Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1485/2024 13.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X6, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X8, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Hüseyn” adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Hüseyn” adlı şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1000,5 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, 01 noyabr 2023-cü il tarixdə saat 12:50-də Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq 20 Yanvar küçəsi 86 ünvanında yerləşən 19-cu Polis şöbəsinə aparılmış və orada dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 14:30da üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarının kəmərbəndinin altından 01 bükümdə təmiz çəkisi 1000,5 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, polis bölməsində döyülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs “Hüseyn” adlı şəxsi tanımadığını, narkotik vasitələrdən istifadə etmədiyini, telefondan istifadə etdiyini, kiminlə danışdığını bilmədiyini, onu polislərin döydüyünü, ona qol çəkməsini dediklərini, onun da çəkdiyini, onu döyəndə ona nə dediklərini xatırlamadığını bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib göstərmişdir ki, o, bir il yarımdir ki, narkotik vasitə heroindən falqanın üzərində yandırıb tüstüsünü udmaq yolu ilə istifadə edir. Belə ki, o, hər gün bir dəfə narkotik vasitə heroin qəbul edir. İşin mahiyyəti üzrə bildirir ki, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə olarkən bir nəfər orta yaşlı əvvəllər tanımadığı, adının “Hüseyn” olduğunu bildirdiyi X11 vətəndaşı olan kişi cinsli şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət zamanı o, “Hüseyn”ə özünün narkotik vasitə heroin aludəçisi olduğunu demiş, “Hüseyn” demişdir ki, ona narkotik vasitə heroin hədiyyə edir, həmin bükümdən 15 qram özü üçün istifadə etməyə götürər, yerdə qalan hissəsini isə Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 21B nömrəli binanın arxa hissəsində gizlədər. Həmin şəxs kağıza öz mobil nömrəsini yazıb ona verib demişdir ki, 20 Yanvar küçəsində olanda həmin nömrəyə zəng edər, o, narkotik vasitəni qoyacağı yeri deyəcəkdir. Onun da narkotik vasitə heroin almağa pulu olmadığı üçün həmin şəxslə razılaşmış, onlar bir qədər kənara, yəni sakit bir yerə çəkilmişlər. “Hüseyn” adlı şəxs şalvarının kəmər hissəsinin altına qoyduğu bir ədəd böyük bükümdə olan narkotik vasitə heroini ona vermiş və o da həmin bükümü götürüb şalvarının kəmər hissəsinin altına qoyub qış köynəyini şalvarının üzərinə çəkmişdir ki, kənardan şalvarının kəmər hissəsində nəyinsə olması hiss olunmasın. Daha sonra o, “Hüseyn” adlı şəxsdən ayrılmış və yaşadığı evinə getmiş, gecəni evdə qalmışdır. Həmin günün sabahı gün qərara almışdır ki, “Hüseyn” adlı şəxsdən aldığı bir ədəd böyük bükümdə olan narkotik vasitə heroini aparıb onun dediyi yerə qoysun. xx.xx.2023-cü il tarixdə təxminən saat 11:30 radələrində dayısı oğlu Vüsal “Onkologiya” xəstəxanasında müalicə alan atası Etibarı onun valideynləri ilə birlikdə yaşadığı evə gətirmişdir ki, atasını yuyundursun. O da Vüsaldan xahiş etmişdir ki, idarə etdiyi avtomobillə onu Nəsimi rayonu ərazisinə aparsın, orada bir neçə dəqiqəlik işi var, sonra onu evə qaytarıb düşürər. Vüsal ona etiraz etməmiş, o, Vüsala gedəcəyi yeri bildirmiş, Vüsal onu idarə etdiyi avtomobil ilə Nəsimi rayonu, 20 Yanvar küçəsi 21B ünvanının qarşısına aparmışdır. O, Vüsalın avtomobilindən düşmüş, “Hüseyn” adlı şəxsin ona verdiyi nömrəyə zəng etmək istəmiş, Vüsal isə avtomobildə əyləşmişdir. Vüsalın avtomobilindən düşdükdən bir neçə dəqiqə sonra o, Vüsalın avtomobilinin yanında dayandığı zaman ona polis əməkdaşları yaxınlaşıb öz xidməti vəsiqələrini təqdim edərək Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan adını və soyadını soruşmuşlar. O da polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları ona demişlər ki, qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməyi ilə bağlı şübhəlidir və dayısı oğlu Vüsal ilə birlikdə onu 19-cu Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında otaqların birində onun və dayısı oğlu Vüsalın hüquqlarının müdafiəsi üçün hər birinə ayrıca vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkillərinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərlərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O da əynindəki şalvarının kəmər hissəsinin altından bir ədəd böyük şəffaf sellofana bükülmüş bükümü masının üzərinə qoymuşdur. Bundan sonra həmin büküm kəsici alətlə kəsilmiş, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Ondan həmin maddəni haradan əldə etməyi soruşulanda bildirdmişdir ki, Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə özünü İran İslam Respublikasının vətəndaşı olan “Hüseyn” kimi qələmə verən şəxs həmin narkotik vasitə heroini ona hədiyyə vermişdir. Daha sonra üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Bundan sonra eyni qaydada dayısı oğlu Vüsala təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. Dayısı oğlu Vüsal əynindəki şalvarının cibindən 1 manatlıq pul əskinaslarından ibarət pulu və cib dəsmalını masanın üzərinə qoymuşdur. Daha sonra Vüsalın üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Bundan sonra təqdim etdiyi maddənin tərkibinin müəyyən edilməsi üçün təhqiqatçı məhkəmə kimyəvi ekspertizası təyin edilməsi barədə qərar qəbul etmiş, o, həmin qərar ilə tanış olmuşdur. Məhkəmə kimyəvi ekspertizasının rəyi ilə tanış olanda ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş maddə 1000,5 qram narkotik vasitə heroindir. Bir daha bildirir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin onundur, həmin maddəni kimə isə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Onu da qeyd etmək istəyir ki, o, 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 2021-ci ildə barəsində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir, buna görə də 2 saylı X15 müəssisəsində cəza çəkir, xx.xx.2023-cü il tarixdə 2 saylı X15 müəssisəsinin rəhbərindən 3 günlük icazə almışdır. Təqsirləndirilən şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, polis əməkdaşları onu saxlayıb 19-cu PŞ-nə aparanda və polis bölməsində olan zaman ona heç bir zor tətbiq etməmişlər. O, narkotik vasitə qəbul etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. O, narkotik vasitə heroindən falqanın üzərində yandırıb tüstüsünü udmaq yolu ilə qəbul edir. O, saxlanmazdan əvvəl ***-***-**-** CSM nömrəli mobil telefondan istifadə etmişdir (cild 1, iş vərəqi 99-102). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Azad adlı şəxsi bir nəfərlə inzibati ərazidə narkotik vasitələri əlində götürüb gedərkən saxlamışlar. O, həmin ərazidə 20 ildir ki, əməliyyatçı işləyir, girib-çıxan maşınlardan, insanların davranışından özünü şübhəli aparan şəxsləri müəyyən edə bilir. Həmin vaxt o, narahat hərəkət şəxsləri görmüş, həmin şəxslər 20 Yanvar küçəsində maşınla 1-2 dairə vurmuşlar. Sonra maşın dayanmış, maşında olan 2 nəfərdən biri, yəni Azad sağdan düşüb, binanın blokuna girib, çıxanda əlində bir bükümü gizlətmişdir. Onları görəndə maşındakı şəxs maşını sürüb qaçmış, Azad isə parkın içinə qaçmışdır. Onlar Azadın arxasınca qaçıb, arxadan Azada müqavimət göstərmiş və Azad yıxılmış və əlindəki bükümü yerə atmışdır. Onlar bükümü götürərək Azadı şöbəyə gətirmişlər, təhqiqatçının inzibati otağında ekspert, vəkilin iştirakı ilə müəyyən olunub ki, bükümdəki narkotik vasitədir. Həmin narkotik vasitə daha sonra ekspertizaya göndərilmiş, ekspertiza rəyindən sonra müəyyən olunmuşdur ki, heroindir. Polislər 2-ci qaçanı da götürüb gətirmişlər. Həmin şəxs Azadla qohumluq əlaqələri olduğunu, Bakıya qonaq gəldiyini, narkotikdən xəbəri olmadığını, Azadın ona özünü Nəsimi rayonu, 20 Yanvar küçəsində bir yerə aparmasını xahiş etməsini, polisi görəndən sonra özünü itirib maşınla qaçdığını bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, narkotik vasitə 1 kiloqrama yaxın olmuş, Azad tanımadığı şəxsin ona müəyyən qədər pul verəcəyi müqabilində həmin malı çatdırmağı bildirmiş, Azad imkansızlıq ucbatından səhv etdiyini, pulu olmadığına görə, satıb pul əldə etmək və borclarımı ödəmək istədiyini, Azad tutulanda özünü normal apardığını, onda heç bir xəstəlik əlamətləri olmadığını bildirdi. Azada qarşı fiziki, psixi təsir olmamış, sadəcə saxlanılarkən Azad qaçmaq istərkən, o, ayağı ilə Azadın ayağına vurmuş, Azad yıxılmış və əlinin üstü və harasısa cızılmışdır. İfadələri arasında ziddiyyət olduğuna görə, Şahid1 ibdidai istintaqa verdiyi ifadəsi məhkəmədə tərəflərin razılığı ilə elan edilmişdir. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, o, 2020-ci ildən Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İşin mahiyyəti üzrə bildirir ki, 19-cu Polis şöbəsinə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Azad” adlı şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb istifadəsi ilə məşğul olur. Ona görə də 19-cu Polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatı yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbər o özü təyin edilmiş, 19-cu Polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2, cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid4 da əməliyyat qrupuna üzv olaraq daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, qrup üzvləri ilə birlikdə ünvan 2 ünvanının qarşısına getmişdir, orada onlar özlərinə mövqe seçib müşahidə aparmağa başlamışlar. Təxminən 50 dəqiqə sonra qeyd edilən ünvanın qarşısında “Azad” adlı şəxsin zahiri əlamətləri ilə üst-üstə düşən bir nəfər kişi cinsli şəxsin “Volvo” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb ətrafa baxaraq sağa-sola boylandığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib adını soruşduqda həmin şəxs xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs gəldiyi “Volvo” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobildən düşüb onlara yaxınlaşıb nə baş verdiyini soruşmuşdir. Onlar özlərini ona təqdim edərək polis əməkdaşı olduqlarını bildirib həmin şəxsin adını soruşduqda həmin şəxs xx.xx.1982-ci il təvəllüdlü Şahid5 olduğunu bildirmişdir. Onlar Şahid5 qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə axtarış keçiriləcəyini bildirdib onu Təqsirləndirilən şəxs ilə birlikdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs və Şahid5 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs və Şahid5 üzərinə vəkillərinin, polis əməkdaşlarının, yəni onun və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs əynindəki şalvarnın kəmər hissəsinin altından bir ədəd böyük şəffaf sellofana bükülmüş bükümü çıxarıb masının üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Bundan sonra həmin büküm kəsici alətlə kəsilmişdir, bükümün içərisindən qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etməyini soruşanda bildirmişdir ki, narkotik vasitəyə bənzər maddəni tanımadığı şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq möhürlənmişdir (cild 1, iş vərəqi 167-169). İfadələri elan edildikdən sonra Şahid1 ibdidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 oxşar məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin dayısı oğlu Şahid5 ifadəsində göstərdi ki, onun atası onkoloji xəstə olduğundan hər 21 gündən bir “20 Yanvar” yerləşən xəstəxanada kimyaterapiya qəbul etmişdir. Onun köhnə “Volvo” maşını var. Terapiya qəbul etdikdən sonra atası çimmək istəmiş, bacısıgilə getməyi ona demişdir. Onun bibisigil “Xutor”da yaşayırlar. O da atasını bibisigilə gətirmiş, atasını düşürəndən sonra bibisioğlu Azad ona harasa gedib-gəlməyi təklif etmişdir. Onlar deyilən yerə getmiş, orada 3-4 nəfərin Azada yaxınlaşıb, sorğu-sual etdiklərini görmüş, o da nə olduğunu başa düşmək üçün yaxınlaşmış, həmin şəxslər vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onlar bölməyə getmişlər, burada onlara vəkil təyin olunmuş, üzərlərinə baxış keçirilmiş, onun üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Azadın köynəyinin altından nəsə bağlı bir şey çıxarmışlar. Daha sonra həmin bükümün narkotik olduğunu demişlər. Azad çəkiliş zamanı həmin bükümün ona məxsus olduğunu təsdiqləmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid Əliyev X12 narkotik vasitə istifadə etməsinin şahidi olmadığını, Azadın üzərində nəsə olmasının ona məlum olmadığını, Azadın xəsarət almasının, polis əməkdaşlarının Azada təzyiq göstərdiyinin şahidi olmadığını, kiminsə Azadı döyməsini görmədiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik maddə gəzdirməsində şübhəli olmasına dair məlumat daxil omuşdur. Bakı şəhəri, Nəsimi rayonu ərazisinə gedib-gələn və qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edərək özündə saxlamaqla daşımaqda şübhəli olan “Azad” adlı şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonradan şəxsiyyəti məlum olan xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1982-ci ildə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu, Məşəd küşəsi 19/7 ünvanında qeydiyyatda olan Əliyev X13 rayonu, 20 Yanvar 21B saylı ünvanın qarşısında saat 12:50 radələrində saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə gətirilmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı ondan 1 ədəd şəffaf bükülüdə narkotik maddə hesab edilən heroin aşkar edilmişdir (cild 1, iş vərəqi 4-5). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarın qarın hissəsindən 01 ədəd şəffaf rəngli bükülünü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs həmin bükülünün içərisində "kakos" adı ilə tanıdığı narkotik maddənin olmasını bildirmiş və onu bir neçə gün əvvəl tanımadığlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bükülü 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 187 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 66-72). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16-2-6/5852 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N187” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki bir ədəd bağlamada təmiz çəkisi 1000,5 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 81-84). - DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 həmin Polis şöbəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid4, Şahid3, vəkillər - X10 və X5 iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid5 sorğu-sual edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan şalvarın kəmər hissəsinin altından 01 ədəd böyük bükümü çıxararaq masanın üzərinə qoyur. Bundan sonra həmin büküm kəsici alətlə kəsilir, bükümün içərisindən qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etməyini soruşanda bildirir ki, narkotik vasitəyə bənzər maddəni tanımadığı şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanır. Bundan sonra təhqiqatçı Elxan Qasımov Şahid5 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin onun üzərində olması barədə məlumatının olub-olmaması barədə sual verəndə Şahid5 bu barədə məlumatının olmadığını bildirir. Bundan sonra eyni qaydada Şahid5 təklif olunur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. Şahid5 əynindəki şalvarının cibindən 1 manatlıq pul əskinaslarından ibarət pulu və cib dəsmalını masanın üzərinə qoyur. Daha sonra Şahid5 üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmır. Bundan sonra bir manatlıq pul əskinasları və cib dəsmalı Şahid5 qaytarılır. 2ci video görüntüdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elxan Qasımov bildirir ki, şəxsi axtarış və baxış keçirilməsi barədə çəklimiş videoçəkiliş hamıya nümayiş etdirilir, daha sonra tərtib edilmiş protokola imzalar edilir (cild 1, iş vərəqi 94-95). - üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Şahid5 Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir ki, 19-cu Polis şöbəsində onların üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs könüllü olaraq öz üzərindən bir ədəd böyük bükümdə sellofanı çıxarıb içində narkotik vasitə “kakos” olduğunu demişdir. Onun üzərindən isə qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasından onun xəbəri olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Şahid5 dediklərini təqsdiqləyib demişdir ki, onun üzərində narkotik vasitə heroin olmasından Vüsalın məlumatı olmamış, sadəcə olaraq o, Vüsaldan xahiş etmişdir ki, onu idarə etdiyi avtomobil ilə Nəsimi rayonu, 20 Yanvar küçəsinə aparsın (cild 1, iş vərəqi 104-105). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 109- 110). - maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1000,5 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 1000,3 qram qalmış narkotik vasitə heroin saxlanmasından ötrü Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 145, 147). - müstəntiq tərəfindən tərtib edilmiş xx.xx.2023-cü i tarixli arayışdan görünür ki, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Məntəqə tipli X4 Azad Azər oğlunun icazə alması barədə yazdığı ərizənin surətini, onun Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamının və aktın surətini əldə edib iş materiallarına əlavə etmişdir (cild 1, iş vərəqi 183-196). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əliyev X7 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin xəstəxanada müayinədə olmuşdur. Diaqnoz: “Baş-beynin üzvi xəstəliyi nəticəsində ağıl zəifliyi, anamnezində qıcolma tutmaları”. Təkrarən, Təqsirləndirilən şəxs 9 saylı Şəhər poliklinikasının göndərişinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin xəstəxanada müayinə və müalicədə olmuşdur. Diaqnoz: “Baş-beynin üzvi (doğuş travması) xəstəliyi nəticəsində psixi pozuntular, kobud davranış pozuntuları. Anamnezində qıcolma tutmaları ilə orta ağıl zəifliyi”. Sonuncu dəfə, Təqsirləndirilən şəxs 9 saylı Şəhər poliklinikasının göndərişinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin xəstəxanada stasionar müalicədə olmuşdur. Diaqnoz: “Baş-beynin üzvi (doğuş travması) xəstəliyi nəticəsində psixi pozuntular, şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, orta ağıl zəifliyi” (cild 1, iş vərəqi 163). - DVD diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** CSM nömrəsinin hansı İMEİ kodlu telefonda işləməsi, nömrənin kimə məxsus olması və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində həmin mobil nömrəyə daxil olan və çıxan zənglərin çıxarılması, SMS mesajlarının siyahısı, yazılı mətni, həmçinin anten məlumatlarının olduğu, "xxxx" MMC-dən əldə edilmiş diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 04 ədəd fayl vardır. 1-ci faylda həmin nömrənin məxsusluq tarixçəsi, 2-ci faylda Təqsirləndirilən şəxs ***-***-**-** CSM nömrəsindən çıxan SMS məlumatları, 3-cü faylda Təqsirləndirilən şəxs ***-***-**-** CSM nömrəsinə daxil olan SMS məlumatları, 4-cü faylda Təqsirləndirilən şəxs ***-***-**-** CSM nömrəsinə daxil olan və çıxan zənglər barədə, anten barədə məlumatlar qeyd edilmişdir. 1-ci faylda ***-***-**-** CSM nömrəsinin X16 məxsus olması qeyd edilmidşir. 2, 3 və 4-cü fayllarda istintaq əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir. Həmçinin 4-cü faylda olan anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** CSM nömrəli mobil telefon xx.xx.2023-cü il tarixdə saat 12:47-də ünvan 8 ünvanı ətrafında olan ərazinin anten dairəsini göstərir (cild 1, iş vərəqi 180-182). - Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini əldə etdiyi şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 197). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7591 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 57-58). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3300 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi ilə formasında psixi pozuntu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda göstərilən hallar barəsində görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi ilə diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CMnin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 60-61). - cinayət işinin icraata qəbul edilməsi və digər cinayət işi ilə eyni icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,488 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktı ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi aidiyyəti üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş və hazırkı işlə bir icraatda birləşdirilmişdir (cild 1, iş vərəqi 198-199). - cinayət təqibi üzrə icraatın ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 0,488 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmış və istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir (cild 2, iş vərəqi 86-87). - cinayət təqibi üzrə icraatın ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs əlbir olduğu “Hüseyn” adlı şəxsiyyəti istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata başqa cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 81-82). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni ittiham elan edilmişdir (cild 2, iş vərəqi 91-92). - sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Nilay Quliyeva adlı uşağı vardır. Təqsirləndirilən şəxs “Baş beyin üzvi xəstəliyi (doğuş travması) nəticəsində kobud davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir (cild 1, iş vərəqi 155-157). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs “Hüseyn” adlı şəxsi tanımadığı, narkotik vasitələrdən istifadə etmədiyi, onu polislərin döydüyü və qol çəkməsini dedikləri, onun da çəkdiyi, döyülərkən polislərin nə dediklərini xatırlamadığı barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan tünd göy rəngli idman şalvarın qarın hissəsindən 01 ədəd şəffaf bükülünü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində "kakos" adı ilə tanıdığı narkotik maddənin olmasını və onu bir neçə gün əvvəl tanımadığlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş narkotikin özünə aid olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş, saxlanılan zaman, habelə polis şöbəsində ona qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimata baxılarkən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitəni “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən əldə etdiyini etiraf etmiş, polis əməkdaşlarının ona təzyiq etmədiyini, onlardan şikayətinin olmadığını, əməlindən peşman olduğunu bildirmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs tibbi kitabçasının surətini onun saxlanıldığı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman onun sol dirsək nahiyəsində 3 sm ölçüdə, sol əlin arxa səthində 1 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara müşahidə olunmuşdur. Bakı şəhəri Nəsimi rayon prokurorluğundan məhkəmənin müvafiq sorğusuna cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması faktı ilə bağlı rayon prokurorluğuna hər hansı müraciəti daxil olmamış və bu barədə heç bir araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi iddiaları məhkəmədə dindirilən şahidlər vasitəsilə də yoxlanılmışdır. Belə ki, məhkəmədə ifadə verən, birlikdə saxlanılmış təqsirləndirilən şəxsin dayısı oğlu Şahid5 ifadəsində polis əməkdaşlarının Təqsirləndirilən şəxs təzyiq göstərdiyinin, döyməsinin şahidi olmadığını bildirdi. Digər şahid – polis əməkdaşı Şahid1 isə Təqsirləndirilən şəxs qarşı fiziki, psixi təsir olmadığını, sadəcə saxlanılarkən Azad qaçmaq istərkən, o, ayağı ilə Azadın ayağına vurduğunu, Azadın yıxıldığını və əlinin üstünün və harasınınsa cızıldığını bildirdi. Digər şahidlər də Təqsirləndirilən şəxs döyülməsi faktını təsdiq etmədilər. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini iş üzrə toplanmış digər sübutlarla uzlaşdığını əsas götürərək sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, anlaqlığı istisna etməyən psixi pozuntusu olduğunu həmin Məcəllənin 59.1.9-cu maddəsinə, 2-ci dərəcəli əlil olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininin tələbnaməsindən, məhkəmə hökmündən və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X15 Müəssisəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 3875 saylı əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2021ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2 saylı X15 Müəssisəsində cəza çəkmiş, polis əməkdaşları tərəfindən tutulan zaman, yəni xx.xx.2023-cü il tarixə çəzasının çəkilməmiş hissəsi 2 (iki) ay 22 (iyirmi iki) gün olmuşdur (cild 1, iş vərəqi 161-162, 183-196). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkərkən yeni cinayət törətdiyinə görə qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs daha əvvəl törətdiyi cinayət ehtitatsızlıqdan törədilmiş cinayət olduğundan onun əməlində cinayətlərin residivi mövcud deyildir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə azadlıqdan məhrum etmə ilə toplandıqda, o, müstəqil icra olunur. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu cinayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş əsas cəzanı çəkərkən törətmişdir, yəni ona həmin hökmlə təyin edilmiş əlavə cəzanın çəkilməsinə başlanılmamışdır. Qanunun həmin maddələrinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə təyin ediləcək əsas cəzaya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü təyin edilmiş əsas cəzanın çəkilməmiş hissəsi qismən, əlavə cəza isə tamamilə birləşdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 31, 134- 138; cild 2, iş vərəqi 137-141). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 01 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1000,3 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay 22 (iyirmi iki) gün hissəsi qismən, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilmə əlavə cəzası tamamilə birləşdirilməlklə, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 2 (iki) il 06 (altı) ay müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1000,3 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1485/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1485/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver