sifariş verərkən əlaqə nömrəsi kimi qeyd edəcəyi, “Ziko” adlı şəxsin dediyi xatırlamadığı mobil telefon nömrəsini də Seymur adlı şəxsə demişdir. Təxminən 3-4 gün keçmiş Seymur adlı şəxs Şahid6 vasitəsilə sifariş verdiyi debet kartını "xxxx" ASC-nin Əhmədli filialından götürdüyünü ona bildirmişdir. O, da bu barədə “Whatsapp” proqramı vasitəsi ilə “Ziko” adlı şəxsə məlumat vermişdir. “Ziko” adlı şəxs də kartı təhvil alıb deyəcəyi yerə qoyması üçün ona 300 manat məbləğində pul göndərəcəyini ona demişdir. Bir qədər sonra “Ziko” adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə Bakı şəhərində xatırlamadığı ünvandan 300 manat pulu götürüb qeyd edilən debet kartını həmin yerə qoymasını ona bildirmişdir. O, da bunun problem olmadığını “Ziko” adlı şəxsə demişdir. Həmin gündən 1-2 gün sonra Seymur adlı şəxs Şahid6lə birlikdə “BMW 525” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin yaxınlığında yerləşən “Günəş petrol” yanacaq doldurma məntəqəsinə gəlmiş və orada görüşmüşlər. Görüşdükdən sonra kartı təhvil vermək üçün gedəcəkləri yolu deyəcəyini Şahid6 və Seymur adlı şəxsə bildirmişdir. İnterneti olmadığı üçün daha sonra Şahid6 mobil telefon nömrəsini götürərək həmin mobil telefonda olan “Whatsapp” proqramı vasitəsi ilə “Ziko” adlı şəxsə debet kartın onda olduğunu demişdir. “Ziko” adlı şəxs də inandırıcı olsun deyə kart sahibi ilə hər hansı inzibati binanın yaxınlığınadək getməsini ona bildirmişdir. O, da “Ziko” adlı şəxsin dediyi kimi inandırıcı olsun deyə Seymur adlı şəxsə Rusiya Səfirliyi istiqamətində sürməsini, Rusiya Səfirliyindən bir qədər aralı, “rus qəbiristanlığı” deyilən yerin yaxınlığında avtomobili saxlamasını demiş, Seymur adlı şəxs də avtomobili saxlamışdır. Bundan sonra Şahid6 mobil telefonunu və Seymur adlı şəxsin adına olan debet kartını götürərək onlardan uzaqlaşmış və yaxınlıqdakı inzibati binaya daxil olub bir qədər gözləmiş, bir qədər sonra geri qayıdaraq “Ziko” adlı şəxsin göndərdiyi 300 manat pulun 200 manatını Seymur adlı şəxsə vermişdir. Seymur adlı şəxs də ona öz təşəkkürünü bildirmişdir. Bundan sonra Seymur adlı şəxs idarə etdiyi avtomobillə onu və Şahid6 sonuncunun avtomobilinin təmir olunduğu avtoservisə aparmışdır. Avtoservisə çatdıqda qeyd edilən avtomobildən düşmüşlər. Bundan sonra Seymur adlı şəxs onları gözləməyərək çıxıb getmişdir. Həmin vaxtdan təxminən 7-10 gün keçmiş, 2020-ci ilin dekabr ayının ortaları və ya sonlarında “Ziko” adlı şəxs onunla “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq Şahid5 adına olan debet kartını "xxxx" ASC-yə gedib bağlatdırmasını deməsini, həmin kartda olan 1040 manat məbləğində pulu hesabdan çıxaraq ona təhvil verməsini və qeyd edilən 1040 manat pulu təhvil aldıqdan sonra Bakı şəhərində onun deyəcəyi yerə qoymasını bildirmişdir. O, da bunun problem olmadığını demişdir. Həmin gün Şahid6lə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Şahid5 adına oian debet kartını "xxxx" ASC-yə gedib bağlatdırmasını və həmin kartda olan 1040 manat məbləğində pulu hesabdan çıxaraq ona çatdırmasmı bildirməsini demişdir. Şahid6 də bu barədə Seymur adlı şəxsə məlumat vermişdir. Həmin gün Seymur adlı şəxs "xxxx" ASC-nin Əhmədli filialına gedərək adına olan debet kartını bağlatdırmış və qeyd edilən kartın hesabında olan 1040 manat məbləğində pulu hesabdan çıxardıb Bakı şəhəri, Səbail rayonu, Batamdar qəsəbəsində olan parkda onunla görüşərək 1040 manat pulu ona vermişdir. O, da həmin 1040 manat pulun 40 manatını zəhmət haqqı olaraq Seymur adlı şəxsə vermişdir. Daha sonra bu barədə “Ziko” adlı şəxsə məlumat vermişdir. Həmin gün qalan 1000 manat məbləğində pulu Bakı şəhərində, “Ziko" adlı şəxsin dediyi xatırlamadığı yerə qoymuş və bu barədə “Whatsapp” proqramı vasitəsi ilə “Ziko” adlı şəxsə məlumat vermişdir. Həmin vaxtdan təxminən 7-8 gün keçmiş “Ziko” adlı şəxs yenidən onun “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq Şahid5 adına olan debet kartını “Unibank" ASC-yə məxsus kartda olan 700 manat məbləğində pulun qaldığını deməsini və həmin 700 manat məbləğində pulu hesabdan çıxaraq ona təhvil verməsini və qeyd edilən 700 manat pulu təhvil aldıqdan sonra Bakı şəhərində deyəcəyi yerə qoymasını ona demişdir. O, da bunun problem olmadığını “Ziko” adlı şəxsə demişdir. Həmin gün Şahid6lə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Şahid5 adına olan debet kartında qalan 700 manat məbləğində pulu hesabdan çıxararaq ona çatdırmasmı bildirməsini demişdir. Şahid6 də bu barədə Seymur adlı şəxsə məlumat vermişdir. Həmin gün Seymur adlı şəxs "xxxx" ASC-nin Əhmədli filialına gedərək adına debet kartında qalan 700 manat məbləğində pulu hesabdan çıxartdırıb Bakı şəhəri, Səbail rayonu, Batamdar qəsəbəsində olan parkda onunla görüşərək 700 manat pulu ona vermişdir. O, da həmin 700 manat pulun 50 manatını zəhmət haqqı olaraq Seymur adlı şəxsə vermişdir. Daha sonra bu barədə “Ziko" adlı şəxsə məlumat vermişdir. Həmin gün qalan 650 manat məbləğində pulu Bakı şəhərində, "Ziko” adlı şəxsin dediyi xatırlamadığı yerə qoymuş və bu barədə “Whatsapp” proqramı vasitəsi ilə “Ziko" adlı şəxsə məlumat vermişdir. Həmin gündən təxminən 2-3 gün keçmiş Şahid6 əvvəllər hər hansı ünsiyyəti olmadığı xarici mobil operatoruna məxsus mobil nömrədə qeydiyyat keçmiş “Whatsapp” proqramı vasitəsi ilə "Seymur, kartı bağlamısan? Kartdan pul çıxarılıb və bağlanılıb. Səndən polisə şikayət edəcəm" məzmunlu mesaj yazıldığını, həmin şəxsə cavab yazmadığını və qeyd edilən məsələyə aydınlıq gətirməsini ona bildirmişdir. O, da Şahid6 “heç bir cavab yazma, gəlib özüm cavab yazacam" demişdir. Təxminən 1-2 gün keçmiş Bakı şəhərinə gələrək Şahid6 istifadəsində olan mobil telefonu götürüb “Ziko” adlı tanışına narahat olmamasını və problemi həll edəcəyini demişdir. Şahid6 yenidən əvvəllər hər hansı ünsiyyəti olmadığı xarici mobil operatoruna məxsus mobil nömrədə qeydiyyat keçmiş “Whatsapp” proqramı vasitəsi ilə ona “kartı bağlamısan? Kartdan pul çıxarılıb və bağlanılıb. Səndən polisə şikayət edəcəm” məzmunlu mesaj yazıldığını ona demişdir. O, da Şahid6 “heç bir cavab yazma, nömrəni işlətmə" demişdir. Şahid6 də ona Seymur adlı şəxsə hər hansı problemin yaranmamasını demişdir. O, da Seymur adlı şəxsə hər hansı problem yaranmayacağını, buna görə narahat olmamasını Şahid6 bildirmişdir. Seymur adlı şəxsdən təhvil aldığı 1000 və 650 manat məbləğində pulu Bakı şəhərində, “Ziko" adlı şəxsin dediyi xatırlamadığı yerə qoymuş və bu barədə “Whatsapp” proqramı vasitəsi ilə “Ziko” adlı şəxsə məlumat vermişdir. Belə olduğu halda “Ziko” adlı şəxsin pulun ona çatmaması ilə bağlı Şahid6 hədə-qorxu gəlməsinin səbəbini bilməmişdir. Ola bilsin Seymur adlı şəxsdən təhvil aldığı 1000 və 650 manat məbləğində pulu hər hansı şəxs “Ziko” adlı şəxsə çatdırmamışdır. Seymur adlı şəxslə yaxın münasibəti olmadığı üçün onun adı yadımdan çıxarmışdır. Bununla əlaqədar ilkin izahatında və ifadələrində “Şahid5” adlı şəxsi tanımadığını bildirmişdim. Adına “Unibank" ASC-yə məxsus xxxxxxxxxxxx0999 və xxxxxxxxxxxx7839 nömrəli "Albalı" debet plastik bankomat kartları olmuşdur. Əvvəlki ifadələrində də qeyd etdiyi kimi həmin kartları "Ziko” adlı şəxsin xahişi ilə öz adına qeydiyyata aldırıb “Ziko” adlı şəxsə göndərmişdir. Həmin kartlar həmişə “Ziko” adlı şəxsin və ya onun adını və ya adlarını bilmədiyi, tanımadığı hər hansı tanışının və ya tanışlarının istifadəsində olmuşdur, onun istifadəsində olmamışdır. Ona görə qeyd edilən kartlara mədaxil və məxaric olan pul vəsaitlərinin kim və ya kimlər tərəfindən mədaxil və ya məxaric olunduğu, həmin pul vəsaitlərinin nə məqsədlə mədaxil və ya məxaric olunması barədə hər hansı məlumatı yoxdur, olmamışdır. Adına olan Kartlara ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti mədaxil etmiş və həmin kartlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə adlarına pul vəsaiti məxaric edilmiş ayrı-ayrı şəxsləri, eləcə də qeyd edilən kartlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti məxaric etmiş şəxsləri tanımır, həmin şəxslərlə hər hansı münasibəti də olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2018-ci ilin oktyabr ayından Dövlət Gömrük Komitəsi “Azərteminalkompleks” Birliyinin inspektoru X6 Baş Gömrük İdarəsi Skanlaşdırma və X5 tətbiqi şöbəsinə inspektor vəzifəsinə təhkim olunmuşdur. 01 fevral 2021-ci il tarixdə xidməti vəzifəsini Heydər Əliyev adına X12 1-ci terminalının bunkerində “Heimann” markalı rentgen aparatı qarşısında yerinə yetirmişdir. Həmin gün, saat 21 radələrində J2 176 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn şəxsiyyəti sonradan ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus yük, yəni çamadan 1-ci terminalın bunkerində yerləşən rentgen aparatından keçirilərkən çamadanda olan səsgücləndiricilərin daxilində şübhəli əşyaların təsvirlərini monitorda görmüş, bu səbəbdən həmin yükü yapışqan lentlə işarəiəyib gəliş zalına göndərmişdir. Təqsirləndirilən şəxs gəliş zalındakı yük lentinin üzərindən çamadanını götürüb gömrük nəzarətindən keçərkən yükü, yəni çamadanı təkrar rentgen aparatından keçirilmiş və əşyalarına yoxlama keçirilməsindən ötrü yoxlama otağına dəvət olunmuşdur. Yoxlama başlamamışdan qabaq Təqsirləndirilən şəxs tərəflərindən çamadanında gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olubolmaması barədə sorğu-sual edilmişdir. Təqsirləndirilən şəxs də cavabında çamadanında gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını onlara bildirmişdir. Bundan sonra yoxlama otağında tərəfindən Təqsirləndirilən şəxs, onunla birlikdə növbədə və xidmətdə olan Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və X5 tətbiqi şöbəsinin əməkdaşları Şahid3, Şahid4 və Şahid1 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs məxsus qara rəngli, “619264” birka nömrəli, üzərində “X23” sözləri yazılmış çamadana gömrük nəzarəti qaydasında yoxlama keçirilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus qara rəngli, “619264” birka nömrəli, üzərində “X23” sözləri yazılmış çamadanın içərisindəki şəxsi geyim əşyalarının arasında olan 2 (iki) ədəd qara rəngli, üzərində “iogi” sözü yazılmış səs gücləndiricilər götürülmüş və vintaçanla açılmışdır. Daha sonra birinci səs gücləndiricinin içərisində 3 (üç) ədəd şəffaf rəngli sellofan paket olduğu müəyyən edilmiş, həmin paketiər açılmış və hər birinin içərisindən psixotrop maddə - MDMA-ya oxşar, qəhvəyi- narıncı rəngli, dördkünc həblər aşkar olunmuşdur. İkinci səs gücləndiricinin içərisində 2 (iki) ədəd şəffaf rəngli paket olduğu müəyyən edilmiş, həmin paketlər açılmış, birinci paketin içərisindən psixotrop maddə - MDMA-ya oxşar, qəhvəyinarıncı rəngli, dördkünc həblər, ikinci paketin İçərisindən isə narkotik vasitə - kokainə oxşar ağ rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə tərəflərindən Təqsirləndirilən şəxs üzərində soyundurulmadan şəxsi yoxlama keçirilmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən gömrük orqanına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet aşkar edilməmişdir. Aşkar olunan psixotrop maddə - MDMA-ya oxşar həblər tərəflərindən sayılmış və elektron tərəzidə çəkilmişdir. Sayılma və elektron tərəzidə çəkilmə zamanı aşkar olunan psixotrop maddə - MDMA-ya oxşar həblərin ümumi sayının 1000 ədəd, ümumi təqribi çəkisinin isə sellofan paketləri ilə birlikdə 302 qram təşkil etdiyi tərəflərindən müəyyən edilmişdir. Aşkar olunan narkotik vasitə - kokainə oxşar ağ rəngli, toz şəkilli maddə də tərəflərindən elektron tərəzidə çəkilmişdir. Elektron tərəzidə çəkilmə zamanı narkotik vasitə - kokainə oxşar ağ rəngli, toz şəkilli maddənin ümumi təqribi çəkisinin sellofan paketləri ilə birlikdə 90 qram təşkil etdiyi tərəflərindən müəyyən olunmuşdur. Aşkar edilmiş narkotik vasitə - kokainə oxşar maddə və psixotrop maddə -MDMA-yə oxşar maddə “202022" nömrəli polietilen zərfə qablaşdırılaraq tərəflərindən götürülmüşdür. Eləcə də Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, C 03062473 nömrəli pasport, qara rəngli, “619264” birka nömrəli, üzərində “X23” sözləri yazılmış çamadan, narkotik vasitəyə və psixotrop maddəyə oxşar maddələrin aşkar olunduğu, üzərində “logi” sözü yazılmış 02 ədəd səsgücləndirici tərəflərindən götürülmüşdür. Bütün bunlarla bağlı tərəfindən protokollar tərtib edilmişdir. Təqsirləndirilən şəxs, baxışda və yoxlamada iştirak edən digər şəxslər də həmin protokollarla tanış olub düzgün tərtib olunmalarını öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsi “Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X5 tətbiqi şöbəsinin böyük inspektoru Şahid4, Dövlət Gömrük Komitəsi “Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X5 tətbiqi şöbəsinin inspektoru Şahid1, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X5 tətbiqi şöbəsinin baş inspektoru Məmmədli X3 Elçin Ələkbər oğlu ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdilər. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2011-ci ildən 2020-ci ilin iyul ayınadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsində yol patrul xidməti vəzifəsində işləmişdir. Hazırda işləmir. ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayır. Namiq adlı şəxslə təxminən 2018-ci ildən tanışdır. Namiq adlı şəxslə tanışlıqları “BMW” markalı xidməti avtomobilini təmir etməsi İlə bağlı olmuşdur. Namiq adlı şəxs Bakı şəhəri, Səbail rayonu, Batamdar qəsəbəsində yerləşən sexdə avtomobil elektrik ustası işləmişdir. Həmin vaxtdan Namiq adlı şəxs idarə etdiyi “BMW” markalı xidməti avtomobilini təmir etmişdir. Eləcə də Namiq adlı şəxs ona məxsus olan “Wolksvagen” markalı avtomobili də təmir etmişdir. Namiq adlı şəxslə ünsiyyəti və tanışlığı da onun “BMW” və “Wolksvagen” markalı avtomobillərini təmir etməsi ilə bağlı olmuşdur. Şahid5 dayısı oğludur, Şahid5la həmişə normal münasibəti olmuşdur, hazırda da hər hansı münaqişəsi və ya ədavəti yoxdur. Şahid5 özünə məxsus olan avtomobillə fərdi qaydada taksi işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması barədə eşitsə də, qeyd edilən şəxsin narkotik vasitə istifadə etməsinin bilavasitə şahidi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumatı olmamışdır. Dayısı oğlu Şahid5 nə vaxtsa narkotik vasitlərdən və ya psixotrop maddələrdən istifadə etməsi barədə hər hansı məlumatı yoxdur, olmamışdır. Şahid5 namaz qılan şəxsdir, spirtli içki belə qəbul etmir. 2020-ci ilin təxminən dekabr ayının əvvəllərinədək və ya ortalarınadək Təqsirləndirilən şəxslə Şahid5 hər hansı hər hansı ünsiyyəti və ya tanışlığı olmamışdır. 2020-ci ilin dekabr ayının əvvəlləri və ya ortalarında ona məxsus olan “Wolksvagen Passat” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin motorunda və elektrik naqillərində problem yaranmışdır. Bununla əlaqədar qeyd edilən avtomobili Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında yerləşən avtoservisə təmirə vermişdir. Qeyd edilən vaxt həmin avtomobilin elektrik problemini həll edə bilməmişlər. Namiq adlı tanışı yaxşı elektrik olduğu üçün onunla əlaqə saxlayaraq avtomobilini təmir etməsi üçün Bakı şəhərinə dəvət etmişdir. Namiq adlı şəxs də avtomobilini təmir etdirdiyi avtoservisə gəlmişdir. Namiq adlı şəxs avtomobilini müayinə edərək müəyyən ehtiyat hissələrinin alınmalı olacağını demişdir. Görüşləri zamanı Namiq adlı şəxs tikinti şirkəti olan tanışının olduğunu, həmin tanışına gördüyü tikinti işləri ilə böyük məbləğlərdə pul köçürüldüyünü, bununla əlaqədar həmin tanışına əlavə "xxxx" ASC-yə məxsus debet bankomat kartı lazım olduğunu, bununla əlaqədar əgər "xxxx" ASC-də adıma kart açdırıb qeyd edilən kartı istifadə etməsi üçün həmin tanışına verəcəyi təqdirdə ona 300 manat məbləğində pul verə biləcəyini və bununla bağlı mənə hər hansı problemin yaranmayacağını demişdir. O, da Namiq adlı şəxsə nəyə görə öz adına kart açdırmadığım demişdir. Namiq adlı şəxs də adına 2 ədəd kart açdırıb tanışına verdiyi üçün daha adına kart açdıra bilmədiyini ona demişdir. O, da bankla bağlı əvvəllər problemlər yaşadığı üçün Namiq adlı şəxsin bu təklifinə razılığını verməmişdir. Namiq adlı şəxs də bununla bağlı daha ona bir söz deməmişdir. Ertəsi gün dayısı oğlu Şahid5la mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona məxsus olan “Wolksvagen Passat” markalı avtomobilin texniki nasazlığının olması ilə əlaqədar avtoservisdə təmirdə olduğunu və bununla əlaqədar onu Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında yerləşən avtoservisə aparmağı xahiş etmişdir. Şahid5 da bunun problem olmadığını ona demişdir. Daha sonra həmin gün Şahid5la Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən “Bizim marketin yaxınlığında görüşmüş və Şahid5la birlikdə sonuncunun idarə etdiyi “BMW 525" markalı, 10- ES-718 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında yerləşən avtoservisə getmişdir. Avtoservisə çatdıqda Namiq adlı şəxsin də orada olduğunu görmüşdür. Avtoservisə çatdıqdan sonra ona məxsus olan "Wolksvagen Passat” markalı avtomobilinin təmiri ilə bağlı bir neçə ehtiyat hissəsinin alınmalı olması İlə əlaqədar Şahid5 və Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən avtomobillərin işlənmiş ehtiyat hissələrinin satıldığı yerə getmişlər. Yol getdikləri vaxt Təqsirləndirilən şəxs Şahid5 maddi cəhətdən çətinlik çəkməyi ilə danışdığını görüb onun yanında tikinti şirkəti olan tanışının olduğunu, həmin tanışına gördüyü tikinti işləri ilə böyük məbləğlərdə pul köçürüldüyünü, bununla əlaqədar həmin tanışına əlavə "xxxx" ASC-yə məxsus debet bankomat kartı lazım olduğunu, bununla əlaqədar əgər "xxxx" ASC-də adıma kart açdırıb qeyd edilən kartı istifadə etməsi üçün həmin tanışına versə 200 manat məbləğində pul verə biləcəyini Şahid5 demişdir. Şahid5 da ilk öncə nəsə problem yaranacağından ehtiyat etdiyi üçün Təqsirləndirilən şəxs bunun problem yarada biləcəyini demişdir. Təqsirləndirilən şəxs də özünün adına da kart açdırıb istifadə etməsi üçün qeyd edilən tanışına verdiyini, bununla bağlı hər hansı problem yaşamadığını, buna görə də narahat olmamasını Şahid5 demişdir. Təqsirləndirilən şəxs tanıdığına görə sonuncuya inandığını, buna görə narahat olmamasını Şahid5 demişdir. Bundan sonra Şahid5 Təqsirləndirilən şəxs qeyd edilən təklifinə öz razılığını vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid5 "xxxx" ASC-nin hər hansı filialına gedib adına debet bankomat kartı açdırıb həmin kartı təhvil aldıqdan sonra ona verməsini və kart açdırarkən əlaqə nömrəsi kimi öz mobil nömrəsini deyil, onun deyəcəyi mobil telefon nömrəsini deməsini Şahid5 demişdir. Şahid5 da adına kart açdırıb verəcəyini və kart açdırarkən öz mobil nömrəsini deyil, deyəcəyi mobil telefon nömərsini bildirəcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra avtomobil ehtiyat hissəsini almış və daha sonra avtoservisə geri qayıtmışlar. O və Təqsirləndirilən şəxs də Şahid5 idarə etdiyi avtomobildən düşərək avtoservisə getmişlər. Şahid5 da çıxıb getmişdir. Həmin günün səhərisi avtoservisdə Şahid5la təklikdə görüşdükləri vaxt Şahid5 yenidən adına kart açdırıb kiməsə verməyə ehtiyat etdiyini ona demişdir. O, da Təqsirləndirilən şəxs tanıdığına və onun səmimiyyətinə inandığına görə narahat olmamasını Şahid5 demişdir. Həmin gün Şahid5 “Unibank" ASC-nin Əhmədli filialına gedərək adına debet kartı sifariş vermişdir. Kartı sifariş verməmişdən qabaq Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Şahid5 kartı açdırarkən əlaqə nömrəsi kimi qeyd etməli olduğu mobil telefon nömrəsini ona bildirmiş və o, da bu barədə Şahid5 məlumat vermişdir. Təxminən 3-4 gün keçmiş Şahid5 sifariş verdiyi debet kartını “Unibank" ASC-nin Əhmədli filialından götürmüş və bu barədə ona məlumat vermişdir. O, da bu barədə Namiq adlı şəxsə məlumat vermişdir. Həmin gündən 1-2 gün sonra Şahid5la Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında yerləşən avtoservisdə görüşmüş və daha sonra birlikdə Şahid5 idarə etdiyi “BMW 525” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin yaxınlığında yerləşən “Günəş petrol” yanacaq doldurma məntəqəsinə getmiş və orada Təqsirləndirilən şəxslə görüşmüşlər. Görüşdükdən sonra Təqsirləndirilən şəxs kartı təhvil vermək üçün gedəcəkləri yolu onlara deyəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs smartfon telefonu xarab olduğu üçün mobil telefonunu ondan istəmiş və onun mobil telefonu ilə “Whatsapp” proqramı vasitəsi ilə kiməsə nəsə yazmış və bir qədər sonra gedəcəkləri istiqaməti, yəni Rusiya Səfirliyi istiqamətində sürməsini Şahid5 demişdir. Rusiya Səfirliyindən bir qədər aralı, “rus qəbiristanlığı” deyilən yerin yaxınlığında Təqsirləndirilən şəxs avtomobili saxlamasını Şahid5 bildirmiş və onun mobil telefonunu və debet kartı Şahid5 götürərək onlardan uzaqlaşmış və yaxınlıqda olan adını bilmədiyi inzibati binaya daxil olmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs geri qayıdaraq Şahid5 200 manat məbləğində pul vermişdir. Şahid5 da Təqsirləndirilən şəxs öz təşəkkürünü bildirmişdir. Bundan sonra Şahid5 Təqsirləndirilən şəxslə onu avtomobilinin təmir olunduğu avtoservisə aparmışdır. Bundan sonra Şahid5 çıxıb getmişdir. Daha sonra Şahid5 Təqsirləndirilən şəxs aldığı 200 manat pulun 50 manatını ona təklif etmiş, o, da həmin pula ehtiyacının olmadığını, həmin pulla öz problemlərini həll etməsini Şahid5 demişdir. Həmin vaxtdan təxminən 7-10 gün keçmiş, 2020-ci ilin dekabr ayınm ortaları və ya sonlarında Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Şahid5 adına olan debet kartını "xxxx" ASC-yə gedib bağlatdırmasını və həmin kartda olan 1040 manat məbləğində pulu hesabdan çıxaraq ona verməsini bildirməsini demişdir. O, da mobil telefon vasitəsi ilə bu barədə Şahid5 məlumat vermişdir. Şahid5 da bunun problem olmadığını ona demiş, həmin gün "xxxx" ASC-nin Əhmədli filialına gedərək adına olan debet kartını bağlatdırmış və qeyd edilən kartın hesabında olan 1040 manat məbləğində pulu hesabdan çıxartdırıb təhvil almışdır. Bundan sonra Şahid5 bu barədə mobil telefon vasitəsi ilə ona məlumat vermişdir. O, da bu barədə Təqsirləndirilən şəxslə danışıb məlumat verəcəyini Şahid5 demişdir. Daha sonra Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb bu barədə məlumat vermiş, harada olmasını, Seymurla harada görüşə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs də Bakı şəhəri, Səbail rayonu, Batamdar qəsəbəsində olan parkda olacağını ona demişdir. O, da barədə Şahid5 məlumat vermişdir. Həmin gün Şahid5 Namiq adlı şəxslə görüşərək 1040 manat pulu sonuncuya vermişdir. Namiq adlı şəxs də həmin puldan 40 manatı zəhmət haqqı olaraq Şahid5 vermişdir. Şahid5 özü bu barədə ona demişdir. Həmin gündən təxminən 7-8 gün keçmiş Təqsirləndirilən şəxs yenidən onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Şahid5 adına olan kartda 700 manat məbləğində pulun vəsaitinin qaldığını və həmin məbləği çıxardıb ona təhvil verməsini bildirməsini ona demişdir. O, da bu barədə Şahid5 bildirmişdir. Şahid5 da bunun problem olmadığını demiş, həmin gün "xxxx" ASC-nin Əhmədli filialına gedərək adına olan debet kartın hesabında qalan 700 manat məbləğində pulu hesabdan çıxartdırıb təhvil almışdır. Bundan sonra Şahid5 bu barədə mobil telefon vasitəsi ilə ona məlumat vermişdir. O, da bu barədə Təqsirləndirilən şəxslə danışıb məlumat verəcəyini Şahid5 demişdir. Daha sonra Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb bu barədə məlumat vermiş, harada olmasını, Seymurla harada görüşə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs də Bakı şəhəri, Səbail rayonu, Batamdar qəsəbəsində olan parkda olacağını ona demişdir. O, da barədə Şahid5 məlumat vermişdir. Həmin gün Şahid5 Namiq adlı şəxslə görüşərək 700 manat pulu sonuncuya vermişdir. Namiq adlı şəxs də həmin puldan 50 manatı zəhmət haqqı olaraq Şahid5 vermişdir. Şahid5 özü bu barədə ona demişdir. Həmin gündən təxminən 2-3 gün keçmiş xatırlamadığı və əvvəllər hər hansı ünsiyyəti olmadığı xarici mobil operatoruna məxsus mobil nömrədə qeydiyyat keçmiş “Whatsapp” proqramı vasitəsi ilə ona “Seymur, kartı bağlamısan? Kartdan pul çıxarılıb və bağlanılıb. Səndən polisə şikayət edəcəm” məzmunlu mesaj göndərilmişdir. O, da həmin şəxsə cavab yazmayaraq Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb qeyd edilən məsələyə aydınlıq gətirməsini bildirmişdir. Təqsirləndirilən şəxs də ona “heç bir cavab yazma, gəlib özüm cavab yazacam” demişdir. Təxminən 1-2 gün keçmiş Təqsirləndirilən şəxs Bakı şəhərinə gələrək İstifadəsində olan mobil telefonunu götürüb qeyd edilən tanışına nəsə yazmış və ona daha narahat olmamasını demişdir. Bir neçə gün sonra yenidən xarici mobil operatoruna məxsus mobil nömrədə qeydiyyat keçmiş “Whatsapp” proqramı vasitəsi iiə ona “kartı bağlamısan? Kartdan pul çıxarılıb və bağlanılıb. Səndən polisə şikayət edəcəm” məzmunlu mesaj göndərilmişdir. O, da həmin şəxsə cavab yazmayaraq bununla bağlı yenidən Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb qeyd edilən məsələyə aydınlıq gətirməsini bildirmişdir. Təqsirləndirilən şəxs də ona “heç bir cavab yazma, nömrəni işlətmə” demişdir. O, da Namiq adlı şəxsə Şahid5 hər hansı problemin yaranmamasını demişdir. Namiq adlı şəxs də Seymu rlsgəndərova hər hansı problem yaranmayacağını, buna görə narahat olmamasını ona demişdir. Qeyd edilən vaxtdan sonra ***-***-**-** saylı mobil telefon nömrəsində olan “Whatsapp” profilini işlətməmiş və Namiq adlı şəxsin adını bilmədiyi tanışı ilə hər hansı ünsiyyəti də olmamışdır. 2021-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq görüşmək istədiyini demişdir. Həmin gün Təqsirləndirilən şəxslə Bakı şəhəri, Nərimanov rayonu ərazisində adını xatırlamadığı “xingal" verilən kafenin yaxınlığında görüşmüş və hal-əhval tutmuşlar. Görüşləri zamanı Namiq adlı şəxs işlə əlaqədar Rusiya Fedrasiyasına işləməyə gedəcəyini demiş və ondan borca pul istəmişdir. O, da həmin işin nə ilə bağlı olduğunu Namiq adlı şəxsdən soruşmuş, Namiq adlı şəxs də avtomobil təmiri sexi icarəyə götürüb işlədəcəyini ona demişdir. O.da işləmədiyi üçün borc verə biləcəyini Namiq adlı şəxsə bildirmişdir. Daha sonra Namiq adlı şəxs onunla sağollaşıb getmişdir. Qeyd edilən vaxtdan təxminən 1-2 ay keçmiş Namiq adlı şəxs ona zəng edərək Türkiyə Respublikasından narkotik vasitə gətirdiyinə görə hazırda həbsdə olduğunu və imkan varsa, ona pul göndərməsini demişdir. O, da işləmədiyi üçün borca pul verə bilməyəcəyini Namiq adlı şəxsə demişdir. Həmin vaxtdan sonra da Namiq adlı şəxslə hər hansı ünsiyyəti olmamışdır. ***-***-**-** saylı mobil telefon nömrəsini o və tanışı Nigar adlı şəxs istifadə etmişdir. Qeyd edilən mobil nömrəni 2020-ci ilin dekabr ayının ortalarınadək istifadə etmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsini əsasən “Whatsapp” nömrəsi kimi istifadə etmişdir. Öz adına olan mobil telefon nömrəsini Nigar adlı tanışına verdiyi üçün Nigar adlı tanışı da öz adına mobil telefon nömrəsini istifadə etməsi üçün ona vermişdir. “Ziko” və Tarkan adlı şəxsləri tanımır və qeyd edilən şəxslərlə hər hansı ünsiyyəti də olmamışdır. Tarkan adlı şəxsin çantanı nəyə görə Seymur və Mansur adlı şəxslərə təhvil verilməli olmasını bildirməsinin səbəbini də bilmir. +**********23 saylı mobil telefon nömrəsi heç vaxt Seymur adlı şəxsin istifadəsində olmamışdır. Onunla Təqsirləndirilən şəxs oğiu, Şahid5 və hər hansı digər şəxslər arasında külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı üə bağlı hər razılaşma olmamışdır. Heç vaxt narkotik vasitələrdən, psixotrop və ya güclü təsir edən maddələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxslə aralarında mütəmadi danışıqların olması avtomobilində olan nasazlığın təmir edilməsi, onunla görüşməsi və Şahid5 adına kart sifariş verilməsi ilə bağlı olmuşdur. Qeyd edilən danışıqların Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə hər hansı bağlılığı olmamışdır. Təqsirləndirilən şəxs hətta Türkiyə gedəcəyi barədə hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona Rusiya Federasiyasına gedəcəyini demişdir. Təqsirləndirilən şəxs törədəcəyi cinayətlər barədə qabaqcadan hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həbs olunduqdan sonra ondan pul istəyərkən sonuncunun cinayətlər törətdiyini bilmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid6 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, etibarnamə əsasında qardaşı X2 məxsus “Kamaz 5511” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə sürücü işləməklə, yəni qeyd edilən nəqliyyat vasitəsi ilə mişar daşı daşımaqla məşğuldur. Əvvəllər məhkum olunmamışdır. Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Təxminən 2015 və ya 2016-cı ildə həmin vaxt Bakı şəhəri, Səbail rayonu, Batamdar qəsəbəsində yaşayan və həmin qəsəbədə avtomobil elektrik ustası işləyən, əslən İmişli rayonundan olan Namiq adlı şəxslə tanışlıq və dostluq münasibəti yaranmışdır. Həmin vaxt “BMW” markalı avtomobilini təmir etdirmək üçün Namiq adlı şəxsin Bakı şəhəri, Səbail rayonu, Batamdar qəsəbəsində işlədiyi avtomobil təmiri sexinə aparmışdır. İlkin tanışlıqlarından bir qədər sonra təxminən 2015-ci ildən 2020-ci ilin təxminən fevral ayınadək olan müddət ərzində Namiq adlı şəxslə birlikdə təxminən 15-20 dəfə bir yerdə “şüşə” kimi tanınan metamfetamin psixotrop maddəsindən istifadə etmişlər. Qeyd edilən psixotrop maddəni ya Namiq adlı şəxsin iş yerində, ya da xatırlamadığı müxtəlif yerlərdə qəbul etmişlər. Namiq adlı şəxslə birgə istifadə etdikləri metamfetamin psixotrop maddəsini “Ziko” adlı şəxsdən almışdır. Şəxsi istifadə üçün narkotik vasitə əldə etmək istəyərkən “Whatsapp” proqramı vasitəsi ilə “Ziko” adlı şəxslə əlaqə saxlamış, “Ziko” adlı şəxs də narkotik vasitə almaq üçün ödəniş etmək üçün xatırlamadığı şəxslərə məxsus bakomat kartlarının fotoşəklini “Whatsapp” proqramı vasitəsi ilə ona göndərmişdir. O, da ödəniş terminalları vasitəsi ilə qeyd edilən karta alacağı narkotik vasitəyə müvafiq pul köçürmüş və bu barədə “Ziko” adlı şəxsə məlumat vermişdir. "Ziko” adlı şəxs də bundan sonra aldıqları narkotik vasitəni ona məlum olmayan tanışları vasitəsi ilə Bakı şəhərinin müxtəlif yerlərinə qoymuş və narkotik vasitənin olduğu yer barəsində ona məlumat vermişdir. O, da həmin narkotik vasitəni şəxsi istifadə məqsədi ilə “Ziko” adlı şəxsin dediyi yerdən götürmüşdür. Narkotik vasitə aludəçisi olduğundan onun kimi narkotik vasitə qəbul edən adını çəkmək istəmədiyi tanışlarımdan narkotik vasitə satan şəxs barəsində maraqlanmışdır. Qeyd edilən tanışları da narkotik vasitə satan şəxs kimi "Ziko” adlı şəxsi məsləhət görmüşlər və “Ziko” adlı şəxsin xatırlamadığı xarici mobil operatorlarına məxsus mobil nömrələrini ona vermişlər. “Ziko” adlı şəxslə yalnız “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış, heç vaxt “Ziko” adlı şəxsin üzünü görməmiş və qeyd edilən şəxslə görüşməmişdir. “Ziko” adlı şəxs onunla "Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxladığı vaxt görüntülü və ya səslə danışmamış, yalnız söz yazmaqla ünsiyyət saxlamışdır. “Ziko” adlı şəxs öz fotoşəklini də heç vaxt “Whatsapp” profilinə qoymamışdır. “Ziko” adlı şəxsin əsl adı və harada yaşaması barədə hər hansı məlumatı yoxdur. 2019-cu ilin sonu - 2020-ci ilin əvvəllərində “Ziko” adlı şəxs xatırlamadığı xarici mobil operator mobil nömrəsində qeydiyyatdan keçmiş “Whatsapp” proqramı vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “Whatsapp” profilinə mesaj yazaraq adına "xxxx" ASC-də kart açdırıb verəcəyi təqdirdə ona 300 manat məbləğində pul verəcəyini bildirmişdir. “Ziko” adlı şəxsdən qeyd edilən kartın nə üçün lazım olduğunu soruşmuş, “Ziko” adlı şəxs də kartın nə üçün lazım olduğunu ona bildirməmiş, sadəcə buna görə hansı problemin yaranmayacağını və narahat olmamasını ona demişdir. Ehtiyat etdiyindən “Ziko” adlı şəxsin bu təklifinə öz razılığını verməmişdir. Təxminən 2019-cu ilin sonu - 2020ci ilin əvvəllərində Namiq adlı şəxslə Bakı şəhəri, Səbail rayonu, Batamdar qəsəbəsində görüşdükləri vaxt Namiq adlı şəxs maddi cəhətdən çətinlik çəkdiyi üçün kirayə qaldığı evin kirayə haqqını verə bilmədiyini ona demiş və borc olaraq 300 manat məbləğində borc pul verməsini ondan xahiş etmişdir. O, da Namiq adlı şəxsə “Ziko” adlı tanışı üçün "Unibank” ASC-də adına kart açdırıb ona versə, “Ziko” adlı tanışının 300 manat məbləğində pul verə biləcəyini demişdir. Həmin vaxta kimi də “Ziko” adlı tanışı barədə Namiq adlı şəxsə məlumat vermiş və Namiq adlı şəxs “Ziko” adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Namiq adlı şəxs də onun bu təklifinə öz razılığını vermişdir. Bundan sonra “Ziko" adlı şəxslə əlaqə saxlayıb bu barədə məlumat vermişdir. “Ziko” adlı şəxs də "xxxx" ASC-nin hər hansı filialına gedib kart açdırılmasını bildirmişdir. Bundan sonra təxminən 2019-cu ilin sonu - 2020-ci ilin əvvəllərində Namiq adlı şəxslə birlikdə "xxxx" ASC-nin Yasamal filialına getmiş və həmin filialda Namiq adlı şəxs adına bank kartı açdırmışdır. Təxminən 1-2 gün sonra Namiq adlı şəxs "Unibank” ASC-nin Yasamal filialına gedərək adına sifariş verdiyi bankomat karıtını təhvil almış və həmin gün qeyd edilən bankomat kartını Bakı şəhəri, Səbail rayonu, Batamdar qəsəbəsində onunla görüşərək ona təhvil vermişdir. O, da təhvil aldığı bankomat kartının fotoşəklini çəkərək “Whatsapp” proqramı vasitəsi “Ziko” adlı tanışına göndərmişdir. Bundan bir qədər sonra “Ziko” adlı şəxs qeyd edilən bankomat karıtına 300 manat məbləğində pul göndərmişdir. Daha sonra həmin gün Namiq adlı şəxs onunla birlikdə Bakı şəhəri, 20-ci dairə adlanan yerin yaxınlığında yerləşən, adını xatırlamadığı marketə gedərək orada olan bankomatdan qeyd edilən karta yüklənmiş 300 manat məbləğində pulu çıxararaq götürmüşdür. Namiq adlı şəxs pulu çıxardıqdan sonra razılaşdıqları kimi qeyd edilən bankomat kartını "Ziko” adlı şəxsə çatdırması üçün yenidən ona təhvil vermişdir. Kartı təhvil aldıqdan sonra “Whatsapp" proqramı vasitəsi ilə bu barədə “Ziko” adlı şəxsə məlumat vermişdir. “Ziko” adlı şəxs də təşəkkür əlaməti olaraq ona narkotik vasitə verəcəyini, həmin kartı narkotik vasitəni götürəcəyi yerə qoymalı olacağını ona demişdir. Həmin gün “Ziko" adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə Bakı şəhərinin xatırlamadığı istiqamətində narkotik vasitə qoyduğunu, qeyd edilən kartı həmin narkotik vasitəni götürəcəyi yerə qoymasını ona demişdir. O, da qeyd edilən narkotik vasitəni götürüb həmin kartı narkotik vasitəni götürdüyü yerə qoymuşdur. Bir neçə saatdan sonra “Ziko” adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə ona kartın çatmasını bildirmişdir. Bundan sonra Namiq adlı şəxsin də “Ziko” adlı şəxslə yaxın münasibəti yaranmışdır. 2019-cu ilin favral və ya mart ayında Namiq adlı şəxs maddi çətinliyi ilə əlaqədar ailə üzvləri ilə birlikdə yaşamaq üçün İmişli rayonuna getmiş və Bakı şəhərinə geri qayıtmamışdır. Həmin vaxtdan sonra Namiq adlı şəxslə münasibəti kəsilmiş, görüşməmiş, hər hansı ünsiyyəti də olmamışdır. Eyni zamanda 2020ci ilin yay aylarında atası rəhmətə getmişdir. Lakin Namiq adlı şəxs atasının rəhmətə getməsi ilə əlaqədar ona başsağlığı verməmişdir. Bununla əlaqədar Namiq adlı şəxsdən incimişdir. Bütün bunlarla əlaqədar Namiq adlı şəxslə mobil telefonla belə əlaqə saxlamamışdır. Atası rəhmətə gedəndən sonra ailə üzvlərinin təkidi ilə narkotik vasitədən bacardığı qədər istifadə etməməyi qərara almış, bununla əlaqədar “Ziko” adlı şəxslə də əlaqəni kəsmiş və həmin vaxtdan hər hansı ünsiyyəti də olmamışdır. 2019-cu ilin mart ayının ortalarında Namiq adlı şəxsin ailə üzvlərindən Namiq adlı şəxsin narkotik vasitələrin qaçaqmalçılığına və qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs edildiyini eşitmişdir. Həmin vaxtadək qeyd edilən hadisə barəsində hər hansı məlumatı da olmamışdır. 2020-ci ilin yay aylarınadək “Ziko” adlı şəxs ona bir neçə dəfə hər hansı yerdən narkotik vasitə, psixotrop və ya güclü təsir edən maddəni götürərək dediyi yerə və ya şəxsə çatdırmağı təklif etmiş, lakin ehtiyat etdiyindən heç vaxt bu təkliflərə öz razılığını verməmiş və “Ziko” adlı şəxsin bu xahişini yerinə yetirməmişdir.“Tarkan” və “Şahid5” adlı şəxsləri də tanımamışdır. “Tarkan” adlı şəxsin nəyə görə içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddə olan çantanı ona təhvil verilməsi barədə Namiq adlı şəxsə mesajlar göndərməsinin səbəbini də bilmir. Heç vaxt “Ziko”, “Tarkan”, “Namiq” adlı şəxslərlə, o cümlədən hər hansı digər şəxs və ya şəxslərlə narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi barədə hər hansı razılığa da gəlməmişdir. “Ziko” adlı şəxsə nisyə narkotik vasitə alması ilə əlaqədar 2020-ci ilin yay aylarınadək 300 manat məbləğində borcum yaranmışdır. Həmin pulu “Ziko” adlı şəxsə qaytarmamış və bununla əlaqədar münasibətləri də pozulmuşdur. Şahid5 və X1 tanımamış, həmin şəxslərlə hər hansı ünsiyyəti və ya münasibəti də olmamışdır. Asif adlı şəxsin Namiq adlı şəxsin tanışı olduğunu bilmişdir. Lakin Asif adlı şəxslə hər hansı ünsiyyəti və ya münasibəti olmamışdır. Namiq adlı şəxsin dediyinə görə Asif adlı şəxs Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Nəvahi postunda yol patrul xidməti əməkdaşı kimi işləmiş və narkotik vasitə aludəçisi olduğundan vaxtaşırı narkotik vasitə tapmasını xahiş etmişdir. Narkotik vasitələrdən, güclü təsir edən və ya psirxotrop maddələrdən istifadə etmişdir. Lakin son 5-6 aydır bacardığı qədər narkotik vasitələrdən, güclü təsir edən və ya psirxotrop maddələrdən istifadə etməməyə çalışır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə İmişli şəhəri, H.Aslanov küçəsi, ev 20, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2015-ci ildən atası X11 məxsus olan "xxxx" MMC-də aviabilet satıcısı işləyir. “Valeh travel" MMC-nin ofisi İmişli şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında yerləşməklə orada da fəaliyyət göstərir. İstifadəsində ***-***-**-** və ***-***- **-** saylı mobil telefon nömrələri vardır. ***-***-**-** saylı mobil telefon nömrəsi atası X8 adına qeydiyyata alınsa da, təxminən 2011-ci ildən yalnız onun istifadəsində olmuşdur, hazırda da istifadəsindədir. ***-***-**-** saylı mobil telefon nömrəsi isə öz adına qeydiyyata alınmış ve 2019-cu ilin aprel ayından istifadəsindədir. Qeyd etdiyi mobil telefon nömrələrindən başqa istifadəsində hər hansı digər mobil telefon nömrəsi yoxdur və olmamışdır. 28 yanvar 2021-ci il tarixdə əvvəllər tanımadığı və hər hansı münasibəti olmadığı İmişli rayon sakini Təqsirləndirilən şəxs aviabilet sifariş vermək üçün satıcısı işlədiyi "xxxx" MMC-nin İmişli şəhəri, Heydər Əliyev prospekti 126 ünvanında yerləşən ofisinə gələrək 2 gün aralıqla Bakı-İstanbul və İstanbul-Bakı aviareysi üzrə biletlər sifariş vermək istədiyini demiş və biletlərin qiyməti ilə maraqlanmışdır. Mən də 2 gün aralıqla Bakı-İstanbul və İstanbul-Bakı aviareysi üzrə biletlərin qiymətlərini Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs da pasportunun surətini ona təqdim edərək və onun əlaqə mobil nömrəsini götürərək bilet sifarişi ilə bağlı onunla əlaqə saxlayacağını demişdir. Görüşləri zamanı Təqsirləndirilən şəxs alacağı biletlərə görə ödənişi onlayn qaydada bankomat karıtına göndərəcəyini demiş və bilet sifariş verəcəyi təqdirdə bankomat kartının nömrəsini göndərməsini ondan xahiş etmişdir. O, da bunun problem olmadığını Namiq adlı şəxsə demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla sağollaşıb getmişdir. 29 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs mobil telefon vasitəsi iiə onunla əlaqə saxlayaraq alacağı aviabiletiərə görə ödəniş etməsi üçün bankomat kartının fotoşəklini çəkib göndərməsini ondan xahiş etmişdir. O, da adına qeydiyyatdan keçmiş "Kapitalbank” ASC-yə məxsus, “**********355045” nömrəli plastik bankomat kartının fotoşəklini çəkərək +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş "Whatsapp” profilim vaaitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 051-408- 40-75 saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş “Whatsapp” profilinə göndərmişdir. Danışıqları zamanı Təqsirləndirilən şəxs 31 yanvar 2021-ci il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə getmək və 01 fevral 2021-ci il tarixdə isə İstanbul şəhərindən Bakı şəhərinə qayıtmaq istədiyini demiş və həmin tarixlərə uyğun aviabiletlər almasını ondan xahiş etmişdir. O, da həmin tarixlərə uyğun biletlərin qiymətlərini araşdıraraq bu barədə Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra adına qeydiyyatdan keçmiş "xxxx" ASC-yə məxsus, “**********355045” nömrəli plastik bankomat kartına onlayn qaydada 2 dəfəyə ümumilikdə təxminən 780-800 manat məbləğində pul köçürülmüşdür. Bundan sonra həmin pula müvafiq olaraq Təqsirləndirilən şəxs adına 31 yanvar 2021-ci il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə getmək və 01 fevral 2021-ci il tarixdə isə İstanbul şəhərindən Bakı şəhərinə qayıtmaq üçün aviabiletlər almışdır. Qeyd edilən aviabiletləri “Supersaver” internet saytı vasitəsi ilə almışdır. Gediş biletini “X24”ndan və gəliş biletini isə “Azərbaycan Hava Yollarfndan sifariş vermişdir. Aviabiletləri aldıqdan sonra bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Söhbətləri zamanı Təqsirləndirilən şəxs uçuşla əlaqədar “Koronavirus” testi vermək üçün hansı xəstəxanaya müraciət etməli olduğunu ondan soruşmuşdur. O, da Bakı şəhəri, Qara Qarayev prospekti, 38 A ünvanında yerləşən "Memorial klinikası”na yaxınlaşmasını Təqsirləndirilən şəxs demişdir. 29 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi ofisə gələrək aldığı aviabiletlərinin kağız nüsxələrini götürüb Bakı şəhərinə getmişdir. Daha sonra Təqsirləndirilən şəxs İstanbul şəhərinin mərkəzinə yaxın olan ucuz bir otel tapmasını da ondan xahiş etmişdir. O, da günü 35 manata olan bir otel tapıb yerləşdiyi ünvanı Təqsirləndirilən şəxs göndərmişdir. Lakin daha sonra Təqsirləndirilən şəxs həmin oteldə qalmağı istəyib-istəmədiyini ona demədiyi üçün qeyd edilən oteldə hər hansı otaq sifariş verməmişdir. Təqsirləndirilən şəxs 1 gün ərzində Türkiyə Respublikasına gedib Azərbaycan Respublikasına geri qaytımasının səbəbi maraqlı gəldiyi üçün səfərin səbəbi barədə Təqsirləndirilən şəxs soruşmuş, yəni bununla bağlı +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “Whatsapp" profilim vaaitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş “Whatsapp11 profilinə mesaj göndərmişdir. Lakin Təqsirləndirilən şəxs qeyd edilən məsələ ilə bağlı ona hər hansı məlumat verməmişdir. Özü də daha sonra bununla bağlı Təqsirləndirilən şəxs bir söz soruşmamışdır. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs ilə hansı ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən, psixotrop və ya güclü təsir edən maddələrdən istifadə edibetməməsi, narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddələrin qaçaqmalçılığı ve qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə hər hansı məlumatı yoxdur, olmamışdır. Özü narkotik vasitələrdən, psixotrop və ya güclü təsir edən maddələrdən istifadə etmədiyi üçün elə insanlardan həmişə uzaq olmağa çalışmışdır. Gömrük orqanına ifadə verərkən Təqsirləndirilən şəxs narkotik vasitə və psoxotrop maddənin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs olunduğunu bilmişdir. “Ziko”, “Tarkan” və "Şahid5” adlı şəxsləri tanımır, həmin şəxslərlə hər hansı münasibəti və ya ünsiyyəti də olmamışdır. Cinayət işinin 1-ci cildinin 7-8-ci vərəqlərində olan 01 fevral 2021-ci il tarixli yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, J2 176 saylı İstanbul- Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus olan, müşayiət edilən baqaj kimi daşıyıcıya təhvil verdiyi “619264” birka nömrəli, qara rəngli, üzərində "X23” sözləri yazılmış çamadanda ilkin yoxlama zamanı şübhəli cizgilərin olduğu müəyyən edilmiş, bundan Təqsirləndirilən şəxs baqajına təkrar yoxlama keçirilməsindən ötrü yoxlama otağına dəvət edilmiş, yoxlama otağında videoçəkilişdən istifadə edilməklə özünün iştirakı ilə aparılmış yoxlama zamanı çamadandakı şəxsi əşyaların arasında olan üzərində “logi" sözü yazılmış 2 ədəd səsgücləndiricinin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş 4 şəffaf sellofan bükümdə, metilendioksinmetamfetamin (MDMA) psixotrop maddəsinə oxşar qəhvəyi-narıncı rəngli dördkünc 1000 həb və 1 sellofan bükümdə qablaşdırılması ilə birlikdə ümumi təqribi çəkisi 90 qram olan kokain narkotik vasitəsinə oxşar ağ rəngli toz şəkilli maddə, eləcə də qeyd edilən 1 ədəd çamadan, 2 ədəd səsgücləndirici və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 57-59-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2021-ci il tarixli, 6/464 №li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....AR vətəndaşı Təqsirləndirilən şəxs..." sözləri olan polietilen paketdəki sellofan bükümdə təmiz çəkisi 89,679 qram olan ağ rəngli maddə narkotik vasitə kokaindir, ümumi sayı 1000 ədəd olan narıncı-qəhvəyi rəngli dördkünc formalı həblərin əsas təsiredici maddəsi metilendioksimetamfetamindir (MDMA) və həmin həblərin tərkibində metilendioksimetamfetamin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı 145 qramdır. Təqdim olunan metilendioksimetamfetamin - MDMA 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”n siyahısına (Siyahı İ) daxildir. Kokain 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatdan sonra kokain narkotik vasitəsinin təmiz qalıq çəkisi 89,579 qram və psixotrop maddə - metilendioksimetamfetaminin - MDMA-nın həblərinin ümumi qalıq sayı 995 olmuşdur. Cinayət işinin 3-cü cildinin 217-218-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 26 aprel 2021-ci il tarixli, 1250 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrdən istifadə etmə halları olub. Müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 42-43-cü vərəqlərində olan “DVD-R” diskə baxış keçirilməsinə dair 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus qara rəngli, üzərində “X23” sözləri yazılmış çamadandakı şəxsi əşyaların arasında olan üzərində “logi” sözü yazılmış 2 ədəd səsgücləndiricinin içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş 4 şəffaf sellofan bükümdə, külli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 145 qram olan 1000 həb metilendioksinmetamfetamin (MDMA) psixotrop maddəsi və 1 sellofan bükümdə külli miqdarda, 89,679 qram kokain narkotik vasitəsi sonuncunun iştirakı ilə aşkar edilərək götürülmüşdür. İş üzrə maddi subut olan DVD-R formatlı diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD-R formatlı diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 2-ci cildinin 35-41-ci vərəqlərində olan Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzindən daxil olmuş Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X19” gömrük postunun ixrac və idxal gömrük nəzarəti zonasına daxil olmuş Azərbaycan vətəndaşı Təqsirləndirilən şəxs hərəkət trayektoriyasını əks etdirən videogörüntünün və Təqsirləndirilən şəxs məxsus çamadanın rentgen aparatından keçirilən zaman çəkilmiş fotolarının əks olunduğu 01 ədəd “Verbatim” markalı “DVD-R” diskə baxış keçirilməsinə dair 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 31 yanvar 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X18” gömrük postunda gömrük nəzarətindən keçməklə Azərbaycan Respublikasının Bakı şəhərindən Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs əlində çamadan yükü olmamış, 01 fevral 2021-ci il tarixdə, saat 21 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrək müşayiət edilən baqaj kimi daşıyıcıya təhvil verdiyi “619264” birka nömrəli, qara rəngli, üzərində “X23” sözləri yazılmış çamadanı Heydər Əliyev adına X12 1 -ci Terminalının bunkerində yerləşdirilmiş rentgen aparatından keçirərkən çamadanda şübhəli təsvirlər olduğu müşahidə edilmiş, Təqsirləndirilən şəxs terminalın gəliş zalındakı baqaj lentindən həmin çamadanı götürüb terminalda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X17” gömrük postunda gömrük nəzarətindən keçərkən saxlanılmışdır. Təqsirləndirilən şəxs 01 fevral 2021-ci İl tarixdə, saat 21 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrək müşayiət edilən baqaj kimi daşıyıcıya təhvil verdiyi “619264” birka nömrəli, qara rəngli, üzərində “X23" sözləri yazılmış çamadanı Heydər Əliyev adına X12 1-ci Terminalının bunkerində yerləşdirilmiş rentgen aparatından keçirərkən çamadandakı səsgücləndiricilərdə şübhəli təsvirlər müşahidə edilmişdir. Cinayət işinin 1-ci cildinin 133-140-cı vərəqlərində olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy 11A" modelli mobil telefona baxış keçirilməsi haqqında 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən “Samsung Galaxy 11A” modelli qara rəngli mobil telefonun üzərində "xxxx" MMC mobil telefon operatoruna məxsus ***-***-**-** saylı sim kart olduğu, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xarici mobil operatoruna məxsus, istifadəçi adı qeyd edilməmiş +**********9 saylı mobil nömrədən 03 fevral 2021-ci il tarixdə, saat 18:05də və xarici mobil operatoruna məxsus, istifadəçi adı qeyd edilməmiş +**********5 saylı mobil nömrədən 03 fevral 2021-ci il tarixdə, saat 18:10-da qəbul edilməyən zənglərin daxil olduğu müəyyən edilmişdir. Telefonun “Whatsapp” sosial proqramına baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində istifadəçi adı “Tt” kimi qeydiyyatdan keçmiş profilin olduğu müəyyən edildi. “Whatsapp” sosial proqramında həmin profilin “Söhbətlər” bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunlu danışıqların olduğu müəyyən edilmişdir: 1) İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profili ilə Ukrayna mobil operatoruna məxsus +**********37 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş və istifadəçisi istintaqa “Tarkan” adlı şəxs kimi bəlli olan “Whatsapp” profili arasında aşağıdakı məzmunlu danışıqların olduğu müəyyən edilmişdir: 01 fevral 2021-cİ il tarixdə, saat 22:47, 22:52, 22:50 və 22:54-də Ukrayna mobil operatoruna məxsus +**********37 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş və istifadəçisi istintaqa “Tarkan” adlı şəxs kimi bəlli olan “Whatsapp” profilindən İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir: -Merhaba. Çıktınmı?Sorun yokmu, kardeşim? Benİm Tarkan.-Abi, burdamısın? Aldılarmı eşyanı çoçuklar?-Ben Tarkan. Valizi verdiyim arkadaş. -Ararmısın beni? 01 fevral 2021-ci il tarixdə, saat 23:00, 23:01, 23:18 və 23:24-də Ukrayna mobil operatoruna məxsus +**********37 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş və istifadəçisi istintaqa “Tarkan” adlı şəxs kimi bəlli olan “Whatsapp” profilindən İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir: Qeyd: Həmin fotoşəkildə istifadəçisi “İsgandarov Seymur” kimi qeyd edilmiş "xxxx" ASC-yə məxsus, **********829079 nömrəli “Albalı Plus" debet plastik bankomat kartı əks olunmuşdur. -Valizi şu arkadaşa ver, o alsın. Ya da Mansura da vere bilirsin.-Patamdarda kalan Mansur. Hatırladınmı? Kamyon şoferi var ya?-Ya Seymura burak ya Mansura. Tammı?- +**********23 -Yakalandınmı? 01 fevral 2021 -ci il tarixdən, saat 23:16-dan 02 fevral 2021-ci il tarixədək, saat 18:00dək Ukrayna mobil operatoruna məxsus +**********37 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş və istifadəçisi istintaqa “Tarkan” adlı şəxs kimi bəlli olan “Whatsapp” profilindən İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp" profilinə qəbul edilməmiş video və səsli zənglər daxil olmuşdur. 2) Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profili ilə ABŞ mobil operatoruna məxsus +1 (774) 290- 6011 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mensur Ziko" kimi qeyd edilmiş və istifadəçisi istintaqa “Ziko” adlı şəxs kimi bəlli olan “Whatsapp" profili arasında aşağıdakı məzmunlu danışıqların olduğu müəyyən edildi: - 01 fevral 2021-ci il tarixdə, saat 21:49, 21:50, 21:51, 21:52, 21:57 və 22:09-da ABŞ mobil operatoruna məxsus +1 (774) ***-**** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mensur Ziko” kimi qeyd edilmiş və istifadəçisi istintaqa “Ziko” adlı şəxs kimi bəlli olan “Whatsapp" profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir: -Yoxdun hec orda.-Hec ne yoxdu. -Ne isdirler elesunler.-Yandirib ishletsunler.-Baxsunlar.-Cİx, yaz mene, abi.-Cixdun bayura, Namik?-Ay abi, cavab yaz da. 01 fevral 2021-ci il tarixdə, saat 22:09-da profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilindən ABŞ mobil operatoruna məxsus +1 (774) ***-**** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mensur Ziko” kimi qeyd edilmiş və istifadəçisi istintaqa “Ziko” adlı şəxs kimi bəlli olan “Whatsapp" profilinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir:-Cixiram uje. 01 fevral 2021-ci il tarixdə, saat 22:09 və 22:10-da ABŞ mobil operatoruna məxsus +1 (774) ***-**** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mensur Ziko" kimi qeyd edilmiş və istifadəçisi istintaqa “Ziko” adlı şəxs kimi bəlli olan “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir:-Men aeraportdan uzaglasdim.- Harda gorusey?-Goturum sumkani. 01 fevral 2021-ci il tarixdə, saat 22:10-da profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilindən ABŞ mobil operatoruna məxsus +1 (774) ***-**** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mensur Ziko" kimi qeyd edilmiş və istifadəçisi istintaqa “Ziko” adlı şəxs kimi bəlli olan “Whatsapp" profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir:-Cixirdim uje. Hara getdin? 01 fevral 2021-ci il tarixdə, saat 22:11-də ABŞ mobil operatoruna məxsus +1 (774) ***- **** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mensur Ziko” kimi qeyd edilmiş və istifadəçisi istintaqa “Ziko” adlı şəxs kimi bəlli olan “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir:-Min taksiye get hotele. Gelim men de ora. 01 fevral 2021-ci il tarixdə, saat 22:13-də profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilindən ABŞ mobil operatoruna məxsus +1 (774) ***-**** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mensur Ziko” kimi qeyd edilmiş və istifadəçisi istintaqa “Ziko” adlı şəxs kimi bəlli olan “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir:-Hansi otele? 01 fevral 2021-ci il tarixdə, saat 22:14, 22:21, 22:22, 22:43, 22:44, 22:45, 22:46, 22:47, 22:48, 22:55, 23:14, 23:15, 23:17 və 23:50-də ABŞ mobil operatoruna məxsus +1 (774) ***-**** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mensur Ziko” kimi qeyd edilmiş və istifadəçisi istintaqa “Ziko” adlı şəxs kimi bəlli olan “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs İstifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir:-Sen ozun bir otel tap da.-Bilmirem axi.-Deyirdin hotele gedecem Bakida.-Ona gore dedim.-Sen hemise harda qalirsan?- Taksiye otur, kartin iste, pulu ora vuraq.-Abi, abi, ay can.-He, get. Hansina gedirsen adini yaz.-Min taksiye, onun kartini at mene.-Shekil cek gorum hardasan?-İndi cek at.-Yox e indi hardasan? Oranin sheklin cek at.-Abi, Tarkan sene yigir. Danish onia. Abi, danis Tarkanla. Abi, abi. Sen niye cavab vermirsən e? Adam sene pul verecek.-Abi, abi, bu ne hereketdi e, ay abi? 02 fevral 2021-ci il tarixdə, saat 00:04, 00:05, 00:06, 00:18, 00:19, 00:20, 00:21, 00:22, 13:45, 13:48, 14:26 və 19:44-də ABŞ mobil operatoruna məxsus +1 (774) ***-**** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mensur Ziko” kimi qeyd edilmiş və istifadəçisi istintaqa “Ziko” adlı şəxs kimi bəlli olan “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir:-Ged qal orda. Hesab tap, pul verim sene. Shoferin nomrein ver. İndi ona usaglar zeng eleyib pul verecek ona. Shoferin nomresini at mene.-Yaxsi, shoferin nomresini ver, tez, buraxma shoferi, indi pulu hell edecem. Nomresini at shoferin mene, uşaqlar yigsin ona. Zeng eliyerler de usaglar, sene pul verecekler.-Abi, ay abi, ay abi, abi, abi. Bu ne hereketdi eliyirsen? Hardasan? Malimizi ver. 3) İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profili ilə “Azercell” mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profili arasında aşağıdakı məzmunlu danışıqların olduğu müəyyən edildi:-29 yanvar 2021-ci il tarixdə, saat 12:17-də “Azercell” mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir:Qeyd: Həmin fotoşəkildə istifadəçisi “Fakhraddin Akbarii” kimi qeyd edilmiş “Kapitalbank" ASC-yə məxsus, “**********355045” nömrəli plastik bankomat kartı əks olunmuşdur. -29 yanvar 2021-ci il tarixdə, saat 12:45də iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilindən “Azercell” mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir: -Noldu, qaqaş?-29 yanvar 2021-ci il tarixdə, saat 12:45 və 12:47-də “Azercell” mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt" kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir: -Qardaş, səbirli ol, almışam e biletini, götürmüşəm. Qoy təsdiqlənsin, atıram. Bilet nömrən təsdiqlənsin. -Bildim e. Qoy biletin də təsdiqlənsin. Analiz verilən yerin nömrəsini də atacam, ünvanını da atacam. 29 yanvar 2021-ci il tarixdə, saat 12:48-də iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilindən “Azercell” mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir:-ok. -29 yanvar 2021-ci il tarixdə, saat 12:50 və 12:52-də “Azercell” mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profilindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir: -Memorial klinikası. Qara Qarayev 38A. ***-***-**-**.-Burda analiz veressen.-Qara Qarayev 38A-dır. Neftçilər metrosu il Qara Qarayevin arasındadır.Qara Qarayev metrosunun arasındadır 29 yanvar 2021-ci il tarixdə, saat 12:53-də iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt" kimi qeydiyyatdan keçmiş “Whatsapp" profilindən “Azercell” mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir:-ok. - 29 yanvar 2021-ci il tarixdə, saat 12:55 və 12:56-da “Azercell” mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profilindən İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp” profilinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir:- Qardaş, biletini də çap eləmişəm. Gəlib burdan götürərsən.-Hə, hazırdır. Yəni çap eləmişəm. Yəni çıxarmışam da, kağıza çap eləmişəm deməkdir. Gəlib götürərsən. Hazırdır. - 29 yanvar 2021 -ci il tarixdə, saat 12:57-də iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatda keçmiş istifadəçi adı “Tt” kimi qeydiyyatdan keçmiş “Whatsapp" profilindən “Azercell” mobil operatoruna məxsus +**********00 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı qeyd edilməmiş “Whatsapp” profilinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir:-ok. Cinayət işinin 1-ci cildinin 132-ci vərəqində olan sərhədkeçmə hesabatına baxış keçirilməsinə dair 10 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2021-ci il tarixdə Baku-lstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, 01 fevral 2021-ci il tarixdə, saat 20:50-də İstanbul-Bakı aviareysi ilə “Bakı Aeroportu” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işinin 3-cü cildinin 178-ci vərəqində olan Təqsirləndirilən şəxs maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti (bank hesabları, hesab üzrə əməliyyatlar, hesab açmadan istənilən valyutada xarici pul köçürmələri, habelə adına olan plastik kartlar üzrə aparılmış bank əməliyyatları) barədə "Unibank” ASC-dən 30 mart 2021-ci il tarixli, HD/1553 saylı məktubla daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs adına "Unibank'' ASCyə məxsus xxxxxxxxxxxx0999 və xxxxxxxxxxxx7839 nömrəli "Albalı" debet plastik bankomat kartları olmuş, 27 fevral 2020-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda xxxxxxxxxxxx0999 ’'Albalı" debet plastik bankomat kartına ümumilikdə 1.209595,57 manat məbləğində pul vəsaiti mədaxil olunmuş və həmin 1.209595,57 manat məbləğində pul vəsaitindən ayrı-ayrı vaxtlarda ümumilikdə 1.208400,67 manat məbləğində pul vəsaiti məxaric olunmuş, qeyd edilən plastik bankomat kartının hesabında 1194,90 manat məbləğində pul vəsaiti qalıq kimi qalmış, 20 oktyabr 2020-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda xxxxxxxxxxxx7839 "Albalı" debet plastik bankomat kartına ümumilikdə 435809,35 manat məbləğində pul vəsaitinin mədaxil olunmuş və həmin 435809,35 manat məbləğində pul vəsaitindən ayrı-ayrı vaxtlarda ümumilikdə 435806,49 manat məbləğində pul vəsaiti məxaric olunmuş, qeyd edilən plastik bankomat kartının hesabında 2,86 manat məbləğində pul vəsaitinin qalıq kimi qalmışdır. İş üzrə Təqsirləndirilən şəxs hesabları mədaxil-məxaric əməliyyatları Pay-Point vasitəsi ilə həyata keçirildiyindən, kartdan karta köçürmə, digər onlayn ödənişlər və ya bankomat vasitəsi ilə nağdlaşdırma əməliyyatları (təyinatı - kartla əməliyyatın məbləğinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülməsi) olduqlarından həmin əməliyyatların kim tərəfindən həyata keçirilməsini müəyyən etmək olmamışdır. Baxış zamanı eyni zamanda 01 yanvar 2019-cu il tarixdən 01 fevral 2021-ci il tarixədək olan dövr ərzində iş üzrə Təqsirləndirilən şəxs hesab açmadan pul köçürmələri həyata keçirməsi, həmçinin qeyd olunan dövr ərzində "xxxx" ASC-də kredit öhdəliklərinin olması müəyyən edilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti (bank hesabları, hesab üzrə əməliyyatlar, hesab açmadan istənilən valyutada xarici pul köçürmələri, habelə adına olan plastik kartlar üzrə aparılmış bank əməliyyatları) barədə "xxxx" ASC-dən 30 mart 2021-ci il tarixli, HD/1553 saylı məktubla daxil olmuş məlumatlar cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 4-cü cildinin 47-49-cu vərəqlərində olan 26 may 2021-ci il tarixli fotoşəkillər əsasında şəxsin tanınması haqqında protokoldan görünür ki, Şahid5 ifadəsində qeyd etdiyi “Namiq” adlı şəxsin iş üzrə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildinin 55-57-ci vərəqlərində olan 11 iyun 2021-ci il tarixli fotoşəkillər əsasında şəxsin tanınması haqqında protokoldan görünür ki, Şahid6 ifadəsində qeyd etdiyi “Namiq” adlı şəxsin iş üzrə Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 4-cü cildinin 61-ci vərəqində olan Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin 11 iyun 2021-ci il tarixli, MMX-X/O-3/4/209/2021 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus xxxxxxxxxxxx0999 və xxxxxxxxxxxx7839 nömrəli kartlarına mədaxillər əsasən “Milliön” və “E- manat” terminallarından nağd, “Ubank" və “Birbank” mobil tətbiqlərindən kartdan karta köçürmə, məxariclər isə əsasən bankomatdan nağd və “Ubank” mobil tətbiqi vasitəsilə kartdan karta köçürülmə ilə edilmişdir. Cinayət işinin 1-ci cildinin 230-cu vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 11 fevral 2021-ci il tarixli, 19/51-1711 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb. İmişli rayon Mərkəzi Xəstəxanasından 2014-cü ildə daxil olmuş məlumata əsasən Quliyev X7 Kabinetdə qeydiyyatdadır. Cinayət işinin 2-ci cildinin 23-cü vərəqində olan “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 16 fevral 2021-ci il tarixli, 07 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “narkomaniya" diaqnozu ilə həkim-narkoloqun dispanser qeydiyyatında dayanır. Cinayət işinin 4-cü cildinin 228-230-cu vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hazırkı cinayət işinin materiallarından cinayət əməllərinin törədilməsində iştirakı olan digər şəxslərin barəsində, eləcə də digər xüsusatlar, yəni 21 iyun 2021-ci il tarixli, HD/3199 saylı məktubla "xxxx" ASC-dən daxil olmuş bank əməliyyatı məlumatlarının, Şahid6, Şahid5, Şahid7 mobil telefon əlaqələrinin araşdırılaraq təhlil edilməsi və digər hallar üzrə 01 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 62-ci bəndinə əsasən 5 qram və daha artıq pxisotrop maddə olan MDMA külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə etməsi, saxlaması, daşıması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməsi özünün qismən etirafedici ifadələri ilə yanaşı, ilkin araşdırma materialları, şahid ifadələri, ekspert rəyləri, sərhədkeçmə hesabatı, mobil telefona baxış protokolu və iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 25-27 və 112-116-cı vərəqində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 39, 220, 2-ci cildinin 85-88, 89-90, 93-99, 120-127-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİl-dən daxil olmuş tələbnamədən, hökmlərin və məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Məhkəməsinin 04 iyun 1998-ci il tarixli hökmünə əsasən həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi ilə (hərbi hissəni özbaşına tərk etmə) təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası 01 il müddətinə təxirə salınmış, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 26 dekabr 2013-cü il tarixli qərarına əsasən Xəzər rayon məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 12 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Ağsu rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını 19 yanvar 2021-ci il tarixdə çəkib qurtardığı üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Məhkəməsinin 04 iyun 1998-ci il tarixli hökmü və Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən barəsində məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Ağsu rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməsə də, o, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 02 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 26 aprel 2021-ci il tarixli, 1250 №-li ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81,82(səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan təsiredici maddəsinin ümumi miqdarı 145 qram olan 1000, aparılmış tədqiqatdan sonra ümumi qalıq sayı 995 həb olan metilendioksinmetamfetamin (MDMA) psixotrop maddəsi, təmiz çəkisi 89,679 qram, aparılmış tədqiqatdan sonra təmiz qalıq çəkisi 89,579 qram olan kokain narkotik vasitəsi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks" Birliyinin anbarında saxlanılan üzərində “logi” sözü yazılmış 2 ədəd səsgücləndirici və qara rəngli, üzərində “X23” sözləri yazılmış çamadan Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 02 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 81,82(səksən bir manat səksən iki qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan təsiredici maddəsinin ümumi miqdarı 145 qram olan 1000, aparılmış tədqiqatdan sonra ümumi qalıq sayı 995 həb olan metilendioksinmetamfetamin (MDMA) psixotrop maddəsi, təmiz çəkisi 89,679 qram, aparılmış tədqiqatdan sonra təmiz qalıq çəkisi 89,579 qram olan kokain narkotik vasitəsi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks" Birliyinin anbarında saxlanılan üzərində “logi” sözü yazılmış 2 ədəd səsgücləndirici və qara rəngli, üzərində “X23” sözləri yazılmış çamadan Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar