Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1481/2021 21.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və İ dərəcəli dövlət qulluqçusu X3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Masallı rayonunun Qızılıağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri, Nizami rayon məhkəməsinin 20 iyun 2018-ci il tarixli qərarına əsasən, üzərində qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və həmin məhkəmənin 11 dekabr 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 02 oktyabr 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 27 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 26 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 mart 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib, şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı Əyyub adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 25 mart 2021-ci il tarixdə saat 23:00-da Bakı şəhəri, Xətai rayonu, «Ukrayna» dairəsi yaxınlığında yol kənarında gizlədilmiş külli miqdarda 1148,392 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 72,740 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki və 14,444 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşımaqla kirayə yaşadığı ünvan 1 ünvanında saxlamış, 25 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində həmin narkotik vasitə heroindən 1,147 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs2 20 manat müqabilində satmış, 26 mart 2021-ci il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər RPİ Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra, sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı 27 mart 2021-ci il tarixdə saat 18:30-da Xəzər RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 razılığı əsasında onun yaşadığı ünvan 1 ünvanında təxirəsalınmaz axtarış keçirilərkən mənzilin qonaq otağında olan güzgülü divar dəstinin siyirməsindən 1 ədəd bükümdə 1140,0 qram, 1 ədəd «Sevgi» adlı dondurma və 1 ədəd "milla” adlı pendir qabının içərisindən 12 bükümdə ayrı-ayrılıqda çəkiləri 0,291 qram, 0,262 qram, 0,861 qram, 0,701 qram, 0,331 qram, 0,320 qram, 0,310 qram, 0,303 qram, 0,781 qram, 0,302 qram, 2,550 qram, 0,233 qram olmaqla 7,245 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi, həmin otaqda olan divanın altından 10 bükümdə ayrı-ayrılıqda çəkiləri 7,701 qram, 7,110 qram, 14,910 qram, 4,971 qram, 14,921 qram, 14,782 qram, 4,793 qram, 0,791 qram, 2,270 qram, 0,491 qram olmaqla 72,740 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 3 bükümdə ayrı-ayrılıqda çəkiləri 11,452 qram, 2,661 qram və 0,331 qram olmaqla 14,444 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 25 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 1,147 qram çəkidə narkotik vasitə olan heroini 20 manata alaraq əldə edib üzərində saxlamaqla daşımış, 26 mart 2021-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Xəzər RPİ Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yenikənd küçəsində saxlanılıb ünvan 4 ünvanında yerləşən Xəzər RPİ-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd mavi rəngli selofana bükülmüş vəziyyətdə, təmiz çəkisi 1,147 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sağ yan cibindən isə 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır. O, Mehmandan 6 sot torpaq sahəsi almış, həmin torpağa görə Mehmana 5.000 manat pul vermiş, daha sonra torpağın sənədləşdirilməsi üçün əlavə olaraq 740 manat pul vermişdir. Mehman həmin torpağın sənədini ona vermiş, sonra həmin sənədin saxta olduğu müəyyən olunmuşdur. O, Mehmana zəng vurub sənədin saxta olduğunu bildirmişdir. Mart ayının 26-da axşam Mehman ona zəng edib pulu qaytaracağını, onun da həmin sənədi geri qaytarmasını və ona yeni sənəd verəcəyini bildirmişdir. O, Mehmanın zəngindən sonra həyətə çıxan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman onun üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olmamışdır. Təqsirləndirilən şəxs Mehman Ağabalayev proses iştirakçılarının suallarına cavab olaraq Mehmana narkotik vasitə satmadığını, polis əməkdaşlarının onlarla əməkdaşlıq etməsini təklif etdiklərini, onun isə canını qurtarmaq üçün razılaşdığını, Mehmanın torpaq üçün ondan aldığı pulu qaytarmadığını, Əyyub adlı şəxsi tanımadığını və həmin şəxslə bağlı ifadə vermədiyini, polis əməkdaşları ona təsir və təzyiq göstərdikləri üçün məcbur qalıb ağ kağızlara imza etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə satmadığını, əksinə Təqsirləndirilən şəxs2 narkotik vasitə aldığını, kirayə yaşadığı ünvan 1 ünvanında heç bir narkotik vasitə olmadığını, mənzilindən aşkar olunmuş narkotik və prioxotrop maddələrin, elektron tərəzinin polis əməkdaşları tərəfindən mənzilə qoyulduğunu, o, evdə olmayanda polis əməkdaşları evə baxış keçirən zaman 9.300 manat pulunun və 24 qram çəkisi olan brilyant qaşlı 1.300 manata aldığı kişi üzüyünün yoxa çıxdığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı zamanı 29 mart 2021-ci il tarixdə verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, təxminən 1 ildir ki, həbsdən azad olunmuşdur. 27 ildir ki, narkotik vasitələrdən istifadə edir. Kirayə yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Əyyub adlı şəxsdən əldə etmişdir. O, Əyyubun ona atdığı kart nömrəsinə pul vurmuş, bundan sonra Əyyub narkotik vasitəni ona göndərmiş, narkotik vasitələri qoyulduğu yeri ona demiş, o da, öz növbəsində narkotik vasitəni götürərək satışını təşkil etmişdir. Həmin narkotik vasitələri özü istifadə etməklə tanışlarına satmışdır. 25.03.2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evdən təxminən 300 metr məsafədə yerləşən adını dəqiq xatırlamadığı marketin içərisində yerləşən “milli ön” aparatı vasitəsi ilə Əyyubun verdiyi hesab nömrəsinə 1800 manat pul göndərmişdir. Həmin gün gecə saat 23:00 radələrində Əyyub ona “Whatshapp” proqramı vasitəsi ilə zəng edərək narkotik vasitələri Xətai rayonu “Ukrayna” dairəsindən yuxarıda yolun kənarında yerləşən üç künc avtomaşın şəkili olan nişanın altında olduğunu demişdir. O, həmin yerə gedərək narkotik vasitəni götürüb yaşadığı evə getmişdir. 1800 manatın qarşılığında Əyyub ona 44 qram tiryək, 50 qram heroin göndərimişdir. Kirayə yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr, heroin, tiryək və metanfetaminin də hamısı ona məxsusdur. Həmin narkotik vasitələrin hamısını ona Əyyub göndərmişdir. O, ümumilikdə 5-6 dəfə eyni qaydada Əyyuba pul göndərib narkotik vasitə almışdır. Onun kirayə yaşadığı evdə narkotik vasitələrin olması barədə heç kimin məlumatı olmamışdır. O, bununla bağlı heç kimə məlumat verməmişdir. Saxlanılarkən və ya üzərinə baxış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmiş, belə bir zor tətbiq edilməsi ilə hədələnməmişdir. Həmin narkotik vasitələr ona məxsusdur, o, həmin narkotik vasitələri satış məqsədi ilə Əyyub adlı şəxsə pul göndərərək əldə etmişdir. Aşkar edilmiş tərəzini isə həmin narkotik vasitələri satmazdan əvvəllər tərəzi vasitəsi ilə çəkmişdir. Onun istifadəsində ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələr olmuşdur. Şahin onun bacısının yoldaşıdır, Şahin bir gün olmuşdur ki, onun yaşadığı evə gəlmiş, fəhlə işləmiş, Bakı şəhərinə gəlməkdə məqsədi özünə iş yeri tapmaq olmuşdur. Şahin narkotik vasitələrdən istifadə etməmiş və Şahinin narkotik vasitələrlə əlaqəsi olmamışdır. O, bir aya yaxın həmin evdə kirayə yaşamış və ev sahibinin bundan məlumatı olmamışdır (cild 1, iş vərəqi 170- 172). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 25 mart 2021-ci tarixdə saat təxminən 16:00 radələrində Türkan qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün əvvəllər birlikdə cəza çəkdiyi Təqsirləndirilən şəxs1 1 bükümdə selofana bükülmüş “kokos” adlandırdıqları narkotik vasitə heroini 20 manata almışdır. 26 mart 2021-ci il tarixində 17 radələrində Türkan qəsəbəsi Yenikənd küçəsində yaşadığı evin yaxınlığında hərəkət edərkən 3 nəfər mülki geyimdə şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Xəzər RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə polis İdarəsinə getmiş, orada dövlət hesabına ona vəkil təqdim edilmiş və videoçəkiliş yolu ilə üzərində şəxsi axtarış aparılmışdır. O, əynindəki şalvarın sol yan cibindən Anardan aldığı bir büküm heroini və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitəni o, şəxsi istifadəsi üçün almışdır. Üzərində narkotik vasitə olması barədə heç kimin məlumatı olmamışdır. Sorğu zamanı o, aşkar olunmuş narkotik vasitəni bir yerdə cəza çəkdiyi Təqsirləndirilən şəxs1 aldığını etiraf etmişdir. O, Anardan əvvəllər də dəfələrlə narkotik vasitə almışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 Anarın narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmədiyini, amma onda həmişə narkotik vasitə olması barədə məlumatlı olduğunu, sonuncu dəfə narkotik vasitəni 20 manata aldığını, amma bəzən pulsuz da Anardan narkotiklər götürdüyünü, Anarın narkotik vasitəni haradan aldığını bilmədiyini, Anara torpaq sahəsi satmadığını, bu məqsədlə Anarın ona pul vermədiyini və guya torpağın sənədlərinin düzəldilməsi üçün 740 manat pul almadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etdiyini, istintaq zamanı ona heç bir təsir və təzyiq olunmadığını, özünün narkotik vasitə istifadəçisi olduğunu və törətdiyi əməldən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, müxtəlif tikintilərdə fəhlə kimi çalışmış, Təqsirləndirilən şəxs1 onun yeznəsidir. Anarın əvvəllər narkotik vasitələrdən istifadəyə görə tutulduğunu bilmiş, Anar iki il olar ki, türmədən çıxandan sonra Bakıda yaşamışdır. 2021-ci ilin mart ayının 26-da Masallıdan Bakıya gəlmiş, Anarın Əhmədli qəsəbəsi, Cavanşir küçəsində yaşadığı evə getmişdir. Evdə Anar tək olmuş, söhbət zamanı Anara Hövsanda fəhlə işi olduğunu, işləmək üçün gəldiyini, orada işləmək üçün bir-iki gün Anarın yanında qalacağını bildirmiş, Anar da onunla razılaşmışdır. 26 mart 2021-ci il tarixdə saat 07 radələrində evdən çıxıb Hövsan qəsəbəsinə getmiş, saat 14-15 radələrinə qədər işləmişdir. Sonra yağış yağdığına görə işləri davam etdirə bilməmiş, Anarın evinə qayıtmışdır. Təxminən saat 16 radələrində evə çatmış, Anar evdə olmuşdur. Saat 18:30 radələrində mənzilin qapısı döyülmüş, Anar qapını açmış və qapıda dörd nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, Anarın narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, buna görə də yaşadığı ünvanda axtarış aparacaqlarını bildirmişlər. Bundan sonra, polis əməkdaşları axtarışa başlamış, qonaq otağında olan güzgülü termonun birinci gözlüyündə 1 ədəd “Sevgi” adlı dondurma qabının içərisindən, 1 ədəd “milla” pendir qabının içərisindən və evdə olan divanın altından 1 ədəd polietilen paketdə, 10 ədəd selofan bükümündə, 12 ədəd bükümdə və 3 ədəd bükümdə narkotik vasitəyə oxşar maddələr və 1 ədəd tərəzi aşkar edilmişdir. Sorğu aparılarkən Anar bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur və həmin narkotik vasitələri satış məqsədi ilə İran vətəndaşı olan Əyyub adlı şəxsə pul göndərərək əldə etmişdir. Həmin tərəzidən narkotik vasitələri satmazdan əvvəl çəkmək üçün istifadə etmişdir. Sorğu zamanı o, polislərə narkotik vasitələrdən istifadə etmədiyini, Anar onun yaxın qohumu olduğunu və Bakı şəhərində iş tapmaq üçün bir gün əvvəl yaşadığı Masallı rayonundan Anarın evinə qonaq gəldiyini söyləmişdir. Polislərə onun narkotik vasitələrlə heç bir əlaqəsi olmadığını, evdə narkotik vasitələrin olmasını bilmədiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitələr və bir ədəd elektron tərəzi bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Bu barədə müstəntiq tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunaraq imzalarla təsdiq edilmişdir. Bundan sonra o və qaynı Anar araşdırmanın davam etdirilməsindən ötrü Xəzər RPİ-nə gəlmişlər. Yaşadıqları ünvanda axtarış və götürmə zamanı onlara qarşı polislər tərəfindən hər hansı fiziki təzyiq göstərilməmişdir. O, yeznəsi Anarın narkoman olduğunu bilsə də, Anarın narkotik vasitə satmasından və belə bir işlə məşğul olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, 26 mart 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində Mehman adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş, Xəzər RPİ Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 17 radələrində Türkan qəsəbəsi, Yenikənd küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhələr olduğundan Təqsirləndirilən şəxs2 saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş, Təhqiqat şöbəsinin baş təhqiqatçısı Elnur İsmayılov tərəfindən vəkilin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları verməsi təklif edildikdə, saxlanılan şəxs əynindəki şalvarın sol yan cibindən mavi rəngli şəffaf selofana bükülmüş 1 ədəd bükülünü, daha sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli elektron tərəzini təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan narkotik vasitə heroindir, həmin narkotik vasitəni 25 mart 2021-ci il tarixdə saat 16 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Anar adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. 1 ədəd elektron tərəzini isə satın aldığı narkotik vasitənin dəqiq çəkisini müəyyən etmək məqsədi ilə özündə gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi mavi rəngli şəffaf selofan büküm açıldıqda içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Həmin kütlə və 1 ədəd elektron tərəzi kağız zərfdə qablaşdırılmaqla götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlar protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 barəsində toplanmış materiallar Xəzər RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Şahid2 ifadəsində daha sonra bildirdi ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni əldə etdiyi Anar adlı şəxsi, onun yaşadığı ünvanı müəyyənləşdirmək üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri keçirilmiş, Anar adlı şəxsin ünvan 1 ünvanında kirayədə yaşaması müəyyən edilmişdir. 27 mart 2021-ci il tarixdə saat 18:30-da İstintaq şöbəsinin müstəntiqi Elvin Cəfərovun, onun, əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 iştirakı ilə axtarış və götürmə aparılmasından ötrü qeyd olunan ünvana gedilmişdir. Mənzilin qapısını döydükləri zaman özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxs qapını açmış və onlar özlərini Anara təqdim etmişlər. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş, yaşadığı ünvanda axtarış və götürmə aparılması haqqında təxirəsalınmaz qərar qəbul olunması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs1 qərarla tanış olaraq yaşadığı ünvanda axtarış və götürmə aparılmasına etirazı olmadığını bildirmişdir. Bundan sonra, istintaq-əməliyyat qrupunun üzvləri iki nəfər hl şahidinin işirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı evdə axtarış aparmağa başlamışlar. Axtarış zamanı mənzilin qonaq otağında olan güzgülü termonun birinci gözlüyündə olan 1 ədəd “Sevgi” adlı dondurma qabının içərisindən, 1 ədəd “milla” pendir qabının içərisindən və evdə olan divanın altından 1 ədəd polietilen paketdə, 10 ədəd selofan kəsiyi bükümündə, 12 ədəd bükümdə və 3 ədəd bükümdə narkotik vasitəyə oxşar maddələr və 1 ədəd tərəzi aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar maddələrlə bağlı tərəflərindən sorğu aparılarkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur, həmin narkotik vasitələri satış məqsədi ilə İran İslam Respublikasının vətəndaşı olan Əyyub adlı şəxsə pul göndərərək əldə etmişdir. Aşkar edilmiş tərəzi ilə bağlı sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin tərəzidən narkotik vasitələri satmazdan əvvəl tərəzi vasitəsilə çəkmək üçün istifadə etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda axtarış və götürmə zamanı Anarla birlikdə həmin evdə olmuş Şahid1 bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir, Təqsirləndirilən şəxs1 onun yaxın qohumudur və o, Bakı şəhərində iş tapmaq üçün bir gün əvvəl yaşadığı Masallı rayonundan Bakı şəhərinə gəlmiş və qohumu Təqsirləndirilən şəxs1 evinə qonaq kimi gəlmişdir. Şahid1 narkotik vasitələrlə heç bir əlaqəsi olmadığını, evdə narkotik vasitələrin olmasını bilmədiyini bildirmişdir. Bundan sonra mənzildən aşkar edilmiş narkotik vasitəyə oxşar maddələr və bir ədəd elektron tərəzi kağız zərfdə qablaşdırılmaqla götürülmüşdür. Bu barədə müstəntiq tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onların imzaları ilə təsdiq edilmişdir. Axtarış və götürmə başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 və Şahid1 araşdırmanın davam etdirilməsindən ötrü Xəzər RPİ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəyyən edilərək saxlanılmaları, birincinin üzərində, ikincinin isə yaşadığı ünvanda axtarış keçirilməsi zamanı əməliyyat qrupunun üzvləri olduqlarını bildirərək, həmkarları Şahid2 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. 27 mart 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb bir nəfər Anar adlı şəxsin narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilindiyi üçün həmin şəxsin yaşadığı mənzilə axtarış keçiriləcəyini və onun da hal şahidi kimi axtarışda iştirak etməsini xahiş etmişlər. O da, polis əməkdaşlarının təklifi ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə həmin ünvanda yerləşən 165 nömrəli mənzilin qarşısına getmişdir. Həmin vaxt orada polis əməkdaşlarından başqa dəvət olunmuş daha bir nəfər - adını sonradan öyrəndiyi Şahid6 da olmuşdur. Polis əməkdaşları mənzilin qapısını döymüş və özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxs qapını açmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, yaşadığı ünvanda axtarış aparılacağını demişlər və bu barədə qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs1 qərarla tanış olaraq yaşadığı ünvanda axtarış və götürmə aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Onlara hüquq və vəzifələri izah olunmuş, bundan sonra polis əməkdaşları və onların iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə axtarış aparılmağa başlanmışdır. Axtarış zamanı mənzilin qonaq otağında olan güzgülü termonun birinci gözlüyündə olan 1 ədəd “Sevgi” adlı dondurma qabının içərisindən, 1 ədəd “milla” pendir qabının içərisindən və evdə olan divanın altından 1 ədəd polietilen paketdə, 10 ədəd selofan kəsiyi bükümündə, 12 ədəd bükümdə və 3 ədəd bükümdə narkotik vasitəyə oxşar maddələr və 1 ədəd tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur və o, həmin narkotik vasitələri satış məqsədi ilə İran vətəndaşı olan Əyyub adlı şəxs pul göndərərək əldə etmişdir. Aşkar edilmiş tərəzi ilə bağlı sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin tərəzidən narkotik vasitələri satmazdan əvvəl tərəzi vasitəsi ilə çəkmək üçün istifadə etdiyini bildirmişdir. Anarın yaşadığı ünvanda axtarış və götürmə zamanı Anarla birlikdə həmin evdə olmuş Şahid1 narkotik vasitələrdən istifadə etmədiyini, Təqsirləndirilən şəxs1 onun yaxın qohumu olduğunu və Bakı şəhərində iş tapmaq üçün bir gün əvvəl yaşadığı Masallı rayonundan Bakı şəhərinə gəldiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələr və bir ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüş, protokol tərtib olunmuş, o da, protokol doğru tərtib edildiyinə görə onu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda axtarış keçirilməsi zamanı hal şahidi qismində iştirak etdiyini bildirərək, digər hal şahidi Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 15.07.2021-ci il tarixli üzləşdirmə protokoluna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 bir daha istintaqa verdiyi ifadəsini təsdiq edərək, polis əməkdaşları tərəfindən saclanılarkən ondan aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir (Cild 2, iş vərəqi 88-93). İş üzrə Təqsirləndirilən şəxs1 ilə polis əməkdaşları Şahid3 və Şahid4 arasında üzləşdirmələr keçirilərkən, hər iki şahid istintaqa verdikləri sərbəst ifadələrini təsdiq edərək, yaşadığı mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 şəxsən iştirak etdiyini, mənzildən külli miqdarda narkotik vasitələr və tərəzi aşkar olunduğunu bildirmişlər (Cild 2, iş vərəqi 94-108). Cinayət işinə əlavə edilmiş 27.03.2021-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 sərbəst ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını göstərərək, həmin ünvana gedib Təqsirləndirilən şəxs1 bir neçə dəfə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aldığını bildirmişdir (Cild 1, iş vərəqi 56-58). Cinayət işində olan 26.03.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd mavi rəngli selofana bükülmüş vəziyyətdə 1,147 qram çəkidə narkotik vasitə heroin və həmin şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (Cild 1, iş vərəqi 33-34). İş materiallarına əlavə edilmiş 27.03.2021-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 kirayə yaşadığı ünvan 1 ünvanında hal şahidlərinin iştirakı ilə axtarış keçirilən zaman mənzildən külli miqdarda - 1 ədəd bükümdə təmiz çəkisi 1140.0 qram və 12 ədəd bükümdə ümumi çəkisi 7,245 qram narkotik vasitə heroin, 10 ədəd bükümdə ümumi çəkisi 72,740 qram narkotik vasitə tiryək, 3 ədəd bükümdə ümumi çəkisi 14,444 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (Cild 1, iş vərəq 65-76). Məhkəmə-kimyəvi ekspertizasının 27.03.2021-ci il tarixli 6/1197 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 43” dairəvi möhür əksi olan, imzalar, adlar və soyadlar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 1,147 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir (Cild 1, iş vərəqi 40-43). Məhkəmə-kimyəvi ekspertizasının 29.03.2021-ci il tarixli 6/1215 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №43” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitələrə oxşar maddələr..” yazılan zərfdə təmiz çəkisi 1140,0 qram və 12 ədəd bükümdə ümumi çəkisi 7,245 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olub narkotik vasitə heroin, 10 ədəd bükümdə ümumi çəkisi 72,740 qram tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddələr öz aralarında eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 3 ədəd bükümdə ümumi çəkisi 14,444 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında eyni olub psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vaitələrə oxşar maddələr..” yazılan zərfdə olan heroinlər ilə üzərində “Ekspert Rəyi 6/1197” yazılan zərfdə olan heroin kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madələrin”in siyahısına (Siyahı İ) daxildir (Cild 1, iş vərəqi 151-156). İbtidai istintaq orqanının 16 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 1 bükümdə ilkin təmiz çəkisi 1,147 qram olan narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və qalıq qalmış 1,067 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin qeyd olunan qərarla Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 13 ədəd bükümdə ilkin təmiz çəkisi 1147,245 qram olan narkotik vasitə heroin, 10 ədəd bükümdə ilkin təmiz çəkisi 72,740 qram olan narkotik vasitə tiryək, 3 ədəd bükümdə ilkin təmiz çəkisi 14,444 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və qalıq qalmış 1146,955 qram çəkidə narkotik vasitə heroin, 72,540 qram çəkidə narkotik vasitə tiryək, 14,384 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (Cild 2, iş vərəqi 109-134). Məhkəmə-narkoloji ekspertizasının 03.06.2021-ci il tarixli 1729 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqi 42-43). Məhkəmə-narkoloji ekspertizasının 08.06.2021-ci il tarixli 1798 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 2, iş vərəqi 44-45). Cinayət işinə əlavə edilmiş 15.05.2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01.10.2020-ci il tarixdən 28.03.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərə dair "xxxx" MMC tərəfindən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmişdir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən 07.02. 2021-ci il tarixdə saat 22:45:47-də “Brat pul var nəğd sənöl yazın adam var onundu mənim cibimdədi kofeynən patı lazımdı 2000 manat”, ***-***-**-** saylı mobil nömrədən 28.02.2021-ci il tarixdə saat 02:33:18-də “Arxeyin ol qur sene 1000 manat götrmsem ygacam”, saat 21:47:36-da “110manatln adelni 5qramda bugunki 1de gel üsdne 6qr buda 240m ondanda 40manat verecem pul var, Aramız qalacaq 200manat”, 01.03.2021ci il tarixdə saat 20:32:02-də “Noldu salamacliq noldu sen kodun nene bir soz de narahatam birde tema lazmdi 200manatni duzedim”, 09.03.2021-ci il tarixdə saat 00:24:05-də “5 meti pulnu verecem 5pat pul qalacam 1KİLA İSDEYEK SENE QALAB PYLDAN 235MANATDAN SABAH PUL VRARAM SENOL GEL MENİ YETİM QOYMA PUL COX YUVAMAYACAG ONU BAGLAYB BUNU BAX BELE İS GORECEM CAHANGİRİ SAXLAYRAM”, ***-***-**-** saylı mobil nömrədən 09.03.2021-ci il tarixdə saat 05:07:26-da “Zeng vururam yanında düz ne qeder sikiw geleçeksen mene zeng ele sefdüwmüsen sene dedim axı men mal satmıram çamahhat pul verlr senin kimi pul güdmürem oturub Çamahatın yanında aydınlıginı verersen men alıram dosst xatırına senin kimi atmıram men dedim sen ele bilirdin men xeyir tuturammıw kimi zeng vur prablemlidi sen inanmadın gözdüyürem”, 10.03.2021-ci il tarixdə saat 19:33:31-də “5 denemi duzelt gelirem goturmeye”, ***- ***-**-** saylı mobil nömrədən 14.03.2021-ci il tarixdə saat 19:24:24-də “Sen ol 200 manat duzelir zeng vur” sözləri yazılmış mesajların göndərilməsi aşkar olunmuşdur. Həmçinin diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 08.03.2021-ci il tarixdə saat 13:56:37-də “MEHMAN ANARDİ” sözləri yazılmış mesajların göndərilməsi aşkar olunmuşdur. Eyni zamanda baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında 08.03.2021-ci il tarixdə saat 13:58:19-da 248 saniyə, saat 14:03:11-də 63 saniyə, saat 14:05:28-də 180 saniyə, saat 14:08:50-də 683 saniyə, 16.03.2021-ci il tarixdə saat 18:50:23-də 322 saniyə, saat 19:01:21-də 168 saniyə, 17.03.2021-ci il tarixdə saat 16:57:17-də 117 saniyə, saat 18:02:15-də 44 saniyə, saat 21:07:32-də 285 saniyə, 23.03.2021-ci il tarixdə saat 12:39:23-də 583 saniyə, 25.03.2021-ci il tarixdə saat 10:50:16-da 26 saniyə, saat 11:49:36-da 52 saniyə, saat 12:16:38-də 51 saniyə, saat 13:16:30-da 15 saniyə, 15:43:10-da 76 saniyə, saat 15:45:06-da 22 saniyə, saat 16:05:46-da 56 saniyə telefon danışıqlarının olması və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 25.03.2021-ci il tarixdə saat 15:43:10-da “Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi küçəsi, Balaxanı yolunun sol tərəfdə"/Sabunchu” və saat 16:05:46-da “Turkan 5/"Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Qonşuluq 50 saylı bağ sahəsi"/Khazar” anten dairəsində olması, ***-***-**-** saylı mobil nömrənin ünvan 9 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 (AZE N-********) adına qeydiyyata alınması aşkar olunmuşdur (Cild 1, iş vərəqi 248-250). İbtidai istintaq orqanının 16 iyul 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 2, iş vərəqi 109-134). Cinayət işində olan 18.05.2021-ci il tarixli baxış protokolundan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01.10.2020-ci il tarixdən 28.03.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərə dair "xxxx" MMC tərəfindən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən 14.12.2020-ci il tarixdə saat 21:27:32-də “2 QR kola 10 manat pati”, 15.12.2020-ci il tarixdə saat 22:26:14-də “Qaqaa 2 dene kola 20 manat Pati”, ***-***-**-** saylı nömrədən 14.01.2021-ci il tarixdə saat 13:54:20-də “Brat menen elaqe saxla srocnu. Tekerden gotrecem 10 yada 20 eded. Birde qara koyneyin var geyinmeye cox lazim. Qardawimsan tez svyaza cix yaxsi bir tema duwub qacirtmiyim” sözləri yazılmış sms-lərin göndərilməsi aşkar olundu. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən 15.12.2020-ci il tarixdə saat 21:11:22-də ***-***-**-** saylı mobil nömrəyə “Adaşun qadiğ eledi 2 de patiya 25 mat verib qaşdi çindirkimi” sözləri yazılmış sms-lərin göndərilməsi və ***- ***-**-** saylı mobil nömrənin Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınması aşkar olunmuşdur (Cild 1, iş vərəqi 252-253). İbtidai istintaq orqanının 16 iyul 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 2, iş vərəqi 109-134). İstintaq zamanı 15.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung A10” markalı mobil telefon aparatına baxış keçirilmiş, bu zaman mobil telefonun “Qalereya” bölməsindən elektron tərəzinin üzərində narkotik vasitələrə bənzər maddələrin çəkilməsinin 1 ədəd videogörüntüsü və 19 ədəd fotoşəklinin olması aşkar olunmuşdur. Həmçinin baxış zamanı “Samsung A10” markalı mobil telefonda olan “WhatsApp” proqramının Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi aşkar olunmuşdur. Mobil telefonun “WhatsApp” proqramında olan yazışmalara baxış keçirilən zaman “X7” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrədən 27.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrənin “WhatsApp” proqramına “salam qaqaş, necəsən başına dönüm, neynirsən, səhər-səhər durmuşam ayağa heç bir şey getməyib başına dönüm, kolada istəyirsən çəkim şəklin sənə atım, kola indi birazdan bir dənə istəyən var, yarıda patı istəyən var, bir dənə də yarı kola biri götürəcək, bir dənə buları verim nə qədər pul elədi pulu göndərəcəm sənə, nə qədər sata-sata pulun göndərəcəm, qurtarana yaxın uje gələrəm dalınca” məzmunlu səs yazının və “Niçat Çindir” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrədən 11.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrənin “WhatsApp” proqramına “eli bu vatçapa yazma, yazanda o biri vatçapa yaz, hə, obirsinə 39-71 vara ona, 97-yə, ondan nara, ikisindən birinə buna yazma, bunu itdər zaddarda bilir zəng eliyirlər, söndürürəm atıram, nə bilim arada açıram, açdım iranlı mənə deyir o pulu atmışdı mənə ha, dedi sənin üçün material gəlib havayı ged götür, dedim ay sənin var belə-belə söydüm elədim, 5-6 saatdan sonra biri gedib götürməyə o da ataram şəklin baxarsan, Masallıdan üç nəfəri məscidin yanında, məni vermək istəyirdi, varyoxsuz məni vermək istəyir, pulumu da alıb məni də sroka göndərir, gör nə oğraş iranlıdı, belə oğraş adamlardan necə olar əlinlə pul da ver sroka get, belə şey olar, oğraş mənə deyir ged mal gəlib havayı get götür, dedim sənin bacıvu, anuvu, məni tutdurmaq istəyirsən pramoy. Elə bil məndə qırmızı işıq yandı bildin, bu hara mən hara atmışdımı onu bloka, atıram bu vatçabı görürəm yazıb ki get-get götür mal gəlib, çatıb, oyandadı, o taydadı” məzmunlu səs yazının göndərilməsi aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrənin və mənzilin ona məxsus olduğunu, həmin şəkilləri və videoçəkilişi Təqsirləndirilən şəxs2 çəkdiyini, Mehmanın onun telefonu ilə şəkilləri çəkib öz müştərilərinə narkotik vasitələr satdığını, narkotik vasitə istifadə etsə də, satışı ilə məşğul olmadığını bildirmişdir (Cild 2, iş vərəqi 68-80). İbtidai istintaq orqanının 16 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung A10” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 2, iş vərəqi 109-134). Cinayət işində olan 29.04.2021-ci il tarixli baxış protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd mavi rəngli selofana bükülmüş vəziyyətdə 1,147 qram çəkidə narkotik vasitə olan heroinin və həmin şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır (Cild 1, iş vərəqi 238-239). İbtidai istintaq orqanının 16 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 2, iş vərəqi 109-134). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 08.12.2016-cı il tarixdə Xəzər rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər rayon Məhkəməsinin 13.10.2017-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir (Cild 2, iş vərəqi 17-20). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 12.05.2017-ci il tarixdə Lənkəran rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri, Nizami rayon məhkəməsinin 20.06.2018-ci il tarixli qərarı ilə cəzası 4 ilə endirilmiş və 11.12.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir (Cild 2, iş vərəqi 21-24). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə satmadığını, əksinə Təqsirləndirilən şəxs2 narkotik vasitə aldığını, kirayə yaşadığı ünvan 1 ünvanında heç bir narkotik vasitə olmadığını, mənzilindən aşkar olunmuş narkotik və prioxotrop maddələrin, elektron tərəzinin polis əməkdaşları tərəfindən mənzilə qoyulduğunu, o, evdə olmayanda polis əməkdaşları evə baxış keçirən zaman 9.300 manat pulunun və 24 qram çəkisi olan brilyant qaşlı 1.300 manata aldığı kişi üzüyünün yoxa çıxdığını bildirmiş, öz müdafiəsi üçün dəlillər gətirmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla təkzib olunduğuna görə Təqsirləndirilən şəxs1 həmin mövqeyini məsuliyyətdən yaxa qurtarmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün heç bir dəlil gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar, həmçinin sonuncunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 12.05.2017-ci il tarixdə Lənkəran rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri, Nizami rayon məhkəməsinin 20.06.2018-ci il tarixli qərarı ilə cəzası 4 ilə endirilmiş və 11.12.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 az ağır cinayət hesab edilən həmin əməllərə görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad olunduqdan sonra məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs1 27 mart 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər RPİ İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və həmin vaxtdan fasiləsiz olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat və məhkəmə baxışı dövründə həbsdə saxlanıldığı bütün müddət onun cəza müddətinə daxil edilməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 mart 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 26 mart 2021-ci ildə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulub saxlanılmış, 28 mart 2021-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi həbsdə olduğu 2 (iki) gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə çıxılmalı, ona qəti cəza təyin olunmalı, həmçinin onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hazırkı iş üzrə hökmün çıxarıldığı 21 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinin tələblərinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş cinayət işi üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1146,955 qram çəkidə narkotik vasitə heroin, 72,540 qram çəkidə narkotik vasitə tiryək, 14,384 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,067 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilməli, "xxxx" MMC-dən götürülmüş 1 ədəd, "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD formatlı disklər, həmçinin Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung A10” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 153 (yüz əlli üç) manat 70 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 153 (yüz əlli üç) manat 70 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 76 (yetmiş altı) manat 85 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 03.06.2021-ci il tarixli 1729 saylı və 08.06.2021-ci il tarixli 1798 saylı rəylərini əsas tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğundan, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hazırkı iş üzrə onun 26 mart 2021-ci ildə şübhəli şəxs qismində tutulub 28 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 21 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş maddi sübutlar – Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1146,955 qram çəkidə narkotik vasitə heroin, 72,540 qram çəkidə narkotik vasitə tiryək, 14,384 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1,067 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi məhv edilsin; - "xxxx" MMC-dən götürülmüş 1 ədəd, "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD formatlı disklər, həmçinin Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung A10” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın. Məhkəmə məsrəfləri hesab edilən 153 (yüz əlli üç) manat 70 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 76 (yetmiş altı) manat 85 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2n isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1481/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1481/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver