Məhkəmə qərarları › İş №1(101)-1481/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1481/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1481/2022 14.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1989-cu il tarixdə Naxçıvan MR, Şərur rayonu, Axura kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli - himayəsində üç nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi ev 48, mənzil 11-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 24 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 28 mart 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Elnar» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etmək barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb «Samsung» markalı mobil telefonun ***-***-**-** GSM nömrəsi ilə qeydə alınmış «WhatsApp» internet sosial şəbəkə vasitəsi ilə yazışaraq, «Leobank»-a məxsus **********995622 saylı «Visa» plastik kart vasitəsi ilə 105 manat məbləğində vəsaiti «Elnar» adlı şəxsin dediyi, lakin istintaqa məlum olmayan hesaba köçürərək, sonuncunun ona Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sıranın yanında olan pilləkanın dib hissəsində qara rəngli sellofan paketdə ümumi təmiz çəkisi 1,687 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,571 qram psixotrop maddə metamfetaminin gizlədildiyi barədə məlumat verməsindən sonra o, satış məqsədilə həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini oradan götürüb əldə edib üzərində daşıyaraq saxlamış və xx.xx.2022-ci il tarixdə, saat 18:40-da Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sıranın girişində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilən zaman, əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibində olan siqaret qutusunun içərisindən 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,339 qram, 0,386 qram, 0,331 qram, 0,318 qram olmaqla ümumi təmiz çəkisi 1,687 qram qəhvəyi rəngli maddə - xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,729 qram, 0,573 qram, 0,206 qram olmaqla ümumi təmiz çəkisi 1,571 qram olan ağ rəngli kristallik maddə - xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin gödəkçəsinin sol iç cibindən üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının qənaətinə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum mənbədən və naməlum şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Elnar» adlı şəxslə özünə məxsus «Samsung» markalı mobil telefonun ***-***-**-** GSM nömrəsi ilə qeydə alınmış «WhatsApp» internet sosial şəbəkə vasitəsi ilə yazışaraq ondan narkotik vasitə və psixotrop maddə almaq barədə razılaşdıqdan sonra, özündə olan «Leobank» kommersiya bankına məxsus **********995622 saylı «Visa» plastik kartı vasitəsi ilə 105 manat məbləğində pul vəsaitini «Elnar» adlı şəxsin ona dediyi qeyri-müəyyən hesaba köçürərək, sonuncunun ona Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sıranın yanında olan pilləkanın dib hissəsində qara rəngli sellofan paketdə ümumi təmiz çəkisi 1,687 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,571 qram psixotrop maddə metamfetamin gizlədildiyi barədə məlumat verməsindən sonra o, yəni Təqsirləndirilən şəxs satış məqsədilə həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürməklə əldə edib üzərində daşıyaraq saxlamış və 24 mart 2022-ci il tarixdə, saat 18:40-da Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sıranın girişində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİnin 7-ci PB-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibində olan siqaret qutusunun içərisindən 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,313 qram, 0,339 qram, 0,386 qram, 0,331 qram, 0,318 qram olmaqla ümumi təmiz çəkisi 1,687 qram təşkil edən qəhvəyi rəngli maddə - xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,729 qram, 0,573 qram, 0,206 qram olmaqla ümumi təmiz çəkisi 1,571 qram təşkil edən ağ rəngli kristallik maddə - xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin gödəkçəsinin sol iç cibindən üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini və narkotik vasitə heroini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə edib üzərində daşıyaraq saxlaması təsdiq olunmamış və yuxarıdakı abzasda qeyd olunan həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəməyədək icraat mərhəlsində vermiş olduğu 13 iyul 2022-ci il tarixli ifadəsinə qismən uyğun ifadə verib göstərdi ki, o, tutulmazdan təxminən 5 ay əvvəl heroin narkotik vasitəsindən və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Özü avtobus sürücüsü işləmiş, himayəsində 3 nəfər azyaşlı uşağı olmuşdur. Narkotikdən istifadə etdiyindən artıq işdən, evdəki ailə münasibətlərindən soyumuş, narkomanlıqla sürücülük bir-biri ilə uyğun gəlməmişdir. Odur ki, narkotik qəbulunu tədricən azaltmaq və yekunda bundan uzaqlaşmaq qərarına gəlmiş, bunun metadon mayesi qəbul etməklə mümkünlüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 24 mart 2022-ci il tarixdə, yəni tutulduğu gün səhər saat 10 radələrində Bakı şədəri, Xətai rayonu ərazisində yerləşən «Ukrayna dairəsi»nə yaxın parkda olan zaman tam təsadüfən əvvəllər tanımadığı bir nəfərlə tanış olmuş, həmin şəxs ona adının Seymur olduğunu bildirmişdir. O, tanış olduğu həmin şəxslə 5-10 dəqiqə söhbət etdikdən sonra o, özünü Seymur kimi təqdim edən həmin şəxsin də narkotik vasitələrin istifadəçisi olduğunu bilmişdir. O, Seymur adlı şəxsə özünün narkotik vasitələrdən istifadə etdiyini, bədənində ağrıların olduğunu, narkotik qəbulundan uzaqlaşmaq istədiyini bildirmiş, onun üçün metadon adlanan dərman preparatının təşkil edib edə bilməyəcəyi barədə soruşduqda, sonuncu ona müsbət cavab vermişdir. Seymur ona gedib «Yeganə» şadlıq sarayının yaxınlığında gözləməyi tapşırmış və ona öznün mobil telefonunu vermişdir. Bundan sonra o, özünün üzərində olan, lakin hazırda nömrəni unutduğu mobil telefon sim kartını Seymurun verdiyi həmin telefona daxil etmiş, həmçinin özünün nömrəsini Seymura da bildirmişdir. Seymur adlı şəxs onunla əlaqə saxlayacağını bildirmiş və onlar ayrılmışlar. Seymurdan ayrıldıqdan bir qədər sonra, lakin elə həmin tarixdə bir nəfər tanımadığı şəxs «WahtsApp» sosial şəbəkə vasitəsi ilə ona zəng etmiş, Seymur verdiyi telefonun yaddaşında zəng edən şəxsin adının «Elnar» kimi qeyd edildiyini o, görmüşdür. O, telefonda adı «Elnar» kimi qeyd edilmiş şəxsə metadon almaq istədiyini bildirdikdə sonuncu şərtlərini açıqlamış, alacağı malın pulunu əvvəlcədən ödməyi istəmişdir. Razılaşmadan sonra «Elnar» ona «WahtsApp»da yadında saxlamadığı hesab nömrəsi göndərmiş, o, da özündə olan «Leobank» kommersiya bankına məxsus «Visa» plastik kartı vasitəsi ilə Elnarın ona göndərdiyi hesaba «Milliön» aparatı vasitəsilə 80 manat məbləğində pul göndərmişdir. Bundan sonra o, həmin tarixdə, saat 18 radələrində «Yeganə» şadlıq sarayının yaxınlığında olarkən «Elnar» adlı şəxslə danışmış və sonuncu ona birazdan metadonu haradan götürcəyi barədə məlumat verəcəyini bildirmişdir. Lakin «Elnar» adlı şəxs ona məlumat verməzdən əvvəl, elə həmin gün, yəni 24 mart 2022-ci il tarixdə, saat 18:40 radələrində qeyd olunan yerdə olarkən 3 nəfər polis əməkdaşları ona yaxınlaşaraq onun şalvarının kəmərindən tutaraq xidməti avtomobillərinə otuzduraraq Binəqədi RPİ-nin 7-ci PB-nə aparmışlar. Orada xidməti otaqların birində 7-8 nəfər polis əməkdaşı onu əl və təpiklə vurmağa başlamış, onda olan narkotik vasitəni və ya psixotrop maddəni çıxarıb təqdim etməsini tələb etmişlər. Lakin o, onu vuran şəxslərin heç birini nə üzdən və nə də şəxsən tanımamışdır. Polis Bölməsində üst-başı axtarılmış, o saxlanılarkən üzərində olan 0,8 qram çəkidə narkotik vasitə «kakosu», yəni heroini və falqanı gödəkçəsinin cibindən çıxarıb təqdim etmiş, həmin vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Ciblərində olan iki ədəd telefonu götürülmüş, açılıb baxılmış, ona daxil olan və çıxan zənglərə baxılmışdır. Bundan sonra polis əməkdaşlarından biri ona, gödəkçəsinin cibinə bir ədəd tərəzi, 7-8 büküm narkotik vasitə qoyacağını və video çəkiliş zamanı həmin narkotik vasitə və tərəzini çıxararaq, «Elnar» adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini deməsini tələb etmişlər. Polis əməkdaşları onu döydükləri üçün, fiziki və psixoloji təsir altında olduğundan polis əməkdaşlarının dedikləri ilə bütövlükdə razılaşmışdır. Bundan sonra PB-də ona müdafiəçi təyin edilmiş, video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyriqanuni hər hansı əşya olub-olmaması soruşulduqda o, əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən çəkilişdən əvvəl üzərinə qoyulmuş bir ədəd “Davidoff reach” markalı siqaret qutusunu, gödəkçəsinin sol iç cibindən 01 ədəd elektron tərəzini, gödəkçəsinin sol yan cibindən «Samsung» və «Mi» markalı mobil telefonları, həmçinin gödəkçəsinin sol üst cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, «Leobanka» məxsus qara rəngli bank kartını, göy rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd 1 manatlıq, 01 ədəd 5 manatlıq pul əskinaslarını çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş siqaret qutusunda 08 ədəd şəffaf selofona bükülmüş bükümlərdən 05 ədədinin içərisində narkotik vasitə «kakos», digər 03 ədəd bükümlərin içərisində isə «şüşə», yəni metamfetamin olduğunu bildirmiş və polisin öyrətdiyi sözləri demişdir. Guya o, həmin narkotik vasitəni və psixotrop maddəni Elnar adlı şəxslə əlaqə saxlamaqla alıb əldə etmiş, həmin maddələri ona metadon və ya ona verməsi müqabilində onun deyəcəyi yerlərə qoyacaqmış. Lakin o, çəkiliş zamanı həm də tanımadığı və iranlı kimi bildiyi şəxsə 80 manat pul köçürdüyünü, ondan narkotik vasitələrdən istifadəni tərgitmək üçün metadon almaq istədiyini, göndəriləndən sonra gedib götürdüyünü, lakin içərisində metadon deyil, ondan aşkar edilib götürülən narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Lakin onun deməsinə baxmayaraq polisin öyrətdiyi kimi, yəni Elnarın göstərişi ilə həmin narkotik vasitələri harasa qoyacağını, bunun əvəzində metadon və ya pul alacağını deməsi istənilmiş, hətta çəkiliş vaxtı təçhqiqatçı tərəfindən istiqamətləndirilmişdir. Həyəcandan nə deyəcəyini belə, bilməmişdir. Yekunda 08 ədəd şəffaf selofona bükülmüş bükümlər zərflərə qoyularaq möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, o, şübhəli şəxs kimi tutulduqdan sonra 26 mart 2022-ci il tarixdə onun buraxılması barədə qərar qəbul edilsə də, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsə də, o, faktiki MSY-dən buraxılmamış, Binəqədi RPİ-nin 7-ci PB-nə aparılaraq 28 mart 2022-ci il tarixədək orada saxlanılmışdır. 28 mart 2022-ci il tarixdə məhkəməyə çıxarılmış və bu barədə məhkəmədə də bildirmişdir. Lakin buna baxmayaraq barəsində qətimkan tədbiri olaraq barəsində həbs seçilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu 25 və 26 mart 2022-ci il tarixli ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü həmin vaxt ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, təxminən 5 aya yaxındır ki, narkotik vasitə istifadə etmiş, Elnar adlı İran vətəndaşını tanışlarının vasitəsilə tanımış, onların tanışlığı telefon vasitəsilə olmuşdur. Tanış dediyi şəxsləri isə onun kimi digər narkotik istifadəçilərinin vasitəsilə tanımışdır. Onlar Elnar adlı şəxs olduğunu, onun narkotik vasitələri telefonla təmin etdiyini, onun bildirdiyi yerlərdən narkotik vasitələri götürüb, digər bildirdiyi yerlərə qoymalısan. Bildiyinə gör bəziləri ounu pula görə etmiş, lakin o, narkotik vasitələrdən uzaqlaşmaq üçün psixotrop maddə olan metodon həblərindən istifadə edərək narkotik vasitədən istifadəni tədricən azaltmaq istəmişdir. Elnar adlı şəxslə tanış olduqdan sonra tanımadığı şəxslər ona 2 telefon gətirib vermiş, o, həmin telefon vasitəsilə Elnar adlı şəxslə danışmış və o, ona 80 manata metodon veəcəyini bildirmişdior. Odur ki, o, Elnarın bildirdiyi bank hesabına 80 manat pul göndərmişdir. Bundan sonra o, Elnarın bildirdiyi kimi, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Yegnaə” şadlıq sarayının qarşısında olan “Al market”in yaxınlığına gedib orada olan pilləkənin dibinə baxmış və orada qara selofan görmüş, həmin selofanı açmış və içərisində 8 ədəd selofana bükülmüş kiçik bükümlərin və 1 ədəd tərəzinin olduğunu görmüşdür. O, həmin bükümləri siqaret qutusuna yığmış, tərəzini və siqaret qutusunu əynindəki gödəkçəsinin ciblərinə qoymuşdur. Həmin selofonda metodon olmadığını görüb bu barədə Elnarla danışıq aparmış və sonuncu ondan xəbət gözləməyi bildirmişdir. Mən də orada olan zaman mülki geyimdə olan 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu üzərində narkotik vasitə olması şübhəsi ilə üzərinə şəxsi axtarış aparılması məqsədi ilə Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Bundan sonra onun özünün razılığı ilə Binəqədi RPİ-nin 7-ci PB-nə aparılmışdır. Orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynimdə olan tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd “Davidoff reach” yazısı olan siqaret qutusunu, gödəkçəsinin sol iç cibindən 1 ədəd elektron tərəzini, gödəkçəsinin sol yan cibindən “Samsung” və “Mi” markalı mobil telefonları, gödəkçəsinin sol üst cibindən AZE-******** seriyalı şəxsiyyət vəsiqəsini, AE-043846 seriyalı sürücülük vəsiqəsini, “Leobank”a məxsus 4098-5844-6099-5622 seriyalı, qara rəngli bank kartını, göy rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinaslarını çıxararaq masanın üzərinə qoymuşdur. Ondan üzərindən aşkar olunan siqaret qutusunun açılması təklif olunmuş, siqaret qutusunun içərisində 08 ədəd şəffaf selofona bükülmüş bükümlərdən 05 ədədinin içərisində olan maddənin “kakos” adlı narkotik vasitə olmasını, digər 03 ədəd bükümün içərisində olan maddənin isə “şüşə” adlı narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, o, parkda təsadüfən tanış olduğu şəxsləri, Elnar adlı şəxsi əvvəllər tanımamışdır. O, parkda tanış olduğu şəxslərə narkotik asılılığından qurtarmaq üçün metadon dərman preparatı almaq istədiyini bildirdikdə, sonuncular ona iki ədəd mobil telefon aparatı verib Elnar adlı şəxslə tanış olmağı məsləhət görmüş, Elnarın dediklərini edəcəyi təqdirdə Elnarın ona metadon verəcəyini bildirmişlər. Ona görə də o, üzərində aşkar olunan narkotik vasitəni Elnar adlı şəxsin göstərişi əsasında götürmüş və onun dediyi yerlərə aparacaqmış. O, bunu pul qarşılığında deyil, psixotrop dərmanlar qarşılığında Elnar adlı şəxsin dediklərini edəcəyinə razılıq vermişdir. Lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (iş vərəqə: 51-54). Məhkəmə baxışı zamanı və məhkəməyədək icraat mərhəlsində vermiş olduğu 25 və 26 mart 2022-ci il tarixli ifadələri arasında myəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs göstərdi ki, saxlanılarkən onun özündə, yəni gödəkçəsinin cibində özünün istifadəsi üçün saxladığı 0,8 qram çəkidə narkotik vasitə heroin və bir kəsik falqadan başqa qanunsuz heç nə olmamışdır. O, həmin narkotik vasitəni falqanın üzərinə tökməklə istifadə etmişdir. 05 ədəd bükümdə olan narkotik vasitə heroin və 03 ədəd bükümdə olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi isə ona məxsus olmamış, onu polislər onun cibinə qoymuşdur. O, şəxsi axtarış zamanı videoçəkiliş aparılarkən Elnar adlı şəxsin adını ümumiyyətlə çəkməmiş, onu əvvəllər tanımamış, onunla narkotik vasitələrin satışı ilə bağlı heç bir əlaqəyə girməmiş və ya satmamış, onun iranlı və ya qeyri yerli olduğunu bilməmişdir. İlk və sonuncu dəfə ona 80 manat pul göndərib özünün müalicəsi üçün metadon almaq istəmiş, lakin polis onu tutduğundan ala bilməmişdir. Ona verilən ittiham istintaq orqanının qərəzli mövqeyidir. O, heç kimə narkotik vasitə satmamışdır. Onun 25 və 26 mart 2022-ci il tarixli ifadələri protokola uyğunlaşdırılmaqla yazılmış, o, qeyd olunan ifadəni verməmiş, lakin qorxusundan oxumadan imzalayası olmuşdur. Narkomanın yaşayışı çox çətin bir yaşayış olmuş, onlar daima bir-birindən “mal” (burada: narkotik vasitə) iştəmiş, bir-birindən istifadə üçün “mal” alıb, “mal” vermişlər. O da narkoman tanışlarından “mal” istəmiş, ondan da “mal” istəyənlər olmuşdur. Bu proses üzbəüz də olmuş, telefon əlaqəsi ilə də olmuşdur. Onun mobil telefonunda narkotik vasitələrlə bağlı yazışmalar olmuşdur ki, o, heç kimə narkotik vasmitə satmamış, vacib tələbi olan tanışlarına hədiyyə etmişdir. O, özü hər gün təqribən 10 manatlıq narkotik istifadə etmiş, lakin pulla heç kimə narkotik satmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 7-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili X2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib ifadəsində göstərdi ki, o, 24 mart 2022-ci il tarixdə xitdmətdə olarkən xx xxx 1989-cu ildə Naxçıvan MR-nın, Şərur rayonunun Axura kəndində anadan olmuş, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 48, mənzil 11-də qeydiyyatda olmaqla, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə PB-nin rəhbərliyinə rəsmi müraciət edilmiş, belə bir tədbirin keçirilməsinə etiraz olunmamış, müvafiq qərar qəbul edilmiş və onun qrup rəhbərliyi ilə 7-ci PB-nin sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş mötəbər məlumat əsasında birlikdə 24 mart 2022-ci il tarixdə, saat 18:40-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sıranın girişinin yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları, hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncuya narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getməsini təklif etmiş və onu 7-ci PB-nə aparmışlar. Yol boyu həmin şəxsin üzərində olduğu ehtimal olunan narkotik vasitəni atmasına, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Surəc Niyazova həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən «Davidoff» markalı siqaret qutusunu, həmin gödəkçənin sol iç cibindən 01 ədəd elktron tərəzini, gödəkçənin sol yan cibindən 02 ədəd mobil telefonları, gödəkçənin sol üst cibindən şəxsiyyət, sürücülük vəsiqələrini və bank kartını, əynində olan şalvarının sağ yan cibindən 10 manata yaxın kağız pullarını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərsindən 08 ədəd şəffaf sellofana bükülmüş bükümlərdən beş ədədinin içərisində narkomanlar arasında «kakos» adlandırılan narkotik vasitə heroin, digər üç ədəd bükümün içərisində isə «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı «Elnar» kimi təqdim edən şəxsin göstərişi ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sıranın yanında olan pilləkənin dib hissəsindən götürdüyünü və həmin maddələri pul müqabilində «Elnar» adlı şəxsin dediyi yerlərə qoyacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan kütlələr qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra bütün iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi Şahid2 ifadəsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, sonuncu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşmənin nəticəsinə dair istintaq hərəkəti protokolundan görünür ki, üzləşmə zamanı Şahid2 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etsə də, sonuncu sahə müvəkkili Şahid2 onun üzünə qarşı dediklərini qəbul etməmiş, saxlanılarkən üzərində yalnız 0,8 qram heroin narkotik vasitəsi olduğunu, PB-də döyüldüyünü, ittihamda göstərilən miqdarda, 5 ədəd bükümlərdə heroin narkotik vasitəsinin və 3 ədəd bükümlərdə metamfetamin psixotrop maddəsinin və bir ədəd tərəzinin təzyiqldər altında boynuna götürməsinə məcbur edildiyini, özünün müalicəsi üçün metadon dərman vasitəsi alıb əldə etmək məqsədilə həmin gün Elnar adlı şəxsin göndərdiyi hesaba 80 manat pul köçürdüyünü, lakin tutulduğu üçün ala bilmədiyini şahidin ifadəsinə qarşı göstərmişdir (iş vərəqə: 241-243). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Binəqədi RPİ-nin 7-ci PB-də tərtib edilmiş «Şəxsi axtarış aparılması və götürmə haqqında» 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı Surəc Niyazov tərəfindən bölmənin xidməti otaqlarının birində həmin bölmənin cinayət axtarış xətti üzrə əməliyyat müvəkkili Şahid1 və həmin bölmənin sahə rəisi Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncu əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən “Davidoff reach” yazısı olan siqaret qutusunu, gödəkçəsinin sol iç cibindən 1 ədəd elektron tərəzini, gödəkçəsinin sol yan cibindən “Samsung” və “Mi” markalı mobil telefonları, gödəkçəsinin sol üst cibindən AZE-******** seriyalı şəxsiyyət vəsiqəsini, AE-043846 seriyalı sürücülük vəsiqəsini, “Leobank”a məxsus 4098-5844-6099- 5622 seriyalı, qara rəngli bank kartını, göy rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinaslarını çıxararaq təqdim etmişdir. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi siqaret qutusunda olan 08 ədəd şəffaf selofona bükülmüş bükümlərdən 05 ədədinin içərisində narkotik vasitə «kakos», digər 03 ədəd bükümlərin içərisində isə «şüşə» adlı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni Elnar adlı şəxsin deməsinə əsasən Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən götürdüyünü və İran vətəndaşı Elnar adlı şəxsin bildirəcəyi yerlərə aparıb qoyacağını bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, yekunda Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələr və hər iki mobil telefon boş zərflərə qablaşdırılmaqla möhürlənmiş, zərfin üzəri və tədqiq olunan həmin protokol proses iştirakçıları tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə prosesinin videogörüntüləri videodaşıyıcıya (CD formatlı kompakt disk) köçürülməklə protokola əlavə edilmişdir (iş vərəqə: 29-30, 31). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “diskə baxış keçirilməsi haqqında” 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» 24 mart 2022-ci il tarixli protokolun təsviri hissəsinin məzmununa uyğun tərtib edilmişdir, yəni protokolun məzmununda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, sonuncunun könüllü olaraq əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən “Davidoff reach” yazısı olan siqaret qutusunu, gödəkçəsinin sol iç cibindən 1 ədəd elektron tərəzini, gödəkçəsinin sol yan cibindən “Samsung” və “Mi” markalı mobil telefonları, gödəkçəsinin sol üst cibindən AZE-******** seriyalı şəxsiyyət vəsiqəsini, AE-043846 seriyalı sürücülük vəsiqəsini, “Leobank”a məxsus 4098-5844-6099-5622 seriyalı, qara rəngli bank kartını, göy rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinaslarını çıxararaq təqdim etdiyi, Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunda olan 08 ədəd şəffaf selofona bükülmüş bükümlərdən 05 ədədinin içərisində narkotik vasitə «kakos», digər 03 ədəd bükümlərin içərisində isə «şüşə» adlı narkotik vasitə olmasını, həmin narkotik vasitəni və psixotrop maddəni Elnar adlı şəxsin deməsinə əsasən Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən götürdüyünü və İran vətəndaşı Elnar adlı şəxsin bildirəcəyi yerlərə aparıb qoyacağını bildirməsi bir daha öz əksini tapmışdır. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, CD diskə baxış Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş və CD diskdə olan görüntülərin həqiqəti əks etdirdiyini bildirmişdir (iş vərəqə: 83-84). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd CD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, videogörüntülərdə şəxsi axtarış keçirilərkən saxlanılmış şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən “Davidoff reach” yazısı olan siqaret qutusunu, gödəkçəsinin sol iç cibindən 1 ədəd elektron tərəzini, gödəkçəsinin sol yan cibindən “Samsung” və “Mi” markalı mobil telefonları, gödəkçəsinin sol üst cibindən AZE-******** seriyalı şəxsiyyət vəsiqəsini, AE-043846 seriyalı sürücülük vəsiqəsini, “Leobank”a məxsus 4098-5844-6099-5622 seriyalı, qara rəngli bank kartını, göy rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinaslarını çıxararaq təqdim etməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunda olan 08 ədəd şəffaf selofona bükülmüş bükümlərdən 05 ədədinin içərisində narkotik vasitə «kakos», digər 03 ədəd bükümlərin içərisində isə «şüşə» adlı narkotik vasitə olmasını bildirməsi təsdiq olunsa da, həm də məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 24 mart 2022-ci il tarixli və “diskə baxış keçirilməsi haqqında” 28 mart 2022-ci il tarixli protokolların məzmununda təhriflərə yol verilmişdir. Belə ki, nümayiş olunan videogörüntülərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə prosesində yuxarıda qeyd olunan əşyaları, o cümlədən narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələri çıxar təqdim etməsindən və 05 ədəd bükümdə təqdim etdiyi maddənin narkotik vasitə «kakos», 03 ədəd bükümdə təqdim etdiyi maddənin isə «şüşə» adlı narkotik vasitə olmasını izahatlandırmasından sonra təqdim etdiyi narkotik maddələri iranlının göstərişi əsasında gedib götürdüyünü, narkotik vasitə asılılığından qurtarmaq üçün ona metadon verəcəyi müqabilində həmin narkotik vasitələri onun deyəcəyi yerlərə aparıb qoyacağını bildirməklə yanaşı, həm də iranlı kimi bildiyi şəxsə metadon ala bilməsi üçün özündə olan «Leobank»a məxsus plastik kart vasitəsi ilə 80 manat pul köçürdüyünü, mal göndəriləndən sonra gedib qara rəngli kisədə olan maddələri götürdüyünü, kisənin içərisində metadon olmadığını görüb pulu köçürdüyü şəxsə zəng edib maraqlanıdığını, lakin tutulduğu üçün əldə edə bilmədiyini də göstərmişdir. Nümayiş olunan videogörüntülərdən, həmçinin görünür ki, üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs suallar ətrafında dindirilərkən təçhqiqatçı tərəfindən onun cavablarına tez-tez müdaxilələr və düzəlişlər edilmiş, bildirəcəyi fikirlər istiqamətləndirilmişdir (iş materialları). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2022-ci il tarixli, 6/1638 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №176» dairəvi möhür əksi olan iki ədəd zərfdə: 1) Üzərində «Təqsirləndirilən şəxs» sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,313 qram, 0,339 qram, 0,386 qram, 0,331 qram, 0,318 qram olmaqla ümumi təmiz çəkisi 1,687 qram təşkil edən qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,792 qram, 0,573 qram, 0,206 qram olmaqla ümumi təmiz çəkisi 1,571 qram təşkil edən ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyhasına (Siyahı İ), metamfetamin isə eyni tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyhasına (Siyahı İ) daxildir. 2) Təqdim edilmiş bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır və bu iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər 5 ədəd bükümdə olan heroinlə müqayisəli təhqiqat aparılması mümkün deyildir (iş vərəqə: 43-48). «Şəxsi axtarış aparılması və götürmə haqqında» 24 mart 2022-ci il tarixli protokola əsasən götürülmüş Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli “Samsung” markalı və «Mİ» markalı mobil telefonların “WhatsApp” sosial şəbəkə ayarlarına baxış keçirilməsi haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, baxış nəticəsində «Mİ» markalı mobil telefonun “WhatsApp” sosial şəbəkə ayarında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla əlaqəsi olan hər hansı bir məlumat əldə olunmamış, lakin “Samsung” markalı mobil telefonun “WhatsApp” sosial şəbəkə ayarlarına baxış keçirilərkən həmin telefona “sən canı çəkilərin 05 elə, iki elə də 1 qram olsun, mənə 10 luq kola” mesajlarının daxil olması, həmin telefondan “100-lük ya 120-lik atarsan tez verim” mesajlarının çıxması, ünvanın dəqiqləşdirilməsi üçün göndərilən şəkillərin olması, ünvanı bilinməyən evin su sayğacı qutusunun şəklinin olması və üzərində ox işarəsinin olması, həmçinin mobil telefonun mesajlar qutusuna baxış zamanı qutuda «qaqa 10 pt götürümdə varsa» mesajının daxil olması müəyyən edilmişdir. Baxış keçirilərkən iştirakı təmin edilmiş Təqsirləndirilən şəxs aşkar olunan mesajlara münasibət bildirib, narkotik vasitələrin satışı ilə də məşğul olduğunu bildirmiş, aşkar olunan mesajların məhz buna dəlalət etdiyini qeyd etmişdir. “Samsung” markalı mobil telefonun “WhatsApp” sosial şəbəkə ayarlarında və həmin mobil telefonun mesajlar qutusuna müəyyən olunan müvafiq görüntülər fotoşəkil vəziyyətində protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 85, 86- 89). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən alınmış 27 aprel 2022-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd «CD» diskə baxış keçirilməsi haqqında 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olmuş və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlar müəyyən edilmişdir ki, baxış zamanı müəyyən olunan həmin fayllarda olan mesajların məzmunlarından göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, o cümlədən satışı ilə məşğul olmuşdur. Belə ki, baxış keçirilən «CD» diskdə müəyyən olunan fayllara baxış keçirilərkən: «xx-xx-2022 12:12:17 xx-xx-2022 12:12:17 1.1.**********56 1.1.**********67 Bawi xarab agizdaıı cixan kimi pati alinib hec nirden ikiye», «16-03- 2022 08:48:04 xx-xx-2022 08:48:05 1.1.**********56 1.1.**********99 Gaga 1 X24 Cekmek İstirsen?», «xx-xx-2022 02:06:12 1.1.**********56 1.1.**********87 indi X18 X5 X6», «xx-xx-2022 22:02:31 1.1.**********56 1.1.**********56 X9 Sene 100 X11 10 Deqeye», «xx-xx-2022 13:29:57 1.1.**********56 1.1.**********56 X22 Elimde indi X12 Atam O X14», «xx-xx-2022 13:44:20 1.1.**********56 1.1.**********26 X13 Tecili 10 X15 Mene Karta? X23, “xx-xx-2022 23:47:05 xx-xx-2022 23:47:06 1.1. **********56 1.1.**********56 X10 100 X16 İndi?». «20:03:22 00:36:22 xx-xx-2022 00:36:22 1.1.**********56 1.1.**********07 X19 X7 X4 Pati Qalir», «xxxx-2022 0:47:17 1.1.**********56 1.1.**********65 X20 Gelmedi Hele? Bir List M 40 X17?», «xx-xx-2022 20:39:13 xx-xx-2022 20:39:14 21.**********56 1.1.**********07 X21 X8 Gedib Gotrecem 1 Saata» məzmunda və bu kimi s. yazışmalar olduğu müəyyən edilmişdir (iş vərəqə: 144-145, 146-164). İbtidai istintaq orqanının müvafiq qərarlarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,487 qram çəkidə heroin narkotik vasitəsi və 1,451 qram çəkidə metamfetamin psixotrop maddəsi, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon, sonuncudan götürülmüş «Leobank»-a məxsus 01 ədəd «Visa» plastik kart, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin yükləndiyi bir ədəd CD formatlı disk və ibtidai istintaq orqanının qərarı əsasında "xxxx" MMC mobil operatorundan təqdim edilmiş bir ədəd «CD» disk iş üzrə maddi sübut kimi tanınmışdır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə maddi sübut kimi tanınmış 1,487 qram çəkidə heroin, 1,451 qram metamfetamin və 01 ədəd elektron tərəzi saxlanılmasından ötrü Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 02 ədəd CD disk, 01 ədəd «Samsung» markalı mobil telefon, «Leobank»-a məxsus 01 ədəd «Visa» plastik kart isə cinayıt işi materiallarına əlavə edilmişdir (iş vərəqə: 61-62, 201-209). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini qabaqcadan əlbir olan bir qrup şəxs olaraq əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil etməyən miqdarda heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun ətrafında toplanmış materiallar üzrə cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və buna əsas Təqsirləndirilən şəxs üzərindən beş ədəd bükümdə cəmi 1,687 qram heroin narkotik vasitəsi və üç ədəd bükümdə cəmi 1,571 qram metamfetamin psixotrop maddəsinin aşkar edilib götürülməsi olmuşdur. Lakin Təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmamış, yalnız 28 mart 2022-ci il tarixədə onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə, yəni onun satış məqsədilə qanunsuz olaraq 80 manat pul ödəməklə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlaması və daşıması əməlinin törətməsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Bundan sonra, ibtidai istintaq orqanının 15 iyun 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci və 234.4.1ci maddəsinə tövsif edilmiş, lakin Təqsirləndirilən şəxs qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunmamışdır. Lakin “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 12 iyul 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixli qərarla sonuncu – məhkəməyə verildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin məzmununda göstərilən yeni ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat mərhələsində vermiş olduğu sonuncu – 13 iyul 2022-ci il tarixli ifadəsində və istərsə də məhkəmə baxışı mərhələsində verdiyi ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu, Elnar adlı şəxsi tanıdığını, onunla cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkortik vasitələri və ya psixotrop maddələri əldə edib saxladığını və daşıdığını, satdığını etiraf etməmiş, narkotik vasitələrdən asılılığının qarşısını almaq üçün metadon dərman preparatı əldə etmək məqsədilə sonuncunun göndərdiyi xatırlamaldığı hesaba 80 manat pul köçürdüyünü, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından köçürdüyü pulun müqabilində nəzərdə tutdubu maddəni ala bilmədiyini göstərmiş, ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitənin və psixotrop maddənin, həmçinin elektron tərəzinin ona aid olmadığını, polis tərəfindən edilmiş təzyiqlər altında qeyd edilən maddələri və elektron tərəzini boynuna götürməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Binəqədi RPİ-nin 7 PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, baxılan iş üzrə şahid qismində dindirilmiş Şahid1 tərəfindən PB-nin rəhbərliyinə ünvanlanmış 24 mart 2021-ci il tarixli raportun, eyni şəxs tərəfindən qəbul edilmiş və PB-nin rəhbəri tərəfindən təsdiq edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 24 mart 2021-ci il tarixli qərarın, həmçinin əməliyyat qrupunun təşkil edilməsi haqqında eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsi barədə olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan, əməliyyat məlumatının məzmununu özündə ehtiva edən həmin sənədlərdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girməklə hansısa miqdarda əldə edib saxlamasından və ya daşımasından ümumiyyətlə bəhs olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və CPM-nin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı «şəxsi axtarış və götürmə aparlması haqqında» 24 mart 2022-ci il tarixli protokolla nümayiş olunan videogörüntülərin müqayisəli tədqiqi ilə müəyyən edildi ki, «şəxsi axtarış və götürmə aparlması haqqında» həmin protokolun məzmunu ilə nümayiş olunan videogörüntülər arasında ziddiyyətlər mövcuddur. Belə ki, şəxsi axtarış aparılması və götürmə prosesində Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddələri iranlının göstərişi əsasında gedib götürməsini, narkotik vasitə asılılığından qurtarmaq üçün ona metadon verəcəyi müqabilində həmin narkotik vasitələri onun deyəcəyi yerlərə aparıb qoyacağını bildirməklə yanaşı, həm də iranlı kimi bildiyi şəxsə metadon ala bilməsi üçün özündə olan «Leobank»a məxsus plastik kart vasitəsi ilə 80 manat pul köçürdüyünü, mal göndəriləndən sonra gedib qara rəngli kisədə olan maddələri götürdüyünü, kisənin içərisində metadon olmadığını görməsini göstərmişdir ki, təqsirləndirilən şəxsin iranlı kimi bildiyi şəxsə metadon ala bilməsi üçün özündə olan «Leobank»a məxsus plastik kart vasitəsi ilə 80 manat pul köçürməsi, mal göndəriləndən sonra gedib qara rəngli kisədə olan maddələri götürməsi və kisənin içərisində metadon olmadığını görməsi barədə dedikləri «şəxsi axtarış və götürmə aparlması haqqında» protokolun məzmununa daxil edilməmişdir. «Şəxsi axtarış və götürmə aparlması haqqında» 24 mart 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, şəxsi axtarış və götürmə aparlması prosesində Təqsirləndirilən şəxs bir neçə dəfə “Elnar” adlı şəxsin adını çəkmiş, sonuncunun iranlı olduğunu bildirmiş, təqdim etdiyi narkotik vasitəni və psixotrop maddəni məhz “Elnar” adlı şəxsin göstərişi əsasında sonuncunun dediyi yerdən götürüb onun deyəcəyi başqa bir yerə qoyacağını bildirmişdir. Lakin nümayiş olunmaqla tədqiq olunan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs, sərbəst ifadəsində göstərdiyi kimi, təqdim etdiyi narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi şəxsin adını ümumiyyətlə çəkməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 04 iyun 2022-ci il tarixli, 2975 №li rəyindən də göründüyü kimi, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin rəyin təsviri hissəsindən göründüyü kimi, Təqsirləndirilən şəxs tədqiqat aparılarkən ekspertlərə 5 ay ərzində narkotik vasitədən istifadə etdiyini, narkotik vasitələrdən uzaqlaşmaq üçün psixatrop maddə olan metadon həblərindən istifadə etməklə narkotik vasitədən istifadəni tədricən azaltmaq istədiyini bildirmişdir (iş vərəqə: 195-196). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat tapşırığına 30 aprel 2022-ci il tarixli, 059-124-1222 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin və psixotrop maddənin mənbəyini, həmçinin “Elnar” adlı şəxsin müəyyən olunması istiqamətində keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri müsbət nəticə verməmişdir (iş vərəqə: 141). Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ibtidai istintaq orqanının 12 iyul 2022-ci il tarixli qərarına əsasən cinayət təqibi zamanı “Elnar” adlı şəxsin şəxsiyyətinin, anket məlumatlarının müəyyən olunması və istintaqa təqdim olunması istiqamətində keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri müsbət nəticə vermədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 211-213). Məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təkzib edə biləcək, onun eyni əməli qabaqcadan əlbir olan bir qrub şəxs tərəfindən törədilməsini isə təsdiq edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəməyədək icraat mərhələsində və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilib beş ədəd bükümdə götürülmüş heroin narkotik vasitəsinin ümumi çəkisi 1,687 qram və üç ədəd bükümdə götürülmüş metamfetamin psixotrop maddəsinin ümumi çəkisi 1,571 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil etməmişdir. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin beş ədəd kiçik bükümlərdə olmaqla ümumi təmiz çəkisinin 1,687 qram və metamfetamin psixotrop maddəsinin üç ədəd kiçik bükümlərdə olmaqla ümumi təmiz çəkisinin 1,571 qram təşkil etməsi, Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung» markalı mobil telefonun ***-***-**-** GSM nömrəsi ilə «WhatsApp» internet sosial şəbəkə və s. vasitəsi ilə qeydə alınmış narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı sms mətnlərinin aşkar edilməsi və smslərlə əlaqədar Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı etirafları, təqsirləndirilən şəxsin ondan aşkar edilib götürülən narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməlidir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, satış məqsədilə ayrı-ayrı kiçik bükümlərə ayırmasını təkzib edə biləcək, qeyd olunan eyni hərəkətlərin isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək heç bir sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitənin və psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə edilməsi, saxlaması və daşıması öz təstiqini tapmamış, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilməsi isə istintaqçının özünün hüquq düşüncəsinə, fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi irəli sürülmüş ittihamın məzmunundan da göründüyü kimi Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq qeyrisindən əldə etdiyi narkotik vasitəyə və psixotorop maddəyə görə qarşı tərəfə müəyyən məbləğdə pul vəsaiti ödəmişdir ki, qeyd olunan bu hal təqsirləndirilən şəxsin əvəzli olaraq narkotik vasitə və psixotorop maddə əldə etdiyi şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs kimi birləşməsini istisna edir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1ci maddəsindən həmin Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmalı, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan ittihamda göstərilən heroin narkotik vasitəsinin və metamfetamin psixotorop maddəsinin aşkar edilib götürülməməsi, həmin maddələrin polis əməkdaşları tərəfindən boynuna götürməyə məcbur edilməsi, döyülməklə ona fiziki zor göstərilməsi, narkotik vasitələrin və psixotorop maddələrin satışı ilə məşğul olmaması barədə göstərdiklərini cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs döyülməklə ona fiziki zor göstərilməsi ilə bağlı özü və müdafiəçisi tərəfindən qaldırılan vəsatətlərə baxılmış, lakin qeyd olunan faktlar öz təstiqini tapmadığından vəsatətlər təmin edilməmişdir (iş vərəqə: 236, 237-240, 244-245). Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 129). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2011, 2012 və 2014-cü il təvəllüdlü üç nəfər azyaşlı uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2022-ci il tarixli, 2975 №li rəyi əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu 24 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona qarşı ittiham irəli sürülmədiyindən 26 mart 2022-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməklə o, Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, lakin faktiki azad edilməmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün 28 mart 2022-ci il tarixdə Binəqədi rayon Məhkəməsinə təqdimat verilmişdir. Verilmiş təqdimatı təmin etməklə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçmiş Binəqədi rayon Məhkəməsi Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə faktiki azad edilmədiyini və onun 28 mart 2022-ci il tarixədək polisdə saxlanıldığını nəzərə alaraq Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin əvvəlini elə 24 mart 2022-ci il tarixdən hesablamışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra isə o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Odur ki, qeyd olunanlar nəzərə alınmalı və Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu 24 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdən başlayaraq fasiləsiz olaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,487 qram çəkidə heroin narkotik vasitəsi və 1,451 qram çəkidə metamfetamin psixotrop maddəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd, "xxxx" MMC-dən təqdim olunan bir ədəd – cəmi iki ədəd CD formatlı disklər, «Leobank» Kommersiya Bankına məxsus 4098-5844-6099-5622 seriyalı bir ədəd «Visa» plastik bank kartı cinayət işinin materiallarında saxlanılmalı; - Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd «Samsung» markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılması üçün onun yaxın qohumlarına təhvil veril verilməlidir. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 24 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1,487 qram çəkidə heroin narkotik vasitəsi və 1,451 qram çəkidə metamfetamin psixotrop maddəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd, "xxxx" MMC-dən təqdim olunan bir ədəd – cəmi iki ədəd CD formatlı disklər, «Leobank» Kommersiya Bankına məxsus 4098-5844-6099-5622 seriyalı bir ədəd «Visa» plastik bank kartı cinayət işinin materiallarında saxlanılsın; - Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd «Samsung» markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar