Məhkəmə qərarları › İş №1(101)-148/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-148/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-148/2024 26.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2, X7 Feyizi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyy müşaviri Dövlət ittihamçısı2, X8, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 sentyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə həmin şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 5 ədəd bükümdə ümumi çəkisi 2,291 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə ümumi çəkisi 2,661 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanının yaxınlığına daşımış, 02 sentyabr 2022-ci il tarixdə, saat 17:05-də həmin ünvanda Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı saxlanılıb ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilərək həmin günü saat 18:05-də üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd gümüşü kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,151 qram, 0,048 qram, 0,030 qram, 0,025 qram və 0,037 qram, ümumi təmiz çəkisi külli miqdar olmaqla 2,291 qram təşkil edən ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd şəffaf selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram və 0,140 qram, ümumi təmiz çəkisi külli miqdar olmaqla 2,661 qram təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində gəzdirməsi, daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, içəridən, yəni həbsdən yeni çıxmış, çıxandan sonra ona maşın hədiyyə verilmişdir. Bundan sonra polis ərazi rəisi ilə onun arasında problemlər yaranmağa başlamışdır. Belə ki, onun həbsdən təzə buraxıldığına görə təzə maşını hardan əldə etməsi ona şübhəli gəlmişdir. Az sonra Biləcəridə onların həyətinin yaxınlığında dəmiryolu xəstəxanası ilə üzbə-üzdə yerləşən kafenin qabağından samovarlar oğurlanmışdır. Bundan bir-iki ay keçmiş, hardasa 2022-ci ilin may ayının ortalarında onu həyətdən Onu 6-cı PB-nin ərazi rəisi Fariz adlı şəxs və cinayət axtarışın əməliyyatçısı Kamal birlikdə tutub aparmışlar. tutub aparmış, onun vurub dişini sındırmış, “samovarları sən aparmısan» deyib boynuna qoymaq istəmişlər. Hətta ona təhlükəsiz şəhər kamerasının Dəmiryolu Xəstəxanasının yanındakı kameradan olan görüntüsünü də göstərmişlər. Görüntüdə bir nəfər şəxs kameranın altında dayanmışdır. O, kamerada görünən şəxsin o olmadığını demişdir. Bundan sonra ona əvvəllər tutulduğu, içəridə olduğu ona xatırladılmış, onun əlaqələri vasitəsi ilə kameradakı şəxsin tapılmasına köməklik etmək ona tapşırılmışdır. Həmin vaxt onun CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tutulması planlaşdırılmış, lakin o, öz əlaqələri ilə samovarı 5-10 günə tapacağına söz verdiyindən, yadında qaldığı qədər şübhəli şəxsi gətirmə barədə kağız yazıb onu buraxmışlar. Bundan 10 gün sonra ona zəng edib cavab gözlədiklərini ona demişlər. O, ona göstərilən təhlükəsizlik şəhər kamerasının görüntüsünü ona göndərməyi istəmiş, həmin şəxsin kim olduğunu müəyyən edəcəyini demişdir. Odur ki, onlar təhlükəsizlik şəhər kamerasından görüntünü ona göndərmişlər. Həmin görüntü hazırkı vaxta qədər də onda qalmışdır. Sonra isə ona 10-15 gün sonra təkrar zəng edib söyüşlə danışmış, o da onları söymüş və bundan sonra evə girib 4 ay çölə – bayıra çıxmamışdır. Belə ki, daima izlənildiyini, evə girməyə əsasları olmadığını, çöldə görəcəkləri təqdirdə tutulacağını bilmişdir. Ona Kamal, Fariz və həm də Vaqif adlı müavin də zəng etmiş, lakin o, onların telefon nömrələrini yadında saxlamamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Biləcəridə Nail adlı şəxs tərəfindən çəkiliş olmuş və həmin vaxt polislərin əlinə məqam düşmüşdür. Hadisə günü, yəni 02 sentyabr 2022-ci il tarixdə, günorta vaxtı saat 3-4 arası evdə olarkən qapı döyülmüş, qapının gözlüyündən baxıb polis əməkdaşları olmalarını görmüş və ona görə də qapını açmamışdır. Hələ bundan əvvəl birinci Kamal müəllimin maşınla gəlib binanın qarşısında dayandığını, sonra içindən ərazi rəisi ilə bir nəfərin düşüb binanın arxa tərəfinə keçmələrini görmüşdür. Çünki o, birinci mərtəbədə yaşamış və onun mənzilinin arxa qapısı da olmuşdur. Onun arxa qapıdan çıxıb qaçmaması və onu tuta bilmələri üçün onlar arxa qapını da nəzarətdə saxlamışdılar. Bundan sonra polislər gəlib pəncərəldərin dəmir barmaqlıqlarını və şüşəni sındıraraq təqribən 10-15 nəfər evə girmişlər. Pəncərədən girənlərdən kimsə evin çöl qapısını açmış və qalan polislər də oradan içəri daxil olmuşlar. Onları şəxsən tanımasa da, bir çoxunu üzdən tanımışdır. Həmin vaxt o, evdə tək olmuş, heç kim olmamışdır. Həyat yoldaşı müəllimə olduğundan müəllimə yoldaşıgildə olmuşdur. O, polislərin üstünə şığımış və ərazi rəisi ilə bir az əlbəyaxa olmuşdur. İçərilərində cinayət axtarışın idmançı əməkdaşı olmuş, sonuncu onunla dirəşmişdir. O, ülgüc çıxarıb bir-iki dənə özümə atmışdır. Yanda dayanmış, əlində beysbolkası olan daha bir nəfər stulu götürüb onun başımdan vurmuş və stul onun başında qırılmışdır. Aldığı zərbədən o, səndələyən kimi onlar onu yerə yıxmışlar. O, yerə yıxılar-yıxılmaz ərazi rəisi Fariz qaçaqaça gəlib ona arxa tərəfdən kürəyimdən vurmuş və həmin vaxt o, “xırtıltı” səsindən qabırğasının sındığını hiss etmişdir. O, yerdə qıvrılıb qalmış və bundan sonra üstünə tökülüb, təpikləməyə başlamış və onu qatladıb evdən çıxarmışlar. Onu evdən çıxardıqdan sonra isə evi, evin əşyalarını dağıdıb qırmışdılar. Mənzildə onun analığı da onlarla bərabər yaşamışdır. Polislər onun da otağına keçmiş, otaqda anavlığına məxsus 1500 manat lotoreya pulu olmuşdur ki, onlar həmin pulu da götürmüşlər. Evdə onun anasının şəkli olan bir çərçivə olmuş, çıxarığb şəkli bir qırağa atmış, ramkanı da götürüb özləri ilə aparmışlar. Hadisə vaxtı onun üstündə, nə də ki, evində narkotik vasitə və yaxud psixotrop maddə olmamışdır. Polislər onun 3 otaqlı mənzilinin bağlı olan balkonundan yerdən narkotik tapdıqlarını bildirmiş, demələrinə görə guya həmin narkotik onun üstündən yerə düşmüşdür. Lakin həmin vaxt onun əynimdə yalnız qısa şortik olmuş, əynində heç mayka da olmamışdır. Onu evdən şortiklə aparmamış, şalvarını geyindirib sonra aparmışlar. Baş verənləri qonşular görüb, onun həyat yoldaşına zəng edib məlumat vermişlər. Yoldaşı əvvəl polis bölməsinə gəlib ondan evin açarlarını götürüb evə getmiş, evin dağıdıldığını və əşyaların sındırıldığını görmüş və onun yanında olan Nərmin adlı bir nəfər xanmı faktiki vəziyyəti videoya çəkmişdir. O, polis bölməsinə gətirilmiş, onu müavinin qəbuluna salmışlar. Müavin ona baxdıqdan sonra onu aparıb kabinetə salmışlar. Bundan 1-2 saat sonra isə onu çıxarıb çəkiliş etmişlər. O, tutulub polisə gətiriləndə ona vəkil təqdim edilməmişdir. Həmin vaxt sonradan polislər tərəfindən onap verilmiş narkotiki cibindən çıxarıb stolun üstünə qoymuşdur. O, cibinə qoyulan narkotiki qəbul etməyə məcbur olmuşdur. Belə ki, o, döyülmüş, qabırğası qırılmış, ağrımış, proseslərin tez bitməsini, hardasa bir yer tapıb uzanmasını istəmişdir. Həmin vaxt o, canıyla əlləşmiş, istənilən cinayət üstünə qoyulacağı təqdirdə həmin cinayəti qəbul edəcəkmiş. O, hazırda da karsetdə gəzir və nəfəs ala bilmir. Başlamışlar əməliyyat çəkilişi etməyə, lakin özündə olmadığından üstünə nə vaxt qoyulmasını bilməmişdir. Əlini cibinə salıb çıxardım. Həmin vaxt bir nəfər də onunla MSY-də olmuş, onun adı isə Emin Məmmədov olmuşdur. Həmin çəkilişdə onun anket məlumatları X1 səsləndirilmişdir. O, buna diqqət etsə də, haqsızlıq olunduğuna görə səsini də çıxarmamışdır. Barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı o, məhkəməyə aparılarkən müstəntiq və onu tutan polislərlə birlikdə getmiş, vəkil də orada olmuşdur. O, həmin vaxt məhkəmədə narkotikdən istifadə etdiyini demiş, lakin narkotik alveri ilə məşğul olmadığını bildirmişdir. Hətta döyülməsini, mənə qarşı fiziki zor tətbiq edilməsini, bədənimdə ağrılarım olduğunu da bildirmişdir. İbtidai istintaqda müstəntiqə ifadə verib- vermədiyi, üstündə narkotik olmasını müstəntiqə etiraf edib-etmədiyi dəqiq yadında qnalmamışdır. Müstəntiqin onun ifadəsini alarkən otaqda ikisindən başqa kimsənin olmadığı yadında qalmışdır. Müstəntiq ona heç bir formada təzyiq göstərməmişdir. Sentyabr ayının 5 və ya 6-da Bakı İstintaq Təcridxanasına aparılmış, orada tibbi-sanitar bölməsində döyüldüyünü, xəsarətləri olduğunu bildirmişdir. Orada ciyərləri rentgenə salınmış, həkim ciyərlərimdə problem olmadığını bildirmişdir. Bundan sonra onu kameraya aparmışlar. Sonra onun qızdırması qalxmış və vəziyyəti pisləşmişdir. Ona görə də onu yenidən tibbi-sanitar bölməsinə aparmış, yenidən onu rentden etmiş və həmin vaxt qabırğalarının sındığını müəyən etmişlər. Orada onun bir qabırğasının sındığı yazılmışdır, əslində isə 3 qabırğası sınmışdır. Onun qabırğalarının sınmasını gördükdən sonra onu BİT-nın tibbi hisəsinə yerləşdirmiş və orada həkim nəzarətində saxlanılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, əvvəllər nəşə çəkmiş, lakin tutulanadək son 4 ay ərzində evdən bayıra çıxmamış, evdə də istifadə etməmişdir. Həmin 4 ay ərzində əgər evdən 1-2 dəfə çıxıb harasa gecə gedib gəlmişsə, həmin vaxt nəşə istifadə etmiş, lakin bundan başqa o, evdən bayıra çıxmamış və nəşədən istifadə etməmişdir. Onu tutub apararkən polislər onun mobil telefonunu da özləri ilə götürmüşlər. O, həmin vaxt mobil telefonuda SMS-lər yazmamış, onun telefonunu və maşınını o-bu işlətmişdir. Barəsində olan ittiham aktında guya bir nəfərin ona narkotik alveri ilə əlaqədar söyüşlə mesaj yazdığı göstərilmişdir. Hansı ki, kiminsə onunla söyüşlə danışa bilməsi mümkün deyildir və o, həmin şəxsi bağışlamaz. O, telefonunda olan mesajları tutulandan sonra bilmişdir. O, telefon işlətməmiş, lazım olduqda açıb zəng etmiş və sonra söndürmüşdür. Onun telefon nömrəsi ***-***-**-** olmuşdur. Söyşlə olan həmin mesajı onu evdən çıxarıb tutmaları üçün polislər özləri yazmışdır. Ona gələn zənglər içərisində ona tanış gələn bir nömrə olmuşdur ki, həmin şəxs onların məhəlləsində yaşamışdır. O, 17 saylı cəzaçəkmə müəssisəsində onunla birlikdə cəza çıkmişdir. Həmn şəxsin vaxtı çatdığından o, onun 3 balası olmasını nəzərə alıb, ekspertiza xərcini ödətdirib, onu çölə buraxdırmışdır. O, özü çıxandan sonra onun narkotikə qurşandığını görüb, onu evinə saldırmış, müalicə alması üçün ona sistem aldırtmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ona xəsarəti yetirən ərazi rəisi Fariz olmuş, ona görə də o, Ombudsmana və prokurorluğa bununla bağlı şikayət ərizəsi yazmışdır. O, Farizdən şikayət yazsa da ona gələn cavabda Kamalın günahının olmadığı yazılmışdır. Onun şikayətləri ilə bağlı Binəqədi rayon Prokurorluğundan müstəntiq gəlmiş və döyülməyi ilə bağlı onun izahatımı alınmış, o da izahatında hadisənin necə baş verməsini göstərmişdir. Eşitdiyinə görə şikayətinin rədd olunması barədə prokurorluq tərəfindən 7 oktyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir, lakin həmin qərarın surəti ona göndərilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyüyətlərrlə bağlı onun məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi 03 sentyabr tarixli ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilərək narkotik istifadəçisi olduğunu, lakin satışla məşğul olmadığını bildirib göstərmişdir ki, 02 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Nəsimi rayonu ərazisində «Papanin» adlanan yerdə tanımadığı şəxsdən 20 manata narkotik vasitəni alıb özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün, yəni 02 sentyabr 2022-ci il tarixdə, saat təxminən 17:05 radələrində Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 3 ünvanında, yəni yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçıyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd gümüşü kağıza bükülmüş bükümlərin içərisində olan psixotrop maddə hesab edilən “metamfetamin” və 2 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə hesab edilən «heroin» aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar olunmuş “metamfetamin” və «heroin» zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, o, həmin zərfin üzərini və bu barədə protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində, həmçinin göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitədən və psixatrop maddə hesab edilən metamfetamindən istifadə etmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixatrop maddəni şəxsi istifadəsi üçün alıb əldə etmişdir (iş vərəqə: 50-51, 71-72). Bundan başqa, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs tədqiq olunan 22 dekabr 2022-ci il tarixli ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək narkotik istifadəçisi olduğunu, satışla məşğul olmadığını bildirib ona verilən ittihamla razı olmaması səbəbindən ifadə verməkdən imtina etmişdir (iş vərəqə: 203). Elan edilməklə tədqiq olunan ifadələrindəki ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs təqdim olunan dindirmə protokollarındakı imzaların özünə məxsus olduğunu təsdiq edib göstərdi ki, o, elan olunan bu ifadəni ilk dəfə ittiham aktından oxumuşdur. Lakin o, belə bir ifadə verməmişdir. Sadəcə ağrılara dözə bilməmiş, özünə olmamış, imza eləməkdən imtina edəcəyi halda yenə döyüləcəyini düşünmüş və dindirmə protokollarını imzalamışdır. İmza etməyəcəyi təqdirdə döyüləcəyini müstəntiq ona demişdir. O, vəkilin iştirakından imtina etməsi barədə polisdə ərizə yazmamışdır. Ona təqdim olunan hansısa sənədi imzalaması mümkün olsa da, lakin o, vəkil istəmədiyi kimi bir fikir bildirməmişdir. O, vəkilini bir dəfə barəsində məhkəmədə həbs qətimkanı tədbiri seçilərkən görmüş, bir dəfə də iş üzrə ibtidai istintaq yekunlaşanda sənədlərə imza etmək üçün müstəntiq onun yanına vəkillə bildikdə MSY-nə gələrkən görmüşdür. Ondan əvvəl o, vəkil görməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, hadisədən təxminən 7-8 ay keçdiyinə görə hadisə tam təfərrüatı ilə onun yadında qalmamışdır. Lakin cinayət işinin ibtidai istintaqı zamanı ətraflı və obyektiv ifadə vermişdir. Xatırladığı qədər ünvan 6 ünvanında, onun əməliyyatçısı olduğu ərazidə bina evində birinci mərtəbədə ailəsi ilə birgə yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, lakin Təqsirləndirilən şəxs bir müddət evdən çıxmadığına görə onu tuta bilməmişlər. Hətta Emilin evinin qarşısına adam da qoymuş, onun evdən çıxmasını diqqətdə saxlamaq həmin adama tapşırılmışdır. Təqsirləndirilən şəxs barədə 6-cı PB-nə tez-tez qonşulardan da gecələr Emilin evinə narkotik almağa gələnlər olması, sonuncunun evin pəncərəsindən narkotik satması ilə bağlı şikayətlər daxil olmuşdur. Lakin 02 sentyabr 2022-ci il tarixdə məxvi əməkdaşın verdiyi şifahi məlumat əsasında onun evdən çıxması müəyyənləşdirilmiş vıə həmin gün bölmə rəhbərliyinin razılığı ilə Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Aldıqları əməliyyat məlumatı ilə bağlı hər bir rəsmi sənədləşmə aparılmışdır. Əməliyyat məlumatı ona daxil olduğundan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı şəxsən o, qəbul etmişdir. Lakin qərarın tarixi onun yadında qalmamışdır. Tədbirdə o, və başqa bir sahə rəisi Şahid2 iştirak etmişdir. Emillə şəxsi münasibəti olmasa da, sonuncu onu əməliyyatçı kimi tanımışdır. Odur ki, o, və sahə rəisi Şahid2 dərhal, vaxt itirmədən Təqsirləndirilən şəxs yaşadığı əraziyə getmişlər. Emil onları görən kimi qaçmağa başlamış, lakin onlar onu yaşadığı binanın blokunun qarşısında tuta bilmişlər. Həmin vaxt Emil normal geyimdə olmuş, o, evə keçib əynini dəyişib gəlməsini onlardan xahiş etməmişdir. Emili saxladıqları yerdə onun üzərinə baxış keçirilməmiş, o, onların özlərinə məxsus avtomobillə birbaşa 6-cı PB-nə aparılmışdır. Bölmədə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, bölmədəki şəxsi axtarışda o özü də şəxsən iştirak etmişdir. Emilin üzərindən narkotik vasitələr aşkar edilmiş, həmin vaxt Emil narkotikin ona məxsus olduğunu, xəstə olduğuna görə istifadə etdiyini etiraf etmişdir. Lakin uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs narkotiki haradan alması barədə nəsə deməsi, həmin narkotiklərin növü onun yadında qalmamışdır. Şahid1 ifadəsində daha sonra göstərdi ki, Emili onlar tərəfindən saxlanılarkən özünə xəsarət yetirməyə cəhd etməsini, onun əlində kəsici-deşici alət olmasını görməmiş, onlar tərəfindən saxlanılarkən qaçmağa cəhd göstərsə də, onun qaçarkən yıxılması və ya zədələr almasıını yadında saxlamamışdır. Onlar Təqsirləndirilən şəxs mənzilinə daxil olmamış, onun evinin pəncərəsinin barmaqlıqlarını qırmamış və nə də onun evinə basqın edib onu evində tutmamış, onun evinin dağılmasında onlar iştirak etməmişlər. Bu barədə təqsirləndirilən şəxsin ifadələrində göstərdikləri yalan və özünü müdafiə xarakterlidir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən ətrafda çoxlu adamlar olmuş və onlar yəqin ki, Emilin saxlanılmasını görmüşdülər. Emil saxlanıldıqdan sonra onun ailə üzvlərindən kiminsə PB-nə gəlib ona məxsus mənzilin açarını götürməmişdir. Təqsirləndirilən şəxs mənzilinin açarı onda olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunduğundan və barəsində müxtəlif şikayətlər olduğundan bir neçə dəfə PB-nə dəvət olunmuş və onunla müvafiq söhbətlər aparılmışdır. Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi arasındakı müəyyən olunan ziddiyyətlərə bağlı onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 02 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Buna görə də tədbirin həyata keçirilməsi üçün ondan və 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 02 sentyabr 2022-ci il tarixdə, saat 17:05 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Belə ki, onlar Təqsirləndirilən şəxs yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə bildirdikdə Emil dərhal cibindən ülgüc çıxarıb uzaqlaşmaqlarını, yoxsa özünü öldürəcəyini bildirmiş və hər iki qoluna kəsiklər atmışdır. Lakin Emil onların uzaqlaşmadığını görüb qaçmağa cəhd etmiş və binanın blokunda ayağı dolaşaraq yerə yıxılmışdır. Həmin zaman Təqsirləndirilən şəxs hərəkətlərindən onun narkotik vasitənin təsirində olduğu aydın hiss olunurmuş və ona görə də ayaq üstə dayanmaqda çətinlik çəkirmiş. Təqsirləndirilən şəxs yıxılan kimi cəld şəkildə əlindəki ülgücü almış və ona ilkin tibbi yardım göstərmişdir. Emilin qoluna atdığı kəsiklər tamamilə səthi kəsiklər olmuşudr. Onlar Təqsirləndirilən şəxs vəziyyətinin necə olması, xəstəxanaya aparmağa ehtiyacı olub-olmadığını soruşduqda o, bədənində hər hansı ağrı olmadığını deyib xəstəxanaya getməyə etiraz etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hər hansı zor tətbiq etmədən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirib təhqiqatçıya təhvil vermişlər. Polis Bölməsində təhqiqatçı lazım olan prosessual hərəkətləri həyata keçirmiş, sənədləşmələr aparılmış, vəkil dəvət edilmişdir. Bundan sonra isə artıq onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya varsa onu könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd gümüşü kağız və 2 ədəd şəffaf selofan bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Emildən həmin bükümlərdə nə olduğu soruşulmuş. Emil bildirmişdir ki, üzərindən aşkar edilmiş 5 ədəd gümüş kağız bükümlərin içərisindəki vasitə psixotrop maddə hesab edilən metamfetamin, 2 ədəd şəffaf selofan bükümlərin içərisindəki vasitə isə narkotik vasitə hesab edilən heroindir. Prosedura uyğun olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa hər hansı əşya tapılmamışdır. Təqsirləndirilən şəxs bükümlərdə olan maddələri haradan əldə etdiyi soruşulduqda Emil bildirmişdir ki, narkotik vasitə istifadəsiçisidir, aşkar edilmiş bükümləri 02 sentyabr 2022-ci il tarixdə səhər saatlarında «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 20 manata alıb üzərində saxlamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi cəmi 7 ədəd büküm zərfə qoyulub qablaşdırılmış və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və onlar hamısı protokolu imzalamışlar. Bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatları var imiş, onlar Emilin narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirirlər (iş vərəqə: cild İ, səh.96). Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən Binəqədi RPİ-nin 6-cı PBnin sahə inspektoru Şahid2 ifadəsində Binəqədi RPİ-nin 6-cı PB-nə ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vaitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əməliyyatçı Şahid1 daxil olmuşdur. O, Təqsirləndirilən şəxs yaşadığı ərazinin sahə inspketoru olmuşdur. Məlumatla bağlı rəhbərliyə məruzə olunmuş, qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır, o, və əməliyyatçı Şahid1 əməliyyat qrupuna daxil olmuşlar. 02 sentyabr 2022-ci il tarixdə, saat təxminən 17 radələrində qeyd olunan ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb qaçmağa başlamışdır. Əməliyyat qrupu Təqsirləndirilən şəxs təqib etmiş, sonuncu qaçıb özünü blokun qarşısında olan pilləkana vurmuş, özü-özünə xəsarət yetirməyə başlamışdır. Onlar həmin vaxt Emili tutub avto patrula əyləşdirib 6-cı PB-nə aparmışldar. Kömək üçün onlar avto patrulu da cəlb etmiş, onlar Təqsirləndirilən şəxs 6-cı PB-nə aparılmasında onlara köməklik göstərmişlər. 6-cı PB-də təhqiqatçı onun üzərində şəxs axtarış aparmışdır. Axtarış nəticəsində Təqsirləndirilən şəxs sağ yan cibindən gümüşü kağızda olan 5 büküm narkotik vasitə və psixotorop maddə metamfetamin aşkar olunmuş, daha nəsə aşkar olunduğunu xatırlaya bilməmişdir. Şahid2 ifadəsində, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs blokun qarşısında saxlamışdır. Onlar yaxınlaşan zaman Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi nəticəsində qolu qanamış, onlar ilkin tibbi yardım göstərərək qollarını sarğı ilə bağlamışlar. Onlar Emilin evinə daxil olmamışlar. İlk olaraq qapını döymüş, açan olmadıqda çıxıb getmiş və blokun qaprşısında gözləmə mövqeyi seçmişlər. Az sonra Təqsirləndirilən şəxs qapını açıb çıxmış və onları gördükdən sonra qaçmağa başlamışdır. O, Təqsirləndirilən şəxs evin tanımış, həmin evdə həyat yoldaşı və anası ilə birlikdə yaşadığını bilmişdir. Tədbir keçirilən zaman evdə adam olub-olmamasını o, bilməmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı tədbirdən sonra gəlib ondan açar almamışdır. Təqsirləndirilən şəxs tutulandan sonra orqanizimində hər hansı ağrı ilə bağlı, o cümlədən qabırğasının qırılmasıyla bağlı şikayət etməmişdir. Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi arasındakı müəyyən olunan ziddiyyətlərə bağlı onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Şahid2 tədqiq olunun tədqiq olunan həmin ifadəsindən görünür ki, Şahid2 həmkarı – baxılan iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu və məhkəmə baxışı zamanı tədqiq olunan iş vərəqə: cild İ, səh.96-da olan ifadəsi ilə analoji ifadə verib sonuncunun işin halları ilə bağlı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh.99). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid2 ifadəsinin davamında göstərdi ki, məhkəmə istintaqı zamanı ifadə verərkən növbədən çıxmış, yorğun və yuxusuz olmuşdur. İbtidai istintaqda verdiyi ifadəsi daha obyektivdir və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan tarixdə 6-cı Polis Bölməsinin baş təhqiqatçısı İsmət Musayev tərəfindən ünvan 2 ünvanının yaxınlığında, saat 17:05-də Binəqədi RPİ-nin, 6-cı PB əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saat 18:05-də şəxsi axtarış və götürmə istintaq hərəkəti başlanılmış, təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını, ekspert-kriminalisti, barəsində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs özünü təqdim etmiş, şəxsi axtarışın videoçəkilişlə aparıldığını elan etmişdir. Daha sonra təhqiqatçı videoçəkiliş aparan ekspert-kriminalistə və Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd gümüşü kağız və 2 ədəd şəffaf selofan bukumləri çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin başqa əşya aşkar edilməmişdir. Təhqiqatçı bükümləri açdıqda şəffaf selofan bükümlərdə qəhvəyi rəngli maddə, gümüşü kağız bükümlərdə isə ağ kristal şəkilli maddə olduğu məlum olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş 5 ədəd gümüşü kağız bükümlərdə olan maddənin metamfetamin, 2 ədəd şəffaf selofan bükümlərdə olan maddənin isə heroin olduğunu, onları tutulduğu gün səhər vaxtı “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri təhqiqatçı ağ zərfə qoyub möhürləmiş və zərfin üzərinə iştirakçılar imza etmişlər. Müddəti 2 dəqiqə 15 saniyə olan ikinci faylda təhqiqatçının tərtib etdiyi protokol iştrakçılar tərəfindən imzalanmışdır və təhqiqatçı şəxsi axtarışın başa çatdığını elan etmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, baxış keçirilməsi və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 32-34). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında eyni tarixli protokoldan görünür ki, diskə baxış nəticəsində tərtib olunan protokolun məzmunu “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 sentyabr 2022-ci il tarixli protokolun məzmunu ilə üstüstə düşür, ziddiyyətlər və qanun pozuntuları müəyyən olunmur (iş vərəqə: 91). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 6/4738 saylı, 03 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №175” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki: - 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,151 qram; 0,048 qram; 0,030 qram; 0,025 qram; 0,037 qram (1-5№-li oby.); ümumi təmiz çəkiləri 2,291 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 05 ədəd bükümdəki metamfetaminin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; - 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram; 0,140 qram (6;7 №-li oby.), ümumi təmiz çəkiləri 2,661 qram qəhvəyi rəngi maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiq olunan rəydən görünür ki, heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, heroinin ümumi təmiz çəkisi - 2,661 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 2,561 qram. Metamfetaminin təmiz çəkisi – 2,291 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 2,191 qram. olmuşdur (iş vərəqə: 44). Daha sonra, tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7157 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Lakin Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 174-175). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs adına və istifadəsində olan 070 500 19 97, 077 316 06 66, 077 316 00 66, 077 523 57 30 və 055 316 06 66 saylı mobil nömrələrinə 01 yanvar 2021-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmiş və baxış zamanı "xxxx" şirkətindən daxil olmuş məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan 077 316 06 66 saylı nömrəyə daxil olan onun müxtəlif şəxslərlə pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmasını təsdiq edən aşağıdakı mesajlar aşkar edilmişdir: xx-xx-2021 11:13:48 1.1.**********65 1.1.**********66 Salam aleykum ay brat, necedi vezyet? qerdesve yardim elvu uzada biler sen xecaletunen cixar qerdesun.o gunen bu gune vezyet yaxsi deil ay brat xx-xx-2021 15:40:21 1.1.**********65 1.1.**********66 Ay brat nese tapsan qerdesvu yaddan cxartma yardim elvu uzat xecaletdi qalmaram ay brat xx-xx-2022 07:01:42 1.1.**********65 1.1.**********66 Sabahun xeyr,votsapim isdemir burda yaziram,senen bir xais edim menim ozme ozum ucun birdene M-40 goturmey olar xx-xx-2022 17:27:29 1.1.**********65 1.1.**********66 Ay brat yiqiram cavab vermirsen,sora deyeceksen dalbadal yiqdun,axsam oldu duzelmedi?duzelmir?artiq aqrimaqa basdamisam yavas yavas,yiqda meni brat xx-xx-2022 01:00:39 1.1.**********65 1.1.**********66 Gelde brat,sen meni oldurecek sen soyuqdan ee,vezyet pis soyuqda bir terefden,gel yiq bu ramali telesdir ozni gijdiye qoyub mali var bayaq gotrubler oyrendim xx-xx-2022 23:46:03 1.1.**********11 1.1.**********66 Qaqaw cavab Verde!Lazım deyıl bu cavab ver getırıb qaytarım ozve xx-xx-2022 01:31:44 1.1.**********11 1.1.**********66 Emıw olmadıda bu ne oyundu acırsan bawma!telfona cavab ver getırım xx-xx-2022 01:31:49 1.1.**********11 1.1.**********66 boyan verdıyvıde qaytarım ozve pulu ver aparım verım camaata bıyaqdan usporlawıram telfonda!tel cavab ver yoğursam xx-xx-2022 13:03:41 1.1.**********11 1.1.**********66 Neynemey ıstısen emıw xx-xx-2022 21:05:56 1.1.**********11 1.1.**********66 Emıw nıye cavab vermırsenkı?Nevaxtdacan cavab vermıceysen?Dunen dedıyın sözler yadından cıxıb?uzagı saat necede catdıracam deyıb and ıcmeyın he???Emıw detıskı sohbet elısen varyoxnu (söyüş) uzum gelmır xx-xx-2022 21:06:08 1.1.**********11 1.1.**********66 uzve vurumkı qutards bu detıskı varıantları!Gorem dımedıycede sen xx-xx-2022 02:53:53 1.1.**********75 1.1.**********66 Emin mənəm Rəşad evdəyəm vaxdin olanda yığ məni xx-xx-2022 01:58:52 1.1.**********44 1.1.**********66 Enil bey dunen dediniz gedirem odemeye. xx-xx-2022 01:05:31 1.1.**********28 1.1.**********66 Rastıvor qalsıne bele qram olsaydı götrerdim xx-xx-2022 00:15:42 1.1.**********28 1.1.**********66 İncime qaqa rastvor menniy deile xx-xx-2022 11:57:41 1.1.**********01 1.1.**********66 (söyüş) adamda lomkada adami qoyar xx-xx-2022 11:59:05 1.1.**********01 1.1.**********66 (söyüş) gerey kenan olsun elli defem sennen mal goturmuwuy xx-xx-2022 16:51:18 1.1.**********23 1.1.**********66 29 bir tike kola qoyarsan imkan varsa xx-xx-2022 18:45:06 1.1.**********28 1.1.**********66 Qardaşım bunun iksi 07 di xx-xx-2022 18:45:10 1.1.**********28 1.1.**********66 Bele dememişdiyde xx-xx-2022 18:45:19 1.1.**********28 1.1.**********66 03 mal eskiydi 02 bayaq gün erzinde 05 mal eskiy verib xx-xx-2022 18:45:22 1.1.**********28 1.1.**********66 Saba versin 05 de xx-xx-2022 12:09:45 1.1.**********01 1.1.**********66 Emin ac cavab verde menem Nizam dunennen avara qalmiwam men xx-xx-2022 15:01:06 1.1.**********11 1.1.**********66 2saata gelirem Baxış zamanı mobil operatordan daxil olmuş məlumatlardan iş üçün əhəmiyyət kəsb edən 11 vərəq çap edilərək protokola əlavə edilmişdir (iş vərəqə: 153). Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tutulduğu gün o, Emilin həyat yoldaşının yanında olmuşdur. Belə ki, o, onların yaşadığı binanın yaxınlığındakı binaya yeni köçdüyündən Emilin həyat yoldaşı onlara kömək etmək üçün gəlmiş, onlarda olarkən Emilin yoldaşına zəng gəlmişdir. Zəng edən “evinizin pəncərələri qirilib, yoldaşını qanlı vəziyyətdə evdən çıxarıb aparıblar, qapınızı sindirıblar” kimi bir məlumat vermişdir. Bu məlumatdan sonra o, Emilin yoldaşı Dərya ilə birlikdə onların evinə getmişlər. Həmin gün mən o, maşınla olmuşdur. Onlar Emilgilə getmiş, lakin evin qapısı bağlı olmuşdur. Qonşular Emilin qapıdan çıxarılıb aparıldığını dediklərindən, onlar qapını bağlayıb açarı özləri ilə apardıqlarını fikirləşmiş və gedib Evin açarını 6-cı bölmədən götürmüş, gəlib evə girmişlər. Lakin o, bölmədə kimdən açarı aldığını o, görməmişdir. Evdə ondan və Dəryadan başqa heç kəs olmamış, videoçəkilişdə danışan şəxslər də onunla Dərya olmuşdur. Qonşular Emilin döyülüb aparıldığını demişlər. Evdə qan ləkələri görmüşlər. Qapılarda qırılma izləri olmuş, evdə hər hey qırıq-sınıq, bərbad vəziyyətdə olmuşdur. Mobil telefonla evin vəziyyətini o, çəkmiş, dövlət orqanının əməkdaşlarının evi nə vəziyyətə saldıqlarını sübut etmək məqsədi daşımışdır. Dərya ona polislərin niyə görə onun ərini aparmaları barədə bir söz deməmişdir. Ərinin narkotiklərə görə aparıldığını Dərya ona sonradan demişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3153 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 176). İş üzrə “sübutların qiymətləndirilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,151 qram; 0,048 qram; 0,030 qram; 0,025 qram; 0,037 qram, ümumi təmiz çəkisi 2,291 qram psixotrop maddə metamfetamin və 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram; 0,140 qram, ümumi təmiz çəkisi 2,661 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 2,191 qram psixotrop maddə metamfetamin və 2,561 qram narkotik vasitə heroin saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmin qərardan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərədə tutulmuşdur (iş vərəqə: 186-193, 215). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 12 sentyabr 2022-ci il tarixli əməliyyat tapşırığının 05 oktyabr 2022-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilməsi faktı ilə əlaqədar bir sıra əməliyyataxtarış tədbirləri keçirilmiş, narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, konkret olaraq onun narkotik vasitələri və psixotrop maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: 94-95, 128). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin və narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 207-208). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 5 ədəd bükümdə təmiz çəkisi 2,291 qram təşkil edən psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə təmiz çəkisi 2,661 qram təşkil edən heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin hər ikisinin kütləsi qanunla müəyyən olunan külli miqdar həddlərindədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq həm narkotik vasitə və həm də psixotrop maddəni külli miqdarda əldə edərək üzərində saxlaması, daşıması, aşkar olunub götürülmüş qanunla dövriyəsi qadağan edilmiş malların növ müxtəlifliyi, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, məhkəməyədək icraat mərhələsində əməlini qismən etiraf edib səmimi ifadələr verməsi, özünün narkoman olmaması və narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkotik vasitələrin və pisxotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əlaqəsinə girib əlbir olduğu şəxslə və qeyriləri ilə mobil əlaqələri, o cümlədən narkortik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı müxtəlif şəxslər tərəfindən sırf ona istiqamətlənmiş sms yazışmalar, təqsirləndirilən şəxsin həmin narkotik vasitə və pisxotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəifndən satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin ona heç bir aidiyyatının olmaması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə özünün şəxsən məşğul olmaması, qeyriləri ilə eyni əməli törətmək məqsədilə cinayət əlaqəsinə girmədiyi, saxlanıldığı gün təqdim etdiyi narkotik vasitəsinin və psixotrop maddənin işgəncə yolu ilə boynuna qoyulması, buna səbəb 2022-ci ilin may ayında evlərinin qarşısındakı kafedən oğurlanmış samovara görə 6-cı PB-nə aparılması və həmin samovarın tapılması üçün polislə iş birliyi aparıb samovarı oğurlamış şəxslərin aşkara çıxarılması üçün köməklik göstərməsinin bir öhdəlik kimi boynuna qoyulması, bu məsələ ilə bağlı ona zəng etmiş polis əməkdaşlarını söyməsinin olması, 02 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən evinə basqın edilməsi, evinin qapı və pəncərələrinin sındırılmaqla 10-15 nəfər polis əməkdaşının onun mənzilinə soxulması, onu döyüb xəsarət yetirmələri, təpiklə vurulub qabırğalarının sındırılması, döyülməkdən qorxaraq polisin ona verdiyi narkotik vasitəni və psixotrop maddəni boynuna götürməyə məcbur edilməsi barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, ilk növbədə cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb-saxlanılmaması, onun Binəqədi RPİnin 6-cı PB-nin inzibati binasına aparılıb-aparılmaması, aparıldığı təqdirdə aparılmasının səbəbləri, həmçinin samovar oğurluğu faktı ilə əlaqədar hər hansı araşdırma aparılıbaparılmaması və aparıldığı təqdirdə araşdırmanın nəticəsi barədə məhkəməyə rəsmi məlumat verilməsi üçün müvafiq sorğu göndərilmişdir. Məhkəməyə Binəqədi RPİ-nin 6-cı PB-si tərəfindən təqdim olunan 14 oktyabr 2023cü il tarixli, 3-13-46-3/2-18124/23 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən saxlanılması, onun Bölməyə gətirilməsi və samovar oğurluğu faktı ilə bağlı araşdırılması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə Bakı istintaq Təcribxanasına daxil olmuş, ilkin tibbi müayinə zamanı bədənində hər iki bazu və saidin ön səthində, bel nahiyyəsində üzəri qərtməkli yaralar müşahidə edilmiş, həmçinin tibbisanitar hissəsində rentgenoloji müayinədən keçirilərkən onun sol tərəfli 5-ci qabırğasında yerləşən sınıq xəsarəti müşahidə edilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs myəyyən olunan xəsarətləri polis əməkdaşları onu saxlayarkən almışdır. Təqsirləndirilən şəxs onun bədən səthində myəyyən olunan xəsarətləri polis əməkdaşları onu saxlayarkən aldığını məhkəmə baxışı zamanı dindirilərkən ifadəsində də göstərmişdir. Cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs bədən səthində myəyyən olunan xəsarətlərlə bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış, araşdırma ilə əlaqədar keçirilmiş məhkəmə-tibb ekspertizasının 05 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tibbi tədqiqat zamanı Təqsirləndirilən şəxs bədən səthində bel nahiyyəsində üzəri qərtməkli yaralar, sağ arxa tərəfli Vİ qabırğasında yerdəyişmiş sınığı xəsarətlərinin mövcudluğu təsdiq olunmuşdur və qeyd olunan xəsarətlərin 02 sentyabr 2022-ci il tarixdə şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gəlməsinin mümkünlüyü qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı polis əməkdaşlarının əməlində cinayət tərkibinin olmadığı müəyyən edilmiş və Binəqədi rayon prokurorluğunun 07 oktyabr 2022-ci il tarixli qərarı ilə yoxlama materialları üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayon prokurorluğunun 07 oktyabr 2022-ci il tarixli qərarından Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət verilmiş, Binəqədi rayon prokurorluğunun 07 oktyabr 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və yenidən araşdırma aparılması üçün Bakı şəhər prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən Binəqədi rayon prokurorluğunun 07 oktyabr 2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayət əsassız hesab edilməklə təmin edilməmiş, rədd olunmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı elan olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında 03 sentyabr 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə izahat verərkən ona qarşı Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmamış, narkotik vasitənin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmiş, təqsirsizliyi, qeyri-insani rəftara və ya işgəncəyə məruz qalması ilə əlaqədar heç bir dəlil gətirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, lakin ödənməmiş məhkumluğu qalmamışdır. Bunlardan sonuncu - Astara Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 4 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 14 dekabr 2021-ci il tarixdə «8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş 11 ay 5 günündən azad edilmiş, həmçinin həmin Qərarın 7-ci bəndinə əsasən üzərindən məhkumluğu götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir (iş vərəqə: 102). Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Barəsində olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Baxılan iş üzrə Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdən məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanıldığından qeyd olunan bütün müddət ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,151 qram, 0,048 qram, 0,030 qram, 0,025 qram, 0,037 qram olmaqla ümumi təmiz çəkisi 2,291 qram təşkil edən psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,191 qram hissəsi və 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram, 0,140 qram olmaqla ümumi təmiz çəkisi 2,661 qram təşkil edən heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,561 qram hissəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 110 (yüz on) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin, lakin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Binəqədi RPİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,151 qram, 0,048 qram, 0,030 qram, 0,025 qram, 0,037 qram olmaqla ümumi təmiz çəkisi 2,291 qram təşkil edən psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,191 qram hissəsi, və 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram, 0,140 qram olmaqla ümumi təmiz çəkisi 2,661 qram təşkil edən narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan 2,561 qram hissəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs telefon danışıqları barədə məlumatları özündə əks etdirən bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar