Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1482/2021 19.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev X10 Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçilər Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X5 və Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi Knyaz oğlunun iştirakları ilə 30 avqust 1993 -cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, H.ünvan 3 ünvanında faktiki yaşamış və hal- hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə AR ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi Aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Ramin” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Ramin” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Xətai rayonu, “Maşın Bazarı” deyilən yerin yaxınlığında gizlətməklə saxladıqları külli miqdarda 11989,192 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 1645 qram təmiz çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, H.ünvan 3 ünvanında yerləşən mənzilə qanunsuz daşımış, yuxarıda qeyd edilən çəkidə narkotik vasitələrdən bir bükümdə 14,192 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədi ilə üzərində qanunsuz saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 16 fevral 2021-ci il tarixdə saat 15.30-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, H.Zərdabi küçəsi, ev 2E ünvanının qarşısında saxlanılaraq Baş İdarədə saat 16.3O-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi külli miqdar 14,192 qram narkotik vasitə heroin, daha sonra Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, H.ünvan 3 ünvanına sonuncunun razılığı və iştirakı ilə həmin gün saat 17.30-dan etibarən keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı pərdənin arxasında gizlətməklə saxladığı 02 ədəd sellofan torbadan 10 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1360 qram, 1240 qram, 865 qram, 1120 qram, 1510 qram, 1505 qram, 1165 qram, 1020 qram, 1100 qram, 1090 qram, ümumi təmiz çəkisi külli miqdar 11 975 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1020 qram və 625 qram, ümumi təmiz çəkisi külli miqdar 1 645 qram psixotrop maddə metamfetamin, eləcə də üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Təqribən 1 il öncə “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran İslam Respublikası vətəndaşı olan Ramin adlı şəxslə tanış olmuşdur. Tanış olarkən ilk öncə həmin Ramin adlı şəxs ona yazmışdır. O Raminlə danışaraq bir-biri ilə yaxın ünsiyyət yaratmışdır. O Raminlə danışarkən Raminin narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğunu bilmişdir. Təqribən tutulmamışdan 6 ay öncə Ramin ona birlikdə işləməyi təklif etmişdir. O maddi vəziyyəti yaxşı olmadığı üçün Raminin təklifi ilə razılaşmışdır. Razılaşmaya əsasən o Raminin dediyi yerlərdən narkotik vasitə və psixotrop maddələri götürüb özündə saxlayırmış, daha sonra həmin malları Raminin dediyi yerlərə qoyurmuş. İran İslam Respublikasının vətəndaşı olan Ramin ona gördüyü bu işin müqabilində, yəni Raminə məxsus olan narkotik vasitə və psixotrop maddələrin deyilən yerlərə qoyulması müqabilində hər qramına görə bir manat pul verməli olmuşdur. Bu razılaşma aralarında təqribən tutulmamışdan 6 ay öncə olmuşdur. İlk öncə Ramin ona 150 qram narkotik vasitə heroin göndərmişdir. O həmin narkotik vasitəni Raminin göstərişi ilə Raminin dediyi yerlərə qoymuşdur. Bundan sonra Ramin ona hər dəfə əvvəlkinə münasibətdə bir qədər çox narkotik vasitə heroin göndərmişdir. Beləliklə o Raminin göstərişi ilə narkotik vasitə və psixotrop maddələri Raminin dediyi yerlərdən götürməklə həmin maddələri bölüşdürüb başqa yerlərə qoyurmuş. O həmin müştəriləri və narkotik vasitə və ya psixotrop maddələri həmin yerlərə qoyan və götürən şəxsləri tanımamışdır, ümumiyyətlə o həmin şəxsləri görməmişdir. Ramin ona narkotik vasitənin qoyulduğu yerin fotoşəklini İran İslam Respublikasına məxsus nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” sistemi vasitəsilə göndərirmiş, daha sonra səsli mesaj göndərib həmin yeri ona təfərrüatı ilə izah edirmiş. O da həmin narkotik vasitəni götürüb kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, X15 küçəsi, ev 2E, mənzil 1 ünvanında yerləşən mənzilə gətirirmiş. Malı çəkib miqdarını Raminlə dəqiqləşdirirmiş. Daha sonra Raminin dediyi yerlərə həmin narkotik vasitəni qoyub şəklini çəkib yenə “Whatsapp” sistemi vasitəsilə Raminə göndərirmiş. Bu qaydada o Raminlə 6 aydan bir qədər çox müddətdə işləmişdir. Raminin etibarını qazandıqdan sonra Ramin ona paylaması üçün daha çox mal göndərməyə başlamışdır. Nə qədər çox mal paylasa, o qədər çox pul qazandığından onun da bu işdə marağı olmuşdur. Ramin ona həmin pulları bilmədiyi şəxslər vasitəsilə müxtəlif yerlərə qoymaqla çatdırırmış. Belə ki, Ramin ona pulun qoyulduğu yeri deyirmiş, o da gedib həmin pulu götürürmüş. Raminlə bu qaydada işlədiyi dövrdə Ramin ona yalnız narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərmişdir. Sonuncu dəfə 15.02.2021-ci il tarixdə Ramin ona Xətai rayonu ərazisində, “Maşın Bazarı” deyilən yerdən narkotik vasitəni götürməsini demişdir. O həmin yerə gedərkən oraya malları qoyan şəxsi uzaqdan görmüşdür. Həmin şəxs təxminən 40 yaşlarında, qarabəniz bir şəxs olmuşdur. O da gedib həmin yerdən narkotik vasitəni götürüb gətirib kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, ünvan 3 ünvanında yerləşən evə qoymuşdur. O həmin bu mənzili məhz narkotik vasitələri saxlamaq üçün kirayəyə götürmüşdür. Bu barədə ondan başqa heç kimin məlumatı olmamışdır. O həmin yerdən iki sellofan torba götürmüşdür. Torbaların içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi olmuşdur. 16 fevral 2021-ci il tarixdə o Raminlə danışdıqdan sonra həmin torbadan tərəzi ilə çəkib bir bükümdə narkotik vasitə heroin götürmüş və Raminin dediyi yerə qoymaq üçün cibinə qoyaraq evdən çıxmışdır. 16 fevral 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, Zərdabi küçəsi, ev 2E ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istəmişlər. Bundan sonra o əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin bükümə şahidlərin iştirakı ilə keçirilən baxış zamanı içərisində narkotik vasitə heroin olduğu məlum olmuşdur. Bundan sonra o müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, H.ünvan 3 ünvanına getmişdir. Həmin mənzilin yataq otağındakı pərdənin arxasında gizlətdiyi iki ədəd sellofan torbanı təqdim etmişdir. Sellofan torbalardan 10 ədəd bükümdə narkotik vasitə heroin, iki ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 fevral 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə 30 avuqst 1993-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, H.ünvan 3 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 16 fevral 2021-ci il tarixli qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 16 fevral 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, Zərdabi küçəsi, ev 2E ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsi təklif edilmiş, həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması Təqsirləndirilən şəxs bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçilərin siyahısı Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X6 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxsla müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi ilə konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə 16 fevral 2021-ci il tarixdə videokameradan istifadə edilməklə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd “Samsung” markalı mobil telefon, bir ədəd alışqan, içində siqaret dənələri olan siqaret qutusu, dörd ədəd açar, Təqsirləndirilən şəxs məxsus bir ədəd şəxsiyyət və bir ədəd sürücülük vəsiqələri, bir ədəd “Melissa” yaşayış kompleksinə giriş kartı, bir ədəd “Bakı kart”, 105 manat pul, bir ədəd qara rəngli pul qabı aşkar olunmuşdur. Sonra həmin bir bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, içi boş olan ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün iki ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi götürülmüş, bir ədəd alışqan, içərisində siqaret dənələri olan siqaret qutusu, dörd ədəd açar, bir ədəd “Melissa” yaşayış kompleksinə giriş kartı, bir ədəd “Bakı kart”, 105 manat pul, bir ədəd qara rəngli pul qabı sonuncuya geri qaytarılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş X7 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2021-ci il tarixli 6/687 №-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksi olan bir ədəd qara rəngli sellofan torbada və bir ədəd kağız paketin içərisində olan: - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə olan bir ədəd bükümdə təmiz çəkisi 14,192 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd qara rəngli sellofan torbanın içərisində on ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1360 qram, 1240 qram, 865 qram, 1120 qram, 1510 qram, 1505 qram, 1165 qram, 1020 qram, 1100 qram, 1090 qram, ümumi təmiz çəkisi 11975 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər iki bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1020 qram, 625 qram, ümumi təmiz çəkisi 1645 qram olan ağ rəngli kristallik formada maddələr metamfetamindir. Tədqiqata təqdim edilmiş 11 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş iki ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş heroinlər ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 iyun 2021-ci il tarixli 2011 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspertiza tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 11988,752 qram qalmış narkotik vasitə heroin, 1644,9 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmışdır və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 fevral 2021-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə saat 15.30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, H.Zərdabi küçəsi, ev 2E ünvanının yaxınlığında küçədə saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi külli miqdar 14,192 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. “baxış və götürmə aparılması haqqında” 16 fevral 2021-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 fevral 2021- ci il tarixdə saat 15.30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, H.Zərdabi küçəsi, ev 2E ünvanının yaxınlığında küçədə saxlanılaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, “Melissa yaşayış kompleksi”, 3166-cı məhəllə, H.ünvan 3 ünvanına keçirilən baxış zamanı mənzilin yataq otağındakı pərdənin arxasında gizlətməklə saxladığı 02 ədəd sellofan torbadan 10 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1360 qram, 1240 qram, 865 qram, 1120 qram, 1510 qram, 1505 qram, 1165 qram, 1020 qram, 1100 qram, 1090 qram, ümumi təmiz çəkisi külli miqdar 11 975 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1020 qram və 625 qram, ümumi təmiz çəkisi külli miqdar 1 645 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə BNMİ-yə ünvanlanmış 09.03.2021-ci il tarixli tapşırığa cavab olaraq verilmiş 27.03.2021-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilən narkotik vasitə və psixotrop maddələri də satış məqsədi ilə əldə edib saxlaması aşkar edilmiş, lakin, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdikləri narkotik vasitə və psixotrop maddələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etmələri istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs iş üzrə öz müdafiəsi üçün dəlil gətirərək elan edilmiş ittihamla özünü qismən təqsirli bildiyini göstərmişdir. Ancaq onun bu dəlili ilkin araşdırma materialları ilə, şahid ifadələri ilə, ekspert rəyləri ilə, istintaq hərəkətlərinin protokolları İlə, maddi sübutlar və cinayət işinin digər materialları ilə tam təkzib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 fevral 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspertiza tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 11988,752 qram qalmış narkotik vasitə heroin, 1644,9 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 65 ( altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili X4 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs üzərində 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 90 (doxsan) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən götürülmüş ekspertiza tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri 11988,752 qram qalmış narkotik vasitə heroin, 1644,9 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 65 ( altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1482/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1482/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver