Məhkəmə qərarları › İş №1(101)-1485/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1485/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1485/2022 23.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 , müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 36 saylı saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Yardımli rayonu, Zevin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər Qazax Hərbi Məhkəməsinin 24 aprel 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3.1 və 334.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.3, 68-ci maddələri tətbiq edilməklə 03 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 fevral 2010-cu ildə Qaradağ Rayon Məhkəməsinin 02 fevral 2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 7 ay 9 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilmiş, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadonu və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, o, satış məqsədilə naməlum mənbədən külli miqdarda 28,961 qram çəkidə psixotrop maddə olan metamfetamini və külli miqdarda 52,993 qram çəkidə narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 0,226 qram çəkidə narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, həmin narkotik vasitə və psixotrop maddədən külli miqdarda 9,398 qram çəkidə narkotik vasitə heroini və 0,480 qram çəkidə psixotrop maddə metamfetamini naməlum tarixdə və yerdə tanışına satmışdır. Belə ki, xx.xx.2022ci il tarixdə Xəzər RPİ-nin CAŞ-nin əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təxirəsalınmaz axtarış aparılarkən yataq otağında termonun üzərindən və otaqdakı kreslonun altından 5 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,840 qram, 3,117 qram, 5,403 qram, 0,752 qram, 0,369 qram ümumi təmiz çəkisi 28,481 qram olan ağ rəngli kristallik formada olan maddə xarici görünüş və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin; 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 29,727 qram, 11,947 qram, 0,340 qram və 1,581 qram ümumi təmiz çəkisi 43,595 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,226 qram qəhvəyi rəngli maddə metadon, narkotik vasitə heroinə məxsus izlər olan iki ədəd kağız borucuqlar, 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü narkomandır, evində çox az miqdarda narkotik vasitə olub. 06 yanvar 2022-ci il tarxdə saat təxminən 22 radələrində evində olarkən iki nəfər mülki geyimdə olan Şəhriyar və Anar adlı şəxslər Prokurorluğun və Məhkəmənin qərarı olmadan qanunsuz olaraq evinə girərək ona və ailə üzvlərinə xəsaərt yetirərək evinə külli miqdarda narkotik vasitə qoymuşlar. Ona hədə qorxu gələrək həmin narkotik vasitənin ya özünə məxsus olmasını deməyni tələb ediblər, ya da onun ailəsini hədələyiblər. Ailəsinin gözü qarşısında başına silah dirəyiblər. 6 yaşlı yaşlı evladını döyüblər, onu itələyərək başını divara vurublar. Həmin vaxt uşaq gözündən xəsaərt almışdır. Anasını da vurmuşlar. Özü çıxılmaz vəziyətdə qalaraq onların təklifi lə razılaşmalı olmuşdur. Onun evində cəmi 2 ədəd falqada istifadə etməyi üçün narkotik vasitə olub. Hətta evinə qanunsuz daxil olarkən yoldaşının müalicəsi üçün ayrılmış 500 manat pulu, özünə və ailəsinə məxsus qızıl zinət əşyalarını da evdən götürmüşlər.Həmin əşyaları dəqiq kim tərəfindən götürülməsini deyə bilməz. Xahiş edir barəsində ədalətli qərar qəbul edilsin. Proses iştirakçıların suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İranlı barədə dindirmə zamanı ifadələri təzyiq altında demişdir. Narkotik vasitələrinin satışı ilə məşğul olmamış, Yaroslavı onun üzünə qoyublar.Onun 1300 manat borcu olub, ona görə də Yaroslavı məcbur edib adını deyizdiriblər. Onda tərəzi olmayıb, silahı başına Şəhriyar dirəyib, Anar da anasını vurmuşdur,evdən qızıl zinət əşyalarını da Anarla Şəhriyar götürmüşlər. Elan olunmuş cinayət işinin 1-ci cildin 91-100--ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, onda cəmi 2 çet olub, onu məcbur ediblər ona görə də vidioçəkiliş zamanı etiraf etmiş və evində qoyulan narkotik vasitələri boynuna götürmüşdir Elan olunmuş cinayət işinin 2-ci cildin 64-67-ci vərəqələrində olan üzləşmə protokolunda olan imza ona məxsusdur, elan olunmuş üzləşdirmə protokolunu təsdiq etmir. Yaroslava narkotik vasitə satmamış, əksinə ondan narkotik vasitə almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 120-122-ci və 175-178-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir:… « o, təqribən 1 ildir ki, narkotik vasitə heroini və psixotrop maddə metamfetaminlə qarışıdırıb falqa ilə tüstüsünü çəkmələ istifadə edir. Həmin narkotik vasitəni Mirzə kimi tanınan Yaroslavdan alır. Həmçinin Sədrəddini də tanıyır. Sədrəddini Yaroslav vasitəsi ilə tanımışdır. Yaroslav ona və Sədrəddinə narkotik vasitə şüşə və kokos satırmış. Hər dəfə Yaroslavdan narkotik vasitəni özü istifadəsi üçün alırmış. Hər alanda 20-30 manat pul verirmiş. Dəfələrlə narkotik vasitəni arvadı Gülüstan ilə gəlib ona verirmiş. Gülüstan Yaroslavın ağ rəngli «Mercedes» markalı avtomobilində otururmuş, Yaroslav isə ona narkotiki satırmış. O isə heç vaxt satmamışdır. Yalnız özü istifadə edirmiş. Təxminən 2021-ci ili n dekabr ayının sonlarında Yaroslav özünə məxsus nömrəsini unutduğu «Mercedes» markalı avtomobil ilə yaşadığı həyətin qarşısına gəlmişdir. Yoldaşı Gülüstan maşında oturmuşdur. Özü düşüb həyətdə onunla söhbət edərək təxminən 50 qram heroin və 28 qram metamfetamin vermişdir. Bildirmişdir ki, «istifadə elə ağrıların getsin». Həmçinin ona tərəzi də vermişdir. Həmin narkotıklərin əvəzində Yaroslava 1300 manat pul verməli imiş. Danışmışlar ki, bir həftəyə malların pulunu ona ödəyəcək. Sonra çıxıb getmişdir. 3 gün sonra Yaroslav ondan soruşmuşdur ki, malların pulu hanı, o da demişdir ki, «malları istifadə etmişəm pulum da yoxdur». Yaroslav ona demişdir ki, «sənə göstərərəm mənim pulumu verməmək nə deməkdir». Bir neçə gün sonra eşitmişdir ki, Yaroslav tutulub. Səhəri gün gəlib onu polis əməkdaşları tutmuşlar. O ərizə ilə müraciət edib evində axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Evində axtarış aparmışlar və Yaroslavdan nisyə aldığı təxminən 28 qram metamfetamin və 43 qram heroin aşkar olunaraq götürülmüşdür. Yaroslav ona 50 qram heroin vermiş, onun üstündən istifadə etdiyi üçün 43 qram qalmışdı. Əvvəllər İran vətəndaşından aldığını desə də əslində belə olmamışdır. Evindən çıxan təxminən 28 qram metamfetamin və 43 qram heroin Yaroslav ona satmışdır. 1300 manat pul verməli imiş lakin pulu vermədiyi üçün Yaroslav onun adını verib tutdurmuşdur. Gülüstan narkotiki şəxsən ona satmamışdır. Lakin avtomobildə otururmuş, Yaroslav isə düşüb gəlirmiş həyətdə ona narkotik vasitə satırmış…» Elan olunmuş cinayət işinin 1-ci cildin 120-122-ci və 175-178-ci vərəqələrində olan həmin ifadələri təsdiq etmir, dindirmə protokollarında imzalar ona məxsusdur, həmin ifadələri deməyə onu məcbur etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,o, Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə üzərində narkotik vasitə ilə tutulmuş X2 ifadəsinə uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan X8 narkotik vasitələrin qəbulu, satışı ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaqdan ötrü, həmin şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00-da Şüvəlan qəsəbəsində yaşadığı evin qarşısında müəyyən olunaraq Xəzər RPİ-nə gətirilmişdir. Orada X9 üzərinə baxış keçirilən zaman o, özü üzərindən 03 ədəd sellofan bükümü çıxararaq təqdim edərək, bildirmişdir ki, həmin sellofan bükümlərdə heroin və metamfetamindir, həmin maddələri 2-3 gün əvvəl Stansiya Qala adlanan ərazidə tanıdığı Nemət adlı şəxsdən şəxsi istifadəsi üçün hər üç bükümü 35 manata almışdır. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq X9 göstərdiyi Nemət adlı şəxsin şəxsiyyəti müəyyən olunmuş. Həmin şəxsin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Müstəntiq tərəfindən təxirəsalınmaz axtarış keçirilməsi qərara alınmış və xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında sonuncuya yaxınlaşaraq, evində təxirəsalınmaz axtarış keçirilməsinə etiraz etmədiyi barədə ondan ərizə alınmışdır. Bundan sonra hal şahidləri və digər polis əməkdaşlarının iştirakı ilə Nemət adlı şəxsin evində axtarış keçirilmiş. Axtarış zamanı Nemət öz istifadəsi üçün yataq otağını göstərərək həmin otaqda narkotik vasitələri gizlətdiyini bildirdi. Sonra güzgülü termonun siyirtməsindən 01 ədəd boz rəngli elektron tərəzi, 1 ədəd sellofan və 1 ədəd qara sellofan bükümlərdə qəhvəyi rəngli tozşəkilli maddələr, 02 ədəd falqa kağızından hazırlanmış borucuqlar, bundan başqa otaqdakı kreslo kənara çəkildikdə altından 02 ədəd böyük sellofan bükülülərdə qəhvəyi rəngli tozşəkilli maddələr, 05 ədəd 2-si böyük, üçi kiçik sellofan bükülülərdə ağ rəngli kristalşəkilli maddələr aşkar edildi. Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən falqada yandırıb tüstüsünü çəkməklə istifadə edir, aşkar edilmiş maddələrin də kokos adlanan heroin və şüşə adlanan metamfetamin olmasını bir ay əvvəl İran vətəndaşından almışdır. Həmin yataq otağından aşkar olunmuş ümumilikdə 09 ədəd sellofan bükülülərdə narkotik və psixotrop maddələrə bənzər maddələr, 01 ədəd elektron tərəzi, 02 ədəd falqa borucuqlar maddi sübut kimi qablaşdırılaraq götürülərək,üzəri möhürlə möhürlənərək iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqləmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində tanışının yaşadığı Qala qəsəbəsində olan evindən öz evinə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və xahiş etmişlər ki, bir nəfər şəxsin evinə keçirilən axtarışda hal şahidi qismində iştirak etsin.O, etiraz etməmiş və bundan sonra digər hal şahidi və polis əməkdaşlarının iştirakı ilə Nemət adlı şəxsin evində axtarış keçirilmişdir. Axtarış zamanı Nemət onların yanında evində narkotik vasitə heroin və hazırda adını xatırlamadığı digər növ narkotik vasitənin gizlətdiyini deyərək, yataq otağını göstərərək həmin otaqda narkotik gizlətdiyini bildirmişdir. Sonra termonun siyirtməsindən 01 ədəd tərəzi, 1 ədəd sellofan və 1 ədəd qara sellofan bükümlərdə tozşəkilli maddələr, 02 ədəd falqa kağızından hazırlanmış borucuqlar, otaqdakı kreslo kənara çəkildikdə altından 02 ədəd böyük sellofan bükülülərdə qəhvəyi rəngli tozşəkilli maddələr, 05 ədəd sellofan bükülülərdə kristal şəkilli maddələr aşkar edildi.Soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. Həmin yataq otağından aşkar olunmuş ümumilikdə 09 ədəd sellofan bükülülər və 01 ədəd elektron tərəzi, 02 ədəd falqa borucuqlar qablaşdırılaraq götürülmüşdür.Protokol tərtib olunaraq bütün iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Polislər tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təsir və təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə prosesində müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vastiə almamış və Sədrəddinə satmamışdır. Əslində o, saxlanılanda üzərində narkotik vasitə olmayıb. İstintaqda məcburiyyət qarşısında demişdir ki, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs almışdır.Arvadı polislərə deyib ki, ona narkotik vasitə verən Nemətdir.Nemətin arvadı isə deyib ki, ona narkotik vasitələri o vermişdir. Onu polis əməkdaşları döyməmişlər,ona mənəvi təzyiq etmişlər. X8 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün şahidin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cild 1 iş v. 142-144-də olan ifadəsində Yaroslav Parienko aşağıdakıları bildirir:… «narkotik vasitələri Xəzər rayonu, Qala qəsəbəsində yaşayan tanışım Təqsirləndirilən şəxs pul müqabilində alaraq əldə edirəm… Təqribən 3 gün bundan əvvəl öz istifadəm üçün Nemətlə mobil telefonla əlaqə saxlayıb mənə yenə narkotik lazım olmasını bildirdim və o, məni evin çağırdı. Həmin gün evinə gedərək ondan 35 manat müqabilində narkotik vasitə heroin və şüşə aldım…» Proses iştirakçılarının suallarını cavablandıraraq X14 bildirmişdir ki, protokollarda olan imzalar ona məxsusdur, protokolu oxumadan imzalamışdır. Elan olunmuş cinayət işinin 2-ci cildin 63-67-ci vərəqələrində olan üzləşmə protokolunda imzalar ona məxsusdur, həmin üzləşmə protokolunda olan ifadələri təsdiq etmir, protokolu oxumadan imzalamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş cinayət işinin 1-ci cild 205- 207-ci vərəqələrində olan, məhkəmə proseslərini müşahidə edən Neymət Beybudovun arvadı X1 elan olunaraq araşdırılmış ifadələrindən görünür ki, o, 2006-cı ildən Təqsirləndirilən şəxs ilə rəsmi nikahla ailə həyatı qurmuşlar. 2020-ci ilin sonlarında «Mirzə» ləqəbli, sonradan adını bildiyi Yaroslav Parienkodan «kakos» və «şüşə» adlanan narkotik vasitələr əldə edirmiş.2022-ci ilin yanvar ayında «Mirzə» ləqəbli Yaroslav Nemətlə telefon danışığı olmuş və Yaroslav Nemətdən nisyə narkotik vasitələrini xahiş etmişdir. Nemət çıxaraq, bir müddətdən sonra evə sellofan bükümlərdə ağ rəngli və qəhvəyi rəngli narkotik vasitələrini gətirmişdir. Həmin bükümləri yataq otağındakı kreslonun altına qoymuşdur. xx.xx.2022-ci il tarixdə həmin bükümləri polis əməkdaşları aşkar edərək, götürmüşlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 1-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X10 08 iyul 2022-ci il tarixli cinayət işi materiallarından digər cinayət işinin ayrılması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Pərviz Qurbanovun 05 yanvar 2022-ci il tarixli raportun kserosurətindən görünür ki, X2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, saxlanması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Pərviz Qurbanovun 05 yanvar 2022-ci il tarixli əməliyyat qrupunun yaradılması barədə qərarın kserosurətindən görünür ki, X2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, saxlanması və üzərində daşıması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 17-ci vərəqəsində olan 05 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, X3 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 153-154-cü vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 4(003)-9/2022 saylı qərarından görünür ki, X3 barəsində həbsetmənin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 19-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 yanvar 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, X2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı, sonuncu əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 02 (iki) ədəd bükümü çıxarıb təqdim edərək, həmin bükümlərdən birində narkotik vasitə “kokos”, digərində isə “şüşə” olduğunu, həmin maddələri 05.01.22-ci ildə Xəzər rayonu, Şüvəlan qəsəbəsində tanıdığı Yaroslav adlı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş 05 yanvar 2022-ci il tarixli, 055-418- 1222 saylı məktubun kserosurətindən görünür ki, X2 narkotik vasitə və psixotrop maddəni aldığı şəxsin X6 müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 42-ci vərəqəsində olan 05 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, X22 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 155-158-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 4(003)-8/2022 saylı qərarından görünür ki, X24 barəsində həbsetmənin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 49-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 yanvar 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, X19 üzərinə keçirilmiş şəxsi axtarış zamanı, sonuncu əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd büküm çıxarıb təqdim edərək, həmin bükümlərin ikisində narkotik vasitə “kokos”, digərində isə “şüşə” olduğunu, həmin maddələri iki-üç gün əvvəl stansiya Qala adlanan ərazidə tanıdığı Nemət adlı şəxsdən şəxsi istifadəsi üçün hər üç bükümü cəmi 35 manata aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 79-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 yanvar 2022-ci il tarixli, 6/51 saylı ekspert rəyinin kserosurətindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №43” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan; -üzərində “X2 üzərinə baxış...” sözləri, soyadlar və imzalar qeyd edilmiş 1 nömrəli kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,531 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,174 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. -üzərində soyadlar və imzalar qeyd edilmiş 2 nömrəli kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 8,555 qram, 0,312 qram ümumi təmiz çəkisi 8,867 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,306 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 3 ədəd bükümdə narkotik vasitə olan heroin kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə psixotrop maddə olan metamfetamin kimyəvi tərkib komponentlərinə görə eyniliş təşkil edir. Cinayət işinin 1-ci cild 84-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Musa Məmmədovun 06 yanvar 2022-ci il tarixli raportundan görünür ki, X17 aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin Təqsirləndirilən şəxs olduğu və onun yaşadığı evdə narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edərək saxlaması, satışı ilə məşğul olması barədə şübhələr müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 85-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimovun 06 yanvar 2022-ci il tarixli, Ə3-055-22 saylı Əmrindən görünür ki, X17 aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin Təqsirləndirilən şəxs olduğu və onun yaşadığı evdə narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edərək saxlaması, satışı ilə məşğul olması barədə olan şübhələrin yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Musa Məmmədovun 06 yanvar 2022-ci il tarixli istintaq-əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair qərarından görünür ki, X17 aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin Təqsirləndirilən şəxs olduğu və onun yaşadığı evdə narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edərək saxlaması, satışı ilə məşğul olması barədə olan şübhələrin yoxlanılması əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 88-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Musa Məmmədovun 06 yanvar 2022-ci il tarixli təxirəsalınmaz axtarış, baxış və götürmə barədə qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evində təxirəsalınmaz hal kimi axtarış, baxış və götürmə keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 194-196-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin əməliyyat-axtarış tədbirinin aparılmsı barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında 07 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 90-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı evdə təxirəsalınmaz axtarış və götürmə aparılmasına etiraz etmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 91-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 yanvar 2022-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Müşfiq küçəsində yerləşən evə hal şahidlərinin iştirakı ilə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs həmin evin yataq otağında narkotik vasitə və psixotrop maddə saxladığını bildirmiş, bundan sonra yataq otağında güzgülü termonun siyirməsindən 01 ədəd boz rəngli elektron tərəzi, 1 ədəd sellofan və 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli maddələr, 02 ədəd falqa kağızından hazırlanmış borucuqlar, həmçinin, otaqdakı kreslo kənara çəkildikdə, altından 02 ədəd böyük sellofan bükümlərdə qəhvəyi rəngli tozşəkilli maddələr, 05 ədəd (ikisi böyük) sellofan bükümlərdə ağ rəngli kristalşəkilli maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 1 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən falqada yandırıb çəkməklə istifadə etdiyini, aşkar edilmiş heroin və şüşə ni 1 ay əvvəl sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşından alıb evinə gətirərək gizlətdiyini bildirmişdir. Aşkar edilmiş bükümlər və tərəzi, borucuq qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı mənzildən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Axtarış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 118-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 yanvar 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 160-163-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2022-ci il tarixli 6/80 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №43» dairəvi möhür əksi»., tarixdə Təqsirləndirilən şəxs yaşadığı... sözləri və imzalar qeyd edilmiş kağız zərfdə olan 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,840 qram, 3,117 qram, 5,403 qram, 0,752 qram, 0,369 qram ümumi təmiz çəkisi 28,481 qram olan ağ rəngli kristallik formada olan maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 29,727 qram, 11,947 qram, 0,340 qram, 1,581 qram ümumi təmiz çəkisi 43,595 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,226 qram olan qəhvəyi rəngli maddə metadoııdur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına (Siyahı İ) daxildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin» siyahısına (Siyahı İİ) daxildir. Təqdim edilmiş iki ədəd boş kağız borucuqda narkotik vasitə olan heroinə məxsus iz aşkar edilmişdir. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş 4 ədəd bükümdə ümumi təmiz çəkisi 43,595 qram heroin, Sədrəddin Şeydayevdən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,491 qram olan heroin və İvan Pariienkodan aşkar edilmiş iki ədəd bükümdə olan ümumi təmiz çəkisi 8,787 qram olan heroin bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş 5 ədəd bükümdə ümumi təmiz çəkisi 28,481 qram olan metamfetamin, Sədrəddin Şeydayevdən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,134 qram olan metamfetamin və İvan Pariienkodan aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,266 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Cinayət işinin 1-ci cild 211-218-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X10 25 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi icraata ayrılmışdır. Cinayət işinin 2-ci cild 52-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 iyul 2022-ci il tarixli üzləşdirmə protokolunun kserosurətindən görünür ki, şahid X20 ilə X22 arasında keçirilmiş üzləşdirmə zamanı, Yaroslav Parıenko narkotik vasitəni istifadəsi üçün Nemətdən aldığını bildirmişdir. Cinayət işinin 2-ci cild 56-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 iyul 2022-ci il tarixli üzləşdirmə protokolunun kserosurətindən görünür ki, Şahid2 ilə X24 arasında keçirilmiş üzləşdirmə zamanı, Yaroslav Parııenko narkotik vasitəni istifadəsi üçün Nemətdən aldığını bildirmişdir. Cinayət işinin 2-ci cild 60-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 iyul 2022-ci il tarixli üzləşdirmə protokolunun ksrrosurətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında keçirilmiş üzləşdirmə zamanı, Gülüstan Parııenko istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, təxminən 04 yanvar 2022-ci ildə Nemətin onların yaşadığı evə gələrək tez-tələsik onunla salamlaşıb, ona nəsə bağlama verərək, gəlib 1-2 saata götürəcəyini deyib çıxıb getdiyini, o, həmin bağlamaya baxdıqda içində qəhvəyi rəngli sellofan büküm olduğunu görüb atdığını bildirmişdir. Cinayət işinin 2-ci cild 64-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 iyul 2022-ci il tarixli üzləşdirmə protokolunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X24 arasında keçirilmiş üzləşdirmə zamanı, Yaroslav Parıenko narkotik vasitəni istifadəsi üçün Nemətdən aldığını, onu tutan zaman yoldaşı Gülüstanın polis əməkdaşına narkotik vasitə verib, bunu Nemətin gətirib verdiyini bildirdiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 83-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X10 09 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən material ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, onda cəmi 2 çet narkotik vasitə olduğunu,polis əməkdaşları tərəfindən onun evinə narkotik vasitələrin qoyulmasını, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona və ailə üzvlərinə təzyiq olunması və döyülməsini bildirmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və ailə üzvlərinin Bakı şəhəri, Xəzər rayonu Polis İdarəsinin əməkdaşları tərəfindən işkəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokurorluguna göndərilmişdir. Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi X11 01 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan zorakılığa məruz qalması faktı əsasında toplanmış S-388/22 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Bundan başqa, iş üzrə müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq Təcridxanasında saxlanılan X14 ibtidai istintaqa verdiyi ifadəsindən fərqli olaraq məhkəmə baxışında bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələ əldə etməmiş, məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etmir, həmin protokolları oxumadan imza etmişdir. Məhkəmə, şahid X14 məhkəmədə istintaq zamanı verdiyi ifadədən fərqli ifadə verməsini sonuncunun İstintaq Təcridxanasında saxlandığını, orada istintaq altında olan şəxslərin «üzünə durması», onların arasında namərdcasına yanaşma kimi qarşılandığını və müəyyən olunmuş «yazılmamış qaydalar»a zidd olmasını nəzərə alır. Məhkəmə kollegiyası, Yaroslav Parienkonun məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünün və Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, metadonun 0,02 qram şəxsi istehlak miqdarından artıq, 1,6 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin 24 aprel 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3.1 və 334.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.3, 68-ci maddələri tətbiq edilməklə 03 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 fevral 2010-cu ildə Qaradağ Rayon Məhkəməsinin 02 fevral 2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 7 ay 9 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı – xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X13 vardır. Cinayət işinin 1-ci cild 237-238-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsinin 17 mart 2022-ci il tarixli 1355 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 06 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 110-cu vərəqəsində olan 06 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 182-184-cü vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli 4(003)-15/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 0,531 qram heroin, 0,174 qram metamfetamin, 8,555 qram, 0,312 qram ümumi təmiz çəkisi 8,867 qram olan heroin, 0,306 qram psixotrop maddə- metamfetamin, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,840 qram, 3,117 qram, 5,403 qram, 0,752 qram, 0,369 qram ümumi təmiz çəkisi 28,481 qram metamfetamin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 29,727 qram, 11,947 qram, 0,340 qram, 1,581 qram ümumi təmiz çəkisi 43,595 qram heroin, 0,226 qram metadon məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 0,531 qram heroin, 0,174 qram metamfetamin, 8,555 qram, 0,312 qram ümumi təmiz çəkisi 8,867 qram olan heroin, 0,306 qram psixotrop maddə- metamfetamin, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 18,840 qram, 3,117 qram, 5,403 qram, 0,752 qram, 0,369 qram ümumi təmiz çəkisi 28,481 qram metamfetamin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 29,727 qram, 11,947 qram, 0,340 qram, 1,581 qram ümumi təmiz çəkisi 43,595 qram heroin, 0,226 qram metadon məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar