Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-148/2023 21.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirərək əldə edib, saxlayıb daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa «Sahil» kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair sövdələşib, bu barədə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra şəxsiyyəti istintaqa «Sahil» kimi məlum olan şəxs istintaqa məlum olmayan üsullarla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ Siyahısına daxil edilən 1727,012 qram çəkidə, yəni külli miqdarda tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ Siyahısına daxil edilən 569,148 qram çəkidə, yəni külli miqdarda ağ rəngli kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ Siyahısına daxil edilən, üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan, “F/M40" yazısı həkk olunmuş, ümumilikdə 226 (iki yüz iyirmi altı) ədəd, ümumilikdə 9,040 qram çəkidə, yəni külli miqdarda, tərkibində metadon maddəsi müəyyən edilmiş narkotik vasitə metadon tabletləri, Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxil edilən, üzərində “Preqabalin 150 Sobhan darou” əmtəə göstəriciləri olan, bir blisterdə 15 (on beş) ədəd göy/narıncı rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin miqdarı 2,25 qram olan, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalini və ümumi təmiz çəkisi 40,739 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı ünvanda saxlamış, 17 fevral 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün, saat 16:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, ev 34 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində axtarış, baxış və götürmə aparılarkən əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 39,012 qram, yəni külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 39,418 qram, yəni külli miqdarda psixotrop maddə metamfetamin, üzərilərində «Methadone 40...Faran» əmtəə göstəriciləri olan, üzərilərində «F/M40» yazısı həkk olunmuş beş blisterdə ümumilikdə 50 (əlli) ədəd ümumi miqdarı 2 qram olan narkotik vasitə metadon tabletlər aşkar edilərək götürülmüşdür. 3.Bundan başqa, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 fevral 2022-ci il tarixdə, saat 19:55-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına müdafiəçinin iştirakı ilə videoçəkilişlə axtarış, baxış və götürmə aparılarkən mənzilin hamam otağında olan taxta konstruksiyalı dolabın içərisindən bir ədəd qara rəngli çantada 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1440 və 248 qram, ümumi təmiz çəkiləri 1688 qram, yəni külli miqdarda açıq qəhvəyimtil-boz rəngli maddə kütlələri, kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ Siyahısına daxil edilən narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 525 qram və çantanın dibindən yığılmış təmiz çəkisi 4,730 qram, ümumi təmiz çəkiləri 529,73 qram, yəni külli miqdarda ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu İlə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin l Siyahısına daxil edilən psixotrop maddə metamfetamin, üzərilərində «Methadone 40...Faran» əmtəə göstəriciləri olan, 18 (on səkkiz) blisterdə, ümumilikdə 176 (yüz yetmiş altı) ədəd, üzərilərində «F/M40» yazısı həkk olunmuş tabletlərin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 7,040 qram, yəni külli miqdarda, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İİ Siyahısına daxil edilən narkotik vasitə metadon tabletləri, üzərində “Preqabalin 150 Sobhan darou” əmtəə göstəriciləri olan, bir blisterdə 15 (on beş) ədəd göy/nanncı rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin miqdarı 2,25 qram, Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxil edilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalini, 01 ədəd qara rəngli qutuya bənzər çantada 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 40,739 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və səthində heroinin izləri müəyyən edilmş 02 ədəd gümüşü korpuslu elektron tərəzilər aşkar edilərək götürülmüşdür.
4. Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə ittihamdan imtina etmişdir. Sübutların tədqiqi: 5.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirili bilməyərək ifadəsində göstərmişdir ki, 8 nəfər şəxs onu öz işlətdiy obyektdə, yəni çay evində tutmuşlar, həmin vaxt yanında 3-4 nəfər olmuş, onladan ikisi dostları Cəbrayıl və Royal olmuşdur, onları bir yerdə tutmuşlar. Obyekti axtarıb heç nə tapmadıqdan sonra onu yaşadığı evə aparmışlar, həmin vaxt evdə yoldaşı və uşağı olmuş, evi axtarmışlar və özünün istifadə etdiyi üç qram malı, yəni narkotik vasitə heroini tapmışlar. O, istifadə etdiyi narkotik vasitə heroini “İnstagram” vasitəsilə tanış olduğu Sahil adlı iranlıdan almış, ödənişi isə kartla etmişdir. Bundan sonra onu Badamdara Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, orada 1-2 saat qalandan sonra demişlar ki, «mal verəciyik sənə, aparıb evindən videoçəkilişlə götürəcəyik, razılaşıb öz üstüvə götürməlisən, deyəcəksən mənimdir, razılaşmasan evini tiryəkxana kimi qeydiyyata salacağıq və yoldaşını da şəriyin kimi təqdim edəcəyik». O, razılaşmış, bir xanım vəkil gəldikdən sonra evə onlar gedərək malı qoyub çəkiliş etmişlər və o hamısının onun olduğunu bildirmişdir. O, razılaşdıqdan sonra Cəbrayılla Royalı buraxmışlar. Onu saxladıqdan sonra obyektində, maşında və idarədə vurmuşlar. 6.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 4-də ailəsi ilə birlikdə yaşayır, ailəlidir, bir övladı var, əvvəllər məhkum olunmamışdır, fərdi əməklə məşğul olur, yəni Xəzər rayonu, Şüvəlan qəsəbəsində kafe icarəyə götürüb işlədir. Son bir ildir ki, narkotik vasitə qəbul edir. 17 fevral 2022-ci il tarixdə, təxminən saat 16:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 34 ünvanının yaxınlığında piyada hərəkən etdiyi zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğunu bildirmişlər. Onlar öz xidməti vəsiqələrini ona təqdim etdikdən sonra barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edərək onu Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Sonra üzərinə şəxsi axtarış aparılmağa başlamışlar, şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkçənin sol yan cibindən 01 (bir) ədəd bükümdə heroin, 01 (bir) ədəd bükümdə metamfetamini və 50 (əlli) ədəd metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01 (bir) ədəd açar və 71 (yetmiş bir) manat pul, həmin şalvarın sağ yan cibindən 2 (iki) ədəd birinin içərisində simkart nömrəsi olmayan, digərində isə ***-***-**-** simkart nömrəsi olan «İphone» markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtanş zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi heroin və metamfetamini elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 41 qram, metamfetamin çəkisi isə 40 qram olmuşdur. Həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, sonra özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd «İphone» markalı mobil telefonlar bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 01 (bir) ədəd açar və 71 (yetmiş bir) manat pul isə özünə qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olumuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri bir gün əvvəl tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Sahil” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında ona 500 (beş yüz) manat pul verəcəyini, narkotik vasitə istifadəçisi olmadığını, əvvəllər məhkum olunmadığını, həmçinin Xəzər rayonunda yaşadığı mənzildə narkotik vasitə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bundan sonra yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzilin hamam otağında olan taxta konstruksiyalı dolabın içərisindən qara rəngli çantada 02 (iki) ədəd bükümdə heroini, 01 (bir) ədəd bükümdə metamfetamini, 01 (bir) ədəd bükümdə qurudulmuş marixuananı, 176 (yüz yetmiş altı) ədəd metadon həblərini, 15 (on beş) ədəd preqabalin həblərini və 02(iki) ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi və heroinin çəkisi təxminən ümumilikdə 1 kq 717 qram, metamfetaminin çəkisi 532 qram, qurudulmuş marixuananın çəkisi 47 qram olmuşdur. Daha sonra həmin kütlələr və 02 (iki) ədəd elektron tərəzi içərisində narkotik maddə qalıqları da olan qara rəngli çantaya qoyularaq qablaşdırılmışdır. DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissəsinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri bir gün əvvəl tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Sahil” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən onun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında ona 500 (beş yüz) manat pul verəcəyini, narkotik vasitə istifadəçisi olmadığını, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İlkin təhqiqat araşdırması zamanı narkotik vasitə qəbul etmədiyini bildirsə də, lakin istintaq zamanı ifadə verərək bildirmişdir ki, sonradan fikirləşmişdir ki, istintaq zamanı səmimi etiraf etsin. Çünki yalan desə narkoloji müayinə zamanı aşkar olunacaq. İfadəsində qeyd etmişdir ki, arabir psixotrop maddə olan metamfetamin istifadə edir. Polis əməkdaşları saxlayanda üzərində özünə məxsus iki ədəd, yəni biri «İphone» markalı mobil telefon olmuşdur. Onların birində ifadəsində qeyd etdiyi kimi xarab olduğuna görə nömrə olmamışdır, düzəltdirmək üçün üzərində saxlamışdır, digərində isə ***-***-**-** mobil nömrəsi olmuşdur. İran İslam Respublikasının vətəndaşı olan «Sahil» adlı şəxslə həmin telefonun üzərində olmayan, lakin Whatsappla qeydiyyatdan keçdiyi ***-***-**-** mobil nömrəsi ilə saxlamışdır. Onun nömrəsini isə dəqiq xatırlamadığını bildirmişdir. Təxminən 6 ay bundan əvvəl bir nəfər tanımadığı şəxs telefonundan sonradan «Sahil» kimi tanıdığı şəxsə zəng vurmuşdur, lakin nə məqsədlə zəng vurduğunu bilməmişdir, o vaxta kimi onu tanımamış, nömrəsi onun telefonunda qalmışdır. Bir neçə gün keçdikdən sonra «Sahil» adlı şəxs ona özü zəng vurub İran İslam Respublikasında olduğunu bildirmiş və təklif etmişdir ki, narkotik vasitələrinin qoyulacağı yeri desin o, da onun dediyi yerlərdə qoysun. Kim götürməli olsa gəlib özü həmin yerlərdən götürəcək. Həmin işin müqabilində 500 (beş yüz) manat pul verəcək. Təqsirləndirilən şəxs onunla razılaşmış və işləməyə başlamışlar. Əvvəlcə az-az göndərmiş o, da müəyyən yerlərdə qoymuşdur və sonra həmin yeri “Sahil” adlı şəxsə demişdir. Sonuncu dəfə isə külli miqdarda göndərmişdir. Onları evdə gizlətmişdir. Ondan lazım olan qədər götürüb evdən çıxmışdır ki, polis əməkdaşları tərəfindən tutulmuşdur. X5 vətəndaşı “Sahil” kimi tanıdığı şəxs ona kart vasitəsi ilə ödəmişdir. Həmin kart üzərində adı olmayan və tanımadığı şəxsə məxsus olduğunu, kodunu hazırda xatırlamadığını, lakin "xxxx" ASCnə məxsus olduğunu bildirmişdir. Narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri kiməsə satmadığını, X5 vətəndaşı “Sahil” adlı şəxsin ona dediyi yerlərdə qoyduğu yerlərdən kimlər tərəfindən götürüldüyünü bilmədiyini, heç kimə satmadığını, “Sahil” adlı şəxslə işləməyə başlayanda belə razılaşmışlar ki, ona narkotik vasitələri, psixotrop və güclü təsiredici maddələrin qoyulduğu yerləri deyəcək, o, da oradan götürüb ayrı-ayrı yerlərdə qoyacaq və bunun müqabilində ona 500 (beş yüz) manat pul verəcək (İ cild, səh. 88-90, 246-248). 7.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zaurla bağlı külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. 17 fevral 2022-ci il tarixdə əməliyyat tədbiri həyata keçirilərək, Xəzər rayonu ərazisində, Mərdəkan qəsəbəsində saxlanılmış, BNMİ-yə gətirilmişdir. İnzibati otaqların birində videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Üzərində 2 büküm narkotik vasitə heroinə və metamfetaminə bənzər kütlə olduğunu bildirərək təqdim etmişdir. Həmin narkotik vasitələr tərəzidə çəkilib və hərəsinin 40 qram olduğu müəyyən edilmişdir. Digər narkotik vasitələrin qalan hissəsinin isə kirayə yaşadığı mənzildə saxladığını bildirmişdir. Yenidən Mərdəkana gedilmiş, həmin mənzildə hamamın girəcəyində dolabda saxladığı çanta aşkar olunmuşdur. Evdə başqa şəxs olmamışdır. Onun içərisində 2 büküm heroin, 1 büküm metamfetamin, 1 büküm marixuana, metadon həbləri və preqabalin həbləri olduğu müəyyən edilmişdir. Təxminən 1 kq 700 qrama yaxın heroin, 500 qr-dan artıq metamfetamin, 40 qramdan artıq marixuana, 17 list metadon həbləri, 5-6 dənə preqabalin olmuşdur. Videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə baxış keçirilmişdir. Həmin narkotik vasitələri bir gün əvvəl Abşeron rayonu, Saray qəsəbəsindən Sahil adlı iranlıdan götürdüyünü bildirmişdi və 500 manat müqabilində onun deyəcəyi yerə yerləşdirəcəkdi. Hər hansı zor və təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1998-ci il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, otra təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi ev 34, mənzil 17-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsiredici maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almışdır. Bununla bağlı daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və ya gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsindən ötrü DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla idarə rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi o, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri polis serjantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. xx.xx.2022-cİ il tarixdə, saat 16:45 radələrində yaradılmış qrup tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və nəqliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsiz tədbirləri nəzərə alınmaqla DİN-in BNMİ-nin izibati binasına gətirilmiş və bu barədə tərtib edilmiş raportla idarənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün idarənin rəhbərliyi tərəfindən təhqiqat bölməsinə göstəriş verilmiş və təhqiqatçı, polis mayoru Yelmar Vahabov tərəfindən araşdırma aparılmasına başlanılmışdır. İdarənin inzibati binasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Yelmar Vahabov xidməti iş otağında onun, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X7, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri polis serjantı Şahid2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində baxış və şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 50 (əlli) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01 ədəd açar və 71 (yetmiş bir) manat pul, həmin şalvarın sağ yan cibindən 02 ədəd-birinin içərisində simkart nömrəsi olmayan, digərində isə ***-***-**-** simkart nömrəsi olan İphone markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Zərfin üzəri şübhəli şəxs, müdafiəçi və onlar imzalanmışdır. Əhəmiyyət kəsb etdiyi üçün 02 ədəd mobil telefon Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, 01 ədəd açar və 71 (yetmiş bir) manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri bir gün əvvəl tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Sahil adlı şəxsin vasitəsi ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən Sahilin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Sahilin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında ona 500 (beş yüz) manat pul verəcəyini, narkotik vasitə istifadəçisi olmadığını, məhkum olmadığını, həmçinin Xəzər rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol latın qrafikası ilə kompüter vasitəsilə düzgün tərtib edilməklə imzalarla təsdiq edilmiş, protokola bir ədəd DVD əlavə olunmuşdur. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq əməliyyat qrupunun üzvləri, təhqiqatçı və şübhəli şəxslə birlikdə ünvan 4 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan baxış və götürmə aparılması haqqında 17 fevral 2022-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə etməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək mənzildə olması ehtimal olunan narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə hamam otağında olan taxta konstruksiyalı dolabın içərisindən qara rəngli çantada 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 1 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 176 ədəd narkotik vasitə olan Metadon həblərinə bənzər kütləni, 15 ədəd narkotik vasitə olan Preqabalin həblərinə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi təxminən ümumilikdə 1 kq 717 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi 532 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 47 qram olmuşdur. Daha sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisində narkotik maddə qalıqları olan qara rəngli çantaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Zərfin üzəri şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq evindən aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri bir gün əvvəl tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Sahil adlı şəxsin vasitəsi ilə Abşeron rayonu Saray qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən Sahilin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Sahilin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında ona 500 (beş yüz) manat pul verəcəyini, narkotik vasitə istifadəçisi olmadığını, məhkum olmadığını, həmçinin Xəzər rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməmkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol latın qrafikası ilə kompüter vasitəsilə düzgün tərtib edilməklə imzalarla təsdiq edilmiş, protokola bir ədəd DVD əlavə olunmuşdur (İ cild, səh. 133-135). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, halhazırda Yasamal RPİ-də əməliyyat müvəkkili kimi çalışır. Əməliyyat tədbiri zamanı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri vəzifəsində işləmişdir. 17 fevral 2022-ci il tarixdə, 16:45 radələrində Şahid3 və Şahid1 iştirakı ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeseniy küçəsində Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim etmişlər. BNMİ-də vəkilin iştirakı ilə üzərinə baxış keçirildi. Üzərindən 1 ədəd heroin, 1 ədəd metamfetamin və 50 ədəd metadon həbləri aşkar olundu. Evində olduğunu da bildirmişdi. Evinə gedəndən sonra evdə hamam otağında dolabda 2 büküm heroin, 1 büküm metamfetamin, 1 ədəd marixuana və 2 ədəd elektron tərəzi aşkar olunmuşdu. Onları da Sahil adlı şəxsdən Sahil qəsəbəsində əldə etdiyini bildirmişdi. Hər payladığı kiloya görə 500 manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq olmamışdır. 10.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri vəzifəsində işləyir, rütbəsi polis serjantıdır. xx.xx.2022-ci il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1998-ci il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, otra təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi ev 34, mənzil 17-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsiredici maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almışdır. Bununla bağlı daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və ya gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyat keçirilməsindən ötrü DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla idarə rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, o, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. xx.xx.2022-cİ il tarixdə, saat 16:45 radələrində yaradılmış qrup tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və nəqliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsiz tədbirləri nəzərə alınmaqla DİN-in BNMİ-nin izibati binasına gətirilmiş və bu barədə tərtib edilmiş raportla idarənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün idarənin rəhbərliyi tərəfindən təhqiqat bölməsinə göstəriş verilmiş və təhqiqatçı, polis mayoru Yelmar Vahabov tərəfindən araşdırma aparılmasına başlanılmışdır. İdarənin inzibati binasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Yelmar Vahabov xidməti iş otağında onun, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X7, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində baxış və şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Bundan sonra, şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla təhqiqatçı tərəfindən tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud İş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni, 01 ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 50 (əlli) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 01 ədəd açar və 71 (yetmiş bir) manat pul, həmin şalvarın sağ yan cibindən 02 ədəd-birinin içərisində simkart nömrəsi olmayan, digərində isə ***-***-**-** simkart nömrəsi olan İphone markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Zərfin üzəri şübhəli şəxs, müdafiəçi və onlar imzalanmışdır. Əhəmiyyət kəsb etdiyi üçün 02 ədəd mobil telefon Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, 01 ədəd açar və 71 (yetmiş bir) manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri bir gün əvvəl tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Sahil adlı şəxsin vasitəsi İlə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən Sahilin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Sahilin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında ona 500 (beş yüz) manat pul verəcəyini, narkotik vasitə istifadəçisi olmadığını, məhkum olmadığını, həmçinin Xəzər rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol latın qrafikası ilə, kompüter vasitəsilə düzgün tərtib edilməklə imzalarla təsdiq edilmiş, protokola bir ədəd DVD əlavə olunmuşdur. Bundan sonra, əməliyyat tədbirlərinin davamı olaraq əməliyyat qrupunun üzvləri, təhqiqatçı və şübhəli şəxslə birlikdə ünvan 4 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan baxış və götürmə aparılması haqqında 17 fevral 2022-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə etməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək mənzildə olması ehtimal olunan narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə hamam otağında olan taxta konstruksiyalı dolabın içərisindən qara rəngli çantada 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 1 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 176 ədəd narkotik vasitə olan Metadon həblərinə bənzər kütləni, 15 ədəd narkotik vasitə olan Preqabalin həblərinə bənzər kütləni və 2 ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi təxminən ümumilikdə 1 kq 717 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi 532 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 47 qram olmuşdur. Daha sonra həmin kütlələr və 2 ədəd elektron tərəzi içərisində narkotik maddə qalıqları olan qara rəngli çantaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Zərfin üzəri şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq evindən aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütlələri bir gün əvvəl tanıdığı İran İslam Respublikasının vətəndaşı olan Sahil adlı şəxsin vasitəsi ilə Abşeron rayonu Saray qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən Sahilin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Sahilin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymasının qarşılığında ona 500 (beş yüz) manat pul verəcəyini, narkotik vasitə istifadəçisi olmadığını, məhkum olmadığını, həmçinin Xəzərm rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməmkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol latın qrafikası ilə, kompüter vasitəsilə düzgün tərtib edilməklə imzalarla təsdiq edilmiş, protokola bir ədəd DVD əlavə olunmuşdur (İ cild, səh. 130-132). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barədə ona əməliyyat məlumatı daxil olmuşdur ki, həmin şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Həmin tarixdə tədbir keçirilmiş, şəxsi yaşadığı ünvanın yaxınlığında saxlamışlar. Əməliyyat qrupuna ondan başqa Şahid3 və Şahid2 daxil olmuşdur. Baş idarədə Müdafiəçi və təhqiqatçının iştirakı ilə saxlanılan şəxsin üzərinə baxış keçirilmişdir. Üzərindən 1 büküm heroin, 1 büküm metamfetamin və metadon həbləri aşkar olunmuşdu. Sonra yaşadığı ünvanda narkotik vasitələrin olduğunu bildirmişdir. Özünün razılığı əsasında yaşadığı ünvana gedilmiş, orada vəkilin və təhqiqaçının iştirakı ilə baxış keçirilmişdir. Özü hamam otağından həmin torbanı çıxardıb, təqdim etmişdi. Torbanın içində heroin, metamfetamin, metadon və preqabalin həbləri aşkar olunmuşdu. Bildirdi ki, saxlanıldığı vaxtdan bir gün əvvəl Abşeron rayonu, Sahil qəsəbəsi ərazisində “zakladka” yolu ilə götürmüşdür. 12.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. (İ cild, səh. 127-129). 13.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla yeni ailə həyatı qurmuşlar, bir övladları . 17 fevral tarixində saat 4-5 radələrində qapı döyülmüş, Zauru görüb qapını açmış, bu zaman 7-8 nəfər içəri daxil olmuşdur. Üstü uyğun olmadığı üçün paltarını dəyişməyə getmiş, onu nəlayiq ifadələrlə bir nəfər çağırmışdır. Şərəf və ləyaqətinə toxunmuşlar. Onu zal otağına gətirmişlər, təhqir etmişlər. Bu zaman Zaurun döyüldüyünü görmüşdür. Övladı ağladığı üçün digər otağa keçmişdir. Həmin şəxslər Zauru döyməkdə davam etmişlər. Daha sonra Zauru aparmışlar, amma onun yanında 3 nəfər qalmışdır. Həmin şəxslər onu çağırıb ondan paket istəmişlər. Onu otaqdan çıxmağa qoymamışlar. O telefon istəmək üçün digər otağa keçəndə görmüşdür ki, paketlər hazırlayırlar. Videoçəkiliş gəldikdə ağzını bağlayıb qızı ilə onu başqa otağa salmışlar. Polislər onlardan axşam saat 10-11 radələrində getmişlər. Həyat yoldaşının narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli 6/1005 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və sə yazılar, imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 39,012 qram tünd qəhvəyi rəngli maddə kütləsi (1 №-li oby.) kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd bükümdə təmiz çəkisi 39,418 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, üzərilərində «F/M40» yazısı həkk olunmuş tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan narkotik vasitə - metadom müəyyən edildi. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və sə yazılar, imzalar olan qara rəgnli çantadakı iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilən 1440 qram (2 №-li oby.); 248 qram (3 №-li oby.) ümumi təmiz çəkiləri 1688 qram açıq qəhvəyimtil-boz fəngli maddə kütləlrəi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 2 və 3 №-li heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Bir ədəd bükümdə təmiz çəkisi 525 qram və çantanın dibində yığılmış təmiz çəkisi 4,730 qram, ümumi təmiz çəkiləri 529,73 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan on səkkiz blisterdə ümumilikdə 176 (yüz yetmiş altı) ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 7,040 qram narkotik vasitə - metadon müəyyən edildi. Üzərində “Pregabalin 150 Sobhan darou” əmtəə göstəriciləri olan bir blisterdə ümumilikdə 15 (on beş) ədəd göy/nanncı rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin miqdarı 2,25 qram olan güclü təsir edən maddə - preqabalini müəyyən edildi. İki ədəd gümüşü korpuslu səthində heroin izləri müəyyən edildi. Tərəzilərin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm heroin kütləsi ilə yaşadığı evdən aşkar olunmuş iki bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə fərqlidirlər. Həmin şəxsin üzərindən aşkar olunmuş bir büküm metamfetamin kütləsi və çantadan aşkar olunmuş metamfetamin kütləsi kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş metadom tərkibli tabletlər də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ), metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli mirdarının siyahısına” (1 nömrəli əlavə) daxildir (İ cild, səh. 43- 49). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli 7/151 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş....» yazılar və imzalar olan qara rəngli qutuya bənzər çantada bir ədəd üzəri skoçla bağlanmış sellofan bükülüdə təmiz çəkisi 40,739 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin qara rəngli qutuya bənzər çantada olan 02 ədəd elektron tərəzilərin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitə hissəcikləri olmadığı üçün təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı (İ cild, səh. 51-55). 16.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 21 aprel 2022-ci il tarixli, 1973 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 212-213). 17.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 fevral 2022-ci il tarixli protokoldan, «Diskə baxış keçirilməsi haqqında» 02 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, 17 fevral 2022-ci il tarixdə saat 18:30-da DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov xidməti iş otağında Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X7, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri polis serjantı Şahid2 və videoçəkilişi həyata keçirən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X.M.İ.Ü baş əməliyyat müvəkkili polis mayoru Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılmış, üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan gödəkçəni sol yan cibindən 03 ədəd bükümü təqdim edərək həmin bükümlərdən - 01 ədəd qara rəngli bükümün içərisində 05 ədəd listdə olan 50 ədəd “metadom” kimi tanıdığı həbləri, 01 ədəd ağ rəngli bükümdə açıq qəhvəyi rəngli “patı” kimi tanıdığı kütlə və 01 ədəd ağ rəngli bükümdə “kola” kimi adlandırdığı kütləni masanın üzərinə qoymuşdur. Bundan başqa əlavə axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş maddə və ya kütlə aşkar edilməmiş, lakin əynindəki qara rəngli jins şalvarın sol yan cibindən pul əskinasları və 01 ədəd açar, sağ yan cibindən 02 ədəd “iPhone” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş mobil telefonların birində ***-***-**-** mobil nömrəni istifadə etdiyini, digərində isə mobil nömrə istifadə etmədiyini bildirmişdir. Həmin mobil telefonlar iş üzrə əhəiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan başqa üzərində aşkar olunmuş 01 ədəd açar yaşadığı evin açarı olduğunu və pul əskinaslarının da ona məxsus olduğunu bildirmişdir. Bundan sonra 01 ədəd açar və üzərində aşkar olunmuş 71 (yetmiş bir) manat pul özünə qaytarılmışdır. Bundan sonra 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 40 qram olması və digər bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi isə 41 qram olması müəyyən olunmuşdur. Üzərində aşkar olunmuş 03 ədəd bükümlər isə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona verilən suala cavab verərək bildirmişdirki, təqdim etdiyi kütlələri dünən, yəni tutulduğu gündən bir gün əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Sahil” adlı şəxsdən şəxsi istifadə üçün deyil, satış məqsədi ilə digər şəxslərə paylamaq üçün almış və Saray yolundan götürdüyünü bildirmişdir. Təqdim etdiyi kütlələrdən başqa yaşadığı evdə də həmin maddələrdən olduğunu bildirmiş və polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərində aşkar olunmuş 71 manat puldan başqa üzərində saxlanılarkən əlavə pul və ya qiymətli heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra 24 saylı Vəkil Bürosunun vəkili Lalə Mənsurova Təqsirləndirilən şəxs sual verərək saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı bir zorakılığa və ya təzyiqə məruz qalıb-qalmamasını, əvvəllər də bu əməllərlə məşğul olub-olmamasını və təqdim etdiyi maddələrin istifadəçisi olub-olmamamasını soruşmuş və o, polis əməkdaşları tərəfindən hər hansı bir zorakılığa və ya təzyiqə məruz qalmadığını, əvvəllər belə əməllərlə məşğul olmadığını və təqdim etdiyi maddələrin istifadəçisi olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən əlavə verilən suala cavab olaraq əldə etdiyi maddələri paylamağı öhdəsinə götürdüyünü və əvəzinə “Sahil” adlı İran İslam Respublikasının vətəndaşı tərəfində ona 500 (beş yüz) manat məbləğində pul veriləcəyini bildirmişdir. Belliklə də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Yelmar Vahabov videoçəkilişin “Sony” markalı mobil telefon vasitəsi ilə həyata keçirildiyini və videoçəkilişin DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən aparıldığıni bildirərək şəxsi axtarış, baxış və götürmə prosessual hərəkətinin başa çatdığını bildirmişdir (İ cild, səh. 31-32, 137-139). 18.«Mənzilə baxış keçirilməsi və götürmə haqqında» 17 fevral 2022-ci il tarixli protokoldan, «Diskə baxış keçirilməsi haqqında» 02 mart 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, 17 fevral 2022-ci il tarixdə saat 19:55-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Yelmar Vahabov xidməti iş otağında Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X7, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri polis setrjantı Şahid2 və videoçəkilişi həyata keçirən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X.M.İ.Ü baş əməliyyat müvəkkili polis mayoru Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış və götürmə aparılmış, mənzildə qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs mənzilin vanna otağına keçərək orada olan ağ rəngli dolabın qapısını açaraq orada olan qara rəngli çantanı götürərək təqdim etmişdir. Həmin çantanın içərisində 04 ədəd büküm, 02 ədəd elektron tərəzi, 18 list eyni növlü həblər və 01 ədəd list digər növlü həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdən 01 ədədi “kakos” adlandırdığı kimi kütlə, 02 ədədi “patı” kimi adlandırdığı kütlə, 01 ədədi “nəşə” kimi adlandırdığı kütlə, 18 ədər listdə cəmi 176 ədəd M40 kimi tanıdığı həblər olan kütlə, 01 ədəd listdə 15 ədəd “preqabalin” həblər olan kütlə və 02 ədəd elektron tərəzi olduğunu bildirmişdir. Bundan sonra həmin kütlələrə baxış keçirilmiş və elektron tərəzidə təxmini çəkisi müəyyən edilmişdir. Belə ki, kütlələrdən 01 ədədinin içərisində olan ağ rəngli kristal psixotrop maddə- metamfetaminə bənzər kütlə, 01 ədədinin içərisində olan açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, 01 ədədinin içərisində də açıq qəhvəyi rəngli kütlə və 01 ədədinin içərisində isə açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, üzərində “metadom 40” yazılmış 17 ədəd list-birinin içərisində 10 ədəd olmaqla 01 ədədinin içərisində isə 06 ədəd olmaqla 18 ədəd (is həblər və 01 ədəd üzrəində “preqabalin 150” yazılan həblər olduğu müəyyən olunmuşdur. Həmin kütlələr elektron tərəzidə təxmini çəkisi müəyyən edilməsi üçün çəkilmişdir. Onlardan 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə çəkilərək çəkisi 532 qram, 01 ədəd bükümsdə narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 1455 qram, 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 262 qram və 01 ədəd qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi isə 47 qram olması müəyyən edilmişdir. Həmin kütlələrin olduğu çantanın içərisində də həmin kütlələrin qalıqları müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr yenidən qara çantaya yerləşdirilir və iki ədəd elektron tərəzinin də üzərində həmin kütlələrin qalıqlarından olub- olmaması məqsədi ilə qablaşdırlaraq iştirakçılar tətrəfindən imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs danışaraq həmin kütlələri tutulduğu gündən bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Saray yolundan əldə etdiyini, həmin kütlələri İran İslam Respublikasının vətəndaşı olan “Sahil” adlı şəxsdən əldə etdiyini, onunla sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, həmin kütlələri paylamaq məqsədi ilə əldə etdiyini, marağı isə satıb pul əldə etməyini bildirmişdir. Bundan başqa əvvəllər məhkum olunmadığını və narkotik vasitə istifadə etmədiyini qeyd etmişdir. Təqdim etdiyi kütlələrdən başqa yaşadığı mənzildə qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşyanın olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilmiş və mənzildə qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar olunmamışdır. Belliklə də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Yelmar Vahabov videoçəkilişin “Sony” markalı mobil telefon vasitəsi ilə həyata keçirildiyini və videoçəkilişin DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 tərəfindən aparıldığını' bildirərək mənzilə baxış və götürmə prosessual hərəkətinin başa çatdığını bildirmişdir (İ cild, səh. 35-36, 140-142). 19.«Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında» 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsinə dair məhkəmə qərarına əsasən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirilən diskin bir tərəfində Bakcell sözləri yazılmışdır. «CD» diskə xidməti otaqda kompüterdə baxılmış və həmin diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 8 (səkkiz) ədəd fayl vardır. Həmin fayllar aşağıdakılardır: SMS_Tarixçəsi__**********4553_553281920 SMS_Tarixçəsi_**********4557_553281920 SMS_Tarixçəsi_**********4609_555759191 SMS_Tarixçəsi_**********4613_555759191 Zənglərin_Detallaşması **********4816 555759191_1 Zənglərin_Detaİiaşması_**********4837 553281920_1 Zənglərin_Məxsusluq_Tarixçələri **********4827 555759191_BKC_1 Zənglərin_ Məxsusluq_Tarixçələri **********4834 553281920_BKC_1 Həmin fayllarda qeyd olunan mobil nömrədən müxtəlif mobil nömrələrə yazılmış sms mətnlərinin məzmunu, qeyd olunan nömrələrin kimə məxsus olması barədə məlumat, nömrə sahiblərinin anket məlumatları və qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar əks olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə müxtəlif sms mətnlər, nömrə sahiblərinin anket məlumatları, qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, lakin iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və smsi yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir: xx.xx.2021-ci il tarixdə, saat 15:46:17-də 055 ***-**-** saylı mobil nömrədən 051 363- 74-24 mobil nömrəyə «qaqa 1 dənə falqa qoy», saat 20:15:14-də 055 ***-**-** saylı mobil nömrədən 051 ***-**-** mobil nömrəyə «Təqsirləndirilən şəxs», saat 20:18:22-də 055 ***-**-** saylı mobil nömrədən 055 ***-**-** mobil nömrəyə «sroşnu svyaz elə», xx.xx.2021-ci il tarixdə, saat 17:27:45-də 055 ***-**-** saylı mobil nömrədən 051 866- 00-27 mobil nömrəyə «heç olmasa götürdüyün adamlardan birini düz-qoş elə, neçədən götürür, o qiymətə mal verim», xx.xx.2021-ci il tarixdə, saat 18:49:16-da 055 ***-**-** saylı mobil nömrədən 070 643- 70-70 mobil nömrəyə «təşkil eləməy olar», xx.xx.2021-ci il tarixdə, saat 18:56:50-da 055 ***-**-** saylı mobil nömrədən 070 643- 70-70 mobil nömrəyə «moşnu daşdı özdə narahat olma», xx.xx.2021-ci il tarixdə, saat 18:58:13-də 055 ***-**-** saylı mobil nömrədən 070 643- 70-70 mobil nömrəyə «o deyir 100 verərəm qram yarımına», xx.xx.2021-ci il tarixdə, saat 19:11;33-də 055 ***-**-** saylı mobil nömrədən 055 871- 09-02 mobil nömrəyə «qaqa totanlı kruquna tərəf qalxanda məçidi keçən kimi sağda skoru var, skorunun sağ qapı hasarına çöl tərəfdə görəssən kent qutusunda». Baxış zamanı müəyyən edilmişdir ki, 055 ***-**-** mobil nömrə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Qeyd olunan diskdən istintaq əhəmiyyəti kəsb edən hissələr A4 formatlı kağıza çıxarılaraq protokola əlavə edilmişdir. "xxxx" MMC- dən daxil olmuş CD diskə xidməti otaqda kompüter monitorunda baxış keçirildikdən sonra iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək qablaşdırılmaqla möhürlənmişdir (İ cild, səh. 209-210). 20.«Maddi sübut kimi tanıma və saxlama haqqında» 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 39,012 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 01 ədəd bükümdə təmiz çəkisi 39,418 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmş psixotrop maddə - metamfetamin, üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan beş blisterdə ümumilikdə 50 (əlli) ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 2 qram olan narkotik vasitə metadon, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanından aşkar edilmiş, mənzildə hamam otağında olan taxta konstruksiyalı dolabın içərisindən qara rəngli çantada olan iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1440 qram və 248 qram, ümumi çəkiləri 1688 qram açıq qəhvəyimtil-boz rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 01 ədəd bükümdə təmiz çəkisi 525 qram və çantanın dibindən yığılmış təmiz çəkisi 4,730 qram, ümumi təmiz çəkiləri 529,73 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 18 (on səkkiz) blisterdə ümumilikdə 176 (yüz yetmiş altı) ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 7,040 qram olan narkotik vasitə metadon, üzərində “Pregabalin 150 Sobhan darou” əmtəə göstəriciləri olan bir blisterdə ümumilikdə 15 (on beş) ədəd göy/narıncı rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin miqdarı 2,25 qram olan güclü təsir edən maddə - preqabalin, 01 ədəd sellofan bükülüdə təmiş çəkisi 40,739 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və səthində heroinin izləri müəyyən edilmiş 02 ədəd gümüşü korpuslu elektron tərəzi maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 1727,12 qram narkotik vasitə - heroinin tədqiqata 0,12 qram sərf edildikdən sonra qalıq 1726,892 qramı, ümumi təmiz çəkisi 569,148 qram psixotrop maddə metamfetaminin tədqiqata 0,12 qram sərf edildikdən sonra qalıq 569,028 qramı, tərkibində ümumilikdə 9,040 qram metodon maddəsi müəyyən edilmiş ümumilikdə 226 ədəd narkotik vasitə metadon tabletlərinin tədqiqata 12 tablet sərf edildikdən sonra qalıq 214 tabletləri, 15 ədəd güclü təsiredən maddə preqabalin kapsullarının tədqiqata 0,4 kapsul sərf edildikdən sonra qalıq 11 kapsulları, ümumi təmiz çəkisi 40,739 qram narkotik vasitə qurudulmuş marixuananın tədqiqata 0,02 qram sərf edildikdən sonra qalıq 40,719 qramı və səthində heroinin izləri müəyyən edilmiş 02 ədəd gümüşü korpuslu elektron tərəzi məhkəmənin qərarınadək Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd “İPhone” markalı mobil telefon istintaq əhəmiyyəti kəsb etmədiyinə görə gələcəkdə ailə üzvlərinə qaytarılması üçün məhkəmə qərarınadək Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (İ cild, səh. 116-118). 21.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 01 mart 2022-ci il tarixli, 1639 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 144). 22.Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabnın surətindən görünür ki, Təqsirləndirilən şəxs ilkin müayinəsi zamanı heç bir şikayət daxil olmamış və xəsarət aşkar olunmamışdır. 23.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 18 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, təlimata uyğun olaraq həkim baxışından keçirilmiş, sorğu zamanı xəsarət almadığını bildirmiş, baxış zamanı bədən səthində yeni xəsarət izləri aşkar edilməmişdir. 24.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 22). 25.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 4(003)- 70/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 fevral 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 98-100). 26.Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 1(101)-148/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2ci maddəsi üzrə ittihamdan imtina etməsi səbəbindən cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bağlı hissədə xitam verilmişdir. 27.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 143). 28.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 30.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 31.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 32.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 33.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi vardır. 34.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 35.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 36.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 37.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 38.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 39.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 40.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 41.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Qeyd olunan siyahının 111-ci bəndinə görə 1,6 qram və yuxarı həddə narkotik vasitə olan metadon külli miqdar hesab hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 42.«Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 18 mart 2016-cıil tarixli, 180- VQ №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının» siyahısının 71-ci bəndinə əsasən 5 qram və yuxarı həddə güclü təsiredən maddə olan preqabalin külli miqdar hesab edilir. 43.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 44.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polislər tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, İstintaq Təcridxanasında təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən göründüyü kimi təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman zədə almadığını bildirmiş, müayinə zamanı xəsarət izi aşkar edilməmişdir. 45.Məhkəmə təqsirləndirilən şəxsin üzərində və evində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin, eyni zamanda «Mənzilə baxış keçirilməsi və götürmə haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 46.Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəməyədək icraatda təqsirləndirilən şəxs videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə etirazını bildirməmiş, iş materiallarında etiraz etməsi və bu sübutun fiziki və ya psixi zorakılıq nəticəsində əldə edilməsi barədə vəsatət qaldırmamış, yalnız məhkəmə baxışında bu hal irəli sürülsə də müdafiə tərəfinin zorakılığın mövcud olması, bu sübutun fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddiası təsdiq olunmamışdır. 47.Təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 48.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polis idarəsində psixoloji təzyiqə, hədəyə məruz qalması ilə bağlı məsələni barəsində nə həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə qarşısında, nə də ibtidai istintaq dövründə prokurorluq orqanı qarşısında qaldırmamışdır. 49.Məhkəmə həmçinin Şahid4 ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxslə faktiki ər-arvad münasibətində olmaqla onun xeyrinə ifadə verməsi istisna olunmur. 50.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 51.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 52.Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə məhkəmə bildirir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin çəkisi, həmçinin təqsirləndirilən şəxsin istifadəsində olmuş 055 ***-**-** saylı mobil nömrəsinə daxil olan və göndərilən sms mətnlərinə dair diskə keçirilmiş baxış zamanı jarqon terminlərdən ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 53.«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. 54.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. 55.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. 56.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 57.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 60.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 62.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun işlah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin işlah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 64.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 65.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 66.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı və təyin olunacaq cəzanın şəxsin işlah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 67.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 68.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 69.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 70.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 71.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. 72.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 73.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 75.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 1726,892 qram olan narkotik vasitə heroinin, ümumi çəkisi 40,719 qram olan narkotik vasitə qurudulmuş marixuananın, ümumi çəkisi 569,028 qram olan psixotrop maddə metamfetaminin, ümumilikdə 214 ədəd metadon tabletlərinin, ümumilikdə 11 ədəd güclü təsiredən maddə preqabalin kapsullarının və 02 ədəd gümüşü korpuslu elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı, həmçinin yaşadığı mənzilə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD formatlı diskin və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd «İPhone» markalı mobil telefon aparatı onun özünə qaytarılmalıdır. 76.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 77.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 78.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 79.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 80.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 40 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 240 manat təşkil edir. 81.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssişlərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 240 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «KREDO» Vəkil Bürosunun hesabına ödənilməlidir. 82.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri «KREDO» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan - tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi çəkisi 1726,892 qram olan narkotik vasitə heroin, ümumi çəkisi 40,719 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 569,028 qram olan psixotrop maddə metamfetamin, ümumilikdə 214 ədəd metadon tabletləri, ümumilikdə 11 ədəd güclü təsiredən maddə preqabalin kapsulları və 02 ədəd gümüşü korpuslu elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı, həmçinin yaşadığı mənzilə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, 02 ədəd «İPhone» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev