Məhkəmə qərarları › İş №1(101)-1485/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1485/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1485/2025 12.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X9 və X15 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi – atası X3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 hüquqi varisi – əri X1, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 1981-ci il tarixdə Lənkəran rayonu, Diryan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Gəgiran Ərazi Dairəsi, Diryan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili 21 dekabr 2024-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesi, Pirşağı qəsəbəsi istiqamətindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesi, Zabrat qəsəbəsi istiqamətinə birinci hərəkət zolağı ilə 100 km/saat sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək həmin qaydaları pozaraq ehtiyatsızlıqdan yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ev, Pirşağı yolunun sağ tərəfində yerləşən “Oba” marketin yaxınlığında avtomobilinin ön sol hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişaların qansızma, sağ təpəgicgah-alın sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları və həmin səviyyədə sağ təpə-alın nahiyəsində beyinin sərt qişasının cırılması, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, ağciyərlərə, peritona, bağırsaqlara, hər iki böyrəklərə və böyrəkətrafı yumşaq toxumalarına qansızma, sağ baldırda hər iki baldır sümüklərinin açıq qəlpəli sınıqları, başın, sifətin, gövdənin, hər iki yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlərdən onun və Zərərçəkmiş şəxs2 baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişaların qansızma, sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma, ağciyərlərə, peritona, bağırsaqlara, hər iki böyrəklərə və böyrəkətrafı yumşaq toxumalara qansızma, sol mil-bilək oynağı nahiyəsində hər iki said sümüklərinin mil-bilək oynağıdaxili, sağ baldırda hər iki baldır sümüklərinin, sol diz oynağıdaxili yerini dəyişən, qapalı, qəlpəli sınıqları, başın, sifətin, gövdənin, hər iki yuxarı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlərdən ölmələrinə səbəb olmuşdur. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 21 dekabr 2024-cü il tarixdə saat 06 radələrində dostuna məxsus texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dini kəbinli arvadı, lakin aralarında rəsmi nikah olmayan Şahid2 işlədiyi “Bravo” marketə aparırmış. Saatda 50-60 km/saat sürətlə hərəkət edib ünvan 2arketi keçdikdən təxminən 30 metr sonra səs eşitmiş və maşını sağda saxlamışdır. Yol qaranlıq olduğundan maşınla vurduğu iki nəfər şəxsi görməmiş, buna görə də avtomobilini saxlaya bilməmiş, nəticədə avtomobilinin ön sol tərəfi ilə onlara çırpılmışdır. Hadisə nəticəsində avtomobil 2 piyadadan biri yolun əks istiqamətinə tullamışdır. Dərhal avtomobildən düşüb onlara yaxınlaşmış və görmüşdür ki, piyadalar hadisə yerində keçinmişlər. Bu barədə DİN-in “102” Xidməti Zəng Mərkəzi sisteminə və X16 zəng vuraraq məlumat vermişdir. Polis əməkdaşlarının hadisə yerinə gəlməsini gözləmişdir. X17 gəldikdən sonra ona 2 piyadanın da öldüyünü bildirmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman diqqəti yolda olmuşdur, diqqətini yayındıracaq heç bir hadisə baş verməmişdir. Sadəcə olaraq yol qaranlıq olduğu üçün həmin şəxsləri uzaq məsafədən görə bilməmişdir. Təqsirləndirilən şəxs qismində hazırkı cinayət işi üzrə verdiyi ifadəsində cinayət işi üzrə ilkin ifadələrini təsdiq etdiyini, həmin ifadələrə hər hansı dəyişiklik etmək istəmədiyini qeyd edərək həmin ifadəsinin hadisə yerində yoxlanıldığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, 21 dekabr 2024-cü il tarixdə səhər saat 08 radələrində yaşadığı ünvanda olan zaman istifadəsində olan mobil nömrəyə zəng olunmuş və ona bildirilmişdir ki, 21 dekabr 2024-cü il tarixdə 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesi, Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətinə gedən yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qızı xx xxxx 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bundan sonra qızının nəşi müayinə olunmaq üçün Sabunçu rayon Məhkəmə-Tibbi Ekspertizasının meyitxanasına təhvil verilmiş və orada daxili müayinə edildikdən sonra onlara təhvil verilmişdir. O, qızının ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin şahidi olmamışdır. Hadisədən sonra qarşı tərəf barışıq üçün heç bir cəhd etməmiş, heç bir yardım göstərməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmamış və ona ən ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmədə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 21 dekabr 2024-cü il tarixdə səhər saat 07 radələrində yaşadığı ünvanda olan zaman istifadəsində olan mobil nömrəyə zəng olunmuş və ona bildirilmişdir ki, 21 dekabr 2024-cü il tarixdə 06 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesi, Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətinə gedən yolda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində arvadı xx xxxx 1993- cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Bundan sonra qızının nəşi müayinə olunmaq üçün Sabunçu rayon Məhkəmə-Tibbi Ekspertizasının meyitxanasına təhvil verilmiş və orada daxili müayinə edildikdən sonra onlara təhvil verilmişdir. O, qızının ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin şahidi olmamışdır. Hadisədən sonra qarşı tərəf barışıq üçün heç bir cəhd etməmiş, heç bir yardım göstərməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə barışmamış və ona ən ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə arasında rəsmi nikah olmasa da, dini kəbinləri vardır. Özü “Bravo” marketdə satıcı-kassir vəzifəsində çalışır. 21 dekabr 2024-cü il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs ilə yaşadıqları evdən çıxmış və “Kia Rio” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iş yeri istiqamətinə aparırmış. Onlar Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətində saatda 50-60 km/saat sürətlə hərəkət edib həmin ünvanda ünvan 2arketi keçdikdən təxminən 30 metr sonra maşınlarının şəxslərə çırpıldığını görmüşdür. Yol qaranlıq və işıqlandırma sistemi zəif olduğundan heç nə görməmişlər. Avtomobilin faraları yolu işıqlandırırmış. Avtomobili piyadalara çırpıldıqdan sonra sürücü Təqsirləndirilən şəxs piyadaları vurduğu yerdən təxminən 15 metr məsafədə avtomobili saxlamışdır. Maşın piyadalara çırpıldıqdan sonra iki qadın cinsli şəxsi yolun əks istiqamətinə tullamışdır. Dərhal piyadalara yaxınlaşmışlar və müəyyən etmişlər ki, onlar keçiniblər. Bu barədə Təqsirləndirilən şəxs DİN-in “102” Xidməti-Zəng Mərkəzi sisteminə və X16 zəng vuraraq məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, “Oba” adlı marketin girişinin qarşısında dayanmışdır. Bu vaxt 2 nəfər qadının birlikdə əl-ələ yolu soldan “Oba” market istiqamətindən sağa “Ləzzət” kafe istiqamətinə adi yeriyiş ilə keçdiyini görmüşdür. Həmin vaxt 2 nəfər qadından biri xətti keçib, digəri isə xəttdən arxada olan zaman “Kia Rio” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil təqribən 100 km/saat sürətlə gəldiyi kimi həmin qadınları vurmuş və bundan sonra tormozlama edərək təxminən piyadaların vurulduğu yerdən 15 metr məsafədə dayanmışdır. İlk öncə maşın qadınları vurduğu üçün səs gəlmiş, daha sonra isə tormozlama səsi gəlmişdir. Avtomobilin piyadaları vurması nəticəsində avtomobil 2 piyadanı da yolun əks tərəfinə tullamışdır. Bundan sonra o piyadalara yaxınlaşmış və görmüşdür ki, piyadalar hadisə yerində keçinmişlər. Hadisəni törətmiş şəxs də avtomobildən düşüb, polisə və X16 zəng vurub məlumat vermişdir. Şahid qismində dindirilmiş Şahid1 hazırkı cinayət işi üzrə verdiyi ifadəsində cinayət işi üzrə ilkin ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Sabunçu RPİ-nin N/H-nin M/N-si polis kapitanı Elşad Vəzirov tərəfindən Sabunçu RPİ-nə edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 06:34 radələrində Sabunçu rayon Kürdəxanı qəsəbəsində Kia markalı **-TA-*** qeydiyyat nişanlı avtomobil ilə 2 nəfər şəxs vurulmuş, 2 şəxs də ölmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X11 xx.xx.2024-cü il tarixli 1/11813 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə aparılmış müayinə nəticəsinə əsasən ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X11 xx.xx.2024-cü il tarixli 4044 nömrəli “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə aparılmış müayinə nəticəsində heçnə aşkar edilmədiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X5 mülkiyyətində olan **-TA-*** qeydiyyat nişanlı Kia Rio minik markalı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üzrə səlahiyyət vermişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli protokol və ona əlavə edilmiş sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi yeri Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesi, Pirşağı istiqamətindən Zabrat qəsəbəsi istiqamətinə gedən yoldur. Baxış ala-qaranlıq havada, Pirşağı istiqamətindən Zabrat qəsəbəsi istiqamətində keçirilmişdir. Hadisənin növü piyadaların vurulmasıdır. Hadisənin yerinin Sabunçu rayonu, Kürdəxanı şossesi, Pirşağı istiqamətindən Zabrat qəsəbəsi istiqamətinə gedən yol olması baxışda iştirak edən Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Yolun hərəkət hissəsi düz, asfalt örtüklü və yaş olmuşdur. Yol örtüyünün eni 6 metr, hərəkət zolaqlarının sayı 4, işlək hissəsinin eni 12 metrdir. Yolun işlək hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa qoşa xətt ayırır. Yolun işlək hissəsinə sağdan divar soldan isə divar və tikililərə birləşir, sonradan birləşən hissədə sağda və solda tikililər yerləşir. Hadisə yerində hərəkət nizamlanmayan, yol nişanları zonası isə yoxdur. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. **-TA-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı nəqliyyat vasitəsi piyadaları ön sol tərəfi ilə vurmuşdur. Yolun əks istiqamətində minik avtomobili ilə 15 metr məsafədə 2 nəfər qadın cinsinə məxsus meyit müşahidə edilmişdir. Baxış saat 07:00-də başlanmış, saat 08:40-da qurtarmışdır (Cild 1, i.v. 18-28). xx.xx.2024-cü il tarixli 001422 nömrəli “Videoyazıya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Oba Market”-in təhlükəsizlik kamerasına baxış keçirilərkən qaranlıq vaxtı avtomobilin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesi, Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətinə gedən yolda nəqliyyat vasitəsinin piyadalara çırpılması və daha sonra bir qədər hərəkət edərək dayanması müəyyən edilmişdir. (Cild 1, i.v. 42). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (Cild 1, i.v. 49). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 283 nömrəli meyitin ekspertizasının ekspert rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinin əzilməsi. Baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. Sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları. Döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma. Ağciyərlərə, peritona, bağırsaqlara, hər iki böyrəklərə və böyrəkətrafı yumşaq toxumalara qansızma. Sol mil-bilək oynağı nahiyəsində hər iki said sümüklərinin mil-bilək oynağıdaxili, sağ baldırda hər iki baldır sümüklərinin, sol diz oynağı nahiyəsində hər iki baldır sümüklərinin sol diz oynağıdaxili yerini dəyişən, qapalı, qəlpəli sınıqları. Başın, sifətin, gövdənin, hər İki yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni minik avtomobili vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb aldığı xəsarətlər fonunda sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 Sabunçu rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 284 nömrəli meyitin ekspertizasının ekspert rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinin əzilməsi. Baş beyin maddəsinə və yumşaq qişalarına qansızma. Sağ təpə-gicgah-alın sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq, qəlpəli sınıqları və həmin səviyyədə sağ təpə-alın nahiyəsində beyinin sərt qişasının cırılması. Döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma. Ağciyərlərə, peritona, bağırsaqlara, hər iki böyrəklərə və böyrəkətrafı yumşaq toxumalara qansızma. Sağ baldırda hər iki baldır sümüklərinin açıq qəlpəli sınıqları. Başın, sifətin, gövdənin, hər iki yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni minik avtomobili vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla,onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb aldığı xəsarətlər fonunda kəllə tağı və əsası sümüklərinin açıq, qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamiru qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. “Zərərçəkmiş şəxsin hüquqi varisinin tanıması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə əlaqədar X3 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (Cild 1, i.v. 72). “Zərərçəkmiş şəxsin hüquqi varisinin tanıması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 yol nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə əlaqədar X3 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (Cild 1, i.v. 83). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsindən daxil olmuş 10 yanvar 2025-ci il tarixli 3-13-16/2-4694/2025 nömrəli məktubdan görünür ki, 25 avqust 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdə (30 may 2025-ci il tarixədək etibarlı olan) AE 059252 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (Cild 1, i.v. 92). “Məhkəmə yol-nəqliyyat hadisələri” ekspertizasının 26 may 2025-ci il tarixli 8/965 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Kia Rio markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 50 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyərinin 128 (bir yüz iyirmi səkkiz) manat olması qeyd edilmişdir (Cild 1, i.v. 101-103). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müstəntiq Samir Seyid tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edələrək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 115-116). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilmişdir (Cild 1, i.v.141-148). Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Samir Seyid tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (Cild 1, i.v.137). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-1485/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. “İfadənin yerində yoxlanılması haqqında” 21 dekabr 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş sürücü Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini hadisə yerində əyani olaraq təsdiq etmişdir. Protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs özünün göstərdiyi istiqamətlər əsasında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesi, Pirşağı qəsəbəsi istiqamətindən Zabrat qəsəbəsi istiqamətə gəlindi. Təqsirləndirilən şəxs təklif olundu ki, əli ilə yol nəqliyyat hadisəsinin baş verdiyi göstərsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əli ilə göstərib bildirdi ki, 21 dekabr 2024-cü il tarixdə saat 06 radələrində radələrində texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi "Kia Rio" markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesi, Pirşağı qəsəbəsi istiqamətindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətinə hərəkət edirmiş. Avtomobilin ön oturacağında arvadı, Şahid2 olmuşdur. Arvadını işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən "Bravo" marketə aparırmış. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesi, Pirşağı qəsəbəsi istiqamətindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi istiqamətinə iki zolaqlı yolun birinci zolağı ilə saatda 50-60 km/saat sürətlə hərəkət edib həmin ünvanda ünvan 3arketi keçdikdən təxminən 30 metr sonra anidən birinci hərəkət zolağında qoşa xətdən 1 metr məsafədə adi yeriyişlə yolun sol tərəfindən sağ tərəfinə yolu keçməyə çalışan iki nəfər şəxsi görmüş və anidən onları gördüyündən gəldiyi kimi də avtomobilimin ön sol tərəfi ilə onlara çırpıldım, daha sonra tormozlamış və təxminən 15 metr sonra avtomobili saxlamışdır. Hadisə nəticəsində avtomobil 2 piyadadan biri yolun əks istiqamində yəni, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı şossesi, Zabrat qəsəbəsi istiqamətindən Pirşağı qəsəbəsi istiqamətinə gedən iki zolaqlı yolun birinci zolağına, digərini isə ikinci zolağına tullamışdır. Dərhal həmin avtomobildən düşüb şəxslərə yaxınlaşmış, amma onların hadisə yerində keçindiklərini görmüşdür. Dərhal bu barədə DİN-in "102" XZM-nə və X16 zəng vuraraq məlumat vermiş və polis əməkdaşlarının hadisə yerinə gəlməsini gözləmişdir. Onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, özü də baxışda iştirak etmişdir. (Cild 1, i.v. 43-46). Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. CM-in 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. CM-in 263.3-cü maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263- 1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Müdafiə tərəfinin məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə Təqsirləndirilən şəxs hadisənin qarşısının alınmasına texniki imkanının olmamasını qeyd etmələri işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə və müdafiə tərəfinin mövqeyinə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Halbuki, həm “Məhkəmə yol-nəqliyyat hadisələri” ekspertizasının 26 may 2025-ci il tarixli 8/965 saylı rəyi, həm də istintaq orqanı tərəfindən təqdim edilmiş video görüntüyə məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə dəfələrlə baxılması və şahid ifadələri ilə müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdə ifadəsi yerində yoxlanılarkən onun guya həmin iki şəxsin havanın qaranlıq olması səbəbi ilə görməməsinin mümkün olması həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, həmçinin xx.xx.2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə vaxtı avtomobilin işıqlandırma sistemi saz vəziyyətdə olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli həmçinin hadisənin bilavasitə iştirakçıları olan şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını yüngülləşdirən halın olmasının müəyyən edilmədiyini qeyd edir. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. CM-nin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini yol hərəkəti qaydalarını pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-1485/2025 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-1485/2025 nömrəli qərarı ilə “həbs” qətimkan tədbiri seçildiyindən təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli 16 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə maddi sübut olan 1 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 55 manat miqdarında pul ödənilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 5 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə həmin cəza növü üçün müəyyən edilmiş 5 il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində həbs qətimkan tədbiri seçildiyi tarixdən, yəni, 16 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan yol nəqliyyat hadisəsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 55 manat miqdarında pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar