Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1480/2022 15.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 76, mənzil 107-də qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İttiham aktına əsasən o, şəxsiyyəti istintaqa məlum olmayan «Qoca» ləqəbli Elçin adlı şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 307,441 qram olan narkotik vasitə heroin, külli miqdarda, ümumi təmiz çəkisi 12,482 qram psixotrop maddə metamfetamin və üzərində «Methadone 40» yazısı olan konvalyutada 10 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər, narkotik vasitə metadon qanunsuz əldə edərək yaşadığı Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 76, mənzil 107 ünvanına daşıyaraq saxlamış, 12 mart 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı mənzilidə satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 12,482 qram psixotrop maddə metamfetaminin 0,431 qram hissəsini 20 manat pul müqabilində tanışı Şahid4 satmış, bundan başqa, təkrarən 13 mart 2022-ci il tarixdə yaşadığı mənzildə həmin psixotrop maddə metamfetaminin 0,540 qram hissəsini 20 manat müqabilində tanışı Şahid3, 0,428 qram hissəsini isə 20 manat pul müqabilində digər tanışı Şahid2 satmış, 13 mart 2022-ci il tarixdə saat 19:30 radələrində Şahid4 ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami RPİ-nə gətirilərək orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən onun satdığı, 0,431 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 mart 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 4 ünvanda aparılmış axtarış zamanı mənzilin qonaq otağında kiçik masanın üzərində «Methadone 40» yazısı olan konvalyutada 10 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər, narkotik vasitə metadon, 2 ədəd gümüşü rəngli kağız bükümünün içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,080 qram və 0,076 qram, ümumi təmiz çəkisi 0,156 qram olan ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd gümüşü rəngli kağız bükümünün içərisində 0,071 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen bükümdə, təmiz çəkisi 0,027 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd qara rəngli polietilen bükümdə, təmiz çəkisi 2,343 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, böyük masanın üzərindən 2 ədəd üzərində heroin və metamfetamin izləri olan elektron tərəzilər, içərisində heroin izləri olan 1 ədəd 1 ml-lik şpris, həmin otaqda eyvanla qonaq otağının arasındakı pəncərənin altlığından içərisində heroin izləri olan 2 ədəd 1 ml-lik şprislər və 2 ədəd şüşə ampula, 1 ədəd polietilen bükümdə, təmiz çəkisi 3,734 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd çəhrayı rəngli polietilen bükümdə təmiz çəkisi 7,193 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd polietilen torbada təmiz çəkisi 305 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış nakotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra həmin tarixdə qeyd edilən ünvanda onunla birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş Şahid3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən onun satdığı, xarici əlamətləri və tərkibindəki komponentlərinə görə Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən 0,540 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Şahid2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən onun satdığı, xarici əlamətləri və tərkibindəki komponentlərinə görə Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən 0,428 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatət verərək məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntuya yol verildiyini göstərib, həmin pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən qaytarılmasını xahiş etdi. Müdafiəçi vəsatətini belə əsaslandırdı ki, ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-in 90.7.11 və 91.5.11-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, müdafiə etdiyi Təqsirləndirilən şəxs rus dillidir, orta təhsilini rus dilində almış, Azərbaycan dilində əksər hüquq terminlərini başa düşmür. Təqsirləndirilən şəxsə ibtidai araşdırma zamanı tərcüməçi təqdim edilmədiyindən o, özünü müdafiə edə bilməmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-in 303-cü madəsində nəzərdə tutulmuş məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntuya yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə vəsatətə dair tərəflərin fikirlərini dinləyib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntusuna yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 90.7.11, 90.7.12, 91.5.11 və 95.1.12-ci maddələrinə əsasən şübhəli və təqsirləndirilən şəxs ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqlarına malikdir. Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, anası milliyətcə rusdur, uşaqlıqda evlərində danışıq dili rus dili olmuşdur. Bakı şəhəri Nizami rayonu 210 №-li tam orta məktəbdə rus dili bölməsində təhsil almışdır. Həyat yoldaşı da milliyətcə rusdur. Ailədə danışıq dili rus dilidir. Azərbaycan dilini müəyyən qədər başa düşsə də, hüquqi terminlərini bilmir və mahiyyətini anlamır. Latın qrafikalı azərbaycan əlifbası ilə yazıb oxuya bilmir. İbtidai araşdırma zamanı müstəntiqə tərcüməçiyə ehtiyacı olduğunu bildirsə də, tərcüməçi ilə təmin edilməmişdir. Bu səbəbdən də, ittihamın mahiyyəti ona aydın olmamış və özünü müdafiə edə bilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 210 №-li tam orta məktəbdən daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs orta məktəbdə rus dilində təhsil almış, 31 oktyabr 1995-ci il tarixdə pedaqoji şuranın qərarı ilə məktəbdən xaric edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də bütün ibtidai istintaq zamanı tərcüməçinin köməyindən və ana dilində ifadə vermək hüququndan istifadə edə bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 303.1-303.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə, cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kimi kobud pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Göründüyü kimi ibtidai araşdırma zamanı cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan yuxarıda sadalanan kobud pozuntuya yol verildiyindən, yəni təqsirləndirilən şəxsin ana dilindən və tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulduğundan cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə CPM-nin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri düzgün seçilmişdir, hazırki mərhələdə onun dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 oktyabr 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299-300, 303.1 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(101)-1480/2022 saylı cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 oktyabr 2022-ci il tarixədək uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsin saxlanıldığı 3 saylı İstintaq Təcridxanasına və tərəflərə göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-1480/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1480/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver