Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1482/2024 10.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi, X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs naməlum vaxtda və yerdə, başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 2,098 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 22:30-da Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 25 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq C.Səlimov küçəsi 9 ünvanında yerləşən 20-ci polis şöbəsinə aparılmış və 18 oktyabr 2023-cü il tarixdə saat 01:20-də orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,098 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, tanışı ilə taksiyə minən zaman 17 oktyabr 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları onlara yaxınlaşıb əl-qollarını bağlayıb bölməyə aparmışlar. Yoxlanış zamanı üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmadı. Daha sonra onunla saxlanılan şəxs kənarda qaldı, ona polis əməkdaşları tərəfindən təzyiqlər edildi, buna görə də sənədlərə imza atmağı, sadəcə inzibati qaydada cərimə olunacağını dedilər. Daha sonra idarədə ekspert rəyinə əsasən üzərindən iki qram narkotik vasitənin çıxdığını öyrənmişdir. Əvvəllər narkotik vasitələrdən, psixotrop tərkibli dərmandan istifadə etmişdir. Əvvəllər məhkum olunmamışdır. İttihamda göstərilən narkotik vasitə ona məxsus deyil. Polis əməkdaşlarının onunla qərəzlərinin nə olduğunu bilmir. Sənədləri imzalamağının səbəbi ona psixoloji təzyiqlərin olması idi. Videoçəkiliş olub, lakin orada polis əməkdaşlarının ona dediklərini demişdir. Videoçəkilişdə ona psixoloji təzyiqlər edildiyini deyə bilməzdi, çünki video çəkiliş zamanı həmin polis əməkdaşları da orada idi. Sənədlərdə iki qram narkotik vasitə ilə ittiham olunduğunu bilsə idim, həmin sənədləri imzalamaz idi. Polis əməkdaşları tərəfindən 17 oktyabr 2023-cü il tarixdə axşam saat 10:00 radələrində saxlanılmışdır. Saxlanılan zaman deyil, bölmədə üzərinə baxış keçirilib. Avtomobildə onunla oturan Tural adlı şəxs idi. Onun üzərində narkotik vasitə olmayıb. Narkotik vasitəni avtomobilə atdığını dedilər, lakin avtomobildə əlləri bağlı olduğuna görə bunu edə bilməzdi, avtomobildə Turala məxsus “Sobranie” adlı siqaret qutusunun içərisindən narkotik vaitənin çıxdığını və ona məxsus olduğunu desələr də, o, onun olmadığını bildirmişdi. Polis əməkdaşları 0,01 qram narkotik vasitəni boynuna almağını, videoçəkilişdə də bunu deməyini, sadəcə cərimə ödəməli olduğunu dedilər. Polis əməkdaşları evinin açarını alıb evinə də gediblər. Polis əməkdaşları tərəfindən 17 oktyabr 2023-cü il tarixdə Nəsimi rayonu ərazisində N.Yusifbəyli küçəsində saxlanılmışdılar. Onu şübhəli şəxs qismində həmin günün gecəsi Nəsimi Rayon Baş İdarəsinə aparıb iki gün orada saxladılar. Onu məhkəmə qarşısına çıxartmadılar, idarədən sonra prokurorluğa apardılar, daha sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildi. Tutulmamışdan əvvəl polis əməkdaşları ilə heç bir problemi olmayıb. Narkotik maddənin alqısatqısı ilə əlaqədar danışmamışdır. İstintaq zamanı yoxlanışda narkotik vasitə istifadə etmədiyi aşkar olunmuşdu, lakin sonra cavabın niyə dəyişildiyini bilmir. İstintaq zamanı verdiyi ifadəni xatırlayır, lakin həmin ifadə polis əməkdaşları tərəfindən dəyişilmişdir. Üzərində narkotik vasitə olmayıb, lakin 0,01 qram narkotik vasitənin çıxdığını boynuna almışdır. 0,01 qram narkotik vasitəni 5 manata almaq olur. Videoçəkilişdə polis əməkdaşları ona 0,01 qram narkotik vasitəni 5 manata almağını deməyi istəmişlər, o,ona verilən narkotikin iki qram narkoitk vasitənin olduğunu bilməmişdir. Psixi xəstəlikdən əziyyət çəkmir. Axşam saat 10 radələrində küçədə olmağının səbəbi dostu ilə görüşməsi olmuşdur. Əvvəl Azərbaycan Dövlət Pedoqoji Universitetində prorektorun köməkçisi vəzifəsində işləmişdir. Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil almışdır. Əvvəllər psixotrop maddə tərkipli dərmanlardan istifadə etmişdir. “Lirika” adlı dərmanı reseptsiz istifadə etmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək 19 oktyabr 2023-cü il tarixli ifadəsində göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 16 oktyabr 2023-cü il tarixdə təxminən saat 15 radələrində «Əhmədli» metrostansiyasının yanında olarkən tanımadığı 35-40 yaşlı şəxsdən özü istifadə etmək üçün bir bükümdə narkotik vasitə heroini 5 manata almışdır. Həmin narkotik vasitəni sonradan istifadə etmək məqsədilə şalvarının cibində saxlamışdır. 17 oktyabr 2023-cü il tarixdə təxminən saat 22:30 radələrində narkotik vasitənin təsiri altında yaşadığı Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 25 ünvanının qarşısında olarkən sonradan polis əməkdaşları olduqlarını bildiyi 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. O, özü barədə anket məlumatlarını polis əməkdaşlarına bildirmiş və bu zaman şalvarının cibində bir büküm narkotik vasitə heroin olduğuna görə özünü ələ ala bilməyərək həyəcanlanmağa başlamışdır. Bu zaman mülki geyimli polis əməkdaşlarından biri ondan narkotik vasitə istifadə edib etmədiyini soruşmuş, o, da cavabında narkotik vasitə aludəçisi olduğunu, hazırda da üzərində narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə dəvət etmişlər. Orada şübhəli şəxs qismində tutulmuş, ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına vəkillə təmin edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Bu zaman ona üzərində olan əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O, əynində olan şalvarının sağ yan cibində olan bir büküm narkotik vasitə heroini, şalvarının sol yan cibində olan və 077 ***-**-** nömrəsi ilə işləyən «Samsung» markalı mobil telefonunu, şalvarının arxa sağ cibində olan ev açarlarını çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmış, başqa əşya aşkar edilməmişdir. Ondan şalvarının cibindən çıxarıb təqdim etdiyi büküm barədə soruşulduqda bükümdə narkotik vasitə heroin olmasını, həmin heroini 16 oktyabr 2023-cü il tarixdə «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən özünün istifadəsi üçüm 5 manata aldığını bildirmişdir. Polis əməkdaşı həmin bükümü açaraq içərisini şəxsi axtarışda iştirak edən şəxslərə göstərmiş və daha sonra həmin heroin bükümünü kağız zərfin içərsinə qoyaraq möhürləmişdir. Sonra zərfin üzərində qeydiyyat aparılmış və o, da zərfin üzərinə imza etmişdir. Şəxsi axtarış başa çatandan sonra protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaqın sonrakı mərhələlərində dindirilmiş Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə saat 22:45-də yaşadığı Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 25 ünvanından çıxıb aptekə getmək üçün həmin küçədə, evinin yaxınılıda yerləşlən «Brovoo» marketin yanında tanmadığı taksi avtomobilinə əyləşmək istəyərkən ona 3-4 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Onlardan birini, yəni 20-ci polis şöbəsinin əməliyyatçısı Ülvini tanımış və bilmişdir ki, onunla gələnlər polis əməkdaşlarıdırlar. Polis əməkdaşları onu taksinin yanında saxlayıb özlərinin avtomobilinə əyləşdirərək 20-ci polis şöbəsinə aparmışlar. Orada onu polis şöbəsinin otaqlarından birinə aparmışlar, ona psixloji və fiziki təyziq göstərərk demişlər ki, səndə narkotik vasitə olub, sən həmin narkotik vasitəni atmısan. Həqiqətən də o, 16 oktyabr 2023-cü il tarixdə «Əhmədli» metrostansiyasının yanında tanımadığım şəxsdən 5 manata 0,01 qram çəkidə bir büküm «Kakos», yəni narkotik vasitə heroin almış, heroinin bir hissəsini qəbul etmiş, bir hissəsi isə cibində gümüşü rəngli siqaret kağızı bükümündə saxlamışdır. Polis əməkdaşları onu 20-ci polis şöbəsinə gətirərkən həmin bükümü taksinin yanında yerə atmış, bunu polis əməkdaşları görmüş və həmin bükümü götürmüşlər. Polis şöbəsində sorğu zamanı o, həmin narkotik vasitə bükümünü yerə atdığını etiraf etmişdir. Həmin bükümü polis əməkdaşları ona verərək demişlər ki, cibinə qoy, videoçəkiliş zamanı çıxarıb masanın üzərinə qoyarsan. Daha sonra videoçəkilişdən istifadə edilərək üzərində şəxsi axtarış aparılarkən o, həmin narkotik vasitə bükümünü çıxarıb masanın üzərinə qoyaraq özünə məxsus olmasını, «Əhmədli» metrostansiyasının yanında tanımadığı şəxsdən 5 manata özü istifadə etmək üçün aldığını etraf etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin narkotik vasitə heroinin çəkisi 2,098 qramdır. Onun üzərində heç zaman 2,098 qram heroin olmamışdır. Onda olan heroinin çəkisi ən çoxu 0,01 qram ola bilərdi. Bu səbəbdən narazılığını müdafiəçiyə bildirmiş və o, da istintaqa vəsatət vermişdir ki, onu yenidən dindirsinlər. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır, onunla yaxınlığı və ədavəti yoxdur. 17 oktyar 2023-cü il tarixdə təxminən axşam radələrində təqsirləndirilən şəxsi saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılanda o, tək idi. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış saxladıqları gün, yəni 17 oktyabr 2023-cü il tarixdə gecə radələrində həyata keçirilib. Təqsirləndirilən şəxs evinə baxış keçirilməyib. Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə, Nəsib bəy Yusifbəyli küçəsində saxlamışlar. Təqsirləndirilən şəxsi saxladıqdan sonra raportla rəhbərliyə məruzə olundu və Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində təhqiqatçının iştirakı və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirildi. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə olan heroin bükümdə aşkar olundu. Səhv etmirsə, təqsirləndirilən şəxs narkotik vasitəni bir gün əvvəl “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdi. Ona heç bir təzyiq və təsir göstərilməyib. Öz ifadəsi ilə təqsirləndirilən şəxsə böhtan atmır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə saat 22:30 radələrində 20-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olduğu zaman Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 25 ünvanının qarşısında bir nəfər şəxsin səntələyərək getdiyini görmüş və ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsin səhhəti ilə maraqlandıqda o, bildirmişdir ki, qəbul etdiyi narkotik vasitənin təsiri altında olduğuna görə yeriyərkən səntələmişdir və hazırda da üzərində «kakos» kimi tanınan narkotik vasitə heroin vardır. Bundan sonra onlar həmin şəxsi 20-ci polis şöbəsinə dəvət etmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs 20-ci polis şöbəsinə gətirilməsi barədə rəhbərliyə raportla müraciət etmişlər və araşdırma polis şöbəsinin təhqiqatçısı Ayxan Məmmədova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra xidməti otaqda videoçəkilişdən istifadə edilməklə və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, şalvarının sol cibindən «Samsung» markalı mobil telefonu, şalvarının arxa cibindən isə açarı çıxararaq masanın üzərinə qoymuş və bunlardan başqa üzərində heç nə olmadığı bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək paltarları, ayaqqabıları yoxlanılmış, lakin digər əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi büküm barədə məlumat verməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni 16 oktyabr 2023-cü il tarixdə günorta 3, yəni saat 15 radələrində «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 5 manata alaraq əldə etmiş və özünün istifadəsi üçün üzərində saxlamışdır. Həmin bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün kağız zərfin içərisinə qoyularaq zərfin üzərində imzalar edilmiş və zərf möhürlənmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olduğu zaman hər hansı bir qanunsuz hərəkətlərə məruz qalıb-qalmaması soruşulmuş, o, isə cavabında polis şöbəsinə gətirilərkən və orada olduğu zaman heç bir qanunsuz hərəkətlərə məruz qalmadığını bildirmişdir. Protokol tərtib edilməsi ilə əlaqədar videoçəkiliş dayandırılaraq videoçəkilişə baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol iştirakçılara oxunmuş, videoçəkiliş davam etdirilərək protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü il tarixdə saat 22:30 radələrində 20-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1lə birlikdə xidmətdə olduğu zaman Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 25 ünvanının qarşısında bir nəfər şəxsin səntələyərək getdiyini görmüş və ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsin səhhəti ilə maraqlandıqda o, bildirmişdir ki, qəbul etdiyi narkotik vasitənin təsiri altında olduğuna görə yeriyərkən səntələmişdir və hazırda da üzərində «kakos» kimi tanınan narkotik vasitə heroin vardır. Bundan sonra onlar həmin şəxsi 20-ci polis şöbəsinə dəvət etmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs 20-ci polis şöbəsinə gətirilməsi barədə rəhbərliyə raportla müraciət etmişlər və araşdırma polis şöbəsinin təhqiqatçısı Ayxan Məmmədova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra xidməti otaqda videoçəkilişdən istifadə edilməklə və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, şalvarının sol cibindən «Samsung» markalı mobil telefonu, şalvarının arxa cibindən isə açarı çıxararaq masanın üzərinə qoymuş və bunlardan başqa üzərində heç nə olmadığı bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək paltarları, ayaqqabıları yoxlanılmış, lakin digər əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi büküm barədə məlumat verməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni 16 oktyabr 2023-cü il tarixdə günorta 3, yəni saat 15 radələrində «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 5 manata alaraq əldə etmiş və özünün istifadəsi üçün üzərində saxlamışdır. Həmin bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün kağız zərfin içərisinə qoyularaq zərfin üzərində imzalar edilmiş və zərf möhürlənmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olduğu zaman hər hansı bir qanunsuz hərəkətlərə məruz qalıb-qalmaması soruşulmuş, o, isə cavabında polis şöbəsinə gətirilərkən və orada olduğu zaman heç bir qanunsuz hərəkətlərə məruz qalmadığını bildirmişdir. Protokol tərtib edilməsi ilə əlaqədar videoçəkiliş dayandırılaraq videoçəkilişə baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Protokol iştirakçılara oxunmuş, videoçəkiliş davam etdirilərək protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş üzləşdirmə protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid1 yuxarıda göstərilən ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsinin doğruluğunu təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 18 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümdə olan narkotik vasitə heroinə bənzər maddəni masanın üzərinə qoymuş və həmin bükümün heroin olduğunu bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 18 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən «Sony» markalı vidokamera vasitəsi ilə qeydə alnımış və 1 ədəd DVD diskinə köçürülmüş video görüntüyə baxış keçirilərkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü masanın üzərinə qoymuş və onun narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni 16 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 5 manata əldə etdiyini və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq möhürlənərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/5574 nömrəli 18 oktyabr 2023-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N° 188... möhür əksi və «... Təqsirləndirilən şəxs-imza, iştirakçılar: dörd imza, təhqiqatçı: A.Məmmədov -imza...» yazı əlavəsi qeyd edilmiş 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 2,098 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,098 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 2,048 qram heroin məhkəmənin yekun hökmünədək saxlanması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan narkotik vasitənin ona aidiyyəti yoxdur, o, ibtidai istintaq zamanı etirafedici ifadələr verməmişdir, ona polis əməkdaşları tərəfindən təsir edildiyi üçün ittihamda nəzərdə tutulan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 onun ifadələrinində göstərdiyi halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitutsiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə bunu etmədi və həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bu səbəbdən də, yuxarıda göstərilənlər əsasında məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirdiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələrini əsas götürür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1- 1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 92 (doxsan iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sona qalıq qalmış, saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə, ümumi çəkisi 2,048 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-in BƏSlldən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin üstünün açılmasında fəal iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmasının əvvəli 17 oktyabr 2023-cü il olmaqla 18 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 19 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi müəyyən olundu. Məhkəmə Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən onun şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddətin onun cəza müddətinə daxil edilməsini və ona təyin olunmuş cəzadan çıxılmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınmasını və hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 7607 nömrəli 21 noyabr 2023-cü il tarixli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psioaktiv maddənin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət onun cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli olan azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 92 (doxsan iki) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,048 qram heroin məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1482/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1482/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver