Məhkəmə qərarları › İş №1(101)-1485/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1485/2021

31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1485/2021 31.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 7 sentyabr 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Xəzər rayon məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir), məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Göytəpə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 61 ünvanında yerləşən yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan 2,691 qram heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan 0,577 qram metafetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla qanunsuz olaraq daşımış, 29 mart 2021-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən yerdə saxlanılaraq Sabunçu RPİ 13-cü PB-nə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd göz linzası saxlanılması üçün nəzərdə tutulmuş qabın içərisindən satış məqsədi ilə əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,237 qram, 0,255 qram, 0,292 qram, 0,286 qram, 0,324 qram, 0,297 qram olmaqla ümumi təmiz çəkisi 2,691 qram külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və şəxsi istehlak miqdarından artıq 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,072 qram, 0,072 qram, 0,295 qram, 0,138 qram olmaqla ümumi təmiz çəkisi 0,577 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamin və üzərində psixotrop maddə metafetaminin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində olan ağrıları azaltmaq üçün heroin və metafetamindən istifadə etmişdir. Həmin maddələri tanımadığı şəxslərdən internet vasitəsi ilə almışdır. 26 mart 2021-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə istəmiş və həmin şəxs ona qramı 18 manat olmaqla 1 büküm heroin və 1 büküm metafetamin vermişdir. O həmin maddələri göz linzası saxlamaq üçün nəzərdə tutulmuş qaba qoyaraq üzərində saxlamışdır. 29 mart 2021-ci il tarixdə saat 11:30 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən yataqxanada olarkən qəflətən polis əməkdaşları içəri daxil olub narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı daxil olduğunu deyib onu Sabunçu RPİ-nin 13-cü PB-nə gətirmişlər. Həmin bölmədə polis əməkdaşları üzərində qanunla qadağan olunmuş əşyalar varsa təqdim etməyini təklif etdikdə o, içərisinə bükümləri yerləşdirdiyi linza qabını və elektron tərəzini masanın üzərinə qoymuşdur. Narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün tərəzidən istifadə etmişdir. 26 mart 2021-ci il tarixdə aldığı narkotik vasitələri tərəzidə çəkib-çəkmədiyini xatırlamır. Polis əməkdaşları onu yaşadığı yataqxananın içərisində tutmuşlar. Tutulan zaman onda yalnız 1 büküm heroin və 1 büküm metafetamin olmuşdur. Heroin və metafetamini falqanın üzərinə qoyub çəkmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 26 mart 2021-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə istəmiş və həmin şəxs də ona 130 manat müqabilində 6 bükümdə narkotik vasitə heroin və 4 bükümdə psixotrop maddə metafetamin vermişdir. O həmin maddələri üzərində olan göz linzası saxlamaq üçün nəzərdə tutulmuş qaba qoyaraq üzərində saxlamışdır. 29 mart 2021-ci il tarixdə saat 11:30 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında olarkən yaxınlıqda polis əməkdaşlarının olmasını görüb üzərində daşıdığı narkotik vasitənin aşkar edilməsindən qorxaraq oradan aralanmaq istəmişdir. Lakin polis əməkdaşları onun hərəkətlərindən şübhələnib ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. O, polis əməkdaşlarına cavab verə bilmədiyindən polis əməkdaşları şübhələnərək onu Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Sabunçu RPİ-nin 13-cü PB-də olarkən polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etməsini təklif etdikdə o, narkotik maddələri polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı kiçik qabı çıxarıb içərisində olan 10 ədəd bükülünü təqdim edərək bildirmişdir ki, 6 bükümdə narkotik vasitə heroin, 4 bükümdə isə psixotrop maddə metafetamindir və həmin maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 130 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Bundan başqa o, gödəkcəsinin sol iç cibindən 1 ədəd elektron tərəzini və ciblərindən mobil telefonlarını da çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla qablaşdırılaraq möhürlənmişdir. Polis bölməsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi haqqında tərtib olunmuş protokola etiraz etmədən və polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etmişdir. Üzərindən aşkar edilmiş narkotik və psixotrop maddələri satmaq niyyəti olmamış, onları özü qəbul etmək məqsədi ilə almışdır. Tərəzini də üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün narkotik vasitə alarkən çəkisində aldanmamaq olmuşdur (cild 1, iş vərəqə 54-56; 68-72). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra 29 mart 2021-ci il tarixdə əməliyyat tədbirləri keçirilməsi ilə əlaqədar bölmə rəisinin adına raport yazmışdır. Bölmə rəisininin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 29 mart 2021-ci il tarixdə qərar qəbul edildikdən sonra o və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında bölmənin əməkdaşı ilə birlikdə 29 mart 2021-ci il tarixdə saat 11:00 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən ünvan 1 ünvanın yaxınlığında narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə o etiraz etmədən əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı kiçik qabı çıxarıb içərisindəki 10 ədəd bükülünü təqdim edərək bildirmişdir ki, 6 ədəd bükümdə narkotik vasitə heroin, 4 ədəd bükümdə isə psixotrop maddə metafetamindir, həmin maddələri öz istifadəsi üçün Bakı şəhəri, Maştağa qəsəbəsində tanımadığı şəxsdən 130 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs eyni zamanda gödəkcəsinin sol iç cibindən 1 ədəd elektron tərəzini təqdim edərək bildirmişdir ki, həmin elektron tərəzini narkotik vasitəni alarkən onu aldatmasınlar deyə çəkmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 6 ədəd bükümdə narkotik vasitə heroin, 4 ədəd bükümdə psixotrop maddə metafetamin və elektron tərəzi iştirakları ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib olunub ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə ünvan 1 ünvanın yaxınlığında yolda tutmuşlar. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 30 mart 2021-ci il tarixli 6/1239 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...vət.Təqsirləndirilən şəxs aşkar olunmuş... ” sözləri yazılmış zərfdəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,237 qram, 0,255 qram, 0,292 qram, 0,286 qram, 0,324 qram, 0,297 qram olmaqla ümumi təmiz çəkisi 2,691 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,072 qram, 0,072 qram, 0,295 qram, 0,138 qram olmaqla ümumi təmiz çəkisi 0,577 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamindir. 1 ədəd elektron tərəzinin səthində psixotrop maddə metafetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdar olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin təmiz çəkisi 2,691 qram, tədqiqata sərf olundu 0,120 qram, qalıq 2,571 qram, metafetaminin təmiz çəkisi 0,577 qram, tədqiqata sərf olundu 0,080 qram, qalıq 0,497 qram, cild 1, iş vərəqə 40-45). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 12 aprel 2021-ci il tarixli 1040 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 121-122). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın aparılmasına dair 1 ədəd DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimdə 1 nəfər şəxs və mülki geyimdə olan 3 nəfər şəxs görüntüyə gəlir. Polis kapitanı xüsusi geyimində olan şəxs özünü 13-cü PB-nin təhqiqatçısı Fərhəng Hüseynov kimi təqdim edir və PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 29 mart 2021-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X4 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadagan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı kiçik qabı çıxararaq içərisində olan 6 bükümdə olan maddəni və 4 bükümdə olan maddəni təqdim edərək bildirir ki, 6 bükümdə olan narkotik vasitə heroindir, 4 bükümdə isə psixotrop maddə metafetamindir və həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə Bakı şəhəri, Maştağa qəsəbəsində tanımadığı şəxsdən 130 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs eyni zamanda gödəkcəsinin sol iç cibindən 1 ədəd elektron tərəzini təqdim edərək həmin elektron tərəzini narkotik vasitəni alarkən onu aldatmasınlar deyə çəkmək üçün üzərində saxladığını bildirir. Aşkar olunmuş maddələrin ekspertiza tədqiqatına təqdim olunmasına dair məlumat verilir (cild 1, iş vərəqə 75-76). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 29 mart 2021-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd göz linzası saxlanılması üçün nəzərdə tutulmuş qabın içərisindən 6 ədəd bükümdə ümumi təmiz çəkisi 2,691 qram narkotik vasitə heroin, 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,577 qram çəkidə psixotrop maddə metafetamin və əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 1 ədəd elektron tərəzi aşkar olunuraq götürülmüşdür (cild 1, iş vərəqə 30-31). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən götürülmüş cinayət işi üzrə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 26.03.2021-ci il tarixdə saat 17:23:04-də ***-***-**-** saylı mobil telefon nömrəsindən iki dəfə ardıcıl olaraq “Qaqa ağrıyıram yoxundu vəziyyətdən çıxmağa” və 28.03.2021-ci il tarixdə saat 13:20:13-də ***-***-**-** saylı mobil telefon nömrəsindən iki dəfə ardıcıl olaraq “Ti varsa versinde mende sene göre verdim bayaq sene deyir ki, qaqaa denizden men birdefen 5 manat pul aldım qaldı ki o 20 manatada he düzü verdim derman al” məzmunda SMS mətnləri göndərilmişdir (cild 1, iş vərəqə 114-115). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən götürülmüş cinayət işi üzrə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 23.03.2021-ci il tarixdə saat 18:14:34-də ***-***-**-** saylı mobil telefon nömrəsinə “Mişa bele iş görmürlər emanet isteyenler var hardasan sen hara getmisen, yene itmisen poxuva cavab ver bele iş görmürler” məzmunda SMS mətnləri göndərilmişdir (cild 1, iş vərəqə 116-118). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq olan 2,571 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq olan 0,497 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqə 128). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Xəzər rayon məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 110-111, cild 2). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 12). İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 mart 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 85-87). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 mart 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq olan 2,571 qram çəkidə narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq olan 0,497 qram çəkidə psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən 1 ədəd DVD disk, "xxxx" və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81,82 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq olan 2,571 qram çəkidə narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq olan 0,497 qram çəkidə psixotrop maddə metafetamin və 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsi görüntülərini əks etdirən 1 ədəd DVD disk, "xxxx" və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar