Məhkəmə qərarları › İş №1(101)-1483/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1483/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1483/2022 24.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X28, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X23, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X6 iştirakları ilə, xx.xx.1985-ci ildə Ukrayna Respublikasında anadan olmuş, Ukrayna Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, X32 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X16suz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, X32 satış məqsədi ilə külli miqdarda 9,398 qram çəkidə narkotik vasitə heroini və 0,480 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və yerdə tanışı X8 əldə edib üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə və psixatrop maddədən 0,531 qram narkotik vasitə heroini və 0,174 qram çəkidə psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və yerdə tanışı X3 30 manata satmış, xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı X1 rayonu, Zirə qəsəbəsi, Bağlar massivində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq üzərində Xəzər RPİ-nin TŞ-də şəxsi axtarış keçirilərkən S.Şeydayevin əynində olan qara rəngli gödəkənin sağ yan cibindən Yaroslav Parienkodan aldığı 01 ədəd gümüşü siqaret kağızı bükümündə 0,531 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd digər siqaret kağızı bükümündə 0,174 qram çəkidə ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin günü saat 21:30-da Xəzər RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən X32 yaşadığı ünvan 1 ünvanı yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinə Xəzər RPİnin TŞ-də şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə 8,555 qram çəkidə, 01 ədəd sellofan bükümdə 0,312 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə 0,306 qram çəkidə ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X32 özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, 1993-cü ildən Azərbaycanda yaşadığı üçün Azərbaycan dilində sərbəst bilir. Latın qrafikası ilə yaza bilməsə də oxuya bilir. Sədrəddin və Neməti tanıyır. Onlarla düşmənçiliyi olmamışdır. Aralarında normal münasibət olmuşdur. Özü narkotik istifadəçisidir. Lakin heç vaxt satmamışdır. Narkotik vasitəni istifadəsi üçün Nemətdən alırmış. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onu evinin qarşısında saxlamışlar. Üstünü və maşınını yoxlamışlar və heç nə aşkar etməmişlər. Bu zaman yoldaşı Gülüstan polis əməkdaşı Orxana narkotik vasitə verib bildirmişdir ki, Nemət gətirib verib ki, Yaroslava çatacaq. Sonra polis idarəsində çəkiliş ilə həmin narkotik vasitəni onun üzərindən çıxarmışlar. Videoçəkiliş zamanı bildirmişdir ki, narkotik vasitə onundur və Nemətdən almışdır. Belə ki, polis əməkdaşları qorxutmuşlar ki, əgər boynuna götürməsə həyat yoldaşını tutacaqlar. Əvvəllər Nemətdən 2 dəfə narkotik vasitə heroin almış, birinci dəfə 25 manat, 2-ci dəfə isə 20 manata Nemətdən narkotik vasitə alıb istifadə etmişdir. Lakin satmamışdır. Ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə üzərində narkotik vasitə ilə tutulmuş X2 ifadəsinə uyğun oluruq tapşırığa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan X11 narkotik vasitələrin qəbulu, satışı ilə məşğul olması və hazırda üzərində narkotik vasitə olması barədə əməliyyat tapşırığına uyğun olaraq həmin şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00-da Şüvəlan qəsəbəsində yaşadığı evin qarşısında müəyyən olunaraq ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyətini müəyyən etmişlər və məlum olmuşdur ki, xx.xx.1985-ci ildə Ukrayna Respublikasında doğulmuş, Ukrayna Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, ünvan 1-də yaşayan Paııenko Yaroslav İ van oğludur. X12 narkotik vasitələrin istifadəsində və satılmasında şübhəli olduğunu bildirdik və Xəzər RPİ-nə gətirdik. Xəzər RPİ-də X17 vəkil təqdim olunaraq videoçəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyi elan olunmuşdur. X24 heç bir etiraz etməmişdir. X13 üzərində şəxsi axtarış keçirilən zaman üzərində narkotik vasitə və ya digər qanunsuz maddənin olub-olmaması soruşulmuş və əgər varsə könüllü olaraq təhvil verməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs X24 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 03 (üç) ədəd bükümü çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin sellofan bükümlərdən ikisində, içərisində qəhvəyi rəngli toz şəkilli maddə kakos-heroin olduğunu, digər 01 ədəd sellofan bükümdə, içərisində ağ rəngli, kristal şəkilli maddə şüşə (metamfetamin) olduğunu, həmin maddələri 2-3 gün əvvəl Stansiya Qala adlanan ərazidə tanıdığı Nemət adlı şəxsdən şəxsi istifadəsi üçün hər üç bükümü 35 manata almışdır. Aşkar olunmuş maddələr zərfdə qablaşdırılmışdır. Üzəri 43 saylı möhürlə möhürlənmiş, iştirakçılar və X24 imza edib təsdiqləmişlər. Məhkəmə istintaqı zamaı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə üzərində narkotik vasitə ilə tutulmuş X2 ifadəsinə uyğun oluruq tapşırığa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan X11 narkotik vasitələrin qəbulu, satışı ilə məşğul olması və hazırda üzərində narkotik vasitə olması barədə əməliyyat tapşırığına uyğun olaraq həmin şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00-da Şüvəlan qəsəbəsində yaşadığı evin qarşısında müəyyən olunaraq ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyətini müəyyən etmişlər və məlum olmuşdur ki, xx.xx.1985-ci ildə Ukrayna Respublikasında doğulmuş, Ukrayna Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, ünvan 1-də yaşayan X18r. X17 narkotik vasitələrin istifadəsində və satılmasında şübhəli olduğunu bildirdik və Xəzər RPİ-nə gətirdik. Xəzər RPİ-də X17 vəkil təqdim olunaraq videoçəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyi elan olunmuşdur. X24 heç bir etiraz etməmişdir. X13 üzərində şəxsi axtarış keçirilən zaman üzərində narkotik vasitə və ya digər qanunsuz maddənin olub-olmaması soruşulmuş və əgər varsə könüllü olaraq təhvil verməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs X20 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 03 (üç) ədəd bükümü çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin sellofan bükümlərdən ikisində, içərisində qəhvəyi rəngli toz şəkilli maddə kakosheroin olduğunu, digər 01 ədəd sellofan bükümdə, içərisində ağ rəngli, kristalşəkilli maddə şüşə (metamfetamin) olduğunu, həmin maddələri 2-3 gün əvvəl Stansiya Qala adlanan ərazidə tanıdığı Nemət adlı şəxsdən şəxsi istifadəsi üçün hər üç bükümü 35 manata almışdır. Aşkar olunmuş maddələr zərfdə qablaşdırılmışdır. Üzəri 43 saylı möhürlə möhürlənmiş, iştirakçılar və X24 imza edib təsdiqləmişlər. Əməliyyat tədbirinin davamı olaraq X13 göstərdiyi Nemət adlı şəxsin şəxsiyyəti müəyyən olunmuş və xx.xx.1987-ci ildə Yardımlı rayonu, Zevin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan X25 olduğu müəyyən olunaraq, evinə təxirəsalınmaz axtarış keçirmişlər. Müstəntiq tərəfindən axtarış keçirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Nemət Beybudova yaşadığı evin qarşısında yaxınlaşmışlar və ərizə ilə mürəciət edərək evində təxirəsalınmaz axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə Nemət adlı şəxsin evində axtarış keçirilmişdir. Axtarış zamanı Nemət öz istifadəsi üçün evində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gizlətdiyini və həmin yerləri göstərə biləcəyini demişdir. Nemət adlı şəxs yataq otağını göstərərək həmin otaqda narkotik vasitə və psixotrop maddələr gizlətdiyini bildirmişdir. Sonra güzgülü termonun siyirtməsindən 01 ədəd boz rəngli elektron tərəzi, 1 ədəd sellofan və 1 ədəd qara sellofan bükümlərdə qəhvəyi rəngli tozşəkilli maddələr, 02 ədəd falqa kağızından hazırlanmış borucuqlar, bundan başqa otaqdakı kreslo kənara çəkildikdə altından 02 ədəd böyük sellofan bükülülərdə qəhvəyi rəngli tozşəkilli maddələr, 05 ədəd (2-si böyük) sellofan bükülülərdə ağ rəngli kristalşəkilli maddələr aşkar edilmişdir. Nemət Beybudov bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən falqada yandırıb tüstüsünü çəkməklə istifadə etdiyini, aşkar edilmiş maddələrin də kokos adlanan heroin və şüşə adlanan metamfetamin olmasını bir ay əvvəl İran vətəndaşından aldığını bildirmişdir. Həmin yataq otağından aşkar olunmuş ümumilikdə 09 ədəd sellofan bükülülərdə narkotik və psixotrop maddələrə bənzər maddələr, 01 ədəd elektron tərəzi, 02 ədəd falqa borucuqlar maddi sübut kimi qablaşdırılaraq götürülmüşdür. Üzəri 43 saylı möhürlə möhürlənmişdir, iştirakçılar və Nemət Beybudov tərəfindən imza edib təsdiqləmişlər. O da imza edib təsdiq etmişlər. Məhkəmə istintaqı zamaı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Ukrayna Respublikası vətəndaşı X20 ilə 2005-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahdan 4 azyaşlı uşaqları vardır. Əri Yaroslav əvvəllər bir dəfə oğurluq cinayəti törətməyə görə məhkum olunmuşdur. Bəzi adamlar Yaroslava Mirzə demişlər. Onun həyat yoldaşının narkotik vasitə istifadə etməsindən xəbəri olmamışdır. Əri heç bir narkotik vasitə satışı ilə məşğul olmamış və əsassız olaraq həbs edilmişdir. O, bu barədə ərizə ilə Xəzər rayon prokurorluğuna da muraciət etmişdir. Lakin həmin ərizədə səhvən Nemət əvəzinə Sədrəddinin adını yazmışdır. Belə ki, Sədrəddin əri Yaroslavın uşaqlıq dostudur. Nemət isə Qala qəsəbəsində yaşayan, Yaroslavın birgə bağban işlədiyi iş yoldaşıdır. Sədrəddin onların evlərinə gəlib gedən adamdır. Nemət də məhlə adamı kimi onların evlərinə gəlib getmiş, lakin son 3 ayda Nemət onların evlərinə gəlməmişdir. Təxminən 04 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Nemət onun yaşadığı Xəzər rayonu, Qala qəsəbəsindəki evinə gəlmişdir. Həmin vaxt Yaroslav evdən aralıdakı qarajda maşın təmir edirdi. Nemət evin qapısını döymüş, o, qapını açmış, Nemət tez-tələsik ounla salamlaşmış və ona hədiyyə paketinin içində nəsə bağlama verərək bildirmişdir ki, «Mirzəyə salam de, bu qalsın, gəlib özüm 1-2 saata götürücəyəm» və çıxıb getmişdirp. O, evə keçmiş, maraqlı gəldiyi üçün açıb bağlamaya baxdıqda görmüşdür ki, içində qəhvəyi rəngli sellofan büküm var. O, bir şey anlamamış və götürüb hasardan bayıra atmışdır. Lakin bu barədə Yaroslava nəsə demək yadıından çıxmışdır. Səhərsi gün saat 19 radələrində Xəzər RPİnin əməkdaşları onun yaşadığı evə gəlmişlər. Bu zaman o, əri Yaroslav Pariienko ilə birlikdə marketdən gəlirmiş və onlar polislərlə qarşılaşmışlar. Polis əməkdaşları Yaroslav Pariienkonu tutub saxlamışlar və ondan Nemətin gətirdiyi bağlamanın harada olmasını soruşmuşlar. O da həmin paketi bayıra tulladığını demişdir. Sonra polislərdən Orxan adlı işçi həmin paketi tapmış və əri Yaroslavı da apararaq yarım saata geri göndərəcəyini demişdir. Həmin vaxt polis əməkdaşları evinə girib baxmamışlar və çıxıb getmişlər. Sonradan o, öyrənmişdir ki, əri Yaroslavı narkotik vasitəni satış məqsədli ilə üzərində saxlamaq cinayətinə görə tutublar və ona cinayət işi açılıb. Əslində isə əri Yaroslavın üzərində heç bir narkotik vasitə olmamış, onu qanunsuz olaraq narkotiklə sənədləşdirib tutmuşlar. Həmin vaxt qaynanası X26 da evdə olmuş və bütün bu olanlara şahid olmuşdur. O, ərizəni evdə qızıa yazdırmış və oxumadan imzalamışdır. Əslində isə evə gələn Nemət adlı şəxs olmuşdur. Məhkəmə istintaqı zamaı şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, o, Ukrayna Respublikası vətəndaşıdır və oğlu X20 da Ukrayna Respublikasının vətəndaşıdır. Oğlu 2005-ci ildə rəsmi nikahla Gülüstanla ailə həyatı qurmuş, himayəsində həmin nikahdan dörd azyaşlı uşaqları vardır. X14 birilikdə Qala qəsəbəsindəki evdə yaşamış və narkotik vasitə istifadə etməsindən xəbəri olmamışdır. Oğlu Yaroslav heç bir narkotik vasitə satışı ilə məşğul olmamış və əsassız olaraq həbs edilmişdir. Bəzi adamlar Yaroslava Mirzə demişlər. Oğlu Yaroslavın arvadı Gülüstan ərizə ilə Xəzər rayon prokurorluğuna da müraciət etmişdir, lakin həmin ərizədə səhvən Nemət əvəzinə Sədrəddinin adını yazmışdır. Belə ki, Sədrəddin Yaroslavın uşaqlıq dostu olmuş, Nemət isə Qala qəsəbəsində yaşayan, Yaroslavın birgə bağban işlədiyi iş yoldaşıdır. Sədrəddin onların evlərinə gəlib gedən adam olmuş, Nemət də məhlə adamı kimi onların evlərinə gəlib gemiş, lakin son üç ayda Nemət onların evlərinə gəlməmişdir. Təxminən 02 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Nemət onların yaşadıqları Xəzər rayonu, Qala qəsəbəsindəki evilərinə gəlmiş, həmin vaxt Yaroslav evdən aralıdakı qarajda maşın təmir etmiş, Nemət evin qapısını döymüş, Gülüstan da qapını açmış, o isə Nemətin gəlməsini pəncərədən görmüşdür. Nemət tez-tələsik Gülüstanla salamlaşmış və ona hədiyyə paketinin içində nəsə bağlama verərək bildirmişdir ki, «Mirzəyə salam de, bu qalsın, gəlib özüm 1-2 saata götürücəyəm» və çıxıb getmidir. Gülüstan da evə keçmiş, maraqlı gəldiyi üçün açıb bağlamaya baxdıqda görmüşdür ki, içində qəhvəyi rəngli sellofan büküm var. Gülüstan da bir şey anlamamış və götürüb hasardan bayıra atmışdır. Lakin bu barədə Yaroslava nəsə deməmişdir. yanvar 2022-ci il tarixdə, saat 19 radələrində Xəzər RPİ-nin əməkdaşları yaşadıqları evə gəlmişlər. Bu zaman o, evdə olmuş, X33 isə arvadı Gülüstan ilə birlikdə marketdən gəlirmiş və polislərlə qarşılaşmışlar, polislər Yaroslav Pariienkonu tutub saxlamışlar və Gülüstandan Nemətin gətirdiyi bağlamanın harada olmasını soruşmuşlar. Gülüstan da həmin paketi bayıra tulladığını demişdir. Sonra polislərdən Orxan adlı işçi həmin paketi tapmış və oğlu Yaroslavı da apararaq yarım saata geri göndərəcəyini demişdir. Həmin vaxt polis əməkdaşları evilərinə girib baxmamışlar və çıxıb getmişlər. O, sonradan öyrənmişdir ki, oğlu Yaroslavı narkotik vasitəni satış məqsədi ilə üzərində saxlamaq cinayətinə görə tutublar və ona cinayət işi açılıb. Əslində isə Yaroslavın üzərində heç bir narkotik vasitə olmamışdır, onu qanunsuz olaraq narkotiklə sənədləşdirib tutublar. Həmin vaxt o da evdə olmuş və bütün bu olanlara şahid olmuşdur. Gülüstan həmin ərizəni evdə nəvəsi 17 yaşlı Günel Pariienkoya yazdırmış, Gülüstan ərizəni oxumadan imzalamış, əslində evə gələn Sədrəddin yox, Nemət adlı şəxs olmuşdur. X5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, əvvəllər 2010-cu ildə AR CM-nin 181 -ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş və 2018-ci ildə azadlığa çıxmışdır. Rəsmi olaraq heç yerdə işləmir və 4 il olar ki, narkotik vasitə istifadə etməyə başlamış, son 1 ildir ki, şüşə adlanan metamfetamindən də istifadə edir. O təxminən 2021-ci ilin yay aylarında ustalıq edərkən əsil adı Yaroslav olan “Mirzə” ləqəbli Ukraynalı şəxslə tanış olmuş və həmin şəxs də özü kimi narkomandır və ağrıları olanda əvvəllər də ondan bir neçə dəfə narkotik vasitə heroin və metamfetamin almışdır. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mirzə(Yaroslav) ilə zəngləşmiş və ondan öz istifadəsi üçün şüşə, yəni metamfetamin istəmişdir, o da malı olduğunu demiş və təxminən günorta saat 14 radələriııdə Yaroslavm yaşadığı Şüvəlan qəsəbəsindəki evinin yaxınlığında görüşmüş və ona 01 ədəd qara bükümdə şüşə və 01 ədəd siqaret kağızı bükümündə kakos adlanan heroini 30 manat müqabilində vermişdir, yəni ona satmışdır. O da həmin bükümləri əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq yaşadığı Zirə qəsəbəsinə qayıtmış və həmin gün axşam saatlarında evinə tərəf piyada gedərkən ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmaqlarını bildirmişlər və onun narkotik vasitələrin istifadəsində, qanunsuz dövriyyəsində şübhəli şəxs olmağını bildirərək onu Xəzər RPİ-nə dəvət etmişlər, o da artıq hər şeyin polislərə məlum olmasını görüb, heç bir etiraz etməmişdir, onlarla birlikdə Xəzər RPİ-nin TŞ-nə gəlmiş, orada xidməti otaqlardan birində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində hüquq və vəzifələrim ona izah edilmiş və hüquqlarının müdafiəsi üçün Bakı şəhər 8 saylı Vəkil Bürosundan X30 müdafiəçi qismində dəvət olunmuşdur. Daha sonra onun üzərinə videoçəkiliş aparılmaqla təhqiqatçı və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış, baxış və götürmə aparılmışdır. Həmin vaxt ona təhqiqatçı tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd siqaret kağızı bükümləri təqdim etmişdir. Sorğu-sual zamanı da həmin bükümlərdəki maddənin birində heroin, digərində isə metamfetamin olmasını, öz istifadəsi üçün Mirzə ləqəbli şəxsdən 30 manata həmin gün alaraq üzərində saxladığını etiraf etmişdir. Axtarış davam etdirilərkən onun üzərindən başqa qanunsuz heç bir əşya, maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 02 ədəd bükümlərdəki maddələr zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılarla birlikdə bu barədə tərtib edilmiş protokolu və zərfi imza ilə təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 83-86-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/41 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikası DİN Zərflər üçün №43» dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan: üzərində X2 üzərinə baxış ... sözləri soyadlar və imzalar qeyd edilmiş 1 nömrəli kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,531 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,174 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. üzərində soyadlar və imzalar qeyd edilmiş 2 nömrəli kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,555 qram, 0,312 qram ümumi təmiz çəkisi 8,867 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,306 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Təqdim edilmiş 3 ədəd bükümdə narkotik vasitə olan heroin kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə psixotrop maddə metamfetamin kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxildir. Cinayət işinin 1-ci cildinin 159-163-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/80 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №43» dairəvi möhür əksi»., tarixdə X15 yaşadığı... sözləri və imzalar qeyd edilmiş kağız zərfdə olan 5 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 18,840 qram, 3,117 qram, 5,403 qram, 0,752 qram, 0,369 qram ümumi təmiz çəkisi 28,481 qram olan ağ rəngli kristallik formada olan maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 29,727 qram, 11,947 qram, 0,340 qram, 1,581 qram ümumi təmiz çəkisi 43,595 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,226 qram olan qəhvəyi rəngli maddə metadondur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin» siyahısına daxildir. Təqdim edilmiş iki ədəd boş kağız borucuqda narkotik vasitə olan heroinə məxsus iz aşkar edildi. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş Nemət Beybudovdan aşkar edilmiş 4 ədəd bükümdə ümumi təmiz çəkisi 43,595 qram heroin, Sədrəddin Şeydayevdən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,491 qram olan heroin və İvan Parienkodan aşkar edilmiş iki ədəd bükümdə olan ümumi təmiz çəkisi 8,787 qram olan heroin bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim edilmiş Nemət Beybudovdan aşkar edilmiş 5 ədəd bükümdə ümumi təmiz çəkisi 28,481 qram olan metamfetamin, Sədrəddin Şeydayevdən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,134 qram olan metamfetamin və İvan Pariienkodan aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,266 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Cinayət işinin 1-ci cildinin 235-236-cı vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1207 saylı rəyindən görünür ki, X9 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı X32 öz müdafiəsi üçün dəlil gətirərək üzərindən çıxan narkotik vasitəni tanışı Nemətin ona çatdırması üçün arvadı Gülüstan Pariienkoya verdiyini, polis əməkdaşları tərəfindən arvadı Gülüstan Pariienkonun tutulmaması üçün ilkin ifadəsində etiraf etməsini bildirsə də onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ilkin etiraf ifadələri, digər cinayət işi üzrə təqsirləndirilən şəxslərin ifadələri, şahid ifadələri, üzləşdirmə istintaq hərəkətləri, şəxsi axtarış və götürmə protokolu, diskə baxış protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizasının rəyləri və digər mötəbər sübutlarla sübuta yetirildiyindən, məhkəmə onun həmin ifadəsini özünü müdafiə və məsuliyyətdən boyun qaçırma cəhdi kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs X4 nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq heroinin aşkar edilməsini, bundan başqa psixotrop maddə metafetaminin aşkar edilməsini, satışa hazırlamaq məqsədi ilə ayrı-ayrı bükümlərə ayrılmasını təqsirləndirilən şəxs X29 narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və X32 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 10, 155-158-ci vərəqlərində olan protokol və qərardan görünür ki, X32 05 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 40-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, X22 Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə 03 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. X29 məhkumluğu CM-nin 83-cü maddəsinə əsasən ödənildiyindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən X29 cəzasını yüngülləşdirən haldır. X29 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs X32 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 05 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən X31 narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 130 (yüz otuz) manat X27 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-Bakı şəhəri Xəzər RPİ-də saxlanılan 0,531 qram heroin, 0,174 qram metamfetamin, 8,555 qram və 0,312 qram olmaqla ümumi təmiz çəkisi 8,867 qram olan heroin, 0,306 qram psixotrop maddə-metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, video görüntülər olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,840 qram, 3,117 qram, 5,403 qram, 0,752 qram, 0,369 qram ümumi təmiz çəkisi 28,481 qram metamfetamin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 29,727 qram, 11,947 qram, 0,340 qram, 1,581 qram ümumi təmiz çəkisi 43,595 qram heroin, 0,226 qram metadonla birlikdə iş materiallarından ayrılmış ********* saylı cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X32 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 05 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X31 narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 130 (yüz otuz) manat X27 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan 0,531 qram heroin, 0,174 qram metamfetamin, 8,555 qram və 0,312 qram olmaqla ümumi təmiz çəkisi 8,867 qram olan heroin, 0,306 qram psixotrop maddə-metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Video görüntülər olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,840 qram, 3,117 qram, 5,403 qram, 0,752 qram, 0,369 qram ümumi təmiz çəkisi 28,481 qram metamfetamin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 29,727 qram, 11,947 qram, 0,340 qram, 1,581 qram ümumi təmiz çəkisi 43,595 qram heroin, 0,226 qram metadonla birlikdə iş materiallarından ayrılmış ********* saylı cinayət işinə əlavə olunması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti X31 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar